Press "Enter" to skip to content

Etibarnamə necə verilir

Benefisiar.org

“Etibarnamə”ni necə yazmalı??

Etibarnamə ərəb mənşəli “etibar” və fars kəlməsi olan “namə” sözlərindən düzələrək, bir şəxsin və ya idarənin adından iş görmək üçün verilən rəsmi sənəddir. “Etibar” ərəbcə çoxmənalı sözdür:

a) nəzərə almaq, əhəmiyyət vermək.

b) hörmət və nüfuz.

“Namə” isə farsca məktub, əsər mənasındadır. Bütövlükdə etibarnamə zaminlik kağızı, etibaretmə sənədi mənası verir.

Etibarnamənin mahiyyəti. Etibarnamə hər hansı bir işin icrasını bir tərəfin (etibar edən, etibarnaməni verən) başqa bir nəfərə (etibar edilənə, etibarnaməni alana) etibar etdiyini bildirən sənəddir. Sənəd hüquqi əhəmiyyət daşıyır. Etibar edilən şəxs etibar edilən işi icra etməyə borcludur. Hər hansı bir səbəbdən iş icra edilə bilmədikdə, etibar edənə mütləq məlumat verilməlidir.

Etibarnamənin məzmunu. Etibarnamələr müxtəlif məzmunda ola bilər. Səlahiyyət həcminə görə etibarnamələrin 3 növü qeyd edilir:

1. Konkret bir işi görmək üçün birdəfəlik etibarnamə verilir. Buna birdəfəlik etibarnamə deyilir. Bir nəfər imkanı olmadığı üçün əmək haqqını, ev orderini, mükafatı ala bilmədikdə istədiyi adama etibarnamə verir ki, bu, birdəfəlik etibarnamə adlanır.

2. Xüsusi etibarnamə müəssisə rəhbəri tərəfindən müəssisənin hüqüq məsləhətçisinə verilir. Arbitraj – iqtisad məhkəməsində etibar edilən şəxs etibarnaməni qeydiyyatdan keçirərək təmsil etdiyi müəssisənin hüquqlarını, mənafeyini qoruyur.

3. Bundan əlavə, ümumi və baş etibarnamə də vardır ki, bu etibarnamənin səlahiyyəti daha böyükdür. Son vaxtlar belə etibarnamələr daha çox avtomobillər üçün verilir.

Baş etibarnamə mülkiyyətin başqa növlərini də idarə etmək üçün verilə bilər. Məsələn, sürülərin, evlərin və başqa əmlakın idarə edilməsi üçün verilən etibarnamələr 3 il müddətinə verilir. Əgər etibarnamədə idarəetmə müddəti göstərilməyibsə, onda həmin etibarnamə verildiyi gündən bir il keçdikdən sonra öz əhəmiyyətini itirmiş olur. Etibarnaməni verən şəxsin ünvanı, habelə pasport və ya onu əvəz edən sənəd haqqında məlumat, etibarnaməni alanın adı, atasının adı və soyadı, ünvanı haqqında məlumat da etibarnamənin məzmununa aiddir.

Etibarnamənin forması. Etibarnamənin (xüsusən də baş etibarnamənin) xüsusi forması olur və notarius tərəfindən təsdiq edilir. Birdəfəlik etibarnamədə vərəqin ortasında «Etibarnamə» sözü yazılır. Aşağıdakı sətirdə sol tərəfdə etibarnamənin yazıldığı şəhər, həmin sətirdə, vərəqin sağ tərəfində etibarnamənin verildiyi tarix göstərilir. Etibarnamənin məzmunu qurtardıqdan sonra etibar edən şəxs onu imzalayır. Əgər tərəflər bir müəssisədəndirlərsə, müəssisənin kadrlar şöbəsinin rəisi və ya rəhbəri tərəfindən, əgər tərəflərlər müxtəlif idarə və təşkilatlara aiddirlərsə, onda etibarnaməni notarius təsdiq edir.

Faylı yükləyin: Etibarnamə-Nümunə

Etibarnamə necə verilir?

Etibarnamə hər hansı bir işin icrasını bir tərəfin (etibar edən, etibarnaməni verən) başqa bir tərəfə (etibar edilənə, etibarnamə alana) etibar etdiyini bildirən hüquqi əhəmiyyətə malik sənəddir.

Mülki Məcəllədə etibarnaməyə belə anlayış verilmişdir:

Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Aydın olduğu kimi, etibarnamə üçüncü şəxsə ünvanlanır.

Etibar edilmişi etibaretmə:

Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnamə verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Əsas şərt ondan ibarətdir ki, səlahiyyətlərini başqa şəxsə vermiş nümayəndə bunu etibarnaməni verənə bildirsin və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat versin. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verən nümayəndənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətlərində olduğu kimi məsuliyyət qoyur. Burada digər şərt ondan ibarətdir ki, etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.

Etibarnamənin müddəti:

Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamədən fərqli olaraq, etibarnamə istənilən müddətə verilə bilər.

• Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən 1 il ərzində qüvvəsini saxlayır.

• Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

• Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.

• Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə 1 ildən artıq müddətə verilə bilməz.

Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:

• etibarnamənin müddətinin bitməsi;

• etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi;

• etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;

• etibarnamə verilmiş şəxsin imtinası;

• adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;

• adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;

• etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması;

• etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması.

Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.

Etibarnaməyə xitam verilməsinin nəticələri:

Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur.

Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar.

Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.

Benefisiar.org

Hikmət Hacıyev: “Ermənistan tərəfinə necə etibar edə bilərik?”

Hikmət Hacıyev: “Ermənistan tərəfinə necə etibar edə bilərik?” “Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi açıq şəkildə pozaraq Azərbaycan silahlı qüvvələrinin mövqelərini bombalamaq üçün qırıcılardan istifadə edib”

18 Oktyabr , 2020 12:33
https://static.report.az/photo/343a1e97-ceaf-34e5-8dad-59b5c4ae2673.jpg
Hikmət Hacıyev

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi açıq şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bombalamaq üçün qırıcılardan istifadə edib”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb. “Ermənistan tərəfinə necə etibar edə bilərik?”, – o əlavə edib.

In blatant violation of humanitarian truce armed forces of Armenia used their fighter aircraft to bomb the positions of Azerbaijan’s armed forces. How we can trust Armenian side? — Hikmet Hajiyev (@HikmetHajiyev) October 18, 2020

  • Ermənistanın təxribatı
  • Hikmət Hacıyev

Link kopyalandı
Alparslan Öztürk
https://static.report.az/photo/923f69ac-da4e-38fa-8a79-41382634ceea_50.jpg
Rus versiyası Помощник президента Азербайджана: Как мы можем доверять армянской стороне?
İngilis versiyası Hikmat Hajiyev: How can we trust Armenian side?

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.