Nağı bəy şeyxzamanlı hacı zeynalabidin tağıyev
3. “Dram” cəmiyyəti;
Nağı bəy şeyxzamanlı hacı zeynalabidin tağıyev
Bir neçə gün öncə Türkiyənin məşhur tarixi seriallarından biri olan “Payitaht Abdulhamid”də Azərbaycana da yer verilib. Serialda Ekran işinin 51-ci seriyasında Azərbaycanın məşhur milyonçusu Hacı Zeynalabdinin Sultan Abdulhamidlə görüşü təsvir olunub.
İslaminSesi bildirir ki, Görüş zamanı Hacı Zeynalabdin Sultana Azərbaycan türkcəsində yazılmış “Qurani Kərim” hədiyyə edir. Lakin tarixi serial olaraq tamaşaçılara təqdim olunan bu serialın qətiyyən tarixlə əlaqəsi yoxdur. Gəlin bu tarixi mənbələrdə araşdıraq. Birincisi bunu qeyd edək ki, Bakı milyonçusu, mərhum Hacı Zeynalabidin Tağıyev Sultan II Əbdülhəmidin hüzuruna gedib onunla görüşməyib.
““Payitaht Abdulhamid”” (Osmanlı sultanı II Əbdülhəmid nəzərdə tutulur-red.) serialındakı Hacının sultanla görüşdüyü məsələsi təxəyyül məhsuludur.
Həqiqət budur ki, Osmanlı Türkiyəsi çətin vəziyyətdə olduğu zaman Hacıdan yardım istəyir. Hacı da ona açılan əli geri çevirmir və Osmanlı Türkiyəsinə maddi yardım göstərir.
Nağı bəy Şeyxzamanlı xatirələrində yazır: “1918-ci ilin fevral ayında Azərbaycan türkləri tərəfindən Gəncə Milli Komitəsinin qərarı ilə «İttihat və Tərəqqi» Partiyasının rəhbərliyi ilə görüşüb, rus hakimiyyətindən və ordusundan təmizlənə bilmiş, Azərbaycanın istiqlalını qura bilməsi üçün türk ordusunun yardımını təmin etmək məqsədilə İstanbula gəlişimin birinci həftəsində Məclisi-Məbusana getdim. Orada məclisin sədri Hacı Adil bəy ilə tanış oldum. Həmin günün axşamı hər ikimiz Pera Palas mehmanxanasında keçiriləcək mətbuat konfransına dəvət edilmişdik. Biz birlikdə mehmanxanaya gəldik və konfransın başlamasına hələ vaxt qaldığından burada mənim üçün ayrılmış otağın salonunda oturub söhbət etməyə başladıq:
Hacı Adil bəy mənə Qafqaz haqqında bir neçə sual verdi. Mən də imkan daxilində suallara cavab verdim. Sonra məndən «Siz Hacı Zeynalabdini tanıyırsınızmı?»
Mən: «Çox yaxşı tanıyıram» dedim.
Hacı Adil bəy: «O çox möhtərəm şəxsdir. Balkan müharibəsi illəri idi. Bolqarlar türklərə qarşı çox amansız davranırdılar. Onlar türk kəndlərini dağıdır və əhalisinə min cür işgəncə verirdilər. Bolqarlar bu hərəkətləri ilə türk millətinə ağlasığmayan vəhşiliklərı rəva gördülər. Pərişan xalqımızın dərdinə dərman olsun deyə bir yardım cəmiyyəti qurduq və toplamağa başladıq. Mən o zaman Ədirnə valisi idim. Avropaya gedən tacirlərimizdən və səfirlərdən ianə toplayırdıq. Elə bu zamanlar adını xatırlaya bilmədiyim bir səfirimiz də Berlinə gedirdi. Biz ona müraciət edərək yardım istədik və aldıq. Bu zaman səfir bizə «Siz xaricə nə üçün müraciət etmirsiniz?» dedi. Sonra o, Qafqazın Bakı şəhərində Hacı Zeynalabdinin ünvanını bizə verərək «Siz vəziyyəti izah edərək yardım istəyin» deyə tövsiyə etdi. Biz onun bu tövsiyələrini yerinə yetirdik. Təqribən bir ay sonra İstanbuldakı Nobel neft şirkəti vasitəsilə o möhtərəm şəxs biz türklərə yardım məqsədilə min qızıl lirə göndərmişdi. Nağı bəy, mənə Zeynalabdin haqqındakı məlumatınızı söyləməyi çox xahiş edirəm». (“Nağı bəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri, “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə (Xatirə dəftərindən bir yarpaq)”, Nağı Keykurin. Səh. 105. Bakı-2007)
İkinci nüans isə Sultan Əbdülhəmidə Quranın hədiyyə olunmasıdır. Bu məsələnin tarixi reallığı isə tamamilə başqadır.
