Press "Enter" to skip to content

Nece men telefonu masina qosub masinla idare ede bilerem

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və əgər o biri qeydiyyat nişanı qalıbsa, onunla birgə BDYPİ-ə müraciət edib, ərizə yazıb yeni qeydiyyat nişanı almaq lazımdır. Bu zaman yeni ayrı nömrə veriləcək. Qeydiyyat nişanının dövlət rüsumu 22 manatdır.

nese-oyren.blogspot.com

Android telefonları format etmək və ya koddan çıxarmaq

Bu mövzuda sizə Android telefonlar, planşetlerin kodun necə sindirmaq olar mövzusunda danışacam. Ümumiyyətlə bütün android sistemi ilə işləyən telefonlar ya planşetlər olsun əgər telefonun kodunu unutdun və bir neçə dəfə səhv daxil etsəniz telefon bloka düşür. Bəs bu koddan necə çıxarmaq olar ? Bunun üçün hansısa telefon mağazasına getmək lazım deyil. Günümüzdə internetdə olmyan bir məlumat yoxdu. Yəni istədiyiniz məlumatı internetdən tapa bilərsiniz. Ama təəsüfki Azərbaycan dilində bu barədə məlumat çox azdır. Ümumiyyətlə sizə bir məsləhət verim interden bir şey axtaranda Azərbaycan dilində yetərli məlumat tapmadınızsa onda türk , ingilis və ya rus dillərinə müraciət edin. Nəsə mövzudan çox uzaqlaşmayım. Öncədən onu deyimki əgər telefonun bloka düşdüsə və sən telefon mağazasına yaxınlaşdınsa bu sadə bir işə görə səndən ən az 5 azn alacaqlar və hətta daha çox )
Demək olarki bütün android cihazlarda telefonu blokdan çıxarmaq üçün sizə telefonu kömpüterə qoşmaq lazım deyil. bunu sadəcə özünüz 2-3 knopkanın köməyi ilə edə bilərsiniz. Mən sizə Samsung Galaxy S4-ü necə blokdan çıxarmaq lazımdı onu izah edəcəm.
Koda düşmüş Samsung Galaxy S4 modelini koddan çıxarmaq üçün siz ilk öncə telefonun nömrəsini və yaddaş kartını telefondan çıxarırsınız. sonra telefonun bateriyasini çıxardıb yenidən taxırsınız. Bateriyani yerinə taxdıqdan sonra SƏS UCALDAN (volume up) + Ev düyməsi (home, orta knopka) + ON/OFF (POWER (loru dildə desək söndürüb yandıran) ) knopkalarını üçündə bir yerdə basıb 7-8 saniyə saxlayırsız

qarşınıza aşağıdakı şəkildə göstərdiyim yazılar çıxacaq.

Burda səs azladan knopka ilə “wipe cache partition” yazısının üstünə gəlib orta knopkanı knopkanı basırsınız. sonra isə “wipe data/factory reset” yazısının üstünə gəlib orta knopkanı basırsınız. Gələn yazılarda “Yes” sözün seçirik və bununlada demək olarki telefonumuz koddan açıldı və format olundu. lazım olan sadəcə “reboot system now” seçmək və telefonu işə salmaq.. Min deməkdənsə bir görmək daha yaxşıdı əlbəttə ) ona görə bu videonu izləyə bilərsiniz.

Avtomobilin nömrə nişanı itdikdə nə etməli?

Avtomobilimin nömrə nişanından biri düşüb itib. Harada düşdüyünü bilmirəm. Bu gün səhər avtomobili park edərkən gördüm ki, qarşıdakı nömrəsi yoxdur. İndi nə etməliyəm? Avtomobili bu cür idarə etsəm, cərimələnə bilərəm?

Bu barədə Publika.az-a paytaxt sakini müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Publika.az-a açıqlamasında avtomobilin dövlət nömrə nişanının itirilməsinə görə, cərimə tətbiq edilmədiyini bildirib.

Onun sözlərinə görə, nömrə nişanı itmiş avtomobilin sahibi əvvəlcə yol polisinə müraciət etməlidir. Bu zaman avtomobilin texniki qeydiyyat şəhadətnaməsi dəyişir. Dövlət qeydiyyat nişanına görə, yenidən rüsum, baxış haqqı ödəməli olur:

“Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq, onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir”.

