Rövnəq Abdullayev: Neft Daşları Azərbaycanın strateji habına çevriləcək
[24] 19 may 2020-ci il tarixli 102-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyul 2020-ci il, № 131 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 823 ) ilə 7-ci maddəsinə yeni məzmunda üçüncü-altıncı hissələr əlavə edilmişdir.
Neft Daşları
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı adasının inzibati ərazi vahidində qəsəbə.
Ümumi məlumat
Neft Daşları dünyada ilk neft platformasıdır.Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən “Qara qayaların” ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.
Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür.
Tarixi
1949-cu il fevralın 25-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 1939 metr dərinliyindən Xəzər nefti fəvvarə vermişdir.
Hələ XIX əsrin əvvələrində (1798-cu ildə) Xəzər dənizindən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı. Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahı-Dəniz, Gürgən-Dəniz, Banka-Darvin yataqları işlənməyə başlamışdır. Bu yataqlar şərti olaraq, dəniz yataqları adlandırıla bilər, çünki onlar öz başlanğıcını qurudan götürürlər. Neft Daşlarının (Bakının 110 km-də) isə quru ilə heç bir əlaqəsi yoxdur.
Neft Daşlarının yerində olan daşlı, qayalı sahəni ram etmək cəhdi ilk dəfə 1948-ci il noyabrın 14-də hava şəraiti pis olan bir gündə olmuşdur. Bortunda görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı, respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Fəxri Neftçisi, SSRİ Dövlət Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev, görkəmli Azərbaycan geoloqu Ə.Əliyev və buruq üzrə mütəxəssis, 1947-ci ildə yaranmış Azneftkəşfiyyat təşkilatının rəhbəri S.Orucov olan kiçik bir gəmi (Pobeda) adacıqlara yaxınlaşdı və mütəxəssislər kiçik bir adaya düşdülər. Onlar burada ilk burğu qurğusunu və burğuçular briqadası üçün cəmi 14 m kv. olan evcik tikdilər. 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur. Sosialist Əməyi Qəhrəmanı, Mixail Kaveroçkin 1949-cu il noyabrın 7-də neft verən ilk quyunu həmin bu sahədə qazmışdır. Neft Daşlarını fəth edənlərin bir çoxu 1951-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görüldülər.
Neft Daşlarında Neft və qaz hasilatı
Neft Daşlarında o dövrdə dünyada böyük neftçıxarma kompleksinin yaradılmasının təməl daşını görkəmli sənaye təşkilatçısı, alim, mühəndis, «Azərdənizneft» birliyinin rəisi olmuş S.A.Orucov qoymuşdur. Onun qəti inamı və yüksək tələbkarlığı işlərin sürətinin lazımi səviyyəsini təmin etmişdir. Neft Daşlarında neft və qaz hasilatının təşkili aşağıda göstərilən bir çox mürəkkəb məsələlərin həllini tələb edirdi: Neft və qaz quyularının qazılması və mənimsənilməsi; neftin mədəndaxili nəqli, yığılması və sahilə nəql edilməsi; estakadaların tikilməsi, energetika bazasının yaradılması; laya təsir üsullarının tətbiqi üçün qurğuların tikilməsi və istismarı; mal, material və avadanlıqlann qəbulu və saxlanması; yaşayış obyektlərinin inşası; şirin su və ərzaq problemləri; nəqliyyat vasitələrinin təmini; sosial məsələlərin həlli və sairə. Neft Daşlannda neft və qaz hasilatının artırılmasında L.A.Məclumov, S.A.Orucov və Y.Ə.Səfərov tərəfindən təklif olunan böyük qabaritli blok-özül «MOS» müstəsna rol oynadı. Sonradan «MOS» tipli konstruksiyanın «Də- nizneft) və «Dəniz MOS» bloklar təkmilləşdirildi. Bu konstruksiyalar Neft Daşlan akvatoriyasında neft və qazın intensiv çıxanlmasına imkan vermişdir. 19Sfb-l 957-ci illərdə Neft Daşlannda 110 ədəd «MOS» və «Dəniz MOS» tipli bloklu özüllərdən 367 quyu qazılmışdır ki, bunlardan da ildə 3,1 inin, neft hasil edilmişdir.
Neft daşlarında quyuların istismarı
Neft Daşlannm istismara verildiyi vaxtdan indiyə qədər yüzlərlə hasilat və suvurma quyusu qazılmışdı. Neft Daşlannda neft və qaz quyularım qazma sahəsində maili istiqamətləndirilmiş quyular topasunu elmi əsaslandırılmış sürətli tikintisi layihəsi işlənmiş və həyata keçirilmişdir. Quyulan qazmada mütərəqqi texnologiya, quyu lüləsinin səmərəli konstruksiyası və qazma məhlullarının resepturası, maili istiqamət-ləndirilmiş lülələrin qazma parametrlərini asan idarəetmə üsulu, ikinci lülənin kəsilmə dərinliyini müxtəlif sürətdə dəyişdirmə üsulu, etibarlı maddi-texniki təminat şəraitinə hazırlıq – köməkçi işlərə sərf olunan vaxtın azaldılması üzrə kompleks tədbirlər işlənib tətbiq edilmişdir.
Neft Daşlarında yataqlar
Neft Daşlarında Avropada ilk dəfə olaraq dərinliyi 3183 m, mailiyi 2040 m olan quyu rekotd sürətlə qazılaraq Avropa rekordu qazanmışdır. «Neft Daşlan» yatağında ən böyük hasilat 1967-ci ildə olmuşdur – 7,6 mln. ton. 1970-a illərdə «Neft Daşları» kimi unikal bir yataqda neft hasilatının azalmağa başlaması istisnara yeni yataqların verilməsini tələb edirdi. Belə yataqlardan biri də Neft Daşlarının yaxınlığında yerləşən «28 Aprel» (indiki «Günəşli ») yatağı idi. Bu rayonda dənizin dərinliyindən 80-160 metr olması səbəbindən hidrotexniki qurğuların layihələndirilməsi və inşası ən böyuk problem idi. Nəhayət, «Dənizneftqazlayihə» DETLİ-nin apardığı çox gərgin iş öz bəhrəsini verdi. 1978-ci ildə bir saylı dərin dəniz stasionar özülünün (DDÖ) inşası başa çatdırılaraq qazma işlərinə başlanıldı və 1979-cu ildə qazması qurtaran ikinci quyudan 300 ton/gün miqdarında yüksək keyfiyyətli neft axını alındı. Beləliklə, «28 Aprel», müstəqilliyimizi qazandlqdan sonra isə «Günəşli» adı verilmiş yeni, çox böyük sənaye əhəmiyyətli bir yataq açıldı. Bu yatağın abadlaşdırılması işləri çox böyük sürətlə aparıldı. İlk vaxtlar «Günəşli»də çıxarılan bütün neft «Neft Daşlan»mn yığım, hazırlama və nəql sisteminə keçirildi, ilk dövrlərdə burada Neft Daşlarında 1 mədənin tərkibində bir sahə, daha sonra isə müstəqil mədən təşkil edildi. Artıq «Günəşli»də 1989-cu ilin axırlarında 10 ədəd DDÖ-dən qazılan 100-dən çox quyu fəaliyyət göstərirdi, illik hasilatın həcmi isə 6,0 min tona yaxın idi. 1990-cı ilin yanvar ayında Neft Daşlan NQÇl-nin «Güneşli» yatağında yerləşən mədəni ləğv olundu. Yeni «28 may» adına NQÇİ-i yaradıldı. Neft Daşlan NQÇİ-də «Neft Daşlan» yatağı ilə bərabər «Palçıq pilpiləsi» yatağı da istismar olunur. Hər iki yataq mürəkkəb geoloji quruluşlu olmaqla, yüksək karbohidrogen ehtiyatlanna malikdirlər.
Neft daşlarında Palçıq pilpiləsi
Palçıq pilpiləsi» yatağmda axtanş kəşfiyyat işlərinə 1952-ci ildən başlanmış, 1953-cü ildə 261 saylı quyudan fontan üsulu ilə 40 ton gündəlik hasilatla neft alınmışdır. Axtarış-kəşfiyyat işlərini genişləndirməklə yatağın geoloji quruluşu, neftli-qazlı sahələrin hüdudlan (yatağın uzunluğu 11 km, eni 2,5 km-dir), litoloji və fiziki xassələri öyrənilərək, 1968-ci ildə yatağın ehtiyatı hesablanmış, ən nəhayət, son ehtiyatın hesabatı «Dənizneftqazlayihə» DETLİ tərəfindən 2001-ci ildə aparılmışdır. Çıxanla bilən neft ehtiyatı 13,8 mln, ton hesablanmış, son neftvermə əmsalının 0,229-a çatdınlması 2002-ci ildə tərtib edilmiş işlənmə layihəsində öz əksini tapmışdır. İşlənmən başa çatdırılması 2030-cu ilə qədər davam edəcəkdir. «Palçıq pilpiləsi» yatağının sənaye əhəmiyyətli işlənməsi 1963-cü ildən başlanmış 2006-cı il tarixində 8,768 mln. ton neft, 613 mln.m3 qaz hasil edilmişdir. Cari neftvermə əmsalı 0,126-ya bərabər olmuşdur. Hələ 1943-cü ildə S.A.Orucovun təklifi və təkidi ilə «İzmail» neftdaşıyan lixterdən kran gəmisi kimi istifadə olunardı. Az sonra bir neçə gəmi də neftçilərin ixtiyarına verildi. 1951-ci ilin fevralında Neft Daşlarından neftlə dolu ilk tanker sahilə göndərildi.
Neft donanması
Neft və qaz yataqlarının kəşfiyyat və istismarında deniz neftçilərinə xidmət göstərmək məqsədilə keçmiş SSRİ Nazirlər Sovetinin qərarına əsasən 1949-cu ildə «Neft Donanması» idarəsi yaradılmışdı. 1953-cü ildə idarənin adı dəyişdirilərək «Xəzərdənizneftdonanma» idarəsi adlandırılmışdı. 1949-cu ildə 66 ədəd üzən vasitələr, az güclü yedək gəmiləri, yeni tikilmiş «Akademik Qubkin» və «Professor Qolubyatnikov» gəmiləri donanmanın tərkibinə qəbul edilmiş və Neft Daşlarının yaradılması zamanı qarşıya çıxan problemlərin həllində yaxından köməklik göstərmişdir. 1950-ci ildə «Azərbaycan» kran və «Bolşaya Volqa» yük gəmiləri donanmaya gətirilərək istifadəyə verilmişdir. 1963-cü ildə 600 nəfərlik «B.Babazadə», iki ildən sonra isə «Volqoqrad» sərnişin gəmiləri alındı ki, bu da Neft Daşlarına sərnişin daşınmasını təmin etdi. Hazırda həmin gəmiləri «Sabit Orucov» və «General M.Əsədov» sərnişin daşıyan gəmiləri əvəz edir. Dənizdə geniş miqyasda qazma işləri aparmağa imkan yaradan kran gəmiləri, dənizin 195 m və 300 m dərinliyində işləyə bilən boru- düzən «Süleyman Vəzirov» və «İsrafil Hüsey- nov» gəmiləri, 2500 t yükqaldırma imkanına malik «Azərbaycan» kran gəmisi, 18000 t ağırlığında özül, blok-modul daşıyan «STB-1» barjası, 300 m dərinlikdə sualtı işlər görmək imkanı olan «Akademik Tofiq İsmayılov» dalğıc gəmisi və s. xarici ölkələrdən alınıb «Xezərdənizneftdonanma» İdarəsinə verilmişdir. Onu da qeyd etmək lazımdır ki, Neft Daşlarında çıxarılan neft sahilə tankerlərlə daşınırdı. O zaman Neft Daşlan üçün tankerlərdən asılılıq ən çətin problem sayılırdı. Qasırğa zamanı tankerlər körpüyə yan ala bilmirdi, neft yığılırdı və quyuların bağlanmasının real təhlükəsi yaranırdı. 1980-ci illərin əvvəllərində Neft Daşlan ilə Dübəndi arasında diametri 377 mm olan 64 km-lik və diametri 500 mm olan 64 km-lik 2 sualtı neft boru kəməri çəkildi. Beləliklə də, Neft Daşlanndan və «28 may» NQÇİ-dən çıxa- nlan neftin sahilə daşınması problemi həll olundu.