XX əsrin əvvəllərində 1907-ci ildə müqəddəs Qurani-Kərimin təfsirini Azərbaycan dilinə tərcümə etdirən Bakı milyonçusu, xeyriyyəçi, maarifpərvər şəxsiyyət Hacı Zeynalabdin Tağıyev olmuşdur. Quranın təfsirini tərcümə edənlər Bakı Quberniya Qazisi Məhəmməd Kərim Cəfərzadə və məşhur din xadimi Axund Əbu Turab olmuşdur. Bu təfsir üç cilddə – “Kəşfül- Həqayiq” (“Həqiqətlərin Kəşfi”) adı ilə “Kaspi” mətbəəsində çap edilmişdir.
H.Z.Tağıyev üç cilddə nəşr etdirdiyi bu müqəddəs kitabı 1907-ci ildə bir nüsxəsini türk sultanı Sultan Əbdül Həmidə hədiyyə olaraq göndərmişdir. Azərbaycan mühacir ziyalılarından olan Nağı Keykurun Ankarada nəşr olunan aylıq “Azerbaycan” kültür dərgisində “Böyük bir hayırsever Hacı Zeynalabdın Tağızadə (Hatire defterinden bir yarpaq)” adlı məqaləsində yazır ki, Hacının İstanbula türk Sultanına göndərdiyi bu müqəddəs kitab 4000 altun lirə dəyərində ziynətli daşlar və almazlarla bəzədilmişdir
Sultana göndərilən bu hədiyyyə, xüsusi nüsxə olaraq qızıl suyu ilə yazılmış, almaz qaşlarla bəzədilmiş və qalın gümüş qutuda yerləşdirilərək Xeyriyyə Cəmiyyətinin üzvü müəllim və pedaqoq, görkəmli şair, ictimai xadim Abdulla Şaiqin qardaşı Axund Yusif Talıbzadə (Yusif Ziya adı ilə də məşhurdur) tərəfindən 1907-ci ilin 19 avqustunda Sultan Əbdül Həmidə çatdırılmışdır.
Tarixi reallığı əks etdirən filmlər çəkilməyincə və kinomotoqrafiyamızın bu halda təqdim olunması hələ də xalqın “həqiqətləri” başqa sistemlərin siyasəti ilə çəkilın filmlərdən “öyrənməsi” davam edəcək.
Nağı bəy şeyxzamanlı hacı zeynalabidin tağıyev
27 янв 2018
Sonsuzluq Бесконечность ответил Тофигу
Allah, Tanrı ,Boq,nə istəyirsiz adlandırın,bunun hamsı insanın öz inancıdır, amma araya din kimi vastəci girib Allah adından Tanrı adından moizələr söyləyirsə ,deməki bu artıq insanları idarə etmək ücün bir təşkilatdır bir qurumdur.
Поделиться 0
27 янв 2018
Тофиг ( Айрум Алаверди) ответил Sonsuzluq
BELI COX DUZ DEYIRSIZ SIZNEN TAMAMILE RAZIYAM
Поделиться 0
28 янв 2018
Elə bu səbəbdəndə osmanlı imperatorluğunda quranın tərcüməsindən qorxurmuşlar
Поделиться 0
28 янв 2018
Bunun ozude bir siyasetdir ereblewme siyaseti.
Поделиться 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 15 марта в 11:51
Elə bilirsiz axmaq, gecə yuxusunda gördüyünü,səhər cıxıb həqiqət kimi cəmiyyətə yayan jurnalislər tək bizdədir? Xeyir! Bu xəstə təfəkkürlü varlıqlardan hər yanda var. Amerikalı jurnalist: “Çin iki min ildir ki, ölkəmizi yəni ABŞ-ı məhv etmək üçün istənilən üsuldan istifadə edir”.
Текст книги “Xatirələr”
“Bütün müqəddəs ideyalara inandığım kimi buna da əminəm ki, nə rus, nə də başqa bir yad rejim köklü olaraq Azərbaycanda nə dayana biləcək, nə də yaşayacaqdır. İstiqlal fikrini və imanını bütün inanclarımızdan üstün tutan Azərbaycan xalqı yenidən öz istiqlalına qovuşacaqdır. Mənim fani vücudum və həsrət dolu gözlərim o xoşbəxt günləri görməyə bilər. Ancaq buna inanıram ki, keçmişdən daima iftixar payı almış xalqımız bu əsərimi ölkəmdə şəkillərlə bəzəyib, yenidən nəşr etdirəcəkdir. Onlar bu dastan dolu şanlı keçmişi öyrənəcək və yurdunun istiqlalı uğrunda fədakarcasına çalışmış atababalarını ehtiramla yad edəcəklər.”
