Nece saya bilerem
elə də vacib deyil amma olsa, çox yaxşı olar.Riyaziyyatı amma vacibdir.
nece iT mutexessisi ola bilerem?
“gələcək” deyəndə, hələ abituriyent sinizsə, #1 qrupa hazırlaşaraq kompüterlə bağlı hansısa bir fakültəyə düşməyə çalışın.proqramlaşdırmaya gəldikdə isə, məncə, web proqramlaşdırma yaxşı@ başlanğıcdır.bunun üçün, w3schools.com, ilkaddimlar.az və s. kimi saytlarda növbə ilə HTML, CSS, PHP, Java Script və bir-iki başqa web proqramlaşdırma dilini öyrənin …
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
ixtisasım informasiya texnologiyaları və sistemləri mühəndisliyidi.Bir də bunun üçün ingiliscə bilmək şərtdi? Cavabınızçün təşəkkürlər
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
elə də vacib deyil amma olsa, çox yaxşı olar.Riyaziyyatı amma vacibdir.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bəli bilmək şərtdir. İngilis dili biləməyəni İT sahəsində işə götürməzlər heç. Bütün herşey ingilis dilindədir APİ-lər sənədlər vs s. İKT böyük sahədir burda çoxlu peşələr var birini seçib öyrənmək daha yaxşı olar. Sənə maraqlı olan nədirsə onu da öyrən. Amma unutma ki oxuyub başadüşə biləcək səviyyədə ing dili bilmirsənsə heçnə öyrənə bilməyyəssən. Ola bilər 1-2 kitab, məqalə tərcümə olunsun bunlar tam başa sala bilməyəcək səni. Bir yerə çatanda ilişib qalassan.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Ən birinci mütləq ingilis dilini öyrənməlisiniz. Speaking elə də vacib deyil. Çünki mütəxəssis olmaq üçün ancaq ingilis dilli materiallardan və dərsliklərdən istifadə etməli olacaqsınız. Beynəlxalq IT sertifkatlarını almağa çalışın başlanğıc üçün CompTIA sertifkatları yaxşı olar və sonra mütləq bir istiqamət seçməlisiniz özünüzə. Çünki IT böyük bir sahədi və çoxlu qolları var və bunların yalnız birində peşakar ola bilərsiniz. Məs. Proqramlaşdırmanı seçəcəksinizsə java, c#, python. Web proqlaşdırma html, css, php, java script. Verilənlər bazası üçün Oracle db ilə, sistem üçün microsoft, şəbəkə üçün CISCO sertifkatları ilə maraqlanın. Security də var. Biraz çox qarışıq yazmışam . Yəni istiqamətlər çoxdu. Sadəcə ingilis dili, həvəs, səbr və məqsəd olmalıdır. Qeyd edimki komputer ixtisasına girməyə ele də ehtiyac yoxdur, yəni ədəbiyyatçı da güclü məntiqə və həvəsə malikdirsə internetdən bunları öyrənə bilər və hətta komputer mühəndisindən də bilikli ola bilər. Uğurlar.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu səhv fikirdi məncə adam ingilis dilin öyrənənə kimi pensiyaya çıxar yavaş-yavaş öyrənməkdə olar birdə IT mütəxəssislə proqramçı ayrı şeydi bizdə. IT mütəxəssis əsasən komp problemlərini həll edən, sistem yazan, hardware problemlərini aradan qaldırana deyillər bizdə. Cəmi 1-2 dəfə görmüşəm IT mütəxəssis elanında proqramlaşdırma dili tələb olunub çox işlərdə proq. Dili tələb olunmuyub yəni IT mütəxəssis olmaq üçün kompun texniki şeylərin öyrənməlisiz hissələrin və s. Sistem yazmağı falan sonra digər aparatlardanda başınız çıxmalıdır. Amma Proqramçı uje ayrı şeydi müəyyən bir istiqamətin seçib öyrənməlisiz proqramçı olmaq üçün
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
6 aya ieltsa hazırlaşan tələbələr var. Pensiyaya qədər deyəndəki cəmi 3 aya reading səviyyəsini artırmaq olar. Öz dilimizdə bu sahəyə aid kitab yoxdur. Olsa belə təməl biliklər çərçivəsindən kənara çıxa bilmir. İngilis dilini öyrənin heç olmasa 1 ilinizi ciddi şəkildə buna sərf edin. Peşman olmarsınız. Bütün dünyanın məlumatları sizin əlinizdədir kimi hiss edəcəksiniz. Buna inanın
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Nece saya bilerem
2014-cü ildən fəaliyyət
- Necə kökələ bilərəm?
