İstifadə olunan ədəbiyyat
İcarə sisteminin ləğvindən sonra xüsusi neft sahibkarları üçün geniş imkanlar açılmışdı. Neft hasilatı gündən-günə artmağa başlayırdı. Sahibkarlar güclü pul sərf edərək, neft hasilatını artırmaq üçün yeni üsullar axtarıb tapırdılar. 1870-ci ildə quyuların əl ilə qazılması vurma qazma üsulu ilə əvəz edildi. Buruqların sayı yağışdan sonra göbələk kimi artmağa başladı. 1872-ci ildə vurma üsulu ilə qazılmış cəmi 2 quyu vardısa 1878-ci ildə onların sayı 301-ə çatdı. Neft hasilatı da artdı. 1878-ci ildə 9.895,125 puda çatdı. Hasilatın çoxalması ilə neftin qiyməti də 45 qəpikdən 30 qəpiyə düşdü. Ümumiyyətlə 1877-1878-ci illər Bakı nefti tarixində fantanlar dövrü idi. Quyular o qədər fantan vururdu ki, sahibkarlar özləri bundan narazı qalmışdılar. «Bakinskaya izvestiya» qəzeti özünün 1878-ci il 47-ci nömrəsində yazırdı: «Neft çay kimi axır, böyük gölməçələr əmələ gətirir, hətta başqalarının sahələrini, çölləri də bürüyürdü». Fantanlar adi sahibkarları da birdən-birə milyonçuya çevirirdi. Məsələn, Balaxanada Vermişevin «Xələfi» şirkətinə məxsus bir quyu elə güclü fantan vurmuşdu ki, dörd bir yanı gölməçələr bürümüşdü. Sahibkar həmin ildə Bakıya gəlmiş Qafqaz canişinini qayıqla bu göllərdə gəzdirmək fikrinə düşmüşdü. Lakin külək olduğundan bunu həyata keçirə bilməmişdi.
Fantanlar Bakının şöhrətini Avropa ölkələrində daha da yüksəltdi. Bu xarici kapitalistlər üçün əsl sensasiyaya çevrilmişdi.
Beləliklə 70-ci illərin ortalarından xarici kapital Bakıya axışmağa başladı. İri maqnatlar və bankirlər Bakının zəngin yataqları hesabına daha da varlanmaq məqsədilə bir-birinin arxasınca böyük kapitalla Bakıya gəldilər. Birinci gələn İsveçli Nobel qardaşları idilər. Onlar 1879-cu ildə bərqərar olub «Nobel qardaşları» şirkətini təşkil edərək, fəalliyyətə başladılar. Birinci növbədə Balaxana və Sabunçuda ucuz qiymətə çoxlu torpaq sahələri aldılar. Onlardan sonra Parisdən bankir Rotşild gəldi. O da Nobel qardaşları kimi Bakı kəndlilərini aldatmaq yolu ilə çoxlu torpaq ələ keçirdi və «Kaspi-Qara dəniz» neft şirkətini təşkil etdi.
90-cı illərin axırında başda Cems Vişau olmaqla bir neçə ingilis maqnatı Bakıya gəldi. O zaman Vişaunun arxasında məşhur ingilis bankının direktoru E. Qubbard dururdu. Vişaunun Bakı nefti ilə bağlılığı H. Z. Tağıyev ilə başlayır. Hacı özünün Bibiheybətdəki neft mədənlərini 5 milyon manata Vişauya sataraq, özü də onların təşkil etdikləri şirkətdə payçı kimi, yəni şirkətin direktorlarından biri kimi qalır. Hacının mədənlərini almış ingilis şirkəti təkcə iki il içərisində 7250 mindən çox qazanır. Baxçasarayda çap olunan «Tərcüman» qəzeti 1898-ci ilin aprel ayında yazırdı ki, neftli torpaq almaq üçün Bakıya 30 nəfər ingilis sahibkarı gəlmişdir. Guya Peterburqdakı Amerika səfirinin arvadı da onların içərisindədir. O iki nəfər mühəndislə birlikdə çoxlu pul gətirmişdir.
Bakı neft səltənətidir
Bakını bütün Şərq ölkələrində, habelə Avropada, bir sözlə, bütün dünyada tanıtdıran onun nefti və yanar torpaqları olmuşdur. Bakıda neft hələ qədim zamanlardan çıxarılırdı. Çox dayaz quyulardan əllə çıxarılan neft həm şəhərin özündə yanacaq və müxtəlif xəstəliklərə qarşı dərman kimi istifadə edilir və həm də tuluqlara doldurularaq, karvan-karvan uzaq ölkələrə aparılırdı. Sonrakı əsrlərdə, xüsusilə xanlıqlar dövründə neft şəhərin iqtisadiyyatında böyük rol oynamağa başlamışdı. Bakı xanlarının iki əsas gəlir mənbələri vardı: neft və duz yataqları. Neft, əlbəttə, çox ibtidai üsulla çıxarılırdı: əllə və dolamaçarxla. Quyular çox dayaz idilər. Balaxana neft quyularından birində tapılmış daş parçasının üzərindəki yazıdan məlum olmuşdur ki, quyu hələ 1594-cü ildə Allahyar Məmmədnur tərəfindən qazılmışdır. Şəhərdə evlər içərisinə neft doldurulmuş qara çıraqlarla işıqlandırılırdı. 1733-cü ildə Bakıda olmuş rus akademiki İ. J. Lerx Bakıda 52 neft quyusu olduğunu gözləri ilə görmüşdu. 1771-ci ildə Bakıda olmuş akademik S. Q. Qmelin isə neft quyularının necə qazılmasını təsvir etmişdir.
Ruslar Bakını işğal edəndən sonra neftin çıxarılmasına o qədər də əhəmiyyət vermirdilər. Quyular başlı-başına buraxılmışdı. Bakı xanı Hüseyn Qulu xan ruslar tərəfindən neftin çıxarılmasına qarşı belə laqeydliyi görəndən sonra neft mədənlərini təzədən öz əlinə keçirdi və onların istismarına başladı.
1820-ci ildə Bakının bütün neft quyuları dövlət xəzinəsinin ixtiyarına keçdi. Həmin ildən də quyular ayrı-ayrı xüsusi adamlara dörd illiyə icarəyə verildi. İcarədarlardan bunun əvəzində hər il 96 min kirayə haqqı alınırdı. İcarədar Tarumovu sonralar Yaqubov və Əhmədağa Məmmədov əvəz etdi. Bu dəfə icarə haqqı 97 minə qaldırılmışdı. Sonralar, yəni 1850-ci ildən həmin quyular Ter Qukasovun ixtiyarına verildi. Ondan sonra isə quyuları Mirzəyev icarəyə götürmüşdu. General Qolovinin 16 avqust 1825-ci il tarixli təliqəsinə əsasən Tarumovun dövründə Bakıda neft hasilatı 16 min xalvara çatmışdı. Bir müddətdən sonra quyuların istismarını hökümət təzədən öz əlinə aldı. Hökümət sərəncamına keçəndən sonra quyulardan cəmi 12 min xalvar neft alınmışdı. Buna da əsas səbəb baxımsızlıq üzündən quyuların uzun müddət təmir olunmaması idi.
