Dayan, umbay
Görünür, reklam bloklayıcı istifadə edirsən. Biz də edirik ^^. Reklamların cansıxan olduğunu anlayırıq, amma saytın istifadəsi hər kəsə açıq qalsın deyə server xərclərini ödəməliyik. Artıq atamız cibimizə pul basmır. Serverin xərcin çıxartmalıyıq. :’)
İştahı bıçaq kimi kəsir – GÜNDƏ 1 OVUC YEYİN
Noxud aclığın qarşısını alan ilk qidalardan biridir. Mütəxəssislərin fikrincə, noxud yeməklə arıqlamaq mümükündür. Bəs noxudu gündə nə qədər yemək lazımdır? Məhz yaz fəslində qovrulmuş noxud ilə iştahınızı cilovlaya bilərsiniz.
Baharın gəlişi ilə internetdə ən çox axtarılan mövzulardan biri də həm sağlam, həm də effektiv şəkildə necə arıqlaya bilərəm? sualının cavabıdır. İştahı azaltma xüsusiyyəti ilə arıqlamaq istəyənlərin imdadına gələn sarı noxudla istədiyiniz çəkiyə enə bilərsiniz.
Diyetoloqların pəhriz siyahılarına daxil olan noxud gün ərzində mütləq istehlak edilməlidir, çünki kalorisi azdır və mədə turşusunu azaldır
Noxud suyu udmaq qabiliyyətinə malik olduğundan mədənin özlülüyünü artırır. Bu da mədənin boşalmasını gecikdirir. Beləliklə, gün boyu tox hiss edərək, daha az qidalana bilərsiniz.
Noxud eyni zamanda tərkibindəki yüksək lif sayəsində həzm sisteminə də faydalıdır və qəbizliyi aradan qaldırır.
Araşdırmalara əsasən, noxud sağlam arıqlamaq üçün olduqca təsirlidir.
1 qram noxud təxminən 3 kaloridir.
1 stəkan noxud təxminən 214 kaloridir.
1 stəkan (orta) noxud təxminən 456 kaloridir.
1 ovuc noxud 54 kaloridir.
Mütəxəssislər xüsusilə sarı noxudun qovrularaq istehlak edilməsini tövsiyə edirlər. Sarı qovrulmuş noxudun sağlamlığa heç bir zərəri yoxdur.
Gündə bir dəfə bir ovuc şəklində istehlak edilməlidir. Hər gün istehlak etdiyiniz bir ovuc noxud iştahınızı kəsəcək və arıqlamağınıza kömək edəcək.
Bununla yanaşı, gündəlik qidalanmaya da diqqət edilməli və ən azı gündə 1 saat piyada gəzmək lazımdır.
Sevinc Hüseynova
Saglamolun.Az
Dayan, umbay!
Görünür, reklam bloklayıcı istifadə edirsən. Biz də edirik ^^. Reklamların cansıxan olduğunu anlayırıq, amma saytın istifadəsi hər kəsə açıq qalsın deyə server xərclərini ödəməliyik. Artıq atamız cibimizə pul basmır. Serverin xərcin çıxartmalıyıq. :’)
arıqlamaq
#sağlamlıq
Necə arıqlaya bilərəm ? 55-56 kgyam boyuma görə normaldı amma 48-50yə düşmək istəyirəm. Su iç falan desəz su içirəm çoxlu. 2 həftə ərzində arıqlamalıyam. Effektiv üsullar bilirsinizsə mütləq deyin.
2. @1 1.65 gizli @68118
1 əjdaha umbay
3. Qız, yoxsa damarlarında qan axan homosapiens? gizli @68119
əjdaha umbay
4. Su orucu tutanda-arıqlamağa görə etmirsim amma- 3 günə 6 kg düşmüşdüm.
Səhhətində buna əngəl problem yoxdursa, və sonrasında diqqət edib itirdiklərinin yerinə tam sağlam vitaminli qidalar yeyecəksənsə edə bilərsən. kilon qalıcı olar onda. haillucifer @68120
əjdaha umbay
5. Xurma diyetini yoxla Peasaphira @68121
əjdaha umbay
6. Hər yeməkdən yarım saat qabaq su iç. Səhərə nə yesən qara lavaşla ye. Günorta salat. 5-6dan sonra meyvə ye çoxlu. Armud nektarin banan. Yemək yemə. 11dən gec yatma.
Gecə yemək yemə. 6-11ə acsan eti petite beurre peçenye var ona smetan yaxx ye ya da smetansız. 4 ədəd ye tutur. bakirfikir @68124
əjdaha umbay
7. Su onsuzda adamı arığlatmır ki? bədənin 70% sudu elə, indi fikirləş gör su adamı arığladır ? yoxsa əksinə canlı tutur ) gizli @68134
əjdaha umbay
8. ən effektli üsul- axşam yatmazdan əvvəl qatığın içinə limon suyu, zəncəfil bir də acı bibər tozu töküb qarışdır ye. Səhər duranda da adi ilıq su iç. 3 günə nəticə görəcəksən. albatros və qağayı @68147
əjdaha umbay
9. @9 qatıq yeyə bilmirəm 🙁 gizli @68148
əjdaha umbay
10. Təcrübəylə sabit iki üç şey deyəcəm;
1. Yemək porsiyanı kiçilt- bunun üçün də qabını kiçilt. Nəlbəki boyda qablarda qoy yeməyi. Bu zaman qabda yemək gözünə az görünməyəcək və gözün də doyacaq.
2. Ara öyünləri yığışdır, sabit yemə zamanların olsun; günorta yeməyi, axşam yeməyi və s.
3. Yeməməyə, arıqlamağa fokuslanma. Fokuslandığın an beyin dayanmadan “yeməəəək” deyə bağırmağa başlayır və əvvəlkindən də çox yeyirsən.
4. Ən effektiv və axmaq metodu deyirəm, hansı ki, bu heç sağlam iş deyil. İyrən! Yediyin hərşeyi, içdiyin suyu da qoxla. Yeməyə qarşı iyrənmə hissi yarat özündə. Uzağı bir həftəyə yaxşı arıqlayacaqsan. Yenə vurğulayıram; bu effektiv amma axmaq metoddur.
İradəli ol, uğurlar. bir gül ilə bahar gələr @68149
1 əjdaha umbay
11. @11 təşəkkürlər gizli @68150
1 əjdaha umbay
12. 12 gündə 9 kq arıqlamışdım keçən il apreldə.
Deməli, enerji tələbatını tünd kofe ilə ödəyirsən. Aclıq hissini öldürmək üçün də siqaret çəkirsən.
13. Petruşka suyu. Detoks suyu olaraq gedir deyəsən, nə bilim. 1-2 dəst petruşkanı atırsan 1 litr suyun içinə yüngül qaynayandan sonra söndürüb soyumağa buraxırsan. Sonra da 1 limonun suyunu sıxıb gedib gəlib içirsən. Mümkünsə ac qarına iç. Acmaq hissini aradan qaldıracaq. Sonra da kökəltməyən doyurucu qida olan qreçkaya aban. heçözüdəbilmir @68164
1 əjdaha umbay
Comments are closed, but trackbacks and pingbacks are open.