Z əzələləri: xüsusiyyətləri və funksiyaları
– Göz qapaqları və qaş əzələləri.
Məşhur psixoloq açıqladı: İnsanın yalan danışdığını necə bilmək olar? – FOTO/VİDEO
Publika.az psixoloqla müsahibəni təqdim edir:
– Rəvan bəy, qadınların kişilərdən emosional baxımdan 9 dəfə güclü olduğu deyilir. Bu fakt nə dərəcədə düzgündür?
– İnsanın beynində formalaşan bütün düşüncələr davranışları sayəsində qarşı tərəfə sərgilənir. Davranışınsa 3 növü var. Rasional, emosional və irrasional. Kişilərdə rasionallıq, qadınlarda daha çox irrasional və emosional davranış müşahidə olunur.
Hər hansı işi sevə-sevə yerinə yetirdiyimiz zaman məhsuldarlıq daha çox olur. Odur ki, emosionallığı qadınlarda keyfiyyət rəmzi kimi qiymətləndirmək olar. İrrasionalıq isə qərarsızlıqdır. Hər hansı bir elmin təkminləşməsi və inkişaf etməsi üçün sorğu-suallar yaranır. Həmin sualların cavablarının tapılması nəticəsində elm inkişafa doğru gedir.
Kişilərə isə daha çox rasionallıq xasdır. Dolayısı ilə qadın davranışlarının kökündə irrasionallıq və emosionallıq dayanırsa, təbii ki, onlarda emosionallıq kişilərdən daha çoxdur.
– Bəs qadınların depressiyadan daha tez çıxmasının səbəbini necə izah edərdiniz?
– Hər hansı hadisəyə rasional yaşayanda, onun alternativlərini güdürsən. Amma irrasional və emosional davrananda kobud səslənsə də, heç bir fərqi olmur. Bu, artıq tələbat və ehtiyac ödənməsi mövzusuna çevrilir.
Hər iki cinsi birləşdirən tələbat və ehtiyacları olur. Həyatda qidalanmaq, hüzur tapmaq, işləmək və s. kimi tələbatlarımız var. Ətrafımızdakı 10 nəfər bizim qidalanma və iş tələbatlarımızı ödəyə bilər. Amma hüzur tələbatını ödəyən bir insan yoxdur. Odur ki, biz hüzur tələbatını ödəyə biləcək bir insanı axtarır və o hüzuru gələcəkdə qarşılaşdığımız insanın simasında təsəvvür edirik.
Kişilər rasional davrandıqları üçün sanki rasionallıqlarına sadiq qalmağa üstünlük verir. Qadınlarda isə emosional və irrasional davranış üstün olduğundan o simanı başqa biri ilə əvəz edirlər.
– Özünə qapanmış insanların hüzura qovuşması daha çətin prosesdir?
– Qapalı insanlar digərləri ilə müqayisədə sosial deyil. Sosial insanın hüzurla bağlı tələbatı olmur. Amma özünə qapanmış insan daxili rahatlıq deyilən anlayışı hər kəsdən ummağa çalışır. Sanki acsan və əlinə keçən bütün yeməklərdən yeməyə çalışırsan. Bu, doğru deyil, pis nəticələnə bilər. Bizə uyğun olub-olmadığının fərqinə varmadan, ətrafımızdakı insanlardan hüzur ummağa başlaya bilərik. Məsələ ondadır ki, hüzuru bizə uyğun olan insandan ummaq lazımdır. Hər kəsin öz kriteriyaları var. Baxmalısan ki, sənin hüzur kriteriyaların qarşı tərəflə uzlaşır, ya yox. İnsan kimdən və nə istədiyini biləndə, onun daxili rahatlıq problemi çox az hissə təşkil edir.
– Alla Puqaçova deyir ki, hər bir qadın aktrisadır, əgər o, pis aktrisadırsa, həmişə uduzacaq. Hansısa məqsədlərə nail olmaq üçün sizcə, həqiqətənmi, qadınlar özündə artistizm elementlərini toplamalıdır?
– Əslində bu fikri sadəcə qadınlara aid etməzdim. Bir var yaxşı və mədəni insan, bir də var özünü yaxşı və mədəni göstərən insan. İnsanlar bir çox hallarda özü kimi olmur, qarşı tərəfə nə maraqlıdırsa, onu verməyə çalışırıq.
Amma hörmətli Alla Puqaçovanı anlamaq aspektindən yanaşsaq, qadınlarda rasionallıq cəhətdən axsamalar olduğu üçün özünü gücsüz sayır və kişinin qılığına girməyə can atır. Qadınlar öz tələblərini kişinin əli ilə həyata keçirə bilir.
Hər halda qadınlar bir xəttə qədər ağıllı olmalıdır. Lap ağıllı qadın kişiyə maraqlı deyil. Kişi testesteron daşıyıcısıdır, sahiblənir, dominantdır. Belə bir yaradılışa desən ki, sən dominant deyilsən, əlbəttə ki, qəzəblənəcək.
– Psixoloqlar bir çox daxili xəstəliklərinin yaranma səbəbi kimi sevgi çatışmazlığını göstərir. Həqiqətən psixoloji problemlər bizim fiziologiyamıza ciddi təsir göstərir?
– Təbii ki, bu, insan orqanizminə birbaşa təsir edir. Həyatımızı istəklər üzərində qururuq. İstəklər isə qismən də olsa, emosiyalara daxildir. Hər bir insan xoşbəxt olmaq, rəngarəng həyat, müxtəlif tanışlıqlar istəyir. Buna afferiativ tələbat deyilir. Bu, ehtiyac deyil, tələbatdır, bunsuz olmaz, hər bir insanda var.
Aşırı istəklərsə afferiativ təlabət pozuntusu adlanır. Şikayət edənlərin çoxu afferiativ tələbatın dalınca qaçmır, afferiativ tələbat pozuntusu yaşayır. Hər şeydən aşırı dərəcədə istəyirlər. Əlində olanlara baxmırlar. Görürsən ki, əslində tələbat və ehtiyaclarımızı ödəmək üçün hər şeylə təmin olunmuşuq. Amma onlar gözləntlərini əldə etmək üçün özünü daha böyük məsuliyyətlə yükləyir. Stress isə gözləntilərə qarşı aşırı bağlılıq deməkdir, dolayısı ilə bir çox xəstəliklər stress nəticəsində meydana gəlir.
– Deməli, stressdən uzaq olmaq üçün ətrafdan gözləntiləri minimuma endirməliyik?
– Gözləntidən emosional bağlılığı olmayan kəs yoxdur həyatda. Amma özünü və övladını aşırı məsuliyyətlə yükləyən insanı anlamaq çox çətindir. Odur ki, stressdən uzaq olmaq üçün nə özünü, nə də ki, qarşındakını aşırı məsuliyyətlə yükləməyəcəksən. Emosional bağlanacaqsan, amma hər şeyə yox. Gözləntidən həddən artıq bağlılığı olmayan insanın stressi də olmayacaq.