Qraf Vorontsovun Qafqaza canişin təyin edilməsi ilə neft hasilatı sahəsində böyük bir canlanma başlayır. Canişin neftdən dövlət xəzinəsinə böyük gəlir gələcəyini düşünərək, neft çıxarılması ilə yaxından maraqlanır və bu işə rəvac verir. O 1847-ci il 14 iyulda imperator Nikolaya göndərdiyi təliqəsində yazırdı: «Neft quyularının azlığını və neftə olan tələbatı nəzərə alaraq, Şamaxı Dövlət palatasına icazə vermişəm ki, Bakı qəzasında Xəzər dənizi sahilində Beybad (yəqin ki, Bibiheybət nəzərdə tutulur — Q.İ.) və Balaxanada quyular qazıb neft çıxarsınlar. Lakin Beybadda neft çıxsa da gələcəyi yoxdur. Balaxana meydançasında qazılmış iki quyudan isə təmiz neft çıxmışdır. Bu iki quyu təkcə fevral ayındə 600 pud neft vermişdir. Bunu nəzərə alaraq, palataya təklif etmişəm ki, Balaxana meydançasında quyu qazmağı davam etdirsinlər».
Lakin neft ietehsalı sahəsindəki mövcud icarə sistemi neft hasilatının artmasına çox mənfi təsir bağışlayırdı. Əvvəla icarəçilərlə bağlanan müqavilə əsasında onlar neftin pudunu 45 qəpikdən artıq satmamalı idilər. Əslində 45 qəpik özü də baha idi. Bununla da müştərilərin sayı getdikcə azalırdı. Bundan başqa icarə sisteminin ən böyük qusurlarından biri ondan ibarət idi ki, icarəçi dörd il müddətinə icarəyə götürdüyü quyuları, amansızcasına istismar edirdilər ki, icarə pulunu tezliklə çıxara bilsin. Quyularda heç bir təmirat işləri aparılmırdı. İcarəçini ancaq qazanc düşündürürdü. Bunun nəticəsində də quyular gücdən düşür və ya torpaqla dolurdu. Nəticədə neft hasilatı sürətlə aşağı düşürdü. Məsələn, 1825-ci ildə bütün quyulardan 200 min ton neft çıxarılmışdısa, 60-cı illərdə rəqəm dəyişmədən eyni ilə qalmışdı. Belə vəziyyət, əlbəttə, uzun müddət davam edə bilməzdi.
Nəhayət, 1872-ci ildə icarə sistemi ləğv edildi. Hökümət neft mədənləri barədə təzə qayda yaratdı. Bu qaydaları həyata keçirmək məqsədilə Qafqaz canişinliyinin Baş idarəsi Bakıda olan bütün neft quyularının miqdarı və onların məhsuldarlığı barədə geniş məlumat topladı. Bununla əlaqədar xüsusi komissiya da ayrıldı. Komissiya toplanmış məlumatların əsasında bütün neft sahələrini hərəsi 10 desyatindən ibarət olmaqla 48 qrupa ayırdı. Belə sahələr əsasən Suraxana, Balaxana, Bibiheybətdə idi. Sahələrindəki torpaqlar birlikdə 322 desyatindən ibarət idi. Qərara alındı ki, bu torpaqlardan 180 desyatinə satılsın. 180 desyatin torpağa 552,221 manat qiymət qoyulmuşdu. Hərrac yolu ilə satışda isə torpaqlar bir milyon manata satıldı. Balaxanadakı 15 sahə cəmi 6 adam — Mirzəyev, Kokorev, Qubonin, Benkendorf, Vermişev və Leonozov tərəfindən alındı. Ən çox sahəyə Mirzəyev yiyələnmişdi. Bibiheybətdəki zəngin torpaqlar isə başlıca olaraq H. Z. Tağıyev, Zubalov tərəfindən alınmışdı. Yerdə qalan 142 desyatin torpaq barəsində isə belə qərarə alındı ki, bu yerlər Balaxana kəndlilərinə pay kimi ayrılsın. Ancaq bundan qabaq hökümət həmin torpaqları general-leytenant Lazereva, knyaginya Qaqarinə və Qafqaz canişini Vorontsov-Daşkova pulsuz hədiyyə vermişdi.
İcarə sisteminin ləğvindən sonra xüsusi neft sahibkarları üçün geniş imkanlar açılmışdı. Neft hasilatı gündən-günə artmağa başlayırdı. Sahibkarlar güclü pul sərf edərək, neft hasilatını artırmaq üçün yeni üsullar axtarıb tapırdılar. 1870-ci ildə quyuların əl ilə qazılması vurma qazma üsulu ilə əvəz edildi. Buruqların sayı yağışdan sonra göbələk kimi artmağa başladı. 1872-ci ildə vurma üsulu ilə qazılmış cəmi 2 quyu vardısa 1878-ci ildə onların sayı 301-ə çatdı. Neft hasilatı da artdı. 1878-ci ildə 9.895,125 puda çatdı. Hasilatın çoxalması ilə neftin qiyməti də 45 qəpikdən 30 qəpiyə düşdü. Ümumiyyətlə 1877-1878-ci illər Bakı nefti tarixində fantanlar dövrü idi. Quyular o qədər fantan vururdu ki, sahibkarlar özləri bundan narazı qalmışdılar. «Bakinskaya izvestiya» qəzeti özünün 1878-ci il 47-ci nömrəsində yazırdı: «Neft çay kimi axır, böyük gölməçələr əmələ gətirir, hətta başqalarının sahələrini, çölləri də bürüyürdü». Fantanlar adi sahibkarları da birdən-birə milyonçuya çevirirdi. Məsələn, Balaxanada Vermişevin «Xələfi» şirkətinə məxsus bir quyu elə güclü fantan vurmuşdu ki, dörd bir yanı gölməçələr bürümüşdü. Sahibkar həmin ildə Bakıya gəlmiş Qafqaz canişinini qayıqla bu göllərdə gəzdirmək fikrinə düşmüşdü. Lakin külək olduğundan bunu həyata keçirə bilməmişdi.
Fantanlar Bakının şöhrətini Avropa ölkələrində daha da yüksəltdi. Bu xarici kapitalistlər üçün əsl sensasiyaya çevrilmişdi.
Beləliklə 70-ci illərin ortalarından xarici kapital Bakıya axışmağa başladı. İri maqnatlar və bankirlər Bakının zəngin yataqları hesabına daha da varlanmaq məqsədilə bir-birinin arxasınca böyük kapitalla Bakıya gəldilər. Birinci gələn İsveçli Nobel qardaşları idilər. Onlar 1879-cu ildə bərqərar olub «Nobel qardaşları» şirkətini təşkil edərək, fəalliyyətə başladılar. Birinci növbədə Balaxana və Sabunçuda ucuz qiymətə çoxlu torpaq sahələri aldılar. Onlardan sonra Parisdən bankir Rotşild gəldi. O da Nobel qardaşları kimi Bakı kəndlilərini aldatmaq yolu ilə çoxlu torpaq ələ keçirdi və «Kaspi-Qara dəniz» neft şirkətini təşkil etdi.
