Press "Enter" to skip to content

Ti yeyilən və yeyilməyən heyvanlar

Cənab cavab verdi – TOEFL vs IELTS (17 gün əvvəl)

Kişinin aşiq olduğunu necə bilmək olar?

Bir kişinin həyatda ən çox əhəmiyyət verdiyi şeylərdən biri .

07.06.2021 18:07 2 dəq oxuma

Əslində hər kəs sevgisini müxtəlif şəkildə göstərir. Lakin bəzi ümumi davranışlar kişilərin qarşısındakına olan hissləri haqqında ipucları verə bilir.

TurpKimi.com kişinin aşıq olub-olmadığını göstərən işarələri təqdim edir:

1 – Sizi bütün hallarda gözəl görür…

Əlbəttə, saçlarınız baxımlı və parıltılı olanda sizə tərif yağdırması təbiidir. Əgər bir kişi sizi sevirsə, yataqdan qalxdığınız andan yatana qədər ötən hər saniyədə, istər baxımlı görünmək üçün çoxlu pul xərcləyin, istərsə də təbii halınızla, makiyaj belə etmədən gəzin, o sizin yenə də gözəl olduğunuzu düşünəcək. Bu, onun gözünün sizdən başqasını görməməsi deməkdir.

2 – Təriflər yağdırar

Kişilər hər nə qədər “mənim üçün daxili gözəllik vacibdir, fiziki dəyərlərə çox əhəmiyyət vermirəm”desələr belə, mütləq xarici gözəlliyə baxarlar. Xüsusilə də bir kişi ilk olaraq sizi başdan ayağa süzməklə aşiq olduğunu bəlli edər. Daxili gözəlliyiniz olsa da, siz hər zaman gözəl və baxımlı olmağa çalışın.

3 – Dinləyər

Əgər bir kişi sizdən xoşlanırsa, səs tonunuz, diksiyanız, ümumiyyətlə sözlərinizlə ona necə təsir edəcəyiniz onun üçün maraqlıdır. Yanınıza gələrək sizinlə danışmaq və suallar vermək istəyər. Kişilər güldürən və bacarıqlı qızlardan xoşlanırlar. Məsələn, ona uşaqlığınızda yaşadığınız gülməli anlardan danışa bilərsiniz. Bu zaman asta-asta və təsiredici səstonuyla danışmağa səy göstərin.

4 – Fədakar olarlar

Əgər bir kişinin sizdən xoşu gəlirsə, instinktiv olaraq sizi qorumaq istəyəcək, məsələn adamların çox olduğu bir yerdə narahat olduğunuzu görsə, sizin üçün dalaşa bilər. Sizə suallar verərək ehtiyaclarınızı anlamağa çalışar. Sağlamlığınızın və əhvalınızın yaxşı olmasını hər kəsdən çox istəyər. Sizi hər an qorumağa çalışar, üzülməməniz üçün əlindən gələni edər.

5 – Vaxt ayırmanızı istəyər

Bir kişinin həyatda ən çox əhəmiyyət verdiyi şeylərdən biri diqqətdir. Yəni ona diqqət yetirməyinizi və onunla vaxt keçirmənizi gözləyər. Onunla maraqlandığınız zaman xoşbəxt olar, ona vaxt ayırmadığınız zaman isə qısqanclıq hissləri baş qaldırar.

6 – İlk olaraq sizsiniz

Sevən insan üçün sevgilisi öndə gələr. Hətta siz onun ailəsindən və ən yaxın dostlarından belə öndə gəlirsiniz. Əvvəlcə sizin yaxşı olmanızı, sizin gülməyinizi və xoşbəxt olmağınızı istəyər.

Firuzə Alimova / TurpKimi.com

Yazılıb: 02-10-2019

Əti yeyilən və yeyilməyən heyvanlar

Sual: Əti yeyilən və yeyilməyən heyvanları siyahı halında bildirə bilərsiniz?