– Bunu daha geniş izah edə bilərsiniz?
– Emosional bağlılığımız olan mövzulara dəyərlər deyilir. Dəyərlər nə qədər az olarsa, itirmə qorxusu bir o qədər azalır. Dəyərlərin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Mənfi tərəfi onun çoxluğundadır. Dəyər nə qədər az olarsa, o insanı zədələmək bir o qədər qeyri-mümkündür. Əlbəttə ki, dəyərsiz yaşamaq mümkün deyil, amma dəyərlərin də sayını azaltmaq lazımdır. Dəyərlər də iki cür olur, maddi və mənəvi. Məsələn, telefon maddi dəyərdir. Telefondan çox asılı olmaq təbii hal deyil, məncə, onsuz da yaşaya bilərik.
Əksər hallarda valideyn, övlad və həyat yoldaşında ilişib qalırıq. Bunlar mənəvi dəyərlərdir. Hər halda etiraf etməliyik ki, gec-tez onlar da bizi tərk edir. Özümüzü itkiyə hazırlamalıyıq, çünki hər dəqiqə potensial itkidir. İnsanın başlıca dəyəri özüdür.
– Belə çıxır ki, doğmalarımıza olan sevginin ölçüsünü azaltmalıyıq? Bu, axı mümkün deyil.
– Yox, azaltmaq lazım deyil. Tövsiyə edirəm ki, sevgini qayğı müstəvisində yaşayaq və yaşadaq. Sevgini əlavə məsuliyyətlə yükləmək lazım deyil ki, qarşı tərəf bizdən hürkməsin.
– Bədən dili xarakterimizi ələ verən qeyri-şifahi ünsiyyət formasıdır. İstərdim ki, yalandan danışaq. Bizim yalan danışdığımızı göstərən əsas əlamət hansıdır? Ən sadə yolu nədir?
– Əgər verdiyiniz suala dəqiq cavablar verirsə, deməli düz danışır. Yox əgər, düşünüb və ehtimallara sarılaraq cavab verirsə, mümkündür ki, ya unudub, ya sizdən nə isə gizlədir. Yaddaş iki cürdür: məntiqi və həqiqi. Yalan danışan insan məntiqi yaddaşa müraciət edir. Yalan danışdığından şübhələndiyiniz adamın həqiqi, yoxsa məntiqi yaddaşdan istifadə etdiyinə diqqət edin.
İnsan emosional olanda jestlərdən daha çox istifadə edir. Məsələn, kiməsə söhbət zamanı qəfil “Həyatında kimsə var?” sualını verəndə, görürsən ki, əvvəlki səs tempi, jestlər və verbal ünsiyyət forması dəyişir. Deməli, realda olmasa, potensial kimsə var.
– Bir insanın şəxsi keyfiyyətlərini kitab kimi oxumağın bir üsulu var?
– Çox danışması üçün açar suallar verirsən. Nə qədər çox danışırsa, bir o qədər yaxşıdır və bu müddətdə müəyyən sürətdən istifadə edir. Sürət isə temperamenti ifadə edir. Bu insan danışanda biz artıq müəyyən edə bilirik ki, hansı temperamentin daşıyıcısıdır. Artıq nəzəri məlumatımız var.
Məsələn, “sevgiyə inanmıram” deyirsə, bu o deməkdir ki, ard-arda uğursuz sevgilər yaraşır. Suala insan birinci vərdiş halı aldığı formada cavab verir.
Verbal, yoxsa qeyri-verbal ünsiyyətdən istifadə etdiyinə diqqət yetirin. Yəni emosionallığını ölçürsən və nəticədə özünüifadə sürətinə nəzər salırsan ki, pozitivdir, ya neqativ. Lazım olanı, yoxsa nə gəldi danışır. Bütün bu aspektlər bəsdir ki, qarşı tərəfi müəyyən qədər tanıya bilək. Buna da maksimum 3-4 dəqiqə vaxt gedəcək. Baxır ki, hansı dərəcəli açar suallar verirsən. Əsas məsələ açar sualdadır. Doğru cavabı eşitmək üçün doğru sualı verməlisən. Adamı tanımaq üçün doğru açar suallar seçmək lazımdır.
– Hər birimiz səhv etməyə məhkumuq, amma onları özünlə daşımaq çox dəhşətlidir və bu bizi uçuruma apara bilər. Sizcə, biz niyə öz səhvlərimizi görmək, qəbul etmək və onlarla üzləşmək istəmirik?
– Biz adətən addımlarımızın nəticəsini əvvəldə deyil, sonda analiz edirik. “Görəsən, nə etdim ki, bu yerə gəlib çıxdım” deyə düşünürük. Yəni sonda oturub əvvəli fikirləşirik. Amma əvvəldə oturub sonu fikirləşsə idik, geri dönməyə ehtiyac qalmayacaqdı.
O səhvlərdən insan utanır ki, onlar kiminsə və ya özünün dəyərlərinə həqarət edə biləcək duruma gətirib çıxardır. İnsan o səhvlərdən üzləşməyə qaçır ki, ya kiminsə, ya da özünün dəyərlərinə həm də çox pis toxunub.
Lakin səhvləriniz mənə toxunmursa, alçaltmırsa, kiminsə yanında aşağılamırsa, niyə də o səhvləri bağışlamayım ki? Bu artıq mənim səhvimə çevrilir ki, niyə sizi bağışlamadım.
– Və özünü bağışlamaq daha çox vaxt aparır, nəinki başqalarını...
– İnsanlar bəzən təklikdən ona görə qaçır ki, özünə hesabat verməsin. Və təklikdə qalmaq cürətini qazanmaq zaman alır. İnsan gününü rasional düşünsə, planlasa və yaşasa, o, öz düşüncələri ilə üzləşməyə çətinlik çəkməyəcək. İki günü eyni keçən insan itirmiş sayılır. Yəni, hər gün elə bir fəaliyyət sərgiləməliyik ki, bu günümüz digərindən fərqlənsin, daha məhsuldar və faydalı olsun. Belə düşünən insanın təklikdə qalmaq qorxusu olmayacaq. Bəzən insan öz dəyərlərinə o qədər qarşı çıxır ki, təklikdə qalanda, ürəyi sıxılır. Özünə hesabat vermək istəmir.
– İlahiyyatçılar da, psixoloqlar da insan mənəviyyatını zənginləşdirmək və daxili harmoniyasını bərpa etməklə məşğul olur. Bu baxımdan onların eyni missiyanı yerinə yetirdiyini deyə bilərik? Ümumiyyətlə, onları birləşdirən hansı cəhətlər var?
– Deyirlər ki, filosoflar da, psixoloqlar da dindar ola bilməz və s. Bu, birmənalı olaraq yanlış fikirdir. Din inanc mövzusudur. Yer üzündə inancsız yaşamaq mümkün deyil. Kimisi özünə, kimisi bütlərə, kimisi öz gücünə və.s inanır. Kimisi də din deyilən faktora inanır.
