YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər
cağın müəyyən hissəsinin yanmaya imkan tapmamasına səbəb
Ə. A.ƏLBƏndov
şəklində hava cərəyanları ilə böyük məsafələrə paylanmış olur.
Son illər yer kürəsinin bir çox ərazilərində pH-ı 7-dən kiçik
olan “turşu yağışları” baş verir. Atmosferə daxil olan antropogen
tullantılar, “istixana effekti” daxil olmaqla qlobal miqyasda
ekoloji çətinliklər yaradır. Atom energetikasının inkişafı ilə
bağlı böyük miqyasda ərazilərin radioaktiv çirklənməyə məruz
qala bilməsi təhlükəsi insanların daim narahatlığına səbəb olur.
Buna əyani misal olaraq Çernobıl qəzasını göstərə bilərik.
Atmosfera Đnsan və
Dənız Dənız və Bakteriyalar
çöküntüləri okeanlar Balıqlar
Şəkil 16.1. Zəhərli elementlərin təbii dövranı
Çoxlu miqdarda zərərli komponentlər su hövzələrinə daxil
olur. Hidrosferin çirklənməsinin başlıca səbəbi təmizlənməmiş
və ya lazımi səviyyədə təmizlənməmiş sənaye, məişət və kənd
təsərrüfatı müəssisələrinin çirkab sularının su hövzələrinə
axıdılması ilə bağlıdır. Nəticədə çaylar və dənizlər zəhərli metal-
larla, səthi aktiv maddələrlə, neft məhsulları ilə və s. çirklənmiş
olur. Yer kürəsində sərf olnunan təmiz su çay sularının 40 %-ni
təşkil edir. Əgər su hövzələrinin çirklənməsi hazırkı templə
davam edərsə, şirin su ehtiyatlarının tükənməsi təhlükəsi çox da
uzaqda deyildir. Ətraf mühitə vurulan zərərin olduqca geniş
miqyas daşıması ekoloji problemlərin bəşəriyyətin diqqət mər-
kəzində olmasına gətirib çıxartmışdır.
Ekoloji problemlərin həllində kimyanın rolu.
proseslər ekoloji problemlərin meydana çıxmasında böyük rol
oynayır. Elektrostansiyaların, nəqliyyatın, sənaye və kənd təsər-
rüfatı müəssisələrinin zərərli tullantılarının çox hissəsi müxtəlif
kimyəvi reaksiyaların oksidləşmə (yanma), reduksiya və.s məh-
sullarından ibarətdir. Bu proseslərin mahiyyətinin mütəxəssislər
tərəfindən dərindən mənimsənilməsi meydana çıxaçaq mənfi
nəticələrin təsirini azaltmağa və aradan qaldırmağa imkan
Təbiətə zərərli təsir göstərən mənbələrdən biri də kimya
sənayesi müəssisələridir. Hal-hazıra kimi ətraf mühitə təbiətin
alışmadığı 3 milyondan çox yeni kimyəvi maddələr daxil olduğu
müəyyən edilmişdir. Digər tərəfdən kimyanın nailiyyətlərindən
istifadə edilməsi ekoloji problemlərin həll edilməsində mühüm
şərtdir. Kimya sənayesinin istehsal etdiyi bir çox reagentlər, ad-
sorbentlər, iondəyişdirici qətranlar və digər sənaye məhsulları
çirkab suların və digər tullantıların təmizlənməsində əvəzsiz pol
Kimya sənayesinin qarşısında duran ən mühüm məsələlər-
dən biri ilkin xammaldan kompleks istifadənin səviyyəsini
artırmaqdır. Ekoloji problemlərin aradan qaldırılmasının ən əsas
yollarından biri xammalın işlənməsinin ziyansız və tullantısız
texnologiyalarının işlənib hazırlanmasıdır.
Beləliklə, insanların litosferə, hidrosferə, atmaosferə təsiri
planetar xarakter daşıdığından bəşəriyyəti gələcək fəlakətlərdən
qorumaq üçün adekvat tədbirlərin görülməsi olduqca mühüm
əhəmiyyət kəsb edir.