Nağı Keykurun (Şeyxzamanlı)
I hissə
Nağı bəy Şeyxzamanlının xatirələri
Azərbaycan istiqlal mücadiləsinin xatirələri
Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə (xatirə dəftərindən bir yarpaq)
Dərdləşmə
Nağı bəy Şeyxzamanlı haqqında bir neçə söz
Sovetləşmə illərində azərbaycanlıların bir çoxu mühacir həyatı yaşamaq məcburiyyətində qalmışdılar. Bunlar arasında Azərbaycan Demokratik Respublikasının rəhbərləri, müxtəlif vəzifələrdə çalışmış şəxslər az olmamışdır. Belə görkəmli ziyalılardan biri, indiki Milli Təhlükəsizlik Nazirliyinin sələfi sayılan “Əks-inqilab ilə mübarizə təşkilatı”nın rəisi Nağı bəy Şeyxzamanlı olmuşdur.
1883-cü ildə Gəncə şəhərində anadan olan N. Şeyxzamanlı hələ gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Belə ki, o, əvvəlcə Gəncədə fəaliyyət göstərən “Difai” təşkilatının (bu təşkilatın əsası Əhməd bəy Ağayev tərəfindən 1905-ci ildə Bakı şəhərində qoyulmuşdu), sonra isə “Türk Ədəmi-Mərkəziyyət firqəsi” nin fəal üzvlərindən biri olmuş və Azərbaycanın müstəqilliyi uğrunda yorulmadan mübarizə aparmışdır. “Türk Ədəmi-Mərkəziyyət firqəsi” ilə “Müsavat” partiyası birləşdikdən sonra da Nağı bəy siyasi fəaliyyətini davam etdirmişdir.
Nağı bəy ADR elan olunduqdan sonra ən çətin və mürəkkəb sahə sayılan təhlükəsizlik orqanına – əkskəşfiyyata rəhbərlik etmişdir. Belə ki, 1919-cu ilin avqustundan 1920-ci ilin martına kimi “Əks-inqilab ilə mübarizə təşkilatı”nın rəisi olmuş, Azərbaycanın dövlətçiliyi və müstəqilliyinin keşiyində dayanmış, eləcə də bu təşkilatın formalaşmasında böyük işlər görmüşdür.
XI Qızıl Ordunun Azərbaycanı işğalı zamanı onun böyük qardaşı, “Əks-inqilab ilə mübarizə təşkilatı”nın ilk rəisi, parlamentin üzvü Məmmədbağır Şeyxzamanlı (1880–1920) bolşeviklər tərəfindən güllələnmiş, Nağı bəy isə vətən xaini elan edilmiş, həbs olunması haqda qərar çıxarılmışdır. Beləliklə, axtarışda olan Nağı bəy Azərbaycandan getmək məcburiyyətində qalmışdır. O, Bakıdan Gəncəyə, Gəncədən Tiflisə, Tiflisdən isə Türkiyəyə keçmişdir.
Mühacir ömrü yaşayan Nağı bəy Türkiyədəki həmvətənləri ilə sıx əlaqədə olmuş, onların yaratdığı “Azərbaycan” kültür dərgisinin işində fəal iştirak etmişdir. Azərbaycanın azadlığı uğrunda mübarizə aparan və onun dövlətçiliyinə daim sadiq qalan Nağı bəy Türkiyədə olduğu zaman da Vətəni unutmamış, həmişə onun taleyi ilə maraqlanmışdır. O, Azərbaycanda baş verən ictimai-siyasi hadisələr haqqında düşüncələrini məqalə və kitab halında çap etdirmişdir. Onun “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə” (1957), “Dərdləşmə” (1963) və “Azərbaycan istiqlal mücadiləsinin xatirələri” (1964) əsərlərinə Azərbaycanda baş vermiş hadisələrin bir az uzaqdan – Türkiyədən təhlili və qiymətləndirilməsi kimi baxmaq olar.
Ürəyi daim Azərbaycanla döyünən Nağı bəy 1967-ci ildə dünyasını dəyişib.
Türkiyədə dərc olunan aylıq “Azərbaycan” kültür dərgisində onun ölümü ilə əlaqədar böyük bir nekroloq dərc edilmişdir. Nekroloqdan da aydın olur ki, o, Türkiyədə böyük nüfuza malik ziyalı kimi tanınıb. Nekroloqda oxuyuruq: “Nağı bəy bütün ömrü boyunca bu məsələdə heç bir kimsəyə və hər hansı cərəyana kiçik güzəştə belə getməmişdir. O, ağır xəstə olarkən də yurdunu və mübarizəsini bir an belə unutmamışdır. Elə bu səbəbdən də məzarı başına toplanan qohum-əqrəbası, tanışları, dostları onu göz yaşları içində, hörmət və sevgi ilə torpağa əmanət etmişlər”.