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və əgər o biri qeydiyyat nişanı qalıbsa, onunla birgə BDYPİ-ə müraciət edib, ərizə yazıb yeni qeydiyyat nişanı almaq lazımdır. Bu zaman yeni ayrı nömrə veriləcək. Qeydiyyat nişanının dövlət rüsumu 22 manatdır.

K.Əliyev bildirib ki, dövlət qeydiyyatı nişanı olmadan avtomobilin idarə edilməsinə icazə verilmir. İdarə edildiyi halda, həmin şəxsin əməlində inzibati xəta yaranır və inzibati məsuliyyətə cəlb olunur.

Gülxar

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

İstifadəsiz qalan mobil telefon nömrələrinin taleyi necə olur? – Mobil operatorlar cavablandırır

Bu gün mobil telefonlar olmadan həyatımızı təsəvvür edə bilmirik. Telefon hardasa sağ əlimizi, gözümüzü, qulağımızı əvəz etməyə başlayıb. Mobil nömrələrin alınması , mobil telefonların əldə edilməsi ölkəmizdə mürəkkəb prosedur olmadığına görə istənilən adam istədiyi sayda telefona və mobil nömrəyə sahib ola bilir.

Bəs uzun müddət istifadəsiz qalan nömrələrin taleyi necə olur? Bir nəfər tərfindən satın alınmış nömrə uzun müddət istifadəsiz qaldığına görə, mobil operatorlar tərəfindən başqa bir şəxsə satışa çıxarılırmı? Bu mülkiyyət hüququnun pozulması hesab edilə bilərmi? Bu kimi suallarla ölkəmizin ən məşhur mobil operatorlarının nümayəndələrinə üz tuturuq.

Bakcell-in ictimaiyyətlə əlaqələr korporativ kommunikasiya departametindən verilən məlumata görə, sistemdə birtərəfli bağlanan nömrələr bir ay ərzində aktivləşdirilmədiyinə görə ikitərəfli bağlanır : “Sistemimizdə ikitərəfli bağlı statusunda olan nömrənin yenidən aktivləşdirilməsi üçün abunəçilərimizə 150 (yüz əlli) gün vaxt verilir və müvafiq nömrə həmin müddət ərzində də aktivləşdirilmirsə, sistemdən kənarlaşdırılır. Bundan əlavə, müştəri məmnuniyyəti prinsipinə əsaslanaraq, nömrənin sistemdən kənarlaşdırılması tarixindən sonra onun dublikatını alıb bərpa etmək üçün abunəçilərə 90 (doxsan) əlavə gün verilir. Habelə, abunəçilərlə bağlanan müqavilələrin şərtlərinə əsasən, abunəçinin istifadəsinə verilmiş nömrənin 6 (altı) aydan çox müddət ərzində bağlı qalması abunəçi tərəfindən müqaviləyə birtərəfli xitam vermə kimi qiymətləndirilə bilər və şirkət üçün həmin nömrə üzrə başqa abunəçi ilə yeni müqavilənin bağlanmasına əsas verir. Məlumat üçün həmçinin bildiririk ki, Azərbaycan Respublikasında bütün nömrə resursları dövlətə məxsusdur və onlardan səmərəli istifadənin təmin edilməsi telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorun birbaşa öhdəliyidir”.

“Azərfon”-dan bildiriblər ki, “Nar” nömrələrinin balansına 7 ay ərzində bir dəfə də olsa pul yüklənməsə, nömrə bağlanılır, nömrə vətəndaşın adından çıxarılır.1 il sonra nömrə satışa çıxarılır.

“Azərcell” şirkətindən isə bildirildi ki, nömrənin saxlanılması özü şirkət üçün hansısa bir məbləğə başa gəlir, buna müəyyən maliyyə yatırılır. Hər kəs istədiyi sayda nömrə alıb, onu istifadəsiz saxlamaq istəsə, bu, mobil operatorlara ciddi ziyan vura bilər. Rusiya, Türkiyə kimi qonşu dövlətlərdə iki həftəlik və ya müvəqqəti nömrələr satışa çıxarılır ki, vətəndaş bu ölkədə olduğu müddətdə həmin nömrələrdən istifadə edir, sonra nömrə avtomatik bağlanır. İstifadə olunmayan “Azərcell” nömrələri 6 aydan sonra bağlanır. Bunun üçün müəyyən prosedur həyata keçirilir, sonra nömrə yenidən satışa çıxarıla bilər. Mülkiyyət hüquqlarının pozulması məsələsinə gəlincə, bütün bunlar nömrə alınarkən şirkətlə vətəndaş arasında bağlanan müqavilədə öz əksini tapır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.