Press "Enter" to skip to content

Naməlum qadının məktubu

Sayta Daxil Olun!

Naməlum qadının məktubu

Subscribe to our mailing list and get interesting stuff and updates to your email inbox.

Thank you for subscribing.

Something went wrong.

We respect your privacy and take protecting it seriously

Bu əsərlə ilk tanışlığım hələ 9-10-cu siniflərdə olmuşdu. Azərbaycan dili və ədəbiyyat müəlliməmiz maraqlı əsərlərin məzmunundan danışmaqla bizdə ədəbiyyata maraq yaratmağa çalışırdı. Sinif olaraq bizim dəcəlliyimiz və oxumağa laqeydliyimiz məktəbdə çox məhşur idi. Sonradan ali təhsil müəssisələrinə qəbul vaxtı bu özünü acı halda təsdiqlədi. Həm sinif rəhbərimiz həm də ana dili və ədəbiyyat müəlliməmizdə bizdə oxumaq həvəsi yaratmaq üçün elmi faktlı, tərbiyyəvi məktəb dərsliklərindən fərqli məzmunlu əsərlərdən də danışardı. Düzü 80%-imizə bu da təsir etmirdi amma mən dərsləri evdə oxumayıb, məktəbdə dərsi tənəffüs vaxtı sinif yoldaşıma danışdırmaqla ağızdan-ağıza öyrənən bununlada çuluğumu sudan çıxardıb zərbəçi kimi məktəbi başa vuran şagird olsamda dünya ədəbiyyatına marağım var idi. Əslində mənim dərsdən başqa hər şeyə marağım var idi. Bununla öyünməsəmdə reallıq belə idi. Bu əsər haqqında ilk dəfə eşidəndə ona da marağım yarandı. Müəllimə bizim yaşlarda qızın qonşu oğlanı sevdiyini, sonradan uzun illər əziyyət çəkdiyini və ona bir məktub yazdığını demişdi. Əsər haqqında çox danışıb elə onun ağzından eşitdiyimiz qədəri ilə kifayətlənməyək diyənə belə qısa danışmışdı amma əsərə marağımız yaransın diyənə də qızın biz yaşlarda olduğunu vurğulamışdı. Bəli mənim marağımı da elə beləcə çəkmişdi. Mənim yaşlarda bir qız uzun illər əziyyətini çəkə biləcək nə yaşamış ola bilərdi? Tənəffüs oldu, aşağı mərtəbəyə, kitabxanaya düşdüm kitabı soruşdum- yox idi. Onsuz bir çox kitabları ordan tapa bilməmişdim, hələki yazıçısının adı çətin gəldiyi üçün yadımda qalmayan bir kitabın tapılması möcüzə olardı. Sonra kitabı başqa kitabxanadanda soruşdum amma yazıçı adı olmadığına görə tapa bilmədim. Daha məndə üstələmədim onsuzda oxunacaq kitab çoxdu, bunu da tapanda oxuyaram fikirləşmişdim. Sonralar isə yadımdan çıxmışdı. Amma təqribən bir həftə əvvəl internetdə pdf formatlı kitab axtaranda təsadüfən qarşıma çıxan “Naməlum qadının məktubu” başlığını oxuyanda xatırladım bu əsəri. Tez pdf-i endirdim və oxumağa başladım.

