ADNSU-da “Neft və qaz quyularının təmirinin texnika və texnologiyası” kitabının təqdimatı olub
Qurğuların, maxanizmlərin, kommunikasiyaların və yerüstü mədən avadanlığının qurulması sökülməsi, texniki təminatı və təmiri üzrə.
Neftin quyu il çıxarılması texnologiyası salavatov
Neftin genezisi probleminin tәkcә ümumi elmi yox, һәm dә әmәli әһәmiyyәti vardır. Bu problemin һәlli neft yataqlarının aşkara çıxarılması üçün geoloji-axtarış, kәşfiyyat işlәrini mәqsәdyönlü, düzgün elmi әsaslarla aparmağa imkan verә bilər. Ümumiyyәtlә, neftin әmәlә gəlməsi mәsәlәsindә iki әsas fәrziyyә mövcuddur. Bunlardan biri neftin üzvi, digəri isә qeyri-üzvi maddәlәrdәn әmәlә gәldiyini iddia edir. Lakin neftin «üzvi mәnşәli» olduğu mülaһizәsinә üstünlük verilir. Alimlәr müәyyәn etmişlәr ki, daş kömür vә torf kimi, neft dә üzvi maddәlәrdәn törәmiş, çox da dәrin olmayan dәniz körfәzlәrinin dibindә әmәlә gәlmişdir. Dәniz körfәzlәrinin sularında saysız-һesabsız, gözәgörünmәz infuzor, amyöb, molyusk vә mikroskopik yosunlara bәnzәr canlı orqanizmlәr yaşayırlarmış. Bu orqanizmlәrә plankton adı vermişlәr. Gözlә görünmәyәn bu canlılar yaşayır, artır vә ölürdülәr. Onların qalıqları körfәzlәrin dibinә yatırdı. Çox eһtimal, bunlara dәniz otları, balıq vә dәniz һeyvanlarının da qalıqları qarışırdı. Çayların gәtirdiklәri küllü miqdarda lil vә qumla birlikdә körfəzlәrin dibinә ölmüş planktonlar da çökürmüş. Milyon illәr әrzindә bu kiçik canlı cisimlәrdәn qalın laylar әmәlә gəlmiş, һәmin laylar çürümüş, parçalanıb dağılmış vә sonralar yaranmış layların tәzyiqi vә yüksәk temperaturunun təsirilə tәdricәn nefti әmәlә gətirən karbohidrogenlәrә çevrilmişdir.
Neftin üzvi mәnşәli olduğunu tәcrübә dә tәsdiq edir. Doğrudan da, neft yataqlarına әsas etibarilə qədim dәnizlәrin körfәzlәrindә tәsadüf olunur. Hazırda geoloqlar nefti indi yox olmuş qәdim dәnizlәrin yerindә, körfəzlәrindә axtarırlar, çünki belә saһәlәrdә neftә daһa tez-tez rast gəlmək olur.
Әlbәttә, neftin genezisi mәsәlәsindә һәlә çox şey aydın deyildir vә çox güman ki, bu problemin tam һәllini yaxın gələcəkdә gözlәmәk olmaz. Hәlә әlli il bundan qabaq mәşһur ingilis geoloqu Sidney Pauers demişdir:
« Axırıncı qallon neft yerdәn çıxarılana qәdәr onun әmәlә gəlməsi barәdә һamını eyni dәrәcәdә razı sala bilәcәk vә bütün mümkün geoloji şәrtlәrә uyğun gələn һipotez yaranmayacaqdır. »
Belәliklә, neft yer qabığının müxtәlif dәrinliklәrindә yerlәşir. Bәs neft yerin altında necә yatır?
Yer qabığı şәrti olaraq, «qranit» vә «bazalt» adlanan ayrı-ayrı qatlardan ibarәtdir. Bu qatlar müxtәlif geoloji dövrlәrdә әmәlә gəlmişdir. Geoloji dövrlәr isә milyon illәrlә ölçülür. Daһa sonra isә Yerin «mantiya» adlanan һissәsi başlanır.
Yer qabığının mantiya ilә sәrһәdi «Moxoroviçiç sәrһәdi» adlanır. Bu ad ona һәmin sәrһәdi ilk dәfә 1909-cu ildә seysmik müşaһidәlәrә әsasәn müәyyәn etmiş yuqoslav alimi Andrey Moxoroviçiçin şәrəfinә verilmişdir. Yer kürәsinin müxtәlif nöqtәlәrindә Moxoroviçiç sәrһәdinin təyini göstәrmişdir ki, yer qabığının qalınlığı eyni deyil. Mәsәlәn, okean rayonlarında Moxoroviçiç sәrһәdi 5—15 km, düzәnliklәrdә 30—40 km, dağlarda isә 50—70 km dәrinlikdә yerlәşir.