16.2 HAVA HÖVZƏSĐNĐN QORUNMASI.
Atmosferə daxil olan zərərli tullantılar.
olan əsas antropogen tullantılara elektrosatansiyalarda, qazan-
xanalarda, sənaye sobalarında və daxiliyanma mühərriklərində
üzvi yanacağın yanmasından əmələ gələn maddələrlə yanaşı,
filizlərin işlənməsindən və müxtəlif kimyəvi məhsulların
alınması ilə bağlı atmosferə daxil olan tullantılar daxildir.
1990-ci illərdə planet üzrə atmosferə daxil olan antropogen
tullantılar ayrı-ayrı maddələr üzrə ton/ıl hesabı ilə aşağıdakı
Toz və qurum – (8-10).10
Kükürd oksidləri –(8-15).10
Bununla yanaşı atmosferə karbohidrogenlər, qurğuşun, civə,
arsen, uçucu kimyəvi maddələr və məhsullar, radioaktiv izotop-
lar da daxil olur.
üsusən böyük şəhərlərin atmosferi daha çox
çirklənməyə məruz qalır. Onların atmosferində CO, NO
bərk hissəciklər üstünlük təşkil edir. Tullantıların əsas hissəsini
istilik elektrostansiyalar, metallurgiya müəssisələri, neft
çıxartma və neft ayırma müəssisələri və avtonəqliyyat tərəfindən
atmosferə daxil olur. Zərərli atmosfer tullantılarının içərisində
yanacağın yanma məhsulları əsaslı yer tutur.
Yanacaqların yanma məhsulları onların tərkibindən və yan-
ma şəraitindən asılıdır. Sənaye sobalarında, elektrostansiyalarda,
daxiliyanma mühərriklərində və digər qurğularda yanacaq yan-
və CO əmələ gəlir. Yanma məhsulla-
rının tərkibində CO
və CO-nun nisbəti bir çox amillərdən və
ilkin növbədə yanacaqla havanın nisbətindən asılıdır. Yanacağın
yanma prosesində hava kifayət qədər iştirak etməzsə yanma
məhsullarında CO-nun və qurumun payı artır və bununla əla-
qədar yanacağın faydalı iş əmsalı aşağı düşür. Digər tərəfdən
havanın artıq olması da müəyyən çətinliklər yaradır. Belə ki,
havanın qızmasına sərf olan yanacağın miqdarı artmış olur.
Yanacaq-hava qarışığının temperaturu müəyyən sahələrdə yana-
cağın yanma temperaturundan aşağı düşə bilər ki, bu da yana-
cağın müəyyən hissəsinin yanmaya imkan tapmamasına səbəb
olur. Odur ki, yanacaqla hava arasında optimal nisbəti gözləmək
tələb olunur. Adətən bunu yanma məhsullarının tərkibində CO
və CO nisbətinə nəzarət etməklə tənzim edirlər. Bununla yanaşı
yanacağın yanma məhsullarının tərkibinə kükürd və azot oksid-
ləri, azot, həmçinin reaksiyaya daxil olmayan oksigen və digər
maddələr daxil olmuş olur. Kükürd oksidləri kükürdün və kü-
kürdlü birləşmələrin oksidləşməsindən əmələ gəlir:
Azot oksidlərinin əsas hissəsi atmosferə, avtonəqliyyatlar-
dan və elektrik stansiyalarından daxil olur. Azot oksidləri həm
hava azotunun, həm də yanacaq azotunun oksidləşməsindən
meydana çıxır. Reaksiya aşağıdakı sxem üzrə zəncirvari mexa-
YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər
YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Yüksək Texnologiyalar Parkı (YTP) Koreyanın neft-kimya sahəsində fəaliyyət göstərən elmi müəssisələri ilə əməkdaşlıq edə bilər.
