Bakıda Neft Emalı Zavodu yenidən qurulur: Planlar açıqlandı
Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və yenidənqurması layihəsinin dəyəri təxminən 1,6-1,7 milyard dollardır.
Neft emalı zavodunun yenidənqurma və modernizasiyası 2025-ci ilədək başa çatacaq
5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işlərinin 2024-cü ilin sonu-2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə zavoda təşkil olunan press-tur zamanı layihə rəhbəri Nihal Allahverdiyev bildirib.
Onun sözlərinə görə, hazırda zavodda 6 qurğu istismardadır: “2021-ci ildə zavodda 17 yeni qurğu istismarda olacaq. 2025-ci ildə isə istismarda olan qurğuların sayı 24-ə çatacaq”.
O xatırladıb ki, layihənin birinci mərhələsi çərçivəsində inşa olunan Bitum istehsalı qurğusu və Maye qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib. Layihənin növbəti mərhələləri üzrə işlər iki yerə yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B) bölünüb.
Paket A üzrə işlərin icrasina sabit qiymət əsasında İtaliyanın “Tecnimot-KT” alyansı cəlb edilib. Bu paket çərçivəsində Dizel yanacağının hidrotəmizlənməsi, Benzinin hidrotəmizlənməsi, Kükürdün alınması, İzomerləşmə, MTBE, Hidrogen alınma, Maye qazın hidrotəmizlənməsi üzrə Merox, C4/C5 fraksiyalarının hidrotəmizlənməsi qurğularının, eləcə də ümumzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşaşı nəzərdə tutulub. Bu paket üzrə detallı layihələndirmə işlərin təxminən 90%, satınalma işləri 72%, tikinti işləri isə 17% icra olunub.Paket B-nin icrası üçün İspaniyanın “Tecnicas Reunidas” şirkəti cəlb edilib. Layihə üzrə ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının, mövcud ümümzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda əsasən Azərbaycan nefti emal edilərək 40 növədək neft məhsulları istehsal edilir. Hazırda zavodda yenidənqurma və modernizasiya layihəsi həyata keçirilir. Bu işlər nəticəsində zavodun illik emal gücünün 6 mln tondan 7,5 mln tona çatdırılması, “Euro-5” standartlarına cavab verən dizel və benzin istehsalı nəzərdə tutulur.
Bakıda Neft Emalı Zavodu yenidən qurulur: Planlar açıqlandı
Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və yenidənqurması layihəsinin dəyəri təxminən 1,6-1,7 milyard dollardır.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
“Heydər Əliyev adına NEZ-in modernizasiya və yenidənqurması layihəsinə 2015-ci ildə başlanılıb. Layihə dövlət vəsaiti hesabına maliyyələşdirilir və indiyədək imzalanan 3 müqavilənin dəyəri təxminən 1,6-1,7 milyard dollardır. Layihə çərçivəsində NEZ-də neftin ilkin emal gücünün artırılması nəzərdə tutulur.
Hazırda zavodun emal gücü illik 6 milyon tondur və bu göstəricinin ildə 8 milyon tona çatdırılması hədəflənir.
İstehsal gücü ildə 2 milyon ton olan neftin ilkin emalı qurğusunun keçmiş “Azərneftyağ” zavodunun ərazisindən NEZ-ə köçürülməsi nəzərdə tutulur. Layihənin icrası tamamlandıqdan sonra NEZ-də hazırda ildə 1,2 milyon ton olan avtomobil benzinin istehsal gücü 2,2 milyon tona, dizel yanacağının həcmi ildə 1,9 milyon tondan 2,9 milyon tona, neft-kimya məhsullarının istehsal həcmi illik 112 min tondan 390 min tona, reaktiv yanacaq istehsalı ildə 600 min tondan 1 milyon tona, bitum istehsalı isə illik 200 min tondan 400 min tona çatdırılacaq.
Zavodda 14 yeni qurğunun tikintisi planlaşdırılır. Bu layihənin icrası ilə neft sənayesinin inkişafının təmin edilməsi, avtomobil yanacağının keyfiyyətinin “Avro-5” standartına çatdırılması və ölkədə yanacağa olan tələbatın tam ödənilməsi nəzərdə tutulur. Layihənin 2021-ci ildə tamamlanması planlaşdırılır”, – deyə SOCAR bildirir.
Emil Alxaslı: “Neft emalı zavodunun modernizasiyası 2028-ci ilədək yekunlaşacaq”
Emil Alxaslı: “Neft emalı zavodunun modernizasiyası 2028-ci ilədək yekunlaşacaq” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda “AVRO-5” standartlarına uyğun dizel və benzin istehsal edəcək qurğuların inşası təhlükəsiz şəkildə davam etdirilir.
15 Aprel , 2022 11:04
https://static.report.az/photo/b569c268-aa35-31d7-aee4-e8761441fd76.jpg
Emil Alxaslı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda “AVRO-5” standartlarına uyğun dizel və benzin istehsal edəcək qurğuların inşası təhlükəsiz şəkildə davam etdirilir. “Report”un məlumatına görə, bunu bu gün SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı NEZ-in “Modernizasiya və Yenidənqurması” layihəsi çərçivəsində keçirilən ictimai dinləmə zamanı məlumat verib. Onun sözlərinə görə, layihənin icra qrafikinə əsasən təmir işləri tamamlandıqdan sonra, yəni, bu ilin ortalarından etibarən, əvvəlcə “AVRO-5” standartlarına uyğun dizel yanacağının istehsalı nəzərdə tutulub: “Digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi ilə isə NEZ-də istehsal olunan benzinin keyfiyyətinin daha da artırılması və 2023-cü ilin ortalarından etibarən benzinin keyfiyyətinin də “AVRO-5” standartlarına çatdırılması qarşıya əsas məqsəd kimi qoyulub. Modernizasiya işlərinin 2026-2027-ci illərdə yekunlaşdırılması nəzərdə tutulur”. E.Alxaslı vurğulayıb ki, layihənin hazırkı mərhələsinin sonunda NEZ-də 22 əsas texnoloji qurğunun fəaliyyəti təmin olunacaq: “Bir sıra yeni və müasir tələblərə cavab verən əsas texnoloji və ümumzavod təsərrüfatı qurğuları inşa edilərək istismara veriləcək, 5 əsas qurğuda isə müəyyən bərpa işləri həyata keçiriləcək. NEZ-in ümumzavod təsərrüfatı və mövcud infrastrukturunun böyük bir hissəsi tamamilə yenilənəcək”. O bildirib ki, əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması ilə bağlı SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Bu səbəbdən, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkə daxilində yanacaq qıtlığının yaranması gözlənilmir. Qeyd edək ki, bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunun “Modernizasiyası və yenidənqurulması” layihəsi çərçivəsində görülən işlər haqqında ictimaiyyəti məlumatlandırmaq, inşa ediləcək Çirkab Suların Təmizlənməsi Qurğusunun (ÇSTQ) və təmizlənmiş çirkab suların Xəzər dənizinə axıdılması üçün çəkiləcək boru xəttinin tikintisi, həmçinin istismarı üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, ətraf mühit üzrə mütəxəssislər, media və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. İctimai dinləmə zamanı “Modernizasiya və yenidənqurma” layihəsi çərçivəsində görülən işlər və yeni qurğular, xüsusilə ÇSTQ-nin ekoloji və ətraf mühitə olan müsbət və potensial təsirləri, həmçinin layihənin icrasından sonra ətraf mühitin idarə edilməsi planı və keçiriləcək monitorinqlər haqqında tədbir iştirakçılarına məlumat verilib.
Comments are closed, but trackbacks and pingbacks are open.