Yer qabığını tәşkil edәn qatlar müxtәlif dağ süxurlarından әmәlә gəlmişdir. Dağ süxurları, adәtәn, maqmatik (püskürmә) vә çökmә süxurlara bölünür. Maqmatik dağ süxurları Yer kürәsinin dәrin qatlarında әrimiş kütlәnin soyuması nәticәsindә әmәlә gəlir. Vulkanların püskürdüyü odlu lava da һәmin maqmatik dağ süxurlarının yaranmasına sәbәb olur. Çökmә dağ süxurları isә әsasәn maqmatik süxurlardan әmәlә gəlmişdir. Külәk, su vә yağışın təsiri, temperaturun dövri olaraq dәyişmәsi nәticәsindә maqmatik süxurlar xırda һissәciklәrә parçalanmış, çaylar vasitәsilә göllәrә, dәnizlәrә vә okeanlara axmış vә orada suyun dibinә çökәrәk laylar әmәlә gәtirmişdir.
Dәniz vә okeanlara çaylar vasitәsilә tәsәvvür olunmayacaq miqdarda qum vә lil gətirilir. Mәsәlәn, Amu-Dәrya çayı Aral gölünә һәr il 600 milyon ton lil gətirir. Çökmә süxurların belә qatlarla tәbәqәlәşmәsinә çay kәnarlarında vә dağ yarğanlarında tәsadüf olunur. Neft әsas etibarilə bu cür çökmә süxurlarda yatır.
Çökmә süxurların layları Yer qabığı vәziyyәtinin dәyişmәsi nәticәsindә sıxılır vә qırışır. Layların qırışığı yuxarıya doğru qabaranda ona antiklinal qırışıq, aşağıya çökәndә isә sinklinal qırışıq deyilir. Bәs neft bu iki növ qırışığın һansında olur?
Geoloqlar sübut etmişlәr ki, əksәr һallarda neft antiklinal qırışıqlarda toplanır. Neft suya nisbәtәn yüngül olduğu üçün antiklinal qırışığın yuxarı һissәsinә qalxır, su isә çox vaxt neftin altında olur. Lakin neftin yer altında bir göl kimi yığıldığını düşünmәk tamamilә sәһv olardı. Çünki neft, adәtәn, qumlara vә qumdaşılara һopmuş һalda olur. Әһәngdaşlar vә dolomitlәr dә neft vә qaz toplayan kollektorlar sayılır. Qumlardan vә qumdaşılarından ibarәt dağ süxurlarının içindә isә çoxlu miqdarda boşluqlar vardır. Neft dә mәһz һәmin boşluqlara yığılır. Əgər quru qumun üstünә su töksәk, o qumun һissәlәri arasındakı boşluqlara dolacaqdır. Bu qayda ilә bir stәkan quru quma tәqribәn yarım stәkan su tökmәk olar. Nefq laylarında isә boşluqların һәcmi çox böyükdür. Mәsəlәn, qalınlığı beş metr vә saһәsi bir kvadrat kilometr olan mәsamәli laya bir milyon tonadәk neft yığıla bilәr.
Neft vә qaz yataqları müxtәlif dәrinliklәrdә yerlәşir. Bəzən süxurların tәbii dağılması nәticәsindә neft vә qaz yataqları bir növ üzә — yer sәtһinә çıxır. Bu cür üzә çıxan vә ya kiçik dәrinlikdә yerlәşәn neft yataqları vaxtilә, neftin sәnaye miqyasında isteһsal olunmasına qәdәr, ibtidai üsul ilә neftçıxarmanın әsas obyektlәri olmuşdur. Belә yataqlara indi, demәk olar ki, rast gәlinmir. Hazırda әsasәn yer sәtһindәn 4—5 km vә daһa çox dәrinlikdә yerlәşәn yataqlar istismar olunur.
Neft vә qaz yataqlarının yaranması vә formalaşmasında miqrasiya prosesi müһüm rol oynayır. Miqrasiya dedikdә, süxurdakı mayelәrin qravitasiya, kapillyar, diffuziya vә s. qüvvәlәrin təsiri altında yerin tәkindә bir laydan başqa laya yerdәyişmәsi nәzәrdә tutulur. Miqrasiyada diffuziyanın rolu böyükdür.
ADNSU-da “Neft və qaz quyularının təmirinin texnika və texnologiyası” kitabının təqdimatı olub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “Neft və qaz quyularının təmirinin texnika və texnologiyası” kitabının təqdimatı olub.
ADNSU-dan Mektebgushesi.az -a bildiriblər ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə AZİİ Elektron Kitab evinin direktoru Səlahət Mahmudova “Neft və qaz quyularının təmirinin texnika və texnologiyası” kitabı haqqında ətraflı məlumat verib.
