Press "Enter" to skip to content

Geri qaytarılmayan aviabiletləri necə qaytarmaq olar

Salam,alimenti odeyen sexs eger alimenti odemirse Yeni qanuna esasen,aliment dovlet sosial fond terefinden odenilirmi?

Hüquqi yardım

Bu bloq yazısı ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manata qədər artırılması və onun aliment məbləğinə necə təsir etməsinə dair hüquqi analizi ehtiva edir.

Yaşayış minimumu nədir?

Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

Hər il ölkə üzrə müəyyən edilən yaşayış minimumu əmək haqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsində rol oynayır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Yaşayış minimumunun artması alimentin məbləğinə necə təsir göstərir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.

Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.

Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır.

Yəni, bir uşağın saxlanması üçün hazırda minimum məbləğ 220 manat təşkil edir. Buna görə də əvvəlki illərdə 220 manatdan az məbləğdə müəyyən edilən aliment məbləğinin artırılması ilə bağlı maraqlı şəxslər məhkəməyə müraciət edə bilər. Məhkəmə işin hallarını və tərəflərin maddi vəziyyətini nəzərə alaraq uşağın saxlanması üçün müəyyən edilən aliment məbləğinin 220 manata qədər artırılması barədə qətnamə qəbul edə bilər.

Şərhlər

Zümrüd Muradova 2023-01-09 14:37:57

Salam, 2022-ci ildə boşanmışam, alimen alırdım hər bir uşağa 193 manat, iki övladım var, aliment pulu qalxıb, avtomatik mən alacaqam yoxsa harasa müraciət etməliyəm. Zəhmət olmasa köməklik edəsiz, çox saqolun.

Salam. Xeyr bu məbləğ avtomatik olaraq qalxmır gərək qətnaməni qəbul edən məhkəməyə bu barəd müraciət edəsiniz. Vəkil Qulam İsmayılzadə

Gülnaz hesenli 2023-01-11 19:38:52

Salam evlənərkən bəyə taxılan nişan üzüyünü geriyə almaq olur. Bosanarkən

Salam. Xeyr bu bağışlanmış əmlakdır. Vəkil Qulam İsmayılzadə

Xəlilova Könül 2023-01-25 08:34:51

Salam alimentin artırılması üçün mediasiyada ərizə yazdıqdan sanra hansısa mebleq odemeliyik.?

Salam. Bəli mediatorun xidmət haqqını ödəməlisiniz. Vəkil Qulam İsmayılzadə

Seymur atakisiyev 2023-02-08 22:54:05

Salam.Yoldasim boşanmaq istəyir.1.Bilmək istəyirdim nə qədər aliment kəsiləcək?2 uşaq var 8 yas,3 yas 8 ay. Atamın evində qalırıq,o evdən nəsə pay düşür? 1 maşın var nikahdan qabaq alınıb atamın adına,amma nikah vaxtı mənim adıma keçirilib o maşından nəsə pay düşür? Cox sagolun

Salam. Alimentin miqadarını məhkəmə gəlirə və digər faktorlara görə müəyyən edir. Atanızın adına olan evdə arvadınıza pay düşmür. Avtomobil əgər bağışlama ilə sizə keçibsə ondan da pay düşmür. Vəkil Qulam İsmayılzadə

Elnur Memmedov 2023-02-10 18:27:37

Salam.Yoldaşım boşanmaya verib, Meditasiyadan mektub qelib, menim size emlakin bölgusüynen bağlı sualım var, biz 2010 cu ilde evlenmişik, menim Anam mene 2019 cu ilde ev bagışlama yoluynan verib, 2021 de men o evi satıb başqa yerden almışam, iki az yaşlı uşagımız var, 8-11 yaşda, men boşanmaq istemirem, eqer mehkeme bizi boşasa ve yoldaşım emlakin bölünmesiynen baglı iddia qaldırsa ona o evden pay düşür? Ev yeni tikili binadadı ve çıxarışı yoxdu, müqavile menim adımadı.

Salam. Bu halda bəli, düşür. Vəkil Qulam İsmayılzadə

Anar rzayev 2023-02-12 20:38:29

Salam mən boşanmışam hərbiçiyəm kreditim var bir uşağım var alimenti azaltmaq mümkündür?

Salam. Teoretik olaraq məhkəməyə müraciıt edə bilərsiniz, lakin alimentin miqdarının azaldılması şansı çox aşağıdır. Vəkil Qulam İsmayılzadə

Asef Orucov 2023-02-14 10:47:20

Salam 12 ildi evliyem 2 ovladim var.yildasim sebebsiz yere ayrilmag isdeyir.ama men ayrilmag isdemirem.calisacam ayrilmayam.yoldasim deyir senedleri verecem.15 ildi hele bir birimize gulden agir soz dememisik.mehriban yasamisiq.ne soymusem ne doymusem.ayiri olaq ama bosanmayaq.men isdemirem mehkeme bisaya biler bizi?

Nikah könüllü əqdir məhkəmə heç kəsi nikahda qalmağa məcbur edə bilməz, ona görə sizin razı olub-olmamanızdan aslı olmayaraq məhkəmə nikahınızı pozacaq. Vəkil Qulam İsmayılzadə

sahin həsən 2023-02-14 15:49:50

salam sizə iki sualım var xahiş edirəm cavablandırasız sual 1: nigah haqqında şəhadətnamə olmadan uşağa atalıq verilə bilərmi? ( heç bir atalıq testi edilmədən və nihah şəhadətnaməsi olmadan atalıq verilib özüdə asan xidmət tərəfindən) sual 2: kəsilən aliment gəlirdən avtomatik tutulur yoxsa əldən verilir?( kişi hərbiçidir maaş alır)

Salam. Xeyr atalıq o cür müyyən edilə bilinmir. Vəkil Qulam İsmayılzadə

Arzu gurbanov 2023-02-15 09:24:24

Salam.Məhkəmdə arvadının xəyanətı sübut olunarsa,uşaqları atada saxlamaq olar?