Din insanın həyatda uğursuzluqlarla üzləşməməsi üçün lazım olan məqamları təlqin edir. Psixologiya və fəlsəfə də eyni mahiyyəti təlqin edir. Sadəcə yanaşma və prinsiplər fərqlidir.
Həyat özü iki hissədən ibarətdir: bizim üçün mücərrəd olan hissəsi və materiya. Fəlsəfə isə materiya və mənəviyyatın kəsişməsidir. Göründüyü kimi üçünün də tərkib hissəsi eynidir. Psixologiya fəlsəfənin mənəvi hissəsini öyrənən sahədir.
– Heç bir dini inancı olmayan ləyaqətli insan ola bilərmi?
– Həzrəti Məhəmməd. (s.a.v.) də buyurub ki, insana dininə görə hörmət etməyib. Dini qəbul etsə də, pis əməllərlə məşğul olan o qədər insan var ki. O qədər insan da var ki, dini inancı yoxdur, amma xeyirxah işlərlə məşğuldur.
– Təəssüf ki, basdırılmış emosiyalar ölmür, onları susmağa məcbur etsək də, daxilən bizə təsir etməyə davam edir. Sizcə, ilahi ədalətə arxayın olub qəzəbi və qisasımızı ürəyimizdə saxlamaqla düz edirik?
– Bütün informasiyalar neyronlarda toplanır. Bir də var ki, beyin hər hansı məsələni hələ həzm edə bilməyib, tam olaraq cavabını tapmayıb və bu mövzu onun üçün qapanmayıb. İnsan beynində bir neçə qapanmamış mövzular varsa, beyin artıq məşğuldur və əlavə informasiyanı qəbul edə bilmir. Qapanmış emosiyalar “niyə” sualının yaratdığı təəssüratlardır. Bu da insanda stress və depressiya yaradır. Bundan azad olmaq üçün heç bir mövzunun çıxış və ya həll yolunu tapmadan digərinə keçməyin.
Məcbur deyil ki, psixoloq olsun, əgər bir adam suallarınıza ədalətli şəkildə cavab verirsə, onunla mütəmadi olaraq söhbət edin və danışın. Adi ünsiyyətlə də bunu həll etmək olar. Yetər ki, fərqli aspektdən yanaşmış olsun.
Kimsə sizə pislik edibsə və qisas almaq hissi güclənibsə və bu mövzu sizin üçün aktuallığını qoruyub saxlayırsa, özünüzə üç sual verib. Birincisi, o insanın ziyan görməsi sənin nəyinə lazımdır? Niyə bu barədə düşünürsən və bu sualın ədalətli cavabını tapırsan. İkincisi, bu qisası necə alacaqsan? Əksər hallarda görürsən ki, qisas almalı ciddi bir məsələ yoxdur. Üçüncüsü və ən əsası, bunun sizə və ona nə faydası olacaq? Əgər bu suallara məntiqli yanaşma tapa bilmirsinizsə, bu artıq vicdansız davranış formasıdır. Vicdanlı yanaşma tək özünün deyil, qarşı tərəfin də faydasını güdməlidir.
– Münasibətlərin möhkəm və sağlam olması üçün nə tövsiyə edərdiniz?
– İnsan nəyə yatırım edirsə, onu itirməkdən qorxur. Yatırım maddi və mənəvi olur. Bunun üçün elə etməlisiniz ki, qarşı tərəf sizə mənəvi yatırım etsin. Bununla da sizi itirmək qorxusu, dolayısı ilə münasibətlər güclənəcək.
– Cəmiyyətimizdə sizi narahat edən psixoloji problemlər hansılardır?
– Diqqətsizlik və valideyn-övlad münasibətləri həddindən artıq aktualdır. Maraqlıdır ki, uşaq dünyaya gələndə, “layiqli övlad olsun” deyirik, amma “layiqli valideyn olsun” demirik. Hər hansı işə qəbul olmaq və ya sürücülük vəsiqəsi almaq üçün imtahan veririk, amma valideyn olmaq üçün heç bir imtahan tələb olunmur. Bu imtahanı heç kim heç kimdən götürmür. Bunu özün həyatdan götürürsən.
Həmçinin empatiya mövzusu geniş vüsət alıb. Hər hansı hadisə baş verəndə, özlərini onun yerinə qoyub ikinci klonu olurlar. Özünü adamın yerində deyil, onun vəziyyətində təsəvvür etməlisən ki, empatiya hissin artsın və ona kömək edə biləsən. İndi cəmiyyətin sanki yaralı yeridir ki, kiminləsə oturub dərdləşsin.
Ən aktual digər bir mövzu stressdir. Bu olmalıdır, amma aşırı deyil. İnsanlar bir-birinin mənəviyyatına sanki hörmət etmir, belə bir reallıqla üzləşmişik. Stressdən azad olmağın bir neçə yolu var. Birincisi, idmanla məşğul olmaq, ikincisi, psixoloq ünsiyyət, üçüncüsü isə mənəvi ehtiyac – cinsi aktdır.
– Müsahibə üçün minnətdaram.
– Siz çox sağ olun.
Aytən Məftun,
Foto: Pərviz Həşimi
Üz əzələləri: xüsusiyyətləri və funksiyaları
The Üz əzələləri Bunlar o qədər çox və müxtəlifdirlər ki, bu qədər çox əzələ qrupunun bu qədər kiçik bir məkanda necə paylana biləcəyini təsəvvür etmək çox çətin ola bilər ki, bu da bu cür spesifik və fərqli funksiyalara malikdir.
Üz ifadəsinin mürəkkəbliyi, fonasiya və udma funksiyalarına əlavə olaraq yalnız bir çox əzələ qrupu deyil, eyni zamanda müxtəlif əzələ qrupları arasında fövqəladə bir koordinasiya tələb edir. düdük gücünə qədər sadə göz qırpma.
Ümumiyyətlə, üz əzələləri iki böyük qrupa bölünə bilər: kiçik ölçülü və üz ifadəsi ilə məhdud bir funksiyası olanlar və danışıq, qidalanma və hətta vacib olan funksiyalarda əsas rolu olan böyük ölçülü əzələlər. nəfəs alma.
Üzdə tapılan 15-dən çox əzələ quruluşunun əzələ əzələsi ilə bağlı ətraflı bir təhlili bu yazının əhatə dairəsindən çox kənarda, bunları təfərrüatlı bilmək üçün illərlə anatomiya tədqiqatı və cərrahi tətbiqetmə aparmaq lazımdır. Bu münasibətlə hamısı xatırlanacaq və yalnız ən uyğunları təsvir ediləcək.
Ümumi xüsusiyyətlər
Böyük əksəriyyəti kifayət qədər təmkinli ölçü / güc nisbətinə sahib olan düz, nazik əzələlərdir; yəni bir çox əzələ lifinə sahib olan və ya böyük güc yaradan əzələlər deyillər.
