SOCAR nanohissəciklərin istehsalına başlayıb
Bütün bu proseslərin nəticəsində mühitdə sinergetik effektlər yaranır. Nəticədə neftvermə əmsalı yüksəlir, belə ki hasil olan neftin miqdarı artır, suyun miqdarı azalır və təbii ki neftçıxarma üçün enerji sərfi xeyli aşağı düşür. Uzun müddət istismar olunmuş neft quyularının katalitik metal nanohissəcikləri vasitəsi ilə aktivləşdirilməsi praktikası böyük iqtisadi səmərə verməklə yanaşı neftçıxarmanın yeni texnoloji əsaslarının işlənməsinin stimullaşdırmasına səbəb olur və karbohidrogenlərin qalıq payını azaldır. Nanotexnologiyanın tətbiqi nəticəsində neft hasilatının 2,0-2,5 dəfə artmasına, neftin çıxarılmasna sərf olunan enerjinin 15 faizə qədər qənaət edilməsinə, quyulardan çıxarılan mayedə suyun miqdarının 18-24 faizə qədər azalmasına nail olunmuşdur.
Nanotexnologiya
Nanotexnologiya termini ilk dəfə olaraq 1974-cü ildə Norio Taniquti tərəfindən işlədilib. Lakin ondan da əvvəl 1959-cu ildə Riçard Feynman özünün «Aşağıda yer çoxdur» adlı məqaləsində nanotexnoloji metodlar haqqında məlumat vermişdi. O təklif edirdi ki, öz kiçik surətini yaradan mexanizm qurulsun. Yaradılmış mexanizm adekvat hərəkəti davam etdirsin və nəticədə həmin sürətlər bir atomun ölçüsündə olsun. Sonra həmin mexanizm ayrı-ayrı atomlardan öz surətlərini toplayaraq makroəşyalar yaratsın. Bütün bunları deməklə R.Feynman bir məqsəd güdürdü, insan əməyi az sərf olunsun, istehsalatın həcmi isə sürətlə artsın. Hazırda dünyada nəşr olunan elmi jurnalların 80-90 faizi nanostrukturlardan yazır və bəzən bir ölkədə dəqiq elmin mövcud olub-olmaması nano tədqiqatların səviyyəsi ilə müəyyən edilir, yəni nano tədqiqatlar varsa, ölkədə elm var, yoxdursa, yox qənaəti formalaşır.
Öz adını yunanca nannos — balaca adam və ya cücə sözündən alan bu sahə ölçüləri nanometr, yəni metrin milyardda biri səviyyəsində olan obyektlərdə aparılan tədqiqatları əhatə edir. Nanotədqiqatlar ölçüləri 0,1-100 nanometr arasında dəyişən hissəcikləri əhatə edir. Belə kiçik ölçülü tədqiqat aləmi fizika üçün tamamilə yeni sahədir. İndiyə kimi tədqiqatlar mikrometr, yəni metrin milyonda biri səviyyəsində aparılırdı və çağdaş mikroelektronika bu araşdırmaların nəticələrinə əsaslanır. Min dəfə kiçik ölçülər səviyyəsinə enmə fizikləri yeni problemlərlə üz-üzə qoyur. Nanotədqiqatlar fizikaya yeni anlayışlar — məsaməli yarımkeçiricilər, nanoplastrlar, nanoçuxurlar, kvant məftilləri və kvant nöqtələri daxil edib. Bu səviyyəyə endikdə fiziki hadisələr özlərini fərqli göstərir və dəyişilir. Adi silisiumda otaq temperaturunda görünən hissədə lüminessensiya alınmır. Məsaməli silisium spektrin görünən sahəsində şüalanır. Bu o deməkdir ki, nanohissəcik halında silisiumun qadağan olunmuş zolağı bir neçə dəfə artır. Nanoölçülərdə maddələrin kimyəvi xassələri də dəyişir. Kimyaçılar sübut ediblər ki, nanokristallar katalizator kimi mühüm rol oynayır. Nanohissəcik bir neçə atomdan ibarət olur, belə hissəciklərin kimyəvi reaksiyada aktivliyi artır. Məhz belə incə, bir neçə atom qalınlığında olması uzun illərdir ki, nanokristalların alınmasında problem yaradırdı.