Salam. Bu hal uşaqların kimin yanında qalmasına təsir edən hal deyil. Vəkil Qulam İsmayılzadə

Feride 2023-02-17 15:00:05

Salam her ay alment gec odenilir ayin 4nen 4ne vaxtidi amma odemir ayin axrina kimi az az gonderir bunun ucun nese tedbir gorulmesi mumkundur aliment oduyen wexse?

Salam. Xeyr gecikdirməyə görə bir məsuliyyət tədbiri yoxdur, ödəməməyə görə var. Vəkil Qulam İsmayılzadə

Orxan Quliyev 2023-02-20 15:42:20

Salam,alimenti odeyen sexs eger alimenti odemirse Yeni qanuna esasen,aliment dovlet sosial fond terefinden odenilirmi?

Salam. Xeyr, helə qanun yoxdur. Vəkil Qulam İsmayılzadə

Nəzrin İsmayılova 2023-02-21 23:27:40

Salam.16ayliq korpem var.Bosanmaq ucun muraciet etmisem.Yoldasim ise bosandiqda aliment vermesin deye qacib Rusiyaya gedib.Esitdiyime gore geliri cox yaxsidir.Qanuna esasen aliment 220manatdir.Ozum islemirem.Korpeme aliment ve baxim pulu ne qeder kesile biler?ve o xaricde oldugu ucun alimenti ondan almaq mumkundurmu. Təşəkkürlər.

Salam. Alimentin məbləğini məhkəmə müəyyən edir, o ki qaldı rarının Rusiya Fedirasiyasında icra edilməsi bunun praktikası qəlizdir, belə ki adam orda rəsmi qeydiyyata düşməlidir, burd qəbul edilmiş aliment haqqında qərar Rusiyanın Ali Məhkəməsində tanınmalıdır ki orda da qüvvədə olsun. Vəkil Qulam İsmayılzadə

MURAZ ələkbərov 2023-02-23 23:59:55

Salam Mən 2006cı ildə evlənmişəm iki evladım var 2021də boşanmışam yaşadığım ev anamın adına çıxarışla həmin evdən pay düşə bilər qarşı tərəfə xahiş edirəm cavab verəsiz hörmətli vəkil.

Vusale eyvazli 2023-02-24 22:33:34

Salam men bosanmisam 3 ovladim az yasli 200 mana 3 usage aliment aliram yoldasim islemir yataq xestesidi sosial yardim ala bilerem? Vusale eyvazova

Salam. Sosial yardımla bağlı DOST xidmətinə müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Zaur Qənbərov 2023-02-25 12:57:11

Alimentin artılmasına dair hazır ərizə forması varmı?

Salam. Forma var yalnız xidmət çərçivəsində təqdim edilir. Vəkil Qulam İsmayılzadə

Elnare Nebiyeva 2023-02-27 14:54:39

Salam. 2020- ci ilde bosanmisam.Iki ovladim var. Her usaga 130 AZN teyin etmisdi mehkeme. 3 ay bundan qabaq muraciet etdim her usaga 145 AZN teyin etdi. Aliment minumumu artirilmasina gore yeniden muraciet etsem artim olmasi realdimi? Bir seyi qeyd edim ki menden qabaqki ailesinden de bir usagi var. Ona da 160 AZN aliment odeyir. Ve mehkemede her defe bunu esas getirir ki catdirmiram. Menim aliment meblegim artirila bilermi yeniden?

Salam. 3 ay əvvəl müraciət etmisinizsə yenidən müraciət etsəz inanmıram ki məhkəmə artırar alimenti. Məsləhətdie 2 ildən bir müraciət edin. Vəkil Qulam İsmayılzadə

Novruz 2023-02-28 17:16:41

Salam men alemle bosanram is mehkemededir isleyirem 345 m mayis aliram alment ne qeder olabiler ..11 minde kireditim var evli oldugumuz mudet goturmisem bolunmelidirmi evin esyalarini bolunmesini idiya edirler

Afqan Huseynov 2023-02-28 20:44:45

Salam.men 2 uwaqa 320 manat pu odeyirem.men bu gun ki gunde aileliyem ve iwim ber-ber failiyetidir 345 azn minimum emey haqqi yazilib buna gorede vergi odeyirem.indi ise aliment artimi isteyirlerr 220 azn.artim ola bilermi 160 manatdan yuxari

Elnare Nebiyeva 2023-03-03 18:51:52

Bir daha salam. Aliment odeyen sexsin diger ailesinden olan usaga da aliment vermesi alimentin artirilmamasi ucun sebeb ola bilermi ve aliment artirilmadi telebinde nezere alinirmi

Məhkəmə bu faktı nəzərə ala bilər alimentin artırılması məsələsinə baxarkən. Vəkil Qulam İsmayılzadə

Tarix02 2023-03-04 13:13:16

Salam 1 usaga göre 140 manat ödeyirem evliyem 2 övladim var uslemirem aliment artirmaya verilib ne qeder artirila biler ve 2 övladimin ehtiyacini qarsilaya bilmirem islemirem bu esasla mehkemeye muraciet etsem artirma dayana bilermi

Bu artıq məhkəmənin mövqeyindən asılıdır. Vəkil Qulam İsmayılzadə

Sevil Ehmedova 2023-03-04 13:16:32

Salam 2övladima 300 manat aliment aliram sabit mebleg olaraq artirmaya vere bileremmi ve ne qeder artim olar?

Qanunda bir uşağın saxlanılması üçün 220 manata aliment nəzərdə tutulmuşdur, ona görə artım ola bilər. Vəkil Qulam İsmayılzadə

Mədət Əliyarov 2023-03-04 19:56:33

SALAM. AİLƏ MÜNAQİŞƏSİ ZAMANI CÜTLÜKLƏR AYRI AYRI YAŞADIĞI DƏQDİRDƏ YƏNİ BOŞANMA OLMADAN ALİMENT TƏLƏB EDƏ BİLƏRMİ QARŞI TƏRƏF? DİQQƏTİNİZ ÜÇÜN MİNNƏTDARAM

Bəli tələb edə bilərlər nikah pozulmasa belə. Vəkil Qulam İsmayılzadə

Minə Cavadova 2023-03-09 10:28:01

Salam 5 uşağim var 3 məndə ikisi ata qalib məhkəmənin qərarına indi ata yanında olan uşaqlara görə məndən aliment tələbi edir məhkəmə mənə aliment alıb ataya verə bilər ? öncədən təşəkkürlər.

