NEFT-MƏDƏN IŞLƏRI
Novruzov Zöhrab Adil oğlu
SOCAR-ın Elm Fondu qrant müsabiqəsinin nəticələrini elan edib – SİYAHI
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ tədqiqat işlərini stimullaşdırmaq məqsədilə 2021-cu il üçün növbəti qrant müsabiqəsi elan edib.
“Report” xəbər verir ki, müsabiqəyə 76 layihə təqdim olunub.
Təqdim olunan layihələrin ekspertizası məqsədilə yeni tərkibdə Müsabiqə Komissiyası yaradılıb və Elm Fondunun Əsasnaməsinə uyğun olaraq layihələrin ekspertizası təşkil edilib.
Müsabiqə Komissiyasının və ekspertlərin yekun rəyləri nəzərə alınaraq, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin 5 yanvar 2022-ci il tarixli qərarı ilə 25 elmi tədqiqat qrant layihəsi müsabiqənin qalibi elan olunub.
Layihə rəhbərinin soyadı, adı, atasının adı
Layihənin adı
Elmi müəssisə
Layihənin smeta dəyəri (manatla)
Müddəti
Kərimov Fəxrəddin Nəcməddin oğlu
Atmosferə atılan antropogen mənşəli karbon qazının utilizasiyası məqsədilə ehtiyyatı tükəmiş neft-qaz laylarının qaz saxlama anbarı kimi istifadəsinin geofiziki tədqiqi
Neft və Qaz İnstitutu
Hüseynov Elçin Məmmədəli oğlu
Neft məhsullarının səth və termofiziki xüsusiyyətlərinin silisium dioksid nanohissəcikləri ilə təkmilləşdirilməsi
Alıquliyev Ramiz Məhəmməd oğlu
Neft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiber-fiziki təhlükəsiziliyi məsələləri
Əfəndiyev Qalib Məmməd oğlu
Mürəkkəb geoloji şəraitdə qazılan dərin axtarış-kəşfiyyat quyularında qoruyucu kəmərlərin layihə dərinliyinə çatdırılması və sementləmənin keyfiyyətinin artırılması məqsədilə kompleks elmi-tədqiqat işləri əsasında texnoloji tədbirlərin işlənib hazırlanması
Əhmədov Fərid İbrahim oğlu
Neft və neft məhsullarının böyük həcmli konteynerlərdə ehtiyyatlarının qiymətləndirməsi üçün ssintilyatorlu qamma detektorlar əsasında cihazın laboratoriya prototipinin hazırlanması
Feyzullayev Əkpər Əkpər oğlu
Qalmaz strukturun IV blokunda yeraltı qaz anbarının (YQA) yaradılmasının və səmərəli istismarının texnologiyasının işlənilməsi məqsədilə bu blokun maddi tərkibinin, quyu məhsuldarlığının, o cümlədən 1-2 bloklarda YQA çoxillik istismarının səmərəliliyinin kompleks təhlili
Martınova Qalina Serqeevna
Azərbaycanın naften neftlərinin balneoloji fenomenin geoloji təbiətinin öyrənilməsi üçün yüksək informativ analitik texnologiyaların tətbiqi.
İbrahimova Minavər Cəfər qızı
Dizel distillatının ion-maye ekstraksiya üsulu ilə seçici təmizlənməsi
İsgəndərov Sübahət Məmmədəli oğlu
Köhnə neft istismarı ərazi torpaqlarının fitoremediasiya üsulu ilə təmizlənməsi
Bağırov Hasil Cəmil oğlu
Neftlə çirklənmiş ərazilərdə müasir texnoloji avadanlıqlardan istifadə etməklə sənaye üsulu ilə hidroponik-energetik yem istehsalı
Məmmədova Ülviyyə Əhməd qızı
Neft yataqlarının neftveriminin artırılması üçün yeni bitki mənşəli kitrə-biopolimer “nanomayelərin” yaradılması
Kataliz və Qeyri-üzvi
Abdullayev Yusif Əfrəddin oğlu
Neft sənayesində tətbiq olunan ekoloji təhlükəsiz üzvi reagentlərin yaradılması
Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu
Asfalten-qətran tərkibli neft emulsiyalarının ayrılma proseslərinin təhlili və riyazi modelləşdirilməsi
Kataliz və Qeyri-üzvi
Məmmədova Pərvin Şamxal qızı
Çətin çıxarılan və ağır neft yataqlarının işlənilməsində innovasiya texnologiyalarının tətbiqi
Rəhimov Rəvan Abdullətif oğlu
Quyulardan neftin hasilatını artırmaq üçün yeni SAM-polielektrolit komplekslərinin alınması və tədqiqi
Nurubəyli Təranə Kamil qızı
Neft – qaz yataqlarının proqnozlaşdırılması dəqiqliyinin artırılmasında induktiv əlaqəli plazmalı kütlə spektrometriyası və digər (məsələn, optik) üsulların tətbiqi
Məcidzadə Vüsalə Asim qızı
Neft sənayesi avadanlıqlarında tətbiq etmək üçün Mo-S əsasında yüksək temperaturda sürtünməyə davamlı nazik təbəqələrin elektrokimyəvi üsulla alınması və xassələrinin tədqiqi
Əliyeva Həyat Şmidt qızı
Çoxdivarlı karbon nanoborular əsasında neftvermə əmsalını artıran effektiv kompozisiyaların işlənilməsi
Abbasov Elxan Məcid oğlu
Qum təzahürünə qarşı mübarizənin effektivliyinin artırılması proseslərinin hidrodinamikası
Novruzov Zöhrab Adil oğlu
Abşeron neft-qaz rayonunun ekoloji qiymətləndirilməsi üçün innovativ ekspress maqnit metodunun işlənilməsi
Ağayev Bikəs Sayıl oğlu
Neft-qaz quyularında anomal lay təzyiqi zonalarını proqnozlaşdırmaq üçün intellektual informasiya sisteminin işlənməsi
Məmmədov Nazim Timur oğlu
Yaxın sahə optikası prinsipləri əsasında torpağın neftlə doyma əmsalının təyininin və neftin identifikasiyasının yeni üsullarının işlənilməsi
Pənahov Qeylani Minhac oğlu
Lay daxilində səthi aktiv maddə (SAM), qaz və müxtəlif quruluşda köpük kompozisiyalarını yaratmaqla neftveriminin artırılması texnologiyasının tətbiqi əsaslarının işlənməsi
Sadıqov Azər Zirəddin oğlu
Quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqini apara bilən çox funksiyalı multikopter tipli dronların işlənilməsi
“Elm və Texnologiyalar
Musayeva Nahidə Nazim qızı
Neft-qaz sənaye obyektlərinin monitorinqi üçün portativ multi-qaz analizatoru
NEFT-MƏDƏN IŞLƏRI
4.1. Ümumi tələblər 4.1.1. Texnoloji reqlament, layihə təşkilatı tərəfindən hər bir texnoloji proses üçün tərtib olunmalı, neftqazçıxarma müəssisəsi tərəfindən isə təsdiq edilməlidir. Texnoloji reqlament, işəsalma-sazlama işlərindən sonra dəqiqləşdirilməlidir. 4.1.2. Avadanlıqların və sistemlərin qüsurları, dayanmaları, texnoloji reqlamentin pozulması, digər hadisələr müəssisə tərəfindən «Texniki təhlükəsizlik haqqında» AR Qanununun tələblərinə uyğun qeydə alınmalıdır [1]. 4.1.3. Quyunun istismara buraxılması müvafiq Akt (Əlavə 11) təsdiq edildikdən sonra yerinə yetirilməlidir. 4.2. Neft, qaz və qazkondensat yataqlarının istismarına dair layihələndirmə 4.2.1. Yatağın işlənmə layihəsi, yatağın texnoloji işlənmə sxeminə uyğun olaraq yatağın optimal işlənməsini, bütün növ karbohidrogen xammalının nəqlə hazırlanmasını təmin etməlidir. Istehsal obyektlərinin sənaye təhlükəsizliyinin səviyyəsi qüvvədə olan müvafiq Qaydaların və digər normativ sənədlərin tələblərinə uyğun olmalıdır. Layihələndirilən və yenidən qurulan obyektlər üçün istismar vaxtı və qəza vəziyyətlərində işçilərə və ətraf mühitə istilik, zərbə, zəhərlənmə, radiasiya və digər təsirlərin səviyyəsi qiymətləndirilməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 Bu qiymətləndirmə əsasında texnoloji proseslərin və texniki mühafizə vasitələrinin avtomatlaşdırılmasının səviyyəsi, həmçinin lazımi mühafizə zonaları müəyyən edilir. 4.2.2. Layihədə aşağıdakılar nəzərdə tutulmalıdır: -işçilərin daim obyektdə olmasının minimuma endirilməsi və obyektlərin işi haqqında texnoloji proseslərlə idarə olunma məntəqəsində yığılan məlumatın bütövlüyünün təmini üçün həmin obyektlərin maksimal avtomatlaşdırılması; -yükdaşıyıcı konstruksiyalara dağıdıcı olmayan üsulla nəzarət sistemi, avadanlığın və boru kəmərlərinin korroziyaya qarşı mühafizəsi; -qəza vəziyyətlərinin yaranması ilə işə düşən çoxsəviyyəli bloklayıcı sistem və qoruyucu qurğular; -obyektin partlayış-yanğın təhlükəli və zəhərləyici göstəriciləri də daxil olmaqla, mümkün fövqəladə vəziyyətlərinin səviyyələrinin hesablanması; -qəza vəziyyəti üçün hər bir obyektdə işçilərin fəaliyyət planının tərtibi; -neftin, qazın və qazkondensatının itgisiz yığım və nəql sistemi; -qəzaların, yanğınların, qazlaşmanın məhdudlaşdırılmasını və obyektin sabit işinin bərpasını təmin edən, texnoloji, energetik avadanlığın, həmçinin su, istilik, kimyəvi reagent və materiallar ehtiyatını. 4.3. Qurğular, avadanlıqlar, aparatlar və texnoloji proseslər 4.3.1. Texnoloji avadanlıqlar və boru kəmərləri istismar şəraitləri nəzərə alınmaqla təhlükəsizlik, möhkəmlik, korroziyaya davamlılıq və etibarlılıq tələblərinə cavab verməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 4.3.2. Qazkompressor stansiyaları neft, qaz və qazkondensat yataqlarının istismarına dair layihələndirməyə uyğun təchiz edilməlidir: -nəql olunan məhsulun texnoloji parametrlərinə (təzyiq, sərf, temperatur və s.) nəzarət cihazları ilə; -kompressor avadanlığının diaqnostikası (titrəmə, yastıqların temperaturu və s.) üçün cihazlar sistemi ilə; -kompressor binasında hava mühitinə nəzarət sistemi ilə; -ventilyasiya sistemi ilə; -texnoloji parametrlərin pozulması, hava mühitinin qazlaşması, ventilyasiya sisteminin nasazlığı zamanı kompressorun dayandırılması üçün bloklayıcılarla; -kompressor binasında və operator zalında idarəetmə pultları ilə; -radio və ya telefon rabitə sistemi ilə; -yanğınsöndürmə sistemi ilə. 4.3.3. Nasos stansiyasının idarəetmə pultunda təzyiqə, sərfə, nasos aqreqatlarının, yastıqların temperaturuna və binada hava mühitinin vəziyyətinə nəzarət etmək üçün layihəyə uyğun cihazlar quraşdırılmalıdır. 4.3.4. Küt halda istismar olunan quyularda neft-qaz atqı kəmərləri, qazlift qaz kəmərləri, mancanaq dəzgahları, idarəetmə stansiyaları, transformator yarımstansiyaları, kabel xətləri küt quyuların oxuna nisbətən bir tərəfdə yerləşməlidir. Bu əraziyə nəqliyyatın (texnoloji nəqliyyatdan başqa) daxil olması qadağandır. 4.3.5. Porşenli (pistonlu) nasosun basqı xəttində qapayıcı quruluşa qədər əks və qoruyucu klapanlar, mərkəzdənqaçma nasosunun basqı xəttində isə əks klapan olmalıdır. 4.3.6. Tezalışan və zərərli məhlulların vurulması üçün yalnız məhlulun sızmasını istisna edən nasoslardan istifadə edilməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 4.3.7. Partlayışyanğın təhlükəli zonalarda istifadə edilən bütün xüsusi əhəmiyyətli aqreqatlar partlayışdan mühafizəli olmaqla, qəza işıqlanması və səs siqnalları, danışıq qurğuları və işıqlanma sistemi ilə təchiz olunmalıdır. 