Press "Enter" to skip to content

Nadir abdullayev nitq mədəniyyətinin əsasları 2017

4. Firəngiz Əlizadə – “Nasimi-Passion” vokal-simfonik əsəri və Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində xidmətləri”

Azərbaycanda bu əsərlər mükafata təqdim edildi – Siyahı

2. Elmira Ramazanova, Vasif Əliyev, İbrahim Həbibov – “Təbii və səmt qazların energetik halı” (Almaniyada nəşr olunmuş kitab).

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu təqdim edib.

3. Mehman Süleymanov – “Azərbaycan Ordusunun tarixi” (beşcildlik).

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyası təqdim edib.

4. İradə Ələsgərova – “Azərbaycan kitabının bədii və texniki tərtibatı tarixi”.

Odlar Yurdu Universiteti təqdim edib.

5. Fəxrəddin Qədirov, Dadaş Hüseynov, Pərviz Məmmədov, Arif İsmayılzadə, Tələt Kəngərli, Qurban Yetirmişli, Cəbrayıl Azadəliyev, Muxtar Rüstəmov, Rahid Rəhmanov, Solmaz Vəlizadə – “Azərbaycan ərazisinin geologiyası və faydalı qazıntıları” (silsilə əsərlər).

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu təqdim edib.

6. Vasif Babazadə, Şəhla Abdullayeva -“Azərbaycanın mineral-xammal resurslarının kompleks tədqiqinə həsr olunmuş silsilə əsərlər”.

Bakı Dövlət Universiteti təqdim edib.

7. Şahbaz Muradov – “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri”.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu təqdim edib.

8. Qüdrət Kəlbəliyev, Dilqəm Tağıyev, Sakit Rəsulov – “Dispers sistemlər sahəsində fundamental tədqiqatlar və ingilis dilində nəşr olunmuş “Dispers mühitlərdə daşınma fenomenləri” adlı monoqrafiya.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri–üzvi Kimya İnstitutu təqdim edib.

9. Nəsir Əhmədli – “Jurnalistin nitq mədəniyyətinin əsasları” (dərslik).

Azərbaycan Mətbuat Şurası təqdim edib.

10. İdris Abbasov – “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiqat və şərhi”.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu təqdim edib.

11. Nazım Məmmədov, Məhəmməd Babanlı, İmaməddin Əmiraslanov, Nadir Abdullayev, Ziya Əliyev – “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri”.

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu təqdim edib.

12. Nağdəli Zamanov – “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” – dördcildlik.

Azərbaycan Tibb Universiteti təqdim edib.

13. Hacı Qulamhüseyn Sultanlı – “Azərbaycan arıçılıq ensiklopediyası”.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarliq Elmı-Tədqiqat İnstitutu təqdim edib.

14. Qəzənfər Kazımov – “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu təqdim edib.

Texnika sahəsi üzrə:

1. Vaqif Abbasov, Elmar Abdullayev, Cəlal Məmmədov, Vüqar Fərəcov, Teyyub İsmayılov, Rəna Əsədova, Nəcla Nəbiyeva – “İki və üç qida elementli yeni gübrələr və bitkilərin boy stimullaşdırıcıları: araşdırmalar, sınaqlar, tətbiq”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft – Kimya Prosesləri İnstitutu təqdim edib.

2. Ayaz Abdullayev, Əli Nəcəfov, Ramiz Qasımov, Bəyalı Əhmədov, Anar Haciyev – “Ştanqlı quyu nasoslarının innovativ mexaniki intiqalı”.

Azərbaycan Texniki Universiteti təqdim edib.

Memarlıq sahəsi üzrə:

1. Ömər Eldarov, Elbay Qasımzadə – “Maestro Niyazinin Bakı şəhərində ucaldılan abidəsi”.

Azərbaycan Respublikasının Memarlar İttifaqı təqdim edib.

Mədəniyyət sahəsi üzrə:

1. Eldar İskəndərzadə, Vasif Məmmədzadə, Rafiq Quliyev – “Fədakar” ikihissəli bədii-sənədli film.

PSG Production MMC təqdim edib.

2. Vasif Allahverdiyev – “Heydər Əliyev – ömür yolu” (simfonik poema).

Azərbaycan Milli Konservatoriyası təqdim edib.

3. İlqar Fəhmi, Mehriban Ələkbərzadə – “Mənəm, mən. ” tamaşası.

“YUĞ” Dövlət Teatrı təqdim edib.

4. Firəngiz Əlizadə – “Nasimi-Passion” vokal-simfonik əsəri və Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində xidmətləri”

Yaradıcı Qadınlar İctimai Birliyi təqdim edib.

Ədəbiyyat sahəsi üzrə:

1. Yunus Oğuz (Əliyev)- “Ovçu”(roman).

Azərbaycanda Atatürk Mərkəzi təqdim edib.

2. İsa Həbibbəyli – “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”.

Azərbaycan Yazıçılar Birliyi təqdim edib.

3. Teymur Əhmədov – “Nəriman Nərimanov (həyatı, mühiti, yaradıcılığı)”.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutu təqdim edib.