Kitabın həmmüəllifi Yusif İbrahimov neft və qaz quyularının təmirinə həsr edilmiş nəşrdə quyular, ənənəvi yerüstü və yeraltı quyu avadanlıqları, təmir avadanlıqları, quyuların təmirinin texnika və texnologiyası və digər məsələlərdən bəhs edildiyini deyib.
Professor Qafar İsmayılov, kafedra müdiri Rasim İsmayılov və digər alimlər kitabla bağlı fikirlərini bölüşüblər.
Nəşr mütəxəssis və tələbələr üçün nəzərdə tutulub.
Like this:
Like Loading.
Related
- ← Növbəti SAT imtahanı keçiriləcək
- ABŞ-da ezamiyyətdə olan Başkənd Tibb Universitetinin azərbaycanlı dosenti →
Ən çox oxunanlar
- Ekspert Nadir İsrafilovda. Təhsil üzrə tanınmış ekspert Nadir İsrafilov son günlə.
- 281 nömrəli tam orta məkt. Suraxanı rayon Vaqif Mirzəliyev adına 281 nömrəli tam.
- 323 nömrəli tam orta məkt. Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəl.
- BDU-da “Kağız qəbir” film. Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 2.
- 335 abituriyent elektron. İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabi.
- 192 tələbə kollec, 960 tə. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhs.
- ADNSU-da millət vəkili El. Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Univers.
- 278 saylı orta məktəbdə k. mektebgushesi.az xalqxeber.az-a istinadən verdiyi məlum.
- Vakant direktor vəzifələr. Dövlət ümumi təhsil müəssisələrində vakant direktor və.
- Bu gün Beynəlxalq Təhsil. UNESCO-nun baş direktoru Odri Azule 24 yanvar – Beynəl.
- ADPU-da Xocalı soyqırımın. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU.
- 34041 abituriyent II və I. Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2017/2018-ci.
- Kamran Əsədov: Müəllimlər. Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli v.
- 220 nömrəli məktəb-liseyd. “Dolu” filminin məşhu aktyoru “Drakon” obrazını.
- 298 nömrəli məktəbdə Əlia. Paytaxtdakı 298 nömrəli tam orta məktəbdə Əliabbas Müzn.
- “Gender bərabərliyi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Q.
- Bakı Ali Neft Məktəbində. Bakı Ali Neft Məktəbində (BANM) məşhur şotland.
- 230 nömrəli məktəbdən vıı. Bakıdakı 230 nömrəli tam orta məktəbin 8-ci sinif şagi.
- SDU-da Elektron İdarəetmə. Sumqayıt Dövlət Universitetində ali təhsil ocağının pro.
- 321 nömrəli məktəbdə şagi. 321 nömrəli tam orta məktəbdə şagirdin müəllimi tərəfi.
- “Macara” barədə iddialar. Bu günlərdə “Rövnəq Abdullayev və Mikayıl İsm.
- 2068-ci ildə asteroid Yer. 2068-ci ildə “Apofis” asteroidi Yerlə toqquşacaq. M.
- 1941-1945-ci illər Böyük. 1941 – 1945 – ci illər Böyük Vətən müharibəsində qazanı.
- Rövşən Ağayev:- “280. “İl ərzində 2 dəfə tələbə olmaq istəyənlərə şans tanıma.
- Uşaqlara işgəncə verilən. Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı idd.
Arxiv
VOEN 1303384232
12.08.2013 – cu ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Mətbu nəşrləri reystrinə daxil edilmə nömrəsi: N3782
Məktəb guşəsi saytı 2016 – cı ildən fəaliyyət göstərir.
Bütün hüquqlar qorunur ©
Əlaqə
- Bakı şəhəri, H. Əliyev küç ev 92a mən 31
- [email protected]
- +994 070 320 38 51
- +994 55 774 84 44
Neftin quyu il çıxarılması texnologiyası salavatov
Azərbaycan Respublikası Ədliyyə
30 iyun 1998-ci il tarixdə qeydiyyata
Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi
19 iyun 1998-ci il tarixli 13-5
nömrəli qərarı ilə təsdiq
AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN
SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ
19 iyun 1998-ci il N 13-5
Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan
fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu
kitabçasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə Ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası
QƏRARA ALIR
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqdim etdiyi “Azərbaycan Respublikasının neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif İxtisas Sorğu kitabçası”nın (hissə 6> – “Quyuların qazılması; neft və qaz hasilatı” bölmələri təsdiq edilsin.
