Tez yatmağın qaydaları »
6. Sizə yatmağa mane olan insanla probleminizi həll edin
Sadəcə başqa otaqda yatın
Mübahisəni sabaha saxlayın. Əgər problem xoruldamaqdırsa bunun üçün xeyirli dərmanlar var.
Telefon tez tez sönür
Salam .Mənim telefonum HTC desire 616 dir. Son zamanlar telefon öz basina tez tez sonur. Adice danisdigin zaman telefon sonur. Telefonu islek veziyyet bir yere qoyub gedirem gelib gorurem ki telefon sonub. Yandiriram bir muddet işləyir sonra yenə eyni şey olur. Bunu necə düzəldə bilərəm?. Birdeki mən yeni telefon almaq istəyirəm. Qiymeti maxsimum 400 azn olsun. Hansi firmanin hansı modelini məsləhət gorerdiniz. Mənim üçün telefonda esas olan cekilisi və sureti yaxşı olsun. HTC , Samsung və Sony firmalarindan hansı biri meslehetlidi?. Onceden təşəkkür edirəm
Sualı verdi: asssa1 ( 07/08/2017 )
Kateqoriya: Sual . HTC 616. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
Telefonda onun versiyasina uygun olmayan agir oyun zad varsa onnanda olur, prosessor gucu catmadiginda da sonur batareya zay olandada gucu tamiyanda sonur bele cox seyler var en yaxsisi telefon yaddasindaki lazimi fayllari yaddas karta atib reset ver telefona duzelmelidi, duzelmese sistem problemidir. Program vurdur. Telefon secimi ise deye bilmerem cunki her brendin yaxsisida piside var yeniki mence samsung A5, s5 modelleri yaxsidi.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Tez yatmağın qaydaları »
1. Yataq otağınızı müqəddəsləşdirin.
Müqəddəs bir yerdəymiş kimi yataq otağınızda səliqə və səssizlik yaradın. Əlavə əşyaları çıxarın və natəmiz qoxulardan uzaq tutun. Hər həftə yataq dəstərinizi dəyişin, yastığınızı əlüstü çırpın və otağı havalandırın.
Çalışın otağınızda telefon, televizor, komputer,tablet saxlamayın. Bu cür elektron cihazlar otağı əyləncə məkanına çevirir nəinki yuxu. Onlar otağınızda olduqları müddətcə istər-istəməz fikrinizi yayındıracaqlar.
Otaqda saat varsa dərhal onları yox edin. Əgər sizin əvvəldən saata tez – tez baxmaq vərdişiniz varsa o zaman otaqdanda olan saatın sizə heç bir xeyri olmayacaqdır
2. Yatmazdan bir qədər əvvəl aktivliyinizi azaldın.
Yatmazdan əvvəl dincəlin. Yatmazdan ən az 1 saat əvvəl iş görməkdən qaçının. Çünki bu fəaliyyət beyni yuxuya hazırlamaq yerinə onu növbəti aktivliyə yönləndirəcəkdir. Yaxşısı budur kitab oxuyun nəinki televizora baxın və ya komputerdə oyun oynayın. Əgər kitab faydalı olmadısa o zaman yeni məlumatlarla dolu dərsliklərə müraciət edin.
Şam yeməyini daha erkən vaxtda edin. Çünki gec yeyilən yeməyin həzm prosesi yuxuya mane olur.
Yatmazdan əvvəl bütün problemlərinizi həll etməyə çalışın. Məsələn,sabah edəcəklərinizin siyahısını tutun, hər hansı problemlə qarşılaşanda necə çıxış yolu tapa bilərsiniz və s.
3. Otağı tam qaranlıq edin.
Yatmazdan əvvəl otağa düşən bütün işıqları söndürün. Bu daha tez yata bilməyiniz üçün ən yaxşı vasitədir. İşıq təkcə yuxu hormonlarının pozulmasına mane olmaz, həmçinin orqanizmi oyanmağa təhrik edər.