Ötən yüzilliyin səksəninci illərinin sonlarında, bu tədqiqatlara kütləvi başlanılan ilk illərdə alimlər mikrometr səviyyəsində aparılan araşdırmalarda tətbiq edilən cihazların və texnologiyanın bu sahəyə tətbiq edilə bilməyəcəyini bildirirdilər. Bunu inkişaf etmiş ölkələrin hökumətləri də anlayırdı və sahəyə lazım olan qədər maliyyə vəsaiti ayırırdı. Bu səbəbdəndir ki, 10-15 il qabaq nanoaraşdırmalar baxımından eyni səviyyədə olan ölkələr arasında indi yetərincə fərq yaranıb. Hələ ki bu sahənin lideri ABŞ-dır, bu ölkədə nanotexnologiya üzrə 8 mindən çox elmi nəticə dərc edilib. 1994-cü ildə bu sahədə, təxminən, Rusiya ilə eyni səviyyədə olmuş Çin isə artıq dünyanın ikincisi sayıla bilər, onun payına 6 minə yaxın dərc edilmiş elmi nəticə düşür. Rusiya bu sahədə hətta Koreyadan da geri sayılır və rus alimləri indiyə kimi nanotədqiqatlar sahəsində 1300-ə yaxın elmi nəticə dərc etdirə biliblər.
Bu sahədə Azərbaycan alimlərinin uğurlarından o qədər də ürəkdolusu danışmaq olmur, həmvətənlərimizin dərc edilmiş elmi nəticələrinin sayı 20-25-i keçmir. Hələ ki bu sahədə çalışan yeganə laboratoriya Milli Elmlər Akademiyasının Fizika İnstitutundadır və orada da yalnız nəzəri tədqiqatlarla məşğul olurlar. İrəli sürülən nəzəri təkliflərin təcrübədə araşdırılması isə mümkün deyil, bunun üçün avadanlıq və lazımi təcrübə materialları çatışmır. Lakin keçən illərdə institutun kompüterləşdirilməsi, əldə edilən nəticələrin elektron variantının yaradılması mümkün olub. Lakin alimlərimizin işləri ABŞ-da çıxan Fizikal Revyu jurnalında bir neçə dəfə nəşr olunub. Bu onu göstərir ki, alimlərimiz dünya elminin bu qabaqcıl cəbhəsində işləyə bilərlər. Yuxarıda qeyd etmişik ki, Rusiya nanotexnologiyalar sahəsində o qədər də yüksək yerləri tutmur.
Bunu nəzərə alan Rusiyanın iqtisadi inkişaf naziri German Qref 2007-ci ildə nanotexnologiyanın inkişafına 12 milyard rubl, yəni təxminən 400 milyon ABŞ dolları ayrılacağını bildirib. Rusiyanın aparıcı elmi mərkəzlərindən olan Dubnada işləyən alimlər isə nanotexnologiyadan istifadə edilərək yığılmış günəş batareyasının layihə işlərinin bitirilməsi və işin kütləvi istehsala çatdırılması üçün 30 milyon ABŞ dolları istəyirlər. Dubna alimləri qalınlığı 0,5 millimetr olan silisium təbəqə üzərinə qızıl nanohissəcik yerləşdirməklə həssas təbəqə əldə ediblər. Təbəqə geniş diapazonda — 300 nanometrdən (ultrabənövşəyi diapazon) 1200 nanometrə (infraqırmızı diapazona) kimi dəyişən işıq spektrinə həssaslıq göstərir. Dubnada yerləşən Nüvə Tədqiqatları İnstitutunun əməkdaşlarının fikrincə nanoölçülərdə materialın xassələri güclü dəyişikliklərə məruz qalır, əgər adi fotoelementlərdə bir elektronu əldə etmək üçün 5-6 foton lazım gəlirsə, onlara cəmi ikisi yetərlidir. Bu o deməkdir ki, artıq bu gün 1 kvadratmetrdən 600 vt-a yaxın enerji almaq mümkündür. Beləliklə, Dubna alimləri faydalı iş əmsalı ən yaxşı qaz-trubin generatorunkuna yaxın olan günəş batareyası əldə ediblər. Onlar elə həmin maddədən superkondensatorlar da hazırlayırlar. 