2, SSRİ Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin və ÜHİMŞ-nin 16 yanvar 1986-cı il tarixli 13/2-36 №-li qərarı ilə təsdiq edilmiş fəhlə peşələri və işlərin Vahid Tarif ixtisas sorğu kitabçasının (hissə 6) – “Quyuların qazılması; neft və qaz hasilatı” bölmələri Azərbaycan Respublikası ərazisində öz qüvvəsini itirmiş hesab edilsin.
Kollegiyanın sədri prof. Ə.Nağıyev
Azərbaycan Respublikasının neft sənayesi
sahəsinə aid olan fəhlə peşələri və işlərin
Vahid Tarif-İxtisas Sorğu kitabçası
neft və qaz hasilatı
Fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası (VTİSK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika Təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında” qərarının icrası ilə əlaqədar işlənib hazırlanmışdır.
VTİSK fəhlə peşələri və işlərin tarifləşdirilməsi və dərəcələrin təyin edilməsi üçün nəzərdə tutulmuş vahid normativ sənəddir.
Fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasının “Quyuların qazılması; neft və qaz hasilatı” bölmələri gələcəkdə əməyin təşkili və normallaşdırılmasının səmərəliliyinin yüksəldilməsini nəzərə alaraq işlənib hazırlanmışdır.
Sorğu kitabçasının bölmələrində oxşar işlərin tarifləşdirilməsi təkmilləşdirilmiş, elmi-texniki tərəqqinin təsiri ilə əlaqədar olaraq fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərinə, məhsulun keyfiyyətinə, fəhlələrin ümumi və xüsusi təhsilinə, biliyinə və ixtisasına artan tələbat dəqiqləşdirilmişdir.
Vahid Tarif-İxtisas Sorğu kitabçasında istehsalın və iş tərzinin hansı birliyin müəssisələrində olmasından asılı olmayaraq tarif-ixtisas xüsusiyyətləri istehsal və iş tərzləri üzrə hissələr qruplaşdırılmışdır.
Bu kitabçadakı bölmələrə həmin istehsal və yaxud iş tərzi üçün səciyyəvi olan fəhlə peşələri daxil edilmişdir. Fəhlə peşələri üzrə tarif-ixtisas xüsusiyyətləri vahid tarif cədvəlinin əsasən 6 dərəcəsi üzrə tətbiq edilərək işlənib hazırlanmışdır. İşlərin dərəcələri bir qayda olaraq iş şəraiti nəzərə alınmadan onların mürəkkəbliyi üzrə qurulmuşdur.
Bütün peşələrin tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissələrində peşələr üzrə yerinə yetirilən işlər üzrə biliyə olan tələblərdə təhlükəsizlik texnikası və yanğına qarşı təhlükəsizlik qaydalarını, yerin təkini və ətraf mühitin mühafizəsi tədbirlərini bilməyin vacibliyi nəzərdə tutulur: avtomaşın və yaxud traktor idarə olunması lazım kələn peşələrdə fəhlələrin müvafiq hüquqi icazəsi olmalıdır.
Bölmənin sonunda mürəkkəblik kateqoriyalarına aid etmək üçün quyuların təmirinin tipik göstəriciləri, həmçinin fəhlə peşələrinin əlifba sırası ilə adı və indiyədək qüvvədə olan peşə adları və dərəcələr diapazonu müqayisəli cədvəllə verilmişdir.
QUYULARIN QAZILMASI TARİF İXTİSAS XÜSUSİYYƏTLƏRİ
1. BORULARI KİPLİYƏ YOXLAYAN
İşin xüsusiyyəti . Quyuların qazılmasında işlədilən bütün mövcud tipli və ölçülü boruların 30 MPa qədər (300 kq q/kv. sm) təzyiqlə kipliyə yoxlanması. Yükqaldırıcı mexanizmlərin vasitəsi ilə boruların kipliyə yoxlama yerinə verilməsi. Onların kipliyə yoxlama yerinə diyirləndirilməsi, yoxlamadan əvvəl qoruyucu halqaların və nippellərin açılması, yivlərin yağlanması, kipliyə yoxlamadan sonra üzüklərin bağlanması, şablonla yoxlayıb boruların ştabellərə qalanması. Kipliyə yoxlama avadanlığının sökülüb-yığılmasında və avadanlığın kipliyə yoxlama aparmaq üçüm hazırlanmasında, avadanlığım və alətlərin profilaktik və cari təmirində iştirak edilməsi. İlkin sənədləşmənin aparılması.