4. Komfortu artırın.
Sizin bədəniniz rahat olmalıdır. Dar və narahat paltarda yatmayın. Xüsusilə corab və saç broşarıyla. Yatmazdan əvvəl ayaq yoluna gedin. çünki “ehtiyac” sizi narahat edəcək, uzandıqdan sonra yenidən qalxmağa tənbəllik elədiyinizə görə yatmaq daha da çətinləşəcək.
Zövqünüzə görə fonda təbiət səslərinin əks ounduöu musiqilərdən istifadə edə bilərsiniz. Həzin və sakit musiqi sizə mane olan digər səslərdən canınızı qurtaracaq.
5. Yatış pozası
Yatanda düzgün formanı seçin. Yan ya da arxası üstə yatın. Çalışın yastıq başınızı nisbətən yuxarı qaldırsın.
6. Sizə yatmağa mane olan insanla probleminizi həll edin
Sadəcə başqa otaqda yatın
Mübahisəni sabaha saxlayın. Əgər problem xoruldamaqdırsa bunun üçün xeyirli dərmanlar var.
Bunu hər bir valideyn bilməlidir: Uşağınız tez-tez xəstələnirsə.
Övladı tez-tez xəstələnən valideynlər, həmişə həyəcan, qorxu içində olurlar. “Görəsən uşağın immun sisteminde ciddi problem var?”, “Görəsən tək mənim uşağımdır belə tez-tez xəstələnən?”, “Nə səbəbə belə tez-tez xəstələnir?” deyə özlərinə sual verirlər.
Əslində, bütün valideynlər uşaqlarına qarşı çox diqqətli olduqlarını, onları bütün zərərli faktorlardan qorumağa çalışdıqlarını və bütün bu çabalarının nəticəsiz qaldığını iddia edir və çox üzülürlər. Bəs səbəb nədir? Uşaqlar niyə tez-tez xəstələnir?
Pediatr Günay Rəsulova Sputnik.az-a açıqlamasında bildirir ki, ilk 6 aydan sonra uşaqlarda anadan alınan passiv immunitet bitir və onlar öz şəxsi immun sistemlərini qurmağa başlayırlar: “Tez-tez xəstələnən uşaq” termini 1 yaşa qədər ildə 4 dəfədən, 2-5 yaş arası isə ildə 5-6 dəfədən çox xəstələnən uşaqlara şamil olunur. Əslində, sağlam hesab edilən uşaq ildə 8-10 dəfəyə qədər üst tənəffüs yolu infeksiyasi, ildə 2-3 dəfəyə qədər mədə-bağirsaq pozğunluğu keçirə bilər. Onların belə sıx-sıx xəstələnməsinin əsas səbəbi yeni virus növləri ilə kontaktda olmasıdır. Bu viruslar sizin təmizkarlığınızdan asılı olmayaraq, hər yerdə var. Bu virusların təxminən 200-ə qədər fərqli növləri var və onlar hər dəqiqə artır, mutasiya edərək fərqli növlərə çevrilir. Uşaq orqanizmi də bu viruslar əleyhinə immunitet formalaşdırır. Bu proses illərlə davam edir. Bu səbəbdən də, uşaqlar məktəbə və ya bağçaya gedəndə yoluxur, ya da özündən böyük qardaş və ya bacısının evə gətirdiyi viruslarla tutularaq xəstələnir. Uşaqlar soyuq fəsillərdə sıx-sıx xəstələnsələr də, bu xəstələnmənin səbəbi soyuq hava deyil. Bu düşüncə ilə uşaqları havaya çıxarmaqdan məhrum etmək olmaz. Səbəb soyuq fəsillərdə insanların hava sirkulyasiyası yaxşı getməyən qapalı məkanlarda çox toplanmasıdır”.