Salam. Bəli, siz ondan tələb etdiyiniz kimi o da sizdən tələb edə bilər. Vəkil Qulam İsmayılzadə

Anarə İsmayıllı 2023-03-09 22:14:14

Salam onlayn boşanmaq ərizəsi vermək olarmı birdə qaldığım gəlin olduğum evdən mənə əmək haqqı düşürmü düşürsə məbləğ nə qədər olur

İşin əsas hissəsini internet üzərindən görmək olur. İkinci sualınız aydın deyil. Pay nəzərdə tuturdunuzsa düşmür. Vəkil Qulam İsmayılzadə

Anarə İsmayıllı 2023-03-09 22:27:00

Salam narahat edirəm birdə mənim bir övladım var 3yaşına keçip mən indi boşansam üç yaşına qədər verilməyən alment kəsiləcəkimi yoxsa boşannan sonra 3yaşdan sonra alment kəsiləcək xaiş edirəm cvb yazın birdə alment qiymətinə ev ala bilərimi

Aliment boşanma ərizəsi məhkəməyə verilən vaxtdan hesablanır. Vəkil Qulam İsmayılzadə

Shahin Memmedov 2023-03-11 15:26:00

Salam. Mehkemenin qerarı ile aliment ödeyen ataya resmi işde işlemediyi dövürde 175 manat aliment ödenilmesi barede qerar qebul edilmişdir. 2023-cü ilde uşaqlar üçün yaşayış minimumu 220 manat olduqdan sonra iddiaçı( ana) alimentin 220 manata qeder artırılması barede mehkemede iddia qaldırmışdır. Bu dövr erzinde ata ikinci defe evlenmiş ve hazırda iki övladı var ve dövlet işinde iş temin olunub işleyir. Bele olduğu halda mehkemenin alimentin artırılmasına qerar vermesi ehtimalı varmı? Qanunvericilikde aliment resmi gelir olduğu halda bir uşağa göre gelirin 1/4 -qeder temin olunmalıdır. Sağ olun.

Salam, bu məhkəmənin mövqeyindən asılıdır, qabaqcadan ehtimal etmək olmur. Vəkil Qulam İsmayılzadə

Ulvi bayramov 2023-03-11 23:08:48

Salam mən işləmirəm və ailəm ayda 220 azn alimentimi ödəyir və mən hara müraciyyət edə bilərəm ki, aliment məbləğin aşağı endirilsin. Xahiş edirdim cavablandırardını.

Məhkəməyə müraciət edə bilərsiniz, lakin ehtimal çox aşağıdır ki, məbləği endirələr. Vəkil Qulam İsmayılzadə

Mətanət Həsənli 2023-03-14 03:42:54

Salam Mən işləyirəm Yoldaşım təqaudcüdür.təqaudu 900 manatdan yuxarıdır mən 470manat əməkhaqqı alıram Övladımız xaricdə universitetdə təqaud proqramıyla oxuyur lakin qalma yaşama xərcini mən ödəməli oluram Bununcün məhkəməyə boşanmadan müraciət etsəm aliment ala bilərəmmi çünki yetirə bilmirəm.?

Salam. Xeyr. Vəkil Qulam İsmayılzadə

Fuad Zeynəddinov 2023-03-15 10:28:15

Salam Qulam müəllim. Mənim 2 övladım var. Boşanmışam. İndiyə kimi bir uşağa görə 193 manat ödəyirdim. İndi 220 manat olub? Bu düzdürmü?

Məqallədə bu barədə məlumat verilibdir. Vəkil Qulam İsmayılzadə

Elvira Bagirova 2023-03-15 19:35:28

Salam men yoldasimnan 2022de bosanmosam 140 manat aliment oduyurdu 1 usaga indi artilmanan bagli mediasiaya miraciet etdim 160 manat oduyum dedi men razilasmadim mehkemeye kecdi isimiz mehkeme maksimum ne qeder megleg teyin eder?

2023-cü ildə 220 manat müəyyən edilib, məhkəmə bu məbləği nəzərə alaraq artıra bilər. Vəkil Qulam İsmayılzadə

Tarana Qasimova 2023-03-18 22:55:13

Salam, alimenti artirmag isteyirem 193den 220 azn-e hansi hallarda mehkeme bunu qebul etmir? Atasinin son model avtomobili telefonu ishi olmasa da her sheyi artiglamasiynan var.

Salam. Atanın gəlirini sübut etsəniz məhkəmə artıra billər. Vəkil Qulam İsmayılzadə

Kəmalə Daşdəmirova 2023-03-21 21:20:07

Salam. Noyabr 2022 çi ildə aliment kəsilib. Lakin ödəniş olmayıb hələ. İcraçilar deyirki 3 aylıq biryerdə ödəniləcək. Hər ay ödənilmir. Qanun belədi? Düzdü?

Bəli hər ay ödənilməlidir. Vəkil Qulam İsmayılzadə

Samir 2023-03-23 16:24:29

Salam iki övladim var boşaniriq biri anada qalir biri atada o zaman ata aliment vermelidi?

O zaman hər iki valideyindən aliment tutula bilinər. Vəkil Qulam İsmayılzadə

Müşfiq 2023-03-25 12:14:41

Salam hörmətli Vəkil . Zəhmət olmasa deyərdiz aliment neçə yaşa kimi ödənilir ? Və uşaq ali məktəbə girərsə müddət artırıla bilərmi?. Əvvəlcədən təşəkkür edirəm

Salam. Uşaq yetkinlik yaşına çatana qədər ödənilir. Vəkil Qulam İsmayılzadə

Cavid 2023-03-25 23:37:40

Salam men hecyerde islemirem men nece aliment odeyim minimum ne qeder aliment odemeliyem

Salam. Məqalədə qeyd edilib. Vəkil Qulam İsmayılzadə

Elnare 2023-03-26 20:56:25

Salam. 3 uwaqli anayam bowanmiwam. Atalarin iwi rusiyadadi.. gedib orda yawasa, alimenti odemeye biler?