90-cı illərin axırında başda Cems Vişau olmaqla bir neçə ingilis maqnatı Bakıya gəldi. O zaman Vişaunun arxasında məşhur ingilis bankının direktoru E. Qubbard dururdu. Vişaunun Bakı nefti ilə bağlılığı H. Z. Tağıyev ilə başlayır. Hacı özünün Bibiheybətdəki neft mədənlərini 5 milyon manata Vişauya sataraq, özü də onların təşkil etdikləri şirkətdə payçı kimi, yəni şirkətin direktorlarından biri kimi qalır. Hacının mədənlərini almış ingilis şirkəti təkcə iki il içərisində 7250 mindən çox qazanır. Baxçasarayda çap olunan «Tərcüman» qəzeti 1898-ci ilin aprel ayında yazırdı ki, neftli torpaq almaq üçün Bakıya 30 nəfər ingilis sahibkarı gəlmişdir. Guya Peterburqdakı Amerika səfirinin arvadı da onların içərisindədir. O iki nəfər mühəndislə birlikdə çoxlu pul gətirmişdir.
Hələ 1878-ci ildə Amerika neft sahibkarları da Bakıya yol tapmışdılar. Birinci növbədə Rokfellerin «Standart Oyl» neft şirkətinin nümayəndəsi Herbert Tvidl guya Bakıda neft kəmərlərinin çəkilişini konsesiyaya götürmək bəhanəsi ilə Bakıya gəlir. Lakin o öz məqsədinə nail olmadıqda neftli torpaqlar almağa başlayır.
Xarici kapitalın Bakıya yol açması ilə neftli torpaqların qiyməti xeyli artdı. 1890-cı ildə Bakıda artıq 6 ingilis şirkəti, 3 fransız şirkəti, iki alman şirkəti, iki Belçika şirkəti və 1 yunan neft şirkəti fəaliyyət göstərirdi. Neftdən gələn gəlir ətrafında ehtiraslar təzədən qızışdı. Hərə çoxlu torpaq ehtiyatı ələ keçirməyə, neft hasilatını artırmağa can atırdı. Qızğın rəqabət başlamışdı. Bir tərəfdən xarici inhisarçılar, o biri tərəfdən yerli neft sahibkarları arasında əsl didişmə gedirdi. Fantanların sayı çoxaldıqca sahibkarlar elə bil quduzlaşırdılar. Yerli milli kapitalistlərdən-neftxudalardan H. Z. Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov, Səlimov və habelə erməni sahibkarlarından Mirzəyev, Montaşev, Şibayev, Leonozov, Şagedanov və başqaları əcnəbi neft sahibkarları ilə sanki yarışa girişmişdilər. Bu işdə iradə və dözümü olanlar udur, zəif və iradəsizlər isə güclülər tərəfindən udulurdu. Bəzən elə hallar olurdu ki, xüsusilə yerli əhalidən olan sənayeçilər bütün varını neft quyularının qazılmasına qoyur, lakin quyu neft vermirdi, ya da qazma zamanı böyük çətinliklərə rast gəlir, dəzgah sınır və qazmanı daha davam etdirmək mümkün olmurdu. Sahibkar da müflis düşürdü. Mayaları əldən çıxdığı üçün çoxunun başına hava gəlirdi. Psixi xəstəxanalara düşürdülər. Hətta özünü öldürən də olurdu. Ancaq möhkəm iradəli, səbatlı, dözümlülər öz məqsədlərinə əvvəl-axır nail ola bilirdilər. Belələrinə H. Z. Tağıyevi misal göstərmək olar. O 1873-cü ildə Bibiheybətdə aldığı torpaq sahəsində şərikləri ilə birlikdə böyük xərc töküb quyu qazıtdırmağa başlayırlar. Lakin nə qədər qazırlarsa, neft çıxmır. Günlər, aylar keçir, neftdən heç bir əsər görünmür, Hacının şərikləri neftdən əllərini üzür və paylarını alaraq aradan çıxırlar. Hacı isə neftin çıxacağına dərin inamla qazmanı davam etdirir. Çox çəkmir ki, quyu böyük fantan vurur və Hacı birdən-birə milyonçuya çevrilir. Zaman və dövr ancaq belə möhkəm, dözümlü adamların idi.
Bakıya neft iyinə gələn təkcə Avropa maqnatları deyildi. Böyük Rusiyanın da hər bucağından qazanc məqsədilə Bakıya gələnlərin sayı hesabsızdı. Onların içərisində dələduz və fırıldaqçılar da çoxdu. Rus dilində çap olunan «Bakı əxbarı» qəzeti 1878-ci il tarixli 15-ci nömrəsində dərc etdiyi «Torpaq əldə etmək» adlı məqaləsində yazırdı: «Hamı bu fikirlə razılaşar ki, son 5-6 il içərisində neft işləri sahəsində böyük qələbələr əldə edilmiş, istehsal olunan məhsul, demək olar ki, birə on qat artmış və ciblərində bir qəpiyi olmayanlar burada varlanmış və bunu görən fırıldaqçılar Rusiyanın hər tərəfindən dəstələrlə Bakıya axışıb gələrək, burada neft və neft məhsullarını istehsal etməklə məşğuldurlar. Qızğın fəaliyyət başlamışdır.
Yüngül qazanc ehtirası ilə Bakıya axışan Rusiyanın ən müxtəlif ünsürləri öz məqsədlərinə çatmaq üçün hər bir qanunvericilikdə nəzərdə tutulmamış ən müxtəlif cinayət yoluna qədəm qoymuşlar».
