Mədədə köp və qaz əlamətləri
*Mehriban sözlərlə danışaraq körpənin diqqətini öz əksinə baxmağa yönəldin.
Əqrəb bürcü haqqında ♏
Əqrəb bürcü altında doğulan insanları hər şeydən əvvəl həyatda gərgin, güclü və ehtiraslı olmaları səcıyyələndirir. Əqrəb bürcünü Mars və Pluton idarə edir. Bu planetlər Əqrəbə elə bir təmərküzləşmiş güc verir ki, əslındə hər şeyə qadir olur. Əqrəblər hakimiyyət istəyirlər. Onlar Oğlağın sımvolik görüntülü və Qoçun fiziki qüdrətli hakimiyyətini deyıl, bütün qüvvələrə nəzarət edən həqiqi hakimiyyəti ıstəyirlər. Onlar insanları öz iradəsinə tabe etməyi xoşlayırlar. Əqrəb istəyir ki, yaxın adamları və dostları onun ıradəsı ılə hərəkət etsinlər. Bu heç də nə qəddarlıq, nə də aldanışdır, sadəcə onların düşüncə tərzidir. Onun surprizdən xoşu gəlmir; gələcək haqqında biliyə əsasən hadisələri əvvəlcədən görür və necə hərəkət edəciyini yəqinləşdirir. Əqrəblər öz həqiqi hisslərini hər yerdə imkan olduqca gizlədirlər. Əslində qapalı olan bu insanların ıfadə etdikləri duyğu və həyacaniar həqiqi deyil, yalnız bır görüntüdür. Onlar belə güman edirlər ki, əsl hisslərini gizlədərlərsə, ətrafdakı insanların özlərini necə aparmasını bilər və situasiyaya nəzarət edərlər. Əqrəblər həmişə öz hisslərini bir növ cilovlayır və
enerjilərini fövqəladə vəziyyət üçün saxlayırlar. Heç kimdən asılı olmaq və köməksiz görünmək istəməyən Əqrəblər başqasının nəzarətində qalmağı da xoşlamırlar.
Onlar birdən partlamaqdan qorxurlar: daxillərində o qədər enerji toplanıb ki, qabağını buraxsalar kor bir qəzəb və hiddətə də çevrilə bilər. Əqrəbin qəzəb və hiddəti həqiqətən də dəhşətlidir: ona mütləq nəzarət olunmalıdır. Əqrəb hamıya, o cümlədən özünə əzab verir. Reai həyatda əqrəb özünü ölümcül səviyyədə sancır. Zodiak Əqrəb də eynilə onun kimidir.
Situasiya üzərində nəzarət istəyi — Əqrəbdə hər şeyi bilmək həvəsini gücləndirir: hadisələrin gedişatını izləmək, nə baş verdiyini aydınlaşdırmaq üçün bu çox zəruridir. Əqrəblərə həm də səylə işləmək və öz ambisiyalarını gerçəkləşdirmək keyfiyyətləri xasdır; nəyisə etmək qərarına gəldilər, başladıqları işi axıra çatdırıb məqsədlərinə nail olurlar. Bu — hərəkətdə olan enerjinin -Marsın yoludur. Nəyisə onların tələbləri üzrə dəyişdirmək lazımdırsa, hər şeyi yenidən — lap sıfırdan başlayıb qururlar. Bu isə Plutondur — zəruri hallarda hər şeyi əvvəldən başlamaq.
Əqrəb hər bir işi gərginlik altında edir, çünki belə yaranıblar. Başqa bürclərə nisbətən Əqrəb daha böyük intensivlik göstərir, həyatını və işini qərqin ritmlə keçirir.
Rəmzləri: əqrəb, çalağan, qartal, kəllə, şam, piramida.
Rəngləri: sarı, tünd-qırmızı, al, moruğu.
Metalları: dəmir, polad.
Rəngləri: akvamarin, karbunkul, mərcan, beril, yaqut, aydaşı, büllur, topaz, malaxit.
Çiçəkləri: qərənfil, pion, payızgülü.
Anatomik emfazası: cinsi orqanlar, onurğa, ürək-damar sistemi.