3 sm diametrli silindrik kondensator avtomobil akkumulyatorundan 200 dəfə çox enerji saxlaya bilər. Hər iki kəşf elektriklə işləyən avtomobil arzusunun həyata keçirilməsi baxımından çox önəmlidir. Qərbdə rusları nanotexnologiyalar sahəsində lider ölkələrdən saymasalar da, rus alimlərinin bir sıra başqa fikirləri də onlarda maraq doğurur. Məsələn, Ulyanovsk Universitetinin dosenti O.N.Qodomski hesab edir ki, nanotexnologiyadan istifadə edərək optik görünməyən sistemlər hazırlamaq olar və nəzəri cəhətdən artıq bu mümkündür. Bu nəzəriyyəyə görə sistemin üzərinə nanotexnologiyadan istifadə edərək hazırlanmış xüsusi təbəqə çəkilir. İşıq həmin təbəqədə tam udulur və əks edilmir, optik şəffaflıq əmələ gəlir. Toxunmadıqda belə cisimləri hiss etmək olmur.
Bu, hərbi sənaye üçün çox böyük əhəmiyyət kəsb edən yenilikdir və dünya elmi dairələrində böyük maraq doğurub. Qalan hallarda isə Rusiya alimləri ucuz başa gələn kimyəvi yollarla nanoməhsul alınmasına üstünlük verirlər. Məsələn, Rusiyada antibakterial mühit yaradan nanohissəcik qatılmış boyalar, pastalar, tozlar getdikcə daha çox təklif edilməkdədir. Bu boyalar bəzən çox əsrarəngiz dillə, məsələn, Misir ehramlarının şəfaverici mühitinin əsas səbəbkarı və s. kimi cəlbedici sözlərlə reklam edilir. Hazırda molekulyar-şüa epitaksiya üsulu ilə nanoməhsul alınması üçün lazım olan avadanlıq 5-6 milyon ABŞ dollarına başa gəlir. Yaponiya istehsalı çapedici mikroskopun qiyməti isə təxminən 1 milyon ABŞ dollarıdır. Bu mikroskopla həm nanoməhsulun kimyəvi tərkibi müəyyənləşdirilir, həm də kristal quruluşu haqqında məlumat verilir. İndi Azərbaycanda da bu tip qurğular istifadə olunmağa başlayıb. Artıq BDU-nun Nanoaraşdırma Mərkəzində bir ədəd Furye spektrometri quraşdırılıb. Qiyməti təxminən 70 min ABŞ dolları olan spektrometr Ukraynadan alınıb. Həmçinin BDU-da iki ədəd — qüvvət və tunel mikroskopları quraşdırılması nəzərdə tutulur. Məmmədəli Ramazanovun dediyinə görə mikroskopların ayırd etmə qabiliyyəti atom qüvvət rejimində XY müstəvisi üzrə 10 nanometr, Z oxu üzrə 3 nanometrdir. Tunel rejimində işləyəndə isə bu, XY müstəvisi üzrə 1 nanometrə, Z oxu üzrə 0,2 nanometrə bərabərdir. Mikroskoplar üçün 20-25 min ABŞ dollarına yaxın vəsait ödənilib. Hazırda Nanoaraşdırmalar Mərkəzində polimer mühitlərə ferromaqnit nanohissəciklərin daxil edilməsi üzərində işləyirlər. Bu maddələrdə supermaqnetizm müşahidə edilir. Bu maddələr maqnit sahəsinə daxil edildikdə özünü ferromaqnetik kimi aparır, sahədən çıxdıqda isə qalıq maqnetizm olmur. Bundan istifadə edərək maqnit açarları düzəltmək olur, həmçinin dənizin üzərindən tullantı neft məhsullarının yığılması da mümkündür və BDU-da bu üsullar üzərində işləyirlər. Bu zaman neft məhsullarını özündə hopdura biləcək polimer məhsullarının üzəri nanohissəciklərlə örtülür və dənizə atılır. Daha sonra sabit maqnitlə bunların hamısı bir nöqtəyə yığılır. Məlumat üçün bildirək ki, bir neçə il öncə nanotexnologiyalar üzrə mütəxəssis olan Kamil Qasımlı insan kimi düşünüb davrana bilən, amma heç vaxt insana hücum etməyəcək androidlərin istehsal nəzəriyyəsini hazırlamışdı.