Ömrünün sonuna kimi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan N.Şeyxzamanlının bu üç əsərini və onun ölümü ilə əlaqədar yazılmış nekroloqu ilk dəfə müstəqil Azərbaycanın geniş oxucu kütləsinə təqdim edirik. Fikrimizcə, bu əsərlər 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının tarixi və taleyini daha ətraflı öyrənmək baxımından tədqiqatçılar üçün faydalı olacaqdır.
Cəlal Qasımov
filologiya elmləri namizədi
Azərbaycan istiqlal mücadiləsinin xatirələri
İstanbul 1964
Əziz oxuculara təqdim etdiyim xatirələrimin mühüm saydığım tərəfi Azərbaycan İstiqlal Mücadiləsi dövrüdür. Bu mübarizə dövrünün böyük hissəsi gizli olaraq cərəyan etdiyindən, təbii ki, mətbuatımızda əks olunmamışdır.
Söhbətimizin mövzusu olan bu mübarizə XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutundan sonra başlamışdır. Hər hansı dövlət və ya millətdən yardım və dəstək görmədən mədəni dünya qarşısında milli davamızı müdafiə edəcək nə bir müəssisə, nə də bir mətbuat orqanı olmadan aparılan bu mübarizə müəyyən bir proqram daxilində həyata keçirilmişdir. Bu fəaliyyət gizli aparıldığından həqiqi tarixi yazılmamışdır. Onun sürətli inkişafı 1905-ci il Birinci rus inqilabı illərinə təsadüf edir. Çarlığın müstəbid idarəsi altında olmasına baxmayaraq, Azərbaycanın gizli təşkilatı qüvvətli idi. Çarlıq ancaq orduya və məmur zümrəsinə arxalanırdı. Azərbaycan mübarizə təşkilatının dayağı isə xalq dövrünü arxada qoyub millət dövrünə girən və milli davasına sədaqətlə sarılan qüvvə idi. Xalq bir işarə gözləyirdi. Həmin bu işarə 1917-ci ilin fevralında verildi. Çar devrildi, imperiya dağıldı, rus milləti öz çarını ailəsi ilə birlikdə məhv etdi. Azərbaycan istiqlalçıları ildırım sürətilə hücuma keçdilər və rus qüvvələrini tərksilah edərək idarəetməni ələ aldılar. Gəncədə milli hökumət quruldu. Bu fövqəladə hadisələr şəraitə uyğun olaraq mətbuatda əks etdirilə bilmədi. Xatirələrimdən də göründüyü kimi, Gəncədə qurulan milli hökumət Bakıda qurula bilmədi. Bakıda iqtidarı və idarəni düşmənlərimiz öz əllərinə keçirmiş və Leninin Moskvasına bağlamışdılar. Bakıda milli davamızı müdafiə edən qəzetlər və jurnallar susdurulmuşdu. Milli mətbuat orqanlarını nəşr edən mətbəələrimiz dağıdılmış, işçiləri isə güllələnmişdi. İstiqlal Mübarizəsinin ağırlığı tamamilə Gəncənin üzərinə düşmüşdü.
Qısa bir zamandan sonra əmin-amanlıq təmin olundu və məmləkət milli kadrlar tərəfindən idarə edilməyə başlandı. İstiqlalçılar yalnız hərbi qüvvə baxımından özlərini zəif hiss etdiklərindən qardaş Türkiyədən yardım istədilər və aldılar. Onlar Türkiyədən gələn köməyə arxalanaraq Bakını düşmənlərdən təmizlədilər.
1906-cı ildə deputatlarımız azərbaycanlılardan da əsgər alınmasına dair rus ordusuna təklif vermişdilər. Çar hökuməti isə bizə etibar etmədiyi üçün bu təklifi rədd etmişdi. Əgər təklif qəbul olunsaydı, azərbaycanlılar da digərləri kimi hərbi təlim və tərbiyə görərək milli hərbi kadr kimi formalaşmağa nail ola biləcəkdilər.
Bütün müqəddəs ideyalara inandığım kimi, buna da əminəm ki, nə rus, nə də başqa bir yad rejim köklü olaraq Azərbaycanda nə dayana biləcək, nə də yaşayacaqdır.
İstiqlal fikrini və imanını bütün inanclarımızdan üstün tutan Azərbaycan xalqı yenidən öz istiqlalına qovuşacaqdır. Mənim fani vücudum və həsrət dolu gözlərim o xoşbəxt günləri görməyə bilər. Ancaq buna inanıram ki, daima keçmişdən iftixar payı almış xalqımız bu əsərimi ölkəmdə şəkillərlə bəzəyib yenidən nəşr etdirəcəkdir. Onlar bu dastan dolu şanlı keçmişi öyrənəcək və yurdunun istiqlalı uğrunda fədakarca çalışmış ata-babalarını ehtiramla yad edəcəklər.