Ödəməkdən azad etmir xaricə köçmək, lakin icra mexanizmi çox çətindir. Vəkil Qulam İsmayılzadə

Alim 2023-03-26 21:00:31

Salam hormetli vekil. Men bowanmadan menden aliment teleb ede bilerler .?

Sevil 2023-03-29 10:12:58

Salam.mən 110man aliment alıram.deyirəm verib məhkəməyə qaldırtacam,deyir versən də onsuz da rəsmi gəlirim azdı,verməyəcəm.işi qeyri rəsmidi.mən qaldırta bilərəm aliment miqdarını?

Bəli cox güman ki ərizə versəniz aliment artacaq. Vəkil Qulam İsmayılzadə

z_eldar 2023-03-30 12:16:12

Salam bir ildə 2-3 dəfə alimentin qaldırılması üçün məhkəməyə müraciət oluna bilər?

Ilyas Bayramov 2023-04-01 15:32:02

Salam. Aliment sosial yardimdan cixilir ? Qeyd edim ki aliment 60 manatdir

Sevinc 2023-04-04 18:33:58

Salam biz bezi sebeblerden yola gede bilmedik,qarsi teref bosanmaya erze yazib ve mekemme qurulub 1usaqim var hal.hazirda 1yas 4 ayliqdi, ve ordan cixdgmiz 10 aydi bu muddetde usaqa 1 manat odeməyib ve maraqlammayib alment ne qeder kesle biler işsizem qohumlar komekliy edir ve usaq bir nece defe mualice alib hal hazirda bakiya yaziblar imkan olmadgi sebebden apara bilmedim onu teleb ede bilerem? Ve zehmet olmasa bunda deyin menim onlarda 6 uzuk bir saatim var elimde sekkilerde varki subut edim mene verilib ama mene vermiyibler cehizimde orda qalib helede divanimi isledibler islenen esyalarmi aldira ya pulun ala bilerem mi? Atam evindede vesyyet pisdi fehlelikle.dolaniriq evde 11 neferik men kiraye puluda teleb ede bilerem elave? Xais edirem cavab verin mene gore vacibdi beri basdan Allah razi olsun

Salam. Aliment tələb edə bilərsinizni mininimum məbləğ 220 manatdır uşağın 3 yaşına qədər əlavə müqavinat da tələb edə bilərsiniz hardasa 100 manat civarında, qızıllarınızı da geri tələb edə bilərsiniz amma kirayə pulunu yox. Vəkil Qulam İsmayılzadə

Qulam Vəliyev 2023-04-05 08:34:09

Salam mənim 2015 ildə ayrilmışam dövlət işində işləyirəm Əvvəl aylıq maaşım 750 manat idi 2 uşağa 260 manat aliment ödəmişəm indi aylıq maaşım 900 manatdır 2 uşağa nə qədər aliment ödəməliyəm

Mühasibnizlə maraqlanın. Vəkil Qulam İsmayılzadə

Günay 2023-04-05 13:33:15

Salam.sizə 2 sualım var.cavablandırsanız şad olaram. 1).2 uşağım var 2021 ci ilin oktyabrında qarşı tərəflə məhkəmə olub aliment 2 uşağa 350 manat müvəqqəti aliment kəsilib.məhkəmə prosesi 6 ay uzanıb aliment də verməyib.sonuncu rməhkəmədə barışıq ərizəsi olub.alimentin ləğvi ,yığılmış alimenti istəməməyim barəsində sənədə imzaya razılıq verməmişəm.1 il sonra icraya gedib alimentin bərpası üçün müraciət ərizəsi yazmışam.Amma yenə də aliment almamışam.mən hara necə müraciət edə bilərəm. 2)yaşadığımız ev qaynanamın adına idi 9 yaşlı qızıma bağışlanma edib.Qeydiyyatda da qızlarım və mənəm.mənim və uşaqlarımın boşandıqdan sonra bu evdə nə kimi payım var?

Alimentiniz ödənilmirsə Ədliyyə Nazirliyinə şikayət edə bilərsiniz. Uşağın əmlakından sizə pay düşmür, lakin siz icra hakimiyyətindən icazə alıb həmin əmlakı sata bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Rufet Quliyev 2023-04-06 14:39:32

Salam men 2 uwaga gore 308 manat aliment odeyirem. Qarwi teref alimentin artirilmasina gore mehkemeye verib. Men 2ci defe aile qurmuwam hec bir yerde iwlemirem. Aliment 220 manata qaldirila biler?

Ulker İbrahimova 2023-04-10 21:40:23

Salam.cavablandirsaz sevinerem.men mediasiyada iki usaha 300 man aliment razilasdim oda resmi is geri olmadigina gore.ama mehkemeye erize vermemisem hele.men mehkemeye muracietde mediasiyada razilasdigim meblegi deyilde dovlet qaydasiyla teleb etsem,ve onun isde resmi olmadigi deyilse(satici isleyir eslinde)iddia etseki odeye bilmeyecek mehkeme mene 220 man keser 1 usaga?Birde onin huququ varki yeniden o meblegi odeye bilmeyecek deye mehkemeye muraciet etsin. Ve birge nigahdan masin var 1 ildi almisdig 1 ili tam olmamis basqasinin adina kecirdib emlak bolgsu teleb etsem ala bilerem yarsini

Aliment tələbi mediasiya da müəyyən edilibsə artıq məhkəmədə bu məsələyə baxılmayacaqdır. Əmlak evlilik dövründə keçirilibsə başqasına onda tələb edə bilmərsiniz. Vəkil Qulam İsmayılzadə

Miran 2023-04-11 09:32:46

Salam zaks olmadan aile qurmuşuq ve hamile vaxti ayrilmişiq bir usagim olcaq Usag olandan sora ataliqi subut edirilib aliment almaq olar ?

