Press "Enter" to skip to content

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİNİN PREZİDENTİ NATİQ ƏLİYEVİN ÇIXIŞI

98.

S
əlahəddin Sədrəddin oğlu Xəlilov [Mətn]: biblioqrafiya /tərt. müəl.
A.K.Əliyeva, E.Yüzbaşov; red. K.Bünyadzadə, İ.Səfərov; AMEA, Mərkəzi
Elmi Kitabxana.- Ba
kı: Elm, 2013.- 340 s., portr.; 19 sm.- 6 man., 300 nüs.-
ISBN 978-9952-453-11-9 (cildli).- [2013-96316]
99.

Türksoylu xalqların elektron media kataloqu [Mətn] /tərt.
Ə.Bayramqızı; elmi red. V.Zifəroğlu.- Bakı: Elm və təhsil, 2013.- 230, [2] s.;
20 sm.- 5 man., 100 nüs.- [2013-94864]

Natiq Əliyev: “Neft hasilatı artmaqda davam edir”

Bakı. 25 aprel. REPORT.AZ/ “BMT-nin statistikası göstərir ki, dünyada neft hasilatı artmaqda davam edir və bu tendensiya 2040-cı illərə qədər davam edəcək”. “Report” xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan SOCAR: “Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya” konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. N.Əliyevin sözlərinə görə, Xəzər regionu Çin, Asiya, Qərb və digər regionlar arasında əhəmiyyətli körpü rolunu oynayır: “Hər il neft təklifi tələbdən təxminən 1,5 mlrd. barel artıq olur. Lakin qiymətlərin ucuzlaşmasının əsas səbəbi hamının bildiyi, amma bəzilərinin deməyə cəsarət etmədiyi siyasi səbəblərlə bağlıdır. Ölkələr bazarda öz paylarını itirməmək üçün hasilatı azaltmaqdan imtina etdilər”. Nazir Krım hadisələrinin Avropanın qaz təchizatına mənfi təsir etdiyini də deyib: “Məlum hadisələr nəticəsində Rusiyanın Ukraynaya qaz verməməsi 6 Avropa ölkəsinin qazsız qalmasına səbəb olub. BMT-nin göstəricilərinə görə, Xəzər və Orta Asiya regionu çox geniş ölkələrin tələbatını təmin edə bilər. “Şahdəniz”, “Kaşaqan” (Qazaxıstan – red.) və “Cənubi Yoloten” (Türkmənistan – red.) yataqları Xəzər regionunu çox qeyri-adi regiona çevirir”. *** Azərbaycanda maksimal illik neft hasilatı 51 mln. ton olub. “Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib: “Hazırda çalışırıq ki, hasilatı sabit saxlayaq”. N.Əliyev bildirib ki, hazırda tikilməkdə olan və fəaliyyət göstərən neft və qaz kəmərlərinin genişləndirilməsi mümkündür. “Bizim dənizdə layihələrin həyata keçirilməsinə böyük marağımız var. “Şahdəniz” yatağının genişləndirilməsi çərçivəsində Azərbaycan və Gürcüstanda görülən işlərin bir çoxu vaxtından əvvəl başlayıb. Baxmayaraq ki, işlərin 2019-cu ildə yekunlaşması planlaşdırılıb”, – deyə nazir əlavə edib.

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİNİN PREZİDENTİ NATİQ ƏLİYEVİN ÇIXIŞI

– Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev!

Hörmətli mərasim iştirakçıları!

Bütün dünyada “Neft səltənəti”, “Odlar yurdu” kimi tanınan Azərbaycanda bu gün böyük bayramdır. Xalqımız Azərbaycan neftçilərinin şərəfli əməyini yüksək qiymətləndirərək, Neftçilər gününü və ölkəmiz üçün son dərəcədə əlamətdar bir hadisəni – “Əsrin müqaviləsi”nin imzalanmasının 10-cu ildönümünü böyük təntənə ilə qeyd edir.

Bu bayram və Bakı şəhərində baş verən tarixi əhəmiyyətli hadisələr münasibətilə, icazə verin, ilk növbədə, möhtərəm cənab Prezident, Sizi təbrik edim, təntənəli mərasimdə iştirak edən, xüsusilə xaricdən gələn çoxsaylı qonaqlarımızı salamlayım, neftçilərə və xalqımıza dərin minnətdarlığımı və təşəkkürümü bildirim. Hamınıza möhkəm cansağlığı, səadət və gələcək işlərdə uğurlar arzulayım.