Reseptin məlumatları Baxış sayı: 7 014
Tarix : 3-07-2017, 11:00
Necə kilo ala bilərəm, kilo almaq üsulları kimi sualları özünüzə, yoldaşlarınıza soruşmaqdan bezmədinizmi?
Necə kökəlməl olar sualına ilk cavabımız inanaraq olacaq. Qətiliklə mənim maddələr mübadiləm belə, nə etsəm edim kilo ala bilmirəm kimi ön fikirlərinizdən yayınaraq başlamalısınız.
Çünki belə bir düşüncə sizi zamanla sağlam olmayan hər cür qidanı qəbul etməyə itələyəcək və bu da zamanla sağlam olmayan bir çəki alma müddətini də özü ilə gətirə bilər.
Sağlam olmayan bir həyat yaşamaqdansa, zəif qalmağa davam edə bilərsiniz, lakin özünüzə bu sualı verin.. Sağlam bir şəkildəmi kilo almalıyam? Yoxsa kiloların necə gəldiyi əhəmiyyətli deyil, yetər ki, kilo almalıyam deyəmi düşünməkdəyəm…
Sağlam kilo almaq istəyən kəslərə məqaləmizə davam edirik. Əgər kilo almaq istəyirsinizsə və buna da sağlam bir şəkildə sovuşmaqdan yanasınızsa, kilo alma texnikaları mövzusunda bəzi pik nöqtələri yalnız amma yalnız sizinlə paylaşacağıq. Lakin fərdə xüsusi təkliflər olmayacağı üçün təkliflərimizi süzgəcdən keçirməli və sizə uyğun olanlarını tətbiqə etməyə səy göstərməlisiniz.
Kilo alma üsulları 1 – Bol yemək yeməkdən imtina edin!
Hər şeyi yemək sizə kilo aldırmayacaq, əksinə orqanınızı zədələyəcək. Hər şeyi yeməkdənsə, bəzi meyarları göz önünə alaraq sizə faydalı ola biləcək şeyləri qəbul etməlisiniz. Hər qidanın alternativi mütləq olacaq. Bol çörək yemək yerinə az miqdarda şokolad yemək sizə daha faydalı ola bilər. Buna görə qidalar haqqında qısa bir araşdırmaya girişməli və sizin üçün kalori baxımından daha faydalı qidaları qəbul etməlisiniz.
Kilo alma üsulları 2 – Kalori dəyərlərini qeyd edin
Gündəlik olaraq qəbul etdiyiniz qidaların kalori dəyərlərini qeyd edin ki, çox yeyirəm lakin kilo almıram dərdindən xilas ola biləsiniz. Bir az əvvəl də dediyimiz kimi çox yemiş ola bilərsiniz, lakin qəbul etmiş olduğunuz qidaların kalori dəyərləri aşağı isə xalq arasındakı təbirlə qarnınızı lazımsız qidalarla doldurmuş olacaqsınız.
Kilo Alma üsulları 3 – İdman edin
Kilo almaq üçün əlimizdən gələni edirik, bolca yeyirik kalori cədvəli sayəsində qəbul etdiyimiz qidaların kalori dəyərlərini bilirik lakin aldığımız kalorilərin bədənimizdə necə yığılacağını düşünürükmü?
Kilo alma anlayışını 2 başlıq altında qiymətləndirə bilərik. Bu qidaların bədənimizdə yağ olaraq yığılması və əzələ şəklində yığılmasıdır. Əgər aldığınız qidaların bədənimizi yalnız iri bir yağ parçası halına gətirməsini istəmiriksə, bu qidaların əzələ şəklində yığılması üçün yüngül lakin nizamlı bir tempdə məşqlər etməli, bizi yormayacaq dərəcədə ağırlıq işlərini qiymətləndirməliyik. Etiketlər: qidaların, qəbul, kalori, lakin, yemək, üsulları, almaq, Sağlam, olmayan, dəyərlərini, yalnız, faydalı, sağlam, zamanla, yığılması, bilər, almalıyam, edirik, bədənimizdə, bilərsiniz
Təzyiqiniz niyə aşağı düşür: səbəblər və müalicəsi – Ölüm təhlükəsi varmı?
Adətən insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkir, bu haqda məsləhətlər istəyir, təzyiqin yüksəlməsindən insult və infartk olacağından qorxur. Lakin bir qrup xəstələr də vardır ki, aşağı təzyiqdən şikayətçidir. Amma onları ciddiyə alan olmur. Çünki nədənsə insanlara elə gəlir ki, aşağı təzyiq elə də qorxulu deyil.
Xüsusən yay aylarında hipotoniyası – zəif, aşağı təzyiqi olan insanların səhhətində problemlər çoxalır.