Neft daşlarında faciə
Yarım əsrdən çox yaşı olan Neft Daşlan öz tarixi boyu faciəli hadisələr, fırtınalar, qəzalar görüb. 1953-cü ilin qışında Xəzərdə təbiətin nadir, faciəli hadisəsi yaşandı. Dənizin şimal hissəsində havamn gözlənilmədən istiləşməsi nəticəsində nəhəng buz sahələri əsas hissədən qoparaq küləyin təsirilə cənuba tərəf yönəldi. Əvvəlcə buzların Abşeron yataqlarına çatacağma heç kəs inanmırdı. Çünki arada 100 km məsafə vardı. Lakin alınan məlumatlar göstərdi ki, buzlar Artyoma (Pirallahıya), «Gürgan- dəniz»ə yaxınlaşır. Çox keçmədi ki, bu rayonlarda əsl «buz müharibəsi» başladı və iki həftəyə qədər davam etdi. Estakadalar uçulmağa başladı. Dəvət olunmuş hərbiçilər tol şaşkalarıyla iri sahələri partladır, kiçik hissələri dayaqlar arasından keçirirdilər. Lakin buzun hücumu ara vermirdi. 300-400 m estakadalar, üzərində boru kəmərləri və kabel güc xətləri, işıqlandırma dayaqlan və fəaliyyetdəki quyu-ları olan meydançalar dəniz dibinə qərq olundu. Lakin neftçilər qabaqcadan quyuları bağlayıb, dənizə neft axmasının qarşısım alırdı. Təəssüf ki, təbiətə müqavimət çox çətin idi və geri çəkilmək lazım gəlirdi. Buz dağlan «Artyom-dənizi» və «Gürgan-dənizi» məhv edəndən sonra Neft Daşlanna tərəf hərəkət edəndə bu, neftçilər üçün əsl sınağa çevrildi. Bu zaman mədəndə 50 km-ə qədər estakada, onlarla meydança, iki əmtəə rezervuarı, tankerlər üçün iki yanalma körpüsü, bir neçə neft toplama məntəqəsi, iki yaşayış qəsəbəsi vardı. Bütün bu nəhəng və vacib təsərrüfat qorxu altmda idi. Xoşbəxtlikdən bəzi tədbirlər görülmüşdü, o cümlədən bütün quyular bağlanmış, bütün personal sahilə çıxanlmışdı. Növbədə rəhbər tərkibdən 50 nəfər, yanğınsöndürənlər briqadası .və fəhlələr, radistlər, meteoroloqlar və «Azdenizneft»in iki mütəxəssisi qalmışdı. Onların qarşısmda məsuliyyətli bir məsələ dururdu: yanğının qarşısını almaq və konstruksiyalar dağıldıqca mədənin cənub tərəfinə.çəkil- mək, çünki burada buzdan azad sularda onları Xəzər donanmasının üç torpeda kateri gözləyirdi. Nəhayət, ən dramatik an gəlib çatdı – buz sahəsi birinci obyektlər birində min ton neft olan əmtəə rezervuarlan parkı ilə toqquşdu, Xoşbəxtlikdən onlar boş idi, bir az əvvəl onlardakı neft tankerlərlə quruya göndərilmişdi, Buzun təzyiqi ilə ilk payalar titrəməyə başladı, ancaq rezervuarlarm meydançası bu təkana dözdü. Elə burada möcüzə baş verdi. Artıq neçə gün olardı ki, şərqdən əsən külək ani olaraq kəsdi və sonra istiqaməti dəyişdi, güclənərək qərbdən əsməyə başladı. Buzun hərəkəti dayandı və qısa müddətdən sonra əks tərəfə yönəldi. Sonra hava tez bir zamanda istiləşib buzu əritdi. Bu zaman hadisələrin belə dönüşünü gözləməyən insanların sevincinin sonu yox idi, çünki Neft Daşlarının faciəsi baş vermədi. 1957-ci ilin noyabr ayırım 20-dən 21-nə keçən gecə Neft Daşlan tarixində ən faciəli gün kimi yaddaşlara həkk olubdur. Həmin fırtınalı gündə küləyin sürəti 44 m/san, dalğamn hündürlüyü 13 m olmuşdur. Bir sıra qurğular, kommunikasiya xətləri, estakada və estakadayanı meydançalar dağılmışdır. Fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng metal hissələri altında növbədə olan Mixail Kaveroçkini və onun briqadasını – Süleyman Bağırovu, Nikolay Duplixini, İbrahim Sadıqovu, Məmməd Muradovu, Bala Mirzəyevivə başqalanm əbədi sükuta qərq etdi. Neft Daşlannda hər il noyabr ayının 21-də həlak olmuş 21 nəfər neftçinin xatirəsini yad etmək məqsədilə 21 ədəd gül dəstəsi denizə buraxılır. 1992-ci ilin 24-26 noyabrında da Neft Daşlannda təbii fəlakət baş vermişdi. Qəflətən baş vermiş qasırğa nəticəsində küləyin sürəti 41 m/san, dalğamn hündürlüyü 9 m olmuşdu. Qasırğa bir çox sahələrdə hidrotexniki qurğuları, kommunikasiya sistemlərini sıradan çıxarmış, neft-qaz və su xətləri dağılmış, quyular dayanmış, elektrik enerjisi kəsilmiş, qazkom- pressor stansiyaları dayanmış, bir sıra estakada- yanı sahələrlə əlaqələr tamamilə kəsilmişdi. Sanki Neft Daşlan sükuta qərq olmuşdu. Həmin sahələrdən bir neçəsində 33 nəfər neftçi açıq dənizdə təhlükəli şəraitdə qalmışdır. Xəzər dənizinin orta səviyyəsi əsas götürülərək dənizdə yerləşdirilən bütün qurğular layihələndirilir və tikilir. Xəzər dənizi səviyyəsinin ölçülməsi üçün ilk dəfə 1830-cu ildə görkəmli rus alimi akademik Lens Bakının Bayıl hissəsində xüsusi qurğu quraşdırmışdır. Həmin ildən başlayaraq Xəzərin səviyyəsi müntəzəm olaraq ölçülmüşdür. 1837-2006-cı illərdə baş vermiş səviyyə ‘qalxmalan və enmələrinin sayı və ədədi kəmiyyətləri hesablanmışdır. Ölçmə işlərinin əsasında müəyyən olur ki, Xəzərin səviyyəsinin önəmli qalxdığı və endiyi illər vardır. Müşahidə illərində dənizin səviyyəsi 28 dəfə qalxmış və bir o qədər də enmişdir. 1977-ci ildən 1995-ci ilə qədər Xəzərin səviyyəsi 2,5 m qalxmışdır. Əgər səviyyənin qalxması davam edərdisə, Neft Daşlarını, eləcə də dənizin digər yerlərində yerləşən hidrotexniki qurğuları faciə gözləyirdi. Ancaq təbiətin möcüzəsi baş verdi. Dənizin səviyyəsi gözlənilmədən sürətlə 1,5 m-ə düşdü. Təbiət özü Neft Daşlarını faciədən qurtardı. Xəzər dənizinin neft- qaz yataqlarının kəşfiyyatı və istismarı və digər obyektləri Xəzər sularından müdafiəsini həyata keçirmək üçün Xəzər dənizi səviyyəsinin dəyişməsinin dəqiq proqnozuna ehtiyac var. 1990-cı illərdə «Dənizneftqazlayihə» DETİ-də hazırlanmış proqnoz ümumilikdə özünü doğrultmuş və dənizdə tikilən bütün obyektləri layihələndirəndə mehz həmin proqnoz metodundan istifadə edilmişdir. «Neft Daşları» geoloji baxımdan çox maraqlı yataqdır. Yataq çoxlaylıdır və 26 məhsuldar horizontdan ibarətdir. Burada qazılan ilk kəşfiyyat quyularının məlumatları inandırıcı və yüksək göstəricilərlə xarakterizə olunurdu. Ona görə yataq tez bir zamanda işlənməyə verildi. Bu yataqda geoloji kesilişin obyektlərə bölünməsində onların neft, qaz və su ilə doyma dərəcəsi, layların kollektor xüsusiyyətləri, lay təzyiqinin paylanması və parametrləri kifayət qədər dəqiq öyrənilmişdi. Yataqda çıxarılan neftdə kükürdün miqdarı çox azdır. Ona görə SSRİ växtı 60-cı ülərə qədər bütün metallurgiya sənayesində, raket-kosmik kompleksdə Azərbaycanda, xüsusən Neft Daşlarında çıxarılan neftdən istifadə olunurdu. Qazma, neftçıxarma, tİkinti-quraşdırma sahələrində bir çox yeniliklər, o cümlədən qaz- lifit istismarının avtomatik idarəetmə sistemi, bir quyuda iki horizontun eyni zamanda istismarı üsulu, dənizdə maili qazma, laylara suvurma, süni təsir prosesləri dənizdə ilk dəfə mənz Neft Daşlannda sınanmışdır. Uzun illər Azərbaycan neft sənayesinin flaqmanı olmuş Neft Daşlarının işlənməsi təcrübəsindən sonralar dərin sulardakı «Günəşli», «Çıraq», «Azəri» və b. yataqların işlənməsində, abadlaşdınlmasında istifadə olunmuşdur.
Səyyahlar Neft daşları haqqında
Ərəb səyyahı Məsudi 1915-ci ildə Bakıda ol¬duğu zaman belə yazır: «Bakıya gəmilər üzüb gəlir, burada ağ neft mənbələri vardır. Dünyada ağ neft hasil edən başqa belə bir yer yoxdur. ».
Səyyah İosiray Barbaro 1543-cü ildə məşhur İrana səyahəti haqqındakı kitabında Bakının adını çəkir və orada çıxan, çox kəskin qoxulu, qara yağın çıxdığını və onun çıraqda yandırıldığını söyləyir. XVII əsrin əvvəllərindən başlayaraq Bakı nefti haqqında xeyli qeydlər vardır.
Alman Enqelbert Kempfer 1684-cü ildə Bakı yaxınlığında yerin təkindən çıxaraq yanan, alovlanan tüstünü, buxarı təsvir edir, onlardan neft qoxusu gəldiyini, neftdən ayrılan qazdan peçlərdə və lampalarda alovu saxlamaq üçün istifadə olunduğunu qeyd edir və neft quyulan haqqmda yazır.
Rus sıyyahı M.Voynoviçin XVIII əsrdə Xəzər dənizini və Azərbaycanı öyrənmək üçün Rusiya buraya hərbi kəşfiyyat məqsədli bir neçə ekspedisiya təşkil etmişdi. 1701-ci ildə I Pyotrun əmrilə yaradılmış Xəzər donanmasında 1721-ci ildə artıq 120-ə qədər gəmi vardı. I Pyotrun sağlığmda Xəzər dənizinə bir neçə ekspedisiya göndərilmiş, dənizin və onun sahillərinin kifayət qədər dəqiq xəritəsi çəkilmişdir. Sonralar admiral M.Voynoviçin ekspedisiyası Xəzər dənizinin coğrafi və geoloji xarakteristikasını öyrənərək Renos (indiki Çilov) adası rayonunda dəniz səthində üzən neft təbəqəsinin təsvirini vermişdi. 1809-cu ildə Peter-burqda nəşr olunan lstoriçeski jumalın da yazılir ki, . Renos adası rayonunda dəniz suyu ağır və yağlıdır, kəskin neft qoxusu verir. Adanın yaxınlığında ekspedisiya iri neft gölməçələri də aşkar etmişdi.
Rus səyyahı A.S.Kriçavski 1776-cı ildə çap olunmuş Xəzərə seyahət kitabında məşhur rus səyyahı A.S.Kriçavski yazır ki, sakit dənizdə çıxıntılı qaya daşlarının ətrafinı yağlı maye ilə örtülü olması, suyun di¬bindən qaz qabarcıqlanın püskürməsi sahədə qaynayan vulkan kraterinə bənzəyirdi.
G.V.Abix XIX əsrin ikinci yarısında görkəmli alim- geoloq G.Abixin təşəbbüsü ilə Xəzər dənizinin, Bakı rayonunun və bütün Abşeron yarımadasının fiziki-coğrafi və geoloji öyrənilməsi başlandı. 1846-cı ildə Bakı yaxınlığındakı neft- qaz yataqlarının tədqiq edən G.Abix Xəzərin dərinliklərində və adalarında böyük neft yataqlarının olduğu fikrini söylədi. 0,1864-cü il¬də Xəzər dənizinin və Abşeronun faydalı qazıntı ehtiyatlan haqqındakı tədqiqatlanmn nəticələrini dərc etdirdi. G.V.Abix Neft Daşlarının geomorfoloji izahını, sualtı daşlann yerləşmə şəklini göstərmişdir.
N.l.Lebedev 1898-ci ildə geoloq N.l.Lebedev zəngin neft yatağı olan Bibiheybət buxtası rayonunda dəniz dibindən neftçıxarma təklifini vermişdir. Dənizdə neft yataqlarının işlənməsi layihəsini işləyən ilk alim-geoloq isə D.Qolubyatnikov olmuşdur. O, apardığı böyük geoloji tədqiqatların nəticəsində aşkar edilmiş neft və qaz yataqlarının müqayisəli təsvirini vermişdir. Xüsusən onun Bibiheybət neft yatağının işlənməsi haqqındakı təklifləri çox qiymətli idi. Tarixi mənbələrdən bəlli olur ki, XVIII əsrin axırlarında Bibiheybət hövzəsinin sahilə yaxm hissəsində iki əl quyusu qazılmışdı. Başqa bir maraqlı məlumata görə, 1825-ci ildə Bakı sakini Qasım bəy Mənsurov dənizdən taxta ilə təcrid etdiyi sahədə qazılmış quyudan gündə 4-5 çəllək neft çıxarırmış.
V.Zqlenitskinin Əsrin sonlarında bir sıra mütəxəssislər dənizin dayaz yerlərində tikilmiş meydançalardan neft quyusu qazmaq üçün layihələr işləyirdilər. Onlardan birinin – V.Zqlenitskinin layihələri diqqəti daha çox cəlb edirdi. Lakin rəsmi dairələr bu layihələrin həyata keçirilməsinin mürəkkəbliyini, çox vəsait tələb etməsini göstərərək onları rədd edirdilər. Neft daşlarında layihələr Əsrin əvvəllərində Xəzər dənizinin dərinliklərindən neftçıxarma ideyası geniş yayıldı. Bu dövrdə 20-ə qədər layihə işlənib rəsmi təqdim olunmuşdu. 1909-cu ildə Bibiheybət buxtasının torpaqlanması başlandı və 350 ha sahə yalnız 20 ilə torpaqla örtüldü. XX əsrin 30-cu illərində Xəzər müxtəlif sahələrində axtarışlar, bununla yanaşı, müxtəlif texniki problemlərin həlli üzrə işlər aparılırdı. Dəniz geofizikasında yaradılan yeni texniki vasitələr, xüsusi gəmilərdən istifadə ilə çəkilmiş xəritələr, geoloji tədqiqatlar Xəzər akvatoriyasının çox hissəsində neftçıxarmanın perspektivli olmasım bir daha təsdiqlədi. Müəyyən edilmiş sahələrdə aparılan ilkin axtarışlardan sonra layihə işlərinə başlandı. Belə sahələrdən biri Pirallahı adasının şimalında, dənizin dərinliyi 7 m olan hissəsində idi. Burada neft layları 60 m dərinliyində yerləşirdi. Bu da xüsusi özüllər yaradılması zərurətini göstərirdi. 1932-1933-cü illərdə Bibiheybət buxtasında dərin quyular qazmaq üçün iki taxta özül tikildi. Sonralar, 1935-1936-cı illərdə Pirallahı adasının şimal-qərb hissəsində də özüllər tiki¬lir. Bunlardan qazılan quyular gündə 150-300 neft verirmiş. Lakin bu özüllər qısa bir müddət¬dən sonra sıradan çıxdığı üçün yeni texniki vasitələrin yaradılması tələb olunurdu.