Belə adamlar Bakının neftli torpaqlarından özlərinə bir parça qoparmaq üçün, doğrudan da min bir fırıldaqdan çıxırdılar. Məsələn, gələn adam bir nəfərə 200 manat pul verərək, xahiş edir ki, torpaq almaq üçün kəndli ilə müqavilə bağlanmasında ona kömək etsin. O da buna əməl etməyə çalışır. Ancaq kənd əhalisinin yarıdan çoxu buna razılıq vermir. Müqavilə də o zaman qüvvəyə minirdi ki, əhalinin heç olmasa üçdə iki hissəsi razılıq versin. Gələn adam arada gəzən adamların vasitəsilə cinayətə əl atır. Neçə il qabaq ölmüş adamların, ya da xaricdə olanların əvəzinə imza edilir və beləliklə də müqavilə qüvvəyə minirdi. Bəziləri isə torpağı açıqdan-açığa zəbt edirdilər. Bir başqası isə torpaq sahəsini icarəyə götürür sonralar onu öz əmlakı hesab edirdi. Torpağı zəbt edənlərin şahidi də olurdu. Bu şahidlər özləri də torpaqları vaxtı ilə zəbt etmiş işğalçılardı. Ancaq bununla belə qonşuları üçün şahid dururdular ki, bu torpaq guya ata-babasından ona miras qalmışdır. Sonralar zəbt edilmiş bu torpaq sahələri qızıl pulla dövlətə satılırdı. Neftli torpağın müştəriləri artdıqca torpaqların qiyməti də bahalaşırdı. Həsən bəy Zərdabi Bakı torpaqları üstündə gedən didişmələri “Əkinçi” qəzetinin 1877-ci il tarixli 14-cü nömrəsində geniş təsvir etmişdir. O yazırdı: “. neft yerlərinin qiyməti həddən çıxıb. Məsələn bir şəxs keçən il 5 desyatin yeri 2 min 5 yüzə almışdı, 2 ay bundan əqdəm isə o şəxs zikr olunan yeri 8 adama 8 min manata satıb. İndi deyirlər ki, o 8 adamdan birisi öz hissəsini, yəni torpağın səkkizdən birini 18 min manata satır və yenə deyirlər ki, bir kəs bir desyatinin dörddən bir hissəsini icarəyə verib: yer sahibi 2 min manat verib, o yeri 12 ilə ona versin və bəşərti ki, bu 12 ilin müddətində o yerdən nə qədər neft çıxsa, onun nisfi (yarısı) yer sahibinin olsun və 12 ildən sonra o yer orada olan maetiyacları ilə yer sahibinə qalsın. Xülasə yer alan, yer satan həddən çıxıb, küçə və bazarlarda 1 neft və cövhər sözü danışılır. Natariusxanalarda neftli yeri aldı-satdı kağızlarını yazmağa növbət çatmayır. Badkubədə sakin olanlar keşişdən tutmuş qulluq əhlinədək, tacirlərdən tumuş ədna papaqçıya, şam tökənədək öz işlərini tullayıb, bir neçə adam şirkət edib Molla Nəsrəddin torba götürüb, Sarı qayaya bostan uruya gedən kimi olan-olmazlarını yığıb Sabunçu bəylərinin yanına yer almağa və Qara şəhərə şəhərdən kənar o zavodlar olan yerdə zavod tikdirməyə gedir ki, bir, ya iki ilə sahibi milyon olsun”.
Kəndlilər bəzən öz torpaqlarını o şərtlə satırdılar ki, əgər satdığı torpaqdan neft çıxarsa, sahibkar onu mədəndə işə götürsün. Sahibkarlar isə öz vədlərinə həmişə xilaf çıxardılar. Bununla belə pula aldanan kəndlilər öz torpaqlarını satmaqdan çəkinmirdilər. O illərdə Balaxana kəndliləri o qədər torpaq satmışdılar ki, pula pul demirdilər. Kağız əskinazları hətta arabalarının böyrünə yapışdıraraq, fəxr edirdilər.
Yuxarıda göstərildiyi kimi 1872-ci ildə icarə (iltizam) sisteminin ləğvindən sonra əmələ gəlmiş neft bolluğu böyük böhrana səbəb oldu. Nefti dəniz və başqa vasitələrlə başqa şəhərlərə göndərmək də çətinləşdi. Neftin çoxusu neft anbarlarında yığılıb qalmışdı. Mədənlərdə qazılmış xəndəklər ağzınadək neftlə dolu idi.
Xaricə neft və kerosin daşınması gec-tez qaydaya düşdü. Hətta qısa müddət ərzində Bakı nefti dünya bazarlarında Amerika neftini sıxışdırmağa başladı. Bunu aşağıdakı cədvəldən görmək olar. Rusiyaya daşınan Amerika nefti ildən-ilə azalmağa başlayır, onun yerini Bakı nefti tuturdu:
İllərAmerika neftiBakı nefti
18641000
18651000
18681000
18698812
18708614
55
18792080
18811090
1882496
1883-cü ildə isə Amerikadan Rusiyaya neft və kerosin daşınması tamamilə dayandırılır.
Bu illərdə Bakı neftinin Amerika neftinə nisbətən üstün cəhətləri çox idi. Əvvəla o daşlıq yerdə deyil, qum-gil yataqlarında idi. Buna görə onu çıxarmaq daha asan idi. İkincisi Bakıda neft ehtiyatı Amerika neftinə nisbətən daha çox idi. Fantan zamanı yataqlar daha çox neft verirdi. Bakı nefti Amerika neftinə nisbətən ağırdı. 30 faiz neft verməkdən başqa ondan çoxlu miqdarda ağır yağlar-solyar, astrolin və başqa müxtəlif sürtgü yağları alınırdı.
Neft istehsalı və emalı sahəsində iltizam sistemi ləğv olundusa, 1875-ci ildə
aksiz (əlavə vergi) sistemi tətbiq edildi. Bunun nəticəsində neftin çıxarılması sahibkarlara baha başa gəlirdi. Araya çıxan çətinlikləri sahibkarlar ancaq aksiz sistemində görürdülər. Buna görə qəzetlər sahibkarların səsinə qoşularaq, aksiz sisteminə qarşı öz etirazlarını bildirirdilər. 1877-ci ildə aksiz sistemi ləğv edildi. Neft sahibkarları təzədən əl-qol açdılar.
Bakı torpaqlarından xarici kapitalın qoyuluşundan sonra neftin çıxarılması sahəsində əsl mənada dirçəlmə yarandı. Əski üsullarla neft çıxarılması yeni texnologiya ilə əvəz edildi. Mədən sahələri genişləndi. Neftin emalı yeni vüsət aldı. Neftin emalı, yəni distillə edilməsi hələ qədimdən məlumdu. Sonralar 1837-ci ildə N.İ. Voskoboynikovun Balaxanada icad etdiyi neftayırma qurğusunda üç il müddətində 19.4 ton neft distillə edilmişdi. Voskoboynikovdan sonra bakılı C. Məlikov tərəfindən neft emalında yeni texnologiya tətbiq edilsə də, alınan məhsulun miqdarı, yəni kerosin, benzin və sürtgü yağlarının istehsalı çox az idi. Lakin cüzi miqdarda istehsal olunan neft məhsulları artmaqda olan neft sənayesini qətiyyən təmin etmirdi. 1860-cı ildə rus tacirləri Kokorev və Qubonin tərəfindən Suraxanada Atəşgah yaxınlığında neft emalı zavodu təşkil olundu. Kokorev əvvəllər kerosini çox ibtidai üsulla neftli torpaqdan və qırdan alırdı. Alınan yeni məhsul yəni kerosin o zaman fenuqen adlanırdı. Zavodun dəzgahlarını Kokorev qonşuluqda olan Atəşgahın qazı ilə isidirdi. Lakin qırdan və neftli torpaqdan kerosin almaq o qədər də lazımi nəticə vermirdi. Zavodda iş ləngiyirdi. Bu zaman Kokorev Moskva universitetinin magistri Enxleri köməyə çağırdı. Enxler ona təklif etdi ki, kerosin almaq üçün Suraxananın ağ neftinə keçmək lazımdır. Çünki qıra və neftli torpağa nisbətən neftdən kerosin almaq daha asan və xeyirlidir. O da qeyd edilməlidir ki, Suraxana nefti cəmi 25 faiz kerosin verirdi. Enxlerin məsləhətindən sonra zavodda kerosin ağ neftdən alınmağa başlandı. Ancaq bununla belə Kokorevin işi yenə də irəli getmirdi. Çünki emal çox ibtidai şəkildə aparılırdı. Zavod zərər çəkirdi. Hətta onun bağlanması təhlükəsi vardı.