Həqiqətən mükəmməl əsərdi, yazıçı əsəri elə qələmə alıb ki, 50 səhifəyə yaxın olan əsərdə insanın düz və səhv qavramı yer dəyişdirir. Ilk 15-20 səhifədə əsər mənə sadəcə platonik sevgi ilə birini sevən və həyatı boyu bu platonik sevginin təsiri ilə kobud səslənsədə-bitki kimi yaşayan-bir qadının platonik sevgilisinə yazdığı məktub kimi gəldi. Əsərin əvvəlində elə bil sevgi ilə qidalanıb yaşadığı evdən çıxmayan qadın pəncərədən keçən illərə tamaşa edirmiş kimi gəldi mənə. Ki, bu mənə görə ən mənasız ömür sürməkdi, bu mənə görə yaşamamaq sadəcə nəfəs almaqdı. Əgər həyatda nəyinki yaxşı işin yoxdusa hətta bir səhvin yoxdusa deməli sən yaşamırsan. Hər bir insanın səhvləri var, böyük ya da kiçik olmaqla hər birimiz səhvlərimizlə yaşayırıq. Bu qəhrəmanda isə yox idi, onun qarşılıq görmədən birini bu şəkildə sevməyi bəlkə də kiməsə görə səhvdi, hətta psixoloqlara görə bu problemdi amma mənə görə real həyatda tez-tez qarşılaşıla biləcək, normal haldır. Buna görə nə heç kimi qınaya bilmərik, nə də heç kimə dəli paltarı geyindirə bilmərik. Ancaq 20-ci səhifələrdən sonra qızın atdığı addımları, səhvlərini gördüm. Bəli əsərin qəhrəmanı artıq yaşamağa başlayırdı mənim üçün amma onun səhvləri çox daha kəskin, geri qayıdışı olmayacaq səhvlər idi. Belə hərəkətləri hətta əsər qəhrəmanına belə yaraşdırmyan bir cəmiyyətdə böyümüş gənc qız kimi məndə bu hərəkəti pislədim və ona görə də səhv adlandırdım. Amma mənə görə bu həyatda hər bir şeyin bir səbəbi var. Hətta əsər qəhrəmanı belə onun üçün yazılmış olan bir ssenarini reallaşdıranda həmin hərəkəti nəyəsə görə edir. Mənim aləmimdə bu qəhrəmanda da belə idi, daima bitki kimi yaşayan biri birdən özünün canlı olduğunu, səhvin də, düzün də onun üçün olduğunu dərk etdiyi vaxt bununla necə davranmalı olduğunu bilməyib fikirləşdim. Heç maşın sürə bilməyən birinə maşın verib, “bununla istədiyin yerə gedə bilərsən” deyilmiş kimi, həyatını səssiz və dərk etmədən sürdürən birinə səndə yaşaya bilərsən deyilmişdi sanki. Əsərin qəhrəmanı çox pislənəcək hərəkətlər edir, amma bunu o dərəcədə dərin bir sevginin təsiri ilə edir ki, insanda onun hərəkətlərinə empatiya yaradır, hətta bu hərəkətlər məhz edilməli hərəkətlərmiş kimi təlqin edilir. Əsərin qəhrəmanının aşıq olduğu “R” isə heç nədən xəbərsiz, özüncə, sakit həyat yaşayan birisi olmağına baxmayaraq oxucu tərəfindən xoşagəlməz biri kimi qəbul edilir. Əslində əsərin içindən, təsirindən çıxıb əsəri təhlil edəndə səhv qadının hərəkətlərindədi amma əsəri oxuyub onun sehrinə qapıldığım vaxtı “R”i ən azı asmaq istəyi yaranırdı məndə.

Əsər məzmun etibarı ilə məktəblilərə uyğun əsər sayılmır amma müəlliməmə bu əsərə maraq yaratdığı üçün təşəkkür etməliyəm. Və bunu vaxtında kitabxanalarda tapa bilməyən kitabxanaçılara da təşəkkür etməliyəm diyəsə. Çünki həmin vaxtı bu əsəri oxusaydım əsərin sadəcə sehrinə qapılıb “R” obrazına nifrət edəcəkdim amma indi bu yaşımda əsərin təsirindən çıxıb obrazları təhlil edəndə Stefan Sveyqin necə böyük ustalıqla səhv bildiyimizin düz, düz bildiyimizin səhv ola biləcəyini bizə göstərdiyini dərk elədim.

Naməlum qadının məktubu

Sevgiyə gedən yolda, yalnızlığa son.

Saytda pullu xidmətlərin alınmağı üçün bizə yaza bilərsən.

Saytın Ən varlısı ol : DAYI – 30 manat

Sayta Daxil Olun!

