Nadir Abdullayev – Nitq mədəniyyətinin əsasları. yaxşı
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur.
Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq məqsədilə sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx kimi görkəmli natiqlər yetirmişdir. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Həmin məktəblərdə dərs deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Bu dövrdə natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika” elmi də yaranır və inkişaf edir. Ritorika e.ə.V əsrdə Qədim Yunanıstanda yaranmış, III-II əsrlərdə orada, e.ə.I əsrdə Romada sistemləşdirilmişdir. Aristotel, Siseron, Kvintilian ritorikanın görkəmli nəzəriyyəçiləri olmuşdur. Sonralar ritorika termini zahirən qəşəng, dəbdəbəli, lakin məzmun və dil cəhətdən zəif, bəsit əsərlər, sözçülük mənalarında işlənmişdir. Dövrün tarixi şəraitindən qaynaqlanan natiqlik sənəti bizim eradan əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Qədim yunan ritorikası, orada işlədilən terminlər bu gün belə qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir.
Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel e.ə.335-ci ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:
a) Nitqin tərtibi prinsipi;
b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
c) Nitqin texnikası, vasitələri və priyomları.
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi:
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması.
Aristotel yaxşı nitq üçün materialın düzgün seçilməsi, planın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uyğun üslubun müəyyənləşdirilməsi, orfoepik və intonasiya qaydalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə verilməsini mühüm şərt sayırdı.
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, rabitəli danışmağa xüsusi səy göstərirdilər. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bunlardan Demosfen antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynamışdır. Demosfenin yaradıcılığı dünya natiqlik mədəniyyətinin inkişafında mühüm mərhələdir. Demosfen xalq qarşısında çıxış etməyi uşaq ikən arzu edirdi. Hələ gəncliyində Demosfen öz müəllimindən onu məşhur natiqlərin dilinə qulaq asmaq üçün məhkəmə iclasına aparmağı xahiş edir. Oğlan xalqın natiqləri necə alqışladığını görür və qəlbləri fəth edən natiqlik sənətinin gücünə heyran olur. O, həmyaşıdları ilə oynadığı bütün digər oyunları atır və natiqlik sənətinin öhdəsindən gəlməyə çalışır. O, qətiyyətlə natiq olmaq qərarına gəlir.
Demosfenin natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Belə ki xalq qarşısında gənc natiqin ilk çıxışı uğursuz qurtarır: səs-küy, gülüş izdihamı ona nitqini bitirməyə imkan vermir. Bu uğursuzluq tamamilə təbii idi. Çünki Demosfenin səsi çox aşağı tonda idi, danışığı ifadəsiz idi. O kəkəliyir, “r” və “1” səslərini düzgün tələffüz etmirdi. Onun çiyinlərini çəkmək vərdişi var idi və ictimaiyyət qarşısında özünü idarə edə bilmirdi. Onun xalq yığıncağı qarşısındakı ikinci çıxış etmək səyi dil baxımından uğursuz olmuşdur. O ruhdan düşmüş və üzünü örtmüş halda, evə tələsir və heç hiss etmirdi də ki, onun izi ilə məşhur Afina aktyoru gəlir. Onlar birlikdə yol