Press "Enter" to skip to content

Sevdiyin insanı necə geri qaytarmaq olar

Elə də ola bilər ki, problem qarşı tərəfdədir. Əgər o, birləşməyinizi istəyirsə, ona dəyişməyə kömək edin. Amma bəzi insanlar dəyişmək istəmir, qarşı tərəf isə onu olduğu kimi qəbul edə bilmir. Bu cür münasibətlər yenə də gərginəşəcəksə, hər şey daha da pis ol bilər. Bəlkə, heç qismət deyil, unutmalısız.

İstixarə necə edilir.

İstixarə müstəhəb əməllərdəndir. Bu haqda İmam Sadiq (ə) buyurur: “İki rükət namaz qıl və Allahdan xeyir istə. Şübhəsiz ki, Allah onun üçün xeyir və yaxşılıq qərar verəcəkdir”. Həzrət (ə) başqa yerdə buyurur: “Allah Təala buyurur: Bəndəmin bədbəxtliyindəndir ki, bir iş görsün və Məndən xeyir istəməsin”. İstixarə edilən şey Allahın bizə vacib buyurduğu və ya haram buyurduğu məsələlərlə bağlı olmamalıdır. İstixarə edən insanın zahiri və batini pak və pakizə olmalıdır. O kəsin ki, paltarı nəcis olar və batini şəklk-şübhə ilə dolu olar, istixarə etməyə layiq deyildir.

İstixarənin növləri:

1.Dua ilə istixarə etmək.

Cabir ibni Abdullah deyir: “Rəsullah (s) istixarəni bizə öyrətmişdi. Quranda bizə surə öyrətmiş və buyurmuşdu: “Sizlərdən hər kim bir işə qəsd edərsə, vacib namazdan başqa iki rükət namaz qılsın, sonra desin:
“اللّهمّ انّى‏ استخیرك بعلمك، و استقدرك بقدرك، و اسالك من فضلك العظیم، فانّك تقدر و لا اقدر، و تعلم و لا اعلم، و أنت علاّم الغیوب، اللّهمّ ان كنت تعلم هذا الامر و تسمیّه خیرا لی فی دینى و معاشى و عاقبة امرى فاقدره لی، و یسّره لی، و بارك لی فیه، و ان كنت تعلم انّه شرّ لی فی دینى و معاشى و عاقبة امرى فاصرفه عنّى، و اصرفنى عنه، و اقدر لی الخیر حیث ما كان، و رضّنى به”

2. Qurani-Kərimlə istixarə etmək.

İmam Sadiq (ə) buyurur: “Nə zaman Qurani-Məciddən istixarə etmək istəsən, Bismilləhir-Rahmənir-Rahimdən sonra de:
“اللّهم إن كان فی قضائِكَ و قَدَرِكَ‏ ان تمنّ على شیعة ال محمّد صلّى اللّه علیه و آله بفرج ولیّك و حجّتك على خلقك فاخرج إلینا آیة من كتابك نستدلّ بها على ذلك
Ondan sonra Quranı aç və 6 vərəq say və 7-ci vərəqin 6-cı sətri haqqında olanları düşün”.

3. Kağız parçaları üzərinə yazılar üzrə istixarə.

Kafidə Məsumların (ə) birindən nəql edilir ki, həmin İmam (ə) səhabələrindən birindən soruşur ki, bir işi görmək istəyən zaman və ona görə məsləhətləşməyə bir nəfər tapmayanda nə edirsən?”. Sonra buyurur ki,Allahınla məsləhətləş. Deyir: Necə məsləhətləşim? Hacət və istəyini qəsd et və iki vərəqin birinə “yox” və o birisinə də “hə” yaz. Onları iki gül yumağına qoy. Sonra iki rükət namaz qıl və ətəyinin altına qoy. Sonra de:
“یا اللّه انّى اشاورك فی امرى هذا و أنت خیر مستشار و مشیر، فاشر علىّ بما فیه صلاح و حسن عاقبة”
Sonra əlini ətəyinin altına apar və birini götür. Əgər orada ”hə” olarsa, həmin əməli yerinə yetir, əgər “yox” olarsa, yerinə yetirmə”.

