Azerice – Türkçe çeviri (v1.4 yeni)
Kökəlmək və orqanizmi tonuslandırmaq üçün biyan, gülxətmi, xəndəkotu, jenşen kimi bitkilər istifadə olunur.
Necə kökəlmək olar- ƏN SADƏ ÜSUL
Normal bədən çəkisinin hesablanması üçün onlarla formullar var. Müasir təbabət aşağıdakı tənlikdən istifadə edir:
Bədən çəkisinin indeksi = çəki/boy2 (kq/m2)
Əgər çəki indeksi 19-dan aşağıdırsa, bu, bədən çəkisinin normadan geri qalmasını göstərir. İndeksin orta göstəricisi 19-25 arasındadır. Lakin bu indeks nə konstitusional, nə də individual göstəriciləri əks etdirmədiyindən ənənəvi təbabət məsələyə bir qədər başqa istiqamətdən yanaşır. Hesab olunur ki, hər bir temperamentin özünəməxsus çəkisi olur. Məsələn, fleqmatiklər, adətən bir qədər kök olur, onların bədənində piy toxuması üstünlük təşkil edir. Amma melanxolikləri nə qədər yedizdirsən də onlar arıqlıqdan əziyyət çəkir. Sanqviniklərin bədənində əzələ toxuması üstünlük təşkil etdiyinə görə onların bədən çəkisi normal, xoleriklərdə isə piy çox az olduğundan onlar arıq olur.
Arıqlama və bədən çəkisinin azalması yalnız o zaman patoloji hal hesab oluna bilər ki, orqanizmin xəstəliklərə qarşı müqavimətinin zəifləməsinə, bədənin enerji ehtiyyatının tükənməsinə, nevroz və yuxusuzluğa, iştahın pozulması və hətta depressiyaya səbəb olsun. Üzülmə vaxtından əvvəl qocalma, saçların və dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi və cinsi fəaliyyətin zəifləməsi ilə də müşayiət oluna bilər.
Təbabət hədsiz arıqlığın ilkin səbəbləri kimi aşağıdakıları göstərir:
Qeyri-rasional qidalanma. Soyuq, çiy, yüngül və azkalorili qidaların qəbulu, vaxtlı-vaxtında yeməmək və ya az miqdarda maye qəbulu buna misaldır.
Hədsiz hərəkətlilik, fiziki və zehni yüklənmə, yorulma.
Qeyri-düzgün həyat tərzi. Çox qısa yuxu, emosional stress və kədər.
Bağırsaq xəstəlikləri və ya həzm pozulmaları.
Qurd invaziyaları
Stimulyasiyaedici preparatların, xüsusilə də amfetaminlərin qəbulu
Səbəbi aşkar olunduqdan sonra arıqlığın korreksiyası və kökəlmə üçün xalq təbabəti bəzi məsləhətlər verir.
İlk növbədə qida rasionuna fikir vermək lazımdır. Qidaya mütləq mal, qoyun, qaz əti, müxtəlif sıyıqlar, qoz, fındıq, yağlar əlavə edin. Süd məhsullarına, xüsusilə də yağlı, duzsuz pendirə üstünlük verin, nişastalı və şəkərli məhsulları çox yeyin. Ilk vaxtlarda qatı ət bulyonları və xaş yemək də yaxşı nəticə verir.
Xörəkləri bişirən zaman cirə, zəncəfil, darçın, zirə kimi ədviyyatlardan çox istifadə etməyin və soyuq qidaları rasionunuzdan tamamilə çıxarın.
Hər gün təzə inək və ya keçi südü için
Kərə yağından çox istifadə edin
Təzə bişmiş ağ çörək yeyin
Səhərlər düyü və buğda sıyıqları yeyin
Kişmiş, küncüt və ərik qurusundan çox istifadə edin
Resept
2-3 ədəd quru və ya təzə əncir və 3-5 ədəd badam bir stəkan süddə isladılır və 40 gün ərzində hər səhər qəbul edilir.
10 ədəd badam və bir xörək qaşığı kişmiş xırdalanır və bir stəkan südlə qarışdırılır. Gündə iki dəfə, səhər və axşam isti şəkildə qəbul edilir.
3 xörək qaşığı xama bir yumurtanın sarısı ilə stəkanda çalınır və üzərinə stəkan dolana qədər pivə əlavə olunur. Hər səhər acqarına içilir.