Həkim bildirir ki, uşaqlar daha çox bağçada və məktəbdə xəstələnir. Çünki daim xəstə uşaqlarla təmas var, havalanma doğru olmayan, iqlimi uyğun olmayan qapalı otaqlarda təbii ki, infeksiya asanlıqla yayılır. Bu hal evlərdə də belədir. Çox vaxt xəstə uşaq olan evi çox isitməkdən ötrü əllərindən gələni edən valideynlər əslində mexanizmin əksinə təsir göstərirlər. Belə ki, xəstələnməyə başlayan uşaq üçün optimal ev istiliyi (18-20 dərəcə) və nəmlilik təmin edilərsə, xəstəlik daha tez sağalar və irəliləməz.
“Sıx soruşulan suallardan biri də “övladımın burnu axır, tək-tək öskürməyə başlayır, nə edim ki, irəliləməsin” sualıdır. Cavab belədir: Otağın havasını sərin və nəmli saxlayın, uşağa bol maye verin, olduğu otağın havasını tez-tez dəyişin, uşaq özü istəmədikcə onu məcbur yedirməyin, duzlu su məhlulları ilə burnunu maksimum açıq tutmağa çalışın” – deyə həkim bildirir.
Tez-tez xəstələnən uşaqları respirator allergik xəstəliyi olan uşaqdan fərqləndirmək də vacibdir. 2 yaşından yuxarı uşaqlarda uzun müddət davam edən burun axması varsa, uşaq tez-tez burnunu qaşıyır və silirsə, qızdırması yoxdursa, böyük ehtimalla, övladınız allergik uşaqdır. Xüsusi ilə də bu simptomlar yaz aylarında başlayırsa, allergik xəstəlik nəzərdən qaçmamalıdır.
Valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın heç bir səbəb olmamasına baxmayaraq, tez-tez xəstələnməsidir. Onlar uşağın xəstələnmə səbəbini tapa bilmirlər. Tez-tez xəstələnən uşaqlardan çox az bir qismində anadangəlmə immun çatmazlığı ola bilər ki, bu da çox az rast gəlinən bir xəstəlikdir. Belə uşaqlar hər xəstəliyi ciddi bir ağırlaşmayla keçirdir, çox vaxt uzun müddət xəstəxanada yatırlar.
Bəs tez-tez xəstələnən uşaqların valideyni nə etməlidir?
— İlk növbədə belə uşağa ümumən sağlam uşaq kimi baxmağı bacarmalıdır. Əgər uşaq pediatr müayinəsində sağlam uşaq kimi dəyərləndirilirsə, narahat olmaq lazım deyil. Uşaq tez-tez xəstələndikcə bədən müxtəlif viruslara qarşı antitellər (qoruyucular) hazırlayr, get-gedə belə uşaqların orqanizmi artıq bu viruslarla necə mübarizə aparılmasını öyrənmiş olur və immuniteti möhkəmlənir.
— Uşaq xəstədirsə, onu bağçaya və ya məktəbə göndərməməlisiz. Belə xəstə uşaqlar evdə daha tez sağalır, həmçinin ətrafdakıları yoluxdurmur. Virus infeksiyalarının ilk 5 günü uşaqlar daha pis olur “soyuqlama simptomları 2 və ya 3 həftə davam edə bilir. Təkrarlanan virus infeksiyalarının xüsusi bir müalicəsi yoxdur. Lakin virus infeksiyasi otitlə, sinusitlə, pnevmoniya ilə, angina ilə ağırlaşıbsa müalicədə həkim təyinatına əsasən antibiotiklər verilə bilər.
— Uşaqlara profilaktik peyvəndləri vaxtı vaxtında edilməlidir, bağça və ya məktəbə gedən tez-tez xəstələnən uşaqlara isə əlavə olaraq “qrip əleyhinə vaksin” vurulsa yaxşı olar.
— Sağlam uşaq böyütməyin əsas meyarlarından olan sağlam qidalanma, təmiz hava, normal və vaxtında yatmaq, uşağı aşırı fiziki və ya zehni yorulmağa qoymamaq da onun tez-tez xəstələnməsinin qarşısını əhəmiyyətli dərəcədə almış olur.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.