İmam Sadiq (ə) buyurur: “Bir dəfə “Fatihə” və 3 dəfə “İxlas” surəsini oxu. Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər. Sonra de:
“ اللّهمّ انّى اسالك بحقّ الحسین و جدّه و أبیه و امّه و اخیه و الائمّة من ذرّیّته ان تصلّى على محمّد و آل محمد و ان تجعل لی الخیرة فی هذه السّبحة و ان ترانى ما هو الاصلح لی فی الدّین و الدّنیا، اللّهمّ ان كان الاصلح لی فی دینى و دنیاى و عاجل امرى و اجله فعل ما انا عازم علیه فامرنى و الاّ فانهنى انّك على كلّ شی‏ء قدیر.
Sonra təsbihdən bir qədər götürüb sayırsan və deyirsən:
“ سُبحانَ اللَّهِ وَ الْحُمْدُ لِلَّهِ، وَ لا الهَ الاَّ اللَّهُ
Həmin tutduğun təsbehin axırına qədər. Əgər təsbehin son dənəsi “Sübhənallah” olarsa, həmin əməli yerinə yetirməməkdə ixtiyar sahibisən. Əgər “Əlhəmdulillah” olarsa, bu əmrdir və yerinə yetirə bilərsən. Əgər “Lə iləhə İlləllah” olarsa, onu yerinə yetirmə”.
Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir ki, mən bəzən bir iş görürəm, ancaq sonra peşman oluram. İmam (ə) buyurur: “Bəs niyə istixarə etmirsən?”. Buyurdu: “Sübh namazından sonra əllərini üzünün istiqamətində tutursan, deyirsən: “Allahım sən bilirsən və mən bilmirəm. Sən qeybdən xəbərdarsan, ona görə də Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və o şey ki, mənim iradə və əzmimdədir, xeyir və bərəkət qərar ver. Sonra səcdə et və yüz dəfə de:
“(استخیر اللَّه برحمته، استقدر اللَّه فی عافیة بقدرته
Bundan sonra sənin hacətin gələr. Hər bir halda sənin xeyrin ondadır. Allahı etdiyin şeydə müttəhim etmə”.
Bunu nəzərə almaq lazımdır ki, istixarədə hədəf işini Allaha tapşırmaqdır. Ondan yardım istəyirsən, özünü Allahın qarşısında aciz və ehtiyaclı hesab edirsən.

Əgər bir kəs bir işi yerinə yetirmək istəsə və yaxud istəməsə bu ayəni oxusun:
“Əfəhəsibəlləzinə Kəfəru ən yəttəxizu ibadi min duni əvliyai inna əətədna cəhənnəmə lil kafirinə nuzulən” (Kəhf-102). Sonra desin: “Allahumə səlli əla Muhəmmədin və ali Muhəmməd və ərini bəyazən və humrən.”və yuxulasın.
Əgər yuxuda ağ bir şey görsə, o işi yerinə yetirin, amma əgər yuxuda qırmızı və yaxud qara şey görsə, o işi etməsin.

Sevdiyin insanı necə geri qaytarmaq olar?

Onsuz sanki daha yaşamırsan. Ətrafda hər şey dəyişir, tanışların normal həyatlarına davam edirlər. Amma sən onunla ayrılan andan yapışıb qalmısan. Ürəyin ancaq bir şeyi istəyir – onu geri qaytarmaq. Əzizlərin, işin, sevdiyin məşğuliyyətlər, hər nə var idisə, sanki, mənasızlaşır, içində yaranan sonsuz boşluqda batırlar.

Özünü dəyiş, dünya dəyişsin

Psixoloq Ceyran Həsənlinin Milli.Az-a dediyi sözlərə görə, insanlar müxtəlif problemlər üzündən ayrılırlar: “İnsan özündə bəzi problemləri həll etsə, bəzi komplekslərini aşsa, sevdiyi insanı geri qaytara bilər. Ümumiyyətlə, insan özünü dəyişsə, çox şey əldə edə bilər. Özünü dəyiş, dünya dəyişsin. Hər bir insanın səhvi ola bilər. Bu normaldır. Amma səhvlərinizi başa düşməyə çalışın”.

Nə üçün belə oldu?

“Niyə belə oldu?” deyib özünüzü depressiyaya salmayın. Problemin nədən ibarət olduğunu təhlil edin. Depressiyaya düşməkdənsə, “Mən nə edə bilərəm ki, bu vəziyyəti düzəldim” kimi düşünmək sizi ayrılıqdan xilas edə bilər.

Elə də ola bilər ki, problem qarşı tərəfdədir. Əgər o, birləşməyinizi istəyirsə, ona dəyişməyə kömək edin. Amma bəzi insanlar dəyişmək istəmir, qarşı tərəf isə onu olduğu kimi qəbul edə bilmir. Bu cür münasibətlər yenə də gərginəşəcəksə, hər şey daha da pis ol bilər. Bəlkə, heç qismət deyil, unutmalısız.

Əgər, doğrudan da, sevgiyə inanır, onu geri qaytarmaq istəyirsənsə, özündə bəzi şeyləri dəyişə bilərsən. Bu zaman problemin nədən qaynaqlandığını, kimin rolunun nə olduğunu öyrənmək lazımdır. Bir-birinizə düşmən çıxmaqdansa, bir-birinizə kömək edin. Məsələn, qarşı tərəfə deyə bilərsiz ki, “Çalışaq, münasibəti düzəltmək istiqamətində addımlar ataq”.