gedirlər. Demosfen öz uğursuzluğu barədə dostuna acı-acı şikayətlənməyə başlayır və deyir ki, xalq dilin dərin məzmununu qiymətləndirmir və anlamır. “Hər şey belədir, -aktyor cavab verir, – amma mən sənə kömək etməyə çalışacağam. Mənə Sofokl və ya Evripidadan parça oxu”. Demosfen oxuyur. O qurtaranda aktyor şeiri yenidən özü oxuyur. Bu zaman Demosfenə elə gəlir ki, sanki o, tamamilə digər şeiri eşidir. O, indi başa düşürdü ki, nitq gözəlliyinə onda olmayan dilin ifadəliliyi ilə nail olunur və o, ikiqat səylə işə başlayır. Nəticə etibarı ilə, Demosfen öz dilinin çatışmazlığını islah etməyi qərarlaşdırır. Heç kimin ona mane olmaması üçün tənha bir yerə çəkilir, gündə bir neçə saat tələffüzünün anlaşılmazlığını düzəltmək üçün tapşırıqlarla məşğul olur. O, ağzına daşlar toplayır və ucadan danışmağa çalışır. O, dağa qalxarkən və ya dəniz sahilində gəzərkən şeirləri ucadan tələffüz etməyi öyrənir və öz səsi ilə dalğaların səsini boğmağa çalışırdı. Demosfen danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Bəzən gənc iki ay, üç ay, nəhayət heç evdən bayıra çıxmır və nəhayət, tamamilə səs və jestə yiyələnir. Uzun və israrlı səylərdən sonra Demosfen öz məqsədinə nail olur və görkəmli natiqə çevrilir. Amma o, hazırlaşmadan heç vaxt danışmaz, həmişə yazılmış mətni əzbərdən öyrənərdi; axşamlar lampanın işığında o, çıxışa səylə hazırlaşar, diqqətli tərzdə hər bir sözü götür-qoy edərdi. Bütün bunların nəticəsində böyük natiq rəqiblərinin tənqidinə tuş gəlir. Onlar Demosfenin ilham və təbii istedadının olmadığını iddia edirlər. Bir dəfə rəqiblərindən biri onu tənqid edir: “Sənin dilindən yağ iyi gəlir”, daha doğrusu, “sən bütün gecəni yağ çırağının işığının altında oturursan”. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Hətta rəqibləri belə onun natiqlik məharətinin gücünü və ustalığını etiraf etməyə məcbur olurlar. Onun dilinin qeyri-adi sadəliyinin ifadəsi ən böyük duyğu və düşüncələri, aydınlıq və inandırıcılıq gücü ilə birləşir. Demosfen həmişə öz nitqinin məzmununa ciddi şəkildə sadiq qalır, boş cəfəngiyatı sevmirdi. O, nitqini sakit şəkildə deyirdi, dinləyicilərin ağlına təsir edərək, onları duyğu hissi ilə fəth edirdi, müdafiə edilən işin düzgünlüyündə onlara həddindən artıq inanırdı. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”.
Demosfenin 30 yaşı olanda, o, artıq dövlət işlərində iştirak etməyə başlayır və natiqlik istedadının var gücü ilə Yunanıstanın bütün təhlükəli düşmənlərinə – Makedoniya çarı Filippə qarşı belə çıxır. Onun vətənə olan hədsiz sevgisi böyük natiqi makedoniyalılara və onların bütün Yunanıstandakı yardımçılarına qarşı mübarizəyə ilhamlandırır.
Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı tələblərə əməl olunmalıdır: 1) materialın toplanması; 2) materialın məqsədəuyğun söylənilməsi üçün planın tərtibi; 3) nitqin məzmununun öyrənilməsi, mənimsənilməsi; 4) məzmunun dinləyicilər qarşısında söylənilməsi.
Demosfenin tələffüzü aydın, anlaşıqlı idi. O, özünün dərin məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa çağırırdı. Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük inamla danışan Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər.
Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sənətində də geriləmələr baş verir. Gözəl nitq öz siyasi xarakterini itirir, canlı, konkret şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə çevrilir. Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim Romaya köçür. Roma demokratiyası üçün günün tələblərinə cavab verən, canlı fəaliyyətdə olan natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma natiqlik sənətinin yaranması və inkişafına güclü təkan verirdi. Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Katon, Qrakxi, Antoni Mark kimi söz ustaları Roma natiqlik məktəbinin yetişdirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, mütəfəkkir Mark Tuli Siseron xüsusilə fərqlənirdi. Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” traktatlarını yazmışdır. Bu üç traktat natiqlik sənətinin tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi baxımından çox əhəmiyyətlidir. Bu əsərlərdən ikisində (“Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında”) Siseron dövrün məşhur natiqləri ilə aparılan dialoqlarla natiqlik sənətinin mahiyyəti, bu sənətin fəlsəfəyə münasibəti kimi məsələləri şərh etmiş, özünün təsəvvür etdiyi ideal natiq surətini yaratmışdır. Üçüncü traktatda (“Natiq” əsərində) müəllifin natiqlik sənəti barədə qiymətli fikirləri söylənilmişdir: “Natiq olmaq üçün birinci və zəruri şərt təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər istedad insanın gözəlliyidirsə, bu gözəlliyin rəngi natiqlikdir”. “Ancaq müdrik adam həqiqi natiq ola bilər, . kim gözəl danışırsa, o, bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə də müdrikdir”. Siseron həm də yeni natiqlər üçün maraqlı praktiki göstərişlər və tövsiyələr, öz nitqindən nümunələr verir, “nitq stili” nəzəriyyəsini ifadə edir, öz sələflərini xarakterizə edir və müasirləri ilə mübahisəyə girişir. Siseron yaxşı, müstəqil natiq olmaq üçün geniş fəlsəfi təhsili vacib hesab edirdi və əxlaqi və siyasi xarakterli fəlsəfi problemlərə az diqqət yetirirdi.
Siseronun nitqindəki süjet xətti və məqamına görə işlədilən natiqlik priyomları diqqəti cəlb edir. Xatırladaq ki, yunan dilini gözəl bildiyi üçün Demosfenin nitqlərində ritorika məktəblərində təbliğ olunan “attika üslubu”ndan geniş istifadə etmişdir. Siseron eyni sxemliliyi, demək olar ki, gözləmişdir: giriş, təhkiyə və fikri təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq nitqinin təhkiyə hissəsini daha təsirli, daha maraqlı qurmağa çalışmış, yeri gəldikcə tarixi lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq məsəllərindən, bədii sual, xitab və nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir. Siseronun nitqlərindən 53-ü tamamilə saxlanılmışdır, 35-ni isə başlıqlarla tanıyırıq. Onun “Natiqlər barəsindəki” traktatı zəmanəmizə qədər məhkəmə ritorikasının dərs vəsaiti kimi xidmət edir. Natiqlik məharəti qarşısında duran vəzifələri Siseron aşağıdakı kimi qısaca ifadə edir: «Forumda və məhkəmədə çıxış edən, sübut etməyi, məftun etməyi və inandırmağı bacaran adamı gözəl natiq hesab etmək olar. Sübut etmək vacibdir, məftun etmək zövqverəndir, əgər işi udmaq istəyirsənsə, məhz bu sonuncu xüsusiyyət daha vacibdir; natiqlər qarşısında nə qədər vəzifələr dayanır, nə qədər natiqlik istedadı növləri mövcuddur: incəliklə sübut etmək lazımdır, ölçü ilə məftun etmək, hərarətlə inandırmaq; bütün bunlara natiqin gücü daxildir». Siseron uzunmüddətli natiqlik fəaliyyətində müxtəlif qəbildən olan dinləyicilər qarşısında müxtəlif məsələlər barəsində – məhkəmədə vətəndaş və cinayət məsələləri üzrə, senatda və komitiorumda siyasi mövzular barəsində çıxış etməli olmuşdur. Məhkəmə işlərində Siseron əksər hallarda müdafiəçi kimi çıxış etmişdir.
Siseronun nitqinin daha zəif tərəflərini onların quruluşunda hesab etmək olar. Siseron əvvəlcədən özünə nitq planı təyin edən və ona qəti surətdə əməl edən, özünü qibtə ilə yaşca ondan böyük olan Qortensiya ilə müqayisə edir; Siseron daha fəal və emosionaldır, əksinə, Qortensiya isə özü ifadə etdiyi plandan tez-tez uzaqlaşırdı. Onun nitqinin digər böyük çatışmazlığı bir fıkrin və ya eyni fikirlərin gərəksiz uzunçuluq və təkrarlardan ibarət olmasıdır.
Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri də Mark Fabiy Kvintilian olmuşdur. O, natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Açdığı ritorika məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsili” adlı kitabdan ibarət əsər yazmışdı. Həmin kitabda natiqlik sənətinin elementləri və ritorikanın mahiyyəti, nitq üzərində işin mərhələləri (mövzunun seçilməsi, yerləşdirilməsi, yadda saxlanılması, nəqli, aydın tələffüzü), natiqlik sənətinə, natiqlərin fəaliyyətinə verilən tələblər şərh olunmuşdur. Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi. O, bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür”.
Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. Adamlar məşhur söz ustalarının nitqini öyrənir, hətta çox halda əzbərləyirdilər. Danışanlar öz fikirlərini əsaslandırmaq üçün lazım gəldikdə natiqin nitqindən müəyyən parçaları nümunə kimi verir, ona istinad edirdilər. Roma natiqlik sənətinin inkişafı üzün sürmür. Respublikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. İmperiya natiqliyin qarşısını alır, bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları təbliğ etmək vasitəsinə çevrilir.
Nadir abdullayev nitq mədəniyyətinin əsasları kitabi
“Şah İsmayıl Xətai şəxsiyyət azadlığını dilin mövcudluğunda görürdü. O, elmlik, aydın diskussiya və musiqililiyi nitq üçün vacib şərtlərdən sayırdı” – bu ifadənin də yer aldığı “Nitq mədəniyyətinin əsasları” kitabı oxucularının görüşünə gəlib.
“Nitq mədəniyyətinin əsasları” Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan dili və onun tədrisi kafedrasının professoru, əməkdar müəllim Nadir Abdullayevin oxucularla növbəti görüşüdür. Təhsil Nazirliyi tərəfindən təsdiqlənərək, “Elm və Təhsil” nəşriyyatında çap edilmiş kitab həm geniş oxucu auditoriyası üçün məlumat bazası, həm də elm-təhsil mərkəzlərinin, universitetlərin pedaqoji heyət, aspirant və tələbələri üçün dərs vəsaitidir.
Nadir Abdullayev kitabda nitq mədəniyyətinin zaman-zaman formalaşması, bu günümüzə qədər necə təkmilləşməsi prosesini oxucuların diqqətinə çatdırıb. Burada bizim eradan əvvəl – qədim yunan mədəniyyətində, dövlət idarəçiliyində nitqin necə səlistliklə istifadə olunmasından, onun ayrı-ayrı tarixi şəxsiyyətlərin danışıq tərzlərində işləklik qazanmasından və bütün bunların fonunda ritorika (natiqlik) elminin nüanslarının bir zərurət kimi yaranmasından və bu elmin, eləcə də nitq mədəniyyətinin bütün xalqların elm, təhsil, mədəniyyət və ədəbi üslublarında keçdiyi təşəkkül yolundan bəhs olunur. Aristotelin, Demosfenin və başqalarının natiqlik sənətinə verdiyi tarixi töhfələr sadalandıqdan sonra ritorika elminin inkişaf mərhələləri ilə oxucuların məlumatlandırılması davam edir.
Kitabda həmçinin ayrı-ayrı xalqların tarixində nitq mədəniyyətinin fərqli təzahür formalarından danışılır. Bu sırada Azərbaycan ədəbi mühitinin görkəmli simalarının, görkəmli dilçilərin fədakar əməyindən elmi əsaslarla – qrammatik təsnifatlara söykənməklə nümunələr, tutarlı dəlillər göstərilir.
“Nitq mədəniyyətinin əsasları” səkkiz fəsildən ibarətdir. Oxucular kitabda “Mədəni nitqə verilən tələblər”, “Nitqin ifadəliliyi”, “Ədəbi dil, onun normaları”, “Nitqin etik məsələləri” və s. bölümlərdə nitq mədəniyyəti haqqında zəngin bilgilər əldə edə biləcəklər.
Nadir Abdullayev – Nitq mədəniyyətinin əsasları. yaxşı
18 ədəd kitab satılır, aralarında 70-80-90cı illərə aid: Əli Kərim, Şah İsmayıl Xətai, Vaqif, İmadəddin Nəsimi, Məhəmmədhüseyn Şəhriyar, Walter Scott, Azərbaycan ədəbiyyatının seçilmiş qəzəlləri və s. kitablar var.