Nitq mədəniyyətinin əsasları

Müasir dilimizdə işlətdiyimiz mədəniyyət sözü çox geniş anlayış ifadə edir. Bu anlayış yaxşı-pis, müsbət-mənfi sözləri qədər və bəlkə, onlardan daha geniş məna ifadə edir. Mədəni sözü ərəbcə şəhərli deməkdir. İlk əvvəl mədəni-şəhərli insan davranışının və fəaliyyətinin bütün növlərində şəhərdən uzaq bədəviliyə qarşı qoyulurdu. Baqşa sözlə, şəhərlinin hərəkəti, davranışı, danışığı bədəvilərə nisbətən mədəni hesab olunurdu. Sonradan mədəniyyət sözü öz mənasını daraldaraq mədəniyyətsizliyə qarşı qoyuldu. Azərbaycan dilinin izahlı lüğətində bu sözün üç mənası verilmişdir:

1. İnsan cəmiyyətinin istehsalatda, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu;
2. Xalqın və ya siniflərin müəyyən dövrdə əldə etdiyi nailiyyətlərin məcmusu, belə nailiyyətlərin səviyyəsi // təsərrüfat və ya zehni fəaliyyətin inkişaf səviyyəsi;
3. Savadlılıq, elmilik // mədəni adamın tələblərinə uyğun gələn həyat şəraitinin məcmusu, yaşayış mədəniyyəti.

Bu izahı tam və dolğun hesab etmək olmaz. Çünki, birinci bənddəki insanların istehsalatda və mədəni həyatda əldə etdiyi nailiyyətlərin, uğurların (maliyyə, təsərrüfat və s.) hamısını mədəniyyətə daxil etmək olmaz. 3-cü bənddə isə taftalogiya özünü göstərir: «mədəni adamın tələblərinə uyğun gələn ifadəsi də taftalogiya olub sözün mənasını dolğun əks etdirmir.
Azərbaycan dilində mədəniyyət sözünün bir termin kimi işlənməsi tarixi çox da qədim deyil. Sovet hakimiyyətinin ilk onilliklərində bu söz ərəb mənşəli olduğu üçün onu «Kultura» sözü ilə əvəz etmişdilər. Bu söz latın mənşəli olub cultura sözündəndir. Mənası — Vozdelivanie, tərbiyə, təhsil, inkişaf, hörmət deməkdir».

İnsanın mədəni səviyyəsinin və həyatın inkişafı nəticəsində mədəniyyətin çox çeşidli sahələri yaranmışdır. Məsələn:

1. Dövrlə bağlı: Antik mədəniyyət
2. Millətlə bağlı: Ərəb mədəniyyəti
3. Məkanla bağlı: Kənd mədəniyyəti, şəhər mədəniyyəti, Avropa mədəniyyəti.

Qeyd etmək lazımdır ki, mədəniyyət insan fəaliyyəti ilə bağlı olduğu üçün konkret yerin — məkanın mədəniyyəti anlayışı şərti formada başa düşülür. Məsələn, Avropa mədəniyyəti dedikdə burada yaşayan xalqların mədəniyyəti başa düşülür, yoxsa yerin mədəniyyəti olmaz. Eyni sözləri Fransa mədəniyyəti, İran mədəniyyəti və s. haqqında demək olar.

4. İnsanın həyat və fəaliyyətinin müxtəlif sahələri ilə bağlı müəllim mədəniyyəti, tələbə mədəniyyəti, oxuma mədəniyyəti, səhnə mədəniyyəti, sürücü mədəniyyəti, satıcı-ticarət mədəniyyəti və s..

Bunlardan biri də «insanın atributu» olan danışıq mədəniyyətidir. Danışıqsız insanı təsəvvür etmək olmaz. İnsan ünsiyyət sözündəndir. Əgər lalların əl-hərəkət (doktilo) vasitəsini istisna etsək, insanı danışıqsız təsəvvür etmək olmaz. Hər bir insan cəmiyyətin əsil mənada üzvü olmaq üçün nitqə malik olmalıdır. Tələbə və müəllimlərin içərisində, qurultay iştirakçılrı, deputatlar, böyük və kiçik toplantıların iştirakçıları arasında bircə nəfər də olsun lal adama rast gəlmək olmaz. Çünki burada danışmaq lazımdır. İnsan kiçik yaşlarından danışıq vərdişləri əldə etdiyi zamandan ömrünün sonun qədər öz danışığını təkmilləşdirir. Çünki insan təkcə öz dilinin quruluşunu bilməklə kifayətlənməməlidir. Bunu ən kobud, mədəniyyətsiz adamlar da bilir. Eyni zamanda insan danışdığı insan danışdığı dilin, xüsusilə, ana dilinin incəliklərini bilməli, fikrini gözəl ifadə edə bilməlidir. Burada M.R.Lvovun bir müqayisəsini xatırlatmaq yerinə düşərdi. O yazır: «Bədən tərbiyəsi haqlı olaraq, orta və ali məktəblərdə lazımlı bir fənn kimi qəbul edilir və ona milyardlarla pul xərclənir, ancaq nitq mədəniyyəti qrammatikanın hüdudsuz sahəsinin pərsəng daşı kimi dilçiliyə aid edilir». Dilçilikdə bu məsələ ikinci dərəcəli bir iş hesab edilir. Əslində isə belə olmamalıdır. Qəti şəkildə inanmaq lazımdır ki, nitq mədəniyyəti insan mədəniyyətinin, nitq gözəlliyi insan gözəlliyinin, nitqin təsirliliyi insan nüfuzunun (avtoritetinin) tərkib hissəsidir. Bu səbəbdən də nitq mədəniyyəti dil normaları məcmusu kimi yalnız qrammatika tədris olunan yerlərdə deyil, mühəndislərə, hüquqşünaslara, aviatorlara, həkimlərə də tədris edilməlidir. Onların da öz sahələrində mədəni danışığı təmin edilməlidir. Hər bir adam nitqində özünü təqdim edir. Əgər öz bəlağətli nitqi ilə özünü təqdim edə bilmirsə, nə müəllimin, nə baş nazirin sözünə qulaq asmaz, ona hörmət etməzlər. Əksinə, nitqi gözəl olan adam özünə cəmiyyətdə böyük nüfuz qazandırır. Bu mənada Böyük fars şairi Sədinin sözləri yada düşür:

Ağızdakı dil nədir?
Hünər sahibinin xəzinəsini açan,
Əgər danışmasa, heç kəs bilməz ki,
O zərgərdir, ya saqqızsatan.