Kokorev bu dəfə Sankt-Peterburq universitetinin dosenti Mendeleyevi 1863-cü ilin payızında Bakıya çağırır. Məşhur kimya alimi zavodda neftin emalı ilə ətraflı tanış olduqdan sonra zavodda neft emalının yaxşılaşdırılması və zavodu zərərdən qurtarmaq üçün bir sıra təkliflər irəli sürür. Bu təkliflərdən biri ondan ibarət idi ki, zavod ancaq gündüzlər deyil, ardı kəsilmədən gecəli-gündüzlü işləməlidir. Neftin emalına tənəffüs verilməməlidir. Bundan başqa neftin taxta çəlləklər və barjlarla daşınması zamanı itkiyə yol verməmək üçün onların möhkəmlənməsində emallı yapışqandan istifadə edilməlidir. Ümumiyyətlə Mendeleyev məsləhət görmüşdü ki, zavod neft quyularına yaxın olmalıdır ki, neftin arabalarla daşınması zamanı itkiyə yol verilməsin.
Mendeleyevin təklifləri nəticəsində Kokorevin zavodunda kerosin istehsalı xeyli artır. Zavod mənfəətlə işləməyə başlayır. Ancaq bu müvəqqəti bir hal idi. Çünki zavod sahibkarının hökümətlə bağladığı müqavilədəki maddələr zavodun işinə hələ də mənfi təsir bağışlayırdı. İcarə müqaviləsi zavod sahiblərini məcbur edirdi ki, neft emal olunandan sonra neftin qalığını hökümətə versin. Hökümət sonra bu qalıqlara azca neft əlavə edib, təzədən xam neft kimi zavodlara satırdı. Qalqının pudunu 15 qəpiyə alır, 45 qəpiyə satırdı. Müqavilə şərtlərinə görə zavodlar (belə zavodlardan üç-dördü vardı) kerosini onlar üçün müəyyən edilmiş qiymətdən artıq sata bilməzdi. Aksiz sistemi də sahibkarların qazancına böyük ziyan vururdu. Ancaq bununla belə Bakı kerosini Amerika kerosininə görə keyfıyyətcə aşağı olmasına baxmayaraq, rus bazarlarında satılırdı. Bu illərdə baş vermiş iki böyük hadisə Bakı kerosininin Rusiya bazarlarında daha geniş satılmasına kömək etdi. Bu hadisələrdən biri 1877-ci ildə aksiz sisteminin ləğvi, o biri isə Amerikadan gətirilən kerosinə böyük gömrük xərci qoyulması idi. Həmin ildən gömrük xərci qızılla ödənilməyə başladı. Bu da Amerika neftinin Rusiyaya daşınmasının qarşısını aldı. 1883-cü ildə Amerikadan kerosin daşınması tamamilə dayandırılmışdı.
Kokorevlə demək olar ki, eyni zamanda aptekçi N. İ. Vitte də Pirallahı adasında neft emalı zavodu açmışdı. Zavod boş, susuz, hər cür yaşıllıqdan məhrum çılpaq adada təşkil olunmuşdu. Adaya su qayıqlarla Abşeron mayağının yanındakı şirin sulu quyudan daşınırdı. Vitte şirkətinin neftdən aldığı başlıca məhsul parafin idi. O parafin yağından şam və başqa məhsullar düzəldirdi. Böyük məharət və səliqə ilə düzəldilmiş bu məhsullar sonralar 1864-cü ildə Moskvada keçirilmiş Ümumrusiya sərgisində yüksək qiymətə layiq görülmüşdü. Bir müddətdən sonra Qafqaz canişini Aleksandr İvanoviç Baratınskinin xahişi ilə Pirallahı adasındakı bu zavod ömürlük onun sərəncamına verilmişdi. Bütün sahə 100 desyatin torpaqdan ibarət idi. Bu torpaqdan ötrü Baratınski hər desyatinə görə hökümətə 25 qəpik pul verirdi. Bundan başqa üstəlik adadakı neft quyuları, qır və başqa yanacaq yataqları da ona icarəyə verilmişdi. Bu sonuncular üçün knyaz hökümətə hər il 1000 manat gümüş pul verirdi. Bu da o zaman üçün çox cüzi bir məbləğ idi.
Əcnəbi kapitalistlər və habelə yerli Azərbaycan və erməni burjuaziyası da neftin emalı ilə məşğul olmağa başladılar. Hələ 1868-ci ildə Bakıda 23 kiçik neftayırma zavodu işləyirdi.
1875-ci ildə isə neft emalı zavodlarının sayı artıq 62-yə çatırdı. Bununla yanaşı neftin emalı zamanı alınan məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün sahibkarlar yeni emal üsulları və vasitələr axtarmaqla məşğuldular. Kerosin artıq daxili bazar hədlərini aşaraq, xarici dünya bazarlarına yol tapırdı. Bundan ruhlanan neft sahibkarları buraxılan məhsulun; kerosinin, sürtgü yağlarının keyfiyyətini daha da artırmaq, nefti daha da artırmaq, nefti daha yaxşı təmizləmək üçün Avropa ölkələri ilə iş əlaqəsinə girişirdilər. Məlumdur ki, emal zamanı daha təmiz məhsul almaq üçün kükürt turşusu lazımdır. Zavodlar onu xaricdən alırdılar. Onu xaricdən daşımaq isə böyük xərclə əlaqədar idi. Buraya onun nəqliyyatla daşınması və gömrükxana xərcləri də daxil idi. Bu bir tərəfə qalsın, kükürt turşusunun daşınması təhlükəli idi. Buna görə gəmi sahibləri bundan imtina edirdilər. Bir çıxış yolu tapmaq lazım idi. Neft sahibkarları məcbur oldular ki, Qara şəhərdə öz xüsusi zavodlarını yaratsınlar. Belə zavod 1879-cu ildə ilk dəfə S. Şibayev tərəfindən yaradıldı. Zavodun layihəsini alman mühəndisi Tiss vermişdi. Ondan sonra başqa sahibkarlar da özləri üçün kükürt turşusu zavodları tikdilər. 1883-cü ildə «Nobel qardaşları» şirkəti, 1885-ci ildə Skvortsovlar, 1889-cu ildə Adamov və başqaları belə zavodlar inşa etdilər. Qısa müddət ərzində Qara şəhər əsl kimya mərkəzinə çevrildi. Təkcə «Nobel qardaşları» şirkəti tərəfindən Qara şəhərdə kükürt turşusu zavodu, kerosin zavodu, benzin zavodu, parafin zavodu, sürtgü yağları zavodu, geniş mexaniki zavodlar, qaz zavodu, taxta doğrayan zavod və sairə çəllək emalatxanaları tikilmişdi. Bunlardan sonra işlənmiş kükürt turşusundan təzədən istifadə etmək qərarına gəldilər, çünki tikilmiş zavodlar hələ də artan tələbi ödəyə bilmirdilər. Zavodda yığılıb qalmış qalıqları təzədən işlədib, mənfəət almaqdan başqa zavodun ətrafı da zibillərdən təmizlənirdi. Həmin illərdə mühəndis Y. Estlyander daha səmərəli bir təklif irəli sürdü. Bu da turşu qalıqlarının sobalarda qızdırılması idi. Bu proses zamanı qara qətran kütləsindən ibarət qara turşudan qətran ayrılır və qara turşu alınırdı. Bu əsasda 1888-ci ildə «Kianda» firması xüsusi zavod da tikdirmişdi. Firma bir il ərzində 3334 ton qalığını yenidən işləyərək, 2500 tonadək «qara turşu» almışdı. Ayrılmış qətrandan da asfalt kimi istifadə edilirdi. Birinci Cahan müharibəsi ərəfəsində Bakıda yeddi kükürt turşusu zavodu vardı. Zavodların nəzdindəki laboratoriyalarda neftdən daha çox məhsul almaq üçün gecəli-gündüzlü iş gedirdi və tanınmış kimyaçılar bu işə çəlb edilmişdi.
