AZƏRBAYCAN NAĞILLARI I CİLD
Çox qədim zamanlarda uzaq bir ölkədə qoca kral yaşayırdı. Bu həmin ölkələrdən idi ki, payızda quşlar bizdən ayrılıb ora uçurlar.
Nağıllar
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrı. Nağılların müəllifi olmur. Yazıldığı tarix məlum deyil.
«Dana, keçi və qoyun» nağılı
20/04/2022 Nağıllar Комментарии к записи «Dana, keçi və qoyun» nağılı отключены
Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yolnan gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər bırda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söydün lap başında durdu. Qoyun da gücün-gücün çıxıb bir qanatda durdu. Dana da bir qanadın üsdə özün sərdi. Bu dəkkədə bir canavar …
«Xırdabuynuz və döğma evi» nağılı
23/09/2021 Nağıllar Комментарии к записи «Xırdabuynuz və döğma evi» nağılı отключены
Kiçik bir evdə bir böcək yaşayırdı və adı Xırdabuynuz idi. Bu evi çox gözəl adlandırmaq olmazdı, çünki çatlamış köhnə kötük idi. Ancaq o qədər doğma, rahat, hər tərəfində yumşaq yosun vardı. Xırdabuynuz valideynlərinin xeyirxah və itaətkar bir oğlu idi və heç vaxt evdən uzaqa gedməmişdi. Amma o gün belə olmadı. …
«Balaca dovşan və Yaz» nağılı
22/09/2021 Nağıllar Комментарии к записи «Balaca dovşan və Yaz» nağılı отключены
Balaca dovşan Mişmiş yayı çox sevirdi və anası ona yayın tezliklə qaçacağını, soyuq olacağını və yağış yağacağını deyəndə əsəbləşdi və dadlı bir kələm tortu yeməyə belə getmədi. — Yox! Yox və yox! — dedi dovşan anama. «Yayın bir yerə qaçmasını istəmirəm. Qoy bizimlə qalsın. Yay isti, yaşıl ot, günəşli bir …
GÜNƏŞİN NAĞILI
18/11/2020 Nağıllar Комментарии к записи GÜNƏŞİN NAĞILI отключены
Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri — adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər: — Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx …
«Tülkü, tülkü, tünbəki» nağılı
Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, quşdan, cəmdəkdən bir şey tapıb yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibində bir parça ağappaq quyruq var. Tülkü …
ÇİRKİN ÖRDƏK BALASI
28/04/2020 Nağıllar Комментарии к записи ÇİRKİN ÖRDƏK BALASI отключены
Şəhərkənarı çox gözəldi! Yay günləri olduğundan çöllərdə çovdar qızarmış, yulaf yaşıllaşmış, otlar biçilib, yığılıb, taya vurulmuşdu. Uzunqıç Leylək yaşıl çəmənlərdə gəzişir, misir dili ilə söylənirdi. О bu dili anasından öyrənmişdi. Göl və çəmənliklərdən о yana meşələr uzanırdı. Burada dərin göllər də vardı. Şəhərkənarı, doğrudan da, çox gözəldi. Bir tərəfi güney, …
QAR KRALİÇASI
28/04/2020 Nağıllar Комментарии к записи QAR KRALİÇASI отключены
BİRİNCİ НЕКАҮӘ Нә, başlayaq! Hekayəmizin axırına çatanda indi bildiyimizdən çox-çox artıq əhvalat biləcəyik. Demək, belə, biri vardı, biri yoxdu, bir div vardı, lap xalis şeytan! Əhvalıının xoş çağında o, elə bir güzgü düzəltdi ki, orda xeyirxah əməl, gözəllik kiçilib az qala yox olur, pis işlər, eybəcərlik isə şişib böyüyür, daha …
Vəhşi Qu Quşları
28/04/2020 Nağıllar Комментарии к записи Vəhşi Qu Quşları отключены
Çox qədim zamanlarda uzaq bir ölkədə qoca kral yaşayırdı. Bu həmin ölkələrdən idi ki, payızda quşlar bizdən ayrılıb ora uçurlar.
«Yarasa» nağılı
Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocanın adına Maһir Baba deyərdilər. Maһir baba Xalxal meşəsində gözətçilik edərdi. Maһir babanın Düyməgöz adlı oğlan nəvəsi var idi. Bu adı nəvəyə baba özü qoymuşdu. Düyməgözü Maһir baba çox istəyirdi. Odur ki, onu özü ilə tez-tez gözətçi olduğu meşəyə …
«Tənbəl Əhmədin» nağılı
18/09/2019 Nağıllar Комментарии к записи «Tənbəl Əhmədin» nağılı отключены
Keçmiş zamanlarda bir padşah vardı. Bu padşahın arvadı və Çimnaz adlı bir qızı vardı. Bir gün söhbət əsnasında padşahla arvadı mübahisəyə başladılar ki, evi arvad saxlar, yoxsa kişi. Padşah dedi: — Evi kişi saxlar! Arvad razılaşmadı: — Yox, evi arvad saxlar! Söhbətin bu yerində padşah Çimnazı çağırıb soruşdu ki, evi …
AZƏRBAYCAN NAĞILLARI I CİLD
“Biri vardı, biri yoxdu. ” möcüzəsi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçmiş, dildən-dilə, yaddaşdan-yaddaşa köçə-köçə milyon-milyon insan ömrünü yaşayaraq bugünümüzədək gəlib çatmışdır. Əbədi gözəlliyə qovuşmaq istəyindən doğulan, şirin-şəkər dillərdə yaşaya-yaşaya şirinləşən, yüzilləri adladıqca daha da cilalanan söz-fikir incilərimiz – nağıllar yenə də insanları öz işığına toplayır.