Tilsimləri: böcək, əqrəb, kəllə.
Xoşbəxt günləri: çərşənbə axşamı.
Uğurlu rəqəmləri: 4, 5, 8, 9, 1 0, 11, 21, 1 00, 666.
Uğursuz günləri: bazar ertəsi, cümə.
Ölkələri: Almaniya (Bavariya, Saksoniya), Norveç, Əlcəzair, İsveç, Mərakeş, Seylon.
Marsın təsiri altında 24 oktyabr — 2 noyabr tarixdə doğulanlar ümidsiz, təbabətə qabiliyyətli, müalicə etmək istedadı olan insanlardır. Onlar gənclikdə özünə inamlı və yetkinlik dövründə enerjili oliurlar. Mühüm illəri: 1 5, 30, 45, 60.
Günəşin təsiri altında 3-13 noyabr arasında doğulanlar təbiətcə güclü və ehtiraslı, təşəbbüskar və iradəli, nəcib və alicənab olurlar. Mühüm illəri: 1 5, 25, 30, 45, 50, 60, 75.
14-22 noyabr arasında Veneranın təsiri altında istedad, və güclü ehtiraslar, olan insanlardır. doğulanlar yüngülağıl, emosionai və vurğun, artist ıstedadı və güclü ehtirasları olan insanlardır. Mühüm illəri. 1 5, 25, 30, 45, 50.
Əqrəb bürcü və sevgi
Kişj
Əqrəb bürcü altında doğulmuş kişi öz seksual meyfinə çox bağlıdır. O, ehtiraslı, emosional və gözlənilməzdir. Xarakteri — öz arzu və istəklərinin dalmca gedərək heç bir maneəyə baxmadan onları ödəmək; nəticəsi barədə düşünməz. Qoy başqaları onu ürəksiz donjuan — arvad düşkünü hesab etsin — fərqinə varmir.
İnsanlar onun hipnotik seksuallığına — dəmir maqnitə cəzb olunduğu kimi cəlb oiunurlar. Güclü energetik sahəyə malikdir. Lakin qadının ona çox yaxınlaşmasında bir qorxulu cəhət var; seksuallığı xəbərdarlıqsız şəkildə partlaya bilər. Özünə nəzarət etmir. Artıq xoşagəlməz hadisələrlə üzləşmək istəmirsinizsə, ondan uzaq olun. Sevgi oyununda onunla lap yüksəklərə də qalxmaq olar, ən aşağı səviyyəli hərəkətlərə də enmək mümkündür. Çox ehtiraslı olub, məqsədinə çatmaq üçün hər hansı bir riskə gedə bilər; hətta qadını zorlamaqdan da çəkinməz. Kişi-Əqrəb xeyirxahhğı heç vaxt unutmadığı kimi, təhqir və incikliyi də həmişə yadda saxlayır. Yaralansa -yeganə məqsədi qisasçılıq olacaq. Münasibətlərində çox vaxt mübarizə və yarış elementləri olur. Asanlıqla özünə düşmən qazanır; onlar ehtiyatlı olmalıdırlar. İstəniiən konfliktdə Əqrəb təhlükəlidir; qəzəbli, məqsədyönlü və tərsdir. Cüzəşt və kompromis nə olduğunu biimədən axıra qədər vuruşacaq. O, mütəhərrik, dinamik və dostlarına sədaqətlidir. Emosional cəhətdsn qeyri-sabitdir. Heç kimdən asılı olmaq istəmir, ancaq kiməsə arxalanmalıdır.
Həzz və ləzzət aimaq üçün boş-boşuna çox enerji sərf edir. Alkoqolızmə və narkotikə meyli var, lakin başqalarına nisbətən güclü iradəsi və məqsədyönlüyü sayəsində daha tez mənfi adətlərdən yaxa qurtara bilir. Onun üçün iş çox vacibdir. Fiziki əməyi sevmir. Canlı təxəyyülü, cəsarəti və təşəbbüskarlığı onu uğura doğru aparır. Maliyyə işlərində praktikdir; pul məsələsində onu aldatmaq çətindir. Ürək məsələlərində «yox» sözünü başa düşmür. Onun fikrincə, ehtirasın özü bir qanundur. Hiyləgərlik, eqoizm, prinsipsizlik kimi xarakter əlamətləri ola bilər və bütün bunlar onun seksual macəralarında təzahür edir.
