Press "Enter" to skip to content

Nazirlər kabinetinin 38 saylı qərarı

“b) Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin dövlət yanğın təhlükəsizliyinin idarə və xidmətləri”;

Nazirlər kabinetinin 38 saylı qərarı

“Bu il 3 dəfə əlavə maaşın ödənilməsi Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 17 saylı qərarına əsasən tənzimlənir. Həmin qərarla dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları müəyyənləşib”.

“Unikal” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.

“Eyni zamanda, həmin qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək.
Bu isə o deməkdir ki, əlavə maaşlar həmin kateqoriyalar üzrə dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilər üçün nəzərdə tutulub. Bu qurumlara isə ali, 1,2,3,4 və 5-ci kateqoriya dövlət orqanları aiddir. O baxımdan əgər sizin çalışdığınız qurum həmin kateqoriyalardan birinə (ali, 1,2,3,4 və 5-ci kateqoriyalar) uyğundursa, dövlət qulluqçusu deyilsinizsə və eləcə də qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işlərdə çalışırsınızsa, o halda sizə ödəniş nəzərdə tutulacaq. Bütövlükdə, hər bir işçi çalışdığı qurumun mühasibatlığına müraciət edərək ödənişinin nəzərdə tutulub-tutulmamasını dəqiqləşdirə bilər”.

Seymur Əli

Nazirlər kabinetinin 38 saylı qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2001, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 116)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
030.000.000
250.000.000
260.000.000
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 22 fevral 2001-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 22 fevral tarixli 38 nömrəli qərarı ilə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının

1. Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 25 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında Təlimat”ın 122-ci bəndinin 2-ci abzasında “inzibati ərazi bölgüsünə” sözləri “ərazi quruluşuna” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bölməsinin 9-cu abzasında “bölgələrində” sözü “vahidlərində” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 6 iyul tarixli 151 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:

4-cü bəndin “b” yarımbəndi aşağıdakı redaksiyada verilsin.

“b) Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin dövlət yanğın təhlükəsizliyinin idarə və xidmətləri”;

13.12-ci yarımbəndində “bölgülərin” sözü “vahidlərinin” sözü ilə əvəz edilsin;

19.2-ci yarımbəndində “bölgülərinin” sözü “vahidlərinin” sözü ilə əvəz edilsin. [1]

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:

2.1.2. yarımbəndindən “və inzibati” sözləri çıxarılsın.

1 nömrəli əlavədə “inzibati ərazinin adı” sözləri “ərazi vahidinin adı” sözləri ilə, “inzibati ərazisində” sözləri isə “ərazi vahidində” sözləri ilə əvəz edilsin;

2 nömrəli əlavədə “inzibati ərazinin adı” sözləri “ərazi vahidinin adı” sözləri ilə əvəz edilsin;

3 nömrəli əlavədə “inzibati ərazi” sözləri “ərazi vahidi” sözləri ilə “inzibati ərazisində” sözləri isə “ərazi vahidində” sözləri ilə əvəz edilsin;

4 və 5 nömrəli əlavələrdə “inzibati ərazi” sözləri “ərazi vahidi” sözləri ilə əvəz edilsin;

7 və 8 nömrəli əlavələrdə “inzibati ərazisi” sözləri “yerləşdiyi ərazi vahidi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”na 3 və 4 nömrəli əlavələrdə “inzibati ərazi” sözləri “ərazi vahidi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:

3.1.2. yarımbəndindən “və inzibati” sözləri çıxarılsın;

2 və 3 nömrəli əlavələrdə “inzibati ərazi” sözləri “ərazi vahidi” sözləri ilə “inzibati ərazisində” sözləri isə “ərazi vahidində” sözləri ilə əvəz edilsin;

5 və 6 nömrəli əlavələrdə “inzibati-ərazisi” sözləri “yerləşdiyi ərazi vahidi” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:

2.1.2. yarımbəndindən “və inzibati” sözləri çıxarılsın;

2 nömrəli əlavədə “inzibati ərazinin adı” sözləri “ərazi vahidinin adı” sözləri ilə əvəz edilsin;

3 nömrəli əlavədə “inzibati ərazinin adı” sözləri “ərazi vahidinin adı” sözləri ilə əvəz edilsin;