Bu nəzəriyyəyə əsasən Amsterdam Tədqiqatlar Mərkəzi tərəfindən süni intellektə malik olan android və kiborqlar-dünyada ilk virtual uşaqlar hazırlanmışdı. Ekki adlı bu virtual varlıq bir həftə ərzində çağadan 18 yaşlı gəncə dönür. Onun böyüməsi və tərbiyəsi ilə MSN Messenger texnologiyası vasitəsilə iki şəxs — ata və ana məşğul olur. Adi mobil telefon vasitəsilə ünsiyyəti xatırladan bu təmaslar zamanı süni intellekt texnologiyası real olaraq həyata keçir. Nanotexnologiya, kompüter texnologiyaları, bioincinirinq və informasiya texnologiyaları sahəsində dünyanın ən nüfuzlu ekspertlərinin fikrincə Malayziyada çalışan Kamil Qasımlının işləri lazer və ya neytrinonun kəşfi qədər önəmli məsələdir. Azərbaycan alimnin bu uğuru gələcəkdə nanotexnologiylar sahəsində uğur əldə etməyimizə təkan verər, burada investisiyalar və kadr potensialı hesabına Microsoft, İBM, İntel kimi şirkətlərlə rəqabət apara biləcək müəssisələr yaranar. Adını çəkdiyimiz İBM şirkətinin nanotexnologiyalar sahəsində nailiyyətləri olduqca çoxdur. Sonuncu dəfə İBM mikroskopu tərəfindən Kaliforniya ştatının San-Xose şəhərinin Almaden araşdırma mərkəzində bir elektronun maqnit siqnalının şəkli çəkilib. Bu çətin tapşırığın yeni modifikasiyalı maqnitrezonanslı mikroskopun vasitəsilə həyata keçirilməsi mümkün olub. Bu mikroskop təbabətdə istifadə olunan maqnitrezonanslı mikroskoplardan 10 milyon dəfə həssas və elmi araşdırmalarda istifadə olunan sistemləri 10 dəfələrlə qabaqlayıb. İBM mikroskopunun əsas elementi silisiumdan olan mikrokronşteyndir. Hal-hazırda İBM mikroskopu 25 nm ölçüyə qədər cisimləri çəkə bilər. Son illər ölkəmizdə daha fərqli nanotexnologiyalar tətbiq olunmağa başlayıb.
Artıq Beynəlxalq Şərq Neft Akademiyasında Azərbaycanın neft və qaz yataqlarında tətbiq üçün işlənib hazırlanmış ən yeni nanotexnologiya Qum adası Neft və Qaz Çıxarma İdarəsinin Hövsan yatağındakı quyusunda uğurla tətbiq olunub. Nanotexnologiyanın tətbiqinə qədər quyu gün ərzində orta hesabla 8 ton neft, 55 ton ümumi maye verirdisə, bu texnologiyanın tətbiqindən sonra gündəlik neft hasilatını 11-12 tona, ümumi maye hasilatını isə 71 tona çatdırmaq mümkün olmuşdur. İndi alimlərin fikrincə yeni texnologiyanın tətbiqi digər yataqlarda da mühüm nəticələr əldə edilməsinə imkan verəcəkdir. Ötənilki hesablamalara görə indi dünyada nanotexnologiylar sahəsində investisiya qoyuluşunun həcmi 20 milyard dollara çatıb. Bu sahəyə özəl sektorun nümayəndələri 15,6 milyard, dövlət tərəfindən isə 4,4 milyard vəsait qoyulub. Artıq Azərbaycanda da dövlət İKT sektorunun inkişafına, yeni texnologiyların ölkəyə gətirilməsinə böyük diqqət yetirir. Ümid edək ki, bir neçə ildən sonra Azərbaycan nanotexnologiyalar sahəsinin liderləri olan Yaponiya və ABŞ-la rəqabətə hazır olacaq.