NAMELUM QADININ MEKTUBU

Müellif: Xocu_tvoy_zapax (16.02.13 / 22:14)
Oxunma sayı: 14634
Reytinq: + | 34 |

Meşhur belletrist R. dağa istirahete getdiyi üç günlük seyahetden seher tezden Vyanaya qayıdıb ve vağzalda qezet alıb, tarixe baxanda, birden yadına düşdü ki, bu gün onun doğum günüdür.
Qırx birinci, – o tez hesabladı ve bu fakt onu ne sevindirdi, ne de meyus etdi. Qezetin şax vereqlerine celd göz gezdirdi, taksi saxladı ve öz evine yollandı.
Qulluqçu ona, o burada olmayanda ona baş çeken iki nefer ziyaretçi ve bir neçe telefon zengi haqqında melumat verdi ve padnosda toplanan mektubları getirdi.
Yazıçı tenbelcesine redaksiyadan gelen mektublara baxdı, bir neçe zerfi açıb, gönderenlerin soyadlarına baxdı; yad xetle yazılan ve ona olduqca böyük görsenen mektubu kenara qoydu.
Qulluqçu çay getirdi. O kreslosunda rahat eyleşib bir daha qezete göz gezdirdi, gönderilen kataloqlara baxdı, sonra bir siqaret yandırdı ve kenara qoyduğu mektubu eline aldı.
Orada otuza yaxın sehife vardı ve yad qadın xetti ile, telesik ve qeyri – selist yazılmışdı.
Mektubdan çox el yazısına oxşayırdı. R. qeyri – ixtiyari olaraq bir daha zerfi yoxladı, orda başqa bir qeyd yoxdur ki deye.
Ancaq zerf boş idi ve onun üstünde, mektubun özünde de olduğu kimi, gönderenin ne adı ne de ünvanı yox idi.
Qeribedir, o düşündü ve yeniden mektubu eline aldı.
“Meni heç vaxt tanımayan sene”, – o teeccüble ya müraciet ya da başlığı oxudu… Bu kime aid edilirdi? Ona, yoxsa uydurulmuş qehremana?
Onda ister – istemez maraq yarandı. Ve o oxumağa başladı.
Menim körpem dünen öldü – üç gün ve üç gece men balaca, cansız beden üçün ölümle vuruşdum; onun yazıq isti bedenciyi qızdırmanın içinde yandığı qırx saat erzinde men onun çarpayısından ayrılmadım.
Men onun terleyen alnına buz qoyurdum, seher axşam kiçik narahat ellerini elimin içinde saxlayırdım.
Üçüncü gün, axşama yaxın güclerim meni terk eledi. Menim gözlerim biixtiyar bağlandı.
Üç, ya da dörd saat men sert stulda oturulu şekilde yatdım ve bu müddet erzinde ölüm onu apardı.
İndi o – kiçik, yazıq oğlan öz dar çarpayısında men onu oyanarken gördüyüm

Şerhler:

Miwka( [ OFF ] (23.02.2013 / 03:10)
cox sagolun superdi

Sbayder [ OFF ] (19.02.2013 / 23:48)
Cox gozeldi.tesekkurler

sehrazatt [ OFF ] (18.02.2013 / 15:46)
cox gozel.mene ele maraqli geldik fasilesiz tez tez oxudum.gozlerim agridi ama deyer.maraqli hekaye edi.yazan ellere tsk