O illərdə neft emalında soda istehsalının da böyük əhəmiyyəti vardı. Keçən əsrin 80-ci illərində yalnız susuzlaşdırılmış təbii sodadan istifadə edilirdi. Bunu şoran torpaqlarda yetişən və tərkibində natri birləşmələri olan bitkidən alırdılar. Bu sodadan əsas etibarilə sabun bişirilməsində istifadə olunurdu. Neft emalı meydana çıxandan sonra istehsalatda xam nefti təmizləməyə lazım olan natrium hidroksid alınmasında ondan istifadə edilirdi. Kükürt turşusunun qalıqlarını neytrallaşdırmaq üçün lazım olan natrium hidrokisid o zaman İngiltərədən gətirilirdi ki, bu da sahibkarlara çox baha başa gəlirdi. Buna görə onu Bakının özündə hazırlamaq ehtiyacı meydana çıxdı. Bakıda bunun üçün lazımi şərait olduğundan qələvi tullantılarından natrium hidroksid almağa başladılar. 1885-ci ildə «Nobel qardaşları» şirkətində mühəndis K. Friç ixtira etdiyi bir aparat vasitəsilə neft qalıqları qələvisindən kalium-natri almağa başladı. Çox çəkmədi ki, Bakıda ilk dəfə olaraq, qələvi qalıqlarını emal edən zavod açıldı. Sonralar belə zavodların sayı çoxaldı və 1890-cı ildə H. Z. Tağıyev də belə bir zavod tikdirdi. Daha sonra S. Şibayev, S. Dembo və başqaları da Qara şəhərin müxtəlif yerlərində bu tipli emal zavodlarının sayını artırdılar.
19-cu əsrin axırlarında və 20-ci əsrin əvvəllərində Bakıda kimya zavodlarının sayı daha da artdı. Məsələn, 1896-cı ildə kuporos zavodu, 1898-ci ildə rəng zavodu, 1906-cı ildə tartarat turşusu zavodu, 1910-cu ildə his zavodu, 1914-cu ildə zəy zavodu, 1915-ci ildə karbid zavodu, 1916-cı ildə neft quyuları suyundan yod və brom alan zavod və başqaları Qara şəhərin simasını tamamilə dəyişdi. Bu zavodların siyahısına 1906-cı ildə açılmış Bakıda ilk azot turşusu zavodunu da əlavə etsək, Qara şəhərin nəhəng bir kimya şəhərinə çevrildiyini təsəvvür etmək olar. Zavodların bacalarından qalxan qucaq-qucaq tüstülər qara bir bulud kimi şəhərin üzərini bürüyürdü. M. Qorkinin dediyi kimi burada əsl cəhənnəm mənzərəsi yaranmışdı. Müxtəlif kimyəvi maddələrin iyindən zavodların ətrafından keçmək mümkün deyildi.
Neft istehsalı sahəsində əcnəbi kapitalistləri ilə yanaşı milli Azərbaycan burjuaziyası da neftin çıxarılması və emalı işinə yaxından girişmişdi. 1889-cu ildə cəmi 3 müsəlman firması vardısa, 1899-cu ildə 8-ə, 1905-ci ildə isə 11-ə çatmışdı. Sonrakı illərdə neft çıxarma firmalarının sayı daha da artır. Lakin bunların içərisində bir çox kiçik firmalar vardı ki, iri şirkətlərlə rəqabətə dözə bilmir, ya birləşməli olur ya da tamamilə iflasa uğrayırdılar. Meydanda «Nobel qardaşlarının», Rotşildin, Şibayevin, ingilis Cems Vişaunun, Belçikanın, Almaniyanın, Amerikanın iri güclü neft şirkətləri mövcud olduğu illərdə belə firmalar çox miskin görünürdülər. Yalnız Ş. Əsədullayevin, H. Z. Tağıyevin, Aşurbəyovların, Musa Nağıyevin, Murtuza Muxtarovun neft şirkətləri əcnəbi və iri erməni şirkətləri ilə rəqabət apara bilirdilər. Neftin çıxarılması sahəsində yeni üsullar tətbiq olunurdu. 1871-ci ildə Balaxanada mexaniki üsulla 64 metr dərinliyində qazılmış quyu fantan vurdu. Bununla da sözün əsl mənasında neft sənayesinin əsası qoyuldu. Neft quyuları əvvəllər vurma üsulu ilə ştanqla qazılırdı. Mexanikləşdirilmiş ştanqla vurma üsulu 1884-cü ildə Bakıda neft sahibkarı Lents tərəfindən tətbiq edilmişdi. Bu üsul sonralar xarici ölkələrdə də Bakı qazma üsulu adı ilə şöhrət tapmışdı. Çox çəkmədi ki, 1896-cı ildə ştanqların endirilib, qaldırılması kimi əsas və köməkçi işləri icra edən dəzgah yaradılmaqla Bakı qazma üsulu daha da təkmilləşdirildi. Dəzgahın ixtiraçısı olan Bakı milyonçusu Murtuza Muxtarova bundan ötru patent verildi.
80-ci illərin sonunda dünyada ilk dəfə olaraq, ABŞ-da fırlanma rotor qazma üsulu tətbiq olundu. Rotor qazma üsulu əvvəla qazmanın sürətini xeyli artırırdı. O biri tərəfdən quyuların diametrini nisbətən kiçiltməyə, sərf olunan metalın azalmasına və qazma müddətini qısaltmağa imkan yaratdı. 1901-ci ildə Suraxanada ilk dəfə olaraq, bu üsulla qaz quyusu qazıldı. 1901-ci ildən Bakının neft mədənlərində buxar maşınlarını əvəz edəcək elektrik mühərriklərindən istifadə olunmağa başlandı. 1920-ci ilədək Bakıda fırlanma üsulu ilə 35 neft quyusu qazılmışdı.