N.S.Timofeyevin layihəsi üzrə 1938-ci ildə yenə Pirallahı adasımn şimalında fordi metal özül tikildi və kəşfiyyat işləri başlandı. Lakin II Dünya müharibəsinin başlanması dənizdə geoloji-kəşfiyyat işlərini 1944-cü ilə qədər da¬yandırdı. Buna baxmayaraq, elmi-tədqiqat işləri davam etdirilirdi. 1944-cü ilin 24 sentyabrında Ümumittifaq müsabiqə elan edildi. Müsabiqənin şərtlərinə görə, təklif olunan dəniz özülü uzun müddət çətin dəniz şəraitində, dərin sularda fasiləsiz qazma işlərinə imkan yaratmalı idi. Müsabiqədə qalib gəlmiş iri qabaritli LAM sistemli konstruksiya Oktyabr inqilabı Maşınqayırma zavodunda hazırlandı və Gürgan-dəniz yata¬ğında quraşdırıldı. Hələ XVII-XVIII əsrlərdə Xəzər dənizində işləyən ekspedisiyalar dəniz səthindən yuxarı çıxan qayalarda Qara Daşlar (indiki Neft Daşlan) adlanan daş adacıqlarda sakit havada təbii neft təzahürü görmüşdü. 1930-cu ildə akademik Y.M.Qubkin Neft Daşlarında olmuş və burada neftin mövcudluğu haqqında mülahizələr söyləmişdir. Geoloqlar aydınlaşdırmaq istəyirdilər ki, bu qayalar altında – yerin təkində sənaye əhəmiyyətli neft varmı, yoxsa uzun geoloji zaman müddətində bütün neft yer üzünə çıxıb tükənmişdir.
İkinci dünya müharibəsindən sonra
Neft Daşları poçt markasında
1951-ci il fevralın 18-də Neft Daşlarınin nefti ilə doldurulmuş ilk tanker boşaldılmaq üçün Dübəndi limanına yan verdi. Bir neçə aydan sonra isə dənizin 20–25 m. dərinliyində estakadalar və burğu, texnoloji sahələr tikilməyə başlandı. Elektrostansiyaların, nasos-kompressor kompleksinin, köməkçi sexlərin, neftçilər üçün yaşayış 5-9 mərtəbəli evlərin ümumi sahəsi 1960-cı ilin əvvələrində 70 min m kv idi. Beləliklə Neft Daşları dəniz möcüzə-şəhərinə çevrildi. 60-cı illərin axırında özünəməxsus “küçə” vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 km-dən çox idi. Neft Daşları ilə Bakını radiotelefon rabitəsi birləşdirir. İnsanları, qida məhsullarını və başqa əşyaların daşınmasında Mİ-8 vertolyotundan istifadə olunur.
Neftçilərin iş şəraiti
Neft Daşlarında kollektivin normal işləməsi və istirahəti üçün çox işlər görülmüşdür. 1950-ci illərdə tirlər üzərində salınmış 2 qəsəbədə 24 ədəd iki-mərtəbəli yataqxana binası və digər lazım olan sosial obyektlər tikilmişdir. 1975-ci ildən başlayaraq süni adada müasir beş ədəd 5 mərtəbəli və 2 ədəd 9 mərtəbəli yataqxana binalan, 5 mərtəbəli idarə binası, mədəniyyət sarayı, texnikum binası, çörək zavodu, xəstəxana binası, idman meydançası, mağazalar, kitabxana, yeməkxana və başqa obyektlər tikilmişdir. Neft Daşlannda Bakı Neft Texnikumunun filialı açılmış və 1959-cu ildə onun ilk buraxılışı olmuşdur. İki ildən sonra burada fəhlə- gənclər orta məktəbi fəaliyyətə başlamışdı. Fəhlələrin işdən sonra elmi biliklərə yiyələnməsi üçün dünyada məşhur Azərbaycan Neft və Kimya İnstitutu (indiki ADNA) qəbul komissiyasını Neft Daşlanna göndərirdi. Yüzlərlə gənc neftçi istehsalatdan ayrılmayaraq təhsilini burada davam etdirirdi. Neft Daşlarının işlənməsinin ilk dövrlərində, açıq dəniz şəraitində yataqlann abadlaşdırılması sahəsində elmi və praktik təcrübənin olmadığı bir zamanda qarşıya çıxan elmi-texniki problemləri kompleks həll etmək məqsədilə 1949-cu ildə keçmiş Sovetlər birliyində dənizdə neftçıxarma sahəsində yeganə institut – Dənizneftqazlayihə Dövlət Elmi-Tədqiqat Layihə İnstitutu yaradıldı. İnstituta dəniz neft və qaz yataqlarının öyrənilməsi, geologiyası, qazma, hasilat problemləri, neft-mədən qurğularının yaradılması sahəsindəki işlər – ümumiyyətlə, dənizdə neftçıxarmanm elmi-texniki təminatı həvalə olundu. Respublika tarixində möcüzələr yaratmış dənizi fəth edənlərin, dalğaların qoynunda, estakadalar üzərində Neft Daşlan adlı əfsanəvi şəhəri salanların zəhməti, sonrakı illərdə cığıraçanlanıarı yolunu davam etdirənlərin titanik əməyi Azəri, Çıraq, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin həyata keçirilməsində öz bəhrəsini vermişdir. Dəniz neftçilərinin əməyini və hünərini, təməli onlar tərəfindən qoyulmuş şanlı ənənələrini yüksək qiymətləndirən, ümummilli liderimiz Heydər Əliyev XXI yüzilliyin astanasında belə demişdir: – Biz yeni əsrə müstəqil Azərbaycanın yeni neft strategiyası ilə qədəm qoyuruq. Həmin strategiyanın maddi və elmi təməli isə məhz Neft Daşları ilə qoyulmuşdur. Neft Daşlan yalnız məşhur neft yatağı kimi deyil, həm də dənizin ortasında salınmış əfsanəvi bir şəhər, görkəmli dövlət xadimləri, dünya şöhrətli alimləri və yüksək intellektual səviyyəli mütəxəssisləri yetirmiş, dənizdə ilk neft mərkəzidir. 58 il bundan əvvəl onu tikənlər, əsasım qoyanlar, bəlkə də, zənn etmirdilər ki, o, Azərbaycanın gələcəyində müstəsna rol oynayacaq. Neft Daşlarını- dənizdə neft Akademiyası, dünyanın səkkizinci möcüzəsi adlandırmışlar. Neft Daşlannda neft çoxdur, hələ olacaq da. Yataqda neft tükəndikdə belə o, xalqımıza xidmət edə bilər. Neft Daşlan istirahət, mədəniyyət mərkəzinə və dəniz neftçilərinin əməyini əks etdirən muzeyə çevrilə bilər, fayda verə bilər.
Neft daşlari yatağinin işlənilməsi
Neft və qaz yataqlarının işlənməsi çox mürəkkəb, çoxsahəli, geoloji və elmi-texniki-texnoloji bir prosesdir. Bu prosesin həyata keçirilməsi və idarə olunması müəyyən qanunauyğunluqlarla elmi sistem üzrə aparılır. Neft və qaz yataqlannm işlənilməsi bir sıra kompleks məsələləri, o cümlədən yataqların potensial ehtiyatlarının hesablanması, hasilat və suvurucu quyuların sayının təyin edilməsi və onların qazılması, quyuların istismar texnikası və texnologiyası, mədənlərin abadlaşdırılması, hasil edilən məhsulun yığılması, hazırlanması və istehlakçıya çatdırılması və digər məsələləri əhatə edir. Dənizdə neft-qaz yataqlarının axtarışı və işlənilməyə verilməsi ilə əlaqədar yuxanda göstərilən məsələlərə hidrotexniki qurğuların seçilməsi, layihələndirilməsi və quraşdınlması kimi mürəkkəb məsələ də əlavə olunur. 1940-cı illərin axırından başlayaraq, həm quru sahələrində, həm də dənizdə bir sıra yeni neft və qaz yataqlarının işlənilməsi geoloji-texnoloji layihələr əsasında aparılmağa başlanmışdır. İşlənmə prosesində çıxarılan hasilatın dinamikasında dövr, mərhələ müşahidə olunur;
Birinci mərhələ başlanğıcından hasilatm maksimum həddinə çatdığı dövrü əhatə edir və bu dövr quyuların intensiv qazılması və onların məhsuldarlığının yüksək olması nəticəsində hasilatın maksimum dərəcəyə çatdınlması əldə edilir.
İkinci mərhələ yataqda hasilatın nisbətən sabitləşməsi müşahidə olunur ki, bu da əsas etibarilə lay enerjisinin saxlanması məqsədilə onlara süni təsir üsullarının tətbiqi nəticəsində əldə edilir.
Üçüncü mərhələ yataqlardan çıxanlan hasilatın azalması dövrüdür ki, bu da lay eneıjisinin azalması, quyuların məhsulunun sulaşması, onların fəaliyyətdən çıxması nəticəsində baş verir.
Dördüncü mərhələ yataqlarını işlənməsinin son mərhələsini təşkil edir ki, bu da hasilatıln yüksək dərəcədə sulaşması, işlək quyu fondunun azalması, süni təsir üsulları səmərəiliyinin aşağı düşməsi və i. a. ilə səciyyələnir. Bu mərhələdə yataqlarda hasilatm nisbətən sabitləşməsi müşahidə olunur ki, bu da onlarda geniş miqyasda apanlan geoloji-texniki və texnoloji tədbirlərin (əlavə quyulann qazılması, quyulann yuxan laylara qaytanlması, sulaş maya qarşı apanlan müxtəlif tədbirlər və i. a.) sayəsində mümkün olur. 1925-ci ildə 61 saylı quyudan sahildən 300 m məsafədə, açıq dənizdə (dənizin dərinliyi 6 m), ağac tirlərdən yaradılmış meydançadan qazılmış quyudan neft alınmışdır. 1944-cü ildən isə keçmiş SSRİ-də və dünyanın başqa ölkələrində, dənizdən neft-qaz çıxarıllması polad dirəklərdən qurulmuş meydançalardan qazılmış quyular vasitəsilə həyata keçirilməsinə başlanmışdır. 1950-ci illərdən etibarən dənizin sahilə yaxın sahələrindən neft-qaz hasilatı, sahildən maili istiqamətləndirilmiş quyular qazılması vasitəsilə həyata keçirilməyə başlamış və ilk belə quyu Bibiheybət sahəsində qazma ustası Ağa Nemətulla tərəfindən qazılmışdır. Açılmış neft-qaz yataqlannm səmərəli işlənməsini təşkil etmək üçün onların geoloji- texnoloji layihələrinin hazırlanması zəruriyyəti ortaya çıxır və bu sənədlərin tərtibatı 1943-cü ildə, ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat İnstitutuna həvalə edilir. 1950-1951 -ci illərdə dənizdə və quruda bir sıra böyük neft-qaz yataqlanın açılması ilə əlaqədar bu işlərin bir hissəsi Respublika Elmlər Akademiyası nəzdində yaradılmış Neft Ekspedisiyasına tapşırılmışdır. Bu ekspedisiyanın tərtib etdiyi ilk geoloji-texnoloji layihə Neft Daşları yatağının ikinci blokunda Qırmakıaltı və Qırmakı lay dəstələrinin işlənmə layihələri olmuşdur. Neft-qaz-kondensat yataqlarının açılışından sonra məlumdur ki, bu yataqların mənimsənilməsi mərhələlərində çoxsaylı və müxtəlif istiqamətdə kəşfiyyat və istismar qazması işləri aparmaqla yanaşı, işlənmə prosesində neft hasilatının günü-gündən artırılması, maksimum hasilat səviyyəsinin aşağı düşməsinin qarşısının alınması üçün müəyyən işlər görülməlidir və həmin görülən işlərdə səmərənin alınması müasir üsulların tətbiqindən çox asılıdır. Quyulara suvurma prosesindəki işlərin ümumi həcminin günü-gündən artdığını nəzərə alaraq elmi və praktik əsaslar üzrə mühəndis-geoloji nəzarəti gücləndirmək məqsədilə 1958-ci ildə Neft və Qazçıxarma İdarəsi nəzdində ayrıca elmi-tədqiqat və istehsalatla bağlı olan’ 4 suvurma sahəsi təşkil edilmişdir. Həmin sex ləğv edilib laylarda təzyiqin saxlanması sahəsi yaradıldı. Bundan əlavə elmlə sıx əlaqədə olan müxtəlif şöbələr (işlənmə, texniki, qazma, tədqiqat, geologiya-hidrogeologiya, iqtisadiyyat, ehtiyatların hesablanması, avtomatika və telemexanika, yeni texnikanın istehsalatda tətbiqi) bu sexdə yaradıldı. 1949-1962-ci illərdə Xəzər dənizində yeni neft və qaz yataqlarının axtarışı və kəşfi istiqamətində genişmiqyaslı hücum başlanmışdır. Buna açıq dənizdə, ehtiyatlarına görə nəhəng Neft Daşlan yatağımn kəşfi impuls vermişdir. Belə böyük ehtiyatların aşkarlanması dəniz neftinə olan marağı daha da artırdı. Bu sahə ilə məşğul olan müəssisələr qısa müddətdə üzən qurğular, maddi və nəqliyyat vasitələri, maşın və mexanizmlərlə təchiz olundular. Neft Daşlan o zaman Sovet İttifaqının malik olduğu, o dövrə görə müasir sənaye vasitələri ilə təmin olunurdu. Yatağın daha effektiv işlənməsi, hasilatın düşmə tempinin azalması və təklif olunan son neftverme əmsalının əldə edilməsi üçün aşağıdakı kompleks elmi-tədqiqat və texniki-texnoloji tədbirlərin həyata keçirilməsi məqsədəuyğun və vacib sayılır: neft-qaz ehtiyatlarının təkrar hesablanması nəticəsində əldə edilmiş dəqiqlik və ehtiyat artımım nəzərə alaraq, yeni geoloji əsas üzərində işlənmə prosesinin daha səmərəli başa çatdırılması layihəsinin tərtibi; həyata keçiriləcəyi geoloji-texniki tədbirlərin effektivliyinin artırılması məqsədilə geoloji qrafo-analitik modelləşdirilməsi. Bu məqsədlə, layların işlənmə rejimi, enerji ehtiyatlan, təzyiqi və quyu məhsuldarlığının dinamikası yə sahə boyu paylanmasının təyini, yataq üzrə işlənmə prosesi ilə əhatə zonalannm ayırd edilməsi; fərdi yataqlar üzrə ehtiyatlarının mənimsənilmə xəritələrinin qurulması üçün nəzəri (metodiki) əsasların işlənməsi və baza obyektlərində belə xəritəyə almanın praktik olaraq (geofiziki və mədən məlumatlan üzrə) həyata keçirilməsi, ehtiyatın az mənimsənilmiş sahələrinin ayırd edilməsi; qalıq ehtiyatların cari vəziyyətləri və yataqda sahə boyu paylanmasının kompleks qiymətləndirilməsi metodunun işlənməsi və baza obyektləri üzrə praktiki olaraq qalıq ehtiyatların paylanma xəritələrinin qurulması və bu əsasda neftli sahənin məhsuldarlıq dərəcəsinə görə diferensiasiyası, işlənmə üzrə yeni təhlil üsullarım (hasilatın hiperbolik paylanması, Djina əmsalı və s.) tərtib etməklə yataqlar və tektonik bloklar üzrə işlənmə prosesinin (o cümlədən suvurma prosesinin) dinamik təhlili; geofiziki və hidrodinamiki tədqiqatları davam etdirməklə, layın geoloji-fiziki parametrlərinin dəqiqləşdirilməsi, quyuların texnı ki vəziyyətinin təyini, istismar dövründə quyularda mürəkkəbləşmələrin əmələ gəlməsinə qarşı əməli tədbirlərin hazırlanması; yataqlarda neftvermə əmsalının artırılması üçün səmərəli geoloji-texniki tədbirlərin hazırlanması; iki layın bir işlənmə obyektində birləşdirilməsi, quyuların maili qazılması faktorunun araşdırılması. İşlənmə prosesi sona yaxınlaşdıqca suvurma prosesinin azaldılması və yeni fiziki/akustik üsul, quyudibi zonada dalğa-ultrasəs yaratmaqla təsir kimi mütərəqqi üsullardan istifadə edilməsi, üsulların tətbiqinin səmərəliliyinin araşdırılması; yatağın uzun müddət .57 il işlənmədə olması ilə bağlı estakada, meydança, texniki, texnoloji və digər avadanlıqların köhnəlməsi ilə əlaqədar onların təmiri və yeniləri ilə əvəz edilməsi, fəaliyyətsiz istismar quyularında yeraltı təmir işlərinin aparılması intensivləşdirilir. İşlənmə prosesində yatağın geoloji quruluşunda, xüsusilə neftliliyin sahə boyu paylanmasında olan qeyri-müəyyənliyi daha da aydınlaşdırmaq, işlənmənin başa çatdırılmasında iki mərhələnin ayırd edilməsi məqsədəuyğun olar. Belə ki, son neftvermə əmsalına nail olmaq üçün 184 quyunun qazılması, birinci mərhələdə 94 yeni quyunun qazılması nəzərdə tutulur.