Burada çoxlu incə mətləblər vardır. Eyni mövzunu müxtəlif auditoriyada eyni cür şərh etmək olmaz; Eyni mövzunu müəllimlə tələbə eyni cür izah edə bilməz. Yəni bu problem aşağıdakı məsələləri əhatə edir:

1) Kim danışır?
2) Kimə danışır?
3) Hansı şəraitdə danışır?
4) Nə barədə danışır?
5) Nə məqsədlə, nə səbəbə danışır
6) Öz fikrini çatdıra bilirmi, onu başa düşürlərmi?
7) Ona auditoriyanın (dinləyicilərin) münasibəti necədir?
8) Onun nitqini arzu edirlərmi?
9) Danışdığı mövzunu yaxşı bilirmi? və s.

Nitq mədəniyyəti bir sıra problemlə vəhdətdə olub, öz spesifik xüsusiyyətləri ilə onlardan ayrılır. Yəni onları təcrid etmək mümkün olmadığı kimi, eyniləşdirmək də olmaz. Bu problemlər aşağıdakılardır: a) Ritorika — bəlağət; b) Üslub və üslubiyyat; c) Norma.

RİTORİKA
Çox vaxt ritorika (bəlağətli nitq) ilə nitq mədəniyyətini eyniləşdirmişlər. Ritorika — yunanca natiqlik sənəti haqqında elm deməkdir, geniş mənada isə bədii nəsr — bədii oxuma sənəti mənasında işlənmişdir. Qədim yunan və Roma natiqləri S.Çiseron, Kvantilian ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması (seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək orta və aşğı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi; yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.

Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Sonralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, mənasız sözlər yığını (nycTocnoBua), hay-küy mənasında işlənmişdir. Nitq mədəniyyəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə, ritorikasız nitq mədəniyyəti ola bilməz.

ÜSLUB VƏ ÜSLUBİYYAT
Dilçilikdə, ədəbiyyatşünaslıqda, müsiqidə, vokal sənətində, memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliyyət göstərdiyi bir sıra sahələrdə üslub (stil) aparıcı xüsusiyyətə malikdir. Stil sözü dünya elmində və mədəniyyətdə üsluba nisbətən daha qədimdir.
Stil termini yunan dilindən latın dilinə keçmiş «Stilus» sözündən olub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı manerası «Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi ilə şərtləndirilir.
Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır.
Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yəni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməxsus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf mərhələsində üslubu ola bilməz. Lap elə dilin özünü götürmüş olsaq, onun ilkin inkişaf mərhələsində hansı üslubundan bəhs etmək olar? Qəbilə dilinin bədii, funksional, elmi və s. üslubundan danışmaq olarmı?
Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviyyəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Bu gün artıq akademik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr üslubu, realist üslub, romantik üslub, funksional üslub, bədii üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı dilin öz inkişafı və tarixi durumu ilə bağdıdır. Bundan əlavə, poetik üslub — ayrı-ayrı sənətkarların fərdi üslubu da vardır ki, onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır.
Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunan dilçiliyində Aristotel insan nitqi və onun fəlsəfi problemlərindən danışarkən üslub məsələlərinə toxunurdu. Sonra romalılar üslub anlayışını nitqə tətbiq etdilər. Həm yunanları, həm də romalıları üslub məsələsində bir ümumi cəhət birləşdirirdi. O da hər iki ölkə alimlərinin üslub (stil) terminini ritorika, bəlağətli nitq, geniş mənada natiqlik sənəti kimi başa düşmələri idi.
Böyük yunan alimi Aristotel (e.ə. 384-322) üslub məsələsini nitq mədəniyyəti ilə əlaqələndirərək yazırdı: «Üslubun qiyməti onun aydmlığmdadır… Əgər nitq aydın deyilsə, deməli, o (natiq — A.B.) öz məqsədinə nail ola bilməz. Üslub həddən çox alçaq, həddən çox yüksək olmamalıdır, lakin nitqin mövzusuna uyğun gəlməlidir».
Qədim Romanın məşhur natiqi, yazıçısı, vəkili, görkəmli siyasi xadimi Mark Tulli Siseron (e.ə. 106 — 43) natiqlik sənəti haqqında traktat yazmışdır. Siseronun aşağıdakı sözlərini bilməyən üslubiyyatçı və natiq yoxdur: «Əsil natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir üslubla danışmağı bacarsm».