4.3.8. Quyuların təmiri üçün nəzərdə tutulmuş aqreqatlar mexanikləşdirilməli və maşinistin görmə zonasında təhlükəsiz yerdə yerləşdirilmiş idarəetmə pultu və nəzarət – ölçü cihazları ilə, o cümlədən qarmaqdakı yükü qeyd edən çəki indikatoru ilə təchiz olunmalıdır. Bütün texnoloji proseslər və quyudakı əməliyyatlar aqre- qatın idarəetmə pultundan yerinə yetirilməlidir. Bu işlərin yerinə yetirilməsi zamanı vışkanın (qüllənin), bucurqadın və quyu ağzının idarəetmə pultundan görünməsi təmin olunmalıdır. 4.3.9. Hər bir qülləli istismar vışkası, dor (eklips) və səyyar qaldırıcı aqreqatların teleskopik vışkaları görünən yerdə asılan (bərkidilmiş) metal lövhəciklə təchiz edilməlidir. Bu lövhəcikdə aşağıdakılar göstərilməlidir: -istehsal tarixi; -istehsalçı zavod; -zavod nömrəsi; -qülləli istismar vışkasının, dorun (eklipsin) və səyyar qaldırıcı aqreqatların teleskopik vışkalarının yükqaldırma qabiliyyəti (nominal); -vışkanın, dorun (eklipsin) və teleskopik vışkaların növbəti sınağının vaxtı (texniki vəziyyətinin yoxlanılması). 4.3.10. Bucurqadın yükqaldırma məhdudlaşdırıcısının və tal blokunun qalxmasının məhdudlaşdırıcısının vəziyyəti hər növbənin əvvəlində yoxlanılmalıdır. 4.3.11. Qülləli istismar vışkalarının, dorların (eklipslərin) və teleskopik vışkaların yoxlanılması və sınağı 223, 242 -in tələblərinə uyğun yerinə yetirilməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 4.3.12. Qülləli istismar vışkalarına, dorlara (eklipslərə) və teleskopik vışkalara istismar prosesində iki ayda bir dəfədən az olmamaq şərti ilə mexanik, quyu ustası tərəfindən baxış keçirilməlidir. 4.3.13. Baxışların nəticələri, avadanlıqların texniki vəziyyətinin yoxlanılması jurnalına yazılmalı və onların imzaları ilə akt tərtib edilməlidir. Bundan başqa, aşağıdakı hallarda qülləli istismar vışkalarının, dorların (eklipslərin) və teleskopik vışkaların vəziyyəti istehsalat avadanlıqlarının təmir sexi nümayəndəsinin və yaxud quraşdırma işinə məsul şəxsin iştirakı ilə yoxlanılmalıdır: -tutma işlərinə başlamazdan əvvəl və qurtarandan sonra; -açıq neft-qaz təzahüründən və yanğından sonra; -qasırğalı küləkdən (sürəti 25m/san-dən artıq) sonra. 4.3.14. Qülləli istismar vışkalarına, dorlara (eklipslərə) baxış keçirən zaman aşağıdakılara diqqət yetirmək lazımdır: -qülləli istismar vışkasıının, dorun (eklipsin) quraşdırıl- masının düzgünlüyünə; -boltların bərkidilməsinə; -kəlləçarxın bərkidilməsinə; -qülləli istismar vışkasıının, dorun (eklipsin) detallarına və ayaqlarının deformasiya olmamasına; -qırıqların, çatların və başqa qüsurların olmamasına; -qülləli istismar vışkasıının, dorun (eklipsin) ayaqlarının düzxətliliyinə və birləşmə (flans) yerlərində məsamələrin olmamasına; -qaynaq tikişlərinin vəziyyətinə; -qülləli istismar vışkalarıının, dorların (eklipslərin) fəza vəziyyətinin (həndəsi) pozulmasına; -özülün (əsasın) vəziyyətinə; -ayaqların mərkəzləri arasındakı məsafələrinə;
vk.com/club152685050 | vk.com/id446425943 -dartıcıların və qülləli istismar vışkalarının, dorların (eklipslərin), teleskopik vışkaların ayaqlarını bərkidən boltların texniki vəziyyətinə. 4.3.15. Qülləli istismar vışkalarına, dorlara (eklipslərə), teleskopik vışkalara texniki baxışın nəticələri aktlaşdırılmalı, aşkar olunmuş qüsurlar aradan qaldırılmalı, yararsız detallar bərpa olunmalı və yaxud dəyişdirilməlidir. 4.3.16. On təqvim ilindən sonra qülləli istismar vışkalarına, dorlara (eklipslərə), teleskopik vışkalara neftqazçıxarma idarələrinin baş mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya tərəfindən baxış keçirilməli, onların gələcək istismarı üçün yararlı olması müəyyən edilməli və bundan sonra yükqaldırma qabiliyyətinin təyin edilməsi üçün sınaqdan keçirilməlidir. Sonra qülləli istismar vışkalarına, dorlara (eklipslərə), teleskopik vışkalara (25 ilə qədər) vaxtaşırı-5 ildən gec olmayaraq komissiya tərəfindən baxış keçirilməli və onlar təsdiq olunmuş təhlükəsiz (dağıdıcı olmayan) üsulla sınanmalıdır. 25 il istismar edildikdən sonra qülləli istismar vışkalarına, dorlara (eklipslərə), teleskopik vışkalara baxış keçirilməli, onların bütün bənd və elementləri təftiş edilməli, zay və istismara yararlı olmayan hissələr dəyişdirilməklə yenidən təhlükəsiz (dağıdıcı olmayan) üsulla sınaqdan (hər üç ildən bir) keçirilməlidir. Bundan sonra qülləli istismar vışkalarına, dorlara (eklipslərə) və teleskopik vışkalara mütləq vaxtaşırı baxış keçirilməklə onlar təhlükəsiz (dağıdıcı olmayan) üsulla sınanmalı, istismara yararsızlığı müəyyən edildikdə isə istismardan çıxarılmalıdır. 4.3.17. Təhlükəsiz (dağıdıcı olmayan) üsulla qülləli istismar vışkalarının, dorların (eklipslərin) və teleskopik vışkaların sınaqdan keçirilməsinin təşkili və aparılmasını
vk.com/club152685050 | vk.com/id446425943
müəssisənin baş Azdövdağtexnəzarət yaradılmış komissiya
mühəndisinin Komitəsinin yerinə yetirm
rəhbərliyi altında, yerli nümayəndəsinin iştirakı ilə əlidir.
4.3.18. Qülləli istismar vışkalarının, dorların (eklipslərin) və teleskopik vışkaların sınağının nəticələri barədə sədr və komissiya üzvlərinin, həmçinin ölçü və hesablama işləri icraçılarıının imzası ilə akt tərtib edilməlidir. 4.3.19. Quyuların təmiri üçün nəzərdə tutulmuş aqreqatlar neftqazçıxarma sənayesində qüvvədə olan təhlükəsizlik texnikası tələblərinə cavab verməlidir, o cümlədən: -aqreqatların vışkaları və qüllələri polad kanatdan olan dartıcılarla bərkidilməlidir. Dartıcıların sayı, diametri və bərkidilmə yerləri aqreqatın texniki sənədlərinə uyğun gəlməlidir; -bucurqadın intiqalının transmissiyasında, qarmaqda yükqaldırma qabiliyyətinin məhdudlaşdırıcısı nəzərdə tutulmalıdır; -aqreqat, bucurqadın barabanının hərəkətini dayandıran (bloklayan) mexanizmi olan, talblokun qalxmasını avtomatik məhdudlaşdıran quruluşla (talblokun kronblokun altına dartıb aparmasının qarşısını alan mexanizmlə) təchiz olunmalıdır; -aqreqat, şassini üfiqi vəziyyətdə quraşdırmağa imkan verən cihazlara malik olmalıdır; -aqreqatın, nəql zamanı, talbloku təsbit edən və qülləni mexaniki zərbələrdən qoruyan quruluşları olmalıdır; -qülləni qaldırmaq sistemi, məsafədən idarə olunmalıdır və hidroavadanlıq elementlərinin sıradan çıxması hallarında təhlükəsizliyi təmin etməlidir; -daimi iş yerlərində səs-küyün səviyyəsi [98]-in tələblərinə uyğun olmalıdır; -aqreqat partlayışdan mühafizəli çıraqlarla təchiz olunmalıdır; -aqreqatın daxiliyanma mühərrikinin səsboğucusu (tüstü borusu) qığılcımsöndürənlə və mühərrikə (hava qəbulediciyə)
vk.com/club152685050 | vk.com/id446425943 hava daxil olmasının təcili qarşısını alan qapaqla təchiz olunmalıdır; -aqreqat, mühərriki qəza hallarında söndürmək üçün quruluşla təchiz olunmalıdır; -aqreqat, iş yerlərinin işıqlandırılması üçün 24V sabit cərəyan düzləndirici transformatoru ilə, akkumulyatorların doldurulması üçün quruluşla və qəza işıqlandırılması üçün 24V sabit cərəyan dövrəsi ilə təchiz olunmalıdır; -aqreqat, mexaniki qıfıllı hidravlik dayaq domkratları ilə təchiz olunmalıdır; -aqreqatın pnevmosistemi elektrik hava quruducusu ilə təchiz olunmalıdır; -bucurqadın əyləc sistemi soyutma sisteminə malik olma- lıdır; -aqreqatın qülləsində elektrik mərkəzdənqaçma nasosunun kabeli üçün diyircəyin asılmasını təmin edən vasitə (quruluş) olmalıdır. Müəssisənin müdiriyyəti bu Qaydalar əsasında müəyyən edilmiş qaydada, iş növləri üzrə təhlükəsizlik texnikasına dair təlimatların işlənib hazırlanmasını təmin etməlidir. 4.3.20. Quyularda işləmək üçün nəzərdə tutulmuş səyyar nasos aqreqatlar qapayıcı və qoruyucu quruluşlarla təchiz olunmalı və onların texnoloji proseslərə nəzarət edən, idarəetmə pultuna (aqreqatın kabinəsinə) çıxarılmış cihazları olmalıdır. 4.3.21. Quyu ağzı, fontan armaturu ilə və ya borudaxili və boruarxası fəzanın germetikliyini, onların əlaqəsinin mümkünlüyünü, dərinlik tədqiqatlarının aparılmasını təmin edən xüsusi quyuağzı quruluşla təchiz edilməlidir. Boru və boruarxası fəzanın atqı xətlərinin qurulması (yığımı), quyuların boşaldılmasına, qazın boruarxası fəzaya verilməsinə, quyuların boğulması da daxil olmaqla, texnoloji əməliyyatların aparılsına imkan verməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 4.3.22. Stasionar qurğuların nəzarət və mühafizə sisteminin idarəetmə məntəqəsinə çıxışı olmalıdır. 4.3.23. Qəza siqnalizasiyası və hava mühitinin vəziyyətinə nəzarət vasitələri saz vəziyyətdə olmalı, onların işləmə qabiliyyəti isə ayda 1 dəfədən az olmayaraq yoxlanılmalıdır. 4.3.24. Partlayış təhlükəli zonalarda avadanlıqlar hökmən partlayışdan mühafizəli olmalıdır. 4.3.25. Təbii qazın və qaz kondensatının yığımı, hazırlanması, mədən və mədənlərarası nəqlinin avtomatlaşmış sistemi aşağıdakıları nəzərdə tutmalıdır: -boru kəməri ilə nəqlin inqibitorlaşdırma sistemini; -texnoloji xətlərin, qurğuların, quyuların parametrlərinin qəza kənaraçıxmalarında ayrı-ayrı avadanlıqların avtomatik söndürülməsini; -qurğunun texnoloji xəttinin növbətçi operator pultundan məsafədən qəza dayandırılmasını və texnoloji mühitin məşəl xəttinə və ya qəza tutumuna keçirilməsini; -texnoloji parametr kəmiyyətlərinə məsafədən nəzarəti və texnoloji əməliyyatların parametrlərinin qeydə alınmasını; -texnoloji əməliyyatların parametrlərinin kənaraçıxmalarında (otklonenie) texnoloji avadanlıqdakı mühitin təzyiqinin avtomatik tənzimlənməsini; -texnoloji parametrlər (təzyiq, temperatur və s.) YVH-ni aşdıqda, xəbərdaredici siqnalların qurğuların yerləşmə yerinə və operator pultuna verilməsi ilə, avtomatik siqnalizasiyanı; -obyektlərin hava mühitinin vəziyyətinə nəzarəti. 4.3.26. Elastik borulu tübinq qurğuları aşağıdakılarla təchiz edilməlidir: -yükqaldırma məhdudlaşdırıcısı ilə; -endirmə-qaldırma əməliyyatlarında əmələ gələn yüklənmələrə nəzarət və onların qeydiyyatı sistemləri ilə; -boruların nazikləşməsinə nəzarət sistemi ilə.