Yuxarıda göstərilmiş elmi-tədqiqat və praktiki işlərin icra edilməsi və eyni zamanda yeni quyuların da qazılması nəticəsində yataqların (fərdi yataqların) qeyri-müəyyənliyinin kəskin azaldılmasına, bu isə ikinci mərhələnin daha səmərəli həyata keçirilməsinə imkan verməlidir. Neft Daşlannda 12 lüləlik əlavə bir platformanın tikintisi planlaşdırılır. Ondan 60 quyunun qazılacağı nəzərdə tutulur. Bu DSP yatağın ikinci nəfəsini açacaqdır və əfsanəvi Neft Daşlarının cavanlaşdınlmasl üzrə işlərin əsas hissəsini təşkil edəcəkdir.
1949-cu ildən burada 1940 quyu qazılmışdır, 160 mln ton neft, 12.3 mlrd m kub. qaz əldə edilmişdir. Bu gün orada 377 quyu fəaliyyətdədir və hər biri sutkada orta hesabla 5 t. neft verir. Hər gün Neft Daşlarında 5-6 yeni quyu qazılır və bunların hərəsisin ilk dövrdə sutkada 15-16 ton neft verməyə imkanı var. Bu göstərici Çıraq-1 stasionar platforması ilə müqayisədə (sutkada 2 min t), əlbəttə, çox deyil. Ancaq yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanda neft sənayesinin inkişafına məhz Neft Daşları təkan verdi.
Neft Daşlarının energetika bazasinin yaranması, bu günü və gələcəyi
Neft Daşlarının energetika bazasının yaradılmasına 1949-cu ilin ikinci yarısından başlanmışdır. Ancaq bu baza Kəşfiyyat Qazma İdarəsinin balansında olan dizel mühərrikli elektrik stansiyalarından yalnız qazmada işlədilirdi. 1952-ci ildə «Dənizneftqazlayihə» İnstitutu tərəfindən Çilov adasının və Neft Daşlarının elektrik enerji təchizatı layihəsi hazırlanmışdır. Həmin layihəyə əsasən Çilov adasında Damba (Abşeron) elektrik yanmstansiyasından uzunluğu 27 km olan 110 Kv və Neft Daşlarına Çilov elektrik yanmstansiyasından uzunluğu 25 km olan 35 Kv elektrikötürücü xətti çəkilməli idi. 1953-cü ildə həmin layihə üzrə tikinti dayandınlır. Damba elektrik yarımstansiyasından Çilov adasına qədər uzunluğu 27 km olan 35 Kv birxətli elektrik ötürücü xətti təsdiq olunur. Bu tikinti 1964-cü ildə başa çatdırılır. [3] 1954-cü ildə Həştərxan şəhərində «Krasmye barrikadı» zavodunda hazırlanmış iki dizel hər birinin gücü 750 Kvt olan üzən baıja Neft Daşla-rına gətirilir, «Terek» və «Çvanov» gəmiləri arasında milə oturdulur və istismara buraxılır. 1954-cü ildə Neft Daşlarında tikiləcək buxar turbinli elektrik stansiyasının inşası keçmiş SSRİ Neft Sənayesi nazirinin müavini S.A.Orucov tərəfindən təsdiq edilir. Əsas avadanlıq kimi Neftçala və Daşkəsəndə istismar edilən iki ədəd xaricdə istehsal olunmuş hərəkət edən buxar turbinli (eneıji qatarlan) elektrik stansiyalan qəbul edilir. Bu eneıji qatarlarının hər birinin gücü 5000 Kvt idi. 1954-cü ildə Neft Daşlarında tikiləcək buxar turbinli elektrik stansiyasının yeri Azərbaycan SSR Neft Sənayesi naziri S.A.Vəzirov tərəfindən təsdiq edilir. Tikinti yeri şimal- qərbdən cənub-şərqə doğru uzanan, əsasən suyun altında yerləşən ayn-ayn çıxıntılar, qıntılar və dişvari qayalıqlardan ibarət idi. Elektrik stansiyasının tikintisinə 15 iyun 1955-ci ildə başlamr. Stansiyanın inşası üçün 6000 m2 süni sahə yaradılır və onun qurudulması üçün Çilov adasından külli miqdarda daş parçaları, qum-çınqıl, çınqıllı torpaq gətirilir. 1500 m2 sahədə elektrik stansiyasının əsas avadanlığı və köməkçi sexlər yerləşdirilir. Əlavə süni sahənin yaradılmasında məqsəd eneıji qatarlanın dəmiryolu ilə stansiyanın binasına gətirmək və nəqliyyat üçün yol salmaq olmuşdur. Hündürlüyü 2,0 m olan qoruyucu divar elektrik stansiyasım 30 il Xəzərin dalğalarından qoruyur. Cənub tərəfdən sahəni dalğalardan milə oturdulmuş gəmilər mühafizə edir. Tikintisinə 15 iyun 1955-ci ildə başlanmış, buxar turbinli elektrik stansiyası (BTES) 1957-ci ilin iyun ayında, isismara verilmişdir. Sonralar SSRİ-nin ayn-ayn şəhərlərində gücü 5000 Kvt olan enerji qatarları gətirilib. Beləliklə, hər birinin gücü 5000 Kvt olan 6 enerji qatanndan ibarət BTES-in gücü 30000 Kvt-a çatdırılır. Enerji qatarlanmn üçü daima işdə, biri ehtiyatda, biri cari təmirdə və biri isə əsaslı təmirdə olmaqla elektrik stansiyası 1987-ci ilə kimi bu sxemlə işləmişdir. Eneıji qatarlan fiziki və mənəvi cəhətdən köhnəldiyindən elektrik stansiyasının texniki və praktik tələblərinə cavab vermirdi. Bunun müqabilində Neft Daşlarının şəraitinə uyğun müasir tipli eneıji mənbəyinin inşası zərurəti yatmımışdı. Müəllif tərəfindən 70-ci illərin əvvəllərində təklif olunmuşdur ki, işə hazırlıq və etibarlılıq əmsalının yüksək, tam avtomatlaşdırmanın mümkün olması, şirin suya təlabatm olmaması, çəkisinin, yanacaq sərfinin və işə buraxılma müddətinin az olması üçün Neft Daşlarında növbəti eneıji mənbəyi – qaz turbinli elektrik stansiyası tikilsin. Bu təklif 1980-ci ilin ikinci yarısında həyata keçirilmişdir. 1982-ci ilin yanvarında gücü 48 Mvt olan qaz turbinli elektrik stansiyasının (QTES) layihəsi təsdiq olunur və tikintiyə başlanılır. QTES-i tikmək üçün dirəklər üzərində ümumi sahəsi 9600 m2 olan meydança inşa edilir. Meydançada QTES-in əsas və köməkçi avadanlığı yerləşən bina, yanacaq, sürtgü materialları üçün anbar, KS-500 markalı 2 ədəd kom-pressordan ibarət kompressor stansiyası tikilir. QTES-ə əsas avadanlıq olaraq Ukrayna Respublikasının Nikolayev şəhərindəki «Zarya» İB-nin istehsalı olan, hər birinin gücü 12 Mvt 4 ədəd qaz-turbin generatorları qəbul edilmişdir. 1982-1986-cı illərdə QTES-in tikinti-quraşdırma və sazlama işləri başa çatdırılır. Yanacaq qazı iki mənbədən – qazli neft sxemindən və avtonom KS-550 kompressor stansiyasından təmin olunur. 1986-cı ilin iyun ayında gücü 48 Mvt olan QTES işə buraxılır. Elektrostansiya Neft Daşlarını elektrik və istilik enerjisi, «28 May» NQÇİ-nin «Günəşli» yatağında yerləşən dərin dəniz platformalarım elektrik eneıjisi ilə təmin edir. Bəzi texniki qüsurlar, o cümlədən qaz hazırlığı bloku üçün filtrlər, yeni konstruksiyalı utilizasiya qazanları, havatəmizləyici qurğunun yeniləşdirilməsi, yağsoyutma sisteminin dəyişdirilməsi, avtomatik tənzimləmə sisteminin yenidən qurulması, stansiyanın işəburaxma sxemində dəyişikliyin aparılması və s. müəllifin rəhbərliyi altında QTES-in mütəxəssisləri tərəfindən müsbət həll edilmişdir. 1988-ci ildə Neft Daşlarında 30 il istismar olunduqdan sonra BTES dayandırıldı və istismardan çıxarıldı. Hal-hazırda Neft Daşlarında hasil olunan elektrik enerjisini istifadəçilərə paylamaq üçün 300 km kabel xətləri, 65 km sualtı kabel xətləri, 42 ədəd elektrik yarımstansiyalar mövcuddur. Ümumiyyətlə, Neft Daşlarının f. energetika bazasının yarandığı gündən hasil edilən elektrik enerjisinin miqdarı 4 milyard 238 milyon Kvt.s olmuşdur. İyirmi iki ildən artıq istismar olunaraq hələ də fəaliyyət göstərən QTES-in, heç şübhəsiz, müasir elmi-texniki tələblərə cavab verən, hər birinin gücü 15 Mvt olmaqla 4 ədəd qaztırbinli yeni QTES-lə əvəz edilməsi məqsədəuyğun olardı. Bunu zaman tələb edir. Onu da qeyd etmək lazımdır ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsini nəzərə alaraq yeni tikiləcək elektrostansiya istismar olunan QTES-in səviyyəsindən 1,5-2 m hündür olmalıdır. Neft Daşlarında istismar olunan QTES, 2 N°-li qaz-kompressor stansiyası və digər obyektlər1 dəki qazturbobloklanan, qazturbin mühərriklərin əsası və cari təmirləri üçün xaricə göndərilməsinin qarşısının alınması məqsədilə Bakı şəhərində təmir mərkəzi yaratmaq mümkündür. Be-ləliklə, Azərbaycan mütəxəssisləri təmir işlərini həyata keçirə bilər, bununla da aparılan təmir işləri daha da etibarlı və mənfətli olar. Neft Daşlarım, «Günəşli» yatağında yerləşən dəniz stansionar platformalarım fasiləsiz, etibarlı, keyfiyyətli elektrik və istilik eneıjisi ilə təmin etmək üçün Abşeron yarımstansiyasından Çilov adasına 110 Kv hava elektrik ötürücü xətti, Çilov adasından Neft Daşlarına 35 Kv kabel elektrik ötürücüsü əsas götürülməklə, müasir layihə hazırlanıb heyata keçirilərsə, Neft Daşlarında istismar olunan QTES Respublikanın Azəreneıji sistemi ilə paralel işləyər, nəticədə bütün dəniz obyektləri iki mənbədən qidalanaraq uzun illər daha da etibarlı, fasiləsiz və keyfiyyətli eneıji təchizatı ilə təmin olunar.