Əziz oxucularımız, bu milli davaya çox əmək sərf olunmuş və bu yolda çox qanlar tökülmüşdür. Bütün bunlar istiqlal yolunda aparılan mübarizələrdə adi haldır. Amma ağır şərait və imkansızlıq üzündən bizim mübarizəmiz olduqca çətin keçmişdir. Bu sətirlərlə tariximizin İstiqlal mübarizəsi dövrünə aydınlıq gətirə biləriksə, özümüzü xoşbəxt sayacaq və milli məqsədimizə nail olduğumuzu düşünəcəyik. Bizim şəxsən istəyimiz də bundan başqa bir şey deyildir.
Giriş
XIX əsrin əvvəllərində rus çar imperializmi Azərbaycan xanlıqlarını işğal etməyə başlamış və bu işi on il ərzində tamamlaya bilmişdi. İşğal edilən xanlıqların heç bir hüququ tanınmadan onlar rus imperiyasına il-haq edilmişlər. Bunlar Bakı, Gəncə, Qarabağ, Şəki, Şir-van, Quba, Lənkəran xanlıqları ilə bir neçə kiçik sultanlıqdan ibarət idi. Azərbaycan xanlıqları o dövrlərdə aralarında birlik qura bilməmişdilər. Bu səbəbdən də rus imperializmi onları asanlıqla bir-bir işğal edə bilmişdir. Ancaq başlarına gələn fəlakətdən sonra onlar öz əhalisi ilə ruslara qarşı amansız mübarizəyə başladılar. Dinləri, dilləri, ənənələri və adətləri bir olan bu insanlar tez dil tapdılar, qaynaşdılar və bir varlıq olaraq ortaya çıxa bildilər. Ruslar ən çətin mübarizəni Gəncə xanlığı ilə apardı və böyük tələfat verdi. Rus ordularının komandanı general Sisianov Gəncə xanı Cavad xana hədələyici ultimatumlar göndərir və onun ruslara qarşı vuruşmasını milçəklə filin mübarizəsinə bənzədərək, “Gəl təslim ol, imperator səni əfv edər”, – deyirdi. Cavad xan isə inadından dönməyərək mübarizəsini davam etdirirdi. O, Sisianova, “Mən ölməmiş siz Gəncə-yə girə bilməzsiniz”, – cavabını vermişdi. Nəhayət, mühasirənin heç bir nəticə verməyəcəyini hiss edən ruslar şəhərin içindən keçən çayın məcrasını dəyişdirdilər. Bir tərəfdən aclıq, susuzluq, digər tərəfdən də ağır topların müntəzəm olaraq şəhərə atəş açmaları xalqın müqavimətini zəiflətdi. Bundan istifadə edən ruslar şəhərə girə bildilər. Yalnız Cavad xanın və oğlunun şəhid olmasından sonra şəhərə daxil olan vəhşi rus əsgərləri qarşılarına çıxan hər canlını amansızcasına məhv etdilər. Bu, rus çarının onlara qələbədən sonra verdiyi zəfər haqqı idi.
Mühasirə zamanı şəhərdəki qocalar, xəstələr, uşaqlar Gəncənin böyük camesinə sığınmışdılar. Növbə ora çatır. Ancaq rus əsgərlərini qapıda rusca bilən bir ağsaqqal qarşılayır və onlara, “Bura qışla deyil, Allahın evidir. Burada yalnız ibadət edilir, silahla girilməz. İçəridə qocalar, qadınlar, uşaqlar var. Hamısı Allahlarına sığınmışlar. Mərhəmət edin”, – deyir. Əsgərlər əvvəlcə agsaqqal qocanı öldürür, sonra da içəri girərək oradakıları qılıncdan keçirirlər. Camenin qanını təmizləmək üçün düz bir həftə lazım gəlir. Bax, budur rus mədəniyyəti…
Şairlər tərəfindən Gəncə xanlığı və onun qəhrəman xanı Cavad xan üçün yazılan misralar hələ də Azərbaycan xalqının dilində əzbərdir. Şair Qazaxlı Dilbozun dastanının son misrası belədir: “Elə ki, Cavad xanı vurdular, sanki qırıldı beli Gəncənin”.
Tarixdə gəncə
(«İslam Ensiklopediyası», «Gəncə» məqaləsi)
Böyük ticarət yolları üzərində zəngin və münbit bir ərazidə qurulmuş olan Gəncə çox əski dövrlərdə iqtisadi cəhətdən xeyli inkişaf etmişdir. Gəncəlilərin cəngavərlikləri və şücaətləri də məşhur idi. 1221-ci ildə monqollar ilk dəfə Gəncənin qala divarları ətrafında göründükləri zaman qəhrəmanlıqları ilə tanınmış bu şəhərə yaxınlaşmağa cəsarət etməmiş, aldıqları qızıl və parçalarla kifayətlənərək çəkilib getmişdilər.