Neft istehsalı artdıqca onun xarici bazarlara göndərilməsi sahibkarlar qarşısında ən mühüm məsələ kimi dururdu. Xüsusilə aksiz sisteminin ləğvindən sonra Volqa boyu ilə o qədər neft göndərilmişdi ki, bazarlar neftlə dolmuşdu. Fenuqenin qiyməti də aşağı düşmüşdü. Bu ondan əmələ gəlmişdi ki, başları neft çıxarılması ilə məşğul olan sahibkarlar çıxarılan neftin vaxtında xarici bazarlara daşınması üçün nəqliyyatın qeydinə qalmamışdılar. Onlar unudurdular ki, istehsalın çoxalması ilə məhsulun daşınma vasitələri də inkişaf etdirilməlidir. Sənaye sürətlə inkişaf edir, daşınma vasitələri isə ibtidai şəkildə qalmışdı. Hətta neftin çıxarıldığı yerlə onu emal edən zavodların da arasında böyük məsafə vardı. Neft zavodlara at arabası ilə daşınırdı. Bu yolla da neftin daşınması hava şəraitindən asılı olaraq qalırdı. Həm də daşınma çox baha başa gəlirdi. H. B. Zərdabi “Əkinçi” qəzetinin 1877-ci il 1 yanvar tarixli nömrəsində yazırdı: «Balaxanadan zavodlara arabaçılar, 7-8 verst yoldur, pudu bir şahıdan — neft daşıyıb, bol pul qazanırlar. Deyirlər arabaçılar zavod sahiblərindən yarım milyon manat pul alıblar».
Belə daşınma xərclərini aradan qaldırmaq və zərəri azaltmaq məqsədilə iri firma sahibləri neftin mədənlərdən zavodlara daşınması üçün yeni nəqliyyat vasitələri düşünməyə başladılar. Bu işdə ilk addımı «Nobel qardaşları» şirkəti atdı. O Balaxanadan Qara şəhərə neft kəməri çəkdirdi. Çox çəkmədi ki, kerosinin xarici bazarlara boçkalarla daşınması da Nobellər tərəfindən ləğv edildi, əvəzində neftdaşıyan gəmilər-tankerlər yaradıldı. Neftin sisternlərdə dəmir yolu vasitəsi ilə daşınması və neftin dəmir rezervuarlarda saxlanması da Nobel qardaşları tərəfindən tətbiq edilmişdi. Nobellər Bakı neft sənayesi sahəsində bir sıra yeniliklər yaratmışdılar ki, bunlar barədə «Nobel qardaşları» şirkətinə həsr olunmuş xüsusi fəsildə məlumat veriləcəkdir.
Balaxana-Qara şəhər neft kəmərinin çəkilməsi neft daşımaqla böyük gəlir əldə edən Balaxana arabaçılarını çıxılmaz vəziyyətə saldı. «Nobel qardaşları» firmasına qarşı etiraz səsləri ucaldı. Hətta neft kəmərlərini partlatmaq təhlükəsi də meydana çıxdı. Qorxuya düşən «Nobel qardaşları» firması Balaxanadan başlayaraq, Qara şəhərədək kəmər boyu kazak keşikçi dəstələri qoydular. Kəmərdən neft oğurlamaq halları da tez-tez baş verirdi. Oğurluqda təqsirləndirilən iki nəfər Maştağa və Keşlə əhli məhkəməyə də verilmişdi. Bu adamlar gizli yollarla kəmərdən deşik açaraq, min pudlarla neft oğurlamışdılar.
Sonralar neftin müntəzəm olaraq, xarici ölkələrə daşınması bütün Bakı sənayeçilərini düşündürməyə başlamışdı. Mendeleyev hələ 1860-cı ildə belə bir nəticəyə gəlmişdi ki, sənaye istehsalı istehlakçılara mümkün qədər yaxın olduğu zaman daha çox tərəqqi tapır. Buna görə zavodlar xammalın çıxarıldığı mərkəzdə deyil, istehlakçıların yaxınlığında olmalıdır. Buradan da nəticə çıxarırdı ki, neft kəməri olmasa, Bakıda neft sənayesi öz inkişafını dayandırmalıdır.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
- Teqlər:
- Bakı şəhəri
- , Bakının tarixi
- , neft
- , Bakı nefti
- , Azərbaycan nefti
- , neft sənayesi
İstifadə olunan ədəbiyyat
1. B.Ə.Bağırov “Neft-qaz mədən geologiyası”, ADNA, Bakı-2011, 311 səh.
2. Б.А.Багиров. “Геологические основы доразработки месторождений нефти и газа”. Баку. Элм, 1986 г. 162 стр.
3.И.М.Максимов. Геологические основы разработки нефтяных месторождении. М.Недра. 1975. 534 стр.
4.Жданов M.A. “Нефтегазопромысловая геология и подсчет запасов”, M.Недра, 1981 г.
5.Иванова М.М., Дементьев Л.Ф. “Нефтегазопромысловая геология и геологические основы разработки”.-М.Недра, 1985 г.
6.Спутник нефтегазопромыслового геолога. Справочник под рeдакции Чоловского И. П. – M.Heдpa, 1989 г.
7. Mirzəcanzadə A.X. və b.”Neft və qaz yataqlarının işlənməsi və istismarının nəzəri əsasları” . –Bakı,1960, 413 s
8. Mirzəcanzadə A.X. və b.”Neft layının fizikası”.- Bakı,1983, 476 s
9. Salavatov T.Ş. və b. Neftin quyu ilə çıxarılması texnologiyası.- Bakı,2012, 538 s.
Geofizika yerin daxili quruluşunun öyrənilməsində böyük əhəmiyyət kəsb edən bir elm sahəsidir. Geofizika bir neçə geofiziki tədqiqat üsullarının kompleksindən ibarətdir. Geofiziki tədqiqat üsulları dedikdə seysmik kəşfiyyat, elektrik kəşfiyyatı, qravimaqnit kəşfiyyatı, radiometriya və quyuların geofiziki tədqiqat üsulları nəzərdə tutulur. Geofiziki kəşfiyyat üsullarının əsas məqsədi netli qazlı və yaxud faydalı qazıntı yataqlarının axtarışı və kəşfidir.
Neftlə çi̇rklənmi̇ş sularin TƏMİZLƏNMƏSİ üsullari Текст научной статьи по специальности «Науки о Земле и смежные экологические науки»
Аннотация научной статьи по наукам о Земле и смежным экологическим наукам, автор научной работы — S. R. Hacıyeva, E. M. Qədirova, M. V. Bəndalıyeva, H. L. Rəfiyeva
Azərbaycanın iki regionundan götürülmüş xam neftin içməli və dəniz suyunda müxtəlif təbii mənşəli yağlarla absorbsiyası tədqiq edilmiş və məlum olmuşdur ki, proses heksan və ya heptan mühitində aparıldıqda neftin toplanması daha effekttiv olur. Müxtəlif təbii mənşəli yağlarla vizual müşahidə əsasında aşkar olunmuşdur ki, istər dəniz suyu, istərsə də içməli su üzərində neftin toplanması soya və gənəgərçək yağları ilə digər yağlarla müqayisədə daha yaxşı baş verir.
i Надоели баннеры? Вы всегда можете отключить рекламу.
