Press "Enter" to skip to content

Necə tez arıqlamaq olar

1.Kökəlməyin ən ciddi səbəblərindən biri yemək aralarında atışdırmaqdır. Nə isə yemək istəyən zaman su için. Su sizə artıq çəki yığmaqdan xilas edəcək.

1 həftədə 10 kilo arıqlamaq istəyənlər üçün mükəmməl resept!

Bir həftədə 10 kilo arıqlamaq mümkündür!
Lakin buna baxmayaraq, risk edərək sağlamlığa təhlükəli preparatlar qəbul etmək və ya ac qalmaq lazım deyil. Magiya? Yox, alma pəhrizi!

Yəqin, bilirsiniz ki, alma ehtiva etdiyi pektinin miqdarına görə, meyvələr arasında çempiondur. Ancaq bu yaxınlarda diyetoloqlar müəyyənləşdiriblər ki, pektin istehlak edilən istənilən qidanın kaloriliyi azaltmaq iqtidarındadır. O, bunu necə edir? Sadə dillə izah edək. Pektin sanki süngərdir, o, orqanizmdəki karbohidratları və yağları mənimsəyərək xaric edir. Axı məhz tez mənimsənilən karbohidratlar artıq çəkinin yaranmasına təkan verir.

Pektinin digər xüsusiyyəti odur ki, o, faydalı maddələri, vitaminləri və mikroelementləri orqanizmdən xaric etmir

Beləliklə, Xoshbextqadin.az alma pəhrizinin menyusunu təqdim edir:

Birinci gün: Alma

Səhər yeməyi
2-3 ədəd almanı sürtgəcin kiçik gözündən keçirdin, üzərinə bir neçə qoz və limon şirəsi əlavə edin.

Nahar
Almanı sürtgəcin böyük gözündən keçirdin, üzərinə təzə cəfəri və yaşıl soğan, qaynadılmış yumurtanın ağını, 1 çay qaşığı zeytun yağı və ya təbii yoqurt əlavə edin.

Şam yeməyi
3 orta alma.

Bu cür maddələr mübadiləsində sutka ərzində 1 kq. itirəcəksiniz.

İkinci gün: Düyü

Səhər yeməyi
Bir ovuc suda bişmiş düyü və 3 alma. Onları birlikdə və ya ayrı-ayrılıqda yeyə bilərsiniz.

Nahar
Üç almanın qabığını və tumlarını təmizləyin, hər birini 4 yerə bölün, üzərinə qaynar su töküb yarım saat ərzində qaynadın. Bir limonun qabığını və şirəsini də əlavə edib, alınan püreni yeyin. Bir ovuc suda bişmiş duzsuz düyünü də yeyin.

Şam yeməyi
Bir duzsuz bişmiş düyü.

Bu gün 1,5-2 kq. itirəcəksiniz.

Üçüncü gün: Kəsmik

Səhər yeməyi
2 alma və yağsız kəsmik. Ayrı-ayrı və ya birlikdə yeyə bilərsiniz. Əsas odur ki, şəkər əlavə etməyin.

Nahar
Almanı xırda dilimlərə bölün, üzərinə limon şirəsi əlavə edin. Yağsız kəsmiyə qoz, bir xörək qaşığı bal əlavə edin.

Şam yeməyi
100 qram kəsmik.

İki kq. arıqlayacaqsınız.

Dördüncü gün: Kök

Səhər yeməyi
2 iri kökü və 1 almanı sürtgəcdən keçirin, zeytun yağı əlavə edib yeyin.

Nahar
Naharda da eyni salatı hazırlayın, lakin zeytun yağını balla əvəzləyin, limon şirəsi də əlavə edin.

Şam yeməyi
Sobada 2 alma bişirin, üzərinə bir çay qaşığı bal tökün.

2 kilo arıqlayacaqsınız.

Beşinci gün: Çuğundur-kök

Səhər yeməyi
Bir ədəd orta çuğunduru və 1 iri kökü bişirin. Soyuduqdan sonra sürtgəcdən keçirin, zeytun yağı əlavə edib yeyin.

Nahar
Yulafı suda bişirin, üzərinə sürtgəcdən keçirilmiş alma əlavə edin. Qaynadılmış yumurtadan, çuğundur və yerkökündən salat düzəldin.