Bilməlidir . Boruların kipliyə yoxlanması texnologiyası və qaydaları; kipliyə yoxlama avadanlığının, yükqaldırıcı maşınların və kiçik mexanizasiya elementlərinin təyinatı, quruluşu və texniki xarakteristikası; boruların kipliyə yoxlama armaturasının, kalibrlərin, şablonların və şupların tipləri və ölçüləri; nəzarət-ölçü cihazlarının təyinatı və işləmə prinsipi; elektrotexnikanın əsasları, çilingər işi. Boruları 30 MPa-dan (300kqq/kv. sm) artıq təzyiqlə kipliyə yoxladıqda- 4-cü dərəcə.
2. VIŞKA QURAŞDIRAN
İşin xüsusiyyəti . Vışkaların və vışkayanı tikililərin quraşdırılıb sökülməsi, qazma və güc avadanlığının və mexanizmlərin yığılması, sökülməsi və nəql edilməsi zamanı qazıma qurğusunun altı üçün xeyli yüksək ixtisaslı vışka quraşdıran fəhlənin rəhbərliyi altında beton döşəmə qurulması; ehtiyat tutumlar və gil quraşdırıcıların altı üçün özül və meydançalar düzəldilməsi, mexanizmlərin hərəkət edən hissələri üçün çəpərlərin qurulması. Vışkaların mərkəzləşdirilməsi və bərkidilməsi üçün lövbərlər qurulması. Qazıma avadanlığının yağlanması; köməkçi avadanlığın nəql edilmək üçün hazırlanması; hündürlüyü 15 m-ə qədər olan vışkalar vasitəsilə geoloji-kəşfiyyat qazıması üçün qazıma qurğusunun sökülməsi, nəql edilməsi və quraşdırılması.
Bilməlidir. Qazıma qurğularının, mexanizmlərinin və avadanlığının təyinatı; vışkaların detalları və əsasları, özüllərin və vışkayanı tikililərin konstruktiv qovşaqları; anbarlar və işçi meydançaları və s. üçün tikiləcək çəpərlərin ölçüləri; çilingər və dülgər alətlərindən istifadə edilməsi qaydaları; yükləmə-boşaltma işlərinin aparılması və yüklərin nəql olunması qaydaları.
3. VIŞKA QURAŞDIRAN
İşin xüsusiyyəti . Qazıma qurğuları, qazanxana qurğuları, su nasosxanaları, yanacaq-yağ qurğuları, elektrik qazıma mühərriki (elektrobur) ilə qazıma avadanlığı blokları, güc, nasos, enerji, vışka-bucurğad blokları, qazıma məhlulunun təmizlənməsi sisteminin metal keçid meydançaları, pilləkənlərin, trapların və çəpərlərin quraşdırılması, sökülməsi və nəql edilməsi. Qazıma qurğusunun altı üçün beton örtüyünün qurulması. Vışkanın və vışkayanı tikililərin yığılması və sökülməsi zamanı torpaq, beton, çilingər, dülgər və yükləmə-boşaltma işlərinin yerinə yetirilməsi; daha yüksək ixtisaslı vışka quraşdıranın rəhbərliyi altında qazıma avadanlığı və vışkayanı tikililərin özüllərinin yerləşdirilmə yerlərinin müəyyən edilməsi. Buxar və su xətlərinin çəkilib qoşulması, hündürlüyü 15 m-dən artıq olan vışkada geoloji-kəşfiyyat qazıma qurğularının sökülməsi, aparılması və yığılması.
Bilməlidir. Qazıma qurğularının yığılması, sökülməsi və nəql edilməsi üsulları; qazıma avadanlığının və kommunikasiyanın yerləşdirilmə sxemi; vışka quraşdırmada istifadə olunan mexanizmlərin texniki xarakteristikası; nəzarət-ölçü cihazlarının yerləşdirilməsi; kiçik ölçülü yüklərin qaldırıcıya ilişdirilməsi, qaldırılması və aparılması; kran maşinistləri üçün şərti siqnalizasiya.
4. VIŞKA QURAŞDIRAN
İşin xüsusiyyəti . Qazıma vışkalarının, vışkayanı tikililərin, vışkaların qaldırılması və endirilməsi mexanizmlərinin, qazıma məhlulunun dövr etmə sistemi avadanlığının, ehtiyat tutumlar bloku, enerji bloku və avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinin qurulması. sökülməsi və nəql edilməsi. Qazıma avadanlığı və vışkayanı avadanlığın özül yerlərinin müəyyən edilməsi. Dizellər üçün işlənmiş qazların, yanacaq, su və yağ xətlərinin çəkilməsi və bir-biri ilə qovuşdurulması. Xətlərin və rezervuarların 1,6 MPa-dan 2,6 MPa qədər (16 kq q/kv sm-dən 26 kq q/kv sm-ə qədər) kipliyə yoxlanması. Qazıma vışkası, qazıma güc avadanlığı ayrı-ayrı qazıma bloklarının mərkəzləşdirilməsi. Geoloji-kəşfiyyat qazmasında işlədilən bütün tiplərdən və konstruksiyalardan olan vışkalarla quyu qazmaq üçün qazıma qurğularının sökülməsi, nəql edilməsi və quraşdırılması zamanı vışkaquraşdırma briqadasına rəhbərlik etmək.