Hərəsindən 100 qr yerkökü, çuğundur, qara turp, bal və 40 faizli spirt qarışdırılır və soyuducuya qoyulur. Gündə 3 dəfə 2 xörək qaşığından yeməkdən 30 dəqiqə əvəl daxilə qəbul edilir.
Əlavə
Yarımqiymətli daşlardan istifadə edin. Sarı sapfir, sarı topaz və ya sitrin, həmçinin zümrüd və xrizolit taxmaq kökəlməyə meyillik yaradır.
Günortalar yatın. Çünki günorta yuxusu maddələr mübadiləsini ləngidir. Çalışın yumşaq yataqdan istifadə edəsiniz.
Fitoterapiya
Kökəlmək və orqanizmi tonuslandırmaq üçün biyan, gülxətmi, xəndəkotu, jenşen kimi bitkilər istifadə olunur.
30 qr biyan kökləri tavada qızardılır, xırdalanaraq toz halına salınır, bal əlavə olunaraq qarışdırılır. Alınan qarışıqdan qarğıdalı dənəsi boyda kürəciklər düzəldilir və gündə 2 dəfə 5 ədəd kürəcik qəbul olunur.
ÇevirSözlük.com | Azerice – Türkçe cümle çeviri nedir?
Azerice dilinden Türkçe diline (google translate aracılığıyla) hızlı cümle ya da kelime çeviri yapmanıza yardımcı olan bir sözlük sistemidir. Dünya dilleri arasında yapılacak olan cümle ve kelime çevirilerinizi kolaylaştırır. ÇevirSözlük.com Dünya’da en yaygın olarak kullanılan bir çok dili içinde barındırmaktadır. Bu diller arasında herhangi bir ücret ödemeden ve sınırlama olmaksızın istediğiniz cümle ya da kelime çevirilerinizi hızlı bir şekilde yapmanız mümkündür.
Kullanım ve Gizlilik
Cevirsozluk.com aracılığıyla yapılan tüm çeviri verileri toplanmaktadır. Toplanan veriler herkese açık, anonim olarak paylaşılır. Dolayısıyla Çevir Sözlük kullanarak yapacağınız çevirilerde kişisel bilgi ve verilerinizin yer almaması gerektiğini hatırlatırız.
Cevirsozluk.com kullanıcılarının çevirilerinden oluşturulan içerikte argo, küfür vb. uygun olmayan öğeler bulunabilir. Oluşturulan çeviriler her yaş ve kesimden insanlar için uygun olamayabileceğinden dolayı, rahatsızlık duyulan hallerde siteminizin kullanılmamasını öneriyoruz. Kullanıcılarımızın çevirilerle eklediği içeriklerde telif hakkı ya da kişiliğe hakaret vb. öğeler bulunuyorsa site yönetimiyle iletişime geçilmesi halinde gerekli düzenlemeler yapılacaktır.
Uşağa qalmaq üçün ən yaxşı pozalar
Siz hesab edirsiniz ki, uşaqlar — bu həyatın gülləridir, və sizə hamilə qalmaq vaxtı çatıb? Qadın jurnalı Evde.biz öz oxucularına danışacaq, necə bu prosesi sürətləndirmək olar. Sadə düstur — təbii yolla hamilə olmaq üçün, kişiylə sekslə məşğul olmaq lazımdır — bir neçə amilləri əlavə edərək, hansılar ki, nəticəyə təsir edirlər. Və əgər siz artıq bir neçə ay ən istəkli iki zolaqı gözləyirsinizsə, onlarıda nəzərə almağa cəhd edin. Çətin heçnə yoxdur: yalnız ona diqqəti yönəltmək lazımdır, məhz necə, hansı pozalarda və hansı vaxta siz ərlə cinsi əlaqədə olursunuz. Çoxdan gözlənilən nəticə — mayalanma — asılıdır həmdə cinsi əlaqələrin miqdarından, və hətta pozadan. Təbii, qadın istənilən pozada hamilə ola bilər, ancaq əgər ər arvad öz sevgisinin nəticəsini arzu edirsə, onda onlar özünə kömək edə bilərlər ki, gözlənən hadisə tez olsun. Bu gün o haqda danışaq, hansı pozalar uşağa qalmaq üçün daha yaxşıdır.
Tarix: 2018 mar 13 Teqlər: Maraqli, Seks, Hamilelik Baxılıb: 16164
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.
Comments are closed, but trackbacks and pingbacks are open.