Press "Enter" to skip to content

İsti hava necə ürək tutmasına səbəb ola bilər? Kardioloqdan AÇIQLAMA

Belə ki, ürəyə həddindən artıq yük düşməsinin qarşısını almaq üçün belə xəstələrdə icazə verilən maye qəbulunun həcmi, bir qayda olaraq məhdudlaşdırılır. Bundan əlavə, bəzi xəstələr susuzluq prosesini sürətləndirə bilən sidikqovucular da qəbul edirlər. Bu səbəbdən, isti hava şəraitində ürək xəstələrinin özlərini həddən artıq istiləşmədən qoruması, sərin, kondisionerli otaqda olması xüsusilə vacibdir”, – deyə kardioloq bildirib.

Aybaşı neçə yaşda olur?

Menstruasiya yetkin qadınlar üçün hər ay təkrarlanan adi bir proses olsa da, gənc qızlarda ilk aybaşı qorxu yarada bilər. Bu səbəbdən analar qızlarına dəstək olmaq üçün aybaşı haqqında bir çox məlumata yiyələnməlidirlər. Məsələn, aybaşı neçə yaşda olur? Necə baş verir? Buna öncədən hazırlaşmaq lazımdırmı və s.

Aybaşı neçə yaşda olur – daha ətraflı

Statistikaya görə qızlarda menstruasiya 11-14 yaş arasında başlayır. Bəzən bu müddət 15 yaşa qədər uzana bilər.

Aybaşı neçə yaşda olur – ginekoloqa nə vaxt getmək lazımdır?

Aşağıdakı hallarda uşaq ginekoloqunun konsultasiyası tövsiyə olunur:

  • menstruasiya 11 yaşdan tez başladıqda;
  • 14 yaşdan sonra hələ də menstruasiya olmadıqda;
  • ikincili cinsi əlamətlər 9 yaşdan tez, 13 yaşdan gec müşahidə edildikdə. Həmin əlamətlərə süd vəzilərinin böyüməsi, qasıq və qoltuq altında tüklənmə aiddir.

Bir qayda olaraq bu hallar hormonal pozğunluq, qeyri-düzgün qidalanma, inkişaf anomaliyaları və s. səbəblərdən əmələ gəlir.

Aybaşı neçə yaşda olur – bu prosesə hansı amillər təsir edir?

Gənc qızda ilk menstruasiya menarxe adlanır. Onun başlamasında aşağıdakı amillər böyük rol oynayır:

  • hormonal status;
  • fiziki inkişafın xüsusiyyətləri;
  • qidalanma vərdişləri və keyfiyyəti;
  • bədən quruluşu;
  • yaşayış yeri;
  • psixoemosional vəziyyət;
  • keçirilmiş xəstəliklər;
  • irsiyyət.

Həmyaşıdlarına nisbətən iri bədən quruluşuna malik qızlarda menstruasiya daha erkən vaxtlarda başlayır. Bununla yanaşı qeyri-sağlam qidalanma, xəstəliklər, stress aybaşı başlanmasını gecikdirir. Menstruasiyanın başlanmasında irsiyyət də önəmli rol oynayır.

Əgər nəsildəki qadınlarda, xüsusən ana və böyük bacılarda aybaşı normadan gec və ya tez başlayıbsa, qızda da həmin hadisələrin oxşar gedişatı ola bilər.

Aybaşı neçə yaşda olur – ilk əlamətlər

Menarxe orqanizmin cinsi yetişkənlik dövrünün təzahürüdür. İlk əlamətləri aybaşı başlamadan 2-3 il öncə görmək olar. Məsələn, qızlarda süd vəziləri böyüməyə başlayır, qasıq və qoltuq altında tüklər sıxlaşır, çanaq genişlənir, dərialtı piy toxuması artır.

İlk aybaşı cinsi yetişkənlik deməkdir

Aybaşı başlamazdan 6 ay əvvəl uşaqlıq yolundan selikli ifrazat axır. Bu axıntı rəngsiz, bəzən də sarımtıl rəngdə olur. Qoxusu bir qədər turşdur. Bununla yanaşı qızlarda qarnın aşağı hissəsində ağrı, əhvalın dəyişməsi, depressiya, yuxululuq, ürəkbulanma, iştahın dəyişməsi kimi simptomlar meydana çıxır.