vk.com/club152685050 | vk.com/id446425943 4.3.27. Meydançanın hazırlanması, tübinq qurğularının montajı və istismarı istehsalçı –zavodun texniki şərtləri və istismar üzrə təlimatına uyğun yerinə yetirilməlidir. Tübinq qurğularının istifadəsi ilə işlər xüsusi öyrədilmiş heyət tərəfindən yerinə yetirilməlidir. 4.3.28. Traverslərin, sürgü qollarının, mancanaq dəzgahlarının kanat asqılarının təmiri və dəyişdirilməsinə, vışkanın və ya qüllənin kronblokunun dəyişdirilməsinə, talkanatının təchizatına, dərinlik ölçmələrinə küləyin sürəti 8m/san. –dən artıq olmadıqda icazə verilir. Dəniz şəraiti üçün əlavə tələblər 4.3.29. Dəniz tikililərinin və vışkaların suüstü, bəzi hallarda sualtı hissələrinin qovşaq birləşmələri və qaynaq yerləri, vışkalara və özüllərə böyük yük düşməsilə (kəmərlərin endirilməsi, quyuda qalmış alətin çıxarılması və digər əməliyyatlar) əlaqəli mürəkkəb işlərdən əvvəl və sonra, həmçinin küləyin sürəti 25m/san və daha artıq olan fırtınadan sonra yoxlamadan keçməlidir. 4.3.30. Istismar vışkaları kanat burazlarla və ya vışkanın ayaqlarını (aşağı hissələrini) dəniz özüllərinin dayaq dirəkləri ilə etibarlı bağlayan xüsusi mexanizmlərlə bərkidilməlidirlər. 4.3.31. Atqı və hava xətlərinin dayaqları özüllərə xamıtlarla bərkidilməlidir. Hava və atqı xətləri elə çəkilməlidir ki, körpülər, işçi meydançalar və başqa keçidlərlə kəsişməsin. 4.3.32. Dəniz neftqazmədən obyektlərində tətbiq olunan avadanlıqlar (o cümlədən xaricdə istehsal olunmuş) müvafiq təlimatlara və onların texniki şərtlərinə uyğun quraşdırılmalı və istismar olunmalıdır. 4.3.33. Avadanlıqlar DNQT-də quraşdırıldıqdan sonra yüksüz yoxlanılmalıdır. Yoxlanılma məsul işçinin rəhbərliyi (baş mexanik, baş energetik) altında aparılmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943 4.3.34. Quyu ağzından texnoloji qurğulara gedən boru kəmərləri bir yarusda çəkilməlidir və maksimal işçi təzyiqdən 1,5 dəfə artıq təzyiqə hesablanmalıdır. 4.3.35. Platformada quyuların çoxcərgəli yerləşdiyi hallarda, quyu cərgələrinin aralarından hasilat quyularının boru kəmərlərinin çəkilməsi qadağandır. Boru kəmərləri etibarlı bərkidilməli, təzyiqə uyğun markalanmalı və müvafiq rənglə rənglənməlidir. 4.3.36. Gəmilərdən yanacağı və metanolu qəbul etmək üçün olan boru kəmərləri stansionar olaraq, özülün iki əks isti- qamətindən yanacaq və metanol anbarlarına yaxın olan körpü meydançalarına çıxarılmalı; boru kəmərlərinin qəbul edən hissələri yaşayış blokundan 10m-dən az olmayan məsafədə yerləşməlidir. Boru kəməri yanacaq anbarının yuxarı hissəsinə birləşdirilməli, elastik şlanqı və qapayıcı klapanı birləşdirmək üçün qurğu ilə təchiz edilməlidir. 4.3.37. Qaz və ya AAM (YM) boru kəmərləri yanmayan maddə nəql edilən boru kəmərləri ilə kəsişdikdə sonuncular aşağıda yerləşməlidir. 4.3.38. Fontan mümkünlüyü ilə əlaqəli məsuliyyətli işləri yerinə yetirərkən DDÖ-də (EYM-də) yanğınsöndürmə gəmisi (maşını) növbə çəkməlidir. 4.4. Neft, qaz və qazkondensat quyularının istismarı 4.4.1. Quyuların fontan və qazlift üsulu ilə istismarı 4.4.1.1. Kəmər başlığının və fontan armaturunun konstruksiyası, onların qurulma (obvəzka) sxemi quyuların optimal iş rejimini, boru, boruarxası və borulararası fəzanın germetikliyini, quyularda texnoloji əməliyyatların mümkünlüyünü,
vk.com/club152685050 | vk.com/id446425943 dərinlik tədqiqatlarını, nümunələrin götürülməsini və quyuağzı təzyiqə və temperatura nəzarəti təmin etməlidir. 4.4.1.2. Fontan armaturunun işçi təzyiqi istismar kolonunun sınaq təzyiqindən az olmamalıdır. 4.4.1.3. Fontan armaturu quyu ağzında quraşdırılana qədər pasportda nəzərdə tutulan təzyiqlə kipliyə yoxlanılmalı, quyu ağzında quraşdırıldıqdan sonra isə istismar kəmərinin sınaq təzyiqinə bərabər təzyiqlə sınanılmalıdır. Yoxlamanın nəticəsi aktla təsdiqlənməlidir. 4.4.1.4. Buraxıla bilən həddən artıq təzyiq tələb olunan işləri (layın hidroyarılması, laya turşu ilə təsiretmə və digər müxtəlif təsirlər) yerinə yetirərkən, quyu ağzında xüsusi artmatur, istismar kolonunda isə paker quraşdırılmalıdır. 4.4.1.5. Fontan armaturu, istehsalçı zavod tərəfindən əl ilə idarə olunan, sifarişçinin tələbi ilə isə məsafədən idarə olunan drossellərlə, məsafədən idarə olunan və (və ya) əl ilə idarə olunan qapayıcı armaturlarla təchiz edilməli, təzyiq atmosfer təzyiqinə qədər aşağı salınmadan, üçgedişli krandan istifadə edilməklə manometrlərin dəyişdirilməsi mümkünlüyü təmin etməlidir. 4.4.1.6. Quyu ağzında temperaturu 200 0 C-dən artıq olan quyuların istismarı zamanı konstruksiyası və istiliyə davamlılığı texnoloji proseslərin və xidmət heyətinin təhlükəsizliyini təmin edən, müvafiq fontan armaturu tətbiq edilməlidir. 4.4.1.7. Quyunun istismarı prosesində ayırıcı-klapanın işə düşməsi dövri olaraq istehsalçı zavodun təlimatına uyğun yoxlanılmalıdır. Ayırıcı klapanın quraşdırılması və onun işə düşməsinin yoxlanılması haqqında akt tərtib olunmalıdır. 4.4.1.8. Quyuların 80 0 C və daha artıq temperaturlu işçi mühitində işləyən atqı xətlərində və manifoldlarında, temperatur kompensatorları quraşdırılmalıdır. 4.4.1.9. Təzyiq altında fontan armaturunun nasazlıqlarının aradan qaldırılması, tezyeyilən və dəyişilməli
vk.com/club152685050 | vk.com/id446425943
hissələrinin dəyişdirilməsi (qəza vəziyyətlərində və s.) tərəfindən, xüsusi texniki yerinə yetirilməlidir.
qadağandır. Müstəsna hallarda bu işlər, xüsusi öyrədilmiş işçilər vasitələrdən istifadə edilməklə
4.4.1.10. Manifoldun quraşdırılmasından və onun fontan armaturunun və boru başlığının qolları ilə birləşdirilməsindən sonra, sistemin işçi təzyiqdə hidrosınağı aparılmalıdır. 4.4.1.11. Qazlift quyusunun fontan armaturunun idarəetmə stansiyası quyu ağzından 30-35 m məsafədə, xüsusi tikilidə quraşdırılmalı, etibarlı bərkidilməli və yerləbir-
ləşdirilməlidir. 4.4.1.12. Quyunun baş mühəndisi (texniki layihəyə və plana uyğun
qazlift istismarına keçidi müəssisənin rəhbəri) tərəfindən təsdiq olunmuş yerinə yetirilməlidir.