SOCAR nanohissəciklərin istehsalına başlayıb
SOCAR nanohissəciklərin istehsalına başlayıb Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqazelmitədqiqatlayihə” İnstitutunda nanohissəciklər istehsal edən avadanlığın istismara verilməsi münasibəti ilə tədbir keçirilib.
28 Dekabr , 2018 11:43
https://static.report.az/photo/617000e0-156d-4789-bb17-07a60ca5a4d8.jpg
Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR ) “Neftqazelmitədqiqatlayihə” İnstitutunda nanohissəciklər istehsal edən avadanlığın istismara verilməsi münasibəti ilə tədbir keçirilib. SOCAR-dan “Report”a verilən məlumata görə, tədbirdə şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə , vitse-prezidentlər Bəhram Hüseynov və Yaşar Lətifov, yeni avadanlığın hazırlanması layihəsində SOCAR-ın tərəfdaşı olan Rusiyanın “Rostovıye Texnologiyi” şirkətinin baş direktoru Pavel Fyodorov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun və “Nanotexnologiyalar” Departamentinin rəhbərliyi iştirak edib. SOCAR-ın Baş ofisinin “Nanotexnologiyalar” Departamenti 2016-2020-ci illər üçün “Nanoneft” proqramı çərçivəsində növbəti illərdə nanotexnologiyaların tətbiq istiqamətlərinin və coğrafiyasının daha da genişləndirilməsini, bununla bağlı istifadə ediləcək metal nanohissəciklərin miqdarının xeyli artacağını nəzərə alaraq, Rusiyanın “Rostovıye Texnologiyi” şirkəti ilə birgə nanohissəciklər istehsal edən yeni avadanlıq layihələndirib, eyni zamanda avadanlıq üçün elektrik partlayışı üsuluna əsaslanan istehsal texnologiyası işləyib. “Neftqazelmitədqiqatlayihə” İnstitutunda quraşdırılan bu avadanlıq müxtəlif ölçülü metal nanohissəciklərini istehsal etməyə imkan verir. Texnoloji proses zərərli kimyəvi maddələrdən istifadə etmədən az miqdarda inert qaz sərf etməklə qapalı şəraitdə aparılır. Yeni avadanlıqda xüsusi səth sahəsi 25-30 m2/qr olan, 20-100 nm ölçülü müxtəlif metalların nanohissəcikləri istehsal ediləcək. Əldə edilən nanohissəciklər daha sonra qazma, hasilat və digər istehsalat proseslərinin səmərəsini artırmaq üçün nanosistemlərin hazırlanmasında istifadə olunacaq. SOCAR-ın birinci vitse prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, iki illik əməyin nəticəsi olan, metal və qeyri-metal nanohissəcikləri istehsal edən avadanlığın istismara verilməsi bu sahədə çəkilən xərclərin azaldılması və xaricdən asılılığın aradan qaldırılmasına xidmət edir. Onun sözlərinə görə, bu avadanlığın məhsulundan gələcəkdə ölkə daxilində digər qurumlar da istifadə edə bilərlər. Qeyd edək ki, SOCAR-ın Baş ofisinin “Nanotexnologiyalar” Departamenti neft-qaz sənayesində nanotexnologiyaların işlənməsi, tədqiqi və tətbiqi ilə məşğuldur. Departamentdə işlənmiş metal nanohissəciklər əsaslı nanosistemlər hasilat, qazma, neftin nəqli, neft-kimya və ekologiyada tətbiq olunur.