Qədim Hindistanda da üsluba nitq əlaməti kimi baxmışlar. Üslubiyyatı isə nitqi bəzəyən elementlər haqqında təlim kimi qiymətləndirmişlər.
Azərbaycan ədəbiyyatının Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə və başqa görkəmli nümayəndələri bədii və rəsmi üslubun müxtəlif sahələri haqqında qiymətli fikirlər söyləmişlər. Məsələn, M.Füzuli bədii üslublar içərisində qəzələ üstünlük verərək deyirdi:

Qəzəldir səfa bəxşi əhli-nəzər,
Qəzəldir artıran şairin şöhrətini.
Qəzəl de ki, məşhuru-dövran ola,
Oxumaq da, yazmaq da asan ola.

M.F.Axundov bədii üslubun bir çox məsələlərinə toxunmuşdur. O, şeirdə poetikanı əsas amil hesab edərək deyirdi: «Şeir gərək son dərəcə ziyadə ləzzətə bais ola və hüzndə və fərəhdə ziyadə təsirə bais ola. Əgər olmasa, sadə nəzmdir».
Sonra böyük ədib İranın bir sıra şairlərinin əsərlərini tənqid edərək yazır: «. və hərgiz bilmir ki, poeziya nə tövr gərək olsun və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki, poeziya ibarətdir bir neçə taqqa-turuqu əlfazı bir vəzni-müəyyəndə nəzmə çəkib axırma qafiyə verməkdən və məhbubları qeyri vaqe süfat ilə tərif etməkdən və baharı və xəzanı qeyri-təbii təşbihat ilə vəsf eləməkdən. Necə ki, Tehranın mütəəxxirin şüərasmdan Qaani təxəllüsündə bir şairin divanı bir növ cəfəngiyyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmun gərək ki, məbaratib nəsrdə bəyan olunan məzamindən müəsirtər düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola».1
M.F.Axundov haqlı olaraq belə hesab edir ki, bədii personajın danışıq üslubu onun hərəkətləri ilə həmahəng olmalı, obrazın daxili aləminin açılmasına gömək etməlidir. Ədib Mirzə Ağaya onun pyesləri haqqında verdiyi məsləhətdə deyirdi: «bütün bu əhvalat şirin və təsirli ibarələrlə ifadə edilməlidir. İnşallah bu ibarələrlə sizin qələminizin gücünü görəcəyik. Bu cür edin ki, Sara ismətli və həyalı görünsün. Buna görə də onun anası ilə və başqaları ilə olan bütün danışıqlarını dəyişdirin».

Böyük demokrat C.Məmmədquluzadə istər bədii, istərsə də publisistik yaradıcılığında ana dilinin varlığı, saflığı, xəlqiliyi uğrunda mübarizə aparmışdır. O, həmişə «türkün açıq ana dili»ndə yazmış və bunu öz həmfikirlərindən tələb etmişdir. «Molla Nəsrəddin» və onun ətrafına toplaşan Ə.Haqverdiyev, M.Ə.Sabir, O.F.Nemanzadə, onlarla sıx həmfikir olan F.B.Köçərli və onlarla başqaları ədəbi üslübun xalq qoluna üstünlük verirdilər. Əsrin əvvəllərində «Füyuzat» və «Şəlalə» kimi jurnallar ümumtürk məsələsini qoymaqda nə qədər haqlı idilərsə, doğma Azərbaycan dilini bəyənməməkdə bir o qədər yanılırdılar. «Şəlalə» jurnalının 1913-cü il 2 mart tarixli sayında şəlaləçilərə cavab olaraq «Dil məsələsi» adlı məqalə dərc edilmişdir. Burada deyilir: «Şairin və ya müəllifin yazdığı əsər ancaq o vaxtı fayda verə bilər ki, o əsər «El malı» ola bilə. Bir əsər də «el malı» ola bilmək üçün elin dilində, elin anladığı tərzdə yazılmalıdır. Misal üçün «Şəlalə»nin üçüncü sayında birinci səhifədə «Hirs və təmə» ünvanlı yazılmış məqalənin ilk sətirlərini götürək. Belə qurma dil ədəbi dil ola bilməz. Hər bir qövmün ədibləri və ürəfası tərəfindən o qövmün dilinin ruhuna və qanununa müvafiq yaradılmış, zərifləndirilmiş və sərbəstləndirilmiş (zənginləşdirilmiş — A.B.) dil o qövmün ədəbi dilidir».1 Buraya qədər deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, üslub anlayışı insan idrakının, insan fəaliyyətinin bütün sahələrini əhatə edir.
Deməli, insan fəaliyyətinin bütün dövrlərində üslub anlayışı bu və ya digər dərəcədə mövcud olmuşdur. Buna görə də çox vaxt üslublar tarixindən bəhs edərkən onu yazıya qədərki və yazı ənənəsindən sonrakı deyə 2 dövrə bölürlər.