4 nömrəli əlavədə “inzibati ərazi” sözləri “ərazi vahidi” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahələrinin geri alınması və dövlət ehtiyacları üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin: [2]

8-ci bəndin 1-ci abzasında “inzibati ərazinin” sözləri “ərazi vahidinin” sözləri ilə əvəz edilsin;

15-ci bənddən “inzibati ərazisində” sözləri çıxarılsın və həmin bəndə “sahələrinin yerləşdiyi” sözlərindən sonra “ərazinin” sözü əlavə edilsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 22 fevral tarixli 38 nömrəli qərarı ilə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının

1. “Yeni inzibati-ərazi vahidinin yaradılması və ya bir inzibati ərazi vahidində digərinə verilmə ilə əlaqədar olaraq ərazilərin verilməsi qaydası haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 30 may tarixli 246 nömrəli qərarı.

2. “SSRİ Müdafiə Nazirliyinin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin arsenalları, bazaları və anbarları yanında qadağan zonalarının və qadağan rayonlarının müəyyən edilməsi barədə Əsasnamənin təsdiq edilməsi haqqında” SSRİ Nazirlər Sovetinin 1988-ci il 17 fevral tarixli 224 nömrəli qərarı haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 5 mart tarixli 80 nömrəli qərarı.

3. “Müvəqqəti inzibati-ərazi vahidinin – bölgənin yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 11 sentyabr tarixli 405 nömrəli qərarı.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

2. 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı”nın 3-cü bənd çıxarılmışdır.

[2] 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı”nın 8-ci bəndinin birinci abzasında “ictimai ehtiyaclar” sözləri “ehtiyacları” sözü ilə əvəz edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 2000-ci il 20 aprel tarixli 73 nömrəli, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” 2006-cı il 13 iyul tarixli 171 nömrəli, “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 iyul tarixli 112 nömrəli, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 2012-ci il 6 avqust tarixli 174 nömrəli və “Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın və “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 12 may tarixli 140 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 319; 2004, № 1, maddə 51, № 7, maddə 589, № 11, maddə 970; 2005, № 7, maddə 677; 2006, № 9, maddə 830; 2007, № 5, maddə 544; 2008, № 2, maddə 124; 2009, № 11, maddə 937; 2010, № 4, maddə 359; 2011, № 12, maddə 1260; 2014, № 4, maddə 460, № 5, maddələr 565, 593; 2016, № 6, maddə 1212; 2017, № 9, maddələr 1738, 1763; 2018, № 10, maddə 2146; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 78 nömrəli Qərarı) 4 nömrəli əlavə – “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzasda “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

1.2. üçüncü abzasda “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

1.3. dördüncü abzasda “27” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin və üçüncü-beşinci abzaslar dördüncü-altıncı abzaslar hesab edilsin:

“Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

2. “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 638, № 10, maddə 902; 2010, № 3, maddə 264; 2011, № 8, maddə 777; 2012, № 12, maddə 1350; 2013, № 10, maddə 1203; 2016, № 9, maddə 1585) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasda “şərti maliyyə vahidi məbləğinin 43 misli miqdarında” sözləri “150 manat” sözləri ilə əvəz edilsin;

2.2. üçüncü abzasda “şərti maliyyə vahidi məbləğinin 30 misli” sözləri “75 manat” sözləri ilə əvəz edilsin;

2.3. dördüncü abzasda “şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında” sözləri “55 manat” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin və üçüncü-beşinci abzaslar dördüncü-altıncı abzaslar hesab edilsin:

“Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 741) ilə təsdiq edilmiş “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddə “33 ” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

3.3. 2.3-cü bənddə “27” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda 2.1-1-ci yarımbənd əlavə edilsin:

“2.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

4. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 822; 2017, № 5, maddə 1007) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənddə “47,30” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

4.2. 1.2-ci bənddə “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

4.3. 1.3-cü bənddə “28” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

4.4. aşağıdakı məzmunda 1.1-1-ci yarımbənd əlavə edilsin:

“1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 567; 2018, № 12 (II kitab), maddə 2740; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 83 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1.1-ci yarımbənddə “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

5.2. 2.1.2-ci yarımbənddə “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

5.3. 2.1.3-cü yarımbənddə “28” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

5.4. aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:

“2.1.1-1 Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

6. Bu Qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.