Düşün ve Zengin ol – Napoleon Hill Kitab PDF formatındadır.
manga “death note” russ dilinde teze новая манга тетрадь смерти Malın növü: Kitablar
İngilis dilində elimi kitabdır yeni almışam pul ehdiyac olduğu üçün satıram kitabın öz qiyməti 38 manatdir Malın növü: Kitablar Çatdırılma?: Bəli
Son qiymətdir. Bu buraxılışdan Bakıda yox deyiləcək qədər azdır. Yalnız həqiqətən almaə istəyən şəxslər narahat etsin.
ВСЁ в ОТЛИЧНОМ состоянии ( без надписей и рваных страниц ), указанная сумма за ВСЁ, также обратите внимание на ВСЕ МОИ ОБЪЯВЛЕНИЯ ! Malın növü: Kitablar
Qedimi Qurani Kerim satilir 1313 ilin , El yazmadi 20il yaziblar 1313/1333 ilde bitiribler Kocle elageder satilir Real aliciya endirim olacak Yalniz WATSAP , zeng ve messaj Malın növü: Kitablar
Информатика базовый курс для студентов и преподавателей высших учебных заведений, охватывает все основные разделы информатики Malın növü: Kitablar
В обьявлении указана цена за 2 книги. Мир вокруг нас – географический атлас для детей. – 10 манат. Я познаю мир. Математика. Детская энциклопедия. – 15 манат. Можно купить книгу по отдельности. Malın növü: Kitablar
Yenidir. Dubayda alinib. Yoga heveskari ve ingilis dilini orta seviyyede bilenler ucun gozel hediyye ola biler. Yoga kitabi ingilis dilinde Malın növü: Kitablar Çatdırılma?: Bəli
İngilis qayda kitabı tər təmiz yalnız sizə verilən adrese gəlib götürə bilərsiz Bakı yeni şəhərdi məkan atılacaq yanlız Whaccapda.
Kimya test 7 sinif tər təmiz yalnız sizə verilən adrese gəlib götürə bilərsiz Bakı yeni şəhərdi məkan atılacaq yanlız Whaccapda
В хорошем состоянии, обложка немного потрепана Malın növü: Kitablar
Sahih Buxari və Sahih Muslim müxtəsər türkcə. Hərəsi 30 manatdı, ama 2si bir yerdə 50 Malın növü: Kitablar
Məlumatlar
Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 Tezbazar.az | info [@] tezbazar.az | Bizimlə əlaqə
Nitq mədəniyyəti/Natiqlik sənətinin yaranma tarixi
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur.
Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq məqsədilə sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx kimi görkəmli natiqlər yetirmişdir. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Həmin məktəblərdə dərs deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Bu dövrdə natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika” elmi də yaranır və inkişaf edir. Ritorika e.ə.V əsrdə Qədim Yunanıstanda yaranmış, III-II əsrlərdə orada, e.ə.I əsrdə Romada sistemləşdirilmişdir. Aristotel, Siseron, Kvintilian ritorikanın görkəmli nəzəriyyəçiləri olmuşdur. Sonralar ritorika termini zahirən qəşəng, dəbdəbəli, lakin məzmun və dil cəhətdən zəif, bəsit əsərlər, sözçülük mənalarında işlənmişdir. Dövrün tarixi şəraitindən qaynaqlanan natiqlik sənəti bizim eradan əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Qədim yunan ritorikası, orada işlədilən terminlər bu gün belə qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir.
Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel e.ə.335-ci ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:
a) Nitqin tərtibi prinsipi;
b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
c) Nitqin texnikası, vasitələri və priyomları.
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi:
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması.
Aristotel yaxşı nitq üçün materialın düzgün seçilməsi, planın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uyğun üslubun müəyyənləşdirilməsi, orfoepik və intonasiya qaydalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə verilməsini mühüm şərt sayırdı.