«Yazıya qədərki şifahi ədəbi dilin funksional üslubunun tarixi də qədimdir. Bu üslub hər bir dildə uzun illər yazı ənənəsi olmayan şəraitdə yaranır. Mənsub olduğu xalqın tarixinin qədim dövrlərindən təşəkkül tapan ədəbi şöhrət üslubu formalaşdığı prosesdə özünün dil vahidlərindən müxtəlif məqsədlər üçün söz və ifadə seçib işlətmək prinsiplərini yaratmışdır. Bu üslub dilin ictimai vəzifəsini yerinə yetirərkən onun iki mikro üslubu meydana gəlmişdir. Məişət-ədəbi söhbət mikro üslubda ata qayğısı — ana nəvazişi, ata məsləhəti — ana nəsihəti üçün ədəbi səciyyəli söz və ifadələr — dil vahidləri seçilib işlədilmişdir. Rəsmi-ədəbi söhbət üslubunda da müxtəlif müraciətlər, ricalar, xahişlər üçün mədəni söz tərkiblərinə, ifadələrə müraciət olunmuşdur.
Yazıya qədərki Azərbaycan şifahi ədəbi dilində də həm poetik funksional üslub, həm də ədəbi söhbət funksional üslubu fəaliyyət göstərmişdir»
İnsanın iş üslubu, danışıq tərzi, cəmiyyətdəki davranışı üslubun bu və ya digər sahəsi ilə əlaqədardır. İnsan idrakı kamilləşdikcə o, nəyin yaxşı, nəyin pis olduğunu dərk etmiş, özünün bütün fəaliyyətində üslub, tərz, üsul, manera və s. kimi cəhətlərlə bağlı olmuşdur. Buna görə də üslubları öyrənib onları bu və ya digər əlamətlərinə görə qruplaşdırmaq ehtiyacı meydana gəlmişdir. Bu, artıq üslubiyyatm bir elm kimi yaranması demək idi.

ÜSLUBİYYATIN YARANMASI VƏ FORMALAŞMASI

Üslubların özü kimi onları bütöv halda öyrənən üslubiyyat haqqında hamının eyni cür, birmənalı şəkildə qəbul edə biləcəyi fikir yoxdur.
Bizi maraqlandıran dilçilikdəki üslub məsələsidir.
Görkəmli Azərbaycan alimi Ə.M.Dəmirçizadə üslubları öyrənən elm kimi üslubiyyatı belə səciyyələndirir: «Üslubiyyat dilin ifadəlilik vasitələrinin məqsədəuyğun surətdə istifadə edilmə qayda və qanunlarından, xüsusiyyət və əlamətlərindən, ifadə vasitələrinin sistem təşkil etməsi xüsusiyyətlərinə görə formalaşan müxtəlif üslubların əlamətdar cəhətlərindən bəhs edən elmdir».1
Bu tərifi ideal adlandırmaq mümkün olmasa da, hələlik dillə bağlı üslubiyyata verilən ən mükəmməl tərifdir. M.K.Moren və N.N.Teterevnikova isə üslubiyyata belə bir tərif verirlər: «Üslubiyyat — ünsiyyətin müxtəlif şəraitində ifadə etmək üçün dil vasitələrinin seçilməsi və işlədilməsi prinsiplərini öyrənən müstəqil filoloji elmdir».
Bu tərif də əsasən, üslubiyyatı düzgün səciyyələndirir. Amma üslubiyyatı «müstəqil filoloji elm» kimi qəbul etmək, ona dilçilik və ədəbiyyatşünaslıq səviyyəsində müstəqillik statusu vermək demək olardı. Üslubların tarixi qədim olsa da, bir elm kimi üslubiyyatm tarixi XX əsrin 20-ci illərindən başlayır. Üslubiyyatm bir elm sahəsi kimi bünövrəsini Praqa funksional dilçilik məktəbinin banisi görkəmli dilçi Villem Matezius, onun həmkarları V.Skaliçka, F.Travniçek, B.Havranek və başqaları dilin özünü funksional fəaliyyət prosesində götürürlər.

«Praqa dilçilik dərnəyi»nin tezislərində dilin üslubi cəhətlərindən danışılır. Burada ədəbi dil, şeir dili və onların xüsusiyyətlərindən bəhs edilir ki, bu bilgiləri üslubiyyat elminin ilkin qaynaqlarından hesab etmək olar.
«Funksional dilçilik məktəbinə görə, insan fəaliyyətinin məhsulu olmaqla dilin, eyni zamanda məqsəd istiqaməti vardır. Nitq fəaliyyətinin ünsiyyətvasitəsi kimi təhlili göstərir ki, danışanın daha aydın nəzərə çarpan məqsədi ifadədir. Odur ki, linqvistik təhlilə funksional baxımdan yanaşmaq lazımdır. Bu baxımdan, dil də hər hansı bir məqsədə xidmət edən ifadə vasitələri sistemidir^1
Praqa funksional dilçiləri əslində üslubla funksional dil anlayışlarını eyniləşdirirlər. Onlar ədəbi dilin funksiyaları ilə funksional dillər (üslublar — A.B.) arasındakı münasibətləri aşağıdakı kimi qəbul edirlər. Ədəbi dilin funksiyaları: a) kommunikativ dil ifadəsi, b) praktik xüsusi dil ifadəsi, c) nəzəri xüsusi dil vahidləri, ç) estetik dil ifadəsi.; Funksional dillər: a) danışıq, b) kargüzarlıq, c) elmi, ç) poetik.29 30
Dilçiliyin başqa şöbələri kimi, üslubiyyat da öz növbəsində: a) nəzəri və təcrübi; b) ümumi və xüsusi; c) təsviri, tarixi və müqayisəli olaraq üç sahəyə ayrılır. Bu sahələri şərh etmək bizim məqsədimizə daxil deyil.

M.Mikayılov da üslubiyyatı maraqlı şəkildə təsnif edir. Onun fikrincə, dilçilik parametri ilə üslubiyyatı aşağıdakı qruplara ayırmaq mümkündür:

1) ümumi üslubiyyat;
2) xüsusi üslubiyyat;
3) dilin üslubiyyatı;
4) nitqin üslubiyyatı

5) praktik üslubiyyat.

