Press "Enter" to skip to content

Nece pul qazana bilerem

Əlbəttə, aylıq qazancını artırmaq üçün artıq işləməyə və ya ikinci bir işə başlamağa qərar verə bilərsiniz. Lakin, “pul qazanmaq üçün vaxt” formulu sizin özünüzə və yaxınlarınıza vaxt ayırmamağa gətirib çıxaracaq. Xüsusən də qiymətli axşamları və həftə sonlarını ailənizlə birlikdə keçirməkdən imtina etmək məcburiyyətində qalacaqsınız.

İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 )

Böhranda internetdən sınanmış yollarla pul qazanmaq

Bəlkə də bu yazımı oxuyanların bəziləri məni qınayacaqlar ki, onların işinə sizidə qoşuram =) Lakin, dolların manata nisbətdə bahalı olduğu bu böhran dönəmində, internetdən qazanc əldə etmək həm bizlər üçün ən uyğun variantdır, həmdə ölkəyə xaricdən pul gətirməklə dövlətə dəstək olmuş olarıq.

Sizlərə bu yazımda yığcam və dəqiq necə və hansı yolla internetdən pul qazanmağı izah etməyə çalışacam.İnternetdən pul qazanmağın bir neçə yolu var.

OxşarYazılar

Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?

Video hazırlamadan YouTube-dan aylıq 20 000$-a qədər pul qazanmaq

Dropshipping biznesi nədir və necə başlamaq olar?

Əgər fotoqrafsınızsa çəkdiyiniz şəkilləri sata bilərsiniz, dizaynersinizsə hazırladığınız dizaynları sata bilərsiniz, proqramçısınızsa freelancer olaraq saytlardan iş götürüb işləyə bilərsiniz və ya youtube, fiverr və s. saytlardan pul qazana bilərsiniz.

Dizaynerəm, internetdən necə pul qazana bilərəm?

  • designcrowd.com saytında qeydiyyatdan keçərək. Orada dizayn sifarişləri müsabiqə formasında olur və sizin kimi digərləridə eyni iş üçün dizayn hazırlayır. Sifarişçi hansı işi bəyənirsə onu seçib pulun ödəyir. Azərbaycanda bu sayt ilə gecə gündüz işləyib qazananlar çoxdur. Hesabınızdakı pulları Skrill ödəmə sistemi vasitəsilə ala biləcəksiniz.
  • fiverr.com saytında qeydiyyat olaraq orada belə bir elan verə bilərsiniz. “I will design logo for you ” – Mən sizə loqo hazırlayacam. Bu saytda loqo qiyməti 5$ olduğu üçün sifarişlərdə çox olur. Qiymət 5$ olur, lakin əlavə xidmətlər ( Loqonu vektor formada vermək üçün əlavə pul almaqla) qeyd etməklə bu qiyməti artıra bilərsiniz. Fiverr.com ilədə işləyənlər Azərbaycanda çoxdur. Azərbaycana ödəniş edir.

Qeyd: Belə saytlar çoxdur, məsələn 99designs.com saytıda var. Lakin ən məsləhətliləri yuxarıda qeyd etdiklərimdir.

Fotoqrafam, şəkillərimi satmaqla necə pul qazanım?

  • shutterstock və fotolia.com saytı ilə şəkillərinizi satışa çıxarıb sata bilərsiniz. Bir şəkili bir neçə nəfər ala bilər.

Nə fotoqrafam nədə dizaynerəm. Bəs mən necə pul qazanım ?