XIII əsrin erməni salnaməçilərindən gəncəli Kirakos yazır: “Monqollardan qaçaraq Azərbaycana gələn Xarəzmşah Cəlaləddin Eldənizlilərin xanı Özbək xanın Təbrizdən qaçaraq sığınmış olduğu Gəncəni zəbt etdi. Ancaq bu hadisədən bir neçə il sonra gəncəlilər üsyan qaldıraraq, şəhərdəki Xarəzmşahın adamlarını öldürməyə başladılar. Buna baxmayaraq, Cəlaləddin 1231-ci ildə üsyanı yatırmağa müvəffəq oldu və onun 30 nəfər əsas iştirakçısından başqa heç kəsə toxunmadı. O, əsgərlərinin şəhəri talan etmələrinə də icazə vermədi”.
Gəncə XIV əsrin sonunda Böyük Teymura müqavimət göstərmiş, boyun əyməmişdir. Erməni salnaməçisi Kirakosa görə, Cəlaləddindən sonra iki dəfə Azərbaycana gələn monqollar 1235-ci ildə gəncəlilərin silahlı müqaviməti ilə üzləşiblər. Bir həftə mühasirə altında qalan şəhərin ələ keçəcəyini başa düşən əhali öz yurdunu büs – bütün yandırdı. Məhv ediləsi nə var idisə, məhv etdilər. Bundan hiddətlənən monqollar isə şəhər əhalisini qılıncdan keçirdilər.
Azərbaycan Cümhuriyyətinin keçmiş İstanbul elçisi Yusif Vəzirlinin 1920-ci ildə İstanbulda nəşr etdiyi “Azərbaycanın iqtisadiyyatı, tarixi və coğrafiyası” adlı kitabının 24-cü səhifəsində deyilir: “Gəncə xalqı qədim tarixdən bəri hürriyyətini müdafiə və mühafizə etməklə məşhurdur. Gürcülərin istila məqsədi ilə hücum etmiş qüvvələrinə qarşı sinə gərib mərdanə mübarizədə rəşadət göstərən Gəncə vaxtilə Çingiz xanın da diqqətini cəlb etmişdir. Xanın ordusu Qafqazı tar-mar edərkən, Gəncəyə toxunmamışdır. Gəncə, milli təşkilatı ilə Azərbaycanda birincilik qazanmış bir şəhərdir. Azərbaycanın istiqlalı yolunda böyük rol oynayan şəxslərin əksəriyyəti Gəncədəndir. Gəncə Şeyx Nizaminin vətənidir”.
Rusların 1803-cü ildə Gəncəni işğal etdikləri zaman törətdikləri vəhşiliklər haqqında qısa da olsa yuxarıda bəhs etmişdik. İndi isə tarixi bir hadisəyə toxunaraq bu bəhsi bitirəcəyik.
Rus tarixçilərinin bildirdiklərinə görə, Cavad xan Gəncə qalasının bürcündə şəhid edilmişdi və qalib rus zabitləri onun meyitini görməyə tələsirdilər. Bu zaman qalanın bürcündə belə bir mənzərə yaranmışdı: bir tərəfdə Cavad xan və oğlu Hüseyn xanın meyitləri, o biri tərəfdə isə silahları əllərindən alınmış Azəri döyüşçüləri. Bu döyüşçülərdən biri xanına və xanzadəsinə son ehtiram vəziyyətində durmaqdadır. Bu zaman zabitlərlə qala bürcünə çıxan rus çavuşu Cavad xanın meyitinə küfr edir və cəsədə bir qılınc zərbəsi vurur. Ehtiram vəziyyətində duran döyüşçü silahsız olduğunu bir anlıq unudaraq əlləri ilə çavuşun xirtdəyindən yapışır. Mübarizənin sonunda ikisi də cansız halda yerə sərilirlər. Rus çavuşu döyüşçünün dəmir barmaqlarının gücündən, Azəri döyüşçüsü isə boğarkən digər rus döyüşçülərinin vurduğu qılınc zərbəsindən həlak olur. Bu hadisəni rus tarixçisi “Qafqaz kalendarı” adlı məcmuədə, “Qəhrəman çavuşumuzu Cavad xanın cani döyüşçüsü boğaraq öldürdü”, – deyə təsvir edir. Bax, budur rus mədəniyyəti…
Rusların Gəncə və Azərbaycan xalqına qarşı törətdikləri vəhşilik və qəddarlıq unudulmayacaq qədər ağırdır. Kiçik yaşlı gəncəli uşaqlar böyüklərdən, yaşlılardan, xalq şairləri tərəfindən söylənmiş dastanlardan bu həqiqətləri öyrənirlər və o yaşda ruslara nifrət etməyə başlayırlar. Onlar heç bir zaman ruslara isinməmiş və nifrət dolu nəzərlərlə baxmışlar. Özlərinə güvənən kənd cavanları fürsət düşən kimi rus məmurlarını öldürür, sonra da silahlarını alıb dağlara çəkilirdilər.
