Press "Enter" to skip to content

Naxçıvanın Baş naziri işdən çıxarıldı

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

TARİX İNSTİTUTU

Naxçıvan Azərbaycanın və Şərqin ən qədim şəhərlərindən biridir. Antik və orta əsr müəllifləri Naxçıvan şəhərinin eramızdan əvvəl 1539-cu ildə salındığını göstərmişlər. Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Floviyə (e.ə. I əsr) və coğrafiyaşünas Klavdi Ptolemeyə (eramızın II əsri) məxsusdur. Ptolemey «Coğrafiya» əsərində şəhərin adını Naksuana kimi göstərmişdir. Orta əsr ərəb, fars mənbələrində şəhərin adı Nəsavə, Nəqçuan, Nəxçuan, Nəxçəvan şəkillərində də işlənmişdir. Bir sıra mənbələrdə Naxçıvan Nəqşi-cahan (dünyanın bəzəyi) kimi də təqdim olunmuşdu. Naxçıvan toponimini əfsanəvi Nuh peyğəmbərlə bağlı «dünya tufanı» ilə də əlaqələndirilir (Nuhun diyarı). Naxçıvan toponiminin müxtəlif etimoloji izahları mövcuddur. Eramızdan əvvəl Naxçıvan qədim qədim Azərbaycan dövlətləri olan Manna və Midiyanın tərkibində olmuşdu. E.ə. 633-cü ildə şəhər skif-sakların hücumuna məruz qalmışdır. Müxtəlif dövrlərdə Naxçıvan Əhəmənilər imperiyasının, Atropatenanın və Azərbaycan Albaniyasının, eramızın IV əsrindən sonra isə Sasanilər dövlətinin tərkibində olmuşdur. Naxçıvan Böyük İpək Yolunun üzərində yerləşən mühüm ticarət və sənətkarlıq mərkəzi sayılırdı. Yaxın və Orta Şərqlə sıx ticarət əlaqələri saxlayırdı. 625-ci ildə Bizans imperatoru İrakli Naxçıvanı dağıtmış, 654-cü ildə isə şəhər ərəblər tərəfindən işğal edilmişdi. Xilafət dövründə Naxçıvan mühüm hərbi və siyasi-inzibati mərkəzlərdən birinə çevrilmişdi. IX əsrdə xürrəmilər hərəkatı Naxçıvan şəhərini də bürümüşdü. Xilafətin süqutundan sonra Naxçıvan Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin tərkibində olmuş, XI əsrdə səlcuqların iqamətgahına çevrilmişdi. Naxçıvan XII əsrin 30-70-ci illərində Azərbaycan Atabəyləri dövlətinin paytaxtı olmuşdur. Bu dövrdə Naxçıvan Yaxın Şərqin mühüm mədəniyyət, elm, ticarət, sənətkarlıq mərkəzinə çevrilmiş, burada özünəməxsusluğu ilə seçilən memarlıq məktəbi təşəkkül tapmışdır. Naxçıvan XIII-XIV əsrlərdə Azərbaycanda və Şərqdə gedən siyasi, iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə çevrilmiş, 1221-ci ildə monqollar, 1225-ci ildə isə Xarəzmşah Cəlaləddin tərəfindən talan edilmişdir. Sonrakı dövrlərdə Naxçıvan Hulakular dövlətinin tərkibində olmuş, 1387-ci ildə Teymur tərəfindən işğal edilmişdi. Yalnız Əlincə qalası 14 il (1387-1401-ci illər) onun qoşunlarına inadlı müqavimət göstərmişdir. Bu dövrdə Naxçıvanda hürufilik geniş yayılmış, təriqətin banisi Fəzlullah Nəimi öz ideyalarını burada təbliğ etmişdir. XV əsrdə Naxçıvan şəhəri Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində qaldı. 1501-ci ildə Azərbaycan Səfəvilər dövlətinin yaranması və mərkəzləşdirmə siyasəti iqtisadi inkişaf üçün geniş imkanlar yaratdı. Azərbaycan şəhərləri arasında mövcud olan əlaqələr xeyli genişləndi. Yadelli işğalçıların basqınları zamanı dağıdılmış bir sıra şəhərlər yenidən dirçəlməyə başladı. Yenidən dirçələn belə şəhərlərdən biri də Naxçıvan idi. Sultan Süleymanın Azərbaycana yürüşləri zamanı əsas döyüş meydanlarından birinə çevrilən Naxçıvan gah Osmanlı, gah da Səfəvi qoşunları tərəfindən əldən-ələ keçmişdi. 