  • youtube.com ilə. Maraqlı və baxılacağına əmin olduğunuz, özünüzün çəkdiyiniz videoları youtube-a yükləyin və youtube hesabınızı Google Adsense-ə qoşun. Videonuzdakı reklama klik olunduğunda hesabınıza pullar gəlməyə başlasın.
  • Mənim kimi belə bir bloq açın və içinə bildiyiniz sahədə sırf özünüzün fikirləri olan məqalələr yazın. Daimi istifadəçiləriniz olarsa bloqunuza Google Adsense ilə reklam yerləşdirilib pul qazana biləcəksiniz. Gələcək yazılarımda bu bloqu necə açdığımı da sizə izah edəcəm.
  • Freelancer saytlarında qeydiyyatdan keçərək ( Məs. www.freelancer.com) pul qazanmaq mümkündür. Hər hansısa bildiyiniz bir sahədə sifarişçinin işini görə bilərsiniz. Belə saytlarda ilk öncə ucuz qiymətdən iş görməyinizi məsləhət görürəm ki, reytinq toplayasınız. Reytinqiniz çoxaldıqdan sonra qiymətidə rahatlıqla artıra bilərsiniz.
  • Maraqlı mobil proqram və ya oyun yaratmaqla bağlı ideyanız varsa, həyata keçirsəniz daha çox qazana bilərsiniz. Proqram və ya oyununuzu istəsiniz pulla sata bilərsiniz, istərsəniz də proqram daxilində reklamlar yerləşdirib onlardan pul qazana bilərsiniz. Mobil proqram yaratmağın mərhələləri haqqında yazmışdım. Növbəti yazılarımda isə mobil proqramları sıfırdan yaratmağı izah edəcəm.

Cashback ilə pul qazanmaq

Cashback pulların qaytarılması mənasını ifadə edir. Onlayn alış-verişlərdə isə bu termin alıcının aldığı məhsula xərclədiyi pulun bir hissəsinin geri qaytarılması deməkdir. Belə ki, alıcı alış-veriş etdikdən bir müddət, məsələn 1 ay sonra məhsul üçün ödədiyi məbləğin bir hissəsini geri alır.

Daha sadə dillə desək, bəzi online mağazalar hər hansı məhsulu məhz onlardan almağınız qarşılığında sizə cashback təklif edirlər. Məsələn, 200 AZN-lik bir telefonu onlardan əldə etdiyinizdə sizə 40 AZN cashback vəd edir.

Bunu bir növ endirim kimi də qəbul edə bilərsiniz. Lakin burada geri qaytarılma alış-veriş anında deyil, 1 ay kimi müddət ərzində qaytarılır.

Cashback sistemlərindən ən yaxşısı hal-hazırda MEGABonus-dur.

Şəkildən də gördüyünüz kimi, megabonusa yenicə qoşulmağıma baxmayaraq artıq 33$ hesabdan pul çıxarmışam, 100$ isə qısa müddət ərzində hesaba oturmağı gözlənilir. Burada əsas qazanc referrallar yığmaqdır.

Sizin vasitəsinizlə dostlarınız qeydiyyatdan keçsə və onlar da cashback sistemindən istifadə etsə siz bonus qazanacaqsınız bundan. Aliexpress, booking.com kimi saytlardan alış veriş edənsinizsə mütləq megabonusu istifadə edin, pulunuz geri qayıtsın. Megabonusa qoşulmaq üçün buyurun qeydiyyatdan keçin.

Globus-Inter ilə pul qazanmaq (artıq işləmir)

2013-cü ildən bəri xarici ptc (reklamlara klik edərək pul qazanmaq) saytları arasında ən güvənlisi sayılır.

Açıldığından bu zamana qədər bütün ölkələrdən 1 milyon üzvlüyə sahib olan Globus-inter internet üzərindən pul qazanmaq istəyən istifadəçilər üçün reklam başına qazandırdığı pul miqdarı tərəfdən olduqca məhşur və etibarlı bir saytıdır.

Globus-İnterlə pul qazanmaq üçün heç bir xüsusi bacarıq tələb olunmur.

Globus-interin mobil tətbiqləri vasitəsilə siz öz telefonunuzdan hesabınızı idarə edə və pul qazana bilərsiniz.

Globus-inter ödəmələrinizi Paypal və Webmoney hesablarınıza ödəyir. Standart üzvlər hesablarındakı pulu minumum 0.50 $ (minimum 100 klikdən sonra) olduğunda ilk ödəməyi istəyə bilərlər.
Müsbət cəhəti onun referal proqramıdır ki, əlavə qazanc imkanları yaradır. Referal link ilə dostlarınızıda Globus-interə cəlb etməklə qazancınızı daha da artıra bilərsiniz .

Alış-veriş saytı aç, dollarla pullar qazan. (hələ də aktualdır)

2008-ci ildən etibarən şəxsən özüm Dropshipping deyilən bir bizneslə məşğulam.

