Press "Enter" to skip to content

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilib

muxtar respublikanın büdcəsini icra edir;

Maddə 134. Naxçıvan Muxtar Respublikasının statusu

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında»

Maddə 134. Naxçıvan Muxtar Respublikasının statusu

    Bu sahifa navigatsiya:
  • Maddə 135. Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi
  • Maddə 136. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi
  • Maddə 138. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar
  • Maddə 139. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər
  • Maddə 140. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
  • Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti
  • Dördüncü bölmə. Yerli özünüidarəetmə 9-cu fəsil. Bələdiyyələr Maddə 142. Yerlərdə özünüidarənin təşkili
  • Maddə 143. Bələdiyyələrin işinin təşkili
  • Maddə 145. Bələdiyyələrin qərarları
  • Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı
  • Beşinci bölmə. Hüquq və qanun
  • Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar
  • Maddə 149. Normativ hüquqi aktlar
  • Maddə 150. Bələdiyyə aktları
  • Maddə 151. Beynəlxalq aktların hüquqi qüvvəsi
  • 11-ci fəsil. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər Maddə 152. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi
  • Maddə 153. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası
  • Maddə 154. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması
  • Maddə 155. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması
  • 12-ci fəsil. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
  • Maddə 157. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü
  • Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması
  • № 00. 12 noyabr 1995-ci il. Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 iyul 1997
  • (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1 avqust 2003-cü il tarixli qərarı – «Azərbaycan» qəzeti, 3 avqust 2003-cü il, № 176)

Maddə 134. Naxçıvan Muxtar Respublikasının statusu

I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar

II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.

III. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib

IV. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası

Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları

Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir.

V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar

Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının

Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin

qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan

Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin

qərarlarına zidd olmamalıdır.

VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli

Məclisinə Azərbaycan Respublikasının prezidenti tərəfindən təqdim edilir və Konstitusiya

Qanunu ilə təsdiq edilir. (

Maddə 135. Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi

I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar

Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının

Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının

məhkəmələri həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının

Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının

Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun

səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının

məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onların

səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

Maddə 136. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi

Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali

Maddə 137. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir.

III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin sədrini və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.

Maddə 138. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar

1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;

3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;

4) sosial təminat;

5) ətraf mühitin qorunması;

7) səhiyyə, elm, mədəniyyət.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

qanunlar qəbul edir.

Maddə 139. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;

2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad

5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;

6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

qərarlar qəbul edir.

Maddə 140. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

I. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar

Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

II. Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin

təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.

III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar

Respublikasının Ali Məclisinə təqdim edir;

muxtar respublikanın büdcəsini icra edir;

muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;

Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər

məsələləri həll edir.

IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar və sərəncamlar qəbul edir.

Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti

Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan

Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan

Respublikasının Prezidenti təyin edir.

Dördüncü bölmə. Yerli özünüidarəetmə

9-cu fəsil. Bələdiyyələr

Maddə 142. Yerlərdə özünüidarənin təşkili

I. Yerli özünüidarəni bələdiyyələr həyata keçirir.

II. Bələdiyyələr seçkilər əsasında yaradılır.

III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin

qaydaları isə qanunla müəyyən edilir. (

Maddə 143. Bələdiyyələrin işinin təşkili

I. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata

II. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır.

Maddə 144. Bələdiyyələrin səlahiyyətləri

I. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir:

1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş

hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyalırın

4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

9) yerli ekoloji proqramların qəbul və icra edilməsi.

II. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də

verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri

maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq

qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

Maddə 145. Bələdiyyələrin qərarları

I. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.

II. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

III. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu

ilə qəbul edilir.

Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı

I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə

ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə

üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam

verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla

müəyyən edilir.

II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin

suverenliyinə xələl gətirə bilməz.

III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.

IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində

Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.

V. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət hakimiyyəti orqanlarının

qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir. (

Beşinci bölmə. Hüquq və qanun

10-cu fəsil. Qanunvericilik sistemi

Maddə 147. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi

I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək

hüquqi qüvvəyə malikdir.

II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının

qanunvericilik sisteminin əsasıdır.

Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar

I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:

2) referendumla qəbul edilmiş aktlar;

5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;

6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan

Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir.

III. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının

Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin

qərarları hüquqi qüvvəyə malikdir.

IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan

Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.

V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə

daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.

Maddə 149. Normativ hüquqi aktlar

I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər

II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası

vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr

III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və

icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və

bələdiyyələr üçün məcburidir.

IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının

Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların

tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün

V. Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarları Azərbaycan Respublikasının

Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına

zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc

edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları,

hüquqi şəxslər üçün məcburidir.

VI. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının

Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini

aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil

edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi

aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra

olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ

hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. (

Maddə 150. Bələdiyyə aktları

I. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə

bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına,

qanunlarına, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına, Azərbaycan

Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə

həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan

Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.

II. Bələdiyyənin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun

ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.

Maddə 151. Beynəlxalq aktların hüquqi qüvvəsi

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar

ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar

istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr

arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

11-ci fəsil. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər

Maddə 152. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi

Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız

referendumla qəbul edilə bilər.

Maddə 153. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif

edilməsi qaydası

Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan

Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif

etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin rəyi alınır.

Maddə 154. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin

məhdudlaşdırılması

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş

Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə

Maddə 155. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi

təşəbbüsünün məhdudlaşdırılması

Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya

onların ləğv edilməsi haqqında, 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş

hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı

beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə

məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. (

12-ci fəsil. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr

Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi

I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli

Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.

II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya

qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci

səsvermə birincidən 6 ay sonra keçirilir.

III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya

qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün

nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün

IV. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya

qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra

imzalandıqda qüvvəyə minir.