4.4.1.13. Quyunun qazlift istismarına keçirilməsindən əvvəl, istismar kolonu, quyuağzı avadanlıq, nasos-kompressor boruları maksimal (işəburaxma) təzyiqə sınanmalıdır. 4.4.1.14. Fontan və qazlift istismarında qaz kəmərləri üçün, həmçinin quyuların və aparatların yığımı (obvəzka) üçün qaynaqla birləşdirilmiş tikişsiz polad borulardan istifadə edilməlidir. Flans birləşmələrinə isə ancaq siyirtmələrin və digər armaturların quraşdırıldığı yerlərdə yol verilir. 4.4.1.15. Qazpaylayıcı boru kəmərləri quraşdırıldıqdan sonra sıxılmış hava ilə üfürülməli, maksimal işçi təzyiqdən 1,25 dəfə artıq təzyiqdə maye ilə sınaqdan keçirilməlidir. Qazpaylayıcı batareyalar, dispetçer məntəqəsinə çıxarılmış idarəetmə sistemi olan, qaz sərfinin fərdi avtomatik ölçü sisteminə, üfürmə üçün şamlara və inqibitorun verilməsi üçün qurğuya malik olmalıdır. Qazlift quyusunun quyu ağzı, 20 m-dən az olmayaraq uzaqlaşdırılmış, şama çıxışı olan üfürmə xətlərinə malik manifoldlu fontan armaturu ilə təchiz edilməlidir. Manifoldda əks klapan quraşdırılmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943 4.4.1.16. Qazlift istismarında işçi agentin (qazın) hazırlanması, onun su buxarından şeh nöqtəsi (do toçki rosı) minus 10 0 C qədər qurudulmasını nəzərdə tutmalıdır. 4.4.1.17. Hidrat tıxaclarının ləğvi zamanı qaz kəmərindəki təzyiq atmosfer təzyiqinə qədər azaldılmalı və bu sahələrin qızdırılması buxarla yerinə yetirilməlidir. Buraxma qabiliyyəti saxlandıqda ingibitorun qaz kəməri dayandırılmadan ilkin olaraq verilməsinə yol verilir. 4.4.1.18. Qazlift sisteminin kompressor stansiyasının iş prosesində aşağıdakılar yerinə yetirilməlidir: -bütün sahədaxili texnoloji boru kəmərləri, separatorlar, tutumlar, qapayıcı-tənzimləyici armaturlar hər növbədə baxışdan keçirilməli, nəticələri isə növbə jurnalında qeyd edilməlidir; -yanğınsöndürmə, qazın qurudulması, işıqlandırma, ventilyasiya və qəza siqnalzasiyası, ildırımdan mühafizə, statik elektrikləşmədən mühafizə, rabitə və telemexanika sistemlərinin işləmə qabiliyyətinə təsdiq olunmuş cədvəl üzrə nəzarət. 4.4.1.19. Kompressorların təhlükəsiz istismarı [11]–ə uyğun aparılmalıdır. 4.4.2. Quyuların dərinlik ştanq nasosları ilə istismarı 4.4.2.1. Mancanaq dəzgahı elə quraşdırılmalıdır ki, onun hərəkət edən hissələrinin özülə və ya yerə toxunması istisna olunsun. 4.4.2.2. Mancanaq dəzgahının əyləcinə (tormozuna) xidmət etmək üçün çəpərli meydança quraşdırılmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943 4.4.2.3. Mancanaq dəzgahının çarx sürgü qollu mexanizmi, elektrik intiqalına və işəsalma quruluşuna xidmət meydançası müvafiq rənglə rənglənməli və çəpərlənməlidir. 4.4.2.4. Mancanaq dəzgahını işə salmazdan əvvəl əmin olmaq lazımdır ki, dəzgahın reduktoru tormozlanmayıb, çəpərlər qoyulub və təhlükəli zonada adamlar yoxdur. 4.4.2.5. Çarx-sürgü qollu mexanizmin millərinin yerini dəyişdirdikdə və ya əvəz etdikdə, kipkəc ştokuna sıxac quraşdırılmalı, sürgü qolu isə mancanaq dəzgahının dayağına etibarlı bərkidilməlidir. 4.4.2.6. Quyunun quyu ağzı, ştokun germetikliyi üçün qapayıcı armaturla və kipkəc quruluşu ilə təchiz olunmalıdır. 4.4.2.7. Quyunun quyuağzı yığımı, cilalı ştokun kipkəcinin içliyinin dəyişdirilməsinə, quyuağzı təzyiqin və temperaturun ölçülməsinə imkan yaratmalıdır. 4.4.2.8. Balansir başlığının ən aşağı vəziyyətində, kipkəc ştokunun asılqanının traversi ilə və ya ştanqsaxlayanla quyuağzı kipkəc arasında 20 sm-dən az olmayan məsafə olmalıdır. 4.4.2.9. Mancanaq dəzgahının gövdəsi (rama) texniki kəmərlə, ikidən az olmayan, müxtəlif yerlərdə qaynaq edilmiş yerləbirləşdirici polad keçiricilər vasitəsi ilə birləşdirilməlidir. Düzbucaqlı keçiricinin en kəsiyi 48 mm 2 -dən, günyə poladının divarının qalınlığı 4 mm-dən, dairəvi yerləbirləşdiricilərin diametri 10 mm-dən az olmamalıdır. Mancanaq dəzgahının gövdəsini texniki kolonla birləşdirən yerləbirləşdirici keçiricilər torpağa 0,5m-dən az olmayaraq basdırılmalıdır. Yerləbirləşdirici keçirici kimi dairəvi, zolaq, bucaqlı və ya digər profilli poladlar tətbiq edilə bilər. Bu məqsəd üçün polad kanatdan istifadə etməyə icazə verilmir. Yerləbirləşdirici keçiricilərin birləşmələrinin yoxlanılması mümkün olmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943 4.4.2.10. Mancanaq dəzgahı avtomatik və məsafədən idarə olunan quyularda, işəsalma qurğusunun yaxınlığında, görünən yerdə «Diqqət! Işəsalma avtomatikdir» yazılı plakat bərkidilməlidir. 4.4.2.11. Hasilatın ölçülməsi, quyuların işə salınması, dayandırılması sistemlərinin dispetçer punktuna çıxışı olmalıdır. 4.4.2.12. Avadanlığın təmirinə başlayana qədər və ya baxışdan əvvəl dövrü işləyən quyunun avtomatik, məsafədən və ya əl ilə işə salınan mühərriki söndürülməli, kontryük yuxarı vəziyyətə gətirilməli və bu vəziyyətdə tormoz qurğusu ilə etibarlı tormozlanmalıdır, işəsalma qurğusunda isə plakat («Işə salma, adamlar işləyir») asılmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943 4.4.3. Quyuların mərkəzdənqaçma, diafraqmalı, vintli dalma elektrik nasosları ilə istismarı 4.4.3.1. Quyunun quyu ağzı bu Qaydaların 4.3.21 bəndinin tələblərinə uyğun avadanlıqla təchiz olunmalıdır. Quyuağzı armaturda güc kabelinin keçid dəliyinin germetik kipləşdiricisi olmalıdır. 4.4.3.2. Güc kabeli idarəetmə stansiyasından quyu ağzına estakada üzrə çəkilməlidir. Kabelin xüsusi dayaqlar üzərində çəkilməsinə icazə verilir. 4.4.3.3. Elektrik nasoslarının yerüstü elektrik avadanlıqlarının quraşdırılmasını və sökülməsini, təmirini və sazlanmasını, onlara baxışı elektrotexniki heyət yerinə yetirməlidir. 4.4.3.4. Kabel diyircəyi qaldırıcı aqreqatın qülləsindən zəncirlə və ya xüsusi kanat asqısından asılmalıdır. 4.4.3.5. Diyircəkdən keçirilmiş kabel, endirmə-qaldırma əməliyyatlarında yükqaldırma mexanizmlərinin konstruksiya elementlərinə və torpağa toxunmamalıdır. 4.4.3.6. Boruların burulub bərkidilməsi və burulub açılması zamanı kabeli işçi zonadan elə hesabla kənarlaşdırmaq lazımdır ki, o, işçi heyətə mane olmasın. 4.4.3.7. Dalma avadanlığının quyuya endirilmə (qaldırma) sürəti 0,25 m/san-dən artıq olmamalıdır. Maili istiqamətli quyularda hər 10 m-ə 1,5 0 əyrilk düşərsə, endirmə sürəti 0,1 m/san-dən artıq olmamalıdır. 4.4.3.8. Quyunun lüləsi, oraya elektrik nasosu ilk dəfə endirildikdə, həmçinin nasosun ölçü növü dəyişdirildikdə, dalma elektrik nasoslarının istismarı üzrə təlimatın tələblərinə uyğun olaraq şablonla yoxlanılmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943 4.4.4. Quyuların hidroporşenli və şırnaqlı nasoslarla istismarı 4.4.4.1. Qurğunun texnoloji blok otağı aşağıdakılara malik olmalıdır: -1 saat ərzində otağın tam daxili həcmində səkkizdəfəlik havadəyişməni təmin edən daimi məcburi ventilyasiyaya; -bloklarda 5 0 C-dən aşağı olmayan temperatura, səsküyün səviyyəsinin 80dBA-dan və titrəmə səviyyəsinin 92dBdən artıq olmamasına ([98, 104]–ə əsasən). 4.4.4.2. Quyunun məhsulunu işçi maye kimi istifadə etdikdə, qurğu, avtomatik yanğınsöndürmə avadanlığı ilə təchiz olunmalıdır. 4.4.4.3. Texnoloji blok otağına daxil olmazdan əvvəl aşağıdakılara əməl etmək lazımdır: -otağın qazlaşmasını və ventilyasiya sisteminin vəziyyətini yoxlamaq; -işıqlandırmanı işə salmaq; -yanğınsöndürmə sistemini avtomatik işəsalma rejimindən əl ilə işəsalma rejiminə keçirmək. 4.4.4.4. Blokda yanğın baş verdikdə otağı tərk etmək, bütün qapıları bağlamaq, giriş qapısının yanında yerləşən düymə ilə avtomatik yanğınsöndürmə sistemini işə salmaq lazımdır. 4.4.4.5. Pakerin endirilməsindən əvvəl istismar kolonu şablonlanmalı, lazım gələrsə rayberlənməli, dibinə qədər yuyulmalı və təzyiqə sınanmalıdır. 4.4.4.6. Hidroporşenli nasosun, kürəkciyin (skrebok) və digər avadanlıqların çıxarılması qurğunun komplektində olan xüsusi lubrikatorun tətbiqi ilə yerinə yetirilməlidir. 4.4.4.7. Mərkəzi siyirtmənin bağlı halında lubrikatorun quraşdırılmasını və sökülməsini qüllədən istifadə etməklə, bu
vk.com/club152685050 | vk.com/id446425943 növ işlərin aparılması təlimatlarına əməl edilməklə yerinə yetirmək lazımdır. 4.4.4.8. Hər bir basqı xətti manometrlə və işçi mayenin sərf tənzimləyicisi ilə təchiz edilməlidir. 4.4.4.9. Güc nasosları elektrokontakt və göstərici manometrlərlə, həmçinin qoruyucu klapanlarla təchiz edilməlidir. Güc nasosunun qoruyucu klapanının dirsəyi nasosun girişi ilə birləşməlidir. 4.4.4.10. Avtomatika sisteminin və qoruyucu qurğuların sazlığı istismar üzrə təlimatlarda müəyyənləşdirilmiş müddət- lərdə yoxlanılmalıdır. 4.4.4.11. Güc nasosunun, işçi mayeni sorma, basqı və buraxma xətlərində, qapayıcı qurğuların açıq halında, avtomatika sistemlərinin sazlığının yoxlanmasından sonra güc qurğusu işə buraxılır. Basqı sistemində təzyiq, yerüstü avadanlıq normal iş rejiminə düşdükdən sonra yaradılmalıdır. 4.4.4.12. Güc nasosu dayandıqda, basqı boru kəmərində təzyiq, atmosfer təzyiqinə qədər azaldılmalıdır. 4.4.4.13. Quyunun hasilat ölçmə sisteminin, güc nasoslarının işinin göstəricilərinin dispetçer məntəqəsinə çıxışı olmalıdır. 4.4.5. Basqı quyularının istismarı 4.4.5.1. Basqı quyularının quyuağzı avadanlığı, vurulan agentin tərkibi, fiziki-kimyəvi xassələri və maksimal gözlənilən basqı təzyiqi nəzərə alınaraq işlənib-hazırlanan layihəyə uyğun olmalıdır. 4.4.5.2. Basqı quyuları, vurulan agentin fiziki-kimyəvi xassələrindən asılı olmayaraq, istismar kolonunu, vurulan agentin təsirindən mühafizə edən və izolyasiyasını təmin edən