Miran 2023-04-11 09:41:59

Cox xahiş edirem cavab yazasiz zakis olmadan evlenmişik hamile vaxti ayrilmişiq bir usagim olcaq Usag olandan sora ataliqi subut edirilib aliment almag olar ? Birde nişanli vaxti 3 ya 4 qizil ve telfon almişdilar onlarida teleb edib geri ala bilerem ? Cehizlermi geri goturmusem ama qizilar ve telfonu onlar aldiglari ucun geri vermediler

Bəli tələb edə bilərsiiz hamısını. Vəkil Qulam İsmayılzadə

Qumru 2023-04-12 13:07:06

Salam yoldasim turk vetendasidi 5 ildi ayrilmisiq .amma aliment odemir nede bosanmir hara muracet edim?

Məhkəməyə müraciət edərək boşana bilərsiniz, alimenti də məhkəmə təyin edəcək. Vəkil Qulam İsmayılzadə

Heyranə Xəlilova 2023-04-12 18:09:03

Salam. Yoldaşımın 1ci ailəsindən kəbinləri olmayıb ama 2 oğlu var 20-17 yaşlarında hal hazırda 18i yaşı tamam olmamış oğlu üçün anası 220 manat aliment kəsdirib. Bunu azaltmaq olarmı? Ata dövlət işində işləmir. Evdən onlara pay düşürmü ? Bi zəhmət cavablandırsanız məlumatım olar öncədən təşəkkür

Azaltmaq olmur, evdən uşaqlara pay düşmür. Vəkil Qulam İsmayılzadə

Mətin ibrahimov 2023-04-12 23:40:46

Salam bir yaxınım var o soruşur. Boşanıblar 1uşağları var 3yaşında 130 manat aliment ödəyir ata. Xanm isə məhkəyə müraciət eləyərk alimentin məbləğin qaldırma şansı varmı. (Atanın rəsmi iş yeri yoxdur)

Bəli müraciət edib alimentin məbləğini artıra bilər. Vəkil Qulam İsmayılzadə

Sevinc Sukurova 2023-04-12 23:43:17

Salam 120 mant aliment kesilib mene 6 il bundan qabag ogulan hec bur yerde resmi işlemir. Muraciyyet etsem qaldırlar almenti?

Cənnət Qurbanova 2023-04-14 11:39:38

Salam , aliment kartını hardan almaq olar ?

Bankda açdıra bilərsiniz kart hesabı. Vəkil Qulam İsmayılzadə

Flower 2023-04-15 18:56:46

Salam, Dayım 2-ci qrup əlildir aylıq 220 manat əlilliyə görə təqüd alır. Mayın 13 ü sonuncu məhkəməsidir boşanma üçün, 2 uşağı var. Minimum nə qədər aliment ödəməlidir? Qeyd edim ki başqa gəlir sahəsi yoxdur.

Afaq L 2023-04-16 11:59:39

Salam zehmet olmasa cavab vererdiz Zakis olmadan evlendik ve ayrilmişiq usagim dunyaya gelenden sora ataliqi tesdiq edilse mene alinan qizillari geri ala bilerem ondan ? Subut yoxdu elimde amma. Zakis olmadan aliment teleb edmek ucun mene hansi senedler lazimdi ? Ataliqi subut olundugdan sora bele usagdan imtina ede biler ?? Imtina edse usagdan alimnetde odemiycek ?

Rəsmi nikah olmadan da aliment tələb edilə bilinər, həm çinin faktiki nikahda olduğunuz səbəbindən qızılları da tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Afet 2023-04-16 12:04:52

Salam Biz ayrilmisiq 1 usagim olacag ozumde hecyerde işdemirem .Hamile olandan bir qepiyde xerclemiyib usaga butun xerci anam cekir Ne qeder alimnet ala bilerem ? Usag olan kimi alimnet ve ataliqi ucun mehkemeye muraciyet eden gunden alimnet hesablanmaga bawdiycag . Ya ataliqi subut edirilenden sora

Alimentin hesablanması ərizə məhkəməyə daxil olan gündən başlayır. Vəkil Qulam İsmayılzadə

Ləman Qəhrəmanova 2023-04-16 13:53:41

Salam. Biz 5 aydır evliyik və mən 3 aylıq hamiləyəm. Boşanmaq istəyirəm. rəsmi nigahımız var. Bilmək istəyirəmki mən uşaq olmamış ya olandan sonra boşansam yəni hər iki halda atasının atalıq verməmək şansı var?? Və evi var. Öz adınadır yalnız nigahdan öncə alınıb. Bizə o evdə yaşamaq hüququ düşür?? Pay düşmür onu bilirəm. Öncədən təşəkkür edirəm

Uşaq olandan sonra aliment tələb edə bilərsiniz, həmçinin uşağın yetkinlik yaşına çatana qədər yaşaması üçün gəlin köçdüyüynüz evdən istifadə hüququ tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Vusal 2023-04-16 17:00:47

Salam zaks yoxdur usag olandan sora mehkmeye muraciyet etmek lazimdi aliment ucun ya ondan evelde bize senedler lazimdi? Dente anlizi teleb edse ata pulun ozu verir ? Ya mehkemede hell olur mehkeme terefinden

Aliment üçün uşaq dünyaya gələndən sonra müraciət edilə bilinər. Ekspertizanı məhkəmə lazım olda təyin edir, və onun dəyərininin ödənilməsi tərəflərdən birinin üzərinə qoyulur. Vəkil Qulam İsmayılzadə

Ramin Məhəmmədlu 2023-04-18 11:35:30

Salam 5ildi evliyəm 2 qız uşağım bir maşın almışıq 2023 ildə anamın adınadı boşansaq yoldaşım maşınnan pay istiyə bilər

Ramin Məhəmmədli 2023-04-18 11:43:20

Salam 670manat maaş alıram 2 uşağa görə nə qədər aliment ödəməliyəm maaşımın 3də biri yaxud yaşayış minumumu qədər

Bunu məhkəmə müəyyən edir. Vəkil Qulam İsmayılzadə

Bəxtiyar 2023-04-20 13:50:20

Salam mən boşandığım gündən 2 ildən çoxdu aliment ödüyürəm amma icraçıları görməmişəm yəni məhkəmədən məktub gəlib və hər ay ödənişəm çeklərin əlimdədi icraçıları bunu bildirməliyəm ya necə digər tərəfdən icrasını tanımıram mən nə etməliyəm öncədən təşəkkür edirəm

Qəbzləri müəyyən müddətdən bir icra məmuruna təqdim etməyiniz təklif olunur. Vəkil Qulam İsmayılzadə

Əfsanə 2023-04-22 12:49:16

SALAM minimum aliment 220 azn dirsə Atanın maaşının 1/4 i bu qədər etmir axı.Maaşını əsas götürüb alimenti minimumdan az ödənsə buna etiraz etmək mümkündürmü?