V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir

və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

Maddə 157. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının

Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə

Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi

təşəbbüsünün məhdudlaşdırılması

Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan

Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz. (

Keçid müddəaları

1. Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildikdən sonra

rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi

gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası

(Əsas Qanunu) qüvvədən düşür.

2. Bu Konstitusiyanın qüvvəyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının

Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş

səlahiyyətləri həyata keçirir.

3. Bu Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən

sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir.

4. Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali

Sovetinin yaratdığı Milli Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası

Milli Məclisinin ilk iclas günü başa çatır.

Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası Azərbaycan

Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir həftə sonra keçirilir.

Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyası 1996-cı il mayın 31-dək davam

1995-ci il avqustun 15-də qəbul edilmiş «Azərbaycan Respublikasının Milli Məclisinə

seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi bu Qanun

əsasında seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının

səlahiyyətləri bitənədək qüvvədədir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi

gündən bu Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir.

6. Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli Xalq

Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli Xalq

Deputatları Sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata

7. Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında

qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir.

8. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində

qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan

hissədə qüvvəsini saxlayır.

9. Bu Konstitusiya qüvvəyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının

məhkəmələri ədalət mühakiməsini bu Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və

prinsiplərə uyğun həyata keçirir.

10. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində hakimlərin statusu, məhkəmə

quruluşu və məhkəmə islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu

Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası

məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir.

Həmin qanunvericilik qəbul edilənədək hakimlərin vəzifəyə təyin və vəzifədən azad

edilməsi bu Konstitusiya qüvvəyə minənədək qüvvədə olan qanunvericilik əsasında

11. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan

Respublikasının Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu

qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada

nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri

həyata keçirilmir. Bu Konstitusiyanın 130-cu maddəsinin üçüncü hissəsinin 7-ci

bəndində nəzərdə tutulmuş məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsi həll

12. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə

mindiyi gündən Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır və qüvvədə olan

qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir.

№ 00.

12 noyabr 1995-ci il.

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 iyul 1997-

ci il, № 1) («VneshExpertService»).

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər

etmiş sənədlərin siyahısı

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 iyun 2002-ci il tarixli Qərarı

— «Azərbaycan» qəzeti (22 iyun 2002-ci il, № 140);

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 avqust 2002-ci il tarixli

99/372 nömrəli Qərarı — «Azərbaycan» qəzeti (19 iyun 2002-ci il, № 216)

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli

Qərarı — «Azərbaycan» qəzeti (25 dekabr 2008-ci il, № 288);

Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının 30 mart 2009-cu

il tarixli 19/86 nömrəli Qərarı — «Azərbaycan» qəzeti (31 mart 2009-cu il, № 66)

(KM1) 100-cü maddəsinin «. başqa dövlətlər qarşısında öhdəliyi olmayan. »

müddəasının hüquqi mənası vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan

asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin

olmamasını ehtiva edir.

Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn davamlı,

möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə

ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu

cür digər öhdəliklər də ola bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin

1 avqust 2003-cü il tarixli qərarı – «Azərbaycan» qəzeti, 3 avqust 2003-cü il, № 176)

(«VneshExpertService»).

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilib

Bakı. 23 fevral. REPORT.AZ/ Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib. “Report”un xəbərinə görə, sessiyanın gündəliyinə 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi daxil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib ki, yerli xammal və ehtiyatlardan səmərəli istifadə etməklə istehsal müəssisələrinin yaradılması yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, əhali gəlirlərinin artmasına səbəb olub: “Blokada şəraitinin çətinliklərinə baxmayaraq Naxçıvan Muxtar Respublikasının ərazi, ərzaq və enerji təhlükəsizliyi təmin edilib, nəqliyyat-kommunikasiya sahəsi müasirləşdirilib, ekoloji vəziyyət sağlamlaşdırılıb, sosial infrastruktur layihələri həyata keçirilib. Aparılan təhlillərdən aydın olur ki, sosial-iqtisadi sahədə muxtar respublikanın inkişafını daha da sürətləndirmək üçün imkanlar çoxdur. Lakin ötən dövrdə bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində aşkar olunan çatışmazlıqlar göstərir ki, 2017-ci ildə nəzarət və tələbkarlıq daha da artırılmalıdır”. O vurğulayıb ki, əkin sahələrində suvarmaya nəzarət gücləndirilməlidir: “Müasir suvarma metodlarına üstünlük verilməməsinin nəticəsidir ki, Şərur rayonu üzrə 330, Babək rayonu üzrə 93, Culfa rayonu üzrə 66, Kəngərli rayonu üzrə 124, Sədərək rayonu üzrə 3 min 229, Naxçıvan şəhəri üzrə 280 hektar, ümumilikdə 4 min 122 hektar torpaq sahəsi şoranlaşmış, Şərur rayonu üzrə 3 min 198, Babək rayonu üzrə 714, Ordubad rayonu üzrə 36, Culfa rayonu üzrə 584, Kəngərli rayonu üzrə 1118, Sədərək rayonu üzrə 112, Naxçıvan şəhəri üzrə 420 hektar olmaqla, cəmi 6 min 182 hektar torpaq sahəsi isə çəmənləşməyə məruz qalıb. 2017-ci ildə şoranlaşmış və ya çəmənliyə çevrilmiş torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qatılması üçün aid təşkilatlar tədbirlər planı hazırlamalı və həyata keçirilməsinə başlamalıdırlar”. Sonra sessiyada “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilib. Ali Məclisin sədri gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd edib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcək: “Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır”. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası qanunu oxunub və səsə qoyularaq qəbul edilib. Bununla da sessiya başa çatıb.

Naxçıvan muxtar respublikasının konstitusiyası

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.