Ötən 10 ildə xalqımızın ümummilli lideri, unudulmaz öndərimiz Heydər Əliyevin müdrik daxili və xarici siyasəti və ölkədə sabitliyin yaranması nəticəsində Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, güclü istehsal və maddi–texniki bazaları yaradılmış, xarici əlaqələr və beynəlxalq əməkdaşlıq genişlənmişdir.

Azərbaycanın tarixində, xüsusilə müstəqillik dövründə, neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və həmişəki kimi neftçilərə bəslədiyi qayğısını və diqqətini yenidən xalqımıza nümayiş etdirərək, ümummilli liderimiz Heydər Əliyev 2001-ci il avqustun 16-da “Neftçilər günü” peşə bayramının təsis edilməsi haqqında” Fərman imzaladı və bununla hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Neftçilər gününün qeyd olunmasına qərar verdi. Biz neftçilər əməyimizin belə yüksək qiymətləndirilməsini heç vaxt unutmayacağıq və ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək, onun ruhu qarşısında baş əyirik. Söz veririk ki, onun müstəqillik uğrunda apardığı siyasəti davam etdirərək, xalqın rifahı naminə yaratdığı yeni neft strategiyasını tam şəkildə və bütövlükdə həyata keçirəcəyik, ölkəmizin neft və qaz sənayesinin inkişafı yolunda fədakarcasına çalışacaq və xalqımızın tarixinə yeni şanlı səhifələr yazacağıq.

1994-cü ilin 20 sentyabrı “Əsrin müqaviləsi”nin imzalanması günü, müstəqil Azərbaycanın tarixində yeni neft strategiyasının əsasını qoyan gün, neft sənayesində yeni eranın başlanması kimi daimi qalacaqdır. Bu müqavilənin imzalanması yalnız ümummilli lider, dünya miqyaslı dahi siyasətçi Heydər Əliyevin böyük və misilsiz rəhbərliyi, uzaqgörənliyi və təcrübəsi, fenomenal diplomatik bacarığı və siyasi qətiyyəti nəticəsində mümkün oldu. Bu faktla Azərbaycan ilk dəfə olaraq, öz neft sərvətlərinə tam sahib çıxdığını təsdiqlədi, Xəzər hövzəsində xarici neft şirkətlərinin birgə işləməsinə yol açdı. Bu əməkdaşlıq təkcə Azərbaycan üçün deyil, eyni zamanda, Xəzər regionu, Cənubi Qafqaz üçün, Qərbin və dünyanın bir sıra aparıcı dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunması üçün böyük əhəmiyyət kəsb edir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında gündən-günə gerçəkləşən “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tərəqqisinin aparıcı amili oldu. Ötən 10 ildə geniş əməkdaşlıq, xarici sərmayələrin axını və görülən nəhəng işlər nəticəsində Azərbaycana mütərəqqi texnologiyaların gətirilməsi, milli neft sənayesinin infrastrukturunun yenidən qurulması, nəqliyyat və xidmət sahələrinin inkişafı, yüksək peşəkar yerli kadrların hazırlanması və minlərlə yeni iş yerlərinin açılması təmin olunmuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətimizin müstəqilliyi və rifahı naminə apardığı siyasətin və yaratdığı neft strategiyasının həyata keçirilməsinin ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirərək, “Əsrin müqaviləsi”nin onuncu ildönümünün keçirilməsi haqqında” 19 iyul 2004-cü il tarixli siyasi, iqtisadi və sosial baxımdan dərin məzmunlu Sərəncam imzaladı və əlamətdar hadisə ilə əlaqədar təntənəli mərasimin və bir sıra tədbirlərin yüksək səviyyədə keçirilməsini qərara aldı. Möhtərəm cənab Prezident, bu yüksək qiymətə görə Azərbaycan neftçiləri və minlərlə tərəfdaşımız adından Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

Ötən illər ərzində neft sahəsinə 9 milyard ABŞ dolları məbləğindəxarici sərmayə qoyulmuşdur. Bunun nəticəsində Azərbaycanda ümumi neft hasilatının vəziyyəti kökündən dəyişməyə başlamışdır. 1993-cü ildən 2003-cü ilə qədər olan dövrdə hasilat 10 milyon ton səviyyəsindən 15 milyon tonu keçmişdir.