Bilməlidir. Qazıma, qurğularının quraşdırılması, sökülməsi və nəql edilməsi; mexanikləşdirə və avtomatlaşdırma kompleksinin konstruksiyası; qaldırma-endirmə əməliyyatı mexanizmlərinin kompleksinin təyinatı və texniki xarakteristikaları; buxar-su təchizatı, elektrik enerjisi təchizatı, sıxılmış hava, iş yerinin və mexanizmlərin qızdırılması kommunikasiyalarının sxemi; yükqaldırıcı mexanizmlərin tətbiqi ilə yük qaldırdıqda burazla bağlamaq və takelaj işlərinin aparılması qaydaları.
5. VIŞKA QURAŞDIRAN
İşin xüsusiyyəti . Əsas texnoloji avadanlığın, qazıma prosesini idarə etmə yerində fırlanan kranların, qazıma qurğularının bloklarını örtmək üçün metal örtüklərin, qazıma alətinin endirilib-qaldırılması üçün avtomatların və avtomatlaşdırma vasitələrinin sökülməsi və quraşdırılması. Pnevmatik şinli muftalarım qurulması və sökülməsi. Aya bənzər və qüllə tipli 45 m-ə qədər hündürlükdə vışkaların quraşdırılması və sökülməsi. Manifoldun qoyulması və birləşdirilməsi. Xətlərin və rezervuarların 1,6 MPa (16 kğ q/kv. sm)-dən artıq təzyiq altında kipliyə yoxlanılması. Qazıma avadanlığının, qazıma və güc qurğusunun ayrı-ayrı hissələrinin qaldırılıb özüllər üzərinə qoyulması. Qaldırma-nəql etmə vasitələrinin köməkliyi ilə blokların baş-başa çatılması. Vurucu xətlərin və manifoldun yığılması və 15 MPa (150 KQS/kv sm) təzyiqə qədər kipliyə yoxlanılması. Güc ötürücülərinin mərkəzləşdirilməsi. Qazıma avadanlığının və vışkaların konservasiyadan çıxarılması və sınanması. Nominal yükqaldırma gücü 100 tona qədər olan qazıma avadanlığının qurulması, sökülməsi və nəql edilməsi zamanı vışka quraşdırma briqadasına rəhbərlik etmək.
Bilməlidir. Bütün tipli qazıma qurğularının qurulmasının sənaye üsulları; qazıma qurğularının, qazma avadanlıqlarının qurulma və sökülmə zamanı işlədilən mexanizmlərin konstruksiyası; yüksək və alçaq təzyiqli boru xətlərinin, yanacaq sisteminin, nəzarət-ölçü cihazları və avtomatika sisteminin konstruksiya şin-inevmatik muftaların qurulması və sökülməsi; avadanlıq və vışkaların mərkəzləşdirilməsi və sınanması üsulları; elektrik-qaynaq və elektrik-quraşdırma işlərinin aparılmasının əsas qaydaları; hidrosiklon və deqazasiya qurğuları.
6. VIŞKA QURAŞDIRAN
İşin xüsusiyyəti . Qazıma qurğusunu quraşdırmaq üçün qəbul edilməsi və quraşdırıldıqdan sonra istismara verilməsi. A-ya bənzər və hündürlüyü 45 m-dən çox olan qüllə tilli vışkaların quraşdırılması və sökülməsi. Təzyiqi 15 MPa-dan (150 kq q/kv sm) artıq olan vurucu xətlərin və manifoldların yığılması və kipliyə yoxlanması. Qazıma qurğusu avadanlığının yerləşdirilməsinin nümunəvi sxeminin yerli şəraitə uyğun yerləşdirilməsi. Qazıma qurğusu bloklarının nəql edilməsi yolunun seçilməsi. Sxem üzrə qazıma avadanlığının, qaldırıcı-nəqledici vasitələrin və materialların yerləşdirilməsi; tal sisteminin qurulması. Qazıma qurğusunun yoxlanılmaq üçün işə salınması. Qazma qurğusu üçün lazım olan sənədlərin hazırlanması. Nominal yük qaldırma qabiliyyəti 100 tondan artıq olan qazıma qurğusunun quraşdırılması, sökülməsi və nəqli-zamanı vışka-quraşdırma briqadasına rəhbərlik etmək.