Похожие темы научных работ по наукам о Земле и смежным экологическим наукам , автор научной работы — S. R. Hacıyeva, E. M. Qədirova, M. V. Bəndalıyeva, H. L. Rəfiyeva
Ətraf mühi̇ti̇n qorunmasi məqsədi̇ İLƏ aparilan ekoloji̇ moni̇tori̇nqi̇n müqayi̇səli̇ TƏHLİLİ
New surfactants based on undecanoic acids, propylene oxide, orthophosphoric acid and ethanolamines
N-alki̇lami̇nləri̇n qeyri̇-üzvi̇ kompleksləri̇ni̇n sulfatreduksi̇yaedi̇ci̇ bakteri̇yalarin həyat fəali̇yyəti̇nə və poladin karbon Qazi korrozi̇yasinin sürəti̇nə təsi̇ri̇ni̇n TƏDQİQİ
TƏBİİ mi̇neral və üzvi̇ xammal əsasinda kompleks gübrəni̇n hazirlanma texnologi̇yasinin i̇şlənməsi̇
İsti̇smar edi̇lmi̇ş aşaği sixliqli poli̇eti̇leni̇n KİMYƏVİ quruluş xüsusi̇yyətləri̇ və BƏZİ reoloji̇ XASSƏLƏRİ
i Не можете найти то, что вам нужно? Попробуйте сервис подбора литературы.
i Надоели баннеры? Вы всегда можете отключить рекламу.
СLEANING WASTEWATER CONTAMINATED WITH OIL
Has been studied absorption of two samples of Azerbaijan oil in sweet and sea water with natural oils. It has been revealed, that the process oil accumulation in hexane or heptane medium becomes more effective than without them. On the basis of visual observation of a variety of natural oils, it was found that in the sweet or sea water oil collection of oil film with soybean and castor oils are better.
Текст научной работы на тему «Neftlə çi̇rklənmi̇ş sularin TƏMİZLƏNMƏSİ üsullari»
AZ9RBAYCAN KÍMYA JURNALI № 1 2014
NEFTL9 CÍRKL9NMͧ SULARIN T9MÍZL9NM9SÍ ÜSULLARI
S.R.Haciyeva, E.M.Qadirova, M.V.Bandaliyeva, H.L.Rafiyeva
Baki Dovldr Universiteti
Redaksiyaya daxil olmu§dur 06.12.2013
Azarbaycanin iki regionundan gotürülmü? xam neftin i^mali va daniz suyunda müxtalif tsbii man§ali yaglarla absorbsiyasi tadqiq edilmi§ va malum olmu§dur ki, proses heksan va ya heptan mühitinda aparildiqda neftin toplanmasi daha effekttiv olur. Müxtalif tabii man§ali yaglarla vizual mü§ahida asasinda a§kar olunmu§dur ki, istar daniz suyu, istarsa da i?mali su üzarinda neftin toplanmasi soya va ganagar?ak yaglari ila digar yaglarla mü-qayisada daha yax§i ba§ verir.
Agar sozldr: neft, bitki yagi, sorbent, sorbsiya, heksan, heptan.
Malumdur ki, son zamanlar biosfera antropogen tasirlarin naticasi kimi, Yerin atmosfer, hidrosfer va litosfer qati müxtalif nov toksikantlarla 9irklanmakdadir. Bu baximdan ekoloji boh-ran va fasadlarin halli yollarinin ara§dirilmasi istiqamatinda yeni analiz metodlarinin va müasir tadqiqatlarin aparilmasi vacibdir. Tadqiqat9ilarin fikrinca, agar ekoloji tarazligin pozulmasinin qar§isi alinmasa, son yüzillikda Yer qabiginin temperaturu 40C arta bilar ki, bu da ekoloji falakatlara sabab olar. Onlarin fikrinca, istixana effektinin yaranmasina tasir edan asas faktorlar kimi, sanaye müassalarinin artmasi, elaca da avtonaqliyyatin atraf mühita vurdugu ziyanlardir. istixana effektini toradan qazlarin asas tarkibi metan, karbon dioksid, azot va kükürd oksidlari, freonlar va ba§qalaridir. Nanotexnologiyanin inki§af etdiyi bir dovrda, sanaye va kimya müas-sisalarinin artimi, elaca da ananavi yanacaqla i§layan avtonaqliyyatin atraf mühita manfi tasiri qlobal hesab olunacaq ekoloji tahlükanin darinla§masina takan verir. Bu isa naticada atmosferin, litosferin va hidrosferin qlobal 9irklanmasina sabab olur [1].
Baxilan maqalada hidrosfer qatinin ekoloji bohranindan bahs olunur. Hal-hazirda Dünya okeaninin 9irklanmasi problemi asas problemlardan biridir [2]. Xazardan neftin hasilati va müxtalif olkalara da§inmasi mahz su xatti ila hayata ke9irildiyindan, hidrosfer tabaqasina müxtalif xasaratlar yetirilir [3, 4]. Naticada yüksak daracada daniz suyunun 9irklanmasi, su tabaqasinin flora va faunasina olunan mahv edici tasira asasan ondan yararli istifada qeyri-mümkün olur [5]. Bela oldugu halda, hidrosfer tabaqasinin qorunmasi hal-hazirda günün aktual masalaraindan hesab olunur va suyun tamizlanmasinin hayata ke9irilmasi ü9ün samarali yollarin ara§dirilmasina gatirib 9ixarir. Müxtalif tabii va sintetik tarkibli sorbentlar vardir ki, onlardan suyun üzarinda toplanmi§ neft tabaqasinin tamizlanmasinda istifada olunur [6].
Heksan va ya heptan mühitinda tabii man§ali yaglarla su sathinda toplanan neftin effektiv toplanmasi maqsadi ila laborator §araitda bir sira tacrübalar aparilmi§dir.
Dord Petri qabindan ikisina (I, II) 40-50 ml i9mali va digar ikisina (III, IV) isa daniz suyu alava edilir. Sonra ardicilliqla har qabdaki sularin üzarina 0.4-0.6 ml (2-3 damci) Azarbaycan regionlarindan gótürülmü§ xam neft (28 may va ya Neft Da§lari nefti) alava edilir va 1 sutka müddatina mahlullar sakit vaziyyatda qalir. 1 sutka sonra neftin su tabaqasi üzarinda tam yayilmasindan sonra i9mali va daniz suyu (I, III) olan qablarin üzarina 2.5 ml heksan (heptan), daha digar i9mali su va daniz suyu olan qablara (II, IV) isa 2.5 ml 50%-li yagin heksanda mahlulu alava edilarak bir müddat (2-3 gün) saxlanilir. Bioloji man§ali tabii absorbentlar kimi günabaxan, zeytun, ganagar9ak va soya yaglarindan istifada edilmi§dir. Har dord qabin mü-qayisali tahlilina asasan demak olar ki, su üzarinda bu maddalarin nefti toplama xüsusiyyati yalniz o mühitda heksanin (heptanin) varligi ila ba§ verir. Bir ne9a gün arzinda Petri qablarina
(Л о 4^ (Л 4^ О içmoli su, ml
0.0133 0.014 0.0145 i.-*-
37.37 и> 1*) 34.22 и – В &Q Чо О
Comments are closed, but trackbacks and pingbacks are open.