Ştefan Çveyq – “Naməlum qadının məktubu” – PART 2

… Sevgilim, mən bunları, bu gülünc xırdalıqları sənə ona görə danışıram ki, sən lap əvvəldən mənim kimi kiçik, qorxaq qızcığaz üzərində necə hakimiyyət qazana bildiyini dərk eliyəsən. Hələ çox əvvəl, sən mənim həyatıma girməmişdəm qabaq, sənin ətrafında artıq bir növ nimb, varlılıq, qeyri adilik və sirlilik təcəssüməsi yaranmışdı; biz hamımız öz kiçik binamızda səbirsizliklə sənin gəlişini gözləyirdik. Bilirsən axı, kiçik, dar bir aləmdə yaşayan insanlar necə hər şeyə maraqla yanaşırlar. Və mən bir dəfə məktəbdən qayıdanda evin qarşısında mebel olan furqonu görəndə məndə sənə qarşı qəribə bir maraq oyanmışdı! Ağır əşyaların çoxunu işçilər artıq yuxarı qaldırmışdılar və indi də ayrıca, xırda əşyaları qaldırırdılar; mən qapının yanında dayandım ki, bütün bunları yaxşı görüm, çünki sənin bütün əşyaların məni çox təəccübləndirmişdi – mən belələrini heç yerdə görməmişdim – burda hind allahcıqları, italyan statuetkaları, iri, inanılmaz parlaq şəkillər və nəhayət, elə çoxlu və gözəl kitablar var idi ki, mən gözlərimə inanmırdım. Onları qapının yanında sütunlarla düzmüşdülər, orda qulluqçu onları qəbul edir və hər birini xüsusi qayğı ilə otağa düzürdü. Həddən artıq böyük maraqla mən ətrafda dolanırdım. Qulluqçun məni qovmurdu, amma çox üz də vermirdi, ona görə də mən kitablara toxunmağa qorxdum, halbuki mən onların üz qabığına toxunmağı çox istəyirdim. Mən oğrunca onların başlıqlarına baxırdım – burada, fransızca, ingiliscə və tamamilə anlaşımaz dildə olan kitablar var idi. Mən saatlarla onlara tamaşa edə bilərdim, ancaq anam məni evə çağırdı. Və budur, səni tanımaya tanımaya bütün gecəni səni düşündüm. Mənim özümün 5 – 10 dənə üz qabığı cırılmış kitabım var idi ki, mən də onları dəfələrlə oxuduğumdan heç xoşlamırdım. Mənə çox maraqlı idi ki, bu qədər gözəl əsər oxuyan, bu qədər dil bilən, bu qədər varlı və savadlı adam necə görsənir. Mənə elə gəlirdi ki, alimlər necəsə fövqal adi insanlar olmalıdırlar. Xəyalən sənin portretini yaratmağa çalışırdım; mən səni qoca kişi kimi, eynəkli və uzun ağ saqqallı, bizim coğrafiya müəlliminə oxşar, ancaq daha xoş, yaraşıqlı və incə biri kimi təsəvvür edirdim. Bilmirəm niyə, amma hətta sənə mənə qoca kişi kimi görsənəndə də mənə elə gəlirdi ki, sən yaraşıqlı olmalısan. Həmin gecə mən səni tanımaya tanımaya ilk dəfə yuxumda gördüm.