Bu əlamətlər norma sayılır, narahatlıq üçün heç bir əsas yoxdur.

Aybaşı neçə yaşda olur – fiziologiya

Əksər qızlar qanlı axıntını ilk dəfə görəndə qorxu keçirdirlər. Çünki bu vaxta qədər qan onlar üçün dəri tamlığının pozulması, travma əlaməti idi. Ona görə də yeniyetmə qıza öncədən izah etmək lazımdır ki, menstruasiya travma və ya qorxulu xəstəlik deyil.

Hormonların təsirindən 10-11 yaşdan etibarən reproduktiv sistem dəyişməyə başlayır. İlk növbədə uşaqlıq və yumurtalıqların ölçüləri böyüyür. Daha sonra isə uşaqlığın daxili qatı – endometrium qalınlaşaraq, soyulur, qanlı ifrazat ilə orqanizmdən xaric olur. Aybaşı bitdikdən sonra endometrium yenidən qalınlaşır.

Menstrual tsikl neçə gün davam edir?

Qadın orqanizmində reproduktiv proseslər ciddi qrafikə tabedir. Bunlardan biri də ovulyator-menstrual tsikldir. O, adətən 28-30 gün davam edir. Bəzən isə normadan kənara çıxmaqla 21-35 arasında dəyişir. Tsiklin uzunluğu estrogen və progesteron hormonlarının nisbətindən asılıdır.

Yeniyetmə qızlarda tsikl 1-2 ilə tənzimlənir. 2 il ərzində tsiklin pozulması norma sayılır. Əsas odur ki, gecikmənin uzunluğu 3 ay, 1 menstruasiyanın davamiyyəti isə 10 gündən çox olmasın. Yeniyetmələrdə ilk aybaşı çox ağrılı keçə bilər. Belə vəziyyətlərdə iltihabəleyhinə qeyri-steroid dərmanlar (ibuprofen, naproksen) və ya ağrıkəsicilərdən istifadə etmək olar.

Xülasə

Hər bir ana yeniyetmə qızına ilk aybaşı və onun mexanizmi haqqında müəyyən qədər məlumat verib, övladını bu prosesə psixoloji olaraq öncədən hazırlamalıdır.

İsti hava necə ürək tutmasına səbəb ola bilər? – Kardioloqdan AÇIQLAMA

BAKU.WS “Media.Az”a istinadən xəbər verir ki, kardioloq Zümrüd İsmayılbəyli anomal istilər zamanı ürək-damar və digər xroniki xəstəlikləri olan şəxslərin riayət etməli olduğu bir sıra vacib qaydaları açıqlayıb. Həkim isti hava şəraitində sağlamlığın qorunması üçün öz tövsiyələrini bölüşüb.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı yüksək temperaturda xüsusi risk altında olan insanların aşağıdakı kateqoriyalarını müəyyən edib:

Bunlar 65 yaşdan yuxarı yaşlılar, uşaqlar, xroniki xəstəliklərə malik (ürək xəstəlikləri, ruhi xəstəliklər və piylənmə), həmçinin sosial-iqtisadi vəziyyəti aşağı olan və açıq havada işləyən şəxslərdir.

“Ürək-damar çatışmazlığı olan xəstələrdə istiliyin tənzimlənməsi mexanizmləri pozulur. Sağlam insanlarda dərialtı damarların genişlənməsi və bədəndəki mayenin yenidən paylanması şəraitində orqanlarda qan axınının azalması, ürəyin susuzluq şəraitində daha sıx və daha tez işləməyə başlaması ilə kompensasiya edilir. Ürək xəstələrində isə ürək əzələlərinin daralma qabiliyyətinin azalması səbəbindən ürəyin imkanları məhdud olur. Əgər sağlam insanlar susuzluq problemini maye qəbul etməklə asanlıqla həll edirlərsə, ürək xəstələri üçün bu üsul keçərli deyil.