Qadın
Qadın-Əqrəb kişini heyran etmək üçün necə gəzmək, danışmaq və görünmək barədə bütöv bir kitab yaza bilər.O, çox seksualdır. Gözlərində və səsində ehtiras aşıb-daşır.
Cəlbedici kişi görəndə onu kütlədən ayırıb fəth etməyi bacarır. Xaricdən bir o qədər qəşəng olmasa da, hipnotik gözlərilə kişinin müqavimətini qırır; sanki kobra bədbəxt dovşanı ağuşuna alır.
Darıxdırıcı tərəfdaşları sevmir. Yüksək dərəcəli, rahat miniklərdə səyahəti xoşlayır və pula qızırqanmır. Enerjisi bir neçə qadına kifayət edər. Yaxşı işləməyi və əylənməyi sevir. Hər şeydə ifratçılığı var. Sevgiyə ciddi yanaşır. Bu bürcün kişisi kimi, o da öz ehtiraslarının quludur. Lakin onun həyat eşqi kişidən asılı olmadan mövcüddur.
Yataqda tələbkardır və çox az kişi olar ki, onun ehtiyacını tam ödəsin. Özünə münasib olmayanları sevmir. Digər tərəfdən, utancaq, psixoloji mövhumatlı impotentlərlə möcüzə yarada bilər; öz tərəfdaşının potensialını seks enerjisinə çevirər. İti ağlı və əla intuisiyası var. Ətrafına həddən artıq tənqidi yanaşır. Potensial dostlarını və sevgililərini uzun müddət öyrənir. Onunsa əsl xarakterini başa düşmək heç də asan deyil. Məqsədinə çatmaqda güclü iradəsi və böyük dözümü ona köməkdir. Seçdiyi yolda qətiyyətlidir; ətraf şəraitə uyğunlaşmağa cəhd etmir. Lakin xəyanəti heç bağışlaya bilmir. Qəzəbli qadın-Əqrəb iblisdən də dəhşətlidir. Onun qisasçılıq və dağıdıcılığı etibar və etimadını doğrultmayan şəxsi məhv etməyə qədər şiddətlənə bilər. Qısqanclıq — onun əsas nöqsanıdır. Zəifliyə nifrət edir. Ancaq bir şeydə əmin olun ki, o, emosional, ehtiraslı olduğu qədər də sevgisinə sədaqətlidir; özünü fəda etməyə, qurban verməyə də hazırdır. Nikah? Cördüyünüz kimi o, cənnət də, cəhənnəm də ola bilər; orta variant yoxdur. Yadda saxlayın: Zodiak bürcləri arasında Əqrəb hamıdan çox ifratçılığa meyl edir. Bu — təhlükəli qadındır. Əsəbləri zəif olanlar belə qadınların yanından ötüb keçməlidir.
Əqrəb bürcünün uyğunluğu
- Əqrəb — Qoç: Həddən artıq qeyri-sabit birlik. Qoç seksdə yenilikləri sevir, Əqrəb isə məmnuniyyətlə onlarda iştirak edir. Lakin Qoç qısqanc Əqrəb üçün həddən artıq azadlıqsevərdir. Hər ikisi eqoist, dinamik və ambisiyalıdır. Güclü qarşılıqlı cazibə yarana bilər, ancaq onların individualizmi ayrılığa səbəb olacaq. Qısa əlaqə, kələ-kötür uzunmüddətli münasibətlər.
- Əqrəb — Buğa: Hər ikisində tərəfdaşını yataqda məmnun etmək səyi var. Lakin gündüz vaxtı münasibətlərində fərqlər üzə çıxacaq: Əqrəb tənbəlliyin düşməni və simic, Buğa isə qazandığı pulu məsrəf etməyi xoşlayan insan. Hər biri qürurlu və tərsdir, üstünlük qazanmağa və hökm etməyə meyllidir. Yüksək seksuallıqları əlaqə imkanına ehtimal verir, ancaq nikah tamamilə şübhəlidir.