Növbəti gün sən köçdün, ancaq mən nə qədər çalışsam da səni görə bilmədim və bu mənim marağımı daha da artırdı. Nəhayət, üçüncü gün mən səni gördüm və görəndə ki, sən mənim uşaq təsəvvürümün yaratdığı kimi qocaman” deyilsən, çox təəccübləndim. Mən eynəkli qoca kişi haqqında düşünürdüm və birdən sən peyda oldun – elə indi olduğun kimi, sanki illər səndə heç iz buraxmayıb. Sənin əynində əsrarəngiz açıq – boz rəngdə idman kostyumu var idi və sən özünün inanılmaz yüngül, cəld addımlarınla, pilləkənləri iki – iki qalxırdın. Şlyapanı əlində tutmuşdun və mən sənin gənc, canlı sifətini və sarı saçlarını gördüm. İnan ki, mən çox qorxdum. Sənin gəncliyin, gözəlliyin məni silkələdi. Və maraqlıdır ki, elə bu ilk anda mən səndə olan və məni heyran edən ikiliyi hiss elədim: sən vecsiz, yüngül düşüncəli, oyun və macəra həvəskarı olan biri, eyni zamanda da öz yaradıcılığında çox ciddi, dünyagörüşlü və savadlı adam idin. Mən o saat hər kəs kimi anladım ki, sən xarici aləmə əks olunan şən cəhətlərinlə və daxili aləmə aks olunan və ancaq özünün bildiyin cəhətlərinlə ikili həyat yaşayırsan. Bu dərin ikilənməni, sənin varlığının bu sirrini, mən – 13 yaşlı qız ilk baxışdan hiss elədim. Sevgilim, indi başa düşdün, sən mənim üçün – balaca uşaq üçün necə bir möcüzəyə sirrə çevrildin?! Kitab yazdığı üçün, mənə yad olan bir dünyada məhşur olduğu üçün qarşısında baş əyilən bir insan, qəfildən gənc, şən, 25 yaşlı oğlan çıxdı. Demək lazımdırmı ki, bu gündən etibarən bizim evimizdə, mənim uşaq dünyamda məni səndən başqa heç nə maraqlandırmırdı. Mən bütün varlığımla, tərsliyimlə sənin haqqında, sənin həyatın haqqında düşünürdüm. Mən səni, sənin vərdişlərini, sənə baş çəkən insanları öyrənirdim və bu mənim marağımı nəinki söndürmürdü, əksinə, daha da qüvvətləndirirdi, çünki sənin ikiliyin sənə baş çəkən qonaqlarının sayəsində daha çox nəzərə çarpırdı. Gənc insanlar – sənin dostların gəlirdilər, hansılarla ki, sən deyib gülürdün; tələbələr gəlirdilər; hərdən maşınlarda qadınlar gəlirdilər; bir dəfə opera teatrının direktoru, məhşur dirijor gəlmişdi, hansını ki, mən ancaq əlində dirijor taxtası ilə uzaqdan görmüşdüm; kommersiya məktəbinə yeni qəbul olmuş qızlar gəlirdilər… Ümumiyyətcə çox, lap çox qadınlar gəlirdi. Mən bu barədə çox düşünməmişdim, hətta bir dəfə səhər tezdən dərsə gedəndə sənin evindən çıxan qadını görəndə belə… Mənim cəmisi 13 yaşım var idi və mən bilmirdim ki, mənim səni güddüyüm ehtiraslı marağın adı artıq SEVGİ idi…

Ancaq, sevgilim, mən çox yaxşı xatırlayıram, nə vaxt, hansı gün və saatda tamamilə sən bağlandığımı. Gəzintidən qayıdaraq mən və rəfiqəm binanın girişində söhbət edirdik. Bu zaman bir maşın yaxınlaşdı və sən heç onun dayanmağına imkan vermədən məni heyran edən cəldliyinlə maşından endin. Özümdən aslı olmadan mən binanın qapısına atıldım ki, onu sənin üçün açım və biz az qala toqquşacaqdıq. Sən mənə isti, incə, cəlbedici bir baxışla baxdın və incə şəkildə mənə gülümsədin – hə, məhz mənə incə şəkildə gülümsədin və dostcasına, astadan “çox sağ olun, froylayn” dedin. Vəssalam, əzizim; ancaq elə o dəqiqədən, sənin incə baxışını üzərimdə hiss elədiyim andan mən sənin oldum. Sonradan mən bildim ki, sən bu incə, cəlbedici baxışı sənin yanından keçən bütün qadınlara, dükanda gördüyün bütün qadın satıcılara, sənə qapını açan bütün qadınlara bağışlayırsan – bildim ki, bu baxış səndən aslı deyil və özündə heç bir hissi əks elətdirmir, ancaq sən qadınlara baxanda özü özünə belə isti və incə olur. Ancaq mən, 13 yaşlı uşaq bundan şübhələnmirdim – məni sanki od yandırırdı. Mən düşündüm ki, bu baxış mənim üçün, ancaq mənim üçündür və bu an məndə – yeniyetmədə bir qadın oyandı və o həmişəlik sənin oldu.

– Bu kimdir? – rəfiqəm məndən soruşdu. Mən ona həmən cavab verə bilmədim. Mən özümü sənin adını çəkməyə məcbur edə bilmədim. Bu an o mənim üçün müqəddəs idi, mənim sirrimə çevrilmişdi.