Demək olar ki, hamısı fərqli nöqtələrdə biri üzün sümüklərində, digəri dəri dərisində və ya bəzi qonşu əzələlərin aponevrozunda iki insertasiya edir; bəzən hər ikisi də ola bilər.
Daha böyük əzələlər bu qaydanın istisnasıdır. Bunlar sümük səthlərində iki əlavəsi olan kütlələrdir; Bir oynağı hərəkət edə bilirlər və səthinin kvadrat santimetrinə görə bədənin ən güclü əzələlərindəndir.
Təsnifatı və funksiyaları
Üz əzələləri funksiyalarına və əlaqəli olduqları anatomik sahəyə görə təsnif edilə bilər.
Üzün əzələləri funksiyalarına görə ifadə əzələlərinə və çeynəmə əzələlərinə bölünə bilər.
İfadə əzələləri demək olar ki, hər zaman sümük və dəri içərisinə daxil olur, çeynəmə əzələləri isə həmişə sümüklü səthlərdə.
Digər tərəfdən, anatomik vəziyyətinə görə üz əzələlərini aşağıdakılara bölmək olar:
– Göz qapaqları və qaş əzələləri.
– Ağız və dodaq əzələləri.
Pinnanın əzələləri
Pinnanın yerləşdiyi yerə, quruluşuna və insanın xüsusi təkamülünə görə – həyatda qalması üçün qulağa o qədər də çox ehtiyac qalmayan pinnanın əzələləri əzələ qalıcı sayılır.
Mövcud olsalar da, funksiyaları boşdur. Əslində, pinnələrini hərəkət etdirmə qabiliyyətinə sahib fərdlərin halları müstəsna haldır.
Onları hərəkət etdirməyin mümkün olduğu hallarda, bütün insanlarda mövcud olan, lakin çox az vəziyyətdə görünən bir təsir göstərmək üçün kifayət qədər qüvvə olan anterior, posterior və üstün qulaq qulaq əzələlərinin hərəkəti ilə əlaqədardır.
Göz qapaqları və qaş əzələləri
Əsas funksiyası qaşların tərpənməsini yaratmaq və hər şeydən əvvəl gözün açılmasına imkan verməkdir; bu qrupa aiddir:
– Göz qapaqlarının Orbicularis əzələsi.
İkincisi, hamısı üçün ən vacibdir, çünki gözlərin bağlanmasına imkan verir; orbitlərin xarici hissəsini əhatə edən böyük, düz, dairəvi bir əzələdir. Gözlərinizi yumarkən yumaq və ya bağlayarkən gözlərinizi “sıxmaq” imkanı verən bir neçə hissəyə bölünür.
Əks funksiya (göz açılışı), levator əzələsinin sinerji hərəkəti ilə əlaqədardır ki, orbicularis oculi rahatlandıqca göz qapağını kor kimi “qaldırır” və aşağı göz qapağının demək olar ki, cazibə qüvvəsi ilə düşməsinə imkan yaradır.
Livatorun yuxarı göz qapağının üzün əzələsi sayılmadığını xatırlamaq vacibdir, çünki orbitin içərisində başlayır və yuxarı göz qapağında bitir; Bundan əlavə, innervasiyası 7-ci kəllə sinirinin (üz sinirinin) məsuliyyət daşıdığı üzün əzələlərindən fərqli olaraq 3-cü kəllə sinirindən (ümumi göz motoru) asılıdır.
Burun əzələləri
Bu əzələlərdən yalnız birinin (burun piramidası) ifadə ilə əlaqəsi var, qalanlarının tənəffüs sistemində spesifik bir funksiyası var.
Mirtiform əzələ burun qanadını “basdırmaqdan” və beləliklə burun dəliklərinin girişini bağlamaqdan məsuldur, bu da toz kimi çirklərin yuxarı tənəffüs yollarına girməsini məhdudlaşdırmaqda xüsusilə faydalıdır.
Digər tərəfdən, burunun eninə və dilatatoru bunun əksini etmək üçün sinerji olaraq hərəkət edir: havanın daha asan daxil olması üçün burun deşiyinin girişini genişləndirin.
Ümumiyyətlə, təsiri şiddətli tənəffüs çətinliyi halları xaricində görünmür, təsiri o qədər açıq olduqda ki, hər ilhamla burun qanadının yüksəlməsindən ibarət olan burun yandırması kimi tanınan bir klinik əlamət ortaya çıxır. .
Ağız və dodaq əzələləri
Üzün ümumi sahəsinin 60% -dən çoxunu tutan ən çox sayda və ən çox yayılmış olanlardır.
Bu əzələlər üz ifadələrinin çoxundan məsuldur. Bundan əlavə, bəziləri fonasiyaya kömək edir, bəziləri isə çeynəməyə çox imkan verir: qırğın edənlər
– Burun və yuxarı dodağın ümumi lifti.
– Üst dodağın öz lifti.
Demək olar ki, üz siniri tərəfindən innervasiya olunan bu əzələlərin hamısı insan üzündəki yüzlərlə üz ifadəsindən məsuldur.
Məsələn, təbəssüm risorio və zigomatikus böyük və kiçik əzələlərin büzülməsinin nəticəsidir; Eynilə, bu cüt əzələnin cüzi büzülməsi dodaq komissarlığını yüksəltməyə imkan verir.
Buccinator, öz növbəsində, labial küncləri geri çəkir; Bu, fit çalmağa, nəfəsli alətlərdə çalmağa və diş ətinin vestibulyar nahiyəsində yığılan qidanın xaric edilməsinə imkan verir.
Orbicularis oris, əmmək üçün lazım olan hərəkətlər kompleksində kömək etməklə yanaşı, ağzın bağlanmasına imkan verən başqa bir xüsusi əzələdir.
Nəhayət, pterygoid əzələlərlə birlikdə (pterygoid fossaya aid) çeynəmə əzələlərinin bir hissəsi olan masseter var.
90 kq / sm2 təzyiq göstərə bilər, bu da tətbiq olunan ölçü / güc nisbətini nəzərə alaraq bədənin ən güclü əzələlərindən biridir.
Ağızın bağlanmasına və çeynənməsinə imkan verən zigomatik tağda və alt çənənin yuxarıya qalxan budağında yerləşdirmə aparılır. Bunu etmək üçün, çeynənən əzələlərin qalan hissəsi ilə sinerjidə və boyun əzələləri ilə koordinasiyada, ağzın açılmasından məsul olurlar (digastrik, molohyoid, infrahyoid əzələlər və digərləri arasında).
İstinadlar
- Pessa, J. E., Zadoo, V. P., Adrian, J. E., Yuan, C. H., Aydelotte, J., & Garza, J. R. (1998). Orta üz əzələlərinin dəyişkənliyi: 50 hemifasial kadavra diseksiyasının analizi.Plastik və rekonstruktiv cərrahiyyə, 102(6), 1888-1893.
- Gasser, R. F. (1967). İnsanda üz əzələlərinin inkişafı.İnkişaf dinamikası, 120(2), 357-375.