Dropshipping nədir ? – Alış veriş saytı açırsınız, Aliexpress.com-a girib ordakı məhsulların şəkillərini yerləşdirirsiniz öz saytınıza.Qiymətinidə 2-3 dəfə baha edirsiniz.

Mən məsələn, 3$-lıq məhsulu elə olurki 20$-dan rahatlıqla sata bilirəm. 2-3$-ı reklamına xərcləyirəm, 3$-ı məhsula xərcləyirəm təxminən 15$ gəlir əldə olunur. Müştəri məhsulu sifariş verəndə təbii ki, bu məhsul sizdə olmur, və siz aliexpress.com girərək eyni məhsulu sifariş verirsiniz və ünvan yerinə sizdən sifariş verən müştərinin adını və ünvanını qeyd edirsiniz.

Aliexpress-dəki satıcıya qeyd vasitəsilə bildirirsinizki siz dropshippersiniz və heç bir halda invoys və reklam xarakterli heçnə olmasın göndərilən paketdə. ” I am dropshipping this, Please don’t include any invoice or promotional materials” Thanks. Bu formada yaza bilərsiniz.

Saytınızı yaratmaq üçün isə shopify.com -da qeydiyyatdan keçərək yarada bilərsiniz. Daha ətraflı …

Xarici şirkətlərin səhmlərini alıb sataraq pul qazanmaq

Dünyanın ən varlı insanları hal-hazırda inkişafda olan şirkətlərin səhmlərin alıb satmaqla qazanclarını durmadan artırırlar.

Sizdə Azərbaycanda ola-ola xarici şirkətlərin səhmlərin alıb bundan 2 yolla qazanc əldə edə bilərsiniz.

  1. Dividend ödəmələrindən
  2. Qiyməti artdıqda səhm satmaqla

Mən xarici şirkətlərin səhmlərini Freedom Finance üzərindən alıram və onuda qeyd edim ki, Freedom Finance bu yaxınlarda ödənişsiz təlim təşkil edəcək və bu sahədə yeni olan hər kəsə səhm bazarlarında necə ticarət etməli olduqlarını öyrədəcək.

Ödənişsiz təlimə qeydiyyat olmaq üçün : https://workshop.ffin.az/

Bu mövzuda çox yazmaq olar. Növbəti yazılarımda, internetdən sınanmış pul qazanmağın digər yolların izah edəcəm. Əlavə nə suallarınız olarsa şərh vasitəsilə yazın, cavablayım.

Nece pul qazana bilerem

Günümüzdə əksər insan daimi iş yerindən əlavə pul qazanmağın yollarını axtarır və öz şəxsi biznesini qurmağa çalışır.

Əlbəttə, aylıq qazancını artırmaq üçün artıq işləməyə və ya ikinci bir işə başlamağa qərar verə bilərsiniz. Lakin, “pul qazanmaq üçün vaxt” formulu sizin özünüzə və yaxınlarınıza vaxt ayırmamağa gətirib çıxaracaq. Xüsusən də qiymətli axşamları və həftə sonlarını ailənizlə birlikdə keçirməkdən imtina etmək məcburiyyətində qalacaqsınız.

Bu səbədən siz başqa alternativ yolları sınamalısınız. Ən əsası isə online vasitə ilə pul qazanmaq sizin üçün ən sərfəli üsul ola bilər. Internet bir xəbər və əyləncə mənbəyindən başqa, bizə həm də qazanc əldə etməyə imkan verir. Bu gün internetdə onlarla qanuni fəaliyyətlər vasitəsilə milyon dollarlıq əməliyyat mübadiləsi həyata keçirilir. İnternet vasitəsilə daha çox insan öz şəxsi bizneslərini yaradır və onlayn formada əlavə pul qazanırlar. Bəziləri isə cəsarətlənərək öz bizneslərini dəyişir və tam formada internet üzərindən həyata keçirməyə başlayır.

Sizə gündəlik həyatınızda çox vaxtınızı aparmayan və günlük rejiminizi pozmayan onlayn pul qazanmağın 5 yolunu təqdim edirik.