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, rabitəli danışmağa xüsusi səy göstərirdilər. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bunlardan Demosfen antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynamışdır. Demosfenin yaradıcılığı dünya natiqlik mədəniyyətinin inkişafında mühüm mərhələdir. Demosfen xalq qarşısında çıxış etməyi uşaq ikən arzu edirdi. Hələ gəncliyində Demosfen öz müəllimindən onu məşhur natiqlərin dilinə qulaq asmaq üçün məhkəmə iclasına aparmağı xahiş edir. Oğlan xalqın natiqləri necə alqışladığını görür və qəlbləri fəth edən natiqlik sənətinin gücünə heyran olur. O, həmyaşıdları ilə oynadığı bütün digər oyunları atır və natiqlik sənətinin öhdəsindən gəlməyə çalışır. O, qətiyyətlə natiq olmaq qərarına gəlir.
Demosfenin natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Belə ki xalq qarşısında gənc natiqin ilk çıxışı uğursuz qurtarır: səs-küy, gülüş izdihamı ona nitqini bitirməyə imkan vermir. Bu uğursuzluq tamamilə təbii idi. Çünki Demosfenin səsi çox aşağı tonda idi, danışığı ifadəsiz idi. O kəkəliyir, “r” və “1” səslərini düzgün tələffüz etmirdi. Onun çiyinlərini çəkmək vərdişi var idi və ictimaiyyət qarşısında özünü idarə edə bilmirdi. Onun xalq yığıncağı qarşısındakı ikinci çıxış etmək səyi dil baxımından uğursuz olmuşdur. O ruhdan düşmüş və üzünü örtmüş halda, evə tələsir və heç hiss etmirdi də ki, onun izi ilə məşhur Afina aktyoru gəlir. Onlar birlikdə yol gedirlər. Demosfen öz uğursuzluğu barədə dostuna acı-acı şikayətlənməyə başlayır və deyir ki, xalq dilin dərin məzmununu qiymətləndirmir və anlamır. “Hər şey belədir, -aktyor cavab verir, – amma mən sənə kömək etməyə çalışacağam. Mənə Sofokl və ya Evripidadan parça oxu”. Demosfen oxuyur. O qurtaranda aktyor şeiri yenidən özü oxuyur. Bu zaman Demosfenə elə gəlir ki, sanki o, tamamilə digər şeiri eşidir. O, indi başa düşürdü ki, nitq gözəlliyinə onda olmayan dilin ifadəliliyi ilə nail olunur və o, ikiqat səylə işə başlayır. Nəticə etibarı ilə, Demosfen öz dilinin çatışmazlığını islah etməyi qərarlaşdırır. Heç kimin ona mane olmaması üçün tənha bir yerə çəkilir, gündə bir neçə saat tələffüzünün anlaşılmazlığını düzəltmək üçün tapşırıqlarla məşğul olur. O, ağzına daşlar toplayır və ucadan danışmağa çalışır. O, dağa qalxarkən və ya dəniz sahilində gəzərkən şeirləri ucadan tələffüz etməyi öyrənir və öz səsi ilə dalğaların səsini boğmağa çalışırdı. Demosfen danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Bəzən gənc iki ay, üç ay, nəhayət heç evdən bayıra çıxmır və nəhayət, tamamilə səs və jestə yiyələnir. Uzun və israrlı səylərdən sonra Demosfen öz məqsədinə nail olur və görkəmli natiqə çevrilir. Amma o, hazırlaşmadan heç vaxt danışmaz, həmişə yazılmış mətni əzbərdən öyrənərdi; axşamlar lampanın işığında o, çıxışa səylə hazırlaşar, diqqətli tərzdə hər bir sözü götür-qoy edərdi. Bütün bunların nəticəsində böyük natiq rəqiblərinin tənqidinə tuş gəlir. Onlar Demosfenin ilham və təbii istedadının olmadığını iddia edirlər. Bir dəfə rəqiblərindən biri onu tənqid edir: “Sənin dilindən yağ iyi gəlir”, daha doğrusu, “sən bütün gecəni yağ çırağının işığının altında oturursan”. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Hətta rəqibləri belə onun natiqlik məharətinin gücünü və ustalığını etiraf etməyə məcbur olurlar. Onun dilinin qeyri-adi sadəliyinin ifadəsi ən böyük duyğu və düşüncələri, aydınlıq və inandırıcılıq gücü ilə birləşir. Demosfen həmişə öz nitqinin məzmununa ciddi şəkildə sadiq qalır, boş cəfəngiyatı sevmirdi. O, nitqini sakit şəkildə deyirdi, dinləyicilərin ağlına təsir edərək, onları duyğu hissi ilə fəth edirdi, müdafiə edilən işin düzgünlüyündə onlara həddindən artıq inanırdı. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”.