Belə ki, ürəyə həddindən artıq yük düşməsinin qarşısını almaq üçün belə xəstələrdə icazə verilən maye qəbulunun həcmi, bir qayda olaraq məhdudlaşdırılır. Bundan əlavə, bəzi xəstələr susuzluq prosesini sürətləndirə bilən sidikqovucular da qəbul edirlər. Bu səbəbdən, isti hava şəraitində ürək xəstələrinin özlərini həddən artıq istiləşmədən qoruması, sərin, kondisionerli otaqda olması xüsusilə vacibdir”, – deyə kardioloq bildirib.

O, ürək xəstəliyi də daxil olmaqla xroniki xəstəliklərin daha çox gün vurması riski altında olduqlarını da qeyd edib.

“Uzun müddət davam edən anomal istilik infarkt da daxil olmaqla xroniki xəstəliklərin dekompensasiyasına səbəb ola bilər. Əgər kimsə istidə olmaq məcburiyyətindədirsə, hər fürsətdə fasilə etmək, mağaza, alış-veriş mərkəzi, kafe və s. bu kimi sərin, kondisionerli məkanlara daxil olmalıdır. Və əlbəttə ki, qızıl qayda daha çox maye içmək, eyni zamanda da spirtli, çox şirin və soyuq içkilərdən uzaq durmaqdır”, – deyə həkim əlavə edib.

Böyrək daşı

Böyrək daşı – böyrəkdə müxtəlif tipli konkrementlərin əmələ gəlməsidir. Böyrək daşı xəstəliyinə müxtəlif yaşlı insanlarda rast gəlinir. Bu konkrementlər fərqli tərkibə malik olur. Onların əksəriyyəti qarışıq tipli daşlardır. Böyrək daşı çox zaman birtərəfli olur. Konkrementlərin sayı bir və ya bir neçə ədəd ola bilər. Ölçüləri isə adətən 2 mm-dən 10 sm-ə qədər dəyişir.

Böyrəkdə daş – səbəbləri

Böyrək daşı əsasən maddələr mübadiləsinin pozulması, qanın su-duz balansının və kimyəvi tərkibinin dəyişməsi nəticəsində formalaşır. Bundan başqa irsiyyət və qidalanma faktorları da mühüm rol oynayır. Həmçinin içməli suyun keyfiyyətinin aşağı olması böyrəkdə daş ilə nəticələnə bilər.

Böyrək daşı – risk faktorları

  • Oturaq həyat tərzi;
  • Qida rasionunda A və B qrup vitaminlərin çatışmazlığı;
  • Bəzi dərman preparatlarının, məsələn, sulfanilamid, askorbin turşusunun normadan artıq qəbulu;
  • Xəstənin uzunmüddətli immobilizasiyası, yəni hərəkətsiz qalması (sınıq və travmalar zamanı);
  • Mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri (qastrit, kolit, mədə xorası);
  • Sidik-ifrazat sisteminin xroniki patologiyaları (pielonefrit, prostatit, prostat adenoması, sistit xəstəliyi);
  • Qalxanabənzər ətraf (paratiroid) vəzilərin funksional pozğunluqları;
  • Osteomielit, osteoporoz kimi sümük xəstəlikləri (osteomielit – sümükdə ocaqvari iltihab, osteoporoz – D-vitamini defisiti fonunda sümük sıxlığının azalması və sümüyün yumşalması)
  • Gündəlik rasionda duzun həddindən artıq istifadəsi.

Böyrək daşı və onun tipləri

Urat daşları

Rastgəlmə tezliyi 5-15%-dir. Onun tərkibi sidik turşusu, natrium və kalium duzlarından ibarətdir. Bu daşlar bərk konsistensiyalı və hamar formada olub, kərpici və yaxud sarımtıl-narıncı rəngdədir. Sıxlıqlarının az olmasına görə rentgendə görünmürlər. Sıxlıq – kalsium hesabına yaranır.

Urat daşları Ultrasəs müayinəsi və sidiyin laborator analizi vasitəsilə təyin edilir. Kiçik ölçülü konkrementləri düzgün müalicə ilə əritmək mümkündür.

