Görkəmli alim Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilir
Tədbirdə iştirak edən Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, xarici ölkələrdən gələn alimlər, eləcə də alimin yetirmələri əvvəlcə universitetin foyesində Həsən Mirzəyevə həsr edilmiş sərgiyə baxıblar.
Nbi xzrinin 95 illlik yubleyi haqqında
Dekabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Unikal” xəbər verir ki, tədbirdə ADU və ADPU-nun professor-müəllim heyəti, alimin ailə üzvləri, Milli Məclisin deputatları və tələbələr iştirak ediblər.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov böyük alimin həyat yolundan bəhs edib, onun elmi fəaliyyətində feillərlə bağlı apardığı tədqiqatların əhəmiyyətini xüsusi vurğulayıb. Görkəmli alimin milli ziyalı, nəcib, səmimi və xalqını sevən vətəndaş olması diqqətə çatdırılıb. Qeyd olunub ki, professor Həsən Mirzəyevin ümumilikdə 14 cildliyi dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz xəzinədir.
ADU-nun rektoru, akademik Kamal Abdulla professor Həsən Mirzəyevi Azərbaycanın elm tarixində öz yeri və rolu olan görkəmli alimlərdən biri kimi dəyərləndirib: “O, əsl pedaqoq idi. Həsən müəllim həqiqi mənada öz işinin mirzəsi idi. Öz işində olduqca hərəkətli, dinamik, hər kəsə yardım etməyə çalışan insan idi. O, təkcə dilçi alim kimi deyil, həm ədəbiyyatşünas, folklorşünas alim kimi, həm də bir şair kimi yaddaşlara həkk olunub. Hər birimiz Həsən müəllim kimi şəxsiyyətlərin həyat yolundan, elmi irsindən bir çox məqamları öyrənməli, bunu gənc nəsillərə ötürməliyik”.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova qeyd edib ki, professor Həsən Mirzəyev hansı mövzu üzərində çalışıbsa, onun ərsəyə gətirdiyi elmi əsərlər yalnız faktlar üzərində müşahidələrinin, dil faktlarından aldığı təəssüratın nəticələrindən ibarət olmayıb:
“O, faktları, topladığı zəngin dil materiallarını vahid sistem şəklində, oturuşmuş prinsiplər əsasında analiz etdiyindən, müəyyən hallarda elmi-nəzəri ədəbiyyatdakı mülahizə və fikirlərlə razılaşmır, öz tənqidi mühakimələrinin qənaətindən doğan nəticələrə gəlirdi. Həsən müəllimin yetirmələri respublikanın hər yerində var. Həsən müəllim vətənpərvər insan idi, xalqına, millətinə, dövlətinə böyük sevgi ilə bağlı olan şəxsiyyət idi ”.
ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin müdiri, dosent Elçin İbrahimov professor Həsən Mirzəyevin böyük elmi yaradıcılığı haqqında fikirlərini bölüşüb, alimi Azərbaycan və dünya elminin görkəmli elm xadimi kimi dəyərləndirib.
ADU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Yeganə Hacıyeva “Həsən Mirzəyevin elmi fəaliyyətində onomastika məsələləri” mövzusunda çıxış edib. Qeyd olunub ki, Həsən Mirzəyev Azərbaycan dilində olan toponimlərin, abidə adlarının araşdırılması istiqamətində xüsusi ilə fərqlənib. Bildirilib ki, uzun müddət ərzində aparılan araşdırmaların Azərbaycan dilçiliyinə vermiş olduğu töhfələr bu gün də qeyd olunmalıdır.
Professor Həsən Mirzəyevin qardaşı Musa Mirzəyev tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, alimin irsinin hər zaman tədqiq olunacağına əmin olduğunu diqqətə çatdırıb:
“Həsən Mirzəyev böyük alim olmaqla yanaşı, həm də böyük insan idi. O, xalqını, dövlətini sevən, onun inkişafı, tərəqqisi yolunda bütün varlığı ilə çalışan ziyalı idi. Bu gün Həsən Mirzəyevi yaşadan həm də onunla bağlı olan xoş xatirələrdir”.
Daha sonra ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, professor Adil Babayev, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru İbrahim Bayramov, ADU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fazil Əhmədov, Milli Məclisin deputatı Etibar Əliyev görkəmli alim Həsən Mirzəyev haqqında xatirələrini bölüşüblər. Tədbirdə Həsən Mirzəyev irsinin araşdırılması məsələsi diqqətə çatdırılıb.
Görkəmli alim Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilir
Noyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunan “Müasir Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusundakı beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək beynəlxalq konfransa canlı və onlayn formada Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Gürcüstan və Nigeriyadan nümayəndələr qatılıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, xarici ölkələrdən gələn alimlər, eləcə də alimin yetirmələri əvvəlcə universitetin foyesində Həsən Mirzəyevə həsr edilmiş sərgiyə baxıblar.
ADPU və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun tərəfdaşlığı ilə təşkil olunan beynəlxalq konfrans Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov fədakar alimin həyat yolundan və elmi axtarışlarından söz açıb.
