Naxçıvan kəhrizləri
Naxçıvan kəhrizləri ilə tanışlıq
SON DƏQİQƏ
Qədim Şərqdə şəhər və kəndlərin salınması və inkişafında ən başlıca məsələlərdən biri su ilə təchizat problemi olmuşdur. Ona görə də ulu babalarımız dağların qoynundan buz bulaqlardan gizlin, həm də münasib yollarla şəhər və kəndlərimizə su kəməri çəkmişlər.
Dağların qoynundan cığır salan, düzənliyə baş alıb gələn yeraltı su xətləri, kəhrizlər şəhər və kəndlərə çeşmələrin göz yaşını gətirmiş, əhalini sərin içməli su ilə təmin etmişdir. Böyük zəhmətin və alın tərinin məhsulu olan kəhrizlər əsasən yerli ustalar tərəfindən inşa edilmiş, su kəmərlərinin mənbəyi çoxlarından gizlin saxlanmışdır. Kəhrizlərin suyu uzun məsafədən gətirilsə də, öz dad-tamını və sərinliyini saxlaya bilmişdir.
Ulularımız “Su dirilikdir, aydınlıqdır, min arzu, diləkdir” deyiblər. Qədim zamanlardan ölkəmizin bir çox bölgələrində, o cümlədən Naxçıvan torpağında əkin sahələrini suvarmaq, əhalinin içməli suya olan tələbatını ödəmək üçün kəhrizlər salınmışdır. Kankanların səyi və ağır zəhməti nəticəsində yeraltı tunellər vasitəsilə yaşayış məskənlərinə gətirilmiş bu sular yaşıllığın, məskunlaşmanın təməli olmuşdur.
Şəhər və kəndlərimizin su təchizatı təkcə can rahatlığı deyil, yaşayış, həyat deməkdir. Ona görə də kəhrizlərin yaradılması daim ulu babalarımızı, el ağsaqqallarını düşündürmüşdür. Kəhrizlərin salınması ilə əlaqədar qocalar plan çəkmiş, məsləhət vermişlər. Xüsusi kankanlar kəhrizlərin salınması üçün işə qoyulmuş, qabarlı əlləri ilə kəhrizlər salmışlar. Kankanlar dağların ürəyinin başında qaynayan bulaqların gözünü açmış, gur su seli yaradılmış, dağların qoynundan, yaylaqlardan tunellər vasitəsi ilə sular yaşayış məskənlərinə çatdırılmışdır. Lakin bu kəhrizlərin suyunun yaşayış məskənlərinə necə və nə vaxt gətirilməsi tarixi dəqiq məlum deyil.
Kəhrizlərin bir çoxu haqqında xalqın hafizəsində maraqlı əfsanələr yaşayır.
Rayonumuzun bir çox kəndlərinin ərazisində, demək olar ki, hər yerindən çaylar çağlayır, çeşmələr göz-göz olub qaynayır, hər yana həyat verir, gözəllik bəxş edir. Rayonda bir çox yaşayış məntəqələrinin yerləşdiyi coğrafi mövqe kəhrizlərin yaradılmasını zəruri etmişdir. İsti yay və soyuq qış günlərində əsas su mənbələri olan çaylardan kənarda olan kəndlərimizdə bağ-bağatı su ilə təmin etmək, susuz sahələri cənnətə döndərmək, əhalinin içməli suya olan tələbatını ödəmək üçün kəhrizlərin salınmasına üstünlük verilmiş, dağların qoynundan süzülən sular yeraltı kürələrlə yaşayış məntəqələrimizə çatdırılmışdır.
Rayonumuzun kəndlərindən Yaycıda Məşədi Oruc və Xan kəhrizi, Dizədə Qarand və Sarı zəmi, Camaldında Baş kəhriz, Qızılca dərəsi, Pirmaşa, Xanəgahda Yuxarı Əlincə, Şeyx Xorasan, Əlincəqala kəhrizi, Bənəniyarda Kötücə, Pirəli, Nahaq, Haçaparaq kəhrizləri, Şurudda Şah Abbas gölü, Qarağac, Yarpaqlı kəhrizləri, Galda İlanlı, Pir baba, Daş bulaq, Anabat, Sələsüz, Kəhrizləri, Xoşkeşində Məscid yeri, Məmməd düzü kəhrizləri, Əbrəqunusda Yuxarı Əkbər, Aşağı Xanış kəhrizləri, Gülüstan kəndində Gülüstan kəhrizi, Kırnada Yuxarı kəhriz kimi kəhrizlərimiz mövcuddur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində 2004-cü ildə yaradılmış Kəhrizlər İdarəsi qədim bölgəmizdə mövcud olan kəhrizlərin təmir-bərpa işini yerinə yetiməyə başladı. Həmçinin muxtar respublikamızda kankanlıq ənənələri də dirçəldi. Bunun nəticəsində rayonumuzun bir çox kəndlərində (Gal, Şurud, Göydərə, Xoşkeşin, Dizə və s.) kəhrizlər bərpa olunub. Həmçinin yerli kankanların səyi ilə bir çox kəhrizlərin abukar və kirələri lildən, çöküntüdən təmizlənmiş, quyuların ağzı hörülərək bərkidilmişdir.
Kəhrizlər ulu babalarımızın bizə yadigarı, böyük əmanətidir. Bu əmanətləri qorumaq isə bizim hər birimizin mənəvi borcudur. Su həyatdır. Kəhrizlər isə bu həyatın mənbəyidir. Həyat mənbəyini qorumaq üçün hər birimiz məsuliyyət daşıyırıq. Gəlin ulu babalarımızın yadigarları olan kəhrizləri qoruyaq, onların qədrini bilək.
Ədalət CƏFƏROĞLU
Naxçıvan kəhrizləri
Naxçıvan kəhrizləri ilə tanışlıq
Prezident xanım Mişelin Kalmi-Rey İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə Kəngərli rayonunun Xok kəndində və Naxçıvan şəhərində bərpa edilən kəhrizlərlə tanış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xok kəndindəki “Çay” və Naxçıvan şəhərindəki “Qələndər” kəhrizlərində görülən işlər barədə ali qonağa məlumat vermişdir.
Bildirilmişdir ki, 13 quyudan ibarət olan “Çay” kəhrizinin bərpasına ötən ilin mayında başlanılmış və cari ilin martında istifadəyə verilmişdir. Bərpa nəticəsində su sərfi saniyədə 140 litrdən 180 litrə çatdırılmışdır. Bu kəhrizin suyu ilə 70 hektar əkin sahəsi suvarılır. Həmçinin 300 ailə, iki fermer təsərrüfatı təmiz içməli sudan istifadə edir.
“Qələndər” kəhrizi Naxçıvan şəhərindəki 19 kəhrizdən biridir. Üç quyudan ibarət bu kəhriz də əhalinin və təsərrüfatların suya tələbatının ödənilməsində mühüm rol oynayır.
Kəhrizlərlə tanış olan Prezident Mişelin Kalmi-Rey demişdir ki, Naxçıvana səfərimdən və İsveçrənin belə layihələrin reallaşdırılmasında iştirakından çox məmnunam. Çünki kəhrizlər bərpa olunarkən həm iş yerləri açılır, insanlar təmiz içməli su ilə təmin edilir, həm də sizin adət-ənənəniz qorunub saxlanılır. Hesab edirəm ki, bu kəhrizlərin bərpası İsveçrə ilə Azərbaycan arasında dostluq münasibətlərinin bir rəmzidir.
Azərbaycan.- 2011.-16 mart.- S. 3.
Naxçıvan kəhrizləri
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Naxçıvan kəhrizləri
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.