14 Fevral , 2023 11:44
https://static.report.az/photo/6724e372-8ae7-3aa7-a751-65045bdfa5a6.jpg
Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Yüksək Texnologiyalar Parkı (YTP) Koreyanın neft-kimya sahəsində fəaliyyət göstərən elmi müəssisələri ilə əməkdaşlıq edə bilər. “Report”un YTP-yə istinadən verdiyi məlumata görə, bu barədə məsələlər Koreyanın İnha Universitetinin nümayəndə heyəti ilə görüşdə müzakirə edilib. Texnoparkın infrastrukturu ilə tanış olan qonaqlar təcrübə-sınaq laboratoriyasının iş prinsipi və avadanlıqlar haqqında məlumatlandırılıb, onlara YTP-nin əsas rezidentlərindən olan Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi məhsullar təqdim edilib. Təmsil etdiyi qurum haqqında məlumat verən İnha Universitetinin Tədqiqat və Biznes Fondunun prezidenti Joo Hyung Kim Bakı Mühəndislik Universiteti ilə aparılan əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirilib ki, müxtəlif sahələr üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə həyata keçirilən bu proqram çərçivəsində yüzlərlə azərbaycanlı tələbə Koreya Respublikasının təhsil təcrübəsini əldə etmək imkanı qazanıb. Digər ölkələrlə də həyata keçirilən bu kimi ikili diplom proqramlarının önəmindən bəhs edən qonaqlar təhsil, elm və innovasiya sahələrində Koreya-Azərbaycan əməkdaşlığının gələcək inkişafına dair təkliflərini səsləndiriblər. YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov öncə qonaqlara rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyəti, o cümlədən rezidentlər üçün yaradılan şərait, vergi, gömrük və sığorta güzəştləri ilə bağlı məlumat verib. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən görüşdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, İnha Universitetinin Tədqiqat və Biznes Fondunun prezidenti Joo Hyung Kim, həmin universitetin Qlobal Təhsil layihəsi qrupunun dekan müavini, prof. Sang Eun Shim və İnha Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında birgə həyata keçirilən ikili diplom proqramının layihə direktoru Hyunjin Yang iştirak ediblər.
Neft sənayesi müəssisələrində ilkin yanğınsöndürmə vasitələri
Neft sənayesi müəssisələrində hər bir obyekt və otaq üçün ilkin yanğınsöndürmə vasitələrinin tələb olunan sayı müəyyən edilməli, ilkin yanğınsöndürmə vasitələrinin növü və miqdarının təyini zamanı yanar maddələrin yanğın təhlükəliliyi, fiziki-kimyəvi xüsusiyyətləri, onların odsöndürücü maddələrlə qarşılıqlı təsiri, istehsalat binalarının, xarici qurğuların avadanlıq, qurğu və tikililərin sahələri nəzərə alınmalıdır. Müvafiq temperatur həddlərində istifadə edilən odsön-dürənlərin seçilməsində iqlim şəraiti nəzərə alınmalıdır. Kombinəli yanğın mənbələrinin ləğvi üçün universal odsöndürən seçilməlidir.
Əgər bir binada yanğın təhlükəliliyi baxımından müxtəlif istehsalat prosesləri aparılırsa və yanğından mühafizə divarları ilə biri-birindən ayrılmayan bir neçə otaq varsa, onlar ən təhlükəli istehsalat prosesi üçün təyin olunan norma üzrə yanğın inventarları ilə təchiz olunmalıdır.
Neft sənayesi müəssisələrinə məxsus obyektlərdə yanğın inventarının və avadanlıqlarının siyahısı və istifadə qaydaları olmalıdır. İlkin yanğınsöndürmə vasitələri obyektin ərazisində (binadan, otaqdan kənarda), atmosfer yağıntılarından qorunmaq üçün günlük altında, xüsusi yanğın məntəqələrində quraşdırılmalıdır. Müəssisədən doldurma üçün göndərilən odsöndürənlər müvafiq sayda doluları ilə əvəz edilməlidir.