Öz Blogunuzu və ya E-Ticarət saytınızı yaratmağa başlayın

Bu yol ən məşhur vasitələrdən biridir. Öz səhifənizi hobbi, düşüncələr və hisslərinizi başqaları ilə bölüşmək və insanlar ilə real əlaqələr yaratmaq üçün istifadə edin. Bir blogla pul qazanmanın bir çox yolu var. Məsələn, onlayn reklam (məsələn, Google Adwords), affiliate marketing(bu barədə aşağıda qeyd edilib), sabit gəlir axınını abunəçilərə əsaslanaraq təmin etmək və s. Bu, özünüzün “virtual daşınmaz əmlak” platformanızı əldə etmək üçün ən sürətli yollardan biridir.

“Affiliate Marketing” vasitəsilə

Satmaq üçün öz məhsul və ya xidmətləriniz olmasa belə, affiliate marketing sizə birdəfəlik satışlar vasitəsilə güclü komissiyalar qazanma şansı verir. Siz bir onlayn pərakəndə satıcının göndərdiyi trafik və ya satış üçün komisyon haqqı tutmaqla rahat şəkildə pul qazana bilərsiz. Tək etməli olduğunuz şey, social mediya, axtarış brauzerləri hətta öz veb saytınız vasitəsilə əlaqəni istifadə edərək şirkəti tanıtmaqdır.
Affiliate marketing ilə bağlı ən yaxşı cəhətlərdən biri odur ki, sizin öz məhsullarınızı, öz marketinq materiallarınızı yaratmağa ehtiyac yoxdur, hər hansı bir alıcı kütləsi yaratmaq məcburiyyətində də deyilsiniz. Bu yolla pul qazanmaq istəyirsinizsə gəlirli bir bazar seçin, məhsulların satış ortağı kimi özünüzü tanıdın və satış həyata keçdiyi zaman komissiya haqqı hesabına pul qazanın.

Onlayn Nəşriyyat (E-kitablar)

Hazırkı işgüzar və həyat tərzinizdən asılı olmayaraq, ehtimal ki, sizin içərinizdən çıxmaq üçün fəryad edən bir kitab var. Amazon Kindle Direct Publishing (KDP) platforması minlərlə insana nəşr müəllifləri olmaq və pul qazanmaq imkanı verir. Həmçinin, bu daha müəyyən və ənənəvi naşirlər tərəfindən diqqət çəkməyin bir yolu ola bilər. Siz təkcə Amazon.com kimi platformalarda e-kitablar satmaqla deyil, həm də birbaşa öz veb saytınızdan da sata bilərsiniz. Bununla da siz kitabları daha yüksək qiymətə satmaqla bütün mənfəəti özünüz əldə edə biləcəksiniz.

Onlayn Anketlər

Əlavə gəlir qazanmağın digər yollarından biri də, onlayn anketlərdir. Brend firmalar və bazar araşdırma şirkətləri ümidsizcə insanların məhsul və xidmətlərlə bağlı fikirlərini axtarır və bunun üçün yaxşı bir vəsait təklif edirlər. Onların mürəkkəbliyindən asılı olaraq, hər anket beş, on və ya daha çox dollar dəyərində ola bilər. Seçmək üçün çox sayda tanınmış tədqiqat şirkətləri var, amma başlanğıcda özünüzü 3-5 ilə məhdudlaşdırmaq istəyə bilərsiniz.

Online Freelancing

Fərqli yazmaq və ya jurnalistik bacarıqlarınız varsa, müxtəlif IT, proqram sahələrində usta olsanız, freelancing orta gəlir əldə etmək üçün ikinci bir mənbə ola bilər. Getdikcə şirkətlər marketinq strategiyası həyata keçirir və xüsusi tapşırıqlar üçün kənar mənbələrə müraciət edirlər. Əgər siz öz bacarıq və biliklərinizi onlara sübut edə bilsəniz, əlavə olaraq gəlir əldə edə bilərsiniz. Ehtiyacınız olan tək şey internet bağlantısı olan komputer və müəyyən qədər müştəri bazası yaratmaqdır.

Düşünün və zehninizi planladığınız gəlir hədəflərinə fokslandırın. Bundan sonra onlayn pul qazanmaq təəccübləndirici dərəcədə asan olacaq.