Medicina.az hipotoniyanın səbəbləri, növləri, müalicəsi haqqında araşdırmanı təqdim edir.
Hər insanın özünün fərdi təzyiq göstəriciləri olur. Normadan cüzi artıb-azalma, həmin insanın özünü hiss etməsinə bağlıdır. Normada təzyiq 120/80 olmalıdır. Amma bəzi insanlar üçün 115/80 və ya 125/90 normal hesab oluna bilər.
Təzyiqin sizdə necə dəyişməsini bilmək üçün tonometrlə hər gün 3 dəfə təzyiq hər iki qolda ölçülməlidir.: səhər yuxudan oyanan kimi, gün ərzində və axşam. Bu ölçmələr zamanı əldə olunan rəqəmlərdən özünüz üçün orta rəqəm götürün.
Əgər hər gün görsəniz ki, təzyiq normadan 20-30 azdır, deməli, sizdə hipotoniya var.
Aşağı təzyiqə səbəb baş beynin qanla təchizatının pozulması, damarların qanı beyinə yaxşı qovmaması və zəif qan dövranıdır.
Aşağı təzyiqin səbəbləri:
– Davamlı stress
– Yuxusuzluq
– Qalxanvari vəzi və hormonal pozulmalar
– B, C, E, maqniy və dəmirin azalması
– Dayaq-hərəkət aparatı xəstəlikləri, onurğa
– Qan dövranı pozulması
– Damarların tonusunun pisləşməsi
– İrsi, genetik
Əlamətləri:
Təzyiq düşdükdə orqanizm bu simptomları verir:
– Baş ağrısı – alın, gicgah hissələrdə kəskin, deşici, küt ağrılar, sancılar
– Əl-ayaqların sanki donması, keyiməsi, iynə batması
– Ümumi zəiflik və halsızlıq
– Soyuq əl-ayaqlar
– Dərinin avazıması, rəngin qaçması
– Başgicəllənmə
– Zəif ürəkbulanma
Hipotoniya kəskin və xroniki olur.
Kəskin formada arterial təzyiq qəfildən, kəskin aşağı enir. Bu hal kəllə travmması, qəzalar, zəhərlənmə, qan itkisi, allergiya zamanı olur.
Xroniki hipotoniya isə stabil olaraq hər gün aşağı təzyiqin olmasıdır. Bu zaman çox xəstələr heç özlərini pis də hiss etmirlər.
Əgər aşağı təzyiq anadangəlmə yaranıbsa və uşaqlıqdan varsa, onun müalicəsinə ehtiyac yoxdur.
Aşağı təzyiq üçün ideal müalicə düzgün qidalanma, yaxşı yuxu rejimi və aktiv həyat tərzidir. Əgər insan çox yorulursa, gücü yetdiyindən artıq işləyirsə, 7 saatdan az yatırsa, hipotoniyaya tutulmaq riski çoxdur.
Mütəxəssislər bildirir ki, yüksək təzyiqi olan insana idman, qaçış, ağır idman və s. nə qədər təhlükəlidirsə, aşağı təzyiqdə əksinə uzun müddətli qacış, gəzmək, trenajor, üzgüçülük, velosiped, idman çox yaxşı təsir edir.
Aşağı təzyiqdə yüksək təzyiqdə olduğu kimi bir tablet ataraq, vəziyyəti düzəltmək olmur və belə tabletlər yoxdur. Aşağı təzyiq kompleks müalicə və səbəbi tapılmaqla ayrı-ayrı dərmanlarla müalicə olunur.
Amma evdə əliniz altında olan vasitələrlə təzyiqi normallaşdır maq olur. Aşağı təzyiqi qaldırmaq asandır, nəinki yüksək təzyiqi endirmək.
Təbii tünd, şirin qara çay, şərbət, qara qəhvə, qara şokolad, nabat, duzlu ayran, duzlu şoraba təzyiqi 15 dəqiqə ərzində qaldıra bilər. Bu vasitələr heç də hamıya təsir etmir, amma sınaya bilərsiz.
Təzyiq düşəndə kontrast duş almaq da kömək edir. İsti su ilə başlayıb, soyuq su ilə bitirirsiz.
Müalicə məqsədilə yaşıl çay, xüsusi təzyiq qaldırıcı bitki çayları, təzə meyvə şirələri, alma,kök, çuğundur içmək olar.
Müalicə üçün nevroloqa, eləcə də qan göstəriciləri üçün terapevtə müraciət edib, lazım gələrsə damarların vəziyyəti yoxlanılır.
Comments are closed, but trackbacks and pingbacks are open.