- Goodmurphy, C. W., & Ovalle, W. K. (1999). İki insan üz əzələsinin morfoloji tədqiqi: orbicularis oculi və corrugator supercilii.Klinik Anatomiya, 12(1), 1-11.
- Szentagothai, J. (1948). Üz nüvəsindəki üz və baş dərisi əzələlərinin nümayişi.Müqayisəli Nevrologiya Jurnalı, 88(2), 207-220.
- Freilinger, G., Gruber, H., Happak, W., & Pechmann, U. (1987). Mimik əzələ sistemi və üz sinirinin cərrahi anatomiyası: rekonstruktiv və estetik əməliyyat üçün əhəmiyyət.Plastik və rekonstruktiv cərrahiyyə, 80(5), 686-690.
- Rubin, L. R., Mishriki, Y. & Lee, G. (1989). Nazolabial qatın anatomiyası: gülümsəyən mexanizmin təməl daşı.Plastik və rekonstruktiv cərrahiyyə, 83(1), 1-10.
- Schwarting, S., Schröder, M., Stennert, E., & Goebel, H. H. (1984). Denervasiya olunmuş insan üz əzələlərinin morfologiyası.Orl, 46(5), 248-256.
Necə müntəzəm olaraq bu qədər çox yeyə bilərəm?
Həyatımızı əks etdirən mənalı, gözəl, qısa, whatsapp statusda paylaşmaq üçün ən yaxşı sözləri, aforizmləri, hikmətli sözləri bir məqalədə topladıq.
Mənalı sözlər, cümlələr yazılı şəkilləri telefonunuza yükləyərək dostlarınızla, whatsapp statusda, instagram hesabınızda paylaşa bilərsiniz.
Ən gözəl sözlər 2021
Hər sözü bəyan etməyə gərək yoxdur. Bir baxış min söz edər baxışdan anlayana.
Mən səni susayacaq qədər, sən mənə susayacaq qədər, sənin məni susduracağın qədər sevdim.
Yanında olduğumda dəyərimi bilməzsən, dəyərimi bildiyin zaman məni yanında tapmazsan.
Mənimlə ömür keçərmi ki dedim. “Səninlə keçirməyə ömür yetərmi?” dedi. Bax buna bir ömür yetdi.
Bir duamız var, bir də duyanımız. Qalanı vacib deyil.
İnsan bəzən bilmədiyi üçün deyil, ədəb bildiyi, səbr etdiyi üçün susar.
Dürüst olmaqdan qorxma, itirəcəyin yanlış insanlar olar.
İnsanları fərqləndirən bağışladıqları, güclü edən səbr etdikləri, özü edən isə vaz keçdikləridir.
Yaxşılar heç vaxt itirmir, itirilir.
Bir ara insanları anladığımı sandım. Sonra isə sandığımı anladım.
Söylənmiş ən gözəl sözlər
Yaxşı şeylər inandıqda, daha yaxşı şeylər səbr etdikdə, ən yaxşı şeylərsə təslim olmadıqda baş verər.
Həyat çox qəddar müəllimdir. Əvvəlcə imtahan edir, sonra dərs verir.
Özünü yorma. Qoy həyatına yoldaşlıq etmək istəyənlər səninlə gəlsin.
Peşman deyiləm. Yalnız dön arxana bax. Nə üçün nələrdən əl çəkdin. Nələr qala-qala nəyi seçdin.
Səhv bildiyin yolda hər kəslə getməkdənsə, düz bildiyin yolda tək get.
Sevgi külək kimidir, görə bilməzsən, ancaq hiss edə bilirsən.
Bu günün yaxşı vaxtları sabahın kədərli düşüncələridir.
Gözlərim bağlıdır bir payız axşamında. İsti sinəsinin qoxusunu içimə çəkirəm, gözlərimdən xoşbəxt sahillər keçir. Eyni günün odu vurur sularına.
Sənin üçün ölmək də olar, amma mən sənin üçün yaşayacağam.
Sevgi. Tanrının insana verdiyi böyük bir nemətdir. Bəzilərinin əlində həba, bəzilərinin əlində vəfa olar.
“Haqqını halal et” deməyimə baxma. Həyatını haram edənə haqq halal edilməz.
Heç bilmədiyim qoxun üçün darıxmışam.
Səbr imtina etmək deyil, ümidi təxirə salmaqdır.
Ürək insanın qibləsidir. Nə olar, qırmayın.
Gəldiyin yeri unutsan, gedəcəyin yer bunu sənə xatırladacaq.
Qəzəb uğursuzluğun son sığınacağıdır.
Sevgini ürəyində saxla. Onsuz həyat çiçəklər öləndə günəşsiz bir bağa bənzəyir.
Mənzərəyə can atırsansa, yamacda yorulmağı gözə almalısan.
Hər şey göründüyü kimi olsaydı, ovcuna aldığın dəniz suyu mavi olardı.
Səni xəyallarına qovuşduracaq əsas şey cəsarətindir.
Fırtına nə qədər güclü olsa da, qağayı sevdiyi dənizdən vaz keçməz.
Sevginin əksi nifrət deyil, laqeydlikdir. Sənətin əksi çirkinlik deyil, maraqlanmamaqdır. Həyatın əksi ölüm deyil, laqeydlikdir.
Həyatımı yalnız mən dəyişə bilərəm. Bunu mənim əvəzimə heç kim edə bilməz.
Həyat həqiqətən sadədir, amma biz həyatı çətinləşdirməkdə israrlıyıq.
Bəziləri böyük doğulur, bəziləri böyüklük qazanır, bəzilərinə isə böyüklük özü gəlir.
Sevgi çox qısadır, amma unudulması çox çətindir.
İlk görüşdə də, son görüşdə də sənə aşiq olacağam.
Ən böyük qələbə yıxılmamaq yox, hər dəfə yıxıldıqda ayağa qalxa bilməkdir.
Yatağımız olacaq, yumşaq, gözəl qoxulu. Məzar kimi dərin bir divanımız olacaq; gözəl çiçəklərin bəzədiyi iqlimlər kimi.
Yenidən yaşamaq şansım olsaydı, oturub köhnə səhvlərimi saymazdım. Mükəmməl olmağa çalışmazdım, ürəyimi rahat buraxardım. Heç vaxt olmadığım qədər istəkli, coşğulu olardım. Buna biraz da ciddiyyət qatardım.
Sanki xoşbəxtliyin açarları və kədərlə dolu bir sabahın qeyri-müəyyənliyi sənin əlindədir. Səni sevirəm də, sevmirəm də. Sevgimin iki canı var. Bunun üçün həm səni sevirəm, həm də sevmirəm.
Gözlərində iki dəlisov ağac gördüm, gülüşdən, mehdən, qızıldan iki ağac. Hərəkətdəydilər. Sənə heç nə demək istəmədim.
Hamını sev, bəzilərinə etibar et, heç kimə səhv etmə.