Neft qaz sənayesində nanotexnologiya
Nanotexnologiya neft sənayesində
Son zamanlar elm və texnikanın sürətli inkişafı bəşəriyyət qarşısında dünənə qədər real olmayan problemlərin həll edilməsi üçün geniş imkanlar açır. Hazırda dünya elminin əsas istiqamətlərindən biri sayılan nanotexnologiya yüksək sürətlə inkişaf edir. Nanotexnologiyanın öhdəsindən gəldiyi problemlər fundamental və texnoloji həllə bağlı olduğu üçün burada elmi və mühəndis biliklərin sintezi mühüm şərtdir. Bu gün nanotexnologiya bəşər sivilizasiyasının inkişafına təkan verən bir sıra sahələrdə-metallurgiyada, təbabətdə, kibernetikada informasiya texnologiyalarında və bir çox başqa sahələrdə uzun illər açılmamış problemlərin həllinə cavab tapmağa başlamışdır.
Fiziki və kimyəvi xassələrin nanoölçülü sistemlərdə kəskin dəyişməsi bu cür materialların sənayenin müxtəlif sahələrində tətbiqinə imkan yaradır.Təsadüfi deyil ki, müasir dövrdə nanotexnologiyanın inkişafını buxar maşını və informasiya texnologiyasından sonra üçüncü elmi texniki inqilab hesab edirlər və onun üçün inkişaf etmiş ölkələrdə böyük maliyyə vəsaitləri ayrılır.
Hazırda nanotexnologiya inkişafı üzrə Milli Proqram dünyanın 62 ölkəsində fəaliyyət göstərir. Bu istiqamətdə ilk rəsmi dövlət proqramı Amerika Birləşmiş Ştatlarında qəbul olunmuş və 2001-2004-cü illər üçün həmin sahənin inkişafına 3,5 milyard dollar vəsait ayrılmışdır. Ekspertlərin rəylərinə görə dünya bazarında nanotexnologiyanın sənayedə tətbiqi üçün çəkilən xərclər 2015-ci ildə artıq trilyon dollarla olacaqdır.
Abşeron yarımadasında uzun müddət istismar nəticəsində çoxlu sayda sulaşmış, qeyri-rentabelli neft quyuları mövcuddur və bu quyuların yeni elmi tutumlu texnologiyaları tətbiq etməklə quyulardakı qalıq neftin çıxarılması aktual məsələyə çevrilmişdir. Azərbaycanda neftçıxarmanın, qazma prosesinin effektivliyinin artırılmasını təmin edən, ekotarazlığı bərpa edən elmi tutumlu yeni texnologiyaların işlənməsi neft sənayesinin mühüm problemlərindəndir və nanotexnologiyanın neft sənayesinə tətbiqinin böyük elmi, praktiki əhəmiyyəti var və bunun çox böyük iqtisadi səmərə verəcəyi gözlənilir. Azərbaycan neft ölkəsidir və ona görə nanotexnologiyanın elm və texnikanın bir çox sahələrinə tətbiqi ilə bərabər onun neft sənayesində tətbiqinin elmi-texnoloji əsaslarının inkişaf etdirilməsi respublikamızda ön plana çəkilmişdir.