vk.com/club152685050 | vk.com/id446425943 nasos-kompressor boruları kolonu ilə və lazım gələrsə, pakerləyici quruluşla təchiz edilməlidir. 4.4.6. Kompressorsuz qazlift quyularının istismarı 4.4.6.1. Kompressorsuz qazlift quyularının təhlükəsiz istismarı [229]–un və bu Qaydaların tələblərinə uyğun aparılmalıdır. 4.4.6.2. Qaz-lift quyularının qazpaylayıcı bölmələri (bata- reyaları) işçi agentin quyuya avtomatik olaraq verilməsini təmin edən quruluşlarla təchiz edilməlidir. Quyuya doğru gedən hər bir xəttdə manometr, sərfölçən və əks –klapan quraşdırılmalıdır. 4.4.6.3. Kompressorsuz qazlift qurğusunu istismar edən sexdə (sahədə) kompressorsuz qazlift qurğusunun (quyu daxil olmaqla) və onun ayrı-ayrı bölmələrinin texnoloji sxemləri olmalıdır. Bu sxemdə siyirtmə və nəzarət-ölçü cihazlarının yeri, adı və ölçüləri yazılı surətdə göstərilməlidir. Qazlift quyularının istismar təlimatlarında siyirtmələrin açılıb-bağlanması ardıcıllığı göstərilməlidir. 4.4.6.4. Qazpaylaşdırıcı batareyadan quyuya çəkilən yüksək təzyiqli boru kəməri, eləcə də quyunun atmosferə üfürmə xəttlərini zədələnmədən mühafizə etmək üçün onlar etibarlı bərkidilməlidir. 4.4.6.5. Kəmər başlığının və qazlift armaturlarının quraşdırma sxemləri boruiçi, boruarxası və borular arası fəzaların kipliyini, eləcə də neft və qaz nümunələrinin götürülməsini, quyuların tədqiqini və boğulmasını təmin etməlidir. 4.4.6.6. Qazlift armaturlarını idarəetmə otağı ilə birləşdirən hava-boru kəmərləri qanovun, kabel isə borunun içərisi ilə çəkilməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 4.4.6.7. Quyunu qazlift üsulu ilə istismara başlamazdan əvvəl və təmirdən sonra istismar kəməri, quyuağzı avadanlıq və digər borular maksimal işçi təzyiqdən 1,25 dəfə çox təzyiqlə kipliyə yoxlanılmalıdır. 4.4.6.8. Qazlift quyularının istismarı zamanı lazım olmadan yüksək təzyiqli boru, siyirtmə və başqa avadanlığın yanında dayanmaq qadağandır. Bunun üçün operator otağı və nəzarət ölçü cihazları var. 4.4.6.9. Qazlift quyularının işi zamanı təzyiq altında flans birləşmələrdəki qayka və boltları bərkitmək, kipkəc sistemin- dəki kipləşdiricini (nabivka) dəyişmək və ya yenisini əlavə etmək qəti qadağandır. 4.4.6.10. Qazlift quyularının təhlükəsiz və normal işləməsi üçün gündəlik texniki qulluqdan başqa həftəlik texniki qulluq nəzərdə tutulmalıdır və bunun üçün xüsusi jurnal olmalıdır. 4.4.6.11. Işləyən quyunun avadanlığının açıq alovla qızdırılması qadağandır. Donmuş boru kəmərlərini və qapayıcı quruluşları (kipkəc) ancaq buxar və ya isti su ilə qızdırmaq olar. 4.4.6.12. Qazlift quyularının istismarı zamanı ehtiyat xəttinin armaturlarından başqa bütün armaturlar açıq olmalıdır. 4.4.6.13. Qazlift quyularının təmiri zamanı quyuların ağzı kiçik qabaritli preventorla təchiz olunmalıdır. 4.5. Quyuların tədqiqi 4.5.1. Istismar quyusunun tədqiqat dövrülüyü və həcmi, həmin yatağın işlənmə layihəsinə uyğun hazırlanıb, təsdiq olunmuş reqlament əsasında müəyyənləşdirilməlidir. 4.5.2. Kanatla endirilən dərinlik cihaz və alətlərinin endirilməsi, ancaq quyu ağzında quraşdırılmış, germetikləşdirici kipkəc qurğusu olan lubrikatorla yerinə yetirilməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 4.5.3. Endirmə-qaldırma əməliyyatları, barabanın kanatla istənilən sürət diapozonunda və kanatda (məftildə) təsbit edilmiş yüklə fırlanmasını təmin edən, hidrointiqallı bucurqadın tətbiqi ilə aparılmalıdır. 4.5.4. Lubrikator quyuda quraşdırılmazdan əvvəl, quyu ağzında gözlənilən təzyiqlə hidravlik sınaqdan keçirilməlidir. Quraşdırıldıqdan sonra və hər əməliyyatdan əvvəl, quyu məhsulunun təzyiqini tədricən artırmaqla, lubrikator kipliyə yoxlanılmalıdır. 4.5.5. Dərinlik tədqiqatları üçün tətbiq edilən məftil bütöv, burulmamış olmalıdır, 6%-dən artıq hidrogen sulfid tərkibli mühit üçün isə hidrogensulfid korroziyasına davamlı materialdan hazırlanmalıdır. 4.5.6. Maye məhsulun utilizasiyası mümkün olmadıqda, istismar quyularının tədqiqatı qadağandır. 4.6. Layların neft – qaz veriminin artırılması 4.6.1. Ümumi tələblər 4.6.1.1. Quyuya qazın, buxarın, kimyəvi və digər agentlərin vurulması işləri neftqazçıxarma idarəsi tərəfindən təsdiq olunmuş layihə və plana uyğun yerinə yetirilməlidir. Planda hazırlıq işlərinin aparılma qaydası, avadanlıqların yerləşmə sxemi, prosesin aparılma texnologiyası, təhlükəsizlik tədbirləri, işlərə cavabdeh olan rəhbər göstərilməlidir. 4.6.1.2. Quyu ağzının yaxınlığında basqı xəttində əks klapan quraşdırılmalıdır. 4.6.1.3. Basqı sistemi quraşdırıldıqdan sonra (reagentləri vurmamışdan əvvəl) gözlənilən işçi təzyiqdən 1,5 dəfə artıq təzyiqlə sınanılmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943 4.6.1.4. Basqı sistemlərinin hidravlik sınaqları zamanı xidməti heyət təhlükəli zonadan (planda nəzərdə tutulmuş) uzaqlaşdırılmalıdır. Təzyiq altında olan sistemlərdə sızmaların ləğv edilməsi qadağandır. 4.6.1.5. Quyuda səyyar aqreqatlardan istifadə olunmaqla aparılan texnoloji prosesin başlanmasından əvvəl işin rəhbəri ikitərəfli rabitə əlaqəsinin mövcudluğuna əmin olmalıdır. 4.6.1.6. Qış vaxtı reagentlərin, suyun vurulmasından əvvəl və işlər müvəqqəti olaraq dayandırıldıqdan sonra, nasos qurğularının kommunikasiyalarında və basqı xəttlərində buz tıxaclarının olmamasına əmin olmaq lazımdır. Boru kəmərlərinin açıq oddan istifadə etməklə qızdırılması qadağandır. 4.6.1.7. Quyuda kip olmayan kəmər və kəmərarxası axın olduqda, quyudibi zonanın işlənməsi və neft (qaz) veriminin artırılması işlərinin aparılması qadağandır. 4.6.1.8. Istiliklə və kompleks işlənmə müddətində quyu və tətbiq olunan avadanlıq ətrafında 50 m-dən az olmayan radiusda təhlükəli zona müəyyən olunur. 4.6.1.9. Səyyar nasos qurğuları quyu ağzından 10 m-dən az olmayan məsafədə yerləşdirilməlidir. Onlar arasında məsafə 1 m-dən az olmamalıdır. Işlərin yerinə yetirilməsində istifadə olunan digər qurğular (kompressor, buxar generatoru qurğusu və s.) quyu ağzından 25 m-dən az olmayan məsafədə yerləşdirilməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 4.6.1.10. Işlərin aparılmasının texnoloji rejimi, aqreqat və qurğuların konstruktiv icrası, aparat və boru kəmərlərinin daxilində partlayış-yanğın təhlükəli qarışıqların əmələ gəlməsini istisna etməlidir. 4.6.1.11. Bütün obyektlərdə (quyularda, boru kəmərlərində, ölçmə qurğularında) partlayış –yanğın təhlükəli qarışıqların əmələ gəlməsi yolverilməzdir. Işlərin aparılması planında mütləq iş prosesi zamanı qazhava mühitinin dövrü olaraq yoxlanılması nəzərdə tutulmalıdır. 4.6.1.12. Nasosun qoruyucu qurğusunun atqı xətti möhkəm bərkidilməli, örtüklə bağlanmalı, xüsusi tutuma və ya nasosun qəbul xəttinə istiqamətləndirilməlidir. 4.6.1.13. Basqı kommunikasiyalarında olan vibrasiya və hidravlik zərbələr qəbul olunmuş normalardan artıq olmamalıdır. 4.6.2. Kimyəvi reagentlərin vurulması 4.6.2.1. Bu işlər aidiyyati (məlum) reagentin istifadəsi üzrə təlimatın tələblərinə müvafiq və lazım olan fərdi mühafizə vasitələri tətbiq olunmaqla aparılmalıdır. 4.6.2.2. Aqressiv kimyəvi reagentlərlə (kükürd, xlorid, ftor turşuları və s.) işlərin aparıldığı yer aşağıdakılarla təmin olunmalıdır: -xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin qəza ehtiyatı; -təmiz şirin su ehtiyatı; -məhlul üçün neytrallaşdırıcı komponentlər (təbaşir, əhəng, xloramin). 4.6.2.3. Kimyəvi reagentlərin qalıqları yığılıb, utilizasiya və ya məhv edilmək üçün xüsusi ayrılmış və təchiz olunmuş yerə aparılmalıdır. 4.6.2.4. Kimyəvi reagentləri və ya digər zərərli maddələri
vk.com/club152685050 | vk.com/id446425943 vurduqdan sonra, aqreqatın basqı sistemi sökülənə qədər, sistem lazımi həcmdə neytral maye ilə yuyulmalıdır. Sistem yuyulduqdan sonra maye xüsusi tutuma axıdılmalıdır. 4.6.2.5. Kükürd turşusu və kükürd anhidridi buxarlarının qatılığını təyin etmək üçün briqada qaz analizatoru ilə təmin olunmalıdır. Onların işçi zonada yol verilən qatılığı 1mq/m 3 çox olmamalıdır. 4.6.2.6. Turşu və qələvilərin vurulmasında istifadə olunan nasosların kipkəcləri xüsusi sipərlə (örtüklə) örtülməli və yalnız təmir müddətində açılmalıdır. 4.6.2.7. Turşu və qələvilərin tutumlara doldurulması və boşaldılması əməliyyatları mexanikləşdirilməlidir. 4.6.2.8. Turşuların daşınması və saxlanılmasında istifadə olunan tutumlar və onların bağlayıcı (qapayıcı) qurğuları turşuya davamlı və kip olmalıdır. 4.6.2.9. Əgər basqı təzyiqi istismar kəmərinin sınanıldığı təzyiqdən çox deyilsə, qələvilərin, turşuların boru arxası fəzaya vurulmasına icazə verilir. 4.6.2.10. Dozator nasosları işlədikdə qələvilərin vurulması rejiminə injeksiya quyularının ağzında və nasosların atqı xəttində qoyulmuş manometrlərlə nəzarət edilməlidir. 4.6.2.11. Quyuya gətirilən turşular və qələvilər birdəfəlik vurma üçün lazım olan həcmdə olmalıdır. 4.6.2.12. Küləyin sürəti 11 m/san çox olduqda, duman və sutkanın qaranlıq vaxtı turşunun quyuya vurulması qadağandır. 4.6.2.13. Kükürd turşusunun quyuya vurulmasından əvvəl və sonra həcmi 0,5m 3 az olmayan karbohidrogen əsaslı məhluldan quyuda bufer təbəqəsi yaradılmalıdır. 4.6.2.14. Kimyəvi reagentlər saxlanılan yerlər çəpərlənməli, qırmızı bayraqlarla nişanlanmalı və müvafiq təhlükəsizlik nişanları ilə təchiz olunmalıdır. 4.6.2.15. Termoreaktor bilavasitə quyuya endirilməzdən