Məhkəməyə müraciət edəndə tələbi bu cür qoymaq lazımıdır: Əmək haqqının 4/1 hissəsi miqdarında aliment tutlusun, lakin 220 manatdan az olmamaq şərti ilə. Vəkil Qulam İsmayılzadə

Zeyneb seferov 2023-04-24 16:53:21

Boşanmadan alment almaq olar

Zaur 2023-04-26 21:00:22

Salam resmi is yerim var 584 azn maasimdi. Mehkeme maasin 3 de 1 i yox 440 azn aliment teyin eliyib. men 144 manatla nece dolanim bunu niye nezere almirlar? Apelyasiyaya sikaet elesem azaldarlar?

Apellyasiya çətin təmin edə şikayətinizi. Vəkil Qulam İsmayılzadə

Hulya 2023-04-26 21:36:38

Ataliq tesdiq olunandan sora usagdan imtina edmek olur ? Imtina edilse alimentidə ödenilmiycək ya imtina edse bele ödemek mecburyetindedi ?

Uşaqdan imtina etmək olmur ümumiyyətlə, valideynlik hüququndan yalnız məhkəmə məhrum edə bilər. Vəkil Qulam İsmayılzadə

Hulya 2023-04-26 21:56:39

Çox xahiş edirem etrafli cavab yazardiz her bir sualima melumatim tam olsun issiyirem bu haqda. Ayrıdıqdan sora usaqa tək baxdigma göre alimentden elave pul teleb ede bileremmi ? Neçə yaşna kimi və nə qədər pul teleb edmek olar ? Bu pul alimentin icinde hesablanacaq ya alimentden elave ? bu puluda ata ödəmək məcburyətindədir ya ödemeyede biler ?

Uşağın 3 yaşına qədər tələb edə bilərsiniz, ayrı hesablanır, məbləğ hardasa alimente yaxın ola bilər. Vəkil Qulam İsmayılzadə

Ulviyye 2023-04-26 22:20:49

Aliment ve ataliqin subutu üçün mehkemeye muraciyet edsem ata mehkemeye gelmek mecburyetindedir ya gelmeye de biler ? Yaşadigi ünvandan bu işi hell ede biler ya ikmizde bir yerde mehkemede iştirak edmeliyik ? Gelmese iştirak elemese bu halda hansi tebirler gorulur?

Onun iştiakı olmadan da keçirilə bilər məhkəmə. Mülki işlər üzrə məhkəmələr könüllü iştirak əsasında olur. Vəkil Qulam İsmayılzadə

Raya aliyeva 2023-04-28 11:10:36

Epilepsiyali oqlumdan 2 usaqa ne qeder aliment ala biler kecmis yoldasi? Tesekkur edirem

Bunu məhkəmə müəyyən edir. Vəkil Qulam İsmayılzadə

Vusal 2023-04-28 19:04:23

Aliment ucun mehkemede iştirak edmesem hansi tedbirler gorule biler ? Aliment 220 azn dirse bunu ata azaltmaq olar ? Ya mumkun degil

Demək olar ki, mümkün deyil. Vəkil Qulam İsmayılzadə

Hulya 2023-04-28 20:32:03

Coxsagolun sualmi cavablandirdigniz ucun . Usaga tek baxdigma gore 3 yasna kimi olan pulu ata odemek mecburiyetindedir Ya odemeyede biler ? Bu pulu ancaq usaga tek baxdigma gore teleb ede bilerem ya basqa sebeblere gorede teleb edmek olur ?

Ödəməlidir. Vəkil Qulam İsmayılzadə

Samire 2023-05-01 17:12:42

Salam,men 2021 ilde uwaqlarimin tehsili ile elaqeli ve yoldawimin raziligi esasinda Bakidan Russiyaya gelmiwem.2022 ilde menim Bakida olmammagimdan yoldawim suyi istifade ederek,ve en esasda mene xeberdarliq edilmeden meni bowayib.Azerbaycanda bele bir qanun varmi? Menim oglumun 17 yawi var,ona aliment duwurmu,ve hara muraciyyet ede bilerik?

Bəli, siz olmadan da boşanma olur, uşağın 18 yaşı tamam olunana qədər aliment tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Fexriyye 2023-05-02 00:23:17

Salam.Eger dini kebin varsa,ataliq mueyyen olunubsa,aliment ucun hansi senedler teleb olunur?Ata aliment odeyende ananin shexsiyyetini tesdiq eden sened lazim olur?Umumiyyetle atanin aliment odemesi ucun hansi senedler teleb olunur(qeyd edim,aradayalniz dini nikah var)

Bəli aliment tələb edə bilərsiniz. Sənədlət: metrika, şəxsiyyət vəsiqəsi, mediasiya təşkilartından arayış, dövlət rüsumunu təsdiq edən sənədlər. Vəkil Qulam İsmayılzadə

Kərimova nigar 2023-05-02 21:59:44

Salam bizde alamet sabit emek haki üzrə kəsilib 2018 de indi bilmek istəyirəm sabit emek haki artirilibmi və necə olub

Məqalləni oxuyun, bu haqda məlumat qeyd edilib. Vəkil Qulam İsmayılzadə

Fərid 2023-05-03 03:31:57

Salam.Bilmək istəyirdim Alimentin Milli Məclis tərəfindən son artırma gərarı neçə manatdır.