1554-cü ilin ortalarında Sultan Süleyman dördüncü dəfə böyük qoşunla Azərbaycan ərazisinə daxil olaraq Naxçıvan şəhəri üzərinə hərəkətə başladı. Bu onun “Naxçıvan səfəri”, yaxud “12-ci səfəri” adlanır. Osmanlı ordusu 1554-cü il iyulun 28-də Naxçıvana daxil olmuş, şəhərdə qalan əhalinin mallarını və gizlədilmiş dəfinələri qarət etmiş, yerli əmirlərin saraylarını və iqamətgahlarını yandırmış, üç gün ərzində “daş üstə daş qoymamışdılar”. Osmanlı ordusunun törətdiyi dağıntıları, hətta Osmanlı tarixçiləri də etiraf edirlər. XVI əsrin sonları- XVII əsrin I yarısında yaşamış tarixçilərdən İ.Pəçəvi yazırdı: “Aydınlıq gündüz qaranlıq gecəyə çevrildi. 27-ci gün Naxçıvan düzənliyinə çatdılar… Bütün şəhər və kəndlər, qəsəbələr və evləri o qədər amansızlıqla talan edirdilər ki, onlardan bir əsər belə qalmırdı”. Sultan Süleyman üç gündən sonra 1554-cü ilin 30 iyulunda şəhəri tərk etməli oldu. Osmanlı əsgərləri şəhəri tərk edən zaman Sultan Süleymanın əmrinə əsasən şəhər yandırıldı. Osmanlı mənbələrində “Naxçıvan səfəri” adı ilə məşhur olan Sultan Süleymanın bu hərbi yürüşündən Osmanlı dövləti bir şey qazanmasa da, həmin yürüş ölkənin ən zəngin sahələrindən hesab olunan Naxçıvana iqtisadi cəhətdən ağır zərbə vurmuşdur. 1555-ci ilin iyunun 1-də Amasyada Səfəvi-Osmanlı sülhünün imzalanmasından sonra Naxçıvan bölgəsi Azərbaycan Səfəvi dövlətinin tərkibində qaldı. XVI əsrin son rübündə Osmanlı sultanı III Muradın Amasya sülhünü pozaraq Səfəvilərə qarşı yeni müharibəyə başlaması nəinki Naxçıvana vurulan ağır zərbəni aradan qaldırmağa imkan vermədi, hətta onu yenidən müharibə meydanına çevirdi. Osmanlılar tərəfindən Naxçıvanın ələ keçirilməsi haqda məlumat vaxtilə (1576-1577-ci illər) Naxçıvan hakimi olmuş Şərəf xan Bidlisinin əsərində verilmişdir. Şərəf xan yazır: “h. 992-ci ildə (20 noyabr 1588-9 noyabr 1589-cu il) Sərdar Fərhad paşa xalqın etdiyi xahiş və müraciətlərə əsasən İrəvan bəylərbəyi Xızır paşanı Naxçıvanı zəbt etməyə göndərdi. Xızır paşa ora çatan zaman bütün əhali itaət göstərdi. Vilayət ələ keçirildi. Balaban köşkündə möhtəşəm bir qala tikdirildi». Beləliklə, 1589-cu ildə Naxçıvan bölgəsi osmanlılar tərəfindən işğal olundu. 1590-cı ilin 21 martında İstanbulda imzalanan Səfəvi-Osmanlı sülh müqaviləsinə əsasən Azərbaycanın əksər bölgələri kimi Naxçıvan da Osmanlı imperiyasının hakimiyyəti altında qaldı. Osmanlı hərbi komandanlığı Naxçıvan şəhərini öz hərbi düşərgələrindən birinə çevirdi. Şəhərin strateji əhəmiyyətini nəzərə alan Osmanlı hərbi komandanlığı onun möhkəmləndirilməsi üçün xüsusi səy göstərdi. Naxçıvanın idarə olunması bu vaxt Osmanlı sultanı tərəfindən Xızır paşaya həvalə olunmuşdu. Naxçıvan əyaləti 1590-cı ilin noyabrında tərtib edilən “İrəvan əyalətinin müfəssəl dəftəri”nə əsasən İrəvan bəylərbəyiliyinin tərkibinə qatılmışdı. İrəvan əyalət dəftərində Naxçıvan bölgəsi aşağıdakı nahiyələrə ayrılırdı: “Naxçıvan bölgəsi”: 1. Naxçıvan, 2. “Məvazii xatun”, 3. Arslanlı-mülkü, 4. Qarabağ, 5. Dərəşam, 6. Dərəşahbuz, 7. Bazarçayı nahiyələri; II. Şərur bölgəsi: 1. Şərur, 2. Zar, 3. Zəbil, 4. Əlincə, 5. Sisyan nahiyələri; III. Ordubad bölgəsi; 1. Ordubad, 2. Culfa, 3. Azad-Ciran, 4. Şorlut. 