Cavanların bu hərəkətlərindən sonra rus məmurları ilə amansız mübarizə başladı. Xalqımız əsarət yerinə azadlığı seçən qəhrəmanlara “qaçaq” adını verdi. Onlar öldülər, öldürdülər, şöhrət qazandılar. Qəhrəmanlıqları ilə rusların gözlərinin odunu aldılar. Şairlərimiz haqlarında dastanlar yaratdı, xalq da bu dastanları ağızdan-ağıza yaydı. Gəncənin dağları və dərələri qaçaqlarla dolu idi. Hər kəndlinin evi onların yatağına çevrildi.
Bu zamanlar Gəncənin şəhərdə qalan cavanları da təşkilatlanmağa başlamışdılar. Rusların jandarma alayı hansı qaçağın üzərinə hücum etməyə hazırlaşırdısa, dərhal ona xəbər göndərilirdi. Hamıya aydın idi ki, o zamanlar Azərbaycanın hər tərəfində amansız istiqlal mübarizəsi gedirdi. Ancaq biz burada yalnız Gəncə ətrafında cərəyan edən hadisələrdən bəhs edəcəyik.
Mübarizə özünü hər sahədə göstərirdi. Gəncə ziyalıları bu yolda əllərindən gələn köməyi edirdilər. Tarixi yazılmamış bu mübarizə uzun illər davam etdi. Azərbaycan xalqı o dövrlərdə hər hansı bir qüvvənin ruslarla müharibəyə girməsini gözləyirdi. Biz bu qüvvəni, şeytan da olsa, özümüzə müttəfiq sayaraq, yardım edəcəkdik. Nəhayət, gözlədiyimiz an gəlib çatdı və adı, cismi bizlərə məchul olan kiçik yapon milləti ruslarla müharibəyə başladı.
Müharibənin getdiyi ərazi bizdən çox uzaq olduğundan, onların xeyrinə döyüşmək mümkün deyildi. Əlimizdən ancaq Ulu Tanrıdan yaponlara kömək diləmək gəlirdi. Onun yardımı ilə yaponlar həm quruda, həm də dənizdə rusları məğlubiyyətə uğratdılar. Bu məğlubiyyət imperiyanın mərkəzini sarsıtdı. Fürsətdən istifadə edən bütün sosialist partiyalar xalqı rus çar üsuli-idarəsinə qarşı üsyana qaldırdı. Qeyri-ruslar, yəni məhkum millətlər imperiyanın əsarətindən xilas olmağa çalışırdılar.
Ruslar yaranmış vəziyyətin onlara fəlakət gətirəcəyini bilirdilər. Buna görə də yaponların ağır müharibə təzminatını qeyd-şərtsiz qəbul etdilər. Çar hökuməti yaponlarla müqavilə bağladıqdan sonra ölkə daxilindəki hadisələrin qabağını almaq üçün ciddi tədbirlər görməyə başladı. O, bu yolda hər cür qanuni və qeyri-qanuni hərəkətlərdən çəkinmirdi. Əvvəlcə Rusiyanın mərkəzi şəhərlərindəki şovinist ruslar yəhudilərin əleyhinə qaldırıldı. Bir çox şəhərlərdə yəhudi qırğınları baş verdi. Tarixdə misli görünməmiş soyqırım törədildi. Rus millətinin hər sinfi: monarxisti də, sosialisti də soyqırımda iştirak etdi. Çar hökuməti mərkəzi şəhərlərdə istəyinə nail ola bildi. Artıq rus milləti Rusiyanın mərkəzi vilayətlərində sinfi mübarizəni unudub, yəhudi soyqırımı ilə məşğul idi. Ancaq çar hökumətinin böyük bir narahatçılığı da var idi. Azərbaycanın üsyana qalxacağı və Gəncəyə edilmiş rus zülmünün intiqamının gəncəlilər tərəfindən alınacağı ehtimal edilirdi. Bu narahatçılıqla hərəkətə keçən çar hökumətinin yaratdığı faciənin ikinci pərdəsi Azərbaycanda oynanıldı. Gəncə vilayətinin Qarabağ qəzasının mərkəzi Şuşa şəhərində ermənilər türklərin üzərinə hücuma təhrik edildilər. Şuşada olan rus diviziyasının komandanı general Kalaşçapov ermənilərin türklər tərəfindən məğlubiyyətə uğradıldığını görüncə, diviziyasında olan erməni əsgərlərə mülki paltar geyindirib köməyə göndərdi. Gəncə əhalisi Şuşadakı qardaşlarına yardım etməyə başladı. Bundan xəbər tutan Çar hökuməti vaxt itirmədən Gəncədə erməni-türk qırğını törətdi. Rus hökuməti bununla da kifayətlənməyərək milli münaqişəni Azərbaycanın mərkəzi olan Bakıda təşkil etdi. Ermənilər Azərbaycanın hər tərəfində türklərin üzərinə hücum etsələr də, hər yerdə məğlub olmuşdular.