- Əqrəb — Əkizlər: Seksual baxımdan onlar yaxındırlar. Ancaq bu hələ hər şey demək deyil. Buna şüurlu münasibət zəruridir. Məqsədyönlü və inadkar Əqrəbə görə, Əkizlər hər şeyi həddən artıq asanlıqla qavrayırlar, qəbul edirlər. Dəyişkən Əkizlər malik olduqları iti ağlı hər bir fürsətdən istifadə etməklə nümayişkaranə göstərirlər. Əqrəb belə hərəkətləri açıq-aşkar vaxt itkisi hesab edir. Nahamvar əlaqə, çətin nikah.
- Əqrəb-Xərçəng: Bu iki su bürcü bir-birilə yaxşı yola gedir. Əqrəbin ehtirası Xərçəngdə həssas tərəfdaşını tapa bilir. Fiziki uyğunluq hər ikisinin əzab çəkdiyi qısqanclıq üzündən baş verən ixtilaflar azaltmağa kömək edir. Bunula belə, ixtilaflar yaranarsa kənar müşahidəci olmaq lazım deyil. Güc və havadarlığın harmonik ittifaqı daha çox ehtimal olunandır. Yaxşı əlaqə, gözəl nikah.
- Əqrəb — Şir: Hər ikisi çılğındır və kəskin ixtilaflar güc tətbiqilə qurtara bilər. Bu ittifaqda ehtiras çox şeyi idarə edir. Onlar bir-biri üçün fiziki cəhətdən cəlbedicidirlər, lakin Əqrəb Şirə onun ehtiyac hiss etdiyi hörmət və diqqəti göstərmir. Şirin izzəti — nəfsi yaralanır, bir çox situasiyalarda isə Əqrəbin qısqanc mülkiyyətçi səyləri sınağa çəkilir. Xoş əlaqə rnümkündür, lakin uzunmüddətli ittifaq uğursuzdur.
- Əqrəb — Qız: Onların bir çox maraqları üst-üstə düşür, lakin, bu — seksual sahəyə aid deyil. Onlar üçün yaxşı münasibətlər qurmaq çətin deyil. Qız öcəşkən, Əqrəb isə kobudluq dərəcəsində açıq ola bilər. Əgər Qız öz davranışına zəruri düzəlişlər edə bilərsə, yəqin ki, nəsə alına bilər. Müəyyən bir vaxt ərzində ruhi-mənəvi yaxınlıq; sonra isə Əqrəb özü üçün yeni seksual tərəfdaşlar axtarmağa başlayacaq.
- Əqrəb — Tərəzi: Əqrəb Tərəziyə həddən artıq mülkiyyətçi kimi və qısqanclıqla yanaşır. Tərəzi Əqrəb üçün həddərı artıq tənbəl və hissiyyatlıdır. Lakin hər ikisi ehtiraslıdır (hərçənd ki, Tərəzidə dəyişkən əhval-ruhiyyə var). Onlar birgə həyata məsuliyyətlə yanaşırlar. Tərəzinin dəbdəbəyə sevgisi üzündən problemlər mümkündür; Əqrəb bunu təmin etmək iqtidarında olmaya bilər. Əlaqələr müddətində tez-tez baş verən fırtınalar. Nikah da tam sakit keçməyəcək.
- Əqrəb — Əqrəb: Seksual planda onlar hətta suyun altında belə tonqal qalaya bilərlər. Lakin həddən artıq bir-birinə çox oxşayırlar. Hər ikisi qətiyyətli, mülkiyyətçi və qıSqancdır, dəhşətli xarakterə malik insandır. Əgər nədəsə fərqləri varsa, münasibətlərdə çatdaq əməiə gəlir və əlaqə buxarlanır. Onların ilkin qarşılıqlı cəzbetmələri yataq otağının isti atmosferindən kənarda uzun müddət qorunub saxlana bilməz. Əlaqə — ah! Nikah — oh. Dəhşətdir!