Bu gün
Bunun nəticəsində bu gün Azərbaycanda 1994-1999-cu illərdə bağlanmış 17 iri neft sazişlərinin həyata keçirilməsi uğrunda dünyanın 14 ölkəsi, 33 xarici neft kampaniyaları işləyir. Qeyd etmək lazımdır ki, “Azəri”, “Çıraq”, neft ehtiyatı 640 mln t., qaz 100 mlrd m kub, qaz kondensatı 100-150 mln t olan “Günəşli”, təbii qaz ehtiyatı 100 mln t olan karbohidrogen struktur bloku D222 sazişlərində “Lukoyl” da iştirak edir. Azərbaycanın “ARDNK” və Rusiyanın “Lukoyl” arasında əlaqələrin daha da genişlənməsi üçün 1999-cu ildə Bakıda memorandum imzalanmışdır. Ancaq bunların hamısı Neft Daşlarından başlamışdır.
Maraqlı faktlar
1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən növbəti film olan Dünya kifayət deyil (ing. The World Is Not Enough) filminin bəzi kadrları Neft Daşlarında lentə alınmışdır.
Rövnəq Abdullayev: Neft Daşları Azərbaycanın strateji habına çevriləcək
Bu günlər xalqımız Azərbaycan neft-qaz sənayesi tarixinə əbədi həkk olunmuş əlamətdar günlərdən birini – Neft Daşları yatağında ilk neftin çıxarılmasının 70-ci ildönümünü qeyd edir. Xəzər dənizində polad dirəklər üzərində belə bir əfsanəvi şəhərin yaradılması Azərbaycan neftçilərinin qəhrəmanlıq salnaməsində parlaq səhifədir.
Neft Daşlarında ilk neftin çıxarılması dünya əhəmiyyətli tarixi hadisədir. 1949-cu ilin 7 noyabr günü Bakı şəhərindən 110 kilometr şimal-şərqdə, Xəzər dənizində qazılmış neft quyusunun fontan vurması ilə dünya neft sənayesinin inkişafında yeni bir dövrün – açıq dənizdə stasionar platforma üzərindən neft hasilatının başlanğıcı qoyuldu. İndi, demək olar, bütün okean və dənizlərdə axtarış-kəşfiyyat və hasilat işləri aparılır.
Neft Daşları yatağının kəşf edilməsi təkcə keçmiş SSRİ-ni əhatə edən Xəzərdə, Oxot, Barents dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bütün dəniz və okeanlarında – Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verdi. Hazırda dünya üzrə axtarış-kəşfiyyat işlərinin və karbohidrogen hasilatının əhəmiyyətli hissəsi dəniz akvatoriyalarının payına düşür.
Okean və dəniz şelflərində işlərin miqyası sürətlə genişlənir. Suyun dərinliyi min metrdən çox olan sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi gedir və biz fəxrlə deyə bilərik ki, bu böyük prosesin əsası qəhrəman Azərbaycan neftçiləri tərəfindən qoyulub.
Neft Daşlarının kəşfi və istismarı Azərbaycan neft sənayesini inkişafın yeni pilləsinə qaldırdı, qazanılan təcrübə Xəzərin digər sahələrində axtarış-kəşfiyyat işlərinin sürətlənməsinə təkan verdi, qısa müddətdə yeni neft-qaz yataqlarının tapılmasına və işlənilməsinə yol açdı. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Yeni neft strategiyasının maddi və elmi təməli məhz Neft Daşları ilə qoyulmuşdur”.
Neft Daşlarının inkişaf tarixi Heydər Əliyevin adı ilə sıx bağlıdır. O, hələ keçmiş sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə dəniz neftçilərinin əməyini daim yüksək qiymətləndirmiş, dəfələrlə Neft Daşlarına səfər etmiş, vəziyyətlə yerində tanış olaraq, mövcud problemlərin həlli üçün müvafiq tapşırıqlar vermiş, məsələləri şəxsi nəzarətində saxlamışdır.
Ulu Öndərin Neft Daşlarının 25 illik yubileyində neftçilər qarşısında qoyduğu vəzifələr isə həqiqətən, tarixi əhəmiyyət kəsb edirdi. O vaxt Xəzər dənizinin 40 metrədək dərinliyində yerləşən yataqlar artıq kəşf edilmişdi. Ulu Öndər neft-qaz sənayesinin inkişafı istiqamətində mövcud elmi bilikləri ümumiləşdirərək, dənizin 100 metrdən artıq dərinliklərində işə başlamaq təşəbbüsü ilə çıxış etdi.
Neftçilər bu təşəbbüsü böyük ruh yüksəkliyi ilə qarşıladılar və tezliklə Neft Daşlarının işlənməsi təcrübəsindən istifadə olunmaqla bu gün Azərbaycan iqtisadiyyatının qüdrətlənməsi üçün müstəsna əhəmiyyət kəsb edən “Günəşli”, “Çıraq”, “Azəri” və digər yataqlar kəşf olundu. Ümummilli Liderin diqqət və qayğısı dənizdə neftçıxarma sənayesinin müasir infrastrukturla təchiz olunmasında həlledici rol oynadı. O zaman keçmiş SSRİ-də yeganə ixtisaslaşdırılmış Neft Donanması Bakıda formalaşdı və dənizin dərinsulu hissələrində işlərin səmərəli aparılması üçün zəruri əhəmiyyət kəsb edən “Xəzər” və “Şelf” tipli 10-dan çox yarımdalma və özüqalxan qazma qurğusu, seysmik, mühəndis-geoloji elmi-tədqiqat gəmiləri, kran və borudüzən gəmilər, sərnişin və təchizat gəmiləri və digər texnika və avadanlıqlarla komplektləşdirildi.
Heydər Əliyev şəxsi nüfuzundan istifadə edərək hazırda onun adını şərəflə daşıyan və dəniz neft-qaz platformalarının inşasını uğurla həyata keçirən Dərin Özüllər Zavodunun Azərbaycanda tikilməsinə nail oldu. Ulu Öndər həmin dövrdə görülən işlərin tarixi miqyaslarından danışarkən deyirdi: “Neft Daşları – XX əsrdən XXI əsrə atılmış bir körpüdür. Yeni neft strategiyasının maddi və elmi təməli də məhz Neft Daşları ilə qoyulmuşdur”.
Ötən 70 il ərzində Neft Daşları böyük bir qəhrəmanlıq yolu keçərək nəhəng istehsal-yaşayış kompleksinə çevrilmişdir. Burada indiyədək 1939 quyu qazılmış, 200 kilometrdən çox estakada, 333 istehsal meydançası tikilmiş, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilmiş, işlənmənin əvvəlindən 175,5 milyon ton neft və 14,3 milyard kubmetrdən çox qaz hasil olunmuşdur.
Neft Daşları ona bitişik olan “Palçıq pilpiləsi” yatağı ilə birlikdə istismar dövründə Azərbaycanın neft hasilatının təqribən 13 faizini birbaşa təmin etmişdir. Hasilatının pik səviyyəsində – 1967-ci ildə Neft Daşlarında 7,6 milyon ton neft hasil olunmuşdur ki, bu da Azərbaycanın o dövrdə ümumi neft hasilatının 1/3 hissəsi idi.
Hazırda Neft Daşlarında istismar fondunda olan 406 quyunun 399-u fəaliyyətdədir, yataq üzrə gündəlik hasilat 3050 ton neft, 300 min kubmetr qaz təşkil edir. Sulaşma göstəricisi 30 faiz təşkil edir ki, bu da işlənmənin son mərhələsində olan yataq üçün kiçik göstəricidir.
On il bundan əvvəl möhtərəm Prezidentimiz İlham Əliyev Neft Daşlarının 60 illik yubiley mərasimində etdiyi dərin məzmunlu çıxışı zamanı bizim qarşımızda yatağın işlənmə perspektivlərinin, rentabelliyinin və hasilatın artırılması istiqamətində mühüm vəzifələr qoymuşdu.
Qürur hissi ilə deyə bilərik ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələri dəniz neftçilərimizin əməli fəaliyyət proqramına çevrilmiş, genişmiqyaslı iş aparılmış, verilən tapşırıqlara əməl olunmuşdur. Son 10 il ərzində yataqda 9 yeni özül tikilib istismara verilmiş, 183 quyu qazılmışdır ki, hazırda bu quyuların cari gündəlik hasilatı 1700 ton təşkil edir.
Eyni zamanda, fəaliyyətsiz fonda daxil olan quyularda səmərələşdirici işlər aparılmışdır. Nəticə göz qabağındadır: Neft Daşları yatağı bu gün yeni intibah dövrünü yaşayır. 2018-ci ildə yataq üzrə hasilat 20 faiz artmışdır. İllik neft hasilatı 2010-cu ildə 904 min ton idisə, 2017-ci və 2018-ci illərdə 1 milyon tondan çox olmuşdur. Qaz hasilatında da ciddi artım müşahidə edilir. Ötən il yataqdan 81,2 milyon kubmetr qaz hasil edilmişdir. Neft Daşları yatağında yeni özüllərin tikilməsi və onlardan quyuların qazılması davam etdirilir.
Bu gün artıq SOCAR və onun müəssisələri, eləcə də digər Azərbaycan neft və qaz şirkətləri dünya üzrə tətbiq olunan əsas müasir texnoloji nailiyyətlərdən yararlanır. Ən mürəkkəb geoloji struktur şəraitində qazma, hasilat işləri aparır, dənizin dərinsulu hissələrində platformalar quraşdırır, yüksək təzyiq şəraitində quyular qazır, maili və üfüqi istiqamətdə qazma işlərinin aparılması üçün yeni metodlardan istifadə edir və bütün bunlar əvvəlki dövrlə müqayisədə bizim üçün adi prosesə çevrilib. Artıq “Şahdəniz” və AÇG layihələrinin bütün əsas tikinti-quraşdırma, qazma və digər xidmət işləri tam olaraq Azərbaycanın daxilində ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşımızda qoyduğu əsas vəzifələrdən biri də SOCAR-ı qlobal miqyasda tanınan, çevik, müasir və rəqabətədavamlı transmilli şirkətə çevirməkdir. Bu istiqamətdə əhəmiyyətli uğurlar əldə edilmişdir. SOCAR dünya bazarlarına inamla daxil olaraq, özünə layiqli yer tutmuşdur və mövqelərini gücləndirməkdədir. İndi biz, demək olar, bütün qitələrdə fəaliyyət göstəririk.
Ötən il 40 ölkənin 100-dən çox məntəqəsində müxtəlif kommersiya əməliyyatları həyata keçirilib ki, bu da SOCAR-ın nə qədər geniş və inkişaf etmiş qlobal ticarət və infrastruktur şəbəkəsinə malik olduğunun göstəricisidir.
Həmin şəbəkəyə müxtəlif ölkələrdə neft və qaz məhsullarının nəqli üçün zəruri olan magistral boru kəmərləri, gəmilər, liman terminalları və digər imkanlar daxildir. Biz biznes portfelimizi davamlı olaraq diversifikasiya etməklə, beynəlxalq bazarlarda payımızı durmadan artırmaq xətti götürmüşük və mütəmadi olaraq bu xətt üzrə məqsədyönlü tədbirlər görürük. Bir sözlə, SOCAR inkişaf edir, böyüyür, imkanları genişlənir.
Bütün bu layihələrin uğurla həyata keçirilməsi üçün qarşımızda hər şeydən əvvəl neft hasilatının sabit saxlanılması, qaz hasilatının yüksəldilməsi vəzifələri durur. Bu gün bizim əldə etdiyimiz bütün nailiyyətlərin əsasında Neft Daşlarında, Xəzər dənizində qazanılmış zəngin təcrübə, yaradılmış təkmil infrastruktur, kadr potensialı dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, “Neft Daşları olmadan Azərbaycanda heç bir böyük neft və yaxud qaz hasilatı layihəsi mümkün deyildir. Bizim bütün xətlərimiz və gələcəkdə istismara veriləcək yeni layihələr hamısı Neft Daşlarında birləşir”. Bu, həqiqətən də belədir.
Yaxın illərdə biz “Abşeron”, “Ümid” yataqlarında, “Qarabağ”, “Babək”, “Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara” strukturlarında genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat işlərinə başlamağı planlaşdırırıq. Bütün bu planların mərkəzində SOCAR-ın dənizdəki başlıca kommunikasiya qovşağına çevrilmiş Neft Daşları, burada qazanılmış zəngin təcrübə, yaradılmış təkmil infrastruktur, kadr potensialı dayanır.
Yatağın işlənilmə perspektivləri də kifayət qədər böyükdür. Hazırda qalıq ehtiyatlar 210 milyon ton, çıxarıla bilən ehtiyatlar 18 milyon ton civarında qiymətləndirilir. Texnologiyalar inkişaf etdikcə, bu ehtiyatların daha böyük həcminin hasil olunması mümkündür. Qarşıdakı illərdə daha 5 özülün tikintisi və yeni quyuların qazılması nəzərdə tutulur.
Son illər ərzində Neft Daşlarının fəaliyyət sahələrində formalaşan lay sularının tam qapalı sistemdə idarə olunması təmin edilib ki, bu da Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Böyük Britaniya istehsalı olan qurğu lay sularını müxtəlif mərhələlər üzrə neft və mexaniki qarışıqlardan təmizləyir.
Təmizlənmiş lay suları suvurucu və uducu quyulara vurulur. Məişət çirkab suları da xüsusi qurğuda təmizlənib, tam zərərsizləşdirildikdən sonra laylara vurulur. Nəticədə həm dənizin çirklənməsinin qarşısı alınır, həm də laylarda təzyiq sabit saxlanılaraq, iqtisadi fayda əldə olunur.
Dəniz suyunun təmizlənməsi, yaşıllıqların salınması, istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçiririk. SOCAR-ın ekoloji layihələri BMT səviyyəsində yüksək qiymətləndirilmiş, Dünya Bankı tərəfindən mükafatlara layiq görülmüşdür. Tullantıların İdarə Edilməsi Mərkəzimiz MDB və Xəzər regionunda neft sənayesi üzrə ixtisaslaşmış ilk belə obyektdir.
