Press "Enter" to skip to content

Napoleon hill düşün və varlan

Davam etmək üçün abunə olmalısınız.

Napoleon Hill – Düşün və varlan(pdf yüklə)

Sərvanə Dağtumas – Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi.

15.02.23, Ədəbi tənqid

Ədəbiyyat üzrə Nobel mükafatçısı Anni Ernonun Nobel nitqi

05.02.23, Təqdimat

Vaqif Osmanov – Kimdir günahkar, insanlarmı, yoxsa zaman?

14.01.23, Ədəbi tənqid

Anton Çexov – Qara rahib

02.01.23, Proza

ŞvartsMan – Şeytan ayələri(e s s e)

30.12.22, Ədəbi tənqid

Oxşar xəbərlər:

Firudin Cəlilov – Lemni yazısı

Firudin Cəlilov – Lemni yazısı.

NURƏDDİN ƏDİLOĞLU – QARA CAMIŞ(hekayə)

Sevinc İbrahim – Eşq

QABRİEL QARSİA MARKES – BALTASARIN HƏYATINDA UNUDULMAZ GÜN

Sayt haqqında

Yarandığı gündən sayta dürlü yazılar yerləşdirilir. Əsas məqsədimiz ədəbiyyatsevərləri bir yerə toplamaqdır.
Öz yazılarınızı saytımızda görmək üçün edebiyyatdergi@mail.ru ünvanına və ya +994703657179 nömrəsinin votsapına yaza bilərsiniz.

Napoleon hill düşün və varlan

Davam etmək üçün abunə olmalısınız.

Öz variantınızı seçin
Qiymətləndirmək

Тут будет иконка загрузки и все такое

«Düşün və Varlan »

Bu kitab nə haqqındadır?

Düşün və Varlan 1937-ci ildə Napoleon Hill tərəfindən yazılıb və fərdi inkişaf kitabı olaraq tanıdılıb. Kitabın böyük qisimi gəlir artımı ilə əlaqədardır. Müəllif, həmçinin, kitabda öyrədilən fəlsəfənin insanların hər hansı bir sahədə müvəffəqiyyətli olmasına kömək edəcəyini söyləyir. İlk dəfə 1970-ci ildə nəşr olunan Düşün və Varlan kitabı elə həmin il 20 milyondan çox satılıb, eyni zamanda, 2015-ci ilə qədər dünya səviyyəsində 100 milyon nüsxə satılıb. BusinessWeek jurnalının Ən çox satılanlar siyahısında nəşr olunduqdan 70 il sonra belə ən çox satılan iş kitabı oldu. Bu kitab Con C. Maksvelin Ömür Boyu “Must Read” Kitab Siyahısında da öz yerini tutub.

Müəllif haqqında:

Napoleon Hill Amerikalı yazıçıdır. Bütün zamanların ən çox satılan 10 kitabından biri olan Düşün və Varlan adlı kitabı ilə məşhurdur. Hill əsərlərinin insanların həyatını yaxşılaşdırmaq üçün lazımlı olduğunu vurğulamışdır. Kitablarının çoxu, “müvəffəqiyyət” əldə etməyin qaydalarını sadə dillə izah edir.

Qısa məzmunun dili: azərbaycan dilində

Düşün və varlan: Napoleon Hillin hekayəsi

Amerikalı jurnalist və yazıçı Napoleon Hill (1883-1970) “uğur psixoloqu” kimi tanınır. Onun ən məşhur əsəri “Düşün və varlan” (Think and Grow Rich) bütün zamanların ən çox satılan kitablarından biridir. Hillin əsas mövzusu fərdi inamın gücü və adi insan üçün uğur formuludur. Əlbəttə, buna mürəkkəb həyat yolu səbəb olub. Özü də əvvəllər tale elə də onun üzünə gülməyib.

O, 1883-cü ilin payız fəsli Amerikanın Virciniya ştatında kiçik dağ qəsəbəsində anadan olub. 10 yaşında anası dünyasını dəyişib. Uşaq vaxtının çoxunu həmyaşıdları arasında küçədə keçirib. Bura da isə güc qanunu işləyirdi: “Güclü olan haqlıdır”. Fiziki güc mətanət və kişiliyin təcəssümü, silahlı banditlər isə qəhrəman hesab edilirdi. Napoleonun atası Ceyms Monro (James Monroe) ikinci dəfə evlənməsəydi, küçə dostluğunun nəyə gətirib çıxaracağı məlum idi.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, Marta (Martha Monroe) adlı bu qadın nəinki yeniyetmənin anasını əvəzləyib, həmçinin onun həyata baxışlarını da dəyişib: uşağın mənəvi inkişafı ilə məşğul olub, onda elmə maraq oyadıb, revolveri satıb çap maşını almağa razı salıb. Marta “insan arasına çıxmağın”, varlanmağın quldurluqdan başqa da yolu olduğunu göstərib. Və başlanğıc üçün o, silah qədər çap maşınından da yaxşı istifadə etməyi öyrənməlidir.

Daha sonra Napoleon Hill yazacaqdı: “İnsan ağlı nəyi dərk edib, nəyə inanırsa, ona nail ola bilər”. Bunu ondan yaxşı kim bilə bilər!

Napoleon Hillin həyatı onun yaratdığı uğur formulunun sübutudur

Məktəbi bitirdikdən sonra Napoleon hüquq elmlərini öyrənmək üçün Corctaun Universitetinə qəbul olub, amma təhsil haqqını ödəmək üçün qəzetlərin birində müxbir kimi çalışıb. Onun yazıçılıq qabiliyyəti və müxbir istedadı ortaya çıxıb. Belə ki, Napoleon elə də söhbətcil olmayan insanlardan da maksimum informasiya qopara bilib. Və onun parlaq reportajları diqqətdən kənarda qalmayıb.

Tennesi ştatının qubernatoru, “Bob Taylor’s Magazine” nəşrinin sahibi Robert Teylor (Robert Taylor) Hillə uğur qazanan bir neçə şəxsdən müsahibə almağı, onların karyeraları barədə məqalə yazmağı təklif edib.

Onlardan biri hamının “polad kralı” adlandırdığı amerikalı sənaye multimilyonçusu, filantrop Endryu Karnegi (Andrew Carnegie) olub. Gənc istedadlı jurnalistdən xoşu gələn Karnegi Napoleon Hillə dəyərli məsləhət verib: istənilən biznesin qurulduğu ümumi prinsipləri təhlil edib, universal uğur formulu çıxarmaq lazımdır. Bu formul uğurlu olmaq istəyən, çox cüzi imkanları olan insanlara da uyğun gəlməlidir.

Gənc təklifdən istifadə edib, iyirmi il ərzində məşhur şəxslərlə söhbət aparıb, onların uğur yolunu araşdırmaqla informasiya toplayıb. Bu şəkildə o, ölkənin 500-dən çox uğur qazanan şəxsindən müsahibə ala bilib.

Birinci Dünya Müharibəsi illərində Napoleon Hill 28-ci ABŞ prezidenti Vudro Vilsonun (Woodrow Wilson) aparatında ictimai məsələlərlə məşğul olub, 1933-cü ildə isə ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltin (Franklin Roosevelt) müşaviri olub.

1937-ci ildə bestsellerə çevrilən və dünyanın bir çox dilinə tərcümə edilən kitabın son variantı işıq üzü görüb. Kitab faktiki olaraq sensasiyaya çevrilib və bu uğur Hilli 1952-ci ildə “Napoleon Hill Assosiasiyası” və “Napoleon Hill Fondu”nu təsis etməyə həvəsləndirib. Qeyd edilən təşkilatlar uğur fəlsəfəsinin yayılması və öyrənilməsi ilə məşğul olub.

Bundan başqa, o, tədqiqatlarını davam etdirib, xüsusilə onu bu ideya cəlb edib: fikirlər maddidir və onları dəyişməklə həyatını dəyişə bilərsən. O, deyirdi ki, “sən düşüncələrinsən”. Və qeyd edirdi: “. yoxsulluq və bütün mümkün bədbəxtlikdən əziyyət çəkənlər, mənfi emosiyaların təlqini nəticəsində xoşagəlməz vəziyyətə düşənlər. bütün bunların çox sadə bir səbəbi var: bütün fikirlərin maddiləşmək qabiliyyəti var”. Məlum prinsipə əməl etməklə, “düşüncəni maddi dəyərə çevirmək mümkündür”.

87 il ömür sürən Hill 1970-ci ildə vəfat edib. Onun sonuncu əsəri “Öz arzunuzdan pul qazana bilərsiniz” (“Succeed and Grow Rich Through Persuasion”) müəllifin ölümündən sonra çap olunub.

Onun əsərləri milyonlarla insanın stolüstü kitabına çevrilib, onlara ümid bəxş edib, öz güclərinə, dolayısıyla uğura inandırıb.

Comments are closed, but trackbacks and pingbacks are open.