Məqalə elə bunun haqqındadı. Vəkil Qulam İsmayılzadə

Aygun Abdullayeva 2023-05-06 14:19:53

Salam 1 ildir boşanmişig alimenti razilawma yolu ile yazdi ki odeyecem.Ama odemek istemir kime isteyirsen de deyir komek etmir.Bu barede kime muraciet edim komek edin mene chox xaish edirem

Məhkəməyə müraciət edib hüquqlarınızı təmin edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Sebnem Rzayeva 2023-05-09 09:16:37

Bosanmadan alimet almaq olar?? Ayri yasayiriq

Sofa 2023-05-09 22:18:03

Aliment 220 manatdan yuxarı almaq mümkündürmü. Birde iddia ərizəsində alimentin miqdarı qeyd edilməsə məhkəmə 220 m aşağı tuta bilərmi. Maaş 600 m olanda

Bəli 220 dən artıq da tutula bilər əgər sübut eləsəniz ki ərinizin gəliri kifayət qədərdi. Vəkil Qulam İsmayılzadə

Memmedova cemile 2023-05-10 12:44:21

Salam men 2 ci defe aile qurmusam ve 1 qiz ovladim var. Ilk evliliyimden ise 2 ovladim var hazirda 305 azn aliment aliram men artira bilerem ailimenti 12 qizimin 10 oglumun yasi var 2 ci yoldasim bacir ilk evliliyimden olan usaxlarimada xesdedi asma xesdesi men alimenti artimax isdeyirem artira bilerem yoxsa zaksim var deye dusmur mene aliment artirmax?xais cavab vererdiniz

Artıra bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Namiq Hacıyev 2023-05-11 12:55:16

Salam. 1 ildir boshanmısam 3 ovladim var. Aliment kesilende işlemirdim 400 manat kesibler . İndi iş yerim var 375 manat maash alıram. odeye bilmirem her defe borc yıgılır.Mehkemeye muraciyet etsem azalda bilerler alimenti, Chox sagolun

Salam. Xeyr, hətta artıra bilərlər əgər qrşı tərəf qaürşılıqlı iddia verərsə. Vəkil Qulam İsmayılzadə

Elvin 2023-05-11 18:13:47

Salam. İşləmirəm 1ci qrup əliləm. 2 uşağa 270 manat pul ödəyirdim. İndi qarşı tərəf 440 manata qaldırmaq isteyir. Bu halda təqaüdümdən hamısı tutulacaq yoxsa iki uşağa görə təqaüdün 1/3 ni tutacaqlar.?

Bunu yalnız məhkəmə müyyən edə bilər, işin bütün hallarına qiymət verdikdən sonra. Vəkil Qulam İsmayılzadə

Camal Memmedov 2023-05-12 17:09:30

Salam 3 uwag atasiya alment 120 manatdi idi indi 135.manat odemeliyem ama maasim 345 manadi 2 nece azalda bilerem onceden tewekkur edirem

Heyranə 2023-05-12 19:01:20

Salam vəkil! Alimenti tələb edən kəs mediasiyaya 50 manat ödəyib məhkəmə məktub göndərib ki 50 manat kişidən tutulsun. Belə bir qanun varmı? 3 qardaş bir məhlədə birinin adına katastr deyilən şey var. Bunla kupça götürə bilərsən diyirlər. Götürə bilərmi ? Valideynlər rəhmətə gedib. Əyər götürə bilsə o evdə olan kim varsa ya imzası yada razılığı olmalıdı? Üstəgəl kupça götürə bilsə evi yoldaşının adına keçirdə bilərmi ? Keçirdə bilsə əyər 1-ci yoldaşına yada övladlarına pay düşürmü? Onuda deyim nikahları olmayıb ama mənlə var onun soyadını almışam evi birgə tikmişik. Bi zəhmət cavablandırasınız hər sualımı ayrı ayrılıqda məlumatım olar. Sizədə əziyyət olacaq ama üzürlü sayın öncədən təşəkkürümü bildirirəm

Bəli tələb edə bilər. Digər sullarınız aydın deyil. Vəkil Qulam İsmayılzadə

Heyranə 2023-05-15 15:59:49

Salam! Digər sualım ondan ibarət ki, evə kupça götürən şəxsə evdə kim yaşayıbsa yəni bacı qardaş onların razılığı imzası olmalıdı ? Başqa sualım isə yoldaşım boşanıb kəbinləri olmayıb heç və indi 1-ci yoldaşı diyir ki ev mənimdi mənədə uşaqlarada pay düşür. Ama evi yoldaşımla mən birgə xərc qoyaraq tikmişik. Və kəbinimizdə var. O qadına hansısa vəkil ümid verə bilər ki ev sənin pay düşür. Belə qanun varmı? Cavab üçün təşəkkür.

Evə yeni çıxarış alanda qeydiyyatda olanların da razılıqı tələb edilir. Vəkil Qulam İsmayılzadə