CAVAB

Quruda yaşayan heyvanlar və quşlar üçün hədisi-şərifdə belə bildirilmişdir:

“Köpək dişi olan yırtıcı heyvanlar və pəncəsiylə ov edən quşlar yeyilməz.” (Müslim)

Əti yeyilməyən quruda yaşayan heyvanlar:

Donuz, canavar, ayı, aslan, pələng, leopard, bəbir, panda, yaquar, puma, sincab, samur, dələ, skuns, qorilla, meymun növləri (şimpanze, babun, gibon, oranqutan), kaftar, fil, it, pişik, qunduz, porsuq, vaşaq, çaqqal, tülkü, dələ fəsiləsindən olan heyvanlar kimi, ovunu köpək dişiylə tutan yırtıcı heyvanlar yeyilməz. (Şafiidə tülkü, kaftar, samur, sincab və dələ yeyilir.)

Əti yeyilən quruda yaşayan heyvanlar:

Zürafə, kenquru, dovşan yeyilir. Əti yeyilən qoyun-keçi, mal-qara (camış, inək, öküz), dəvə kimi ev heyvanların, yabanı olanları da yeyilir. Məsələn kəl, bizon, yabanı inəkdir. Lama yabanı dəvədir. Yəni bunlar yeyilir. Keçinin yabanısı olan dağ keçisi, maral, ceyran, antilop yeyilir. Yabanı qoyunlar da yeyilir. Ev heyvanı at tənzihən məkruhdur. Poni, bir at növüdür. At əti, Şafii və Hanbəlidə halal, Malikidə haramdır. Yabanı atlar yeyilir. Ev heyvanı eşşək yeyilməz. Yabanı eşşək deyilən zebr yeyilir.

Əti yeyilməyən quşlar:

Ovunu pəncəsi ilə tutan və leş yeyən, çalağan, qartal, çərkəz, quzğun, leş qarğası, yarasa, qırğı, şahin, qağayı, leylək, flamingo, vağ, leylək kimi quşlar yeyilməz.

Həşəratlar da yeyilməz:

Həşərat, yəni torpaq içində yuvası olan kiçik heyvanlar, halal deyildir. Siçan, əqrəb, ilan növləri, kərtənkələ, timsah, gənə, səməndər, qurbağa, tısbağa, ilbiz, arı, ağcaqanad, qaraqanad, köstəbək, kirpi, taxtabiti, bit, birə kimi həşərat yeyilməz. (Şafii və Malikidə, kirpi və kərtənkələ yeyilir.)

Əti yeyilən quşlar:

İyrənc olmayan, leş yeməyən, ovunu pəncəsiylə tutmayan quşlar yeyilir.

Sağsağan, qumru, bülbül, kanarya, tutuquşu, kəklik, qırqovul, dəvəquşu, göyərçin, bildirçin, tarla qarğası, tovuzquşu, qaranquş, bayquş, tutuquşu, durna, saka quşu, kol quşu, alacəhrə, sərçə və sığırçın kimi quşlar halaldır. Birəbitdən məkruhdur. (Qağayı Hənəfi və Hanbəlidə yeyilməz. Malikidə qağayı və balıqcıl yeyilir. Şafiidə qaranquş, tovuzquşu, birəbitdən, tutuquşu yeyilməz. Qağayı, balıqcıl kimi dəniz quşları yeyilir.)

Əti yeyilən hin heyvanlarının yabanıları sayılan qaratoyuq, yabanı ördək, yabanı qaz, qu kimilər yeyilir. Hinduşka yabanısı sayılan dəvə quşu yeyilir.

Dəniz heyvanları:

Hənəfi xaric digər üç məzhəbdə dəniz məhsullarının hamısı yeyilir.

Hənəfidə balıq şəklində olmayan heç bir dəniz məhsulu yeyilməz. Məsələn, səkkizayaqlı ilbiz, kalmar, dəniz donuzu, dənizatı, dənizayğırı, meduza, dənizayısı kimi heyvanlar və yencək, midyə, xərçəng, krevet, dənizilbizi kimi həşəratı yeyilməz. Qızılbalıq, paltus balığı, delfin, balina, ilan balığı, pişik və it balığı yeyilir.

Nəcis yeyən heyvan

Sual: Nəcis yemiş olan heyvanı yemək caizdir?

CAVAB

Təzək və başqa nəcis şeyləri yeyən heyvanın əti iy verərsə yeməsi məkruhdur. Təmiz şeylə bəslənib pis qoxusu qalmazsa caiz olar.

Nəcis yemiş olan toyuq, qoyun və malı dərhal kəsib yemək məkruhdur. Toyuğu 3, qoyunu 4, mal və dəvəni 10 gün həbs etmək, yəni nəcis yedirməyib təmiz qida ilə bəsləmək lazımdır. Şafiidə isə dəvə 40, mal 30, qoyun 7, toyuq 3 gün həbs edilir.

Haraları yeyilməz?

Sual: Əti yeyilən heyvanların yeyilməyən yerləri haralardır?

CAVAB

Əti yeyilən hər heyvanın 7 yeri yeyilməz. Bunlar, axan qan, sidik aləti, xayaları (qoç yumurtası), ifrazat orqanı, öd kisəsi, dişi heyvanların önü və sidik kisəsidir.

Kəsmədən öldürülənlər

Sual: Kəsmədən öldürülən heyvanlar yeyilirmi?

CAVAB

Kəsilməyib, bir yerinə bıçaq sancaraq, alnına vuraraq və ya boğaraq və ya dərmanlayaraq, elektrikləyərək öldürülən quruda yaşayan heyvanlar leş olar. Bunları yemək haram olar.

Heyvandan çıxanlar

Sual: Ölən heyvandan çıxarılan pendir mayası və ya süd təmizdir?

CAVAB

Yalnız süd əmib başqa bir şey yeməmiş olan kiçik quzuların öldükdən sonra qarınlarından çıxarılan pendir mayaları təmizdir. Qoyun, mal kimi ölmüş heyvanların məmələrindən çıxan südlər də təmizdir.

Həyat əlaməti varsa

Sual: Diri olub olmadığı bəlli olmayan heyvan kəsilərsə yeyilir?

CAVAB

Xəstə və ya huşunu itirilən bir heyvan diri olub olmadığı bilinmirsə kəsilərkən hərəkət etsə və ya diri heyvandakı kimi qan çıxarsa yeyilir. Çünki bunlar həyat əlamətidir. Həyat əlaməti yoxdursa yeyilməz.

Kolbasa və vetçina

Sual: Kolbasa və vetçina yemək caizdir?

CAVAB

Avropada ümumiyyətlə kolbasa donuz ətindən hazırlanır. İnək ətindən də hazırlananı vardır. Vetçina, Fransızca donuz kolbasası, donuz basdırması deməkdir. Ancaq inək ətindən hazırlanarsa yeyilməsində zərər olmaz. Yalnız adına görə bir qidaya haram deyilməz.

Heyvana təcavüz

Sual: Çoban tərəfindən təcavüzə düşən keçi kəsilərsə, ətini yemək caiz olar?

CAVAB

Bəli, caizdir.(S. Əbədiyyə)

Ehtiyac halında məzhəb təqlidi

Sual: Ehtiyac olanda digər məzhəbləri təqlid edərək dəniz həşəratı yeyilir?

CAVAB

Məzhəblərdəki fərqli hökmlərin rəhmət olduğu hədisi-şəriflə bildirilmişdir. Zərurət və ya ehtiyac olanda, başqa məzhəb təqlid edilərək, o məzhəbdəki halal olan bir heyvan yeyilir. Məsələn kirpi ətinin ekzema, qaşıntı, sədəf, baras (bədəndə ağ ləkələr halında olan dəri xəstəliyi) kimi dəri xəstəliklərinə və dələ deyilən fil xəstəliyinə yaxşı gəldiyi Həyatül- heyvan kitabında yazılıdır. Hənəfi və Hanbəli məzhəbində kirpi əti yemək haramdır. Şafii və Maliki məzhəbində caizdir. Təsirli başqa mübah bir dərman yoxdursa, xəstənin, bu iki məzhəbdən birini təqlid edərək kirpi əti yeməsi caiz olar. Kirpinin başını bəsmələ ilə kəsmək lazımdır. Kirpi insanların yanında başını gizləyər, suya qoyanda başını çıxarar. Beləcə başını kəsmək asan olar.

Ac qalıb öz məzhəbinə görə halal olan yemək tapa bilməyən kimsə, başqa məzhəbdə halal olan bir yeməyi yeyər. Heç bir məzhəbdə də çarə tapa bilməzsə, ölməyəcək qədər haram olan qidadan yeyib içməsi caiz olar. (Hədiqə)

Başqa məzhəbə riayət etmək

Sual: Öz məzhəbində caiz, amma başqa məzhəbdə haram olan bir şeyi yeməmək daha yaxşı olar? Məsələn, tülkü əti Şafiidə halal, Hənəfidə haramdır. Şafiilərin də yeməməsi uyğun olmazmı?

CAVAB

Əlbəttə, digər məzhəblərə də riayət etmək müstəhəb olar, yaxşı olar. Məsələn, Şafiilər dəniz həşəratı yeməsə yaxşı olar.

Şafiidə qadına toxunmaq dəstəmazı pozar. Hənəfilər də qadına toxunanda dəstəmaz almaları müstəhəb olar, yaxşı olar. Almasalar da caiz, amma o biri haqq məzhəblərə də tabe olmaq müstəhəb olar.

Yeyilməyən heyvanlar

Sual: Bəziləri, “İt, ilan, qartal kimi bütün heyvanlar halaldır. Donuzdan başqa heç bir heyvan haram deyildir. Donuzun da, yağı, dərisi və gerisi halaldır. Heç bir hədisə inanılmaz” deyirlər. Peyğəmbər əfəndimiz 23 il dini təbliğ etmədimi? 23 il içində nəyin haram, nəyin halal olduğunu bildirmədimi? İtin halal olduğunu bildirən bir kitab vardır? Bunlar Peyğəmbər əfəndimizin bildirdiklərinə niyə inanmırlar?

CAVAB

Bir heyvan leşdirsə, əti murdar, yağı və qanı təmiz olmaz. Qurani-Kərimdə açıq şəkildə yazılmır deyə donuzun pisliyinə halal deyilər?

Bunların hədisi-şəriflərə inanmamalarının bir neçə səbəbi ola bilər:

1- Rəsulullahın yalan və ya səhv söyləyəcəyini zənn etmiş ola bilərlər. Peyğəmbər əfəndimizin doğru, əmin olduğu bir çox ayəti-kərimə ilə bildirilir. Haşa, Allahu təalanın halal etdiklərinə haram demiş olsaydı, Allahu təala müdaxilə etməzdi? Bu ayəti-kərimə məali:

“ Əgər o (Peyğəmbər) bizə istinadən, bəzi sözlər uydursaydı, biz onu cəld tutub can damarını qoparar, həlak edərdik, heç biriniz də buna mane ola bilməzdiniz.” (Haqqa 44-47)

Deməli, Peyğəmbər əfəndimizin Qurani-Kərimə zidd bir şey söyləmədiyi, bu ayəti-kəriməylə də sabitdir. Bu halda, Rəsulullah əfəndimizin haram etdiyi hər şey, Qurani-Kərimə uyğundur. Ona tabe olmaq Qurani-Kərimə tabe olmaq olar. Bir neçə ayəti-kərimə məali:

“İxtilaflı bir işin hökmünü öyrənmək üçün Qurani-Kərimə və Sünnəyə baxın!” (Nisa 59)

“İxtilaflı şeyləri insanlara açıqlayasan deyə bu Kitabı sənə nazil etdik.” (Nəhl 44, 64)

“Rəsula itaət edən, Allaha itaət etmiş olar.” (Nisa, 80)

“O nəbi, gözəl şeyləri halal, pis şeyləri haram edər.” (Əraf 157)

2-Əshabı-kiramın yalan söylədiyini zənn edirlər. Əshabı-kiram Tövratda, İncildə və Qurani-Kərimdə təriflənmiş, hər birinin Cənnətlik olduğu açıqca bildirilmişdir. Bir ayəti-kərimə məali belədir:

“Məkkənin fəthindən əvvəl Allah üçün mal verib döyüşənlər, daha sonra mal verib döyüşənlərlə eyni deyildir. Onların dərəcəsi sonradan Allah yolunda xərcləyib döyüşənlərdən daha yüksəkdir. Ancaq Allah hamısına da ən gözəl olanı (Cənnəti) vəd etdi” (Hədid, 10)

Ayəti-kərimədə azmışlara fürsət verməmək üçün, və küllən vaadallahül hüsna buyurulur. Yəni Allah hər birinə Cənnəti söz vermişdir buyurulur. Fəzilət baxımından Məkkənin fəthindən əvvəl Müsəlman olanlar daha sonra Müsəlman olanlardan əlbəttə üstündür. Amma hamısı da Cənnətlikdir.

Hamısının Cənnətlik olduğuna dair başqa bir ayəti-kərimə məali:

“Mühacirlərin və Ənsarın (Mühacir əshaba kömək edənlərin) əvvəl gələnlərdən və bunların yolundan gedənlərdən Allah razıdır və bunlar da Allahdan razıdır. Allah bunlar üçün altından çaylar axan Cənnətlər hazırladı. Bunlar Cənnətlərdə əbədi olaraq qalacaqdırlar.” (Tövbə 100)

3- Rəsulullah da, Əshab da doğru söylədi. Amma hədis alimləri yalan söyləmiş zənn edə bilərlər. Alimlərə etimad etməmizi Allahu təala bildirir. “Bilmirsinizsə alimlərdən soruşun” buyurur. (Nəhl 43)

Peyğəmbər əfəndimiz də buyurur ki:

“Alimlərə tabe olun.” (Deyləmi)

“Alimlər Peyğəmbərlərin varisləridir.” (Tirmizi)

“Alimlər rəhbərdir.” (İ.Nəccar)

Bu iddia sahibləri başqa dindən ola bilərlər. Müsəlman kimi görünüb müsəlmanların etiqadlarını pozmaq istəyirlər. Geriyə, başqa ehtimal qalmadı.

Təcavüzə düşən heyvan

Sual: Təcavüzə məruz qalan mısmıl (murdar olmayan) heyvanın əti yeyilir?

CAVAB

Belə işi sadist deyilən ruh xəstələri edər. Çox çirkin və böyük günahdır. Təcavüzə məruz qalan heyvan kəsilib yandırılır. Yandırmayıb ətini yemək də caizdir. (F. Hindiyyə, Dürr-ül-muxtar, S. Əbədiyyə)

İt təmizdir?

Sual: Bir şeirdə oxumuşdum. Malikidə it təmiz imiş. Təmizdirsə yeyilir?

CAVAB

İtin Malikidə təmiz olması əti yeyilir demək deyildir. Malikidə də it əti haramdır. Təmiz demək, “İtə toxunmaqla nəcasət bulaşmaz, dəstəmaza və namaza mane olmaz” deməkdir. Malikidə donuz da it kimi təmizdir. Şafiidə isə quru olaraq itə toxunanda zərəri olmazsa da üstü və tükləri yaş ikən toxunarsa və ya itin tüpürcəyi üstümüzə bulaşarsa, o yeri biri palçıqlı su olmaqla, yeddi dəfə təmiz su ilə yumaq lazımdır.

Osmanlı dövründə şair Tahir əfəndi, Nəfi adı şairə kəlb (it) deyə təhqir edər. Nəfi də, ona belə deyər:

Tahir, mənə kəlb demiş, iltifatı zahirdir,

Məzhəbim Maliki də, donuz və kəlb tahirdir.

Nəfi, bu şeirində deyir ki:

“(Tahircan, mənə it deyə iltifat edirsən, amma mən Maliki məzhəbindənəm. Bizim məzhəbə görə it tahirdir” deyir. Görünüşdə, “İt təmizdir” demiş kimi görünürsə də, “İt sənsən” demək istəyir.

Osmanlı dövründə şairlər belə Maliki məzhəbinin hökmünü bilə bilirlər. İndi, tahirin təmiz mənasına gəldiyini belə bilən azdır.

Baglanmis nomreni yeniden nece elde ede bilerem?

Nömrənin müəyyən bir müdəti var təxmini 6 ay istifadə olunmadıqda nömrə istifadəçi adı silinib yenidən satışa çıxarılır. Əgər bu müddət dolmayıbsa nömrə kimin adınadırsa həmin şəxs şəxsiyyət vəsiqəsi ilə operatorun baş ofislərindən birinə yaxınlaşıb açdıra bilər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Satilmayibsa Mobil operatorun her hansi bir ofisine yaxinlasin orda acacaqlar.
Azercelde odenislidir. Hardasa 3 AZN olmalidir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (2 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (4 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (9 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (9 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (17 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (27 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (31 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.