Sədəqə verməyin əhəmiyyəti
“Əmri-maruf, nəhyi-münkər etmək sədəqədir.” (Müslim)
PDFyukle.com
Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.
Sponsor linki
PDF kitab yüklə
PDF kitab yüklə
PDF kitab yukle, azerbaycanca PDF kitab yukle, pdf kitablar, maraqli kitablar yukle, bedii kitab yukle, dini kitab yukle, kriminal dedektiv detektiv kitab yukle, dedektiv eserler yukle, onlayn kitab oxu, elektron kitablar yukle, elektron kitabxana yukle, pulsuz PDF kitab yüklə, roman yukle, sevgi romanlari yukle, pdf kitablar oxu, dini pdf kitablar, hitlerin kitabi pdf yukle, roman kitablar, ekitab, dedektiv, macera, kriminal, ekitap indir, скачать роман бесплатно, bedii kitablar, kitab oxumaq sayti, elxan elatli xeyanet ugursuz gece pdf yukle, varisin kitablari pdf yukle, kitab yukle pdf, elektron kitabxana yukle, mark tven pdf kitablar, dodaqdan qelbe romani yukle, min mohtesem gunes pdf yukle, min möhtəşəm günəş yüklə, seyir kitablari yukle, adlarin izahli lugeti kitabi yukle kitab yükləmək üçün saytlari kitab yükləmə kitab yükləmək üçün saytlar kitab yükləmə saytları kitab yüklə pulsuz kitab yüklə boxca iqtisadi kitab yüklə səsli kitab yüklə elektron kitab yüklə kitab yüklə pdf dini kitab yüklə buxari kitab yüklə excel kitab yüklə ingiliscə kitab yüklə kitab yukle qaraqan onlayn kitab yüklə kitab oxumaq ucun proqram yüklə kitab şəkilləri yüklə
Kateqoriyalar
- ABŞ Ədəbiyyatı
- Almaniya Ədəbiyyatı
- Avropa Ədəbiyyatı
- Azərbaycan Ədəbiyyatı
- Braziliya Ədəbiyyatı
- Dünya Ədəbiyyatı
- Elmi Kitablar
- Fransa Ədəbiyyatı
- İngiltərə Ədəbiyyatı
- Kolumbiya Ədəbiyyatı
- Lüğətlər
- M.Ə.Rəsulzadə
- Macarıstan Ədəbiyyatı
- Penitensiar Ədəbiyyat
- Qırğızıstan Ədəbiyyatı
- Rus Ədəbiyyatı
- Şəxsiyyətlər
- Sovet Ədəbiyyatı
- Türkiyə Ədəbiyyatı
Sədəqə verməyin əhəmiyyəti
CAVAB: Allah rizası üçün edilən maddi və mənəvi hər yaxşılığa, sədəqə deyilir. Şeytan mane olsa da sədəqə vermək lazımdır. Bir ayəti-kərimə məali belədir:
“Şeytan kasıblaşarsınız deyə qorxudub sizə xəsisliyi, pis şeyləri əmr edər, sədəqə verdirmək istəməz. Allah isə öz lütfündən sizə məğfirət və bol nemət vəd edir. Allahın ehsanı genişdir, hər şeyi haqqıyla biləndir.” (Bəqərə, 268)
Sədəqənin faydaları haqqında, hədisi-şəriflərdə buyuruldu ki:
“Xəstələrinizi sədəqə ilə müalicə edin. Sədəqə, hər xəstəliyi və bəlanı dəf edər.”(Beyhəqı)
“Elmi olan elmindən, malı olan malından sədəqə versin.” (İbni Sünni)
“Yaxşılıq ömrü uzadar, sədəqə günahları aparar və pis ölümdən qoruyar.” (Tabərani)
“Sədəqə kibri yox edər.” (Tirmizi)
“Sədəqə verənin ruzisi artar və duası qəbul olar!” (İbni Macə)
“Sədəqə verməyə mane olana, lənət olsun.” (İsfəhani)
“Sədəqə, qəbir əzabından qoruyar. Qiyamətdə də himayə altına alar.” (Bəyhəki)
“Çətinliklərinizi sədəqə ilə önləyin.” (Deyləmi)
“Suyun atəşi söndürdüyü kimi, sədəqə də günahları yox edər.” (Tirmizi)
“Vallah, sədəqə verməklə mal azalmaz. O halda sədəqə verin!” (İ. Əhməd)
“Sədəqə malı artırar. Elə isə sədəqə verin.” (İbni Əbiddünya)
“Sədəqə 70 növ bəlanı önləyər. Bunların ən yüngülü cüzam və barasdır (dəri xəstəliyi).”(Hatib)
“Sədəqə şeytanın belini qırar.” (Deyləmi)
“Gizli verilən sədəqə, Allahın qəzəbini söndürər.” (Beyhəki)
“Sadəcə Allah rizası üçün sədəqə verənə, qiyamətdə Allahu təala, “Ey qulum, sən mənim rizamı istədin, mən də səni alçaq etmərəm və bədənini Cəhənnəmə haram qılaram. Hadi, Cənnətə istədiyin qapıdan gir” buyurar.” (Deyləmi)
“Az da olsa sədəqə verin. Pulu saxlayıb verməyənə, Allah da ehsanını kəsər.” (Müslim)
“Ruzisinin bol olmasını istəyən sədəqə versin.” (Deyləmi)
“Sədəqə verərək ruzinizi bollaşdırın.” (Beyhəqı)
“Sədəqə malı çoxaldar.” (İbni Adiy)
“Sədəqə verməkdə tələsin, çünki bəla sədəqəni keçə bilməz.” (Tabərani, Beyhəqı)
“Sədəqə verin. Çünki sədəqə Cəhənnəmdən xilas olmanıza səbəb olar.” (Tabərani)
“Bir xurma dənəsi də olsa, sədəqə olaraq verin, çünki o, az da olsa aclığı aparar və suyun atəşi söndürdüyü kimi günahları yox edər.” (İbni Mübarək)
“Günə başlayarkən sədəqə vermək fəlakətləri önləyər.” ( Deyləmi)
“Sədəqə, nafilə oruc tutmaqdan daha fəzilətlidir.” (Beyhəqı)
“Savabı Müsəlman ana atasına niyyət edilərək verilən sədəqənin savabı, onlara da gedər, öz savabından da bir şey azalmaz.” (Tabərani)
“Sədəqə olaraq verilən bir parça çörək, Allah qatında Uhud dağı qədər böyüyər.”(Tabərani)
Sədəqə vermək
Sual: Hər gün sədəqə vermək lazım imiş. Tapa bilməyən nə edər?
CAVAB
Rəsulullah əfəndimiz ilə Əshabı-kiram arasında belə bir söhbət keçir. Peyğəmbər əfəndimiz buyurur ki:
– Hər Müsəlmanın sədəqə verməsi lazımdır.
– Ya Rəsulullah, heç bir şey tapa bilməyən kimsə nə edər?
– Çalışar, qazanar və sədəqə verər.
– Çalışacaq bir iş tapa bilməzsə nə edər?
– Ehtiyacı olan bir kimsəyə hər hansı bir şəkildə kömək edər.
– Kömək ediləcək bir kimsə də tapa bilməzsə?
– Hər hansı yaxşı bir iş etməsi (malım olsaydı mən də verərdim deməsi, birinə yol göstərməsi, yoldakı çətinlik verən bir şeyi qaldırması, ölümü xatırlaması, zərəri toxunmaqdan çəkinməsi, elm öyrənməsi və öyrətməsi kimi xüsuslar) da onun üçün sədəqədir. (Buxari, Müslim, Nəsai)
Kimə vermək lazımdır
Elm təhsili edilən yerlərə, ya zəkat, fitrə, əhd və əqiq, ya da sədəqə şəklində edilən kömək insanı qəzalardan bəlalardan qoruyar. Dünyada səhhət və afiyət içində bir ömür sürməyə səbəb olar. Ayrıca fərz olan cihad və elmin yayma savabına qovuşular. Beləcə kömək edən adam, həm dünyada həm də axirətdə çox böyük nemətlərə qovuşmuş olar. Elm yaymağın savabını Peyğəmbər əfəndimiz belə ifadə buyurur:
“Bütün ibadətlərə verilən savab Allah yolunda cihada verilən savaba görə, dəniz yanında bir damcı su kimidir. Cihad savabı da, əmri-maruf və nəhyi-anilmünkər savabı(dinin əmr və qadağanlarını öyrətmə) yanında, dənizə nisbətlə bir damcı su kimidir.” (Deyləmi)
Nələr sədəqədir?
Sual: Nələri etmək sədəqə olar?
CAVAB
Allah rizası üçün edilən hər yaxşılıq, sədəqədir. Hədisi şəriflərdə buyuruldu ki:
“Özünə və uşaqlarına xərclədiklərin birər sədəqədir.” (Beyhəqı)
“Hər yaxşılıq sədəqədir.” (Tirmizi)
“Gözəl söz sədəqədir.” (İ.Əhməd)
“Gülər üzlə salam vermək sədəqədir.” (Beyhəqı)
“Din qardaşına gülər üz göstərmək sədəqədir.” (Tirmizi)
“Bir ağacdan yeyilən və ya oğurlanan şeylər, o ağacı əkən üçün sədəqə olar.” (Müslim)
“Birinə yaxşı şeylər öyrətmək, pislik etməsini önləmək, soruşana yol göstərmək, küçədəki zərərli şeyləri təmizləmək, hamısı sədəqədir.” (Tirmizi)
“Hər kəsin oynaq qədər sədəqə verməsi lazımdır. Sübhanallah, Əlhəmdülillah, La ilahə illəllah və ya Allahu əkbər demək, sədəqədir. Yaxşılığı tövsiyə etmək, pisliyin qarşısını almağa çalışmaq sədəqədir. İki rükət quşluq namazı qılmaq isə bütün bunları qarşılayar.” (Müslim)
“Əmri-maruf, nəhyi-münkər etmək sədəqədir.” (Müslim)
“Gülər üz göstərmək sədəqədir.” (Deyləmi)
“Xəstənin nəfəs alıb verməsi sədəqədir.” (Hatib)
“Məscidə gedərkən atılan hər addım da bir sədəqədir.” (İ. Əhməd)
“Ölümü xatırlamaq sədəqədir.” (Deyləmi)
“Borclu kasıba ödəməsi üçün möhlət verənin hər günü bir sədəqə olar.” (Tabərani)
“Yolunu itirmiş isə yol göstərmək bir sədəqədir.” (C.Saqir)
“Zövcünə qulluq sədəqədir.” (Deyləmi)
“Kəbinlisiylə birlikdə olmaq sədəqədir.” (Müslim)
“Haramdan çəkinənlə məsləhətləşmək sədəqədir.” (Deyləmi)
“Pislik etməkdən çəkinmək bir sədəqədir.” (İbni Əbiddünya)
“Borc vermək bir sədəqədir.” (Tabərani)
“Salam vermək sədəqədir.” (Buxari)
Verməkdən qorxmamaq lazımdır
Sual: Sədəqə verməkdə çətinliyin səbəbi nə ola bilər?
CAVAB
Bu xəsislikdən irəli gəlir. Xəsislik isə iman zəifliyindən və elmsizlikdən qaynaqlanır. Xeyrə verdiyi pulun boşa getdiyini zənn edər. Halbuki ona qat-qat mükafat verildiyini düşünə bilməz. Şeytan, insana gələr, xeyrə mane olmaq üçün vəsvəsə verər.
Peyğəmbər əfəndimiz, “And içirəm ki, sədəqə verməklə mal azalmaz, elə isə sədəqə verin!” buyurur. (İ. Əhməd)
Sədəqə verənin malının bərəkəti artar. Az malı çox iş görər. Hədisi-şərifdə, “Gizli, açıq çox sədəqə verin ki, ruziniz bollaşsın, köməyə məzhər olasınız və duanız qəbul edilsin” buyurulur. (İbni Macə)
Biz verdikcə Allah da bizə qat-qat artıq verər. Biz qısarsaq Allah da bizə verməyi azaldar.
Həzrəti Əbu Bəkirin qızı Əsma radiyallahu anhənin, “Ya Rəsulullah, ərim Zübeyrin verdiyi mehrdən başqa malım yoxdur. Sədəqə verimmi?” sualına Rəsulullah Əfəndimiz belə cavab verdi:
“Gücün nisbətində sədəqə ver, kisənin ağzını sıxma! Allah da sənin ruzini sıxar.” (Buxari)
Dünya üçün olan narahatlığımızı axirətimizə də tətbiq edək
Biz dünyada yoxsul olmaqdan çox qorxuruq. Düşünürük ki, məbada evimin xalçası həsirə çevrilər. Süfrəmdə ancaq quru çörək olar. Paltarlarımız bizi başqalarının yanında rüsvay edər. Belə şeyləri düşünmək belə, bizi qorxudur. Ona görə də gecə və gündüz ora və bura qaçırıq ki, ruzimizi qazana bilək. Ancaq bu qorxunun mində birini axirətimiz üçün etmirik.
Biz əslində heç düşünmürük ki, məbada öləndən sonra həsənələrim az olsun və atəşə düşüm. Yeməyim zəqqum, içməyim qaynar su və qüslüm cəhənnəm atəşində olacaqdır. Necə ki, Quran buyurur: “Həmin gün günahkarları (məzhəb, məslək, günah, rəhbər və davamçılarının yaxınlığı baxımından) zəncirlərdə bir-birlərinə bağlanmış görəcəksən.
Onların köynək və libasları qətrandan (pis iyli və alışan tünd yağdan)dır və üzlərini od bürüyəcəkdir”. (“İbrahim” 49-50).
“Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz). (O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar”. (“Ğaşiyə” 6-7).
“Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar! Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz. Beləliklə qarınları(nızı) onunla dolduracaqsınız”. (“Vaqiə” 51-53).
Niyə bu ayələr bizi titrətmir və niyə bu ayələrdə bəyan olunanlar haqqında düşünmürük?
Biz elə bilirik ki, axirətdə bizim nə yeməyə və nə də geyinməyə ehtiyacımız vardır. Halbuki, Quran buyurur ki, insanın həqiqi dünyası axirətdə başlayır. Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyildir. (Tebyan)
Zahid bir kişi can verən zaman ağlayırdı. Deyirlər: “Sən ki, bu dünyaya qarşı etinasız idin, niyə ağalyırsan?”. Dedi: “Allaha and olsun ki, ağlamağım dünya üçün deyildir. Yadıma düşdü ki, ömrümün bir gecəsində yatıb qalmışam və sübh namazından əvvəl ayıla bilməmişəm. Gecə namazını əldən vermişəm. Ağlamağım həmin o gecə namazına görədir”.
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, bir saatı, yəni ömrünün az bir zamanını zay edər və qəflətdə keçirər, yeri vardır ki, illər boyu həmin bir saatın qəmini çəksin”.
Gərək nə qədər zəif və zəlil olduğumuzu etiraf edək. Vay olsun bizə! Əgər bu qədər əlimiz boş halda axirətə getsək, başımıza nələr gələcəkdir və nələrin şahidi olacağıq.
İmam Səccad (ə) duasında buyurur: “Kimin halı məndən də pis olacaqdır? Əgər elə bu halla qəbir evimə aparılsam? Nə evim vardır, nə xalçam və nə də yeyəcəklərim. Ona görə də niyə ağlamayım?! Can verməyim üçün ağlayıram. Qəbrimin qaranlığı, darlığı üçün gərək ağlayım. İki mələyin – Nəkirlə Münkərin sorğu-sualı üçün gərək ağlayım. Mənə rəhm et, ey mənim Mövlam! O zaman ki, öləcəyəm və dünyadan kəsilmiş olacağam, insanların arasında unudulacağam. Onlar ki, unudulub, onlara qoşulacağam. Mənə rəhm et, o zaman ki, torpaq bədənim cürüyər və əzalarım bir-birindən ayrılar. Necə də başıma gələcək gələcəkdən xəbərsizəm”.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.