“Neft Daşları” NQÇİ-də işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Dəniz neftçiləri bizim kadr ehtiyatlarımızın qızıl fondunu təşkil edir. Bu gün SOCAR-ın rəhbərliyində təmsil olunanların əksəriyyəti Neft Daşları məktəbini keçmiş şəxslərdir.
Biz bununla fəxr edirik. İldə bir neçə dəfə rəhbərliyin dəniz mədənlərinə, ilk növbədə, Neft Daşlarına baş çəkməsi şirkətimizdə artıq bir ənənə halını almışdır. Yubiley ərəfəsində də polad dirəklər üzərində yaradılmış doğma şəhərciyimizə səfər etdik, keçmiş iş yoldaşlarımızla, yeni nəslin nümayəndələri ilə görüşdük, Neft Daşlarının problemləri ilə maraqlandıq, görüləcək işləri müzakirə etdik, nahar süfrəsi ətrafında səmimi söhbət apardıq.
Şəhərciyin ərazisində, yataqxana korpuslarında, sərnişin gəmisinə minib-düşmə meydançasında təmir işləri həyata keçirilmiş, 1000-ə yaxın ağac və 8000 gül kolu alınaraq mərkəzi parkda əkilmişdir.
Dəniz neftçilərinin özlərinə məxsus şanlı ənənələri var və hazırda Neft Daşlarında estafeti qəbul etmiş gənc nəsil o ənənələri sədaqətlə yaşadır. Ölkənin ictimai həyatında yaxından iştirak etmək bu ənənələr içərisində xüsusi yer tutur. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan sosial-iqtisadi inkişaf proseslərinə dəyərli töhfələr verən dəniz neftçiləri Prezidentimizin islahatlar kursunu ürəkdən dəstəklədiklərini, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əllərindən gələni edəcəklərini bildirdilər.
Vətənimiz Azərbaycanın dayanıqlı inkişafının uzunmüddətli təminatına yönəlmiş uğurlu islahatlar siyasəti ilə cəmiyyətimiz və dövlətimiz faktiki olaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi islahatların əsas hədəfləridir.
Bu mərhələdə SOCAR-ın üzərinə qeyri-neft sektorunun ölkə iqtisadiyyatının əsas gəlir mənbəyinə çevrilməsi üçün etibarlı zəmin yaratmaq vəzifəsi düşür. Bunun üçün qısa müddətdə qarşıda duran bir sıra məsələləri həll etməliyik: neft hasilatının təbii azalmasını mümkün qədər ləngitməli, təbii qaz hasilatını artırmaqla neft gəlirlərinin azalmasını tarazlaşdırmalı, fasiləsiz xammal təchizatı ilə qeyri-neft sektorunun inkişafını stimullaşdırmalı, kimya sənayesini genişləndirməli və mövcud neft-qaz-kimya kompleksini şaxələndirməli, yeni bazarlara daxil olaraq əlavə gəlir mənbələri yaratmalı, SOCAR-ı müasir enerji şirkətləri səviyyəsində rəqəmsal şirkətə çevirməliyik.
Qeyd etməliyəm ki, artıq bütün bu istiqamətlərdə məqsədyönlü addımlar atılmış, müsbət nəticələr əldə olunmuşdur. Artıq mədənlərimizdə, o cümlədən Neft Daşlarında məlumatların rəqəmsal modullarla idarə olunmasına başlanılmışdır və yaxın gələcəkdə neft-qazçıxarma işlərinin səmərəsini artırmaq üçün SOCAR rəqəmsal şirkətə çevriləcəkdir.
Neft Daşlarında ilk neftin çıxarılmasının 70 illiyi Azərbaycan neft-qaz sənayesinin və bütün xalqımızın bayramıdır. Xalqımız Neft Daşlarının təməlini qoymuş Yusif Səfərovun, Ağaqurban Əliyevin, Mixail Kaveroçkin və onun briqadasının üzvlərinin, neft-qaz sənayesinin görkəmli təşkilatçısı Sabit Orucovun, Neft Daşlarının sonrakı inkişafında mühüm rol oynamış Qurban Abasovun, Nəsrulla Babayevin, Solomon Qrobşteynin, Əhəd Yaqubovun, Viktor Naqayevin, Bəxtiyar Məmmədovun, Fuad Səmədovun, Bəhmən Hacıyevin, Akif Cəfərovun, Həzrət Xadikovun, Mübarək Məmmədovun, Xanoğlan Bayramovun, Səyyad İbrahimovun, Fərhad Həmzəyevin, Əhməd Zeynalovun, bu gün öz tövsiyələri ilə neft sənayesi işçiləri üçün mayak rolunu oynayan ağsaqqal akademikimiz Xoşbəxt Yusifzadənin əməyini yüksək qiymətləndirir. Neftçilərimizin gənc nəsli onların əmək yolunu davam etdirməsindən şərəf duyurlar.
Bu gün Neft Daşları abad bir dəniz şəhəridir. Bu şanlı yubiley günlərində biz aydın görürük ki, Neft Daşlarının perspektivləri hələ böyükdür. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, Neft Daşları hələ bundan sonra da uzun illər Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsinə ləyaqətlə xidmət edəcək.
Neft və qaz quyularının qazılması zamnı atılan tullantıların bbq
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-1998, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 606)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
İstehsalat və məişət tullantıları haqqında
Azərbaycan Respublİkasının Qanunu
Bu Qanun zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, istehsalat və məişət tullantılarının (bundan sonra – tullantıların) insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi təsərrüfat dövriyyəsinə cəlb olunması məqsədilə tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini və hüquqi münasibətləri müəyyən edir. [1]
Maddə 1. Əsas anlayışlar [2]
Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
istehsalat tullantıları – istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr;
məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar;
təhlükəli tullantılar – tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar;
təhlükəsiz tullantılar – ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən tullantılar;
təkrar xammal – texniki və ya texnoloji imkanlar, həmçinin iqtisadi səmərəlilik nəzərə alınmaqla təsərrüfat fəaliyyətində təkrar istifadə oluna bilən tullantılar;
yararsız tullantılar — istifadə olunma xüsusiyyətləri məhdud olan, təkrar istifadəsi iqtisadi baxımdan səmərəli olmayan tullantılar;
tullantıların emalı — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət;
tullantıların yerləşdirilməsi — tullantıların saxlanılması və ya basdırılması üzrə həyata keçirilən fəaliyyət;
tullantıların zərərsizləşdirilməsi — ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması.
tullantılar – qanunvericiliyin müddəalarına müvafıq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar;
tullantıların idarə olunması – tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət;
tullantıların yığılması (toplanması) – tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsi;
tullantıların çeşidlənməsi – tullantıların müəyyən əlamətlərinə (növünə, tərkibinə, xüsusiyyətinə və s.) görə toplanması;
tullantıların daşınması – tullantıların əmələ gəldiyi, yerləşdirildiyi, istifadə və utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və obyektlər arasında daşınması;
tullantıların utilizasiyası – tullantılardan lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması;
tullantıların basdırılması – sonradan istifadəyə yararlı olmayan tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsi;
tullantıların istifadəsi – tullantılardan malların (məhsulların) istehsalında və ya enerji əldə edilməsində istifadə olunması;
tullantıların yerləşdirilmə obyekti – tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş qurğu (poliqon, şlam-anbar və başqaları);
tullantıların sərhədlərarası daşınması – ən azı iki dövlətin mənafeyinə toxunmaq şərtilə tullantıların bir dövlətin ərazisindən digər dövlətin ərazisinə və ya ərazidən keçməklə, yaxud hər hansı dövlətin yurisdiksiyası altında olmayan əraziyə və ya ərazidən keçməklə daşınması;
tibbi tullantılar – səhiyyə və baytarlıq obyektlərində və tibbi manipulyasiya zamanı əmələ gələn tullantılar;
təhlükəli tullantıların pasportları – təhlükəli tullantıların müvafiq tullantı növünə və təhlükəlilik dərəcəsinə aidiyyətini təsdiq edən, onların tərkibi barədə məlumat verən sənəd;
tullantıların növü – tullantıların təsnifatı sisteminə uyğun olaraq ümumi əlamətlərə malik olan tullantılar;
tullantıların istehsalçısı – fəaliyyəti nəticəsində təhlükəli və ya digər tullantıların əmələ gəlməsinə səbəb olan istənilən şəxs, yaxud bu şəxs məlum olmadıqda, tullantıların sahibi olan və/və ya onlara nəzarəti həyata keçirən şəxs;
tullantıların sahibi (mülkiyyətçisi) – tullantıların istehsalçısı, yaxud onların sahibi olan fiziki və ya hüquqi şəxs;
texnoloji proses – istehsalat vahidinin işə salınmasının təsdiq edilmiş müddəti ilə texnoloji reqlamentə uyğun fəaliyyəti;
istehsalat tullantılarının əmələ gəldiyi yerlər – onların əmələ gəldiyi texnoloji proses, yaxud istehsal sahələri (müəssisələr);
tullantıların identifikasiyası – pasport məlumatları və ya yoxlama sınaqları əsasında konkret təhlükəli tullantıların hansı tullantı növünə və xüsusiyyətinə aidiyyətinin müəyyən edilməsi proseduru;
az tullantılı texnologiya – ənənəvi üsullarla müqayisədə məhsulun alınması nəticəsində tullantıların nisbətən az həcmdə əmələ gəlməsinə imkan verən istehsalat prosesi. [3]
Maddə 2. Tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi [4]
Tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Zərərli qazlar, çirkab suları və radioaktiv tullantıların idarə olunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. [5]
Maddə 3. Qanunun tətbiq sahəsi
3.1. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində tullantılar əmələ gələn və tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə şamil olunur. [6]
3.2. Ələt azad iqtisadi zonasında istehsalat və məişət tullantılarının idarə olunması sahəsində yaranan münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [7]
Maddə 4. Tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri [8]
Tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri aşağıdakılardır:
əhalinin sağlamlığının və ətraf mühitin ekoloji tarazlığının qorunması;
ekoloji tarazlığın və iqtisadi maraqların təmin olunmasının elmi cəhətdən əsaslandırılması;
tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən müəssisələrin yaradılması, bu məqsədlə dövlət və özəl müəssisələrin, habelə xarici investorların vəsaitlərinin cəlb edilməsi;
təhlükəli tullantıların ekoloji baxımdan əsaslandırılmış idarəetmə sistemini yaratmaqla, onların sərhədlərarası daşınmasının minimuma endirilməsi;
təhlükəli və başqa tullantıların ekoloji cəhətdən özünü doğrultmuş üsullarla onların əmələ gəldiyi mənbənin mümkün qədər yaxınlığında istifadəsi və zərərsizləşdirilməsi;
təhlükəli tullantıların yarandığı yerlərdə onların azaldılması və minimuma endirilməsi məqsədilə az tullantılı texnologiyaların yaradılması və tətbiqi; [10]
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təhlükəli tullantıların təsnifatı və pasportlaşdırılması əsasında onların dövlət uçotunun aparılması. [11]
təbiəti mühafizə tələblərinə, ekoloji tarazlıq normalarına, gigiyena normativlərinə və sanitariya qaydalarına əməl olunmasına nəzarət;
tullantıların klassifikasiyası və pasportlaşdırılması əsasında dövlət uçotunun aparılması;
ictimai təşkilatların, maraqlı şəxslərin informasiya almasına təminat verilməsi;
əhalinin mənafeyi ilə bağlı qərarlar qəbul edilərkən ictimai rəyin nəzərə alınması;
tullantıların idarə olunması sahəsində çalışan işçilərin sosial müdafiəsi;
tullantılarla əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsi zamanı ölkənin milli mənafelərinin nəzərə alınması.
Maddə 5 . Tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsi sahəsində dövlət hakimiyyət orqanlarının vəzifələri [12]
Tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifələri aşağıdakılardır: [13]
tullantıların idarə olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi;
qanunvericilik aktlarının və məqsədli proqramların hazırlanması, təsdiqi və onların yerinə yetirilməsinə dövlət nəzarəti;
tullantıların toplanması və emal üçün qanunvericilikdə müəyyən edilən qaydada iqtisadi həvəsləndirmənin təmin olunması;
müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] ilə razılaşdırılmaqla tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılması;
tullantıların aşkar edilməsi və onların təkrar emalı məqsədilə müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi;
tullantıların idarə olunmasında ətraf mühitə dəyən zərərin zərər yetirən tərəfindən ödənilməsinin təmin edilməsi;
təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin dövlət ekoloji ekspertizasının aparılması; [14]
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tullantıların sərhədlərarası daşınması qaydalarının müəyyənləşdirilməsi; [15]
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada tullantılarla bağlı fəaliyyətdə lisenziya və icazə sisteminin tətbiq edilməsi; [16]
tullantıların idarə olunmasına dair dövlət standartlarının, normalarının və normativlərinin işlənib hazırlanması və tətbiq edilməsi;
tullantıların əmələ gəlməsi anından tam kənarlaşdırılmasına qədər onların dövlət uçotunun və hesabatlarının aparılması [17]
dövlət kadastrının aparılması;
əhalinin məlumat almasının təmin olunması;
faciə və bədbəxt hadisələrin aradan qaldırılması;
tullantıların saxlanılması, istifadəsi və zərərsizləşdirilməsi ilə əlaqədar obyektlərin layihələşdirilməsi və tikintisi;
tullantılardan tam istifadə və onların əmələ gəlməsinin azaldılmasında iqtisadi, sosial və hüquqi şərtlərin təmin edilməsi;
tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi;
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tullantılarla bağlı fəaliyyət nəticəsində çirklənmiş sahələrin bərpa edilməsi;
tullantıların emalı üzrə qurğuların “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən sertifikatlaşdırılmasının təşkili və onların yerləşdirildiyi yerlərin qeydiyyata alınması, həmçinin təhlükəli tullantıların idarə edilməsi üzrə tələblərin həyata keçirilməsi; [18]
tullantıların idarə olunması ilə bağlı qaydaların (daşınma, saxlanma və s.) işlənilməsi və bu qaydaların icrasının təmin edilməsi mexanizminin hazırlanması;
hər bir təhlükəli tullantı daşıyıcısının uçotunun aparılması və hər bir təhlükəli tullantı istehsalçısının hər il əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların növünü, miqdarını, eləcə də emal və basdırılma üsullarını göstərməklə uçotunun aparılması. [19]
qanunvericilikdə nəzərdə tutulan digər vəzifələrin həyata keçirilməsi.
