Press "Enter" to skip to content

Naxçıvanın yaz yeməkləri – FOTO

Iqtisadi inkişafda müşahidə olunan artım meylləri mövcud istehsal müəssisələrinin fəaliyyətlərini bərpa etməsi ilə yanaşı, yeni istehsal sahələrinin istifadəyə verilməsi nəticəsində mümkün olmuşdur. Son 4 il ərzində muxtar respublika üzrə 148 istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır.

Naxçıvan

Naxçıvan 4500-5000 illik tarixi ilə şərq sivilizasiyasının beşiyi, şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzlərindən biridir. Tarixi mənbələrə görə XVIII əsrdə Naxçıvanda əsasən dəriçilik, papaqçılıq, çəkməçilik, dəmirçilik, miskərlik, toxuculuq, ipəkçilik və sair peşə və sənətkarlıq sahələri mövcud olmuş və inkişaf etmişdir. XIX əsrdə Naxçıvan və Ordubad şəhərləri diyarın ticarət və sənətkarlıq mərkəzləri olmuş, burada iqtisadiyyatın əsas sahələrini pambıqçılıq və ipəkçilik təşkil etmişdir. Istehsal olunan pambıq və bez parçalar Nijni-Novqoroda, Tiflisə, Moskvaya, Türkiyəyə, mədəni üsullarla işlənilən ipək parçalar isə Təbrizə ixrac edilmişdir.

Naxçıvan Muxtar Respublikasının müasir iqtisadiyyatı özünün çoxsahəli strukturu ilə Azərbaycanın digər regionlarının iqtisadiyyatından fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar yerli tələbatı müvafiq istehsal sahələri yaratmaqla daxili imkanlar hesabına təmin etmək zərurəti ilə bağlıdır. XX əsrin ikinci yarısından başlayaraq muxtar respublikada yeni istehsal sahələri yaradılmış, zəngin təbii ehtiyatlar aşkara çıxarılaraq istismara cəlb olunmuş, sənaye müasir texnika və texnologiya ilə təchiz edilmişdir.

Naxçıvan Muxtar Respublikası inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Elektronika, metal emalı, tikinti materialları və yüngül sənayesi var. Kənd təsərrüfatı əsasən taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və bağçılıq sahəsində ixtisaslaşmışdır.

XX əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Naxçıvan Muxtar Respublikası ətraf aləmdən tamamilə təcrid olunmuşdur. 17 ildən artıq bir dövr ərzində blokada şəraitində yaşayan muxtar respublikanın iqtisadi həyatında müşahidə olunan tənəzzül həyata keçirilən proqram xarakterli sistemli tədbirlər nəticəsində qısa müddətdən sonra iqtisadi tərəqqi ilə əvəzlənmişdir. Bu gün muxtar respublika iqtisadi inkişaf səviyyəsinə görə Azərbaycan Respublikasının regionları arasında ilk yerlərdən birini tutur.

Sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalı 2007-ci ildə 1995-ci illə müqayisədə 12,5 dəfə artaraq 544 milyon 959 min manat olmuşdur. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 1995-ci illə müqayisədə 1296 manat artaraq 1426 manat təşkil etmişdir.

Iqtisadi inkişafda müşahidə olunan artım meylləri mövcud istehsal müəssisələrinin fəaliyyətlərini bərpa etməsi ilə yanaşı, yeni istehsal sahələrinin istifadəyə verilməsi nəticəsində mümkün olmuşdur. Son 4 il ərzində muxtar respublika üzrə 148 istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır.

Azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsi olaraq ümumi daxili məhsulda özəl bölmənin payı artaraq 86,5 faizə çatmışdır. Kapital qoyuluşuna yönəldilən investisiyalar yeni istehsal müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət, elm ocaqlarının, inzibati obyektlərin, infrastuktur sahələrinin tikilib istismara verilməsinə xidmət edir.

Həyata keçirilən islahatlar əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və maddi rifah halının yaxşılaşmasına səbəb olmuşdur. Aparılan məqsədyönlü tədbirlər nəticəsində 2003-cü ilin oktyabr ayından başlayaraq 2007-ci ilin sonunadək muxtar respublikada 30639 yeni iş yeri açılmışdır ki, onun da 19213-ü və ya 62,7 faizi daimi iş yerləridir.

Muxtar respublikada gömrük infrastrukturunun təkmilləşdirilməsi, xarici ticarətin liberallaşdırılması, investorlar üçün əlverişli şəraitin yaradılması öz bəhrəsini vermiş, muxtar respublikanın regionda ticarət və turizm mərkəzi kimi nüfuz qazanmasına əhəmiyyətli təsir göstərmişdir. Aparılan tədbirlərin nəticəsi olaraq xarici iqtisadi əlaqələr ildən-ilə artır, dərinləşir və onun coğrafiyası genişlənir. 2007-ci ildə muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən 28 xarici dövlətlə aparılan ticarət əməliyyatları nəticəsində 92 milyon 118 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır.

Naxçıvanın yaz yeməkləri – FOTO

Ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvanda baharın gəlişi ilə insanların mətbəxində, süfrəsində dağlarımızda, düzlərimizdə yetişən bitkilərdən ibarət çoxçeşidli qidalar üstünlük təşkil edir.