Sonra görkəmli alimin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Bəxtiyar Məmmədov, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, akademik Nizami Cəfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Türkiyənin Qazi Universitetinin professoru Hülya Kasaboğlu, Fırat Universitetinin professoru Ahmet Buran, Özbəkistan Dövlət Şərqşünaslıq Universitetinin Türkologiya fakültəsinin dekanı dosent Cumali Şabanov və digər çıxış edənlər Azərbaycan dilçilik elminin tədqiqində, ümumən filologiya və türkologiya elmində dərin iz buraxmış Həsən Mirzəyevin elmi əsərlərinin öz aktuallığı ilə bu gün də tələbələr, tədqiqatçılar, xüsusən gənc alimlər üçün əsl mənbə olduğunu vurğulayıblar.
Çıxış edənlərdən Türkiyənin Kafkas Universiteti Çağdaş türk ləhcələri və ədəbiyyatları bölməsinin dosenti İlkin Qulusoy magistrantı Səma Şahinlə birgə hazırladığı, professor Mahirə Hüseynovanın redaktoru olduğu, Həsən Mirzəyevin 95 illiyinə ithaf olunmuş “Karşılaştırmalı deyimbilimi” (Müqayisəli frazeologiya) əsərini konfrans iştirakçılarına təqdim ediblər.
ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri professor İbrahim Bayramov “Görkəmli dilçi alim professor Həsən Mirzəyev” mövzusunda məruzə edib.
Çıxışlardan sonra təşkilat komitəsi adından konfransın təşkilindəki xidmətlərinə görə professorlar Cəfər Cəfərov, Asəf Zamanov, Mahirə Hüseynova, Ahmet Duran, Hülya Kasaboğlu, dosentlər Cumali Şabanov, İlkin Qulusoy və Gürcüstan Dövlət Universitetinin professoru Elizabet Bjalava mükafatlandırılıb.
Sonda professor Həsən Mirzəyevin ailəsi adından çıxış edən Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi Müşfiq Mirzəyev göstərilən yüksək diqqətə görə ADPU rəhbərliyinə və elmi ictimaiyyətə minnətdarlığını bildirib.
Nbi xzrinin 95 illlik yubleyi haqqında
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində xalq yazıçısı Hüseyn İbrahimovun 95 illik yubileyi keçirilmişdir.
Muzeyin direktoru Aləmzər İbrahimova çıxış edərək görkəmli yazıçının həyat və fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, əmək fəaliyyətinə 1940-cı ildə Sədərək kənd orta məktəbində müəllim kimi başlayan Hüseyn İbrahimov müxtəlif illərdə ayrı-ayrı sahələrdə çalışıb. O, eyni zamanda Naxçıvan Vilayət Komsomol Komitəsinin katibi, Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri, “Şərq qapısı” qəzetinin redaktoru, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri kimi məsul vəzifələrdə işləmiş, üç çağırış Naxçıvan Ali Sovetinin və bir çağırış Naxçıvan Ali Məclisinin deputatı, 1963 və 1967-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmişdir.
Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifəsində çalışan Hüseyn İbrahimov ümummilli lider Heydər Əliyev tərəfindən xalq yazıçısı fəxri adına, Prezident təqaüdünə layiq görülmüş, “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar H.İbrahimovun bədii yaradıcılığı haqqında danışaraq bildirmişdir ki, tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan yazıçı ədəbi yaradıcılığa 1940-cı illərin əvvəllərində şeirlə başlamışdır. Onun 1950-ci illərdən etibarən qələmə aldığı hekayə, povest, roman və pyesləri maraqlı bədii nümunələrdir. Tanınmış yazıçı yarım əsrdən artıq bir dövrü əhatə edən ədəbi fəaliyyətinin məhsulu olan “Əsrin onda biri”, “Böhtan”, “”Nəciblik”, “Bahar yağışı”, “Sabahın sorağında”, “Qu quşları öləndə oxuyurlar” və digər əsərləri ilə ədəbiyyatımızın inkişafına layiqli töhfələr vermişdir. Yazıçının xarici dillərə tərcümə olunmuş əsərləri bir çox ölkələrdə yayılaraq ədəbiyyatımızın şöhrətini daha da artırmışdır. Onun tərcümələri sayəsində Azərbaycan oxucusu dünya ədəbi fikrinin bəzi dəyərli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Ağsaqqallar Şurasının sədri, yazıçı Əbülfəz Əsgərov, xalq artisti Kamran Quliyev, şairlərdən Vaqif Məmmədov, Qafar Qərib və digərləri görkəmli yazıçıyla bağlı xatirələrini danışmışlar.
Sonda tədbir iştirakçıları muzeydə Hüseyn İbrahimovun 95 illiyik yubileyi münasibətilə təşkil olunmuş sərgiyə baxmışlar.
Elxan MƏMMƏDOV,
“Azərbaycan”
Comments are closed, but trackbacks and pingbacks are open.