vk.com/club152685050 | vk.com/id446425943 əvvəl maqneziumla yüklənməlidir (doldurulmalıdır). 4.6.2.16. Maqneziumla dolu termoreaktor, tutumlar və işlərin aparıldığı yer, basqı boru kəmərlərindən və turşularla dolu tutumlardan azı 10 m aralı məsafədə yerləşdirilməlidir. 4.6.2.17. Səthi-aktiv maddə və polimerlərin sulu məhlulu, nasos stansiyalarında yerləşdirilmiş xüsusi qurğularda hazırlanmalıdır. Qurğuların yerləşdiyi otaqlar sürüşməyən döşəməyə malik olmalıdır. 4.6.2.18. Məhlulların dozalaşdırılması mexanikləşdirilməli, səthi-aktiv maddələrin və polimerlərin bütün həcm üzrə bərabər paylanması təmin olunmalıdır. 4.6.2.19. Turşuların doldurulması və boşaldılması əməliyyatı mexanikləşdirilməli və ventilyasiya qurğusunun qoşulmuş vəziyyətində yerinə yetirilməlidir. 4.6.2.20. Məhlulların hazırlanması, səthi-aktiv maddələrin və polimerlərin dozalaşdırılması üçün qurğular nasosların qızdırılma bloku, nəzarət-ölçü və avtomatlaşdırma cihazları ilə təchiz olunmalı və qızdırılan otaqlarda yerləşdirilməlidir. Nəzarət-ölçü cihazları bloku, nasoslar yerləşən blokdan istilik keçirməyən arakəsmə ilə ayrılmalı və elektrik avadanlıqları partlayışdan mühafizəli olmalıdır. 4.6.2.21. Səthi-aktiv maddələrin və onların komponentlərinin işçi zonanın havasında YVQ-si sənaye müəssisələrinin layihələndirilməsi üzrə sanitariya normalarına uyğun olmalıdır. 4.6.3. Quyuların isti su və buxarla işlənməsi 4.6.3.1. Buxar generatorları və suqızdırıcı qurğular, istilik daşıyıcılarının hazırlanması və vurulması proseslərinə nəzarət etmək və onları tənzimləmək üçün cihazlarla, texnoloji prosesin pozulduğu hallarda yanacaq verilməsini dayandıran (kəsən) vasitələrlə təchiz olunmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943 4.6.3.2. Buxar və ya isti suyun vurulmasında istifadə olunan boru kəmərlərinin stasionar qurğulardan quyuya çəkilməsi və onların istismarı [13]-ün tələblərinə riayət edilməklə yerinə yetirilməlidir. 4.6.3.3. Buxarpaylayıcı məntəqədən və ya paylayıcı buxar kəmərlərindən quyu ağzına qədər məsafə 25 m-dən az olmamalıdır. 4.6.3.4. Buxar və ya isti suyun vurulması üçün təchiz olunmuş quyuağzı bağlayıcı armatur məsafədən idarə olunan olmalıdır. Flans birləşmələri örtüklə bağlanmalıdır. 4.6.3.5. Qəza hallarında buxar generatoru və suqızdırıcı qurğuların fəaliyyəti dayandırılmalı, xidməti heyət baş verə biləcək qəzaların ləğvi planına müvafiq hərəkət etməlidir. 4.6.3.6. Buxar generatorunun odluğuna yanacaq ötürən boru xəttində avtomatik qoruyucu qurğu olmalıdır. Həmin qurğu istilik kəmərində təzyiq buraxıla bilən həddən yuxarı və ya aşağı olduqda, eyni zamanda suyun verilməsi dayandırıldıqda, avtomatik olaraq odluğa yanacaq verilməsini dayandırmalıdır (kəsməlidir). 4.6.3.7. Buxar və ya isti suyun vurulması üçün təchiz olunmuş quyuların ərazisi çəpərlənməli və həmin sahəyə xəbərdaredici nişanlar qoyulmalıdır. 4.6.3.8. Istilik daşıyıcısı istiliyə davamlı paker quraşdırıldıqdan sonra, istismar kəməri üçün buraxıla bilən maksimal təzyiqdən yuxarı olmayan təzyiqlə laya vurulmalıdır. 4.6.3.9. Paker quraşdırılmış quyuya istilik daşıyıcısını vurarkən boruarxası fəzadan gələn ötürücü boru xəttindəki siyirtmə açıq olmalıdır. 4.6.3.10. Boru arxası fəzanın çıxış ötürücü boru xətti texnikadan və xidməti heyətdən kənara istiqamətləndirilməlidir. 4.6.3.11. Quyu işləndikdən sonra birləşdirici qurğular yoxlanılmalı, armatur rənglənməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 4.6.4. Quyuların qaynar neftlə işlənməsi 4.6.4.1. Nefti qızdıran qurğu qaynar neftlə dolu tutumdan 25 m-dən az olmayan məsafədə yerləşdirilməlidir. 4.6.4.2. «Ilanvari» boruda neftin olmasını yoxlamadan sobanı alışdırmaq qadağandır. 4.6.4.3. Nefti qızdıran qurğuda quraşdırılmış elektrik avadanlıqları partlayışdan mühafizəli olmalıdır. 4.6.4.4. Qaynar neftlə dolu tutum quyunun ağzından 10 m-dən az olmayan məsafədə külək döyməyən tərəfdə yerləşdirilməlidir. 4.6.4.5. Qaynar neft tutumlu arabanı (sani) daşıyan traktorun işlənmiş borusu qığılcımsöndürənlə təchiz olunmalıdır. 4.6.4.6. Işlərin aparılması planında işçilərin təhlükəsizliyini təmin edən tədbirlər nəzərdə tutulmalıdır. 4.6.5. Quyuların qazkondensatla işlənməsi 4.6.5.1. Quyuların işlənməsi üçün ancaq qazsızlaşdırılmış (propan və butandan təmizlənmiş) kondensatdan istifadə edilməlidir. 4.6.5.2. Avtosisternlər doldurulmazdan və ya boşaldılmazdan əvvəl yerləbirləşdirici qurğuya etibarlı qoşulmalıdır. Yerləbirləşdirici ötürücü doldurma-boşaltma əməliyyatı başa çatana qədər açılmamalıdır. 4.6.5.3. Qazkondensatı daşıyan avtosisternin üzərində «Oddan təhlükəlidir» yazısı olmalıdır. 4.6.5.4. Qazkondensatın yalnız germetik bağlanan lyuk və boşaltma ştuseri olan avtosisternlərdə daşınmasına icazə verilir. 4.6.5.5. Avtosisternlərə qazkondensatın doldurulması və ya boşaldılması zamanı siqaret çəkmək, həmçinin yaxınlıqda
vk.com/club152685050 | vk.com/id446425943 açıq alovdan istifadə etmək qadağandır. 4.6.5.6. Avtosisternlərin qazkondensatla doldurulubboşaldılması və onunla quyunun işlənməsi ancaq sutkanın işıqlı vaxtı aparılmalıdır. 4.6.5.7. Avtosisternlərdə doldurma-boşaltma rezin şlanqları olmalıdır. Şlanqların hər iki tərəfində, aqreqatların ştuserinə kip birləşən xüsusi tərtibatları olmalıdır. 4.6.5.8. Quyular qazkondensatla işlənərkən qazkondensatın avtosisterndən bunkerə və aqreqatın qəbuluna vurulması qadağandır. 4.6.5.9. Quyunun işlənməsi zamanı iş aparılan sahədə partlayıcı qazın qatılığı mütəmadi olaraq yoxlanılmalıdır. Əgər qazın qatılığı onun aşağı partlama həddinin 20% -dən çoxdursa (yəni partlayıcı qazın həmin yerdə həcmi 1% -dən çoxdursa), qazkondensatın vurulması dərhal dayandırılmalıdır. 4.6.5.10. Quyunun qazkondensatla işlənməsi qurtardıqdan sonra aqreqatın manifold xətti və quyunun armaturu su ilə yuyulmalıdır. Manifoldun ayrılmasına, quyunun armaturundakı siyirtmə bağlandıqdan və təzyiq atmosfer təzyiqinə qədər aşağı salındıqdan sonra icazə verilir. 4.6.6. Quyuların quyudibi zonasının quyudibi elektrik qızdırıcısı ilə işlənməsi 4.6.6.1. Quyudibi elektrik qızdırıcısı partlayış mühafizəli olmalıdır. Quyudibi elektrik qızdırıcıları elektrik sexlərində yığılmalı və cərəyan mənbəyinə qoşulmaqla sınanılmalıdır. Çöl şəraitində quyudibi elektrik qızdırıcılarının sökülməsi, təmiri və güc altında sınanılması qadağandır. 4.6.6.2. Quyudibi elektrik qızdırıcısının quyuya endirilməsi və qaldırılması mexanikləşdirilməli və quyu ağzının
vk.com/club152685050 | vk.com/id446425943 kip vəziyyətində xüsusi lubrikatordan istifadə etməklə yerinə yetirilməlidir. 4.6.6.3. Quyu ağzı, dayaq sıxacının elektrik qızdırıcısının kabel-trosuna quraşdırılmasından əvvəl bağlanmalıdır. 4.6.6.4. Yalnız kabel-trosu transformatora qoşduqdan, elektrik avadanlığını yerləbirləşdirdikdən, quyuda və quyu ağzında bütün hazırlıq işlərini gördükdən, adamları həmin ərazidən uzaqlaşdırdıqdan sonra şəbəkə kabeli elektrik qızdırıcısının işəsalma avadanlığına qoşulmalıdır. 4.6.6.5. Kabelin elektrik qızdırıcısının başlığına girəcək qovşağı, həmçinin klemma boşluğu tamamilə kipləşdirilməlidir. 4.6.6.6. Kabelin elektrik qızdırıcıları ilə klemma birləşməsinin konstruksiyası elə olmalıdır ki, kabel tellərinin ucluqlarının qırılması istisna olsun. 4.6.6.7. Kabel neftə və yüksək temperatura davamlı, bütün uzunluğu boyunca bütöv olmalıdır. 4.6.8. Səyyar qaldırıcı bucurqadın barabanına kabelin bərkidilmə qaydası kabelin barabana səlis keçməsini, sarınmasını və onun izolyasiyasının bütövlüyünün saxlanmasını təmin etməlidir. 4.6.6.9. Quyuya endirilməzdən əvvəl kabelin vəziyyəti yoxlanılmalıdır. Əgər onun tellərindən biri belə qırılmış olarsa, kabelin quyuya salınmasına icazə verilmir. 4.6.7. Quyuların termoqazkimyəvi üsulla işlənməsi 4.6.7.1. Quyudibi zonanın kompleks işlənməsində istifadə olunan partlayıcı maddələr (barıt təzyiq generatorları və ya təzyiq akkumlyatorları) [19]-un tələblərinə uyğun saxlanılmalı və daşınmalıdır. 4.6.7.2. Partlayıcı maddələr olan qutular quyu ağzından 50m-dən az olmayan məsafədə yerləşən qıfıllı otaqlarda saxlanılmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943 4.6.7.3. Barıt təzyiq generatorları (akkumulyatorları), endirilən partlayıcı maddələr zəncirəsinə (girlyanda) yalnız onun lubrikatora daxil edilməsindən əvvəl quraşdırılmalıdır. 4.6.7.4. Partlayıcı maddələr zəncirəsi lubrikatora, mərkəzi siyirtmənin bağlı vəziyyətində yerləşdirilməlidir. Endirilən qurğu siyirtmənin lövhələrinə (plaşka) toxunmamalıdır. Işi iki fəhlə yerinə yetirməlidir. 4.6.7.5. Quyu dibinə endirilmiş barıt təzyiq generatorunun və ya akkumlyatorunun idarəetmə cihazlarına və elektrik şəbəkəsinə qoşulması aşağıdakı ardıcıllıqla yerinə yetirilməlidir: -quyu ağzı germetikləşdirilməli; -partlayıcı maddələr zəncirəsinin elektrik kabelini transformatora (paylayıcı lövhəyə) qoşmalı; -işçi meydançada olan (bilavasitə icraçılardan başqa) briqada üzvlərini və digər şəxsləri quyu ağzından 50 m-dən az olmayan təhlükəsiz məsafəyə uzaqlaşdırmalı; -işəsalma (qoşma) cihazlarının kodunu «ayrılmışdır» (söndürülmüşdür) vəziyyətinə qoymalı; -elektrik şəbəkəsinin kabelini transformatora və ya idarəetmə cihazlarına qoşmalı; -kənar cərəyanların daxil olmasını (navedenie) istisna edən tədbirləri görməli; -idarəetmə cihazlarına elektrik enerjisini verməli; -partlayıcı maddələr zəncirəsini elektrik enerjisinə qoşmalı (yalnız işlərə cavabdeh olan rəhbərin göstərişi ilə yerinə yetirilir). 4.6.7.6. Quyunun quyudibi zonasının kombinasiyalı işlənməsi zamanı ADS-6 tipli partlayıcı maddələrdən istifadə edərkən və ya layın hidravlik yarılmasının digər elementlərində istismar kəmərinin toxunulmazlığını təmin edən tələblər yerinə yetirilməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 4.6.8. Layın hidravlik yarılması 4.6.8.1. Layın hidravlik yarılması əməliyyatı, müəssisə tərəfindən təsdiq olunmuş plana əsasən, məsul mühəndistexniki işçinin rəhbərliyi altında yerinə yetirilməlidir. 4.6.8.2. Layın hidravlik yarılması zamanı quyu ağzında və basqı boru kəmərləri yaxınlığında işçilərin dayanması (olması) qadağandır. 4.6.8.3. Manifoldlar blokunun basqı kollektoru nəzarətölçü cihazlarının vericiləri (datçik) ilə, qoruyucu klapanlarla və mayenin ötürülməsi üçün atqı xətti ilə, vurucu boru kəmərləri isə əks klapanlarla təchiz olunmalıdır. 4.6.8.4. Quyuağzı avadanlıq quraşdırıldıqdan sonra vurucu boru kəmərləri layın hidravlik yarılması zamanı gözlənilən təzyiqlə [29]–un tələblərinə uyğun olaraq müəyyən olunmuş ehtiyat əmsalı nəzərə alınmaqla sınanılmalıdır. 4.6.8.5. Layların hidravlik yarılması zamanı mütləq pakerlərdən istifadə olunmalıdır. 4.6.8.6. Turşular vasitəsi ilə aparılan hidravlik yarılmalarda korroziyaya qarşı ingibitorlardan istifadə olunmalıdır. 4.6.9. Qazın yüksək təzyiq altında vurulması 4.6.9.1. Basqı qaz boru kəmərlərinin qaynaq olunmuş hissələri qammoqrafiya və ya rentgenoqrafiya yolu ilə yoxlanmalıdır. Sınaq partiyası (nümunələri) kimi buraxılmış boruların və qaynaq materiallarının istifadəsi qadağandır. 4.6.9.2. Basqı qaz kəmərləri maksimal işçi təzyiqdən 1,25 dəfə artıq təzyiqlə sınanılmalıdır. 