5. Norküt nahiyələri”. Bu sənəd XVI əsrin sonunda Naxçıvan əyalətinin sərhədlərini dəqiqləşdirməyə imkan yaradır. Şah Abbas daxili siyasətdə və hərbi sahədə bir sıra islahatlar həyata keçirərək mərkəzi hakimiyyəti gücləndirdi, Türkiyədə baş verən qarışıqlıqdan istifadə edərək, 1603-cü ilin sentyabrında Osmanlılara qarşı müharibəyə başladı. Səfəvi şahı 21 oktyabrda Təbriz şəhərini Osmanlı işğalından azad edərək, osmanlılara qarşı hücumu daha da gücəndirdi. İsgəndər bəy Münşi bununla bağlı yazır: «Şah Təbriz qalasını alıb oranın işlərini nizamladıqdan sonra öz himmət kəməndini bütün irsi Azərbaycan vilayətini almağa ataraq öz cahangirlik bayrağını qaldırdı, şahanə yürüş yüyənini Naxçıvan və İrəvan şəhərinə yönəltdi». Əsas hücum hədəfinin Naxçıvan seçilməsi təsadüfi deyildi. Bu zaman Naxçıvan özünün hərbi və iqtisadi əhəmiyyətinə görə diqqət mərkəzində idi. Məhz buna görə də, qızılbaş qoşunları Culfa şəhərini və Əlincə qalasını aldıqdan sonra, 1603-cü ilin sonlarında Naxçıvan şəhərinə doğru hərəkət etdi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Culfa və Naxçıvan döyüşsüz ələ keçirildi. Yerli əhali və əyanlar Zülfüqar xanı qarşılamağa çıxaraq şah ordusunu təntənə ilə qəbul etmiş, Osmanlı qarnizonu və şəhər təslim olmuşdu. Beləliklə, “Azərbaycan vilayətinin əzəmətli yerlərindən biri olan Naxçıvan qalası da qalib dövlət övladlarının ixtiyarına keçdi. Şah Abbas Naxçıvanın idarəsini Maqsud Sultan Kəngərliyə verdi”. Beləliklə, 1603-1607-ci illər Səfəvi-Osmanlı müharibəsinin gedişində Naxçıvan bölgəsi digər Azərbaycan torpaqları kimi Osmanlı işğalından azad edilmiş və Azərbaycan Səfəvi dövlətinin tərkibində qalmışdır. XVII əsrin I yarısına kimi Naxçıvan ölkəsi inzibati cəhətdən Azərbaycan bəylərbəyiliyinə daxil olmuşdu. Şah Abbasın hakimiyyəti zamanı Kəngərli tayfasının başçısı və Naxçıvan hakimi Maqsud Sultan Kəngərli olmuşdur. Şah Abbasın xələfləri dövründə Naxçıvanda Nadir bəy Rzaəddin xan (1647), Əliqulu xan (1668), Murad xan (1668-1669), Şərəf xan (1669-1678), Məhəmməd Rza xan (1678-1691) Kəngərli hakimlik etmişdilər. 1635-ci ildə Osmanlı sultanı IV Muradın ordusu Naxçıvan şəhərini yenidən ələ keçirmişdir. Onsuz da dağıdılmış vəziyyətdə olan Naxçıvan yenidən Osmanlı əsgərləri tərəfindən dağıdıldı. XVII əsr fransız səyyahı Tavernye bu hadisədən bəhs edərkən yazırdı: “Naxçıvan çox böyük şəhərlərdən biri olmuşdur. O, Sultan Murad tərəfindən tamamilə dağıdılmışdır. Orada çoxlu miqdarda gözəl məscidlərin xarabalıqları görünür. Bu məscidlər Osmanlılar tərəfindən darmadağın edilmişdi”. XVII əsrin II yarısında Naxçıvan vilayəti inzibati cəhətdən Çuxur-Səd bəylərbəyiliyinə daxil olmuş və Kəngərlilər tərəfindən idarə olunmuşdu. Yazılı mənbələrdə Naxçıvanın XVII əsrin sonlarındakı siyasi tarixinə aid məlumatlar nisbətən azdır. Bunun səbəblərindən biri bu dövrdə Naxçıvanın vaxtı ilə Osmanlı- Səfəvi müharibələri zamanı dağıdılması nəticəsində iqtisadi, siyasi və mədəni mərkəz kimi əvvəlki əhəmiyyətini itirməsidir. Çünki, XVII əsrin sonlarında Səfəvilər dövlətini bürümüş ümumi iqtisadi tənəzzülü şəraitində Naxçıvanın yenidən bərpa olunması və müharibələrin vurduğu ağır zərbənin nəticələrinin aradan qaldırılması üçün uzun illər tələb olunmuşdu. XVII əsrin 70-ci illərində (1673-cü ildə) Naxçıvanda olan İ.Şarden şəhərdəki vəziyyətlə bağlı yazırdı: “Naxçıvan səksən faiz dağıdılmış böyük bir şəhərdir. Bu şəhər yavaş-yavaş məskunlaşır və bərpa olunur. Şəhərin mərkəzi hal-hazırda yenidən qurulmuş və əhali ilə məskunlaşmışdır. Şəhərə kənardan baxdıqda, onları qorumağa gücü çatmadığını hiss edən I Şah Abbas tərəfindən dağıdılan çoxlu istehkamlar və böyük bir qalanın viranələri görünür. Həqiqətən, bu şəhər hazırkı vəziyyətinə görə ürək ağrıdan bir obyektdir”. XVIII əsrin 30-40-cı illərində Naxçıvan şəhəri məşhur Azəbaycan sərkərdəsi Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın tərkibində olmuşdur. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra onun yaratmış olduğu imperiya dağılmış və Azərbaycanda müstəqil dövlətlər – xanlıqlar yaranmağa başlamışdır. Bu xanlıqlardan biri də Heydərqulu xan Kəngərli tərəfindən əsası qoyulan Naxçıvan xanlığıdır. Naxçıvan şəhəri xanlığın paytaxtı olmuşdur. 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Naxçıvan rus qoşunları tərəfindən işğal edilmiş, Türkmənçay müqaviləsinə görə (1828) Rusiyaya ilhaq edilmişdir. İşğaldan sonra Naxçıvan çarizmin xüsusi məqsədlə yaratdığı Erməni vilayətinin tərkibinə qatılmışdı. Naxçıvan eyni adlı vilayətinin, sonra isə Naxçıvan qəzasının mərkəzi olmuşdur. Çar Rusiyası Cənubi Qafqazda özünə etnik siyasi dayaq yaratmaq məqsədilə erməniləri kütləvi surətdə Qacarlar İranından və Osmanlı imperiyasından Şimali Azərbaycana köçürüb gətirmiş, onların bir hissəsi də Naxçıvanda yerləşdirilmişdir. Nəticədə Naxçıvan şəhərinin və qəzasının etnik tərkibində ciddi dəyişikliklər baş vermişdir. Lakin buna baxmayaraq, şəhər əhalisinin mütləq əksəriyyətini buranın köklü sakinləri olan Azərbaycan türkləri təşkil etmişdir. Naxçıvanın Ümumrusiya bazarına cəlb edilməsi şəhərin iqtisadi və mədəni inkişafında mühüm rol oynadı. İlk sənaye müəssisələri təşəkkül tapdı, dünyəvi məktəblər, mədəni-maarif ocaqları təşkil olundu. 1917-1920-ci illərdə ölkədə gedən mürəkkəb proseslərdən istifadə edən ermənilər Naxçıvanı zorla ələ keçirmək üçün silahlı dəstələr təşkil etmiş, lakin yerli əhalinin kəskin müqaviməti və türk qoşunlarının bölgəyə daxil olması ermənilərin bu məkrli niyyətlərinin həyata keçirilməsinə imkan vermədi. Erməni hücumlarından qorunmaq üçün 1918-ci ildə mərkəzi Naxçıvan şəhəri olmaqla Araz-Türk Respublikası yaradıldı. 1919-cu ilin iyulunda ingilislərin köməyi ilə daşnak qoşunları Naxçıvan şəhərini tutsalar da, ingilislərin bölgəni tərk etməsindən dərhal sonra yerli qüvvələr erməniləri buradan qovub çıxarmağa nail olmuş, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyi bərpa edilmişdi. 1920-21-ci illərdə Cənubi Qafqaz respublikaları bolşevik-sovet rejimi tərəfindən işğal edildikdən sonra ermənilər yenidən Naxçıvanı ələ keçirmək üçün cəhdlər göstərsələr də, yerli əhalinin inadlı mübarizəsi Azərbaycanın və Türkiyənin qətiyyətli mübarizəsi buna imkan vermədi. 1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələri Naxçıvanın Azərbaycan tərkibində muxtariyyət statusunu rəsmi müəyyənləşdirdi. Naxçıvan şəhəri 1924-cü il fevralın 9-da yaradılmış Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının paytaxtı oldu. Sovet hakimiyyəti illərində Naxçıvan şəhəri sosial-iqtisadi və mədəni inkişaf sahəsində nailiyyətlər əldə etmiş, yeni sənaye sahələri yaradılmış Azərbaycanın mühüm maarif, mədəniyyət və elm mərkəzlərindən birinə çevrilmişdir. XX əsrin 80-ci illərin sonu- 90-cı illərin əvvəllərində ermənilər Sovet imperiyasının süqutundan istifadə edərək Azərbaycanın digər torpaqları ilə yanaşı Naxçıvanı ələ keçirmək üçün hərbi təcavüzə başlamış, bölgəni nəqliyyat kommunikasiya və iqtisadi blokadaya almışlar. Lakin uzun, çətin və mürəkkəb şəraitdə Muxtar Respublikaya rəhbərlik etmiş Heydər Əliyevin qətiyyəti sayəsində Naxçıvan real işğal təhlükədən xilas ola bilmişdir. Blokadanın davam etməsinə baxmayaraq müstəqillik illərində Naxçıvan şəhəri böyük və şərəfli inkişafı yolu keçmiş, Azərbaycan Respublikasının elm, mədəniyyət, maarif və sənaye şəhərinə çevrilmişdir.