Necə çoxlu pul qazanmaq olar? – Yəhudilərin VARLANMAQ SİRLƏRİ

Bütün dövrlərdə yəhudi millətinin nümayəndələri pul qazanmaq və var-dövlətlərini artırmaq bacarıqları ilə seçiliblər. Bu barədə dillərdə minlərlə əfsanə və lətifə dolaşır. “Forbes” jurnalının siyahısında da ilk yerləri adətən yəhudi milyarderləri tutur. Ümumiyyətlə, yəhudilər hələ qədimdən bankçılıq, sələmçilik və ticarətlə məşğul olublar, xristianlar arasında isə bu cür fəaliyyətlər o qədər də geniş yayılmamışdı. Odur ki, sərvət əldə etmək, iqtisadi müstəqillik qazanmaq və şəxsi maliyyə idarəçiliyi baxımından yəhudilərdən çox şey öyrənmək olar.

Milli.Az bu yazıda oxucuları yəhudilərin varlanma sirləri ilə tanış edir. Gəlin bu sirlərdən birlikdə agah olaq.

Tarixən bütün yəhudilərin hiyləgər və xəsis, açıq-aydın mənfəət əldə etmək arzusu haqqında bir çox stereotiplər mövcuddur. Məsələn, şabat günü (Şənbə) yəhudilər bütün günü dincəlir, “Tövrat” oxuyur və sinaqoqa gedib dua edirlər. Şənbə bütün həftənin bir növ panoramasıdır. Yəhudi təliminə görə, şənbəyə (şabat) müqəddəs gün kimi ehtiram göstərilməlidir, bu o deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir, bədxərclik isə qəti yolverilməzdir. Yalnız təxirəsalınmaz fəaliyyət formalarına (təcili yardım, polis, yanğınsöndürmə və s.) icazə verilir. Evdə təsərrüfat işləri ilə məşğul olmaq, məsələn, paltar yumaq, yemək hazırlamaq, ev süpürmək də qadağandır. Həmin gün maşın sürməyə, ölüləri dəfn etməyə və s. işlərə də icazə verilmir.

Daha sonra yəhudi əfsanələrindəki İsa Məsihi 30 gümüşə satan, daim pul oğurlayan İuda İskariot obrazı yada düşür. İsa onu hər dəfə bağışlayır və bildirir ki, o, istədiyi qədər pul götürə bilər. İudanın müqəddəsliyə gedən yolu günahdan keçir, o, peyğəmbəri satandan sonra onun kimliyini dərk edir.

Ən məşhur rusdilli ravinlərdən və mühazirəçilərdən biri olan Rav Aşer Kuşnir yəhudilərin pula münasibətinin xüsusiyyətlərindən danışarkən bildirib ki, əslində bu stereotiplər çox şişirdilir və İuda İskariotun yəhudilərlə heç bir əlaqəsi yoxdur. Ancaq yəhudilərin pul sevgisinin qarşısını heç bir halda ala bilmərsiniz. Azərbaycanlılardan fərqli olaraq, yəhudilər xüsusən iş adamları həmişə pul yığırlar və yığılmış maliyyəni döşək altında saxlamırlar. Gələcək qazancı əvvəlcədən hesablayır və investisiyanı ən sabit layihələrə yatırırlar. Yəhudilər riskli layihələrdən də qorxmurlar. Birincisi, həmişə B, hətta C planları olur. İkincisi, Allahın sevimli bəndələri olduğuna inanan yəhudilər əmindirlər ki, Tanrı onları heç vaxt darda qoymayacaq və yenidən pul qazanmalarına kömək edəcək. Yəhudilər öz sərvətlərini daim itirmək əndişəsi də yaşamırlar, Allaha inam onlara gələcəyə dair güvən hissi verir.

Dünya iqtisadiyyatı bir xalqdan asılı ola bilərmi?

“Levada” mərkəzinin sorğusunun nəticələrinə əsasən, insanlar əksər milyonerlərin var-dövlətlərini haram yollarla qazandıqlarına inanırlar. Varlana bilməyən təbəqə öz hərəkətsizliyini “Kasıb olsam da, vicdanlıyam” fikri ilə əsaslandırırlar. Yəhudilər isə öz növbəsində hesab edir ki, varlanmaq üçün dürüst biznes qurmaq lazımdır. Bu, “Tövrat”ın təməl qaydalarından biridir!