Maddə 6. Tullantılarla əlaqədar mülkiyyət münasibətləri
Xammal, material, yarımfabrikat, digər əşya və ya məmulatların, habelə malların (məhsulların) istifadəsi nəticəsində əmələ gəlmiş tullantılar üzərində mülkiyyət hüququ onları əmələ gətirən mənbələrin mülkiyyətçisinə məxsusdur. Tullantılar üzərində mülkiyyət hüququ tullantıların özgəninkiləşdirilməsi haqqında alğı-satqı, mübadilə, bağışlama müqaviləsi və ya digər sövdələşmə əsasında başqa şəxsə verilə bilər.
Mülkiyyətçi tullantılardan təkrar xammal kimi istifadə edilməsini və onların təkrar emal üçün digər müəssisələrə göndərilməsini təmin etməli, istehsal prosesində və xidmət sahələrində əmələ gələn, təkrar xammal kimi istifadə olunan, təkrar emal üçün digər müəssisələrə göndərilən, ləğv edilməsi məqsədilə müvəqqəti saxlanılan və ləğv edilməyə göndərilən tullantıların uçotunu aparır və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat təqdim edir.
Təhlükəli tullantıların ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi dövlət ekoloji ekspertizasının müsbət rəyi və nəzarəti altında həyata keçirilir. [20]
Təhlükəli tullantıların mülkiyyətçisi təhlükəli tullantıları başqa şəxsin mülkiyyətinə keçirə, əgər həmin şəxsin təhlükəli tullantıların idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirməyə hüququ varsa, mülkiyyətçi kimi qalaraq təhlükəli tullantılara sahiblik, istifadə və ya sərəncam hüququnu ona verə bilər.
Tullantıların üzərində mülkiyyət hüququndan imtina etmək məqsədilə onların mülkiyyətçi tərəfindən atıldığı, yaxud hər hansı başqa yolla saxlanıldığı təqdirdə mülkiyyətində, sərəncamında və ya istifadəsində atılmış tullantıların yerləşdiyi torpaq sahəsi, sututarı və ya başqa bir obyektin olduğu şəxs onların istifadəsinə başlamaqla və ya mülki qanunvericiliyə uyğun olaraq onların şəxsi mülkiyyətə çevrilməsini təsdiq edən digər hərəkətləri etməklə onları öz mülkiyyətinə çevirə bilər. [21]
Tullantıların İdarə olunmasına daİr tələblər [22]
Maddə 7 . Bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvinə aid tələblər [23]
İstismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər:
ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə;
əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafıq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar.
Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır.
Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.
Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ-hüquqi aktların və texniki normativ-hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.
Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur. [24]
Maddə 8. Tullantılarla bağlı istehsalat tələbləri
İstehsal prosesində hüquqi və fiziki şəxslər:
ətraf mühitin qorunması üçün, müəyyən olunan standartları, normaları və keyfiyyət üzrə tələbləri nəzərə almalı;
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhlükəli tullantılarla bağlı fəaliyyəti lisenziya və icazə əsasında həyata keçirməli; [25]
az tullantılı texnologiyaları mənimsəməli;
istehsal prosesində əmələ gələn tullantıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada inventarlaşdırmalı və bu barədə, eləcə də tullantıların dövriyyəsi haqqında müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] məlumat verməli; [26]
tullantılarla bağlı istehsalat nəzarətini həyata keçirməli;
qəza hallarının qarşısının alınması üçün tədbirlər görməli, ekoloji tarazlığın pozulmasına səbəb olan qəza təhlükəsi yarandıqda və ya baş verdikdə bu barədə müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] və əhaliyə məlumat verməlidirlər.
Zərərsizləşdirilməsi mümkün olmayan təhlükəli tullantılar əmələ gətirən fəaliyyətin həyata keçirilməsi qaydası qanunvericiliklə müəyyən olunur.
Maddə 9 . Tullantıların emalı şərtləri [27]
Tullantıların emalı zamanı aşağıdakılar təmin edilir:
tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi;
texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi;
tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması;
tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması;
ətraf mühitin mühafizəsi məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması;
yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması;
tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi;
tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zəərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi;
Maddə 10. Tullantıların emalı yerlərinə tələblər
Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır.
Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır.
Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır.
Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır.
Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər.
Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır.
Maddə 11. Tullantıların yerləşdirilməsinə tələblər
Tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir.
Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır.
Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. [28]
Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir.
Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır.
Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar.
Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-ayrılıqda toplanmalıdır.
Maddə 12. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblər [29]
Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. [30]
Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. [31]
Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; [32]
Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [33]
Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. [34]
Maddə 12-1. Bərk məişət tullantıları poliqonlarına dair tələblər [35]
Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün sahə şəhər və digər yaşayış məntəqələrinin və şəhərətrafı zonaların planlaşdırılması və tikilməsi üzrə təsdiq olunmuş baş planlara və ya layihələrə uyğun olaraq ayrılmalıdır. Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün ərazi ekoloji normalara və Azərbaycan Respublikasının insan sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində digər qanunvericilik aktlarına cavab verməlidir.
Bərk məişət tullantıları poliqonlarında müəssisələrin tullantılarının yerləşdirilməsi ekoloji, sanitar-epidemioloji qaydaların və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir.
Onların öz-özünə alışıb yanmasının qarşısının alınması və xəbərdarlıq edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır.
Maddə 12-2. Əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsinə tələblər
Hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq iсra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur. [36]
Maddə 12-3. Təhlükəli tullantıların idarə olunmasına dair tələblər
Ətraf mühitə və insan sağlamlığına zərərli təsirin təhlükəlilik dərəcəsindən asılı olaraq təhlükəli tullantılar müvafiq icra hakimiyyəti orqanlarının tullantıların idarə olunması sahəsində müəyyən etdikləri meyarlara uyğun olaraq təhlükəlilik dərəcələrinə bölünürlər.
Fəaliyyəti prosesində təhlükəli tullantıların əmələ gəldiyi fiziki və hüquqi şəxslər bu tullantıların konkret hansı təhlükəlilik dərəcəsinə aid olduğunu tullantıların idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş qaydada müəyyən etməlidirlər.
Təhlükəli tullantılar üçün pasport tərtib edilməlidir. Təhlükəli tullantıların pasportu təhlükəli tullantıların tərkibi və xüsusiyyətləri barədə məlumatlar, onların təhlükəlilik dərəcələrinin qiymətləndirilməsi əsasında tərtib olunur. Pasportlaşdırma qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Fiziki və hüquqi şəxslərin təhlükəli tullantıların əmələ gəlməsinə şərait yaradan fəaliyyəti ətraf mühit və insan sağlamlığı baxımından tullantıların təhlükəsiz idarə olunmasını təmin etmək üçün texniki və ya digər imkanlar olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və ya qadağan edilə bilər.
Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilən lisenziya əsasında həyata keçirilir. [37]
Maddə 12-4. Tibbi tullantıların idarə olunmasına dair tələblər
Tibbi tullantıların idarə olunmasına dair tələblər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Müalicə-profilaktik və baytarlıq müəssisələrinin fəaliyyət profilindən asılı olmayaraq tibbi tullantılar toksiki və yoluxdurucu təhlükəlilik növünə görə qruplaşdırılır. Tibbi tullantıların hansı təhlükəlilik növünə aid edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 12-5. Neft, qaz və elektroenergetika sənayesində tullantıların idarə olunması
Neft, qaz və elektroenergetika sənayesində tullantıların idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.
Maddə 12-6. Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların idarə olunması sahəsində işləmələrinə icazə verilmiş şəxslərin peşə hazırlığına dair tələblər
Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların idarə olunması sahəsində işləmələrinə icazə verilmiş şəxslər (işçilər) təhlükəli tullantılarla işləmək hüququ barədə şəhadətnamələrlə (sertifikatlarla) təsdiqlənən peşə hazırlığına malik olmalıdırlar.
İşçilərin təhlükəli tullantılarla, habelə təhlükəli və son dərəcə təhlükəli tibbi tullantılarla işə buraxılmasına görə məsuliyyəti təşkilatın müvafiq vəzifəli şəxsi daşıyır.
Maddə 13. Tullantıların daşınmasına tələblər
Tullantıların müvafiq növ nəqliyyat vasitəsində daşınması qaydası, yükləmə və boşaltma işlərinin yerinə yetirilməsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına tələblər (norma və qaydalar) müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.
Nəqliyyat vasitəsinə yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantının daşınmasını həyata keçirənlər ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.
Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların nəqliyyat vasitələrində daşınması qaydası bu sahədə mövcud olan dövlət standartları və normativləri əsasında müəyyən olunur.
Təhlükəli tullantıların daşınması aşağıdakı şərtlərlə həyata keçirilməlidir:
təhlükəli tullantıların daşınmasına dair bildiriş;
təhlükəli tullantıların pasportunun olması;
xüsusi avadanlıqlar və işarələrlə təchiz olunmuş nəqliyyat vasitəsinin olması;
təhlükəli tullantıların nəqliyyat vasitəsində daşınması ilə bağlı təhlükəsizlik tələblərinə əməl olunması;
təhlükəli tullantıların miqdarını, onların daşınma məqsədini və təyinat yerini göstərən sənədlərin olması. [38]
Maddə 14. Tullantıların sərhədlərarası və tranzit daşınması
Təhlükəsiz emalı mümkün olmayan, habelə tranzit daşınmaq, basdırılmaq və zərərsizləşdirilmək məqsədilə bu tullantıların Azərbaycan Respublikasına gətirilməsi qadağandır.
Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir. [39]
Təhlükəli tullantıların sərhədlərarası daşınması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. [40]
Tullantılarla bağlı fəalİyyətə nəzarət
Maddə 15. Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti
Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] tərəfindən həyata keçirilir.
Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə:
hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması;
təqsirkar hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunan qaydada məsuliyyətə cəlb olunması;
qanunvericiliyin tələblərinin pozulması nəticəsində insan sağlamlığına və ətraf mühitə dəyən zərərin ödənilməsinə görə iddia qaldırılması;
mülkiyyətçilər tərəfindən tullantılarla bağlı uçot və hesabatın düzgünlüyü;
sanitariya, gigiyena, əksepidemik və təbiəti mühafizə tədbirlərinin yerinə yetirilməsinə, gigiyena və ekoloji normativlərə əməl olunması;
baş vermiş fəlakət və qəzaların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi;
mövcud istehsal proseslərinin tullantılarla əlaqədar təhlili, tullantıların həcminin və təhlükəlilik dərəcəsinin azaldılması imkanlarının araşdırılması;
əhalinin tullantılara dair informasiya almaq hüququna əməl olunması;
təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinin ətraf mühitə təsirin qiymətləndirilməsinə və strateji ekoloji qiymətləndirməyə dövlət nəzarətinin təşkil edilməsi, əhalinin sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyətin dayandırılması və ona xitam verilməsi barədə qərar qəbul edilməsi; [41]
tullantıların idxalı, ixracı və tranzit daşınmasına nəzarət daxildir.
Maddə 16. Tullantılarla bağlı istehsalat nəzarəti
Tullantılarla bağlı təsərrüfat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar bu sahədə istehsalat nəzarətini təşkil etməlidirlər.
İstehsalat nəzarətinin məqsədi ekoloji, sanitariya və digər tələblərin yerinə yetirilməsini yoxlamaqdan ibarətdir.
İstehsalat nəzarətinin təşkili qaydaları müvafiq qanunvericiliyə əsasən müəssisə və təşkilatlar tərəfindən müəyyənləşdirilir.
Maddə 17. Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət
Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət qanunvericilikdə müəyyən olunan qaydada ictimai birliklər, əmək kollektivləri və vətəndaşlar (əhali) tərəfindən həyata keçirilir.
Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir.
Tullantılarla bağlı İqtİsadİ tənzİmlənmə
Maddə 18. Tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimlənmə
Tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimlənmə onun həcmi, təhlükəlilik dərəcəsi və yerləşdirilmə normativləri nəzərə alınmaqla tullantının toplanmasına, yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqq ödənilməsi prinsipinə əsaslanır.
Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqq tullantıların həcminin (kütləsinin), növünün və digər xüsusiyyətlərinin nəzərə alınması ilə müəyyən edilir və çirkləndirici tərəfindən ödənilir. [42]
Hüquqi və fiziki şəxslərin ödəmələrindən əldə olunan vəsait təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə sərf olunur.
Tullantılarla əlaqədar iqtisadi stimullaşdırma formaları və onun tətbiqi mexanizmi, habelə tullantıların toplanmasına, yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqq ödənilməsi, onun həcmi və bölüşdürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.
Maddə 19. Tullantılarla bağlı normativlər
Tullantıların ətraf mühitə və insan sağlamlığına təsir həddini nizamlayan normativlər müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.
İdxal, ixrac və alqı-satqı obyekti olan tullantılar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılır. [43]
Maddə 20 . Tullantılarla bağlı dövlət uçotu və hesabat
Hüquqi və fiziki şəxslər tullantıların əmələ gəlməsinin, istifadəsinin, yerləşdirilməsinin, başqasına verilməsinin və ya satılmasının müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada və müddətdə ilkin uçotunu aparır, müvafiq dövlət orqanına hesabat təqdim edirlər.
Hüquqi və fiziki şəxslər tullantıların uçotu ilə bağlı informasiyanın qanunvericilikdə müəyyən edilən müddət ərzində saxlanılmasını təmin edirlər.