QOCALI ŞAHİN 2023-05-15 18:12:55

Salam!menim heçbir işim yoxdur, alimetde bildiyimə gire minimum 220 AZN dur ve men bu məbləği ödəyə bilmirəm gücüm çatdığı qədər 100 manat 90 manat 120 manat bele ödəyirəm ,bu borc olaraq yığılır bunuda bilirəm , menim bilmek istədiyim uşaq böyüməsi üçün nəzərdə tutulan məbləğ 220 AZN dur yetişkin bir insanın yaşaması üçün isə 320 AZN dir ,bele olduğu halda görürsəkki minik emek haqqı 300 AZN-dir ve men mümin emek haqqına çalışan isciyem , 300 AZN-dən 220 AZN uşağa aliment verdikdə yerde qalan pul 80 AZN yol pulu en az 30 AZN hesablasaqki bizde minimum əmək haqqıni yol pulu cilimadan hesablanır bütün dünya ölkələrindən fərqli olaraq,lap 80 AZN qalsın ,yaxşı onda 320 AZN hesablanmış olan yetişkin insanın dolanmasi üçün lazım olan məbləğ 80 AZN olur , dövlət mecbur eliyirki alimenti ödəməlisen burda bir uyğunsuzluq yoxdurmu? Uşağa odemeliyik onu anladıq ama maaşlarda ele tenzimlenmelidirki bu uşağa pul ödədikdən sonra özüdə yaşıya bilsin ama bu hal nəzərə alınmır ,eyer maaşla aliment uyğun gəlmirsə mennozumden götürürəm məhkəmə istəyir borc yazsın isdeyir 100 il iş kessin Herkəsden bilirki Azerbaycanda yaşayış seviyesi sıfırdır hara geysen uzağı 370-420 AZN maaş verirlər bu pul yaşam standartlarına cavab vermir , ama alimenti mecbur edirki ver təbii ki o aliment verilmeyecek , tutsalar bele odenilmeyecek ,tutsalar bele baxıram daha yaxşıdı kirayə derdi yox yemek derdi yox aliment derdi yox borcdan ne yığır yığsın onsuzda ödənilməsi mümkün deyil, maraqlı olan odumi bu qərarı milli meclis verərkən bu halları nəzərə almadan artırılsın dedikdə bunu başlayırlar fikirləşirlər ya neylese,uşaq pulu verilməlidir qanunla ve kesilen alimetler yarıya yarı aşağı dusmelidir ,yoxsa bu aliment meselesi hecvaxt həll olunmayacaq, uşaq pulu vermək evezi atayı mecbur edirlerki sen vermelisen,sen vermelisen deyince desinlerki iş veririk 1000 AZN-lik işdə ver ama bu deyilmir necə verirsen ver deyir , demekle deyil özlerinde bizim yaşayış seviyemizi çox gözəl bilirlər mən bir ildi bir iş tapmıram 300-400 AZN-lik şəhərdən axşama mən qul kimi isliyib onuda alimente veren deyiləm , isdiyir tutsunlar yene deyirəm qalmaq yemek içmek derdi yoxdu , aliment kesilenlerin men xeyerdimki 80% verə bilmir bilmeyeceksen mən daxil olmaqla

Ugur hesenov 2023-05-19 00:26:33

3 yasna kimi olan pul usaga tek baxdigna gore alinir ? Ya basqa sebeblere gorede teleb edmek olar Bu pulu almaq ucun neyi sebeb gosdermek lazimdir?

Səbəb göstərməyə gərək yoxdur. Vəkil Qulam İsmayılzadə

Hesen 2023-05-19 00:48:28

Qeyri qanuni yolla olan usag ucun Aliment ucun mehkemeye muraciyet edsem ne qeder xercim cixar ? Texmini olaraq ne qeder pul odemeliyem isim hell olsun

Aliment tələbi rüsumndan azaddır, qalan xərclər işi sizin üçün görən şəxslə aranızda olan danışıqdan asılıdır. Vəkil Qulam İsmayılzadə

Geri qaytarılmayan aviabiletləri necə qaytarmaq olar?

Diqqət! Aviabilet dəyərinə daxil olan hava limanını vergiləri bunlardı: hər zaman dəyişə bilən xidmət, yanacaq və sığorta vergiləri. Tarif qiymətinə uçuşun müddəti, mövsüm və bron sinfi də təsir edir.

Əlavə məlumat. Aviabiletin qiyməti=tarif+vergilər+taxes

Tarif — aviaşirkətin təyin etdiyi uçuşun qiymətidir. Taxes – yerdə olarkən təyyarəyə göstərilən xidmətlərə görə havalimanı vergiləri.

Belə aviabiletin pulun qaytarılmasına digər səbəblər

Əgər bilet yuxarıda sadalanan hallarda deyil, digər səbəblərdən geri qaytarılarsa ödəmə nə şəkildə icra edilir?

Aviabiletin qiymətinə aviaşirkətin tarifi, əlavə vergilər və havalimanı vergiləri daxildir. Qanuna görə yalnız tarif hissəsi qaytarılmayan ola bilər. Qalan pulların, vətəndaş təyyarəyə sadəcə geciksə belə geri ödənilməsi tələb olunur.

Sərnişin uçuşa gecikdiyi və ya hər hansı səbəbə görə təhlükəsizlik xidməti tərəfindən saxlandığı halda təyyarə yola düşdükdən sonra belə internet vasitəsi ilə alınan bileti geri qaytarmaq üçün tam hüququ var. Bu vəziyyətdə, uçuşu ləğv etməkdənsə, başqa vaxta keçirmək daha sərfəli olur.

Aviabiletin pulu hansı hallarda qaytarılmır

  • Sərnişin uçuşa gecikdiyində;
  • Sərnişinin səhhətində uçuş üçün maneə olmayacağı problemlər yarandıqda;
  • Vətəndaş sadəcə uçuşdan imtina etdikdə;
  • Səyyahı müşayiət edən şəxs (yaxın qohumu və ya ailə üzvü deyilsə) uça bilmədikdə;
  • Səyyah ilə ailə münasibətlərində olan bir vətəndaşın uçmaqdan imtina etməsi üçün səbəbi olduğu zaman sərnişin ona qulluq etmək üçün qalmaq istədikdə;
  • Uçuş qabağı baş verən digər səbəblər və fövqəladə hallar.

Qaytarılmayan bileti dəyişmək və yaxud yenidən bron etmək olarmı? Şərtlər

Bronlaşdırmanı dəyişmək yalnız əsaslı səbəb olduqda icazə verilir. Yeni bron etmək üçün aviaşirkətə zəng etmək və ya e-poçt ilə bronlaşdırmanın dəqiq tarixi qeyd olunmuş məktub göndərmək lazımdır. Bu halda alıcıdan cərimə tutula bilər.

Diqqət! Aksiya ilə alınan biletlər adətən geri qaytarılmır.

Bileti dəyişdirmək üçün olan əməliyyatları etmək üçün isə mütləq pasport üstünüzdə olmalıdır. Bronlaşdırma bir neçə dəqiqə ərzində adınızdan çıxacaq, lakin pulunuzun geri qaytarılması bir az vaxt alacaq.

Qaytarılmayan tarif ilə olan ucuz aviabiletləri almaqdan qorxmayın! Bu biletlər qənaət etmək üçün əla fürsətdir. Əgər qaytarılmanı vaxtında və düşünülmüş şəkildə edirsinizsə heç bir problem olmayacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.