- Əqrəb — Oxatan: Təzə evə köçəndə onlara qiymətli hədiyyə verməyin: Əqrəb öz evini sevir, lakin Oxatan yola düşmək üçün həmişə çamadanını hazır saxlayıb. Oxatana azadtıq lazımdır, Əqrəb isə tələbkardır və həddən artıq böyük mülkiyyətçidir. Hətta Oxatanın yumor hissi də münasibətlərindəki nahamarlığı düzəldə bilmir. Onların qarşılıqlı cazibəsi sekslə izah olunur və uzun müddət davam edə bilməz. Bir gecəliyə — bəli, bütün həyatları boyu — xeyr.
- Əqrəb — Oğlaq: Hər ikisi inadkar, ambisiyalıdır və seksual baxımdan yaxşı uyğun gəlirlər. Böyük problemlər görünmür. Əqrəbin emosionallığı Oğlaqın təmkinilə yaxşı harmoniya təşkil edir. Əqrəbin sabitlik əldə etmək meyli Oğlaqın xoşuna gəlir. Əqrəb seksdə sentimentallıq axtarmır; bu, Oğlaqı da təmin edir. Uğurlu əlaqə, etibarlı nikah.
- Əqrəb — Dolça: Dolçanın əhval-ruhiyyəsindəki dəyişmələr Əqrəbi əsəbiləşdirir. Dolça evdən kənar ictimai işləriə məşğuldur; Əqrəb isə evə bağlıdır. Əqrəb azadlığı sevən Dolçanı özünə tabe edə bilmir. Dolça son dərəcə ünsiyyətcildir, Əgrəb isə əksinə. Əqrəb Dolçanın qeyri-praktik fikiriərini mənasız hesab edir. Yataqdakı akrobatika bu cütü biryerdə saxlamayacaq. Qoy hər biri öz yolu iiə getsin.
- Əqrəb — Balıqlar: Bu cüt üçün güclü qarşılıqlı meyl xarakterikdir. Balıqlar öz qətiyyətsizliklərini kompensasiya etmək üçün Əqrəbə bel bağlamağa hazırdırlar, və Əqrəbin hökmranlığa can atmağını məmnuniyyətlə qəbu! edirlər. Onların seksual həyatı məftunedicidir. Balıqlar ixtiraçı-yaradıcıdırlar. Əqrəb inadcıldlr. Həm əlaqə, həm də nikah uğurludur.
Əqrəblərin Sağlamlığı
Əqrəbin sağlamlığı tamamilə öz əlindədir. O, kədərli və bəd fikirlərə dalmaqla, habelə təhlükələrə qarşı laqeyd qalmaqla özünü məhv edə bildiyi kimi, güciü iradəsini toplayıb xilas da ola bilər. Əqrəbin anadangəlmə həyati qüvvələri böyükdür. Əqrəblər nadir hallarda xəstələnirlər, ancaq xəstəliyi ağır keçirirlər. Onların ən çox ağrıyan yerləri — burun (xroniki qanaxma), boğaz, ürək, kürək, ayaqlardır. Venaların genişlənməsi və qan-damar sisteminin xəstəlikləri tez-tez baş verir. Əqrəblər təhlükələrə nifrət etdiklərinə görə, onların başına çoxlu sayda bədbəxt hadisələr gəlir; əqrəblər yanğınlardan, partlayışlardan və s.-dən özlərini gözləməlidirlər. Əqrəblərin həyat enerjisi o qədər böyükdür ki, onlar doğularkən dünyaya gəlmələrini təmin etmək üçün əlavə qüvvələrə (enerjiyə) ehtiyac olur. Əqrəblərin doğumundan əvvəl və ya sonra bir il ərzində onların qohumları vəfat edir. Və əksinə Əqrəb vəfat edib bu dünyadan köçəndə azad olmuş enerji o qədər çox olur ki, yeni varlığın həyata gəlməsinə bəs edir. Əqrəbin ölümündən bir il əvvəl və ya sonra keçən müddətdə ailədə təzə uşaq doğulur.
Karyera və Əqrəb bürcü
Əqrəb bürcü altmda doğulan insanlardan şturman, cərrah, dənizçi, kimyaçı, şaxtaçı, mexanik çıxır. Əgər yaxşı səsi varsa, yəgin ki, onu estrada və opera müğənnisinin karyerası gözləyir.