Pul qazanmaq istəyi uşaqlıqdan aşılanır və həyatları boyu onlara bələdçilik edir. Bundan əlavə, onların pula münasibətləri İQ səviyyəsi və dünyagörüşü ilə də birbaşa əlaqəlidir. Yəhudilər pulu qazanc mənbəyinə çevirməyi bilən bir xalqdır. Bu, yalnız pula qənaət etməyinizə deyil, qazanmanıza da imkan verir. Həyat rutinlərini dəyişməkdən, komfort zonasından çıxmaqdan və gəlir əldə etmək üçün yeni yollar axtarmaqdan çəkinmirlər.

Puldan pul qazanmağın ən məşhur yolu ağıllı investisiya yatırımı etməkdir ki, bu da istənilən halda risklidir. Ancaq məşhur deyimdəki kimi: “Əldə etdiyin gəlir səni qane edir” sualı yəhudi millətini yormur. Dünyanın ən varlı adamlarından biri olan Larri Ellison “Risk etmirsənsə, deməli yaşamırsan” prinsipinə əməl edir. Milyarder Maykl Blumberq də inanır ki, risk etməkdən qorxan insanı uğur və var-dövlət gözləmir, ən yaxşı halda orta səviyyədən yuxarı qalxmır.

Odur ki, dünyanın ən böyük sərmayəçilərinin yəhudilər olması təəccüblü deyil. Puldan pul qazanmaq lazımdır! Onların əsas inancı bax bu təlimin üzərində qurulub. Yəhudi sərmayəsinin xüsusiyyəti uzunmüddətli və vacib layihələrə yönəlməsidir. Yəhudi ailəsində böyümüş milyarder Larri Peyc bu prinsipə əməl edir. Larrinin sözlərinə görə, düzgün investisiya odur ki, onu 10-15 il gələcəyə yatırasınız və xeyrini dərhal gözləməyəsiniz. Ancaq riskli layihəyə investisiya qoyan iş adamı böhrandan qaçmağın yollarını da hesaba qatır.

Ümumiyyətlə, folklor əfsanələrində də olduğu kimi, yəhudilər arxı tullanmadan “Bərəkallah” deməyə tələsmirlər. Heç bir halda bütün pulları bir kazinoda xərcləmirlər. Bu xalqın nümayəndələri hər addımını diqqətlə ölçür, layihə şübhəlidirsə, başqa bir işə investisiya qoymalısınız və ən qısa müddətdə.

Daimi gəlir axtarışları

Yəhudi filosofu və ilahiyyatçısı Musa Maimonides qeyd edib ki, yəhudilər bütün pullarını üç bərabər hissəyə bölür: biri – daşınmaz əmlak, bir hissəsi biznesin inkişaf etdirilməsinə, qalan hissəsi nağd olaraq qalır. Yəhudilər qənaət etdikləri pulu evdə corab və ya donuz banklarında saxlamırlar, əksinə, işə qoyurlar. İstənilən mərhələdə – həm başlanğıcda, həm də uğurun zirvəsində öz müəssisələrinin inkişafı üçün əllərindən gələni etməyə hazırdırlar. “Hamı pulun yoxluğundan şikayətlənir. Amma ağlın azlığından şikayətlənən yoxdur!”, “Tanrı kasıbları ən azı bahalı günahlardan qoruyur”, “Pulsuzluğun acısı daha betərdir, nəinki pullu olmağın sevinci”, “Pul yeyən doymaz” və s. atalar sözü bunu bir daha təsdiq edir.

Hər hansı səbəbdən şəxsi biznesini qurmağa çətinlik çəkir və ya ciddi əngəllərlə qarşılaşırsa, yəhudi heç bir halda təslim olmayacaq, vəziyyəti düzəltməyin yollarını axtaracaq və ya yeni bir layihə üzərində plan quracaq. Yadınızda saxlayın ki, yəhudilər taleyinə boyun əyməyi sevmir.