Haqqın nahaqq üzərində qələbəsinin aparıcı olduğu bu zəngin el yaradıcılığı nümunələrində qəhrəman hər cür çətinliyə üstün gəlir, öz böyük arzularına çatır. Lakin xoşbəxt həyat asanlıqla qazanılmır. Nağıl qəhrəmanı son dərəcə ağır imtahanlardan çıxmalı olur; sehrkar varlıqlarla, fövqəltəbii güclərlə çarpışır, bu müdhiş qüvvələrin qırılmaz tilsimlərinə qarşı dayanır.
Beşcildlik “Azərbaycan nağılları”nın təqdim olunan I cildinin əsasında milli folklorun toplanması, nəşri və araşdırılmasında böyük xidməti olan Hənəfi Zeynallının “Azərbaycan nağılları” toplusu dayanır. Hələ 1936-cı ildə nəşrə hazırlanmış həmin toplama-tərtib işi bu gün də el arasında geniş yayılan nağıllarımızın böyük qismini əhatə edir. Topluda yer alan, milli koloritlə zəngin nağıllar vaxtilə Azərbaycanın dəyişik bölgələrindən yazıya alınmışdır.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Nağıl kitabları
Son əlavə olunanlar
Fuad çox dəcəl oğlan idi. Bağdakı kəpənəkləri, böcəkləri incidirdi həmişə. Yazıq quşlara da göz verib işıq vermirdi, daş atıb onların rahatlığını pozurdu. Dəfələrlə ata-anası ona nəsihət versə də, dəcəlliyindən qalmırdı ki, qalmırdı. Bir gün o, yuxudan oyanıb ətrafa boylandı. Evdə nənə-babasından başqa, heç kim yox idi. Bacısı Lalə məktəbə, ata-anası isə işə getmişdi. Eyvanda dayanıb o tərəf-bu tərəfə baxdı. Birdən qulağına səs gəldi. Bir qaranquş eyvanda özünə yuva qurmuşdu. Yuvanın içində ətcə balalar civildəyirdi. Tez nərdivanı gətirdi. Əlinə taxta parçası alıb yuxarı dırmaşdı. Yuvanın içinə baxmaq istəyirdi. Ətcə balalar, deyəsən, təhlükəni hiss etmişdilər. Onlar ucadan cikkildəməyə başladı. Qəfildən Fuad taxta parçası ilə yuvaya vurmağa başladı. Bu zaman hardansa bir qaranquş uçub gəldi. Sən demə, bu, ətcə balaların anası imiş. Ana qaranquş fəryad edərək qanadlarını açıb balalarını altına yığdı. Fuad taxta parçası ilə yuvaya vurmağa davam edirdi. Bundan hirslənən ana qaranquş Fuadın əlini dimdiklədi.
Gülzar İbrahimova. 8 Mart
– Cəfər boynunun dalını qaşıya-qaşıya soruşdu: – Ana, bu gün nə bayramıdır? – Martın 8- i Qadınların bayramıdır!
Biri var idi, bir yox idi. Qonşu kəndlərin birində bağçada oyun oynamağı çox sevən Kamran adlı bir uşaq yaşayırdı. Kamran hər gün rəngarəng kəpənəklər, qızılgüllər və çiçəklər arasında qaçırdı. Təbiətlə ilk dəfə tanış olan Kamran hər dəfə sıçrayan bir qurbağa və ya otlayan bir inək gördükdə sevinərək: “Hər şey nə qədər gözəl və əyləncəlidir” -,deyə düşünürdü.
Zahid Xəlil. Ev əşyalarının yeri dəyişir
Kəmalənin еvə gəlişi ilə bütün işlər baş ayaq oldu. Əvvəlcə ev əşyalarına bir əl gəzdirildı. Aydındır ki, Kəmalənin çarpayısından başlandı. Çarpayı tərsinə qoyuldu. Ana əvvəlcədən bilirdi ki, əgər Kəmalənin çarpayısının yeri dəyişməsə qızının qırıq patefon ciyiltisinə oxşayan cır səsi aləmi başına götürəcəkdi. Çarpayı tərsinə qoyulandan sonra gərək döşək də tərsinə salınaydı. Ancaq ana nə qədər əlləşdisə bunu edə bilmədi. Çünki döşəyi hansı üzünə saldısa elə düz göründü. Qızın isə səsi kəsmirdi ki, kəsmirdi. Yaxşı ki, ata işə qarışdı. Onlar yorğanı uşağın altına döşəyi isə üstünə saldılar. Bu başqa məsələ. Kəmalə belə bir yatacaqda keyfi istəyən qədər qığıldana bilərdi.
Zahid Xəlil. Qaplan və araba kölgəsi
Yay günəşi göydən od ələyirdi. Bir ulaq arabanı çəkib apara bilmirdi və buna görə də yolun qırağında dayanmışdı ki, dincini alsın. Bu zaman hardansa Qaplan gəlib çıxdı və arabanın kölgəsində dincəlməyə başladı. Kölgə sərin və ləzzətli idi. Bayaqdan istidən dili çıxan itin keyfi kökəlmişdi. Quyruğunu şeşəliyib gərnəşdi. Birdən gözünə uzunqulaq dəydi. İt fikirləşdiki, bu uzunqulaq deyəsən özünü yaman dartır. Əslində isə o, qanmaz və avaradır.
Yatmağı sevməyən ayı balası
Meşədə dörd ayı yaşayırdı. Onlardan biri ana, biri ata, digərləri şip-şirin balalar idi. Onlar çox sözəbaxan, ağıllı idilər. Anaları nə desə həmin an yerinə yetirər, bundan zövq alardılar.
Comments are closed, but trackbacks and pingbacks are open.