Səbəblərimi xatırlamadan nəticələri xatırlamaq çətindir.
Dağınıq bir masa dağınıq ağla işarədir. Bəs boş masa nəyə işarədir?
İnsan, həqiqətən nə olduğunu inkar edən yeganə varlıqdır.
Biz axtardığımız şeyik. O həmişə oradadır və əgər ona vaxt ayırsaq, özünü bizə tanıtdırar.
Ən kiçik inam toxumu xoşbəxtliyin ən böyük meyvəsindən daha yaxşıdır.
Ömür boyu yalnız bir dəfə aşiq olduğumuzu söyləyirlər, amma bu doğru ola bilməz. Sənə hər dəfə baxanda yenə aşiq oluram.
Həqiqi mənliyimizin ən dərin imkanlarını yerinə yetirməyimizə imkan verən seçimlər etməliyik.
Yalnız olmaq azadlığı sərxoşedicidir.
İki növ kasıb insanlar var: birlikdə kasıb olanlar və tək kasıb olanlar. Birincisi həqiqi kasıblar, digərləri şanssız insanlardır.
Dəyişiklik əbədi, ölümsüzlük qalıcıdır.
İnam, parçalanmış bir dünyanın işığa çıxacağı gücdür.
Elmdə inanmaq istəyənlər üçün kifayət qədər işıq, kor olmaq istəyənlər üçün kifayət qədər kölgə var.
Hisslərlə çəkilən hər portret baxıcının deyil, sənətkarın portretidir. Ölüm həyatdakı ən böyük itki deyil. Ən böyük itki yaşayarkən içimizdə ölənlərdir.
Mükəmməl olmadığımı bilirəm və mükəmməl olmaq üçün yaşaya bilmərəm. Məni barmaqlarınızla göstərməyə başlamazdan əvvəl əllərinizin təmiz olduğundan əmin olun!
Həyat bir kitabdır və hələ oxumadığım minlərlə səhifə var.
Xoşbəxtliyin nədən ibarət olduğunu axtarmağa davam etsəniz, heç vaxt xoşbəxt olmayacaqsınız.
Həyatın mənasını axtarırsınızsa, heç vaxt yaşamayacaqsınız.
Ortada ikimizə aid bir hekayə var və bu hekayədə mən şairəm, sən şeir.
Dünən gülümsəyirdim, bu gün də gülümsəyirəm və sabah da gülümsəyəcəm. Çünki həyat nələrəsə ağlamaq üçün çox qısadır.
Bir arzum var: sonsuzadək sevəcəyim birini tapmaq. Təkcə əllərimlə deyil, qəlbimlə də ona toxunmaq.
O günlərdən bir külək əsər, ümidlərin səni tərk edər, o baxışları səndən gizlədər, qaranlıq bir kədər.
Həyat aldığın qədər bir nəfəsdir, həyat qaldığın qədər bir qəfəsdir, həyat daldığın qədər bir həvəsdir.
Gözlərim torpaq olacaq, amma ürəyim həmişə sevgi qoxacaq.
Zaman keçdikcə daha yaxşı başa düşürsən. Heç bir şeyi əvvəlki qədər sevə bilməyəcəyini!
Məni səhv başa düşdün. Unuda bilmədim yox, unutmadım. Bilərək və istəyərək!
Allah, bizə haldan anlayanı göndər, hal bilməyənlərə sözümüz qalmayıb.
Getdiyin yollardan bir də gedə bilərsən, xatirələrdənsə əsla.
Sevmək hesab işi deyil, sevmək güvənmək və aid olmaqdır.
Unutma, sənin külə çevirdiyin qəlbə bir başqası üfürüb can verə bilər.
Həyatın dəyəri uzun yaşamaqda deyil, yaxşı yaşamaqdadır.
Görməkdən qorxduğum xəyallarım vardı, söyləməyə qorxduğum hisslərim vardı, yazmaqdan qorxduğum şeirlərim vardı, indisə itirməkdən qorxduğum sən varsan.
Həqiqət insanların ölçüsü ilə deyil, insanları həqiqət ölçüsü ilə tanıyın.
Yalan zəka işidir, dürüstlük isə cəsarət. Yalan danışmağa zəkan çatmırsa, cəsarətindən istifadə edib dürüst ol.
Nəhəng əsərlər yaratmaq üçün qarışqa kimi işləmək lazımdır.
Sevgi dodaqdakı bir söz deyil, gözlərdən axan yaşdır. Məqsəd sevgilisi üçün ölmək deyil, uğrunda öləcək sevgili tapmaqdır.
Zəhmətsiz zənginlərin, kitabsız alimlərin, sərmayəsi din olanların bələdçisi şeytan olar.
Qadın sözü kişi yumruğundan sərtdir. Çünki biri dişlərini dağıdar, digəri xəyallarını.
Sən çarə axtardıqda o bəhanə axtarırsa, söylənəcək bir şey qalmayıb.
- Gözəl sözlər – whatsapp statusda paylaşmaq üçün gözəl sözlər
İnanıram ki, hər kəs ömründə bir dəfə möcüzə yaşamaq hüququna malikdir. Sevgilim, mənim möcüzəm sənsən.
Biz bir-birimizin həyatına girə bilməyən və çıxa bilməyən iki nəfərik.
Sevgi, səni gördüyüm və ya səsini eşitdiyim an ürəyimin atların ayaq səsi kimi döyünməsidir.
Birinin gözünə baxmaq, onun yuxularına girməyi gözə almaq deməkdir. Sevmək qabiliyyətin yoxdursa, sevə bilmərsən.
Gecədən utancaq bir ürək daşıyıram. Sənə aşiq olduğumu ölsəm də deyə bilmərəm.
Bəlkə bir gün evlənəcəyik, bəlkə övladımız olacaq. Mənə bənzər şair, sənə bənzər şeir olar.
Cənnət bizə aşiq bir insanla səbr verir.
Bəzən evlənməyi düşünürdüm, sonra yenidən düşünürdüm.
Heç kimin izləmədiyi kimi rəqs et, heç vaxt məyus olmayacaqsan kimi sev, yer üzündəki cənnət kimi yaşa.
Bir qadının gözəlliyi gözlərində görülməlidir, çünki bu, qəlbə açılan sevginin yaşadığı yerdir.
- 45 Ən Gözəl Sevgi sözləri, Sevgi mesajları 2021
Ən mənalı sözlər
Uğur istədiyini əldə etmək, xoşbəxtlik isə əldə etdiyini sevməkdir.
Don Kixot olmaq üçün yola çıxan bir çox insan Sanço Panço olaraq evə döndü.
Kağıza toxunan qələm kibritdən daha çox yanğın çıxarar.
Qarşılaşdığım hər insan məndən hansısa müstəvidə daha bacarıqlıdır, deməli, hər kəsdən öyrənəcəyim nəsə var.
Nə qədər bilirsən bil, danışdıqların qarşındakının anladığı qədərdir.
Təhsilin kökü acı, meyvəsi şirindir.