– Bizim binada qalanlardandı – mən birtəhər mızıldandım.

– Onda niyə belə qızardın? – rəfiqəm uşaq qəddarlığı ilə məni ələ saldı. Və o məni ələ salaraq sirrimə toxunduğu üçün qan daha bərk mənim üzümə vurdu. Utandığımdan mən kobud cavab verdim və qışqırdım:

Mən onu boğmağa hazır idim, ancaq o daha da bərkdən gülməyə başlayırdı; axır ki, gücsüz əsəbdən yaranan göz yaşlarım yanaqlarımdan süzüldü. Mən geriyə döndüm və yuxarı qaçdım. Bu andan mən səni sevdim. Bilirəm, qadınlar sənə bu sözləri tez – tez deyiblər. Ancaq inan mənə, heç kim səni belə qul sadiqliyi ilə sevməyib, necə ki, mən sevirdim və həmişə də sənə sadiq qaldım. Çünki dünyada heç nə bir uşağın cavabsız, sakit, həyəcanlı sevgisi ilə müqayisə oluna bilməz. Ancaq tənha uşaqlar öz ehtiraslarını daxillərində boğa bilirlər, başqaları öz hisslərini rəfiqələrinə danışırlar ya da etiraf edərək açırlar – onlar sevgi haqqında çox eşidib və oxuyublar və bilirlər ki, o bütün insanların qaçılmaz cəzasıdır. Onlar sevgi ilə oyuncaq kimi oynayırlar, onunla oğlanlar ilk siqaretləri ilə fəxr etdikləri kimi fəxr edirlər. Ancaq mən – mənim etibar edı biləcəyim heç kimim yox idi. Heç kim məni nəyəsə məcbur ya da qadağan etmirdi, mən təcrübəsiz və saf idim; mən öz taleyimə uçuruma atılan kimi atılırdım. Daxilimdə yaranan hər hisdə mən sənə – xəyallarımın obrazına inanırdım; mənim atam çoxdan ölmüşdü, öz problemləri ilə yaşayan, kasıb dul qadın olan anamdan mən uzaq idim, yüngül düşüncəli məktəb rəfiqələrimdən uzaq gəzirdim, çünki onlar mənim üçün yüksək ehtiras hesab olunan şeylə amansızcasına oynayırdılar – və daxilimdə adi halda olan və qəfildən yaranan bütün hislər ancaq sənə ünvanlanmışdı. Sən mənim üçün – necə izah edim – ayrılıqda götürülən bütün müqayisələr çox dardı – sən mənim üçün elə hər şey idin, bütün həyatım idin. Hər şey səninlə aidiyyatı olduğu qədər mövcud idi, mənim həyatımda ancaq səninlə bağlı olan şeylər özünə məna qazana bilirdi. Sən mənim bütün həyatımı dəyişdin. O vaxta kimi laqeyd və tənbəl şagird olan mən qəfildən sinif əlaçısına çevrildim; mən yüzlərlə kitab oxuyurdum, çünki bilirdim ki, sən kitabları sevirsən; anam təəccüblənirdi ki, mən birdən inanılmaz həvəslə royalda ifa etməyi məşq edirəm, belə ki, mənə elə gəlirdi ki, sən musiqini sevirsən. Mən öz paltarlarımı təmizləyib tikirdim ki, sənin gözünə səliqəsiz geyimli çıxmayım və məktəb önlüyümün üstündə anamım paltarının parçasından tikilmiş dördbucaq formalı yamaqdan çox əzab çəkirdim. Qorxurdum ki, sən bu yamağı görərsən və mənə rişxənd edərsən, ona görə də mən pilləkənlə qalxanda kitablarla dolu çantamı sol küncümə sıxaraq qaçırdım və qorxudan əsirdim ki, sən mənim geyimimdəki bu eybi görməyəsən. Ancaq mənim bu qorxum nə qədər də gülməli idi, axı sən mənə heç vaxt, demək olar ki, heç vaxt baxmırdın…

Comments are closed, but trackbacks and pingbacks are open.