Əqrəbdə idrak, hissiyyat və emosiyalar əla şəkildə tarazlaşıb. Əgər yüksək intellekti varsa, Əqrəbdən filosof ola bilər, həyatın mənasını axtarmaqla məşğul olar.
- Teqlər:
- əqrəb bürcü
- , capricorn
- , eqreb burcu
- , eqreb burcunun ozellikleri
- , eqreb burcunun xususiyyetleri
- , eqreb burcu haqqinda melumat
- , eqreb burcunun uygunlugu
Mədədə köp və qaz əlamətləri
Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli sayılmasa da, əmələ gəldiyi zaman qarında ağrılara səbəb ola bilir. Xüsusən də qazı çıxarmaq lazım gəldikdə və insanlarda narahatlıq və utanma hissi meydana çıxır.
Mədədə köp və qazın olması bağırsaqlarda xəstəliklərin olmadığı zamanlarda da meydana gələ bilıir. Bu qəbul edilən qidalarla da əlaqəli ola bilir. İnsanın gün ərzində 10 dəfə qaz çıxarması normal hesab edilir.
Mədədə əmələ gələn qazları sadə yollarla da çıxarmaq mümkündür. Mədədə köp və qazın olmasının əlamətləri aşağıdakılardır:
* kəskin qarın ağrısı
* spazmlar
* qarında bir şeyin dolaşması hissi
* qarında köp əlamətləri
* qarında sancılar.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bəzən kor bağırsaq sancıları, ürək və öd kisəsi xəstəlikləri də mədə köpünə bənzər əlamətlərlə meydana gələ bilir. Müalicə tədbirləri götürməzdən əvvəl mütləq sancıların nə səbəbli meydana çıxdığı həkim tərəfindən araşdırılmalıdır. Mədə və bağırsaqlarda qaz və köpün olması patologiya sayılmasa da bəzi hallarda bu əlamətlərlə birlikdə aşağıdakı əlamətlər də meydana çıxarsa, mütləq həkimə müraciət etmək lazımdır:
* uzun zaman baş verən qarın ağrıları
* nəcsin rəngində baş verən dəyişikliklər
* həddindən artıq arıqlama
* şiddətli sinə ağrıları
* qalıcı və tez-tez baş verən ürəkbulanmalar.
Qazın əmələ gəlməsinə karbohidratlı və lifli qidalar səbəb olabilir. Aşağıdakı səbəblər də bağırsaqlarda qaz sancılarının əmələ gəlməsinə səbəb olur:
* meyvələr
* tərəvəzlər
* kəpəkli taxıl məhsulları
* lobya və paxlakimilər
* qazlı içkilər
* sürətli yemək
* həzm sistemində pozumalar
* xronik bağırsaq xəstəlikləri
* sintetik qidalar
* rejimsiz qidalanma.
Milli.Az
3 – 6 aylıq körpələrlə necə oynamaq olar?
Ailəyə yeni gəlmiş körpəyə ilk lazım olan qayğı və diqqətdir. Bunun üçün də valideynlər körpənin həm fiziki sağlamlığının inkişafına, həm də əqli inkişafına səy göstərməlidirlər.
Körpənin erkən əqli inkişafında oyunların xüsusi rolu vardır. Bu oyunları valideynlərin də bilməsi və körpələri ilə çox zaman keçirməsi onların gələcək inkişafı üçün vacibdir.
3 – 6 aylıq körpələrlə oyun variantları
1.Təyyarə oyunu
Əgər körpə yaxşıca yatıb yuxusunu almışsa,onun əhvalı yerindədirsə,bu oyunu onunla oynamaq olar.
Təyyarə oyunu körpəyə ətraf dünyanı daha yaxşı tanımasına kömək edəcəkdir.
*Körpəni üzü sizə doğru olmaqla qucağınıza alın
*Üçə qədər saymaqla yavaş-yavaş,ani hərəkətlər etmədən körpəni yuxarı qaldırın.
*Tələsmədən körpəni öz üzərinizdən hərəkət etdirərək otaqları gəzdirin
*Bu “səyahət zamanı” təyyarə səsinə bənzəyən səs çıxarmağı unutmayın.Otaqlarda olan əşyaların adlarını söyləyin.Evdə yolunuza çıxanları salamlayın.