Kitablar itmiş başların abidəsidir.
İllərin mənə öyrətdiyi şeylərdən biri də budur: xoşbəxtliyi tapmısansa, sorğulama.
Fikir ver, tısbağa ancaq başını çıxarıb təhlükə duyduqda irəliləyir.
Birini çox sevdikdə, sənə min dəfə yalan danışsa da, ona hamıdan çox inanmaq istəyirsən.
Ailəsi ilə vaxt keçirməyən kişi heç vaxt əsl kişi ola bilməz.
Məni öldürməyən hər şey məni daha da gücləndirir.
Həyat ovucundakı su kimidir; nə qədər saxlamağa çalışsan da, o axıb gedər.
Ölümün bizi harada gözlədiyi bəlli deyil, ən yaxşısı, biz onu hər yerdə gözləyək.
- Aforizmlər – gözəl, təsirli və mənalı sözlər
Gözəl və düşündürücü sözlər
Dağınıq bir masa qarışıq ağılın əlamətidirsə, boş masa nəyə işarədir?
Özünü səhv hekayədə tapmısansa, oradan ayrıl.
Həyat sadədir, hərgah biz onu mürəkkəbləşdirmək üçün hər şey edirik.
İnsanların yollarını azdıqda daha sürətli qaçmaları ironik bir vərdişdir.
Siyasətdə iştirak etməyi rədd etmənin cəzalarından biri aşağılar tərəfindən idarə olunmaqdır.
Axmağın sevgisi ayı sevgisidir – kini sevgidir, sevgisi kinder.
Ayaqda ölmək diz üstdə yaşamaqdan yaxşıdır.
Kiçik şeylərə çox əhəmiyyət verənlər böyük işlər görə bilməyənlərdir.
Həyatınızın keyfiyyəti, həyatınızdakı insanların keyfiyyəti ilə müəyyən edilir.
Köynəyin ilk düyməsi səhv bağlandıqda digər düymələr də səhv bağlanar.
Dünyanın əsl sirri görünməzdə deyil görünəndədir.
Hz. Mövlana sözləri
Yaxşını axtar, doğrunu axtar, gözəli axtar, ancaq qüsuru axtarma.
Əyrini özündə axtaran həqiqəti qəlbində tapar.
Ürək hansı tərəfə işarə edirsə, digər duyğu orqanları o tərəfə qaçar.
Çiçək olub ətrafı rəngləndirməyə söz ver, torpaq olub səni üzərində saxlayan tapılar.
Minarədən yıxılanın da parçaları tapılar, könüldən düşənin isə əsla.
Ey könlümün sol tərəfi, səni ağlıma qoydum, ağlım almadı. Ürəyimə qoydum, sənə doymadı.
Uğrunda fədakarlıq etmədiyin sevgini ürəyinə yük etmə.
Əsl yar yaradandır, qalanları yaralayandır.
- İslami sözlər – İslam dininə aid ən gözəl sözlər
Ən yaxşı söz soxucu sözlər
Təcrübəli satıcı axtaran mağazalara köhnə dostlarımın adını verirəm. Satmaqda həqiqətən təcrübəlidirlər.
Bir insanın yaşayıb yaşamadığını bilmək üçün nəbzinə deyil, ləyaqətinə bax.
Nə qədər zəngin olursan ol, yeyə bildiyin qədər yeyərsən.
İnsanlar yalnız qiyməti bilirlər, dəyəri deyil.
Qadının proqnozlaşdırdığı, kişinin əmin olduğundan daha doğrudur.
Etibar ruha bənzəyir, tərk etdiyi bədənə heç vaxt qayıtmaz.
Ürəyin nə ilə doludursa, dodaqlarından onlar tökülər.
Dahiliyin də bir həddi var, axmaqlığınsa əsla!
- Söz soxucu sözlər, Ən sərt atmacalı sözlər, Şəkilli soxucu sözlər
Sərt sözlər 2021
Heç kimin arxasınca qaçma, sevən insanlar yan-yana gedərlər.
Kor deyiləm, amma istəməsəm burnumun ucundakını belə görmərəm.
Söyüşü mən də sevmirəm, amma şərəfsizlik edənə təşəkkür edə bilmərəm.
Zəifəm, ağlayıram, ağrılı yaralarım və qüsurlarım var, buna görə insanam.
Yüz dəfə yıxılsam da başqalarına badalaq vermərəm. Mən qalib yox, insan olmaq istəyirəm.
Bir qadının göz yaşları axıtmasına həmişə soğan səbəb olmur, bunu bir “xiyar” da edə bilər.
Həyata at eynəyi ilə baxmağa davam edirsənsə, kiminsə sənə “hoşş” deməsinə üzülmə.
Ən gülməli aforizmlər
Bir pişiyin özünü inkişaf etdirməsinə nə deyilir – pişiksəl inkişaf.
Barış Mançonun laz dostuna yazdığı mahnı hansıdır? – Yaz, dostum.
Mona Liza portretinin niyə bu qədər sevildiyini indi anlayıram. Qadın heç danışmır…
Gözəllik salonundan çıxan qız eqo partlayışı yaşayır, bərbərdən çıxan oğlan isə evə getməyin ən qısa yolunu axtarır.
Körpənizin altına etməsini istəmirsinizsə, tərsinə çevirin, üstünə etsin.
Eşq alma yeməklə başlayar, halva yeməklə bitər.
Yeni doğulmuş uşağa “Əhliman” adını vemək nəyə lazımdır? Uşaq həyata sanki 35 yaşında başlayır.
Biz uşaqkən gizlənpaç oynayırdıq, mən hər kəsi tapırdım.
Qadınlar 30 yaşadək trip, 30 yaşdan sonra isə çəkələk atırlar.
Ayaqqabının fahişəsi ayağı arxadan vurur.
Bıçaq istəyirsənsə, kürəyimdəkilərdən istifadə edə bilərsən.
İkiüzlü insan bazar piştaxtası kimidir: yaxşıları önə qoyur, arxası isə çürükdür.
Kral olsan nə yazar, gedəcəyin 2 metrlik məzar.
Şərəfi qədər danışmaqlarını istəsəm, sonsuzadək susacaq insanlar var.
Bəzi insanlara verəcəyin ən böyük dəyər adlarını böyük hərflə yazmaq olar.
Bizi çıxılmaz vəziyyətə salıb “yaxşı yol” dedilər.
Sevmədiyimiz yollara sevdiklərimizə görə düşdük…
Sevgiliyə gözəl sözlər
Hər səhər oyandıqda düşündüyüm ilk nəsnə, hər gecə xəyalımda canlanan son nəsnəsən.
Çölə yağış, ürəyimə həsrət, fikrimə sən… Üçünüz burada nə edirsiniz?
Balıqlar bir-birinə toxunmaz, sevgilərini ürəklərində hiss edərlər. Mən də sənə toxuna bilmirəm, çünki ürəyimdəsən.