Mənbə və ədəbiyyat.

  • Аракел Даврижеци. Книга истории. Пер. с. арм. предис, и коммент. Л.А.Ханларяна, М., 1973.
  • Bakıxanov A. Gülüstani-İrəm. Bakı, 1951.
  • Дневник Закария Акулисского. Ереван, 1939.
  • Эфендиев О. Образование Азербайджанского государства Сефевидов в начале XVI века. Баку, 1961.
  • Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007.
  • Ferudin bey. Münşaat üs- selatın. I c., İstanbul, 1274.
  • Fərzəlibəyli Ş.F. Naxçıvanın XVII-XIX əsrlər tarixinə dair qiymətli sənədlər, -“Naxçıvan”, Bakı, 1999.
  • Həsən bəy Rumlu. Əhsən-ət təvarix, ehtimame Əvdülhüseyn Nəvayi. Tehran, h. ş. 1349.
  • İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbas tarixi. Fars dilindən tərcümə t.e.d., prof. Ş.F.Fərzəliyev. Bakı, 2010.
  • İsgəndər bəy Münşi. «Tarix-i aləm aray-i Abbasi», c. II, Tehran, 1350.
  • Какаши Тектандер. Путешествие в Персию через Московию (1602-1603 г). Пер. с немец А.Стан-кевич., М., 1886.
  • Kirzioğlu F. Osmanlıların Qafqaz ellərini fethi (1450-1590). Ankara, 1976.
  • Книга Оруджу – Бека Байата. Дон-Жуана «Персидского. Перевод с английского, введение и комментарии д.и.н. О.Эфендиева, к.и.н. А.Фарзалиева. Б., 1988.
  • Kütükoğlu B. Osmanlı-İran siyasi münasibetleri. İstanbul, 1993.
  • Qasımov X.S. Naxçıvan Azərbaycan mədəniyyəti ocaqlarından biri kimi (Səfəvilər dövrü)- «Naxçıvan», Bakı, 1999.
  • Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki, Bakı, 1976.
  • Нахчиванские рукописные документы XVII-XIX вв.- Передняя Азия в документах (Серия памяти Ю. Н. Марра). Т. 1, Тбилиси, 1936
  • Nəcəfli T. Səfəvi-Osmanlı müharibələri və Naxçıvan (XVI əsr – XVII əsrin əvvəlləri).- «Naxçıvan». Bakı, 1999.
  • Печеви И.Э. История. Перевод тюркского языка и примечания академика АН Азерб. ССР З.М.Буниятова. Баку, 1988.
  • Петрушевски И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в ХVI-начале – ХIХ вв. Л., 1949.
  • Шараф-хан ибн Шамсаддин Бидлиси. Шараф-наме. Пер., предисл., примеч., и приложения Е. И. Васильевой. Т II. М., 1976,