Müasir marketinq strategiyaları istehlakçıların ani impulsları üçün nəzərdə tutulub. Bir çox fəndlər statuslarını vurğulamaq istəyən insanlara yönəldilir: markalı əşyalar və bahalı alətlər hər uğurlu insanın zəruri atributları kimi təqdim olunur. Bu, heç bir şəkildə yəhudi millətinin nümayəndələrinin dünyagörüşünə uyğun gəlmir. Yeni çıxan telefon modeli almaqdan ötrü yəhudilərin günlərlə növbədə dayandığını görə bilmərsiniz. Yəhudilər bir aylıq və ya bir illik xərclərini əvvəlcədən planlaşdırırlar. Odur ki, impulsiv alış-veriş onlara yaddır.

Gəlirlər reklam olunmur

Müvəffəqiyyətli yəhudilər tanışları bir yana, tanımadıqları adamlara da qazancları barədə danışmırlar, hətta sosial şəbəkələrdə göstərişdən qaçırlar. Bundan əlavə, öz sərvətlərinin miqdarından asılı olmayaraq onu başqalarına təsir bağışlamaq üçün bahalı qızıl saatlara, flaqman smartfonlara, ən son model avtomobillər və ya marka geyimlərə xərcləmirlər. “Facebook”un təsisçisi, milyarder Mark Zukerberqun bütün qarderobu sadə boz köynək və cinslərdən ibarətdir.

Yalnız ölünü diriltməyi bacarmırlar!

Yoxsul olmaq axmaqlıqdır, yəhudilər inanırlar ki, həmişə pul qazanmaq olar!

Yəhudilər müflis olmaqdan da qorxmur, ruhdan düşməsəniz, itirilmiş sərvətin ikiqatını geri qaytarmaq mümkündür. Bir sözlə, yəhudilərin əlindən bircə ölünü diriltmək gəlmir.

“Max Factor” markasının prezidenti Linda Coy Vaçner yolunu ən aşağı nöqtədən başlayıb. Uşaq ikən 2 il gipsdə olmasına baxmayaraq, ən vacib keyfiyyəti – özünə hörməti itirmədi. Linda heç bir işdən qorxmurdu: kollec tətillərində mağazada satıcı işləyirdi.

Məzun olduqdan sonra həftədə 90 dollar gəlir gətirən şirkətin sahibi oldu və tezliklə bazarda öz yerini tutdu. Bütün bunlar ona marketinq sahəsində əvəzsiz təcrübə qazandırdı və arzusunun həyata keçməsinə – öz şirkətini açmağa kömək etdi. Lindanın peşəkarlığı sayəsində “MaxFactor” gözəllik sənayesində ən populyarlardan birinə çevrildi. Yəhudi evdar qadınlar da məişət işləri ilə kifayətlənmirlər. Lillian Menaşe Vernon 23 yaşında ikinci uşağına hamilə olanda hədiyyə və suvenir kataloqu işinə başladı.

Yəhudilər hesab edir ki, dünyada heç bir şeyi pulsuz əldə etmək olmaz. İstənilən işin xərci var. Hər bir yəhudi işəgötürənin müqəddəs vəzifəsi işçilərinə maaşları vaxtında ödəməkdir, bu da müdirlə tabe olduğu şəxs arasında etibarın qorunmasına imkan verir. Əmək haqqındakı gecikmə onun nüfuzunu zəiflədir, müvafiq olaraq işçi vəzifələrini daha pis şəkildə yerinə yetirməyə başlayır və bu, əlavə xərclərə və ya müəssisədəki mümkün zərərlərə birbaşa yoldur. Bundan əlavə, yəhudilər bilirlər ki, vaxt itkisi pul itkisinə bərabərdir. Satışa yeni bir məhsulun buraxılmasının gecikməsi də itkilərə səbəb ola bilər. Lillian Vernon əmindir ki, uzanan marketinq araşdırmasını əvvəlcədən aparmaqdansa, uğurlu olmasa da, bazara yeni məhsul buraxmaq daha sərfəlidir. Çünki hələ bazarda olmayan bir şeyə istehlakçıların necə reaksiya verəcəyini təxmin etmək mümkün deyil. (publika.az)

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.