4.6.9.3. Basqı (injeksiya) quyularının quyuağzı avadanlığı, quyunun lift borularından və boruarxası fəzadan boğulmasını təmin etməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 4.6.9.4. Basqı (injeksiya) quyusunun qoruyucu borular kəmərinin arxası quyu ağzına qədər sementlənmiş olmalı və sementləmənin keyfiyyətini yoxlamaq üçün, o, sınanılmalıdır. 4.6.9.5. Basqı quyularının qoruyucu kəmərlərinin yiv birləşmələri, həmin birləşmələrin kipliyini təmin edən, özübərkiyən sürtgü ilə bərkidilməlidir. 4.6.9.6. Qoruyucu borular kəməri ilə lift boru kəməri arasındakı fəza quyu ağzına qədər təsirsiz maye ilə doldurulmalıdır (qazsızlaşdırılmış neft, dizel yanacağı və s.). 4.6.9.7. Qazpaylayıcı qurğuların (qazpaylayıcı stansiya- ların, məntəqələrin və batareyaların) texnoloji sxeminin seçilməsi zamanı, qazın yüksək təzyiqlə basqı (injeksiya) quyularına paylanması qaydası nəzərə alınmalıdır. 4.6.9.8. Qazpaylayıcı qurğular qazın buraxılması üçün dayaqlarla, qazpaylayıcı batareyalar isə üfürülmə qurğuları və ehtiyat xəttlərlə təchiz olunmalıdır. 4.6.9.9. Quyuya qazın vurulmasını dayandırmaq lazım gəldikdə, basqı xəttlərindəki bağlayıcı qurğular bağlanmalı; bağlayıcı armaturdan sonra gələn flansda qapayıcı (zaqluşka) və üçgedişli kranla təchiz olunmuş manometr quraşdırılmalıdır. 4.6.9.10. Qaz kompressor stansiyalarında qazın pillələrarası soyudulması kollektor sistemi ilə həyata keçirilirsə (qaz kəmərləri tək (odinoçnımi) bağlayıcı qurğularla təchiz olunduğu halda), kompressorların boş-boşuna (xolostoy xod) işə salınmasından qabaq, pillələrarası qaz kəmərlərində olan müvafiq bağlayıcı qurğular və kollektorlar arasında quraşdırılmış əks klapanların sazlığı yoxlanılmalıdır. 4.6.9.11. Əks klapanların sazlığı kompressorun hər sıxma pilləsinin basqı (vurma) xəttində quraşdırılmış manometr vasitəsilə yoxlanılmalıdır. Əgər əks klapanlar sazdırsa, bağlayıcı qurğular ilk açılan anda (baypaslar və şama gedən atqı xətti bağlı olduğu halda) manometrin əqrəbi sıfır rəqəminin üzərində dayanmalıdır. Əks klapanlardan hər hansı biri
vk.com/club152685050 | vk.com/id446425943 nasazdırsa, kompressorun təzyiq altında olan kollektora qoşulması qadağandır. 4.6.9.12. Əks klapanların sazlığı həmçinin hər bir kompressor kollektordan açılmamışdan əvvəl yoxlanılmalıdır. Əks klapan nasaz olduğu halda, yəni baypaslardan hər hansı birinin tədricən açılması ilə təzyiq aşağı düşmürsə, kompressor dərhal dayandırılmalıdır. 4.7. Quyuların, boruların və avadanlıqların parafinsizləşdirilməsi 4.7.1. Istilik generasiya edən qurğuların basqı boru kə- mərləri: -qoruyucu və əks klapanlarla təchiz olunmalı; -quyuda işlərin aparılmasından əvvəl, qurğunun pasportunda göstərilən təzyiqdən artıq olmamaqla quyuda gözlənilən maksimal təzyiqin 1,5 misli qədər təzyiqlə sınanmalıdır. 4.7.2. Səyyar parafinsizləşdirmə qurğuları quyu ağzından 25 m-dən və digər avadanlıqlardan 10 m-dən az olmayan məsafədə quraşdırılmalıdır. 4.7.3. Atqı boru kəmərinin buxara verilməsi zamanı ona və quyunun quyu ağzına 10 m-dən az məsafəyə yaxınlaşmaq qadağandır. 4.7.4. Istilikdaşıyıcının təzyiq altında verilməsi üçün rezin şlanqlardan istifadə etmək qadağandır. 4.8. Quyuların əsaslı və cari təmiri 4.8.1. Quyuların əsaslı təmiri üzrə işlər ixtisaslaşdırılmış briqada tərəfindən, müəssisənin baş mühədsinin (texniki rəhbərinin) təsdiq etdiyi plan üzrə aparılmalıdır. Planda yerinə yetirilməli işlərin bütün növləri,
vk.com/club152685050 | vk.com/id446425943 təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin edən bütün texniki vasitələr nəzərdə tutulmalıdır. 4.8.2. Quyuların təmirə verilməsi və onların təmirdən sonrakı qəbulu müəssisədə müəyyənləşdirilmiş qaydalara uyğun akt üzrə həyata keçirilir. 4.8.3. Quyuda işləri aparmağa başlamazdan əvvəl briqada qəzaları ləğvetmə planı ilə və quyuların konstruksiyası və vəziyyəti, lay təzyiqi, quyudaxili avadanlıq, aparılacaq əməliyyatların siyahısı, həmin əməliyyatlar aparılarkən gözlənilən texnoloji parametrlər haqqında məlumatlardan ibarət iş planı ilə tanış olmalıdır. Işlərin icraçıları təhlükəsizlik texnikası üzrə təlimatlandırılmalı və bu barədə təlimat jurnalında müvafiq qeydlər aparılmalıdır. 4.8.4. Iş yerləri, avadanlıqlar və işlərin aparıldığı zona [211]–in tələblərinə uyğun işıqlandırılmalıdır. 4.8.5. Aqreqatların, avadanlıqların, alətlərin yerləşdirilməsi və iş zonasındakı meydançaların qurulması müəssisənin texniki rəhbərinin təsdiq etdiyi sxem və texnoloji reqlamentə uyğun yerinə yetirilməlidir. 4.8.6. Qaldırıcı aqreqatın, vışkaların, qüllələrin yükqaldırma qabiliyyəti və yolverilən külək təzyiqi təmir prosesində gözlənilən ən maksimal yüklənməyə uyğun olmalıdır. 4.8.7. Quyuların təmiri üçün aqreqatlar quyuağzı meydançada, istehsalçı zavodun istismar təlimatına uyğun qurulmalıdır. Aqreqat meydançada elə qurulmalıdır ki, ona qulluq rahat olsun. O, sürüşmənin (yerdəyişmənin) qarşısını alan dayaqlarla təchiz olunmalıdır. 4.8.8. Təmir işlərinə başlamazdan əvvəl quyu, sıxlığı bu Qaydaların 3.5.66 bəndinin tələblərinə uyğun gələn məhlulla boğulmalıdır. Lay təzyiqi hidrostatik təzyiqdən yüksək olan bütün quyular və (aparılmış hesabatlara görə) lay təzyiqi hidros-
vk.com/club152685050 | vk.com/id446425943 tatik təzyiqdən aşağı olan fontan və ya qazneftsu təzahürü şəraiti saxlanılan quyular da boğulmalıdır. Lay flyuidinin öz-özünə quyuağzına çıxması istisna olunan dağ-mədən-geoloji şəraitli yataqlardakı quyularda əvvəlcədən boğulmadan yeraltı (cari) və əsaslı təmir işlərini aparmağa icazə verilir. 4.8.9. Quyuağzı avadanlığın sökülməsindən əvvəl boru və boruarxası fəzalardakı təzyiq atmosfer təzyiqinə qədər aşağı salınmalıdır. Iş planında əvvəlcədən boğulması nəzərdə tutulmayan, quyudibi ayırıcı-klapanla təchiz edilmiş quyuları saxlamalı, təzyiqi atmosfer təzyiqinə qədər endirməli və 3 saatdan az olmayaraq, bu vəziyyətdə saxlamaq lazımdır. Quyudan qazçıxmanın kəsilməsi müəyyənləşdirildikdən və quyuda mayenin səviyyəsinin sabitliyi yoxlanıldıqdan sonra quyuağzı armatur sökülməlidir. 4.8.10. Lay təzyiqindən asılı olaraq yeraltı və əsaslı təmir aparılarkən quyu ağzı TQA ilə təchiz edilməlidir. TQA-ın yerləşmə və bağlanma sxemi müəssisə tərəfindən işlənib hazırlanır və Azdövdağtexnəzarət Komitəsinin yerli nümayəndəsi ilə razılaşdırılır. TQA quyu ağzında quraşdırıldıqdan sonra, quyu, istismar kolonunun sınaq təzyiqindən artıq olmayan, gözlənilən maksimal təzyiqə sınanır. 4.8.11. Mümkün qazneftsu təzahürünün qarşısını almaq və ləğv etmək üçün doldurma (doliv) bloku quraşdırılır və quyu ağzına elə hesabla bağlanılır ki, quyunun öz-özünə dolması və ya nasosun (quyunun yuyulması üçün aqreqat) köməyilə məcburi dolması təmin edilsin. Boruların quyudan qaldırılması əməliyyatı dolma və quyuağzında səviyyənin saxlanması ilə aparılır. Dolma tutumu səviyyəölçənlə təchiz edilməli və dərəcələrə bölünmüş olmalıdır. 4.8.12. Fontan quyusu boğulmazdan əvvəl boru kəməri və armaturların bağlanma sistemi işçi təzyiqin 1,5 mislinə
vk.com/club152685050 | vk.com/id446425943 bərabər təzyiqlə sınaqdan keçirilməlidir. 4.8.13. Fontan quyusu boğulmazdan əvvəl qazma məhlulunun lazımi parametrlərinin təmir olunan quyunun maksimal həcminin iki mislindən az olmayan ehtiyatı nəzərdə tutulmalıdır. Quyu, məhlul olan yerdə və ya birbaşa quyunun yaxınlığında yerləşmiş, iki quyu həcmindən az olmayan həcmdə müvafiq sıxlıqlı ehtiyat maye ilə təchiz olunmalıdır. 4.8.14. Quyunun dərinliyindən asılı olmayaraq saz vəziyyətdə olan çəki indikatoru olmadan endirmə-qaldırma əməliyyatlarını, həmçinin qülləyə (vışkaya) ağırlıq düşməsi ilə əlaqədar olan təmir işlərini aparmaq qadağandır. 4.8.15. Küləyin sürəti 15 m/san. və daha artıq, leysanda, güclü qar yağmada və dumanda (50 m-dən az görünmədə) endirmə-qaldırma əməliyyatlarını aparmaq qadağandır. 4.8.16. Neftqazsu təzahürü aşkarlandıqda quyu ağzı kipləşdirilməli, briqada isə bu Qaydaların 19-cu əlavəsinə uyğun işlənib hazırlanmış qəzaların ləğv edilmə planına uyğun hərəkət etməlidir. 4.8.17. Dalma mərkəzdənqaçma elektrik nasosları ilə təchiz olunmuş quyuları təmir etməzdən əvvəl kabelin gərginliyi açılmalıdır. Kabelin diyircəyi və quyuağzı ilə eyni şaquli səthdə quraşdırılmış barabana kabelin sarınması və açılması mexanikləşdirilməlidir. Kabelin sarğıları barabanın üzərində düzgün sıralarla yığılmalıdır. 4.8.18. Dalma elektrik nasosunun kabelli barabanı işçi meydançadan görünə bilən zonada yerləşbirilməlidir. 4.8.19. Fontan quyularında, neftqazsu təzahürü mümkün olan quyularda, həmçinin hidrogen-sulfid (kükürdlü) olan quyularda qum tıxaclarını jelonka ilə təmizləməyə yol verilmir. 4.8.20. Təmir – izolyasiya işlərini apararkən qazın, neftin (axımı əmələ gətirdikdən sonra) təzyiqi ilə layların yarılması
vk.com/club152685050 | vk.com/id446425943 ehtimalı olan intervalda, həmçinin keçirici qeyri-məhsuldar laylar intervalında qoruyucu kəmərlərin perforasiyası qadağandır. 4.8.21. Quyuların kanat texnikasından istifadə etməklə təmiri aşağıdakı şərtləri təmin etməklə aparılmalıdır: -quyuların profilaktiki təmir işləri neftqazçıxarma müəssisəsinin baş mühəndisinin (texniki rəhbərinin) təsdiq etdiyi plan əsasında xüsusi briqada tərəfindən aparılmalıdır; -ayırıcı-klapanın yoxlanması işləri və onların dövrüliyi istehsalçı – zavodun tövsiyələri və sifarişçinin mədən sifarişlərinə uyğun yerinə yetirilməlidir; -seksiyalı lubrikatorun və plaşkalı preventorların yoxlanmasının dövriliyi: hidravlik üsulla kipliyə yoxlanma – 6 aydan bir, defektoskopiya – ildə 1 dəfə; -ekssentrik kameralardan (ingibitor sağanaqlarından) ingibitor klapanını, qazlift klapanını, sirkulyasiya klapanını çıxardıqdan sonra onların oturacaqlarına kip tıxac taxılmalıdır. Quyuların sağanaqda açıq «yuvalar»la istismarı qadağandır; -endirmə-qaldırma əməliyyatlarını və kanat texnikasından istifadə etməklə görülən bütün işləri, kanatlı barabanın hər hansı istənilən sürət diapozonunda və kanata təsbit edilmiş yüklə fırlanmasını təmin etməyə imkan verən hidravlik bucurqadın tətbiqi ilə aparmaq lazımdır.