Deyirlər ki, münasibət pozulanda, hətta konflikt olanda da elə hərəkət etmək lazımdır ki, geriyə dönüş olsun. Psixoloq deyir ki, nə qədər də düşünsən ki, bu “son nöqtədir, ayrılacağam”, yenə də arada pərdəni götürməməlisən. Bu, birinci şərtdir. İkincisi isə yaşadığın xatirələr və hisslərdir. Birgə daha çox xatirələriniz, sizi bağlayan şeylər varsa, ayrılmaq şansı azalır.

Münasibəti qorumaq üçün əsas 3 amil

C.Həsənli bildirib ki, evliliyi qorumaq üçün 3 amil əsasdır: “Dinə bağlılıq, bir-birini təqdir etmək və birgə keyfiyyətli vaxt keçirtmək. Bu üç amil qorunursa, nikah daha möhkəm olur. Cütlüklər arasında bir-birini təqdir etmək, bir-birinin yaxşı cəhətlərini qeyd etmək varsa, bu, tərəflər arasında bağlılıq yaradır. Birgə çox vaxt keçirtmək, xoş anlar yaşamaq hisslərin qorunması üçün vacibdir.

Bəzən elə olur ki, bir-birinə qarşı hissləri olur, evlənirlər. Amma sonra bir-birini o qədər az görməyə başlayırlar ki, arada soyuqluq yaranır. Məsələn, səhər gedib gecə gəlirlər. Belə münasibətlərin qırılması daha asan olar. Baxmayaraq ki, orada hisslər var.

Ümumiyyətlə, münasibətə əmək qoymaq lazımdır. Əmək qoyulubsa, o, insana yadda qalası xatirələr vermisənsə, əlbəttə ki, geri qaytarmaq şansı artır.

Ayrılanda birinci addımı kim atmalıdır?

Bu sual bir çox qadınları düşündürür? Əsasən deyirlər ki, birinci addımı kişilər atmalıdır. Ancaq mütəxəssis bildirir ki, kim müdrikdirsə, birinci addımı o atmalıdır.

İnsan özünü tanıyır, özü ilə barışıb, özünü qiymətləndirməyi bacarır, səhvini başa düşürsə, üzr istəyə bilər. Vacib deyil ki, günahkar şəklində üzr istəsin. Fərqi yoxdur kim barışmaq istəyir. Əgər səhv onda deyilsə, qarşı tərəfdədirsə, yenə də gedib söhbət etmək lazımdır. Hər bir problemi söhbətlə, ünsiyyətlə həll etmək olar.

Barışmağa nə mane olur?

Bəzən elə problem olur ki, insan onun həll olunmayacağını görür. Problem daha da böyüyəcəksə, münasibətin mənası yoxdursa, o, geri dönməyə də bilər. Elə bir hədd var ki, onu keçmək qeyri-mümkündür.

Yersiz qürur da barışmağa mane ola bilər. C.Həsənli deyir ki, qürur adama güc verir, amma hüzur vermir: “Həmin an sən güclü görünə bilərsən, amma hüzurlu olmursan. Lazım olmayanda qürur insana çox mane ola bilər. Xüsusilə də ürəyin istəyir və istəyinə qarşı gedirsənsə, yalnız məntiqinlə qüruruna söykənərək hərəkət edirsənsə, bədbəxt olacaqsan”.

Əgər heç bir barışmaq cəhdlərinə baxmayaraq, barışmırsa, münasibəti davam etməyə dəyməz. Əslində müəyyən yerə qədər addım atmaq olar. Qarşıdakı insan, doğurdan da, istəmirsə, məcbur etmək olmaz.

Elə tip insanlar da var ki, onlara ayrılıq daha rahatdır. Təkliyi xoşlayırlar. Amma uzaqdan-uzağa nə qədər sevmək olar? Bu, bir yerə qədər ola bilər. Belə platonik sevgi daha çox gənclərə xasdır.

Sevgidə tranzakt oyun

Bir də var ki, tez-tez küsüb barışmağı xoşlayırlar. Buna tranzakt oyun da deyirlər. Küsürlər ki, barışanda daha mehriban olsunlar. Bu şüurlu surətdə daha çox qadınlarda olur. Amma belə davranış təhlükəli ola bilər. Kişilər belə şeylərdən tez yorulurlar.

Psixoloq onu da deyib ki, tranzakt oyunu adətən uşaq xarakterli qadınlar oynayırlar. Bunun əvəzinə kişinin diqqətini özünü inkişaf etdirməklə cəlb edə bilərlər. Tranzakt oyun zamanı qadın küsür ki, onu əldə etməyə çalışsınlar, ona can atsınlar, diqqət göstərsinlər.

Aynurə Məmmədova
Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.