Milli.Az bildirir ki, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində bu barədə danışan tədqiqatçı-jurnalist Zaleh Novruzov deyib ki, Naxçıvan əhalisinin qidasında müxtəlif yeməklərin hazırlanmasında göyərti daha çox yer tutur. Diyarımızda erkən yazda çiy halda ən çox yeyilən bitkilərə müxtəlif növ yemlik (südlü, təkəsaqqalı), quşəppəyi, dağlarda bitən quzuqulağı aiddir. Bununla bağlı şeirlərimizin birində deyilir:

İlk baharda biz dağlara gedərdik,

Kəklik kimi qayalarda səkərdik.

Xına sürtər, quzuqulağı dərərdik,

Nübar bilib, hər kəsə pay verərdik.

Minbir dərdin dərmanı – quzuqulağı, topalaq.

Onun sözlərinə görə, quzuqulağı Naxçıvanda daşlı qayalarda bitdiyi üçün onu yığmağa uşaqlar və yeniyetmələr gedər, yığdıqlarından qohum-qonşuya pay verərdilər. Orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, əkin sahələrindən “topalaq” adlandırılan bitki də yığılıb yeyilərdi. Şum zamanı səthə çıxan bu kök yumrularının qabığı soyulduqdan sonra istifadə olunardı. Şirintamlı topalaqla yanaşı, əkin sahələrindən kələməkeşir də yığılıb yeyilirdi. Erkən yazda təpəliklərdə ən çox rast gəlinən murçalıq kökü, gicitkən, bağayarpağı kimi təbii bitki növlərinə də üstünlük verilirdi. Bu gün süfrələrimizin bol, insanların həyat səviyyəsinin yaxşı, ailələrdə hər cür təamların olması uşaqların belə bitki məhsullarını yeməyini maraqsız edib. Ancaq heç bir təam müxtəlif vitaminlərlə zəngin bu təbii qidaları əvəz edə bilməz.

Zaleh Novruzov deyib: Yaz fəslində yemək çeşidlərinin içərisində yabanı və becərilən göyərtilər də üstünlük təşkil edir. Bu dövrdə göy soğana, tərxuna və digər göyərtilərə, soyutma yumurtaya, pendir-lavaşa üstünlük verənlər çox olur. Göyərtidən, əsasən, dovğa və kətə bişirilir. Əsl evdar qadınlar bu dövr üçün qovurma saxlayırlar. Çünki qovurma ilə qızardılan pencərin və yumurtanın dadı əvəzedilməz olur. Qızartmada ən çox xıncılovuz, qazayağı, çiriş, cacıq, şomu, gicitkən və mərəçöhrdən istifadə edilir. Göyərti az olduqda düyü, buğda, yarma əlavə edib “cılbırt” adlandırılan yemək bişirirlər. Bir çox göyərtilərdən çərəz kimi də istifadə edilir.

Naxçıvan kətəsinin, küküsünün dadından doymaq olmur

Kükü yemək növü də göyərtilərdən hazırlanır. Narın doğranmış pencərə yumurta əlavə edilərək qarışdırılır və tavada qızardılır. Göyərtidən kətə ilə yanaşı, göy qutab da bişirilir. Bunun üçün həyətyanı sahələrdə alaqotu kimi bitən qaratərə və sarmaşıqdan da istifadə edilir. Təndirdə bişirildikdə kətə daha dadlı olur. Onu isti-isti yemək məsləhətdir. Zövqə uyğun olaraq kətəyə sumax səpir, isti kətənin içərisinə eymə yağı qoyub yedikdə isə daha ləzzətli olur. Digər bir bitki növü – şomu qovurulsa da, kətəsinə daha çox üstünlük verilir. Şomunun becərilən, yəni mədəni növü olan ispanaqdan, yarpızdan da kükü bişirmək mümkündür. Bu mövsümdə göyərtidən qatıqaşı, dovğa da hazırlanır. Dovğa ən çox yarpız, nanə, ispanaq, keşniş, cəfəri, salmança ilə bişirilir.

Yer kartofu – yerdən çıxan nemət

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Naxçıvanın qədim kəhrizləri təmir edilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi Kəhrizlər İdarəsinin kollektivi muxtar respublika ərazisindəki qədim kəhrizlərin işlək vəziyyətdə olması üçün təmir işlərini davam etdirir.

Bu ilin ötən müddətində Şərur, Ordubad və Kəngərli rayonlarında 11 kəhriz təmir edilib, 5 kəhrizdə isə təmir işləri aparılır. Bunlar Kəngərli rayonunun Çalxanqala kəndində “Əhməd bulağı”, Xıncab kəndində “Kalba Allahverdi”, Qarabağlar kəndində “Qasım Qaybalı”, Şahbuz rayonunun Türkeş kəndində “Səfər”, Ordubad rayonunun Vələver kəndindəki “Kənd” kəhrizləridir.

Qeyd edək ki, muxtar respublikamızda 385 kəhriz var. Həmin kəhrizlərin təxminən 80 faizi işlək vəziyyətdədir.

Muxtar respublika ərazisindəki kəhrizlər su təminatını ödəməklə yanaşı, həm də tariximizi özündə yaşadan abidələrdir.

Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.