Oksalat daşları

Daha sıx rast gəlinən böyrək daşı tipidir. Böyrəkdə kalsium duzlarının və oksalat turşusunun normadan artıq olması ilə əlaqədar yaranır. Onların sıxlıqları çox olur. Belə daşlar USM və rentgen müayinəsində asanlıqla görünürlər. Konkrementlər qara-boz rəngə və çıxıntılı səthə malikdir. Bu çıxıntılar sidik yollarının selikli qişasını zədələdiyindən sidikdə qan müşahidə edilir.

Onların sidik-ifrazat yolları ilə hərəkəti böyrək daşı sancısına səbəb olur. Qida rasionunda çoxlu miqdarda sitrus meyvələri və şirələri, ispanaq, kələm, çuğundur, şokolad, qəhvə istifadə edən, eləcə də B6 vitamininin çatışmadığı insanlarda bu tip böyrək daşı daha çox qeydə alınır.

Onları əritmək mümkün deyildir. Oksalat tipli böyrək daşının müalicəsi üçün litotripsiya, punksion nefrolitolapaksiya, kontakt litotripsiya tətbiq edilir. Litotripsiya – daşların elektromaqnit dalğalarla xırdalanmasıdır. Punksion nefrolitolapaksiya – böyrək punksiyasından sonra daşın parçalanması ilə xarakterizə olunur. Kontakt litotripsiya – kəsik və dəlik olmadan sidik yollarından kateteri daxil edərək, lazerlə böyrək daşı əməliyyatının aparılmasıdır.

Fosfat daşları

Fosfat turşusu və kalsium duzlarından ibarətdir. Hamar və bir qədər çıxıntılı, ağ rəngli, yumşaq konsistensiyalı böyrək daşı tipidir. Onlar maddələr mübadiləsinin pozulması səbəbindən formalaşır. Sidiyin pH-nın 6.2-dən yüksək olması və mikroskopik müayinədə tərkibində ağ rəngli ərplərin izlənilməsi fosfat duzlarından xəbər verir.

Bu halda müalicə sidiyin turşuluğunun artırılmasına yönəldilir. Turş meyvələrin şirələri, mineral sular, üzüm kökünun, zoğal və itburnu dəmləməsi turşuluğu artırır. Bu cür daşlar sürətlə böyüsə də asan parçalanırlar.

Struvit daşları

Yumşaq strukturlu, tez böyüyən daşlardır. Səthləri hamar və ya bir qədər büzməlidir. Onlar ağ və ya açıq-boz rəngdə olurlar. Struvit daşı sidiyin ləngiməsindən və ya bakteriya hissəciklərindən əmələ gəlirlər. Bu cür konkrementlər infeksion təbiətlidirlər. Onlar bir neçə aya sürətlə böyüyərək, mərcanvari daşa çevrilir, bütün böyrəyi daxildən tuturlar. Məhz bu səbəbdən təhlükəli sayılırlar.

Struvit daşları USM, rentgen müayinəsi, KT və sidik analizi vasitəsilə üzə çıxarılır. Sidiyin mikroskopik müayinəsində tabut qapağına bənzər kristallar vizulizə olunur. Struvit tipli böyrək daşı fitoterapiya və dərmanlarla müalicə olunmur. Daş kiçikdirsə litotriptor (daş parçalayan), böyük olduqda isə əməliyyat lazım gəlir.

Böyrək daşının əlamətləri

Böyrək daşı klassik formada özünü sancı ilə biruzə verir. Ağrı beldə yaranır. Xəstələrdə sidik yollarında genişlənmə əmələ gəlir. Böyrək daşı sancısı ağır yük qaldırdıqda, at çapdıqda, çoxlu maye qəbul etdikdə meydana çıxa bilər. Çox vaxt sancı daş böyrək ləyənindən sidik axarına düşdükdə və ya sidik axarının ən aşağı hissəsində – axarın kisəyə keçdiyi yerdə yaranır.

İlk sancıya qədər xəstə daşın mövcudluğundan xəbərsiz yaşayır. Daş 5-6 mm-dən kiçik olduqda özü düşə bilər və ya yardımçı vasitələrlə onun xaric olmasını tezləşdirmək mümkündür. Daşın ölçüsü 6 mm-dən çox olduqda digər müalicə üsullarına ehtiyac yaranır.