A.X.Mirzəcanzadənin, A.M.Məhərrəmovun, R.İ.Abdullayevun, X.B.Yusifzadənin, E.Q.Şahbazovun, R.Ə.Qurbanovun, S.F.Əhmədovun, M.Ə.Ramazanovun, Ş.Ş.Şəfiyevin, E.A.Kazımovun həmmüəllif olduqları “Neft sənayesində nanotexnologiya” adlı fundamental elmi araşdırma, ixtira və tətbiq işi ilə yaxından tanış oldum. Bu işləmə elmin son nailiyyətlərindən hesab edilən nanotexnologiya üzrə mükəmməl tədqiqatdır. Azərbaycan alimləri tərəfindən nanotexnologiyanın neft və kimya sənayesində tətbiqi ilə yüksək effektivliyə malik katalitik nanohissəciklərin alınması mümkün olmuş və onların müxtəlif mühitlərdə katalizator kimi müvəffəqiyyətlə istifadə edilməsinə başlanılmışdır. Nanotexnologiyanın 2004-cü ildən başlayaraq neftçıxarmaya tətbiqinin nəzəri, eksperimental, praktiki əsasları Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin alim və mütəxəssisləri tərəfindən qoyulmuş və inkişaf etdirilmişdir. Bu məqsədlə neft sənayesində nanotexnologiyanın işlənməsi üçün nanoölçülü metal hissəciklərin alınması texnologiyası işlənib hazırlanmış, əvvəlcə laboratoriya şəraitində sınaq işləri aparılmış və sonra mədən sınaqları keçirilmişdır. Müəyyən edilmişdir ki, lay sularının metal nanohissəcikləri ilə işlənməsi zamanı yaranmış effekt hesabına sistemdə təzyiqin artmasına səbəb olan karbon qazının ayrılması müşahidə olunmaqla mühitin turşuluğu artır.
Metal nanohissəciklərinin neft quyularına daşıyıcılar vasitəsi ilə suspenziya halında daxil edilməsi nəticəsində aşkar edilmişdir ki, nanohissəciklər sulaşmış laylarda mövcud olan karbonatlarla reaksiyaya girərək karbon qazı yaradır və laylarda təzyiqi artırır. Bu prosesdə eyni zamanda daşıyıcı və stabilləşdirici rolunu oynayan səthi aktiv maddələr də mühitdə əlavə karbon qazı yaradır. Nəticədə turşuluğun və təzyiqin artması hesabına təbəqələşmə baş verir və neft sistemin səthinə toplaşır. Bu təbəqələşmə zamanı proses güclü axına səbəb olur, lay suxurlarının yuyulması baş verir və neft axını lay quyu sisteminin keçiricilik qabiliyyətini yaxşılaşdırır və nəticədə kollektora əlavə maye axınına şərait yaradır.
Bütün bu proseslərin nəticəsində mühitdə sinergetik effektlər yaranır. Nəticədə neftvermə əmsalı yüksəlir, belə ki hasil olan neftin miqdarı artır, suyun miqdarı azalır və təbii ki neftçıxarma üçün enerji sərfi xeyli aşağı düşür. Uzun müddət istismar olunmuş neft quyularının katalitik metal nanohissəcikləri vasitəsi ilə aktivləşdirilməsi praktikası böyük iqtisadi səmərə verməklə yanaşı neftçıxarmanın yeni texnoloji əsaslarının işlənməsinin stimullaşdırmasına səbəb olur və karbohidrogenlərin qalıq payını azaldır. Nanotexnologiyanın tətbiqi nəticəsində neft hasilatının 2,0-2,5 dəfə artmasına, neftin çıxarılmasna sərf olunan enerjinin 15 faizə qədər qənaət edilməsinə, quyulardan çıxarılan mayedə suyun miqdarının 18-24 faizə qədər azalmasına nail olunmuşdur.
Azərbaycan alim və mütəxəssisləri tərəfindən müəyyən edilmiş bu nəticələr dünya neft sənayesi praktikasında uğurla tətbiq edilə bilər, onun böyük elmi və tətbiqi əhəmiyyəti var. Hesab edirəm ki, 2010-cu ildə Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı komissiyasına təqdim olunmuş A.X.Mirzəcanzadənin, A.M.Məhərrəmovun, R.İ.Abdullayevun, X.B.Yusifzadənin, E.Q.Şahbazovun, R.Ə.Qurbanovun, S.F.Əhmədovun, M.Ə.Ramazanovun, Ş.Ş.Şəfiyevin, E.A.Kazımovun həmmüəllif olduqları “Neft sənayesində nanotexnologiya” işləməsi fundamental elmi araşdırma və ixtiradır, onun böyük elmi-praktik əhəmiyyəti var və o bu mükafata layiqdir.
Dövlət mükafatı laureatı
Azərbaycan.- 2010.- 5 may.- S. � 11.
Comments are closed, but trackbacks and pingbacks are open.