Quyularda, kompressor stansiyalarında, nasosxanalarda, sexlərdə, emalatxanalarda, laboratoriyalarda odsöndürənlərin və digər yanğınsöndürmə vasitələrinin sazlığına, işə hazır vəziyyətdə saxlanılmasına yanğın təhlükəsizliyinə cavabdeh şəxs gündəlik nəzarəti həyata keçirməlidir. Yanğın texnikasının yanğının söndürülməsindən başqa digər məqsədlərlə istifadəsi qadağandır.
Yararsız vəziyyətə düşən yanğınsöndürmə vasitələrinin və avadanlıqlarının hesabdan silinməsi ümumi əsaslar üzrə aparılmalıdır. Odsöndürənlərin, yeşiklərin, su çənlərinin, vedrələrin, inventar üçün şit və şkafların, bel və balta saplarının, keçə üçün futlyarların rənglənməsi müvafiq qaydalara uyğun aparılmalıdır.
Obyektdə olan səyyar (daşınan) odsöndürənlərin yeri göstərici lövhələrlə qeyd edilməlidir. Lövhə döşəmədən 2-2,5m hündürlükdə, yaxşı görünən yerdə asılmalıdır.
Doldurulmuş köpüklü odsöndürənlərin köpük-əmələgətirici maddəsinin yararlığı ildə bir dəfə yoxlanılmalıdır. Köpükəmələgətirici maddənin yararlığının yoxlanılması və odsöndürənlərin yenidən doldurulması müvafiq təlimatının tələblərinə uyğun həyata keçirilməlidir.
Qış aylarında köpüklü odsöndürənlərin saxlanılması və təhlükəsiz istismarını təmin etmək üçün onlar donma temperaturunu aşağı salan etilenqlikol və digər mayelər qatmaqla hazırlanmış köpükəmələgətirənlə doldurulmalıdır.
Temperatur mənfi 1 O C aşağı olduqda odsöndürənlər qızdırılan otaqlara keçirilməli və orada: “Odsöndürənlər buradadır” sözləri yazılmış lövhə asılmalıdır. Bu yazı odsöndürənlərin yay vaxtı saxlandığı yerlərdə də asılmalıdır.
İstismara verilən hər odsöndürənə sıra nömrəsi qoyulmalı, bu nömrə ağ rənglə odsöndürənin gövdəsinə yazılmalı və qeydiyyat vərəqəsində qeyd olunmalıdır. Qeydiyyat vərəqəsində istehsal ili və ya sınaqdan keçirilmə tarixi göstərilməyən odsöndürənlər doldurulmazdan əvvəl mütləq hidravlik sınaqdan keçirilməlidir. Hidravlik sınaqdan çıxmayan odsöndürənlər istismara yararsız sayılır.
Bağlı otaqlarda yanğın karbon qazlı odsöndürənlərlə söndürüldükdən dərhal sonra boğulma və zəhərlənmənin baş verməməsi üçün otaqların havası dəyişdirilməlidir. Yadda saxlamaq lazımdır ki, karbon qazının qara bənzər kütləsi insan bədəni ilə təmasda olan yerində donma halı yaranır.
Asbest parçaları və keçə dəmir qapaqlı futlyarda saxlanılmalı və 3 aydan bir günə verilib tozdan təmizlənməlidir.
Qum üçün yeşiklər 0,5; 1,0 və 3m 3 həcmdə hazırlanmalı, kip bağlanan qapağı olmalı, kürəklə təchiz olunmalı, qırmızı boya ilə rənglənməli və üzərində ağ boya ilə “Yanğın söndürmək üçün” sözləri yazılmalıdır. Qum yeşiyə doldurulmazdan əvvəl ələnməli və qurudulmalıdır. Yeşiyin quruluşu qumun rahat çıxarılmasını və oraya yağıntıların düşməməsini təmin etməlidir. Binadan xaricdə qoyulan yeşiklər dayaq üstündə quraşdırılmalı, qapağının üzərinə isə tol, ruberoid və s. su keçirməyən material vurulmalıdır.
Su saxlanılan çəlləklərin tutumu 0,2m3 az olmalı və onlar vedrə ilə təchiz olunmalıdır.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə
Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektoru
Comments are closed, but trackbacks and pingbacks are open.