*Gördünüz ki,körpə oyundan sıxılmağa və ya yorulmağa başladı,oyunu dayandırın və başqa bir oyuna keçin.
2.Yelləncək oyunu
Bu oyunu daha çox yuxudan evvel oynamaq məsləhətdir.
*Döşəməyə oturun,dizlərinizi bir qədər bükün.
*Körpəni dizləriniz üzərinə elə qoyun ki,ayaqları sizin qarnınıza dəysin,başı isə dizlərinizdə qalsın.
*Körpənin qollarından tutaraq,dizlərinizi bir-birindən ayırmayaraq, beliniz üstə aşağı-yuxarı hərəkət edin.
*Bu hərəkəti bir neçə dəfə təkrar etməklə “yelləncək”dəymişsiniz kimi təsəvvür edin və körpəyə mehriban sözlər demeyi unutmayın(mahnı da oxuya bilərsiniz)
3.At üstündə gəzinti
Bu oyun 6 aylıq körpələr üçündür,çünki onların sərbəst oturması lazımdır.
*Stulda oturun\azca ayaqlarınızı aralayın.
*Körpəni üzü sizə tərəf olmaqla bir ayağınızda şəkildə göstərildiyi kimi oturdun.
*Körpəni qoltuq altından yaxşıca tutun.
*Ayağınızla körpəni yuxarı-aşağı hərəkət etdirin,arada bir pəncənizi də yerə vurun,sanki at üstündə hərəkət kimi olsun,ani hərəkətlərə yol vermək olmaz,bu hərəkət zamanı şən mahnı oxuyun.
4.Lift oyunu
Körpələr çox vaxt qucaqda gəzməyi sevirlər.Bu zaman onlarla lift oyununu oynamaq olar.
*Körpəni qoltuqaltından tutub öz boyunuz səviyyəsində qaldırın və lift oyunun başlayacağını bildirin.
*Tələsmədən körpəni başınızın üstünə qaldırın,sonra döşəməyə qədər endirin və “Yuxa-a-a-a-rı qalxırıq,aşa-a-a-a-ğı enirik!” söyləyin.
*Oyunu bitirdikdə “Gəlib çatdıq” deyib körpənin qarnından öpün.
5.Sehirli güzgü oyunu
Güzgü hər zaman körpələrin diqqətini çəkər.
Bu oyunu böyük ölçülü güzgü qarşısında oynamaq olar.
*Körpəni qucağınıza alın və aynanın qarşısında elə dayanın ki,onu görə biləsiniz.
*Mehriban sözlərlə danışaraq körpənin diqqətini öz əksinə baxmağa yönəldin.
*Körpənin öz əksini gördüyünə əmin olduqdan sonra onun əlini sallayın və deyin:”Bax-bax körpə bizlə salamlaşır”
*Müxtəlif hərəkətlər və jestlər etməklə oyunu davam etdirin.
*Körpənin reaksiyasını diqqətlə izləyin,yorğunluq hiss etdiyiniz zaman oyunu dayandırın.
6.Şap-şup oyunu
Körpəni çimdiəirkən də oyun oynamaq mümkündür.Bu zaman körpənin əldən sürüşməməsinə diqqət etmək lazımdır.
*Vannaya körpənin dizlərini keçəcək qədər su tökün və suyun temperaturuna diqqət edin.
*Körpənin əlindən tutaraq ona suya şappıldatmayı öyrədin.
*Körpə bunu öyrəndikdən sonra yalnız əlləri ilə deyil,ayaqları ilə də suya şappıldatmağa başlayacaq.
*Oyun zamanı sizin şən olmanız körpəyə də təsir edəcəkdir.
*Əlbəttə ki,bu oyun sizə asan başa gəlməyəcək,oyundan sonra üstünüz,döşəmə su içində qalacaq,amma bunları oynamağa və körpəni sevindirməyə dəyər.
Qeyd: Körpəni heç zaman vannada yalnız başına buraxmayın!
Comments are closed, but trackbacks and pingbacks are open.