Böyrək ağrısı sutkanın istənilən vaxtı, hətta yuxu saatlarında baş verə bilər. Əksərən ağrı ilə birlikdə qusma müşahidə edilir. Prosesə infeksiya qoşulduqda bədən temperaturu 38-40°C-yə qədər yüksəlir.

Böyrək daşının müalicəsi

Böyrək daşının müalicəsi ağrı sindromunun aradan qaldırılmasından başlanır. Daha sonra daşın götürülməsi, infeksiyanın müalicəsi və konkrementin yenidən formalaşmasının qarşısını almaq üçün tədbirlər görülür.

Böyrək daşının müalicəsi konservativ (dərman) və cərrahi yolla həyata keçirilir.

Konservativ metod böyrəkdə daş 3-5 mm-ə qədər olduqda effektiv sayılır. Xəstələrə spesifik preparatlar, maye və pəhriz rejimi təyin edilir. İltihabi proseslərdə antibakterial terapiya aparılır. Sistematik şəkildə sidikqovucu və spazmolitik dərmanlar təyin olunur.

Böyrək daşı aşkarlandıqda pəhriz rejimi

Pəhriz böyrək daşının müalicəsində önəmli rol oynayır. Pəhrizin növü daşın tipindən asılıdır.

Urat daşları zamanı pəhriz

Burada əsas məqsəd orqanizmdə sidik turşusu və duzların səviyyəsini azaltmaqdır.

  • Qida qəbulu bərabər intervallarla gündə 5-6 dəfə olmalı;
  • Rasiondan tərkibində spesifik zülal (purinlər) olan qidalar çıxarılmalı;
  • Zülal, yağ, karbohidrat balansına riayət edilməlidir.

Faydalı ərzaqlar: süd məhsulları, müxtəlif kəpəklər (buğda, qarabaşaq və s.), şirin meyvələr, tərəvəzlər, təbii şirələr (mağazadan alınmış olmasın), heyvani zülallar (yumurta, yağsız balıq və ət, toyuq), təbii bal.

Qadağan olunan ərzaqlar: qızardılmış və ya hisə verilmiş ət, göbələk, acı ədviyyatlar, kakaodan hazırlanmış məhsullar (şokolad, kakao), qəhvə.

Fosfat daşları zamanı pəhriz

Məqsəd turşu balansını normallaşdırmaq, kalsium duzlarının əmələ gəlməsini dayandırmaqdır. Bunun üçün:

  • Tərkibində A vitamini olan qidalara üstünlük verilməli;
  • Duzdan imtina edilməli;
  • Sutkada 2.5 litrə qədər su içilməli;
  • Sidiyin turşuluğu artırılmalıdır.

Lazımi ərzaqlar: yağsız ət və balıq (qızardılmış halda da olar), makaronlar, şorbalar, turş meyvələr.

Qadağan olunmuş ərzaqlar: təbii şirələr, süd məhsulları, qələviliyi yüksək olan tərəvəzlər (ispanaq, xiyar, kələm və s.), alkoqol, kakao, qəhvə.

Oksalat daşları zamanı pəhriz

Pəhrizin mahiyyəti rasionda oksalat turşusunun istifadəsini azaltmaqdır. Bunun üçün bütün kakao məhsullarını tam şəkildə rasiondan çıxartmaq, kartof, kök, pomidor, soğan, çuğundur, jelatin miqdarını ciddi şəkildə məhdudlaşdırmaq lazımdır. Gün ərzində 2.5 litr su qəbul edilməlidir.

Faydalı ərzaqlar: alma, üzüm, gavalı və digər meyvələr.

Qadağan olunmuş qidalar: şirniyyat.

Konservativ müalicə nəticə vermədikdə və ya daş 6 mm–dən böyük olduqda cərrahi əməliyyat icra edilir. Lazerlə böyrək daşı əməliyyatının qiyməti konkrementin ölçüsündən və vəziyyətin ağırlığından asılı olaraq, 1100-1300 AZN arasında dəyişir.

Comments are closed, but trackbacks and pingbacks are open.