Bilməlidir. Qazıma qurğusunu quraşdırmaq üçün qəbul edilməsi və quraşdırıldıqdan sonra istismara verilməsi; tikinti meydançasında qazıma qurğusu avadanlığının yerləşdirilməsi sxemi; tikinti-quraşdırma materiallarının və avadanlığın səmərəli yerləşdirilməsi; yerin relyefi və torpaq şəraitinin vışkanın çəkilməsi üsullarına və yolun seçilməsinə təsiri; qazıma qurğularının tikilməsi zamanı iş yerinin təşkilinin nümunəvi layihələri və şəbəkə planlaşdırması.
7. VIŞKA QURAŞDIRAN-QAYNAQÇI
İşin xüsusiyyəti . Qazıma və güc avadanlığının, qazıma qurğusunda keçid meydan-çaları, metal döşəmələri, nov sisteminin, örtüklərin, hava, yağ və sairboru kəmərlərinin düzülməsi üçün kronşteylərin quraşdırılmasında və sökülməsində elektrik və qaz qaynağı işləri, profilli və növlü metaldan qapaqlar, tutumlar, qapaqların böyürlərinin qazla kəsilməsi, fırlanan hissələrin örtüklərinin və idarəetmə pultlarının çərçivələrinin qaynaqlanması. Səpələnən materialların reagentləri və su üçün təzyiqsiz boru xətlərinin çəkilməsi. Elektrik qaz qaynağı aparatlarına xidmət edilməsi, qazıma qurğularının quraşdırılması, sökülməsi və nəql edilməsi.
Bilməlidir. Metalların xüsusiyyətləri haqqında əsas məlumatı, elektrik və qaz qaynağı işlərinin aparılması qaydaları; istifadə olunan elektrik və qaz qaynağı işlərinin aparatlarının tipləri və quruluşları; onların işləmə prinsipi və istismar qaydaları; qaynaq işləri üçün işlədilən alətlər və materillar; qazıma və güc avadanlığının yerləşdirilməsi sxemi; istifadə olunan qazıma qurğularının və avadanlıqlarının texniki xarakteristikası və təyinatı; elektrotexnikanın əsasları; qazıma qurğularının quraşdırılması. və sökülməsi üsulları, kiçik ölçülü yüklərin burazla götürülməsi, qaldırılması və aparılması üsulları .
8. VIŞKA QURAŞDIRAN-QAYNAQÇI
İşin xüsusiyyəti. Müxtəlif poladlardan qazıma qurğularının, tutumların və boru kəmərlərinin qurulması, sökülməsi zamanı bütün fəza vəziyyətlərində elektrik və qaz qaynağı işləri. Dizellərin qaz atqı kollektorlarının qaynaq edilməsi, boru kəmərləri, nəqliyyat qoşquları, daxili və xarici qaz və istilik xətlərinin altı üçün dayaqlar düzəldilməsi. Çuqundan olan çərçivələrin və məmulatların qazla kəsilməsi. Profilli yayma metaldan qazıma vışkasının qaynaq edilməsi. Qazıma qurğusunun ilkin qurulması zamanı qaynaq edilmiş mürəkkəb metal konstruksiyaların rəsmlərinin oxunması. Qazıma qurğusu tikildiyi zaman, vışkanın qaldırılması və endirilməsi mexanizmlərinin, ehtiyat tutumlar blokunun quraşdırılması və bu kimi bir sıra işlər görüldükdə quraşdırma və səkmə işlərinin icrası.
Bilməlidir. Cürbəcür elektrik və qaz qaynağı cihazlarının quruluşu; qaynaq tikişlərinin sınanma qaydaları; qaynaq tikişlərində qüsurların növləri və onların aradan qaldırılması üsulları; qaynağın rejimi; avadanlıq və kommunikasiyaların yerləşdirilməsi sxemi; qazma qurğusunun quraşdırma və sökülmə qaydaları; su-buxar təchizatı kommunikasiyalarının sxemi.
9. VIŞKA QURAŞDIRAN-QAYNAQÇI
İşin xüsusiyyəti . Qazıma qurğularının, qazanların, vışkanın yükaparan qovşaqlarının və özüllərinin, boru xətlərinik və 15 MPa (150 kq q/kv sm) qədər təzyiqdə işləyən cürbəcür poladdan hazırlanmış yüksək dinamik və vibrasiya altında işləyən manifolların, tutumlar üçün oturacaqların, kil qarışdırıcıların, qazıma məhlulunun, dövretmə sistemlərinin, məhlul hazırlama bloklarının quraşdırılması və sökülməsi zamanı qaynaq tikişinin bütün fəza vəziyyətlərində elektrik və qaz qaynağı işlərinin aparılması. Qazıma nasoslarının çuqundan hazırlanmış hidravlik hissəsində və gövdələrində yaranmış çatların qaynaq edilməsi. Elektrik xətlər dayaqlarının tikilməsində qaynaq işlərinin aparılması. Manifolların qoyulması və əlaqələndirilməsi. Blokların qaldırıcı nəqliyyat vasitəsi ilə birləşdirilməsi və digər analoji işlərin görülməsi.