“Azəri-Çıraq-Günəşli” yataqlarının ilkin neft layihəsi çərçivəsində mühüm işlər görülmüşdür. “Çıraq” yatağından bu günədək 255 milyon barrel, yəni 35 milyon tondan artıq neft və 7 milyard kubmetr səmt qazı hasil olunmuşdur. Bu, yataqdan neft hasilatının uğurlu icrasını əks etdirən çox mühüm nailiyyətdir. 2004-cü ilin avqust ayında “Çıraq” platformasından bir gündə 154 min barrel neft hasil etməklə yeni bir rekord qazanılmışdır, bu da yerinə yetirilmiş uğurlu qazma, suvurma işlərinin müsbət nəticəsidir. Bu gün “Çıraq” platformasında 250 nəfər adam işləyir ki, onların da 85 faizi Azərbaycan vətəndaşıdır.

Azərbaycan neftini dünya bazarlarına nəql etmək üçün Bakı-Novorossiysk şimal ixrac boru kəməri tezliklə bərpa edilmiş və 1997-ci ildə istifadəyə verilmişdir. Ötən müddət ərzində həmin kəmər vasitəsilə təxminən 17 milyon ton Azərbaycan nefti Novorossiysk limanından dünya bazarına çıxarılmışdır. Kəmərin Azərbaycan ərazisindəki 231 kilometrlik hissəsi, habelə nasos, neftvurma və nəzarət-ölçü stansiyaları heç bir iş günü itirilmədən işləməkdədir.

Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı yeni neft strategiyasının inkişafında və Şərq-Qərb enerji dəhlizinin gerçəkləşməsində Bakı-Supsa neft kəmərinin inşası mühüm yer tutmuşdur. Ötən illər ərzində Bakı-Supsa kəməri vasitəsilə 31 milyon tondan artıq Azərbaycan nefti nəql edilmiş və dünya bazarına çatdırılmışdır. “Çıraq” yatağından hasil olunan Azərbaycan nefti indi artıq “Azəri Layt” adı altında Supsa limanından dünya bazarlarına ixrac olunur.

“Əsrin müqaviləsi” layihəsində kəşfiyyat işlərinin tam şəkildə yerinə yetirilməsi mühüm yer tutur. Bu işlərin sırasında “Dədə Qorqud” yarımdalma qazma qurğusunda bərpa işlərinin başa çatması, sonra tam modernləşmiş “İstiqlal” üzən yarımdalma qazma qurğusunun, yeni inşa olunan yarımdalma, özüqalxan “Qurtuluş” qazma qurğusunun və 2002-ci ildə Xəzərin istənilən dərinliyini fəth etməyə qadir olan və hazırda xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan ən müasir, ən əzəmətli qurğunun istismara verilməsini Azərbaycan neft sənayesinin böyük uğurlarından hesab etmək olar.

2001-ci il avqustun 30-da Prezident sarayında xalqımızın ümummilli lideri Heydər Əliyevin iştirakı ilə “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsinin birinci mərhələsinin qətnaməsinin imzalanması mərasimi keçirildi. Hazırda Mərkəzi Azəri platformasının dayaq bloku, payalar və dayaq tavası dənizdə quraşdırılıb, üst modullarının hazırlanması tamamlanıb və sınaqdan sonra, bu ilin oktyabr ayında onun dənizə yola salınması gözlənilir. Kompressor və suvurma platformasının dayaq bloku “Azəri” yatağındakı daimi yerində quraşdırılmaq üçün bu il iyulun 31-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun tikinti-quraşdırma sahəsindən dənizə yola salınmışdır. Avqustun 1-də qurğu yerinə çatmış, uğurla suya endirilmişdir və hazırda dəniz dibində quraşdırılır. Bu dayaq bloku Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tikinti infrastrukturundan istifadə olunmaqla bütövlüklə ölkə daxilində inşa olunmuşdur.

Bu, Mərkəzi Azəri platformasının dayaq blokundan sonra, Xəzər dənizində quraşdırılacaq ikinci ən böyük qurğudur. Mərkəzi Azəri platformasından ilk neft hasilatı ilə əlaqədar 187 kilometr uzunluğunda 30 düymlük sualtı neft kəməri sahilədək çəkilib, 28 düymlük qaz kəmərinin tikintisi tam başa çatmışdır. Faza-1 layihəsinin həyata keçirilməsi nəticəsində Mərkəzi Azəri platformasından maksimum orta illik hasilat 18,7 milyon ton səviyyəsində olacaqdır.Bu isə “Azəri-Çıraq” yataqlarından illik hasilatın hazırkı 6 milyon ton səiyyəsindən 24-25 milyon tonadək artırılmasına imkan verəcəkdir.

2002-ci ilin sentyabrın 18-də ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyəti və Gürcüstan prezidentlərinin, ABŞ-ın energetika naziri cənab Spenser Abrahamın iştirakı ilə keçirilən təntənəli mərasimdə “Azəri” yatağının qərb və şərq hissələrinin işlənilməsini nəzərdə tutan Faza-1 layihəsinə sanksiya verilmişdir. Bu layihə “Azəri” yatağının tam işlənilməsi üçün Qərb və Şərq platformalarının inşasını nəzərdə tutmuşdur. Qərbi Azəridə öncəqazma proqramı hazırda 6 quyudan ibarətdir. Bunların 5-i hasilat, 1-i isə şlamların yenidən laya vurulması quyusudur. Quyuların layihə dərinliyi 3900 metrdən 4500 metrə qədərdir. Şərqi Azəridəki ilk dörd öncəqazma quyusunun uğurla tamamlanmasından sonra, bu ilin iyul ayında Qərbi Azəri öncəqazma proqramına başlanmışdır. Qərbi Azəridən ilk neftin 2006-cı ilin ikinci rübündə, Şərqi Azəridən isə 2007-ci ilin ikinci rübündə hasil ediləcəyi gözlənilir. Bu layihənin gerçəkləşməsi neft hasilatının 2007-2008-ci illərdə 40 milyon tonadək artırılmasını təmin edəcəkdir.

“Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsinin üçüncü mərhələsi (Faza-3) “Günəşli”nin dərinlikdə yerləşən hissəsinin işlənilməsini və “Çıraq” yatağının qərb hissəsindəki ehtiyatları əhatə edir və sonuncu əsas işlənilmə mərhələsidir. Möhtərəm cənab Prezident, Faza-3 layihəsinin sanksiyalaşdırılması haqqında qərar Sizin xeyir-duanızla bu gün qəbul olunacaqdır.

Nəzərdə tutulmuş iş proqramına əsasən, ilk neftin əldə olunması 2008-ci ilin ortalarında gözlənilir. Son nəticədə Faza-3 layihəsinin işlənilməsi ümumilikdə “Azəri-Çıraq-Günəşli” yataqlarından gündə 1 milyon barreldən artıq (ildə 50 milyon ton) neft çıxarılmasına imkan yaradacaqdır.

Səngəçalda inşa edilmiş terminal dünyada bu qəbildən olan ən böyük terminallardan biri olacaqdır. Terminalın genişləndirilməsi gün ərzində burada 1,2 milyon barrel xam neftin saxlanmasına və texniki emalına imkan yaradacaqdır. Nəzərdə tutulmuş işlər, demək olar, tam yerinə yetirilib və neft çənlərinin hamısı bu ilin sonunadək istifadəyə hazır olacaqdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin çəkilişi ideyası və onun reallığa çevrilməsidir. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir və XXI əsrdə Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biridir. Bu layihənin baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur.

Bakı-Tbilisi-Ceyhan neft kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Ümumi uzunluğu 1762 kilometr olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isə Türkiyədən keçəcəkdir. Layihədə boru çəkilişi ilə yanaşı, Səngəçal terminalının genişləndirilməsi, Ceyhan limanında müasir standartlara cavab verən nəhəng terminalın inşası, 8 nasos stansiyasının tikilməsi nəzərdə tutulur. İldə 50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək qabiliyyətində olan bu kəmərin 2005-ci ildə istifadəyə verilməsi hər üç ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə üçün mühüm tarixi hadisəyə çevriləcəkdir.

Şərq-Qərb enerji dəhlizi və onun ən mühüm elementlərindən biri olan Bakı-Tbilisi-Ceyhan boru kəməri zamanın tələbi, dünya iqtisadiyyatının vacib bir hissəsi, tranzit ölkələrin iqtisadi inkişafının və enerji təhlükəsizliyinin təmin olunmasının ayrılmaz amilidir. Müstəqil Azərbaycanın yeni neft strategiyasının yaradıcısı, Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin əsl memarı olan Heydər Əliyevin bu layihənin gerçəkləşməsində əvəzsiz xidmətlərini qiymətləndirərək, Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinə Heydər Əliyevin adı verilmişdir və bununla da bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyə arasında əbədi qardaşlıq rəmzinə çevrilmişdir.

Möhtərəm cənab Prezident!

Sadaladıqlarım neft strategiyasının həyata keçirilməsi yolunda görülən nəhəng işlərin yalnız bir hissəsidir. Bu nailiyyətlər “Əsrin müqaviləsi”nə daxil olan və layihədə iştirak edən dünyanın ayrı-ayrı ölkələrindən cəlb olunmuş çoxsaylı xarici şirkətlərin böyük fəaliyyəti və onların qoyduğu kapital, həm də Azərbaycanda və Azərbaycan neft sənayesində işləyən şirkətlər, müəssisələr, alimlər, yüksək professional səviyyədə olan mütəxəssislər və fəhlələrin iştirakı və zəhmətləri nəticəsində əldə olunmuşdur.

Bu bayram günündə “Əsrin müqaviləsi” layihəsinin bütün iştirakçılarına göstərdikləri xidmətlərinə görə təşəkkür edirəm və yeni-yeni nailiyyətlər arzulayıram. Eyni zamanda, “Əsrin müqaviləsi”nin tərəfdaşları adından və öz adımdan müqavilənin ilk addımından bu günədək bütün mərhələlərində bacarıqla rəhbərlik edən, çətinliklərin öhdəsindən gələn və hər zaman milli mənafeləri prinsipiallıq və qətiyyətlə, yüksək səviyyədə qoruyan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Biz hamımız inanırıq ki, Azərbaycanın Prezidenti cənab İlham Əliyev ötən 10 ildə olduğu kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətini və neft strategiyasını Azərbaycanın müstəqilliyi və rifahı naminə uğurla davam etdirəcək və qələbə çalacaqdır.

Bu yubiley ərəfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev “Əsrin müqaviləsi”nin həyata keçirilməsindəki nailiyyətlərinə, Azərbaycan neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə 106 nəfər neftçinin orden və medallarla təltif edilməsi, 7 nəfər qocaman neftçiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında fərmanlar imzalamışdır. Bu, bütün Azərbaycan neftçilərinin zəhmətinə və əməyinə verilən ən yüksək qiymətdir və hamımızı hədsiz sevindirir və ruhlandırır.

Əslində, mükafat alanların sırasında başda Siz olmalısınız. Çünki bu 10 ildə həm “Əsrin müqaviləsi”nin, həm də ondan sonrakı müqavilələrin hazırlanması, imzalanması və həyata keçirilməsindəki, ümumiyyətlə, neft və qaz sənayesinə rəhbərlik etdiyiniz illərdəki uğurlu fəaliyyətiniz, əvəzedilməz əməyiniz, xidmətləriniz və bu yolda nailiyyətləriniz göz qabağındadır. Biz hamımız Sizə dərin təşəkkürümüzü və ürəkdən gələn minnətdarlığımızı bildiririk.

Diqqətinizə görə çox sağ olun.

Kitabiyyati 2013

98.

S
əlahəddin Sədrəddin oğlu Xəlilov [Mətn]: biblioqrafiya /tərt. müəl.
A.K.Əliyeva, E.Yüzbaşov; red. K.Bünyadzadə, İ.Səfərov; AMEA, Mərkəzi
Elmi Kitabxana.- Ba
kı: Elm, 2013.- 340 s., portr.; 19 sm.- 6 man., 300 nüs.-
ISBN 978-9952-453-11-9 (cildli).- [2013-96316]
99.

Türksoylu xalqların elektron media kataloqu [Mətn] /tərt.
Ə.Bayramqızı; elmi red. V.Zifəroğlu.- Bakı: Elm və təhsil, 2013.- 230, [2] s.;
20 sm.- 5 man., 100 nüs.- [2013-94864]

100.

Yavuz İsmayıl oğlu Rüstəmov [Mətn]: biblioqrafiya /tərt.:
B.Ə.Məmmədov, T.İ.Alxazov; red.: Ş.F.Sadıqov, L.V.Medyakova; AMEA,
Polimer Materialları İn-tu; Mərkəzi Elmi Kitabxana.- Bakı: Elm, 2013.- 139 s.,
portr., gerb.; 16 sm.- (Az
ərbaycanın elm və mədəniyyət xadimləri).- (Avantitul.
v.: Yavuz Rüst
əmov 80).- Əsərlərin əlifba göstəricisi: s. 113-128.- Müəlliflərin
əlifba göstəricisi: s. 131-134.- Bibl. Azərb. və rus dillərində: s. 109-111.- Mətn
Az
ərb., rus dillərindədir.- 6 man., 300 nüs. (cildli).- [2013-97624]

Dostları ilə paylaş:

Comments are closed, but trackbacks and pingbacks are open.