Azərbaycanın tarixi boyunca ermənilər həmişə türklərdən çəkinmiş, onlarla qarşı-qarşıya gəlməyə cəsarət etməmişlər. Ruslar Qarabağın Şuşa şəhərində açıq-aşkar ermənilərə yardım etsələr də, Bakıda və Gəncədə bunu edə bilməzdilər. Əslində, vilayət mərkəzi olan bu şəhərlərdə rusların hər bir hərəkəti ziyalı azərilərin nəzarəti altında idi. Ancaq vilayət mərkəzlərində ruslar əlaltından da olsa, ermənilərə kömək etməyə çalışırdılar. Çar hökuməti bu şəkildə Azərbaycanda da istəyinə nail olmuşdu. Yəni 1905-ci il inqilabını yatırmaq üçün azərbaycanlıları ölüm-dirim mübarizəsi ilə üz-üzə qoymuşdu. Nəticə etibarilə 1905-ci il inqilabının parlaması ilə sönməsi bir oldu. Mübarizədən qalib çıxan ruslar bir bəyannamə nəşr edərək qeyri-rus millətlərə bəzi haqq və hüquqları bir nemət kimi təqdim etdilər. Əslində, ilk həmlədə geniş şəkildə istifadə edilən haqlar bunlar idi:
1. “Dövlət Duması”nın (parlament) qurulması və buraya hər millətdən deputat göndərilməsi;
2. Hər millətə din azadlığı verilməsi və yenə hər millətin öz dilində dərs keçə biləcəyi məktəblər açmasına, qəzet və jurnal nəşr etməsinə icazə verilməsi;
3. Azadlıq, ədalət və bərabərliyin təmin edilməsi.
Bir müddət çar hökuməti verilən bu haqlardan öz mənafeyi üçün istifadə etsə də, məhkum millətlər özləri üçün müəyyən işlər görə bildilər. Bu haqların əldə edilməsi ilə Azərbaycanın hər tərəfində ana dilində dərs keçən məktəblər açıldı. Bakıda gündəlik nəşr olu-nan 20 qəzetdən başqa, həftəlik və aylıq çıxan jurnallar da var idi. Bu mətbuat orqanları Azərbaycanın hər tərə-finə göndərilirdi. Bundan başqa, ölkənin hər yerində olduğu kimi, Gəncədə də dörd cəmiyyət quruldu:
1. “Xeyriyyə” cəmiyyəti;
2. “Maarif” cəmiyyəti;
3. “Dram” cəmiyyəti;
4. “Difai” firqəsi.
“Xeyriyyə” cəmiyyətinin məqsədi topladığı pullarla xalqımızın bütün ehtiyaclarını ödəmək idi. Çar hökuməti türkcə dərs keçən məktəblərin açılmasına icazə versə də, onun dövlət büdcəsindən maliyyələşdirilməsini qadağan edirdi.
“Dram” cəmiyyətinin vəzifəsi əsərlər səhnələşdirərək ikinci məktəb olan teatr vasitəsilə xalqın gözünü açmaq və bu yolla topladığı pulları milli mübarizəni dəstəkləmək üçün xərcləmək idi.
“Difai” firqəsinə gəlincə, bu, ehtiyacdan yaranmış təşkilat idi. Xalqımızla insan kimi davranmayan, onlara qarşı cinayətkar hərəkətlər edən, erməni-azəri milli münaqişəsində açıqdan-açığa ermənilərə yardım edən rus hökumət nümayəndələrinə layiqli cəza vermək ücün yaranmışdı. Xalqımıza qarşı cinayət törətmiş hər bir hökumət nümayəndəsinin hərəkəti tədqiq olunur, sonra o öldürülürdü. Bu dövlət məmurunun nə üçün öldürüldüyü haqqında bir bəyannamə nəşr edilir və bu yolla hadisə barədə məlumat verilirdi. Bəyannamə həmişə “Difai” firqəsinin möhürü ilə möhürlənirdi.
Comments are closed, but trackbacks and pingbacks are open.