Press "Enter" to skip to content

Ramazanda 10 addımda necə arıqlaya bilərik

4. Sahurda yemək yedikdən dərhal sonra uzanmaq olmaz.

Oturaq işdə çalışanlar necə arıqlaya bilərlər?

Günü-gündən inkişaf edən texnologiyalar bir tərəfdən insanların həyatını rahatlaşdırırsa, digər tərəfdən az qala hərəkətsiz yaşamağına gətirib çıxardır. Bu isə ürək və qan damar sistemindən tutmuş şəkər xəstəliyinə qədər bir çox problemlərə səbəb olur. Hərəkətsizliklə yanaşı yanlış qidalanma da bu xəstəliklərin yaranmasına təkan verən amillərdəndir. Buna görə də oturaq həyat tərzi keçirənlərə bəzi qaydalara əməl etmələri məsləhət görülür.

AzNews.az xəbər verir ki, məşqçi Ceyhun Vəliyev axşam.az-ın əməkdaşı ilə söhbətində həmin qaydalardan danışır:

“Hər nə qədər texnologiyanı və son dövrlərdəki qidaları günahlandırsaq da, insanların özlərinin də qida seçimində səhvlərə yol verməsi bu problemlərin başlıca səbəbləridir. Trenajor zallarına müraciət edən insanların əksəriyyəti qarın hissəsindəki yağlardan əziyyət çəkir. Onların çoxu oturaq işlə məşğul olanlardır. Həmin insanlar idmana başlayanda artıq çəkidən xilas olacaqlarını düşünürlər. Təbii ki, idmanın nəticəsini görəcəklər. Amma idmanla yanaşı qidaya da diqqət etmək lazımdır. Qısa zaman çərçivəsində əvvəl sulu, ardınca isə quru yemək qəbul etmək qidalanma zamanı yol verdiyimiz ən ciddi səhvlərdən biridir. Artıq ənənəyə çevrilmiş bu hal əslində mədənin iş prinsipini pozur. Həmçinin yemək vaxtı çox su içmək də orqanizmə ziyandır. Bu həzm şirəsini zəiflədir. Yeməkdən sonra dərhal çay içmək, şirniyyat, yaxud meyvə yemək də doğru deyil”.

“BU XƏRÇƏNG XƏSTƏLİYİNİN YARANMASINA SƏBƏB OLUR”

“Meyvə tez həzm olunduğu üçün yeməkdən dərhal sonra qəbul ediləndə mədədə çürüyür. Hətta bu, xərçəng xəstəliyinin yaranmasına gətirib çixarır. Diyetoloqların, məşqçilərin məsləhət gördüyü pəhrizlər insanı ac saxlamaqdan ötrü deyil, düzgün qidalanmalarına kömək etmək üçündür. Bəzi insanlar gün ərzində cəmi bir dəfə yemək yeyirlər. Bu da yanlışdı. Səhər yuxudan qalxanda mütləq səhər yeməyi yemək vacibdir. Çünki gecə ac qalan orqanizmdə böyrəküstü vəz kortizol adında hormon buraxır. Kortizol isə piylə qidalanmır, yəni ac qalmaq piylərin yanmağına kömək etmir. Belə qənaətə gəlinir ki, problem ancaq oturaq həyat keçirməyimizdə deyil, həm də düzgün qidalanmamaqdır. Oturaq həyat keçirən və idman zalına getməyə vaxt tapmayan insanlara axşam işdən sonra parklarda yüngül yürüş etməyi məsləhət görürəm. Eyni zamanda ofis daxilində yüngül aerobika hərəkətləri və evdə press etmək də faydalıdır”.

Ramazanda 10 addımda necə arıqlaya bilərik?

Kökəlməyin ən böyük səbəbləri çox karbohidrat istehlak etmək, oturaq qalmaq, kifayət qədər su içməmək, qeyri-kafi və keyfiyyətsiz yuxudur. Ramazan ayında oruc tutanda bu səhvlərə yol verilərsə, kökəlmək qaçınılmaz olar.

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, orucluq zamanı qan şəkərimizin azalması iftar zamanı karbohidrat istehlakı zərurətinə səbəb olacaq.

Gündəlik kifayət qədər zülal almalı, sağlam yağlar istehlak etməli və karbohidratları məhdudlaşdırmalıyıq.

1. İlk olaraq sahurda ağ çörək və şəkərli qidalar, bal, meyvə, qəhvəyi çörək, yulaf və tərəvəz kimi lif ehtiva edən karbohidratlardan uzaq durmalısınız.

2. Orqanizmin düzgün və sağlam işləməsi, arıqlama zamanı əzələ itkisinin qarşısını almaq üçün hər gün kifayət qədər zülal qəbul edilməlidir.

3. İmsak vaxtı protein tərkibli qidalara üstünlük verilməlidir. Zülal toxluq hissi verəcəyi üçün karbohidratlar məhdud şəkildə istehlak ediləcək.

4. Sahurda yemək yedikdən dərhal sonra uzanmaq olmaz.

5. Keyfiyyətli yuxu maddələr mübadiləsi sürəti üçün çox əhəmiyyətlidir. Yetkin bir insanın orta gündəlik yuxu tələbi 6-8 saatdır. Yuxu saatları da bunu nəzərə alaraq planlaşdırılmalıdır.

6. Kifayət qədər su içmək maddələr mübadiləsi sürətinə də təsir edir. Kifayət qədər su içmədikdə, maddələr mübadiləsi sürəti yavaşlayır və çəki artımına səbəb ola bilər.

7. Gün ərzində hərəkətsiz qalmayın. Hərəkətsizlik çəki artımına səbəb ola bilər.

8. İftara su və şorba ilə başlayın. 10-15 dəqiqə gözləyin və sonra əsas yeməyə keçin. Bu sayədə şəkəriniz tarazlaşacaq və toxluq hissi yaranmağa başlayacaq.

9. İftarda sahurda olduğu kimi kifayət qədər zülal istehlak etmək vacibdir. Ət, toyuq, balıq, paxlalılar, qatıq və ayran kimi zülal qaynaqlarına üstünlük verilməlidir.

10. Şərbətli desertlər yerinə tərkibində protein də olan südlü desertlərə üstünlük vermək lazımdır. Bunun xaricində hər gün desert yeyilməməlidir.

Orqanik.az

Comments are closed, but trackbacks and pingbacks are open.