Azərbaycanın neft-qaz sənayesinin inkişafı
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib.
Azərbaycan qədim zamanlardan bəri öz nefti ilə məşhurdur. Hələ eramızdan əvvəl yerdən qalxan təbii qaza və neftə görə bu torpağı “odlar diyarı” adlandırırdılar. Lakin ölkədə əsil neft bunu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə “qara qızıl” yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində ölkə müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.
Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun “ağ” və “qara” nefti haqqında məlumat vermişdir. İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Övliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm “qara”, həm də “ağ” neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır.Azərbaycan neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki, bunların da hər birinin özünəməxsus nailiyyətləri olmuşdur. XVI əsrdə neft artıq 30 m dərinlikdən çıxarılırdı. İstehsal Balaxanı sahəsində cəmlənmişdi. Tələbatın artması ilə əlaqədar olaraq neft istehsalı Binəqədi, Suraxanı, Bibiheybət sahələrinə qayıtmalı olur. 1735-ci ildə 122 min t artımla 220 min t neft çıxarılmışdı. 1798-ci ildə Bibiheybət yaxınlığında dənizdə iki neft quyusu qazıldı. Bu fakt dəniz qazımasının əsası, dəniz neft istehsalının özülü idi.
I mərhələ 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır. XIX əsrinəvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahı a., Suraxanı və s.), neft hasilatı artır, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır. Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilir. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: “Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında” və “İcarədarların əlində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması”. 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulur. O dövrdə dövlətə mənsub olan istifadəsiz torpaqlar neft axtarışı və aşkar edilmiş neftli sahələrin istismarı üçün 24 il müddətinə icarəyə verilirdi. İcarədar hasil etdiyi nefti ixrac etmək və onun satış qiymətini təyin etmək hüququna malik idi. İcarədarın satılan neftdən əldə etdiyi təmiz gəlir 14-15% təşkil edirdi. XIX əsrin 70-ci illərində neft sənayesinə təmiz milli kapital qoyuluşi cəmi 4% təşkil edirdi. Milli kapitalın iştirakı ilə qarışıq kapitalın həcmi isə 10%-ə yaxın idi. XIX əsrin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u (24,8%) azərbaycanlı olmuşdur. O dövrdə neft sənayesinin inkişafında milli “neft milyonçuları”nın (Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuz Muxtarov,Şəmsi Əsədullayev, Seyid Mirbabayev və b.) böyük fəaliyyətləri olmuşdur. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti – “Bakı neft cəmiyyəti” yaradılır. 1873-cü ildə milliyətcəisveçli olan Robert Nobel Bakıya gəlir, neftlə əlaqədar iqtisadi yüksəlişin şahidi olur. 1876-cı ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaradırlar. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir yolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə neft məhsullarına aksiz verqisi ləğv edildikdən sonra yeni neftayırma zavodları tikilib istismara verildi. 1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir. 1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi.
Bu kəmərlərdə ildə 1 mln. ton neft nəql edilirdi. 1883-cü ildə Bakı-Batumi dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropaölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına başlayır və neftin satışı ilə məşğul olmağa başlayır. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft şirkəti yaradıldı. 1890-cı ildə Rotşildin bankı Bakı neftinin ixracının 42%-nə nəzarət edirdi. 1901-ci ildə Azərbaycanda 11 mln. t neft hasil edilmişdir ki, bu da dünya neft hasilatının 50%-dən çoxunu təşkil edirdi. 1880-ci ildə məşhur kimyaçı-alim D.İ.Mendeleyev Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün Bakı-Batum neft kəmərinin çəkilməsini təklif edir. Bu kəmərin uzunluğu 833 km, diametri 200 mm olub tikintisi 1897-ci ildə başlanır və 1907-cı ildə başa çatdırılır. Azərbaycanda neft sənayesi milliləşdirilənədək 109 səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. Onlardan 72-si rus kapitalına (240 mln. rubl) və 37-si isə ingilis kapitalına (100 mln. funt-sterlinq) məxsus idi. Nobel qardaşlarının neft sənayesinə qoyduqları kapital 30 mln. rubl təşkil edirdi. O dövrün ən varlı neft sənayesi sahibkarlarından olan mesenat İsa bəy Hacınskinin “Hacı-Çeleken” neft şirkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 mln. funt-sterlinq təşkil edirdi. Neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik firmalar, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sexlər, təmir emalatxanaları və s. fəaliyyət göstərirdilər. Bu mərhələnin sonuncu illərində neft sənayesində ağır vəziyyət yaranmışdı (müharibə, inqilabi hərəkat və s. nəticəsində) və neft hasilatı kəskin surətdə azalmışdır.
II mərhələ 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə “Neft Daşları” yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə axtarış-kəşviyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edir. Bununla əlaqədar S.A.Vəzirov “Azneftkombinatın” rəisi, R.H.İsmayılov (“Azneftzavodlar” birliyinin rəisi), B.Q.Baba-zadə (“Əzizbəyovneftin” baş geoloqu), R.Rəhimov (qazma ustası) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk neftçilər olmuşlar. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşür.7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.
III mərhələ
III mərhələ 1950-ci ildə “Neft Daşları” yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır və bu 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilir (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış – kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir.
Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilib istismara verilmişdir (Kürovdaq, Mişovdaq, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən “Neft Daşları”nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdir. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olunmuşdur.
IV mərhələ 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.
Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-ədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazəni alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) cənab Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi.
V mərhələ SSRİ-nin dağılması, müstəqillik dövrünü və Azərbaycanın yeni tarixini əhatə etməklə “Yeni neft strategiyası”nın yaranması ilə səciyyələnir.
Qanunvericiliyə görə bütün yeraltı faydalı qazıntılar dövlətə məxsusdur. Bəzi yataqlarda kəşfiyyat işləri hələ SSRİ dövründə aparılsa da, 90-cı illərin əvvəllərində lazımı maliyyə, elmi və insan resurslarının çatışmazlığı hiss olunurdu. Həmin dönəmdə karbohidrogenlərin hasilatı və kəşfiyyatı üçün xarici neft şirkətləri cəlb olunmuş və onlarla hasilatın pay bölgüsü haqqında sazişlər (HPBS) imzalanmışdı. Yerli bazarda ən nəhəng şirkət Amerika-İngiltərə alyansı olan BP şirkətidir.
Hazırda Azərbaycanda gün ərzində 24 min ton neft hasil edilir. Proqnozlara əsasən, 20 il ərzində neftin və qazın hasilatı ilə ixracından əldə olunacaq ümumi gəlir 200 milyard ABŞ dolları civarındadır. Əhalisi 9 milyon, ümumdaxili məhsulu isə 14 milyard dollar olan bir ölkə üçün bu məbləğ böyük əhəmiyyət kəsb edir. Buna görə də, bu sərvətin hara istiqamətləndiriləcəyi, hansı sərmayə şəklində qoyulacağı, harada saxlanılacağı və necə idarə olunacağı müəyyən edilməli idi.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) öz fəaliyyətinə 2001-ci ildə başlamışdır. Neftdən əldə olunan bütün gəlirlər məhz burada toplanır. Fondun əsas məqsədi təbii sərvətlərin indiki və gələcək nəsillər arasında ədalətlə bölüşdürülmәsidir. Digər bir mühüm amil isə makroiqtisadi sabitliyin təmin olunması və yerli pul bazarının getdikcə artan xarici valyuta axınından qorunmasıdır. Belə bir fondun yaradılması irəli doğru addım idi. Belə ki, iqtisadi baxımdan karbohidrogenlərin satışından əldə olunan vəsaitləri ayrıca saxlamaq, bu pulları büdcənin gəlir hissəsinə aid etməkdən daha sərfəlidir. Belə təcrübə Norveç, Rusiya, Tailand, Qazaxıstan və bir sıra başqa ölkələrdə də mövcuddur.
Daxili və xarici siyasətdə rolu
Ölkənin özəl ixrac boru kəmərinə sahib olması onun Rusiyadan asılılığını zəiflətmiş və onun regional enerji layihələrinə qoşulmasına şərait yaratmışdır. Nəticədə belə bir perspektiv meydana çıxmışdır ki, ölkə Orta Asiya neftinin və qazının nəqli üçün tranzit ərazisi kimi istifadə oluna bilər (“Nabukko” layihəsi). Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyona yaxın qaçqın öz ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdır. Bəzi qaçqınlar isə hələ də çadır şəhərciklərində yaşayırlar. Bu insanlara kömək məqsədi ilə görülən tədbirlər sayəsində sosial gərginlik aşağı düşmüş və işsizlik problemi qismən də olsa həll edilmişdir.
2007-ci ildə “neft dollarlarının” axını xeyli artmışdır. Öz növbəsində ARDNF-nin funksiyası da dəyişmişdir: belə ki, yeni layihələr yaranır və dövlət büdcəsinin subsidiyalaşdırılmasında Fondun oynadığı rol artır. Yuxarıda qeyd olunan proqramlara Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin maliyyәlәşdirilmәsi üzrə xərclərin artması (90 mln manat) və tələbələrin xaricdə oxumaları üçün dövlət təhsil proqramının maliyyələşdirilməsi əlavə olunur. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərə dəstək üçün əlavə 145 milyon manat, infrastruktur layihələri üçün isə 333 milyon manat (390 mln dollar) ayrılmışdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi Bakı-Tbilisi-Ceyhan layihəsinin davamıdır. Məqsəd budur ki, Ermənistandan yan keçməklə Türkiyə və Azərbaycan arasında dəmir yolu əlaqəsi təmin olunsun. Hazırda mövcud olan dəmir yolu marşrutu Ermənistan ərazisindən keçir və məlum siyasi səbəblərə görə qonşu ölkələr tərəfindən istifadə olunmur.
Comments are closed, but trackbacks and pingbacks are open.