«Ümumi üslubiyyat — ümumiyyətlə, nitq fəaliyyətidir, bütün və ya əksər dillərə aid olan universal məsələləri, xüsusi üslubiyyat isə bu və ya digər konkret dilin üslubu quruluşunu öyrənir.

Dilin üslubiyyatı dilin üslubu quruluşunu — yəni üslublar sistemini həm sinxron, həm də diaxron planda, nitq üslubiyyatı isə nitq üslublarını, yəni əsas janrlar çərçivəsində kompozisiya sistemini, yaxud ictimai nitqin konstruktiv növlərini öyrənir. Praktik üslubiyyat, şəraitindən, məzmun və məqsəddən asılı olaraq nitqin müxtəlif imkanlarını, nitqin keyfiyyətini öyrənir. O, nitqdə nəyin yaxşı və ya pis olduğunu müəyyən edir.
Üslubiyyat bir termin kimi XX əsrin I rübündə elmə daxil olmuş, əsasən, ədəbiyyatşünaslığa aid edilmişdir. Keçən əsrin 40-cı illərindən başlayaraq dilçilikdə və ədəbiyyatşünaslıqda hegemonluğu ələ alan akademik V.V.Vinoqradov üslubiyyatm müstəqil dil sahəsi olduğunu qətiyyətlə sübut etdi. Alim haqlı olaraq göstərdi ki, bədii üslub məhz bədii dillə yaranır. Buna görə də o dilçilik sahəsi olmalıdır. Amma alim bədii ədəbiyyatın üslubiyyatı (cTHnncTHKa xyao>ı

1. «Sistemlər sistemi» olan dilin üslubiyyatı. Bunu o, eyni zamanda «struktur üslubiyyat» da adlandırır. Strüktur üslubiyyat «sistemlər sistemi» kimi dilin vahid daxili quruluşunu, sözlərin, söz sırasının, sistem şəklində olan müxtəlif xüsusi formaların əlaqələrini, qarşılıqlı təsirini öyrənir, aydınlaşdırır və təsnif edir. Eyni zamanda tarixən dəyişkən meylləri, dil üslublarının qarşılıqlı növlərini — funksional üslubları öyrənir. Bundan başqa, sözlərin, söz birləşmələrinin semantik quruluşunda, leksik və qrammatik sinonimlərdə əks olunan incə məna fərqlərini — ekspressivliyi, intonasiyanın keyfiyyətini, sözlərin cümlədə öz yerinə görə işlənmə variasiyalarını öyrənmək də dil üslubiyyatmm vəzifəsidir.
2. Nitq üslubiyyatı. Nitq üslubiyyatı şifahi və yazılı nitqin ictimai cəhətdən şərtlənmiş növlərin, janrlar arasında olan ən incə semantik, ekspressiv üslubi fərqləri, geniş mənada nitqin melodiyasını, intonasiyasını və s. öyrənir.
3. Bədii ədəbiyyatın üslubiyyatı. Bu da bədii əsərlərin dilini öyrənir.

Üslublar, onların növləri Azərbaycanda hələ qədimdən bəlli idi. Bu haqda prof.H.Ə.Həsənovun fikri maraqlıdır: «Azərbaycan ədəbi (yazılı ədəbi) dilin fəal təşəkkül prosesində ikən, ümumən, ədəbi dilin funksional üslublar bölgüsü mütəfəkkir yazıçılarımıza da bəlli idi. Görkəmli Azərbaycan şairi Ə.Xaqaninin hələ 800 ilə əvvəl gəlmə ədəbi dil materiallarına əsaslanaraq verdiyi funksional üslubi bölgü elə Azərbaycan yazılı ədəbi dilinin ilkin formalaşma mərhələsinə də şamil edilə bilər. Ə.Xaqani alim dostu Qütbəddinə yazdığı məktubunda nəsr əsərlərindən və onların üslub xüsusiyyətlərindən bəhs edərək demişdir: «Katiblik (nəsrlə yazmaq) üç növdən artıq deyil: dəbiranə, vaizanə və mühəqqiqanə. Lakin «ibarət/t/lər» və sözlə ifadə oynamaq üslubları çoxdur. Y.Seyidov qeyd edir ki, Xaqaninin bu bölgüsündə 1) «dəbiranə» bədii və rəsmi-kargüzarlıq üslubuna, 2) «vaizanə» dini-didaktik sluba, 3) «mühəqqiqanə» elmi-tədqiqat üslubuna uyğun gəlir».
Ə.Dəmirçizadə müasir Azərbaycan dilinin aparıcı funksional üslublarını, bədii, elmi və ictimai-siyasi terminlərə əsaslanaraq, üç növünü göstərir. Bu cəhətdən Xaqaninin bölgüsü üzrə «vaizanə» dini-didaktik üslub ədəbi dilin «ictimai-siyasi üslub» növünün bir qoludur. Rəsmi-kargüzarlıq anlayışını bildirən üslub qolu da buraya daxildir».
Dilçilikdə üslubiyyat dedikdə, əsasən iki üslubiyyat növü nəzərdə tutulur. Bunlardan birincisi dil vahidlərinin üslubiyya-tıdır ki, onların özləri də müxtəlif yarımqruplara bölünür. Məsələn, fonetik üslubiyyat, leksik üslubiyyat, morfoloji üslubiyyat və sintaktik üslubiyyat. Üslubiyyatm bu bölmələri modallıqla sıx əlaqədardır. Hətta cümlənin aktual üzvlənmə-sində iştirak edən prosodik vasitələr də üslubi fonetikaya aiddir.