Şam yeməyi
2-3 ədəd sürtgəcdən keçirilmiş kökün üzərinə qəhvəyi şəkər və ya bal tökün.

Bu gün 1 kilo arıqlayacaqsınız.

Altıncı və yeddinci gün:

İlk iki gün təkrarlayın.

Xüsusi qeyd: Pəhriz boyu yaşıl çay, ot cövhərləri və ya çoxlu su için. Qəhvəni rasiondan tamamilə çıxardın. Lakin giləmeyvə kompotlarını, təzə sıxılmış tərəvəz şirələrini içmək olar.

Əgər doymadığınızı hiss edirsinizsə, rasiona 2-3 alma əlavə edə bilərsiniz.

Tez və asan arıqlamaq bütün qadınların arzusudur. Qadınlar möcüzəli yollarla bu arzularını həyata keçirmək üçün çox şeydən vaz keçərlər. Tabloid.az xüsusilə qadınlar üçün tez cə asan arıqlamağın 20 yolunu açıqlayır.

1.Kökəlməyin ən ciddi səbəblərindən biri yemək aralarında atışdırmaqdır. Nə isə yemək istəyən zaman su için. Su sizə artıq çəki yığmaqdan xilas edəcək.

2.Soyuducunuzdan qəlyanaltılıq yeməkləri boşaldın. Beləcə həm pul xərcləməzsiniz, həm də sizi atışdırmağa itələyən səbəb yox olar.

3. Kifayət qədər yatın. Bununla yeyərək götürəcəyiniz enerjini yatarkən yığmış olarsınız.

4. Spirtli içkilərdən, çörək və karbohidratlardan uzaq durun.

5. Qaranlıq mühitdə olmamağa və axşamlar bir saat tez yatmağa çalışın. Əgər axşam film və ya proqram izləmək istəyirsinizsə, bunu qaranlıq deyil, işıqlı məkanda edin.

6. Mütləq səhər yeməyi yeyin. Bu, sizə gün ərzində xərcləməli olduğunuz enerjini verəcək və günorta yeməyində çox acmayacaqsınız.

7. Axşam saatlarında yemək istəyi hiss etdikdə sevdiyiniz musiqini dinləyin. Araşdırmalar göstərir ki, musiqi dinləyərkən və sevdiyiniz yeməyi yeyərkən beyin təxminən eyni dərəcədə qidalanır və eyni bölgəyə xəbərdarlıq gedir.

8. Ayaq üstdə heç bir şey yeməyin.

9. Yaşıl çay için. Araşdırmalar göstərir ki, yaşıl çay içmək bədəndəki kalorilərin yandırılmasında çox təsirlidir. Gündə 3 stəkan yaşıl çay içməyə çalışın.

10. Televiziya seyr edərkən, kitab və ya jurnal oxuyarkən, ya da e-maillərinizə cavab verərkən heç nə yeməyin.

11. Çölə çıxın. Gündə ən az 20 dəqiqə çöldə oturmağa, ya da yeriməyə diqqət göstərin. Çünki gün işığı yemək istəyinizi nəzarətdə saxlamağınıza kömək edir.

12. Sağlam qidalar yeyin. Çöldə yemək yediyiniz zaman soussuz salatlara üstünlük verin.

13. Özünüzü çox məcbur etməyin. Pəhriz saxlayırsınızsa, 1200 kaloridən aşağı düşməməyə diqqət edin.

14. Bağça işləri ilə məşğul olun. Güllərə su verin, onların qayğısına qalın, bağı səliqə-sahmana salın. 1 saat bağça işi ilə məşğul olmaq 500 kalori yandırmağa kömək edir.

15. Lift istifadə etmək əvəzinə pilləkənlə çıxın.

16. Ev işləri görmək ən təsirli idman növlərinə bərabərdir.

17. İplə hoppanın. Bu, möhtəşəm bir məşqdir və digərlərindən daha əyləncəlidir.

18. Tez-tez, amma az yeyin.

19. Şokoladı çox sevirsinizsə, hər axşam bir parça (təbii ki, kiçik) şokolad yeyin.

20. Özünüzü çətinliyə salmayın, hər şey beyində bitir.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.