Demosfenin 30 yaşı olanda, o, artıq dövlət işlərində iştirak etməyə başlayır və natiqlik istedadının var gücü ilə Yunanıstanın bütün təhlükəli düşmənlərinə – Makedoniya çarı Filippə qarşı belə çıxır. Onun vətənə olan hədsiz sevgisi böyük natiqi makedoniyalılara və onların bütün Yunanıstandakı yardımçılarına qarşı mübarizəyə ilhamlandırır.
Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı tələblərə əməl olunmalıdır: 1) materialın toplanması; 2) materialın məqsədəuyğun söylənilməsi üçün planın tərtibi; 3) nitqin məzmununun öyrənilməsi, mənimsənilməsi; 4) məzmunun dinləyicilər qarşısında söylənilməsi.
Demosfenin tələffüzü aydın, anlaşıqlı idi. O, özünün dərin məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa çağırırdı. Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük inamla danışan Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər.
Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sənətində də geriləmələr baş verir. Gözəl nitq öz siyasi xarakterini itirir, canlı, konkret şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə çevrilir. Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim Romaya köçür. Roma demokratiyası üçün günün tələblərinə cavab verən, canlı fəaliyyətdə olan natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma natiqlik sənətinin yaranması və inkişafına güclü təkan verirdi. Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Katon, Qrakxi, Antoni Mark kimi söz ustaları Roma natiqlik məktəbinin yetişdirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, mütəfəkkir Mark Tuli Siseron xüsusilə fərqlənirdi. Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” traktatlarını yazmışdır. Bu üç traktat natiqlik sənətinin tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi baxımından çox əhəmiyyətlidir. Bu əsərlərdən ikisində (“Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında”) Siseron dövrün məşhur natiqləri ilə aparılan dialoqlarla natiqlik sənətinin mahiyyəti, bu sənətin fəlsəfəyə münasibəti kimi məsələləri şərh etmiş, özünün təsəvvür etdiyi ideal natiq surətini yaratmışdır. Üçüncü traktatda (“Natiq” əsərində) müəllifin natiqlik sənəti barədə qiymətli fikirləri söylənilmişdir: “Natiq olmaq üçün birinci və zəruri şərt təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər istedad insanın gözəlliyidirsə, bu gözəlliyin rəngi natiqlikdir”. “Ancaq müdrik adam həqiqi natiq ola bilər, . kim gözəl danışırsa, o, bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə də müdrikdir”. Siseron həm də yeni natiqlər üçün maraqlı praktiki göstərişlər və tövsiyələr, öz nitqindən nümunələr verir, “nitq stili” nəzəriyyəsini ifadə edir, öz sələflərini xarakterizə edir və müasirləri ilə mübahisəyə girişir. Siseron yaxşı, müstəqil natiq olmaq üçün geniş fəlsəfi təhsili vacib hesab edirdi və əxlaqi və siyasi xarakterli fəlsəfi problemlərə az diqqət yetirirdi.