Müasir Azərbaycan dilini mükəmməl bilən hər bir adam səslərin uzanması, qısaldılması, vurğu, intonasiya və s. vasitəsilə fonetik üslub yarada bilər.

Hər hansı bir samitin və ya saitin tez-tez təkrarlanması xüsusi üslubi məqam yaradır. Məsələn, S.Rüstəmin «Çapayev» şeirindəki kimi (Ç samiti orada müəyyən ahəng yaradır). Uşaqlar üçün olan yanıltmacların hamısında səslərin təkrarı məqsədyönlü şəkildə ifadəni çətinləşdirir.
S.Rüstəmin «Bahar rəqsi» şeirində iki misrada 3 sait — a, ə, ı təkrarlanır; 20 sait-heca 3 sait hesabına yaranır.

Lənkərandayıq, lənkərandayıq,
Həyəcandayıq, həyəcandayıq.

Eləcə də uşaqlar üçün qurulan yanıltmaclarda: Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Burada da k və r samitlərinin təkrarı məqsədyönlü şəkildə qurulmuşdur.

Leksik üslubiyyatda əsas məsələ sözlərin seçilməsidir. Burada da təkrarlar, paronimlər, sinonimlər və s. əsas rol oynayır. Hətta bəzən söz və ifadələrin qarşılaşdırılması da güclü üslubi məqam yaradır. Məsələn,… .Nəuzibillah bir dəqiqəliyə belə güman eləyək: Yer üzündə heç bir din yoxdur, yəni cəmi millətlər dinsizdir. və habelə nə kafir var, nə iman əhli var, nə sünni, nə şiə, nə xaçpərəst, nə bütpərəst, nə erməni Qriqoryan, nə ortodoks, nə rus, nə müsəlman, nə kilsə və nə məscid, nəuzibillah, nə isna əşəri, nə şafeyi, nə həmbəli, hənəfi, babi, malakan, prigun, şeyx, dərviş. (üzr istəyirik).35
Onomastik laydan da üslubi məqsədlər üçün istifadə edilir. Obrazın daxili aləmini açmaq üçün onlara verilən ad və soyadlardan geniş istifadə edilir. Məsələn, Haray Həşirzadə, Lal Dinməzov, Yazıq Fağırzadə kimi ad və soyadlar obrazın xarakterini əvvəlcədən oxucuya məlum edir.
Üslubi morfologiyada müəyyən şəkilçilərin artırılması və ya ixtisarı üslubi xarakter daşıyır. Məsələn, Xalqın düşmənləri xalq düşmənlərini məhv edir. Burada xalq sözünün birincisində yiyəlik hal şəkilçisi vardır. Deməli, düşmənlər də, xalq da konkretdir. İkinci xalq sözündə isə müəyyənlik bildirən yiyəlik hal şəkilçisi yoxdur. Buna görə də həm xalq, həm də düşmən sözləri qeyri-müəyyəndir (yəni uydurmadır).
Dil vahidləri məhz sintaktik səviyyədə geniş fəaliyyət imkanı qazanır. Sintaktik üslubiyyat da dil strukturunun bşqa səviyyə üslublarına nisbətən daha geniş və əhatəlidir. Burada söz sırası, cümlənin məqsəd və avaza görə dəyişməsi, prosodik vasitəlrlə yaranan üslubi məqamlar sintaktik təkrarlar, cümlənin sadələşdirilməsi və s. əsas rol oynayır. Məsələn, Zarafat kənarda qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyərlər ki, Culfadan başlamış, bir tərəfi Savuç bulaq İran Kürdüstanı: Həmədan, Qəzvin, ta gəldi çıxdı Gilana və Şimal tərəfdə Şura Azərbaycanına qədər, belə bir məmləkətin — ki, adı İran Azərbaycanıdır, — cəmi əhalisinin ana dili türk dilidir və türk dili də olmalıdır.

Azərbaycan dilinin funksional üslubları aşağıdakılardır:

1. Bədii üslub. Burada terminlər işlənmir. Əsas sərt bədiilik -obrazlılıqdır. Növləri — qəzəl, qəsidə, şeir, nəsr, dram və s. üslubu. Bundan əlavə hər sənətkarın öz üslubu olur.
2. Elmi üslub. Burada terminlər əsas yer tutur. Bədiiliyə yol vermək olmaz. Elmi üslubda: monoqrafiya, dərslik, elmi rəy və s.
3. Publisistik üslub. Bu üslub hamının başa düşə biləcəyi şəkildə olmalıdır.
4. Rəsmi-kargüzarlıq üslubu — Dəftərxana sənədləri üslubudur.
5. Natiqlik üslubu. Məruzə, Mühazirə, çıxış.
6. Məişət üslubu. Ailə-məişət üslubu.
7. Epistolyar üslub — Məktublar, intim məktublar, rəsmi məktublar və ədəbi məktublar.

Müəllif: Adil Babayev
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). “Gənclik” nəşriyyatı, Bakı,2015. 572 səh.

  • Teqlər:
  • Azərbayan dili
  • , nitq
  • , nitq mədəniyyəti
  • , müasir Azərbaycan dili
  • , dilin üslubiyyatı
  • , dilin üslubu
  • , bədii ədəbiyyatın üslubiyyatı
  • , nitq üslubiyyatı
  • , üslub

Nadir abdullayev nitq mədəniyyətinin əsasları 2017

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası bildirir ki, 2020-ci ilin Dövlət Mükafatlarına aşağıdakı işlər təqdim edilmişdir:

Elm sahəsi üzrə:

1. Əsgər Zeynalov– “Fransız ədəbiyyatına aid silsilə əsərlər”

Azərbaycan Dillər Universiteti təqdim etmişdir.