Uzaqlıqlar kiçik sevgiləri yox edir, böyükləri ucaldır. Küləyin şamı söndürüb, ocağı alovlandırdığı kimi…
Önümə xəritə qoyub bir yer seçməyimi istəsələr, sən olan şəhəri seçərəm.
Yalnız səninlə məhv oluram və yalnız səninlə toparlanıram.
Gecələr səni sevdiyim qədər uzun olsaydı, əsla günəş doğmazdı. Mən sənə aşiqəm, uğrunda öləcək qədər aşiqəm.
Dostlara və sevgililərə aid sözlər
Heç kimi qırmıram, dözürəm və görürəm ki, özüm parça-parçayam.
Rakını görən suyu, qadını görən yatağı düşünür… Nə içməyi, nə də sevməyi bilən var.
Rola girsəm də bəzən heç nə məni güldürmür. Eybi yox, çünki məni heç bir dərd öldürmür.
Bizdən kim olduğumuzu soruşma, biz həyata əhəmiyyət verməyənlərdənik. Bizdən həyatın nə olduğunu soruşma, biz biz həyat dəryasında üzənlərdənik.
Bizi bahalı çayçılarda tapa bilməzsən, biz dost şərabı içənlərdənik. Bizdən dostun kim olduğunu soruşma, biz dost uğrunda ölənlərdənik.
Hər quyudan özüm çıxdım, nə ip sallayanım oldu, nə əl uzadanım. Buna görə qürurumu və məğrurluğumu qısqanırlar.
- Eşq sözləri – Whatsapp statusda paylaşmaq üçün gözəl eşq sözləri
Gözəl dini sözlər
Zaman imanı xilas etmək zamanıdır.
Özlərini həqiqətlə məşğul etməyənlər xurafata qapılmağa məhkumdurlar.
Sevgiliyə verilən ən yaxşı hədiyyə imanla dolu sədaqətdir.
Mənə yaxın olanlar soyumdan yox, yolumdan gələnlərdir.
Allahım, mən başımı sənə doğru əydikcə, sən bu başın heç kimin qabağında əyilməsinə qoymursan.
Şam olmaq asan deyil. İşıq saçmaq üçün əvvəlcə yazmaq lazımdır.
Haqsızlıq edən haqsızlığa uğrayandan daha bədbəxtdir.
Dünya – var kimi görünən bir yalan, Allah – yox kimi görünən bir gerçəkdir.
Ölüm ən sonda gəliir, biz yenə də “tezdir” deyirik.
Ağılın dəstəmazı elmlə, qəlbin dəstəmazı sevgiylə alınar.
Allahım, məni arxamca qiybət edənlərlə deyil, ruhuma Fatihə oxuyanlarla rastlaşdır.
- Dini sözlər – İslam dinində söylənilmiş ən gözəl kəlamlar
Ən gözəl mənalı sözlər
Yalnız olmaq zəif olmaq demək deyil, layiq olduğunu gözləyəcək qədər güclü olmaq deməkdir.
Sevgi iki nəfərin küçə davasına bənzəyir, çünki həmişə yad bir adam gəlib ayırır.
Ruhunuza yaxın birinin olmadığına üzülməyin. Bəlkə də bənzərsiz bir ruha sahibsiniz.
Sevgi bu qədər gözəldirsə, gör sevgini yaradan nə qədər gözəldir.
Müharibəni varlılar başlayır, kasıblar ölür.
Özünü tənha hiss edən adam üçün hər yer səhradır.
Bu heyvan elə vəhşidir ki, onun öhdəsindən ancaq insan gələ bilər.
Ustaddan sevgini, yoxsa nifrəti üstün tutduğunu soruşurlar. Usta nifrəti üstün tutduğunu deyir və əlavə edir ki, nifrətin saxtası olmaz.
Dünyanın necə kiçik olduğunu “səni dünyalar qədər sevirəm” deyib tərk edənlərdən öyrəndim.
Ən çox incitdiyimiz insanlar məhz elə sevdiklərimizdir.
Susmaq da bir cür cavabdır. İnsan qısa cümlələr qurursa, uzun yorğunluqları vardır.
İnsanın ən böyük səhvlərindən biri də doğru zamanı səhv şəxslərlə doldurmaqdır.
Yağmur olsan, minlərlə damla arasında tutardım səni. Çünki qorxuram torpaq aldığını geri verməyə…
Mən bütün varlığımla aşiq oluram və sonda görürəm ki, bu sevgidən islanan təkcə özüməm.
Ağlı səndə olmayanı ürəyində daşımaq ən ağır yükdür.
Gəncliyimi dilənçi illərə sədəqə verdim.
Xoşbəxt olmaq istəyirsənsə kimsədən nəsə gözləmə.
Üzdüyüm ümidlərdən yelkənlər düzəltdim, amma sənin yoxluğunda nə gedə bildim, nə də qala bildim.
Tənha olmaq pis qəlbə sahib olmaqdan yaxşıdır.
İnsanlar sevdikləri şeyi məhv etməyi, sonra isə məhv etdiklərini yenidən sevməyi xoşlayırlar.
Gedənin arxasından nöqtə qoyun ki, gələn böyük hərflə başlasın.
Tənhasınızsa, deməli, Allah size pis insanlardan qoruyur.
Göz yaşlarıyla yuyulan üzdən təmiz üz yoxdur.
Ən yaxşı motivasiya sözləri
Heç vaxt vaz keçməyin, məğlub olanlar vaz keçənlərdir.
İstiqaməti olmayan gəmiyə küləyin nə faydası?!
Uğur bir səyahətdir, hədəf deyil.
İnsanlar arasında fərq azdır. Ancaq bu fərq böyük fərqliliyə yol açır.
Edə biləcəyimiz hər şeyi etsəydik, bu, özümüzü də heyrətləndirərdi.
İşləyənlər pislik etməyə vaxt tapmazlar. İşləməyənlər isə özlərini pislikdən qoruya bilməzlər.
Ən yaxşı Whatsapp statusları
Ağlı qısa olana uzun cavab verilməz.
Yaxşı ki, xəyallarımızı basdırırlar.
Ürəyinə aparan bilet ver mənə, pəncərə kənarı yox, can kənarı olsun.
Ey tənhalıq, hər gecə qoynumda necə də gözəl uyuyursan…
Kaş ki, uşaqkən bu qədər çox xoşbəxt olmayıb yarısını da indiyə saxlayardım. Arada lazım olur.
Ən gözəl dərman əllərindi.
Alnımdan öp ki, ora adın yazılsın.
Varlıdan “haradan aldın”, kasıbdan “haradan tapdın” deyə soruşarlar.
Səninlə digər tərəfdə də qarşılaşmamaq üçün sənə haqqımı halal edirəm.
Qarşı tərəf axmaqdırsa, telefonun ağıllı olmağının nə xeyri?!
- Instagram sözləri – Ən yeni Instagram Status, Hekayə sözləri
Comments are closed, but trackbacks and pingbacks are open.