Siseronun nitqindəki süjet xətti və məqamına görə işlədilən natiqlik priyomları diqqəti cəlb edir. Xatırladaq ki, yunan dilini gözəl bildiyi üçün Demosfenin nitqlərində ritorika məktəblərində təbliğ olunan “attika üslubu”ndan geniş istifadə etmişdir. Siseron eyni sxemliliyi, demək olar ki, gözləmişdir: giriş, təhkiyə və fikri təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq nitqinin təhkiyə hissəsini daha təsirli, daha maraqlı qurmağa çalışmış, yeri gəldikcə tarixi lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq məsəllərindən, bədii sual, xitab və nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir. Siseronun nitqlərindən 53-ü tamamilə saxlanılmışdır, 35-ni isə başlıqlarla tanıyırıq. Onun “Natiqlər barəsindəki” traktatı zəmanəmizə qədər məhkəmə ritorikasının dərs vəsaiti kimi xidmət edir. Natiqlik məharəti qarşısında duran vəzifələri Siseron aşağıdakı kimi qısaca ifadə edir: «Forumda və məhkəmədə çıxış edən, sübut etməyi, məftun etməyi və inandırmağı bacaran adamı gözəl natiq hesab etmək olar. Sübut etmək vacibdir, məftun etmək zövqverəndir, əgər işi udmaq istəyirsənsə, məhz bu sonuncu xüsusiyyət daha vacibdir; natiqlər qarşısında nə qədər vəzifələr dayanır, nə qədər natiqlik istedadı növləri mövcuddur: incəliklə sübut etmək lazımdır, ölçü ilə məftun etmək, hərarətlə inandırmaq; bütün bunlara natiqin gücü daxildir». Siseron uzunmüddətli natiqlik fəaliyyətində müxtəlif qəbildən olan dinləyicilər qarşısında müxtəlif məsələlər barəsində – məhkəmədə vətəndaş və cinayət məsələləri üzrə, senatda və komitiorumda siyasi mövzular barəsində çıxış etməli olmuşdur. Məhkəmə işlərində Siseron əksər hallarda müdafiəçi kimi çıxış etmişdir.
Siseronun nitqinin daha zəif tərəflərini onların quruluşunda hesab etmək olar. Siseron əvvəlcədən özünə nitq planı təyin edən və ona qəti surətdə əməl edən, özünü qibtə ilə yaşca ondan böyük olan Qortensiya ilə müqayisə edir; Siseron daha fəal və emosionaldır, əksinə, Qortensiya isə özü ifadə etdiyi plandan tez-tez uzaqlaşırdı. Onun nitqinin digər böyük çatışmazlığı bir fıkrin və ya eyni fikirlərin gərəksiz uzunçuluq və təkrarlardan ibarət olmasıdır.
Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri də Mark Fabiy Kvintilian olmuşdur. O, natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Açdığı ritorika məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsili” adlı kitabdan ibarət əsər yazmışdı. Həmin kitabda natiqlik sənətinin elementləri və ritorikanın mahiyyəti, nitq üzərində işin mərhələləri (mövzunun seçilməsi, yerləşdirilməsi, yadda saxlanılması, nəqli, aydın tələffüzü), natiqlik sənətinə, natiqlərin fəaliyyətinə verilən tələblər şərh olunmuşdur. Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi. O, bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür”.
Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. Adamlar məşhur söz ustalarının nitqini öyrənir, hətta çox halda əzbərləyirdilər. Danışanlar öz fikirlərini əsaslandırmaq üçün lazım gəldikdə natiqin nitqindən müəyyən parçaları nümunə kimi verir, ona istinad edirdilər. Roma natiqlik sənətinin inkişafı üzün sürmür. Respublikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. İmperiya natiqliyin qarşısını alır, bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları təbliğ etmək vasitəsinə çevrilir.
İstifadə olunmuş ədəbiyyat siyahısı [ redaktə ]
1. Babayev A.M. Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). Bakı, “Elm və təhsil”, 2011
2. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013
3. Qasımov Ə.Ə. Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası). Nitq mədəniyyətinin tarixi. Siseron, Sokrat, Demosfen. Bakı, 2013
Comments are closed, but trackbacks and pingbacks are open.