Tullantılarla bağlı dövlət uçotu və hesabatı vahid sistem üzrə hazırlanır və aparılır.
Maddə 21. Tullantıların dövlət kadastrı
Tullantıların dövlət kadastrına onların uçotuna dair sistemləşdirilən məlumatlar daxil edilir.
Tullantıların dövlət kadastrı tullantıların siniflərə (dərəcələrə) bölünmə sistemlərini, onların yerləşdirilməsi obyektlərinin siyahısını, bank məlumatlarını və tullantıların emal texnologiyalarını əks etdirir.
Tullantıların dövlət kadastrının aparılması qaydası və onun məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 22. Beynəlxalq əməkdaşlıq
Tullantılarla bağlı fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həyata keçirilir.
Maddə 23. Mübahisələrin həll edilməsi
Tullantılarla bağlı mübahisələr qanunvericilikdə müəyyən edilən qaydada müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və yerli icra hakimiyyəti orqanları] və məhkəmələr tərəfindən həll edilir.
Maddə 24. Tullantılar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 30 iyun 1998-ci il
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 12 fevral 2002-ci il tarixli 262-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 4, maddə 165)
2. 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709)
3. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)
4. 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460)
5. 12 iyun 2012-ci il tarixli 379-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 12 iyul 2012-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №7, maddə 648)
6. 14 aprel 2017-ci il tarixli 594-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1017 )
7. 15 dekabr 2017-ci il tarixli 929-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 fevral 2018-ci il, № 26 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 144 )
8. 28 dekabr 2018-ci il tarixli 1426-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2019-cu il, № 14 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 43 )
9. 28 dekabr 2018-ci il tarixli 1403-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu il, № 24 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 20 )
10. 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689 )
11. 19 may 2020-ci il tarixli 102-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyul 2020-ci il, № 131 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 823 )
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə Qanunun preambulası aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanun Azərbaycan Respublikasında insan fəaliyyəti nəticəsində əşya və maddə şəklində əmələ gələn istehsalat və məişət tullantılarından (bundan sonra — tullantılar) ətraf mühitin qorunması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, təkrar xammal kimi tullantıların istifadəsi sahəsində dövlət siyasətini müəyyən edir, zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, tullantılarla bağlı münasibətləri tənzimləyir.
[2] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 1-ci maddəsinin ikinci, dördüncü və altıncı abzaslar yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
İstehsalat tullantıları — istehsal prosesində, kənd təsərrüfatında, xidmət sahələrində əmələ gələn və əmələ gəlmə yerlərində istifadəsi mümkün olmayan, habelə texnoloji prosesin gedişində ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən maddələr, əşyalar və materiallar;
təhlükəli tullantılar – tərkibində təhlükəli xüsusiyyətlərə malik toksiki, infeksion, partlayıcı, yüksək reaksiya və yanma qabiliyyətli maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar;
təkrar xammal — məhsul və enerji istehsalı, xidmətlər göstərilməsi zamanı təkrar istifadəyə yararlı və bu məqsədlə toplanan (hazırlanan) tullantılar;
[3] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 1-ci maddəsinə on birinci-iyirmi doqquzuncu abzaslar əlavə edilmişdir.
[4] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 2-ci maddəsinin adında və mətnində “Tullantılar haqqında” sözləri “Tullantıların idarə olunması sahəsində” sözləri ilə əvəz edilmişdir.
[5] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 2-ci maddəyə ikinci hissə əlavə edilmişdir.
[6] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 3-cü maddədə “tullantılarla bağlı” sözləri “tullantıların idarə olunması sahəsində” sözləri ilə əvəz edilmişdir.
[7] 28 dekabr 2018-ci il tarixli 1403-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu il, № 24 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 20 ) ilə 3-cü maddənin mətni 3.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 3.2-ci maddə əlavə edilmişdir.
[8] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 4-cü maddənin adında və birinci abzasda “Tullantılarla bağlı” sözləri “Tullantıların idarə olunması sahəsində” sözləri ilə, dördüncü abzasda “tullantılarla bağlı” sözləri “tullantıların idarə olunması sahəsində” sözləri ilə, on birinci abzasda “tullantılarla bağlı fəaliyyət göstərən” sözləri “tullantıların idarə olunması sahəsində çalışan” sözləri ilə əvəz edilmişdir.
[9] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 4-cü maddəsinin beşinci abzas çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
az tullantılı texnologiyanın yaradılması və tətbiqi;
[10] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 4-cü maddəyə beşinci-yeddinci abzaslar əlavə edilsin, altıncı-on ikinci abzaslar müvafiq olaraq səkkizinci-on dördüncü abzaslar hesab edilmişdir.
[11] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 4-cü maddəsinin səkkizinci abzas yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
tullantıların təsərrüfat dövriyyəsinə daxil edilməsi məqsədilə iqtisadi və digər stimullaşdırma mexanizmlərindən istifadə olunması;
[12] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 5-ci maddənin adında və birinci abzasda “Tullantılarla bağlı fəaliyyət” sözləri “Tullantıların idarə olunması üzrə” sözləri ilə, ikinci abzasda “tullantılarla bağlı” sözləri “tullantıların idarə olunması sahəsində” sözləri ilə, yeddinci abzasda “tullantılarla bağlı fəaliyyətdə” sözləri “tullantıların idarə olunmasında” sözləri ilə, onuncu abzasda “tullantılarla bağlı fəaliyyətdə” sözləri “tullantıların idarə olunmasına” sözləri ilə, on səkkizinci abzasda “tullantılarla bağlı fəaliyyətin” sözləri “tullantıların idarə olunmasının” sözləri ilə əvəz edilmişdir.
[13] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689 ) ilə 5-ci maddənin birinci abzasında “dövlət hakimiyyət orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilmişdir.
[14] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689 ) ilə 5-ci maddənin səkkizinci abzasın əvvəlinə “təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin” sözləri əlavə edilmişdir.
[15] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 5-ci maddəsinin doqquzuncu abzas yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
tullantıların transərazi daşınma qaydalarının müəyyənləşdirilməsi;
[16] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689 ) ilə 5-ci maddənin onuncu abzasa “tullantılarla” sözündən əvvəl “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada” sözləri əlavə edilmişdir və həmin abzasda “xüsusi razılıq” sözləri “lisenziya və icazə” sözləri ilə əvəz edilmişdir.
[17] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 5-ci maddəsinin on birinci və on ikinci abzaslar aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
tullantıların idarə olunmasına dövlət standartları, norma və normativlərinin tətbiqi;
dövlət uçotunun və hesabatının aparılması;
[18] 14 aprel 2017-ci il tarixli 594-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1017 ) ilə 5-ci maddənin iyirminci abzasında “sertifikatlaşdırılması” sözü “sertifikatlaşdırılmasının təşkili” sözləri ilə əvəz edilmişdir.
22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689 ) ilə 5-ci maddənin iyirminci abzasına “sertifikatlaşdırılmasının” sözündən əvvəl “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən” sözləri əlavə z edilmişdir.
[19] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 5-ci maddəyə on doqquzuncu-iyirmi ikinci abzaslar əlavə edilsin, on doqquzuncu abzas iyirmi üçüncü abzas hesab edilmişdir.
[20] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689 ) ilə 6-cı maddənin üçüncü hissəsində “mövcud qanunvericiliyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının icazəsi” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi dövlət ekoloji ekspertizasının müsbət rəyi” sözləri ilə əvəz edilmişdir.
[21] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 6-cı maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Qanunvericilikdə başqa qayda nəzərə tutulmayıbsa, hüquqi və fiziki şəxslər tullantını qəbul etdiyi andan onun mülkiyyətçisi hesab edilirlər.
Mülkiyyətçi tullantıların təkrar xammal kimi istifadəsini və təkrar emal üçün digər müəssisələrə göndərilməsini təşkil etməli, istehsal prosesində əmələ gələn və təkrar istifadə olunan tullantıların uçotunu aparmalı və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] məlumat verməlidir.
[22] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə Qanunun II fəslinin adında “Tullantılarla bağlı fəaliyyətə” sözləri “Tullantıların idarə olunmasına dair” sözləri ilə əvəz edilmişdir.
[23] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 7. Müəssisə, qurğu və digər obyektlərin layihələşdirilməsi, tikintisi və yenidən qurulmasına aid tələblər
Müəssisə, qurğu və digər obyektlərin layihələşdirilməsi, tikintisi və yenidən qurulması zamanı hüquqi və fiziki şəxslər ətraf mühitin qorunması üçün müəyyən olunan standartlara, norma və normativlərə əməl etməlidirlər. Onlarda müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] layihəyə dair müsbət rəyi və tullantılarla bağlı fəaliyyəti tənzimləyən digər sənədlər olmalıdır.
[24] 19 may 2020-ci il tarixli 102-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyul 2020-ci il, № 131 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 823 ) ilə 7-ci maddəsinə yeni məzmunda üçüncü-altıncı hissələr əlavə edilmişdir.
[25] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 8-ci maddənin birinci hissəsinin üçüncü abzasın əvvəlinə “təhlükəli” sözü əlavə edilmişdir.
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 8-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının əvvəlinə “qanunvericiliklə nəzərdə tutulmuş hallarda” sözləri əlavə edilmişdir.
22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689 ) ilə 8-ci maddənin 1-ci hissəsinin üçüncü abzasında “qanunvericiliklə nəzərdə tutulmuş hallarda” sözləri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə, “xüsusi razılıq” sözləri “lisenziya və icazə” sözləri ilə əvəz edilmişdir.
[26] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 8-ci maddənin birinci hissəsinin beşinci abzasda “tullantıları” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada” sözləri əlavə edilmişdir.
[27] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 9 -cu maddənin yeddinci, səkkizinci və doqquzuncu abzaslan aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
yararsız tullantıların basdırıldığı və ya saxlanıldığı yerlərdə onların ətraf mühitdən təcrid olunması və sonradan istifadə olunma imkanlarının müəyyən edilməsi;
əmələ gəlmə yerlərində və ya emal müəssisələrində tullantıların təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi;
tullantıların həcminin azaldılmasının, emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi
[28] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 11-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində, kurort, müalicə-sağlamlıq, meşə və rekrasiya zonalarında, yeraltı suların, təsərrüfat və içməli su tutarlarının olduğu ərazilərdə, eləcə də faydalı qazıntılar olan və ya dağ-mədən işləri aparılan zonalarda tullantıların basdırılması qadağandır.
2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460) ilə 11-ci maddəsinin 3-cü hissəsində “və rekreasiya” sözləri “, turizm və rekreasiya” sözləri ilə əvəz edilmişdir.
[29] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 12-ci maddənin adı yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinə tələblər
[30] 12 iyun 2012-ci il tarixli 379-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 12 iyul 2012-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №7, maddə 648) ilə 12-ci maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Zərərsizləşdirilmək məqsədilə məişət tullantıları əhali tərəfindən müəyyən olunmuş yerlərdə yerləşdirilməlidir. Müəyyən olunmayan yerlərdə bu tullantıların atılması, saxlanılması və basdırılması qadağandır.
[31] 12 iyun 2012-ci il tarixli 379-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 12 iyul 2012-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №7, maddə 648) ilə 12-ci maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.
15 dekabr 2017-ci il tarixli 929-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 fevral 2018-ci il, № 26 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 144 ) ilə 12-ci maddənin ikinci hissəsindən “(şəhər rayonları istisna olmaqla)” sözləri çıxarılmışdır.
[32] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 12-ci maddənin ikinci hissəsinin əvvəlindəki “Yaşayış” sözü “Şəhərlərin və digər yaşayış” sözləri ilə əvəz edilmişdir.
[33] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 12-ci maddənin üçüncü hissəsinin əvvəlindəki “Yaşayış” sözü “Şəhərlərin və digər yaşayış” sözləri ilə əvəz edilmişdir.
[34] 12 fevral 2002-ci il tarixli 262-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 4, maddə 165) ilə 12-ci maddəyə dördüncü hissə əlavə edilmişdir.
[35] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 12-1, 12-2, 12-3, 12-4, 12-5 və 12-6-cı maddələr əlavə edilmişdir.
[36] 28 dekabr 2018-ci il tarixli 1426-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2019-cu il, № 14 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 43 ) ilə 12-2-сi maddəsinə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.
[37] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689 ) ilə 12-3-cü maddəyə yeni məzmunda beşinci hissə əlavə edilmişdir.
[38] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 13-cü maddənin üçüncü və dördüncü hissələri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Təhlükəli tullantılar pasportlaşdırılmaqla yalnız xüsusi nəqliyyat vasitələrində daşınmalıdır. Tullantıların pasportu onların kəmiyyətini və təsir xüsusiyyətlərini təsdiqləyən sənəddir.
Tullantıların pasportlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
[39] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689 ) ilə 14-cü maddənin ikinci hissəsi yeni redaksiyada veril mişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Tullantıların istifadə edilmək məqsədilə Azərbaycan Respublikasının ərazisinə idxalı, habelə ixracı və tranzit daşınmaları qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli orqan tərəfindən verilən icazə əsasında həyata keçirilir.
[40] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 14-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 14. Tullantıların idxalı, ixracı və tranzit daşınması
Tullantıların idxalı, ixracı və tranzit daşınması Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən qaydada həyata keçirilir.
Təhlükəsiz emalı mümkün olmayan, habelə tranzit daşınmaq, basdırılmaq və zərərsizləşdirilmək məqsədilə bu tullantıların Azərbaycan Respublikasına gətirilməsi qadağandır.
[41] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 15-ci maddənin ikinci hissəsinin onuncu abzası yeni redaksiyada veril mişdir.
Əvvəlki redaksiyada deyilirdi:
əhalinin sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyətin məhdudlaşdırılması, dayandırılması və ona xitam verilməsi barədə qərar qəbul edilməsi;
[42] 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 18-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Tullantıların toplanması, yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsi üçün ödəmələr, tullantının həcmi (kütləsi), növü və digər xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.
[43] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689 ) ilə 19-cu maddənin ikinci hissəsində “qanunvericilikdə müəyyən olunan qaydada” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.