Naxçıvanın Baş naziri işdən çıxarıldı

Naxçıvanın Baş naziri işdən çıxarıldı Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib.

14 May , 2020 15:07
https://static.report.az/photo/d64a2867-8c85-4159-aec7-481f1fdb4df1.jpg

Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib. “Report” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də fərman imzalayıb. Fərmana əsasən, Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib. Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ilin fevralın 11-dən Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsində çalışırdı.

Link kopyalandı
Səid Qərib
https://static.report.az/photo/315134ce-42ed-3251-870c-1029456f3141_50.jpg
Rus versiyası Премьер-министр Нахчывана освобожден от занимаемой должности

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Mətbəx sirləri: Naxçıvan çöçəsi

Yarım stəkan ilıq süddə 2 ç.q. şəkər tozu və mayanı qarışdırın. 15 dəqiqə saxlayın.

Yağı əridib soyudun. Una duz, yağ, yumurta, süddə əritdiyiniz mayanı və südün qalanını əlavə edərək xəmir yoğurun. Lazım gələrsə, südün miqdarını bir az artıra bilərsiniz. Xəmir çox bərk olmasın. Üzərinə dəsmal çəkib isti yerdə 2 saat saxlayın.

İç: soğanları xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovurun, sonda sarıkök vurun. Qozu maşından keçirin, duz, istiot və qovrulmuş soğanla qarışdırın.

Gəlmiş xəmirdən 50 qramlıq kündələr tutun. Sonra ilk tutduğunuz kündədən başlayaraq yastılayın, 1 x.q. iç qoyub qatlayın, qırağını şəkərbura kimi bükün.

Siniyə perqament döşəyin. Çöçələri aralı olmaqla düzün, hərəsinin bir neçə yerindən çəngəl batırın (dibinə qədər). Üzərinə yumurta çəkib 200 dərəcə qızdırılmış sobaya qoyun. Üzəri qızaranadək bişirin.

Foto: İnstagram

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.