2. Elmira Ramazanova, Vasif Əliyev, İbrahim Həbibov– “Təbii və səmt qazların energetik halı” (Almaniyada nəşr olunmuş kitab).

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu təqdim etmişdir.

3. Mehman Süleymanov– “Azərbaycan Ordusunun tarixi” (beşcildlik).

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyası təqdim etmişdir.

4. İradə Ələsgərova– “Azərbaycan kitabının bədii və texniki tərtibatı tarixi”.

Odlar Yurdu Universiteti təqdim etmişdir.

5. Fəxrəddin Qədirov, Dadaş Hüseynov, Pərviz Məmmədov, Arif İsmayılzadə,Tələt Kəngərli, Qurban Yetirmişli, Cəbrayıl Azadəliyev, Muxtar Rüstəmov, Rahid Rəhmanov, Solmaz Vəlizadə– “Azərbaycan ərazisinin geologiyası və faydalı qazıntıları” (silsilə əsərlər).

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu təqdim etmişdir.

6. Vasif Babazadə, Şəhla Abdullayeva-“Azərbaycanın mineral-xammal resurslarının kompleks tədqiqinə həsr olunmuş silsilə əsərlər”.

Bakı Dövlət Universiteti təqdim etmişdir.

7. Şahbaz Muradov– “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri”.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu təqdim etmişdir.

8. Qüdrət Kəlbəliyev, Dilqəm Tağıyev, Sakit Rəsulov– “Dispers sistemlər sahəsində fundamental tədqiqatlar və ingilis dilində nəşr olunmuş “Dispers mühitlərdə daşınma fenomenləri” adlı monoqrafiya.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri–üzvi Kimya İnstitutu təqdim etmişdir.

9. Nəsir Əhmədli– “Jurnalistin nitq mədəniyyətinin əsasları” (dərslik).

Azərbaycan Mətbuat Şurası təqdim etmışdir.

10. İdris Abbasov– “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiqat və şərhi”.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu təqdim etmişdir.

11. Nazim Məmmədov, Məhəmməd Babanlı, İmaməddin Əmiraslanov, Nadir Abdullayev, Ziya Əliyev– “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri”.

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu təqdim etmişdir.

12. Nağdəli Zamanov– “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” – dördcildlik.

Azərbaycan Tibb Universiteti təqdim etmişdir.

13. Hacı Qulamhüseyn Sultanlı– “Azərbaycan arıçılıq ensiklopediyası”.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarliq Elmi-Tədqiqat İnstitutu təqdim etmişdir.

14. Qəzənfər Kazımov– “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu təqdim etmişdir.

Texnika sahəsi üzrə:

1. Vaqif Abbasov, Elmar Abdullayev, Cəlal Məmmədov, Vüqar Fərəcov, Teyyub İsmayılov, Rəna Əsədova, Nəcla Nəbiyeva– “İki və üç qida elementli yeni gübrələr və bitkilərin boy stimullaşdırıcıları: araşdırmalar, sınaqlar, tətbiq”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft – Kimya Prosesləri İnstitutu təqdim etmişdir.

2. Ayaz Abdullayev, Əli Nəcəfov, Ramiz Qasımov, Bəyalı Əhmədov, Anar Hacıyev– “Ştanqlı quyu nasoslarının innovativ mexaniki intiqalı”.

Azərbaycan Texniki Universiteti təqdim etmişdir.

Memarlıq sahəsi üzrə:

1. Ömər Eldarov, Elbay Qasımzadə– “Maestro Niyazinin Bakı şəhərində ucaldılan abidəsi”.

Azərbaycan Respublikasının Memarlar İttifaqı təqdim etmişdir.

Mədəniyyət sahəsi üzrə:

1. Eldar İskəndərzadə, Vasif Məmmədzadə, Rafiq Quliyev– “Fədakar” ikihissəli bədii-sənədli film.

PSG Production MMC təqdim etmişdir.

2. Vasif Allahverdiyev– “Heydər Əliyev – ömür yolu” (simfonik poema).

Azərbaycan Milli Konservatoriyası təqdim etmişdir.

3. İlqar Fəhmi, Mehriban Ələkbərzadə– “Mənəm, mən. ” tamaşası.

“YUĞ” Dövlət Teatrı təqdim etmişdir.

4. Firəngiz Əlizadə– “Nasimi-Passion” vokal-simfonik əsəri və Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində xidmətləri”

Yaradıcı Qadınlar İctimai Birliyi təqdim etmişdir.

Ədəbiyyat sahəsi üzrə:

1. Yunus Oğuz (Əliyev)-“Ovçu”(roman).

Azərbaycanda Atatürk Mərkəzi təqdim etmişdir.

2. İsa Həbibbəyli– “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”.

Azərbaycan Yazıçılar Birliyi təqdim etmişdir.

3. Teymur Əhmədov– “Nəriman Nərimanov (həyatı, mühiti, yaradıcılığı)”.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutu təqdim etmişdir.

Dövlət Mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Komissiyanın ünvanı:AZ1066 Bakı şəhəri, Lermontov küçəsi, 68.

Azərbaycan Respublikasının Nazirlər Kabineti.

Comments are closed, but trackbacks and pingbacks are open.