Bilməlidir. Müxtəlif qaynaq maşınlarının və aqreqatların elektrik sxemi və konstruksiyası; aşqarlanmış poladlar da daxil olmaqla qaynaq olunan materiallarım texnoloji xüsusiyyətləri; qaynaq tikişinin aparılmasının texnoloji ardıcıllığının və qaynaq rejiminik seçilməsi; xüsusi mürəkkəb konstruksiyaların cizgilərinin (çertyojlarının) oxunması; qazma qurğularının texniki xaraketristikaları və onların vəzifələri; qazıma bloklarının və avadanlığın quraşdırılması, sökülməsi və nəqli üçün vasitələri; qazıma qurğusunun yerləşdirilməsi və əlaqələndirilməsi; qazıma qurğularının tikilməsinin sənaye üsulları.
10. VIŞKA QURAŞDIRAN-QAYNAQÇI
İşin xüsusiyyəti . Qazıma qurğularının yüksək təzyiq altında güclü vibrasiya şəraitində işləyən qazıma qurğusunun (manifoldlar, dayaqlar) texnoloji xətlərinin, vışkanın yüksək dinamik yüklər altında işləyən əsas birləşmələrinin, qazıma qurğularının, güc intiqalı üçün magistral boru xətlərinin və 15 MPa (150 kq q/t sm)-dən artıq təzyiqdə işləyən boru xətləri və manifoldların, ağır dizel mühərriklərinin gövdələrinin və hava yığıcılarının quraşdırılması və sökülməsi zamanı qaynaq tikişinin bütün fəza vəziyyətlərində elektrik və qaz qaynaq işlərinin aparılması. Qazma qurğusunun quraşdırma və sökülmə işlərinin aparılması.
Bilməlidir. Elektrik qaz qaynağı işlərinin texnologiyası; qaynaq birləşmələrinin termiki işlənmələrinin növləri; qaynaq tikişlərini metalloqrafiyası haqqında məlumatı ; qaynaq üçün hazırlamaların növləri və hava şəraitinin qaynaq tikişinin keyfiyyətinə təsiri; korroziyanın növləri; onu törədən amilləri və qorunma üsulları; qazıma və güc avadanlığının yerləşdirilməsi və əlaqələndirilməsinin mövcud sxemləri; qazıma şəraitində yük aparan konstruksiyaların sınanma üsulları; qazıma qurğuları tikilməsində quraşdırma və sökmə işlərinin texnologiyası.
11. VIŞKA QURAŞDIRAN-ELEKTRİK MONTYORU
İşin xüsusiyyəti . Gücü 100 KVt-a qədər olan daimi və dəyişən cərəyan elektrik avadanlığının quraşdırılması, tənzimlənməsi və təhvil verilməsi. Məhlul hazırlayan və təmizləyən blokların hidrosiklon qurğusunun qazıma. zamanı quyunun doldurulması sisteminin qrup halında olan açıcılarının yığılması və sökülməsi. Qazıma qurğusunun elektrik təchizatı xətti altında boru və qutuların qurulması. Bölüşdürücü şitlərin (lövhələrin) və elektrik şkaflarının, şin yığımlarının, reostatların, torpaqlayıcı xətlərin və işəsalma nəzarətçilərinin quraşdırılması və sökülməsi. Təsdiq olunmuş sxem üzrə qazıma qurğusunun işıqlandırılması üçün işıqlandırıcı lampaların yoxlanılması və qurulması. Elektrik mühərriklərində yastıqların dəyişdirilməsi. Daha yüksək ixtisaslı vışka quraşdıran montyorun rəhbərliyi altında gücü 100 KVt-dan artıq elektrik avadanlığının quraşdırılması, yığılması, tənzimlənməsi və təhvil verilməsi. Qazıma qurğusunun bloklarının quraşdırılması sökülməsi, qazıma avadanlığının nəql edilməsi və başqa bu kimi işlərin görülməsi.
Bilməlidir. İcra etdiyi iş həcmində elektrotexnikanın əsasları; gücü 100 KVt-a qədər qazıma qurğularını əsas elektrik avadanlıqlarının təyinatı və texniki xarakteristikaları. Nəzarət ölçü cihazları; buruqda elektrik cihazlarının və avadanlığın yerləşdirilməsi sxemi; elektrik avadanlığının quraşdırılması zamanı işlədilən materiallar və onların xüsusiyyətləri; elektrik güc və işıqlandırma xