Nece ede bilerem
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Mən konkret nəyə nail olmaq, nəyi dəyişmək və ya düzəltmək istəyirəm?
Nece ede bilerem
SMART texnologiyası MƏQSƏDLƏRİ MÜƏYYƏN ETMƏYİN ən populyar üsullarından biridir. Bu üsuldan həm böyük şirkətlərin işində, həm də şəxsi həyatınızda səmərəli istifadə edə bilərsiniz. Bu üsul həm VAXTINIZA, həm də ENERJİNİZƏ qənaət edərək çox yaxşı nəticələr əldə etməyinizə yardım edəcək.
SMART üsuluna əsasən qarşımıza qoyduğumuz məqsədlərin 5 əsas cəhəti olmalıdır:
S — Specific, «müəyyən, xüsusi». Məqsəd dəqiq, konkret (müəyyən) və aydın olmalıdır.
M — Measurable, «ölçülən». Abstrakt ifadələrdən, məqsədlərdən uzaq durmaq lazımdır. Yəni siz bir iş görəndə onun nəticəsini ölçüb uğurlu olub-olmadığını başa düşməlisiniz.
A — Achievable or Attainable, «nail olunması mümkün». Qarşınıza real və icrası mümkün olan məqsədlər qoyun. Bu zaman vaxtı da nəzərə almalısınız.
R — Relevant, «uyğun». Məqsəd sizin dəyərlərinizlə, istəklərinizlə və psixoloji hazırlığınızla üst-üstə düşməlidir.
T — Time Bound, «vaxt məhdudiyyəti qoyulan». Vaxt məhdudiyyəti qoymasanız məqsədinizə çatmanız çox vaxt apara bilər.
1. Məqsədiniz MÜƏYYƏN VƏ AYDIN olmalıdır:
Beyinizi bir kompüter kimi təsəvvür edin. Beyinizə müəyyən və aydın tapşırıq verməlisiniz. Sonra, o özü sizi bu məqsədə tərəf aparacaqdır. “Tapşırıq” nə qədər qeyri-müəyyən olsa, onu reallaşdırmaq üçün addımları müəyyən etmək və atmaq bir o qədər çətin olacaq.
Məsələn, məqsədiniz “OXUMAQ” deyil, “ADA UNİVERSİTETİNDƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR FAKÜLTƏSİNDƏ OXUMAQ” kimi olmalıdır. Birinci cümlədə gördüyünüz kimi qeyri-müəyyənlik var.
Sizin iştahınız daha çox hansı halda oyanır – Sizə “gəl yemək ye” deyəndə, yoxsa “gəl sevdiyin dolma hazırdı, ye” deyəndə? Əlbəttə sevdiyiniz müəyyən yemək adı deyiləndə.
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Mən konkret nəyə nail olmaq, nəyi dəyişmək və ya düzəltmək istəyirəm?
Unutmayın! “Bir məqsəd – bir nəticə” qaydasına riayət edin. Məqsədi qoyduğunuz zaman görsəniz ki, bir neçə böyük məqsədə nail olmalısınız, onda məqsədinizi bir neçə məqsədlərə bölün. Məsələn, peşəkar müəllim olmaq istəyirsinizsə əvvəlcə məktəbi bitirib, sonra ali məktəbə daxil olub, sonra isə. Bunun hər biri bir məqsəddir.
2. Məqsədiniz ÖLÇÜLƏ BİLƏN olmalıdır:
Məqsədə nail olub-olmamağınızı anlamaq üçün məqsədləriniz ölçülə bilən olmalıdırlar. Mümkün qədər rəqəm və say ilə ifadə olunmalıdırlar. Məqsədin rəqəm və say ilə ifadə olunması eyni zamanda ona aydınlıq və müəyyənlik də qazandırır. Yəni siz bilsəniz ki, 100 kq üzüm satmalısınız, məhz bu qədər üzümü becərəcəksiniz. Əvvəl nəzərdə tutduğunuz kimi 15 deyil, 30 üzüm əkəcəksiniz. Üzümü bazara daşımaq üçün daha uyğun maşın tapacaqsınız və s.
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Hansı nəticələr məqsədə nail olduğumu göstərəcəkdir? Nəyi və nə qədər əldə etmək istəyirəm?
3. Məqsədinizə NAİL OLMAQ REAL, mümkün olmalıdır:
İddia nə qədərdə yüksək olursa olsun, məqsədə nail olmaq mümkün olmalıdır. Hədəf qoyarkən ümumi vəziyyəti də nəzərə almalısınız.
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Bu məqsədə çatmaq realdırmı? Çox mürəkkəb deyil ki? Hansı çətinliklər var?
4. İndiki məqsədlər daha ÜST MƏQSƏDLƏRƏ, sizin dəyərlərinizə, ümumi maraqlarınıza UYĞUN olmalıdırlar:
Hər yeni məqsədi müəyyən edərkən daha üst məqsədi yada salmalı, yeni məqsədlərin əsas məqsədə nail olmaq yolunda nə qədər faydalı olacağını dəyərləndirməlisiniz. Yəni əsas nə etdiyiniz deyil, NƏ ÜÇÜN etdiyiniz vacibdir.
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Sizə bu nəticə nə üçün lazımdır? Bu məqsəd əsas məqsədimizə çatmaqda köməklik edəcəkmi?
5. Məqsədinizə MÜƏYYƏN VAXT ÇƏRÇİVƏSİNDƏ nail olunmalıdır:
Beyin insanı yormamaq üçün bitirmə vaxtı bəlli olmayan işləri daha sonraya atır. Biz bunu tənbəllik kimi qəbul etsəkdə, insan orqanizmi onun enerjisini qənaət etməyə çalışır. Həyatda da belədir – işi konkret zaman çərçivəsində görməyə çalışın.
İşlərinizi bitmə vaxtlarına və vacibliyinə görə planlaşdırın.
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Nə qədər vaxta mən məqsədimə çatmalıyam? Bu işi nə vaxta bitirməliyəm?
SMART ilə daha səmərəli olmanız üçün məsləhətlər:
– Özünüzü tanıyın. Məqsədi formalaşdırmaqdan əvvəl öz imkanlarınızı, istəklərinizi yazın və ya onlar haqqında düşünün.
– Yazılı qeydlər aparın. Yaxşı olardı ki, bütün məqsədlərinizi yazardınız. Bu zaman sizin həm görmə, həm hərəkət analizatorlarınız işləyir. Həmçinin sonradan xırda detallara dəyişiliklər edə bilərsiniz, işlərinizi daha səmərəli mərhələlərə bölə bilərsiniz.
– Unutmayın ki, MƏQSƏD sizin işinizin nəticəsi olacaq. Bunun üçün maksimum xırda detalları nəzərə alıb planlaşdırsanız yaxşı olar.
– Çevik olun. Vaxt keçdikcə yeni məsələlər, məqsədlər ortaya çıxır. Məqsədlərinizdə dəyişiliklər etməkdən çəkinməyin.
– Özünüzü motivasiya edin. Xırda bir hədiyyə və ya xoşladığınız çay ilə, gəzinti ilə özünüzə məqsədə çatmağa kömək edə bilərsiniz. “Düzgün motivasiyanı formalaşdırmağın sirləri” məqaləsi sizə maraqlı ola bilər.
– Konkret olun. Təcrübə göstərir ki, məqsəd müəyyən olunubsa, bu zaman ona çatmaq daha asandır. Bacardığınız qədər konkret bir məqsəd qoyun qarşınıza.
– Səbəbinizi müəyyən edin. Hər zaman özünüzə “Mən bu məqsədə nə üçün çatmaq istəyirəm?” sualını verin. Ehtiyac görsəniz məqsədlərinizdə düzəlişlər edin.
Daim məqsədlərinizə nail olun!
Nece ede bilerem
Uşağınız yaşıdlarından ciddi şəkildə fərqlənirsə və üstünlük göstərirsə, çox aktiv, maraqlı və öyrənmək istəyi çoxdursa, sualları bitmirsə və cavablar onu məmnun etmirsə, fərqli bir dünyası varsa və fantastik xəyallar qurursa, uşağınız üstün zəkalı ola bi
Axtarış et
Ən çox oxunanlar
Yeni məqalələr
Ən yaxşı lazer aparatı seçimi Diod yoxsa Aleksandrit lazer apparatı
- 30.03.2023
- Dəriyə qulluq
- 639
Ramazanda necə qidalanmalı
Bali adasında tətil
Bizim seçdiklərimiz
Ən yaxşı lazer aparatı seçimi Diod yoxsa Aleksandrit lazer apparatı
- 30.03.2023
- Dəriyə qulluq
- 639
Ramazanda necə qidalanmalı
Bali adasında tətil
Leydi.az modadan bürclərə, psixologiyadan sağlamlığa qədər maraqlandığınız bütün mövzularda faydalı məqalə və məsləhətləri tapa biləcəyiniz qadın saytıdır.
-
Gözəllik
- Makiyaj
- Dəriyə qulluq
- Saçlara qulluq
- Manikür və pedikür
- Saç modelləri
- Plastik əməliyyat
-
Moda
- Gündəlik geyim dəbi
- Ziyafət dəbi
- Yeni kolleksiyalar
- Gəlinliklər
-
Bürclər
- Bürclərin ümumi xüsusiyyətləri
- Bürclərin uyğunluğu
- Fallar
-
Sağlamlıq
- Diyet
- Düzgün qidalanma
- Fitness
- Qadın xəstəlikləri
-
Münasibətlər
- Evlilik
-
Dekorasiya
- Mətbəx interyeri
- Salon interyeri
- Uşaq otağı interyeri
- Toy dekorasiyası
-
Mətbəx
- Salatlar
- Duru yeməklər
- Xəmir işi
- Şirniyyatlar (tortlar)
- İçkilər
- Dünya mətbəxi
-
Ana və uşaq
- Hamiləlik
- Doğuşdan sonra
- Uşaqların tərbiyəsi/psixologiyası
- Körpəyə qulluq
-
Həyat tərzi
- Psixologiya
- Ən yaxşı.
- Motivasiya
- Maraqlı məlumatlar
- Tətil
- İş/Karyera
- Filmlər/Seriallar
- Özün hazırla
- Faydalı məsləhətlər
© 2015 – 2023 Leydi.az. Bütün hüquqlar qorunur.
Sayt ElitSolutions şirkəti tərəfindən hazırlanıb.
Baglanmis nomreni yeniden nece elde ede bilerem?
Nömrənin müəyyən bir müdəti var təxmini 6 ay istifadə olunmadıqda nömrə istifadəçi adı silinib yenidən satışa çıxarılır. Əgər bu müddət dolmayıbsa nömrə kimin adınadırsa həmin şəxs şəxsiyyət vəsiqəsi ilə operatorun baş ofislərindən birinə yaxınlaşıb açdıra bilər
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Satilmayibsa Mobil operatorun her hansi bir ofisine yaxinlasin orda acacaqlar.
Azercelde odenislidir. Hardasa 3 AZN olmalidir.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
123589 cavab verdi – PC üçün tövsiyə (16 saat əvvəl)
Valeh Abishov cavab verdi – Aliexpress telefon (2 gün əvvəl)
Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (2 gün əvvəl)
Valeh Abishov cavab verdi – Poçta əlavə pul (2 gün əvvəl)
gul56 cavab verdi – Vöen və bank hesabı (4 gün əvvəl)
E. Hacı cavab verdi – Vöen və bank hesabı (4 gün əvvəl)
Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (7 gün əvvəl)
Mammadli-Help cavab verdi – İxtisasla bağlı (7 gün əvvəl)
Cənab cavab verdi – TOEFL vs IELTS (15 gün əvvəl)
yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (25 gün əvvəl)
Только Бог cavab verdi – PC üçün tövsiyə (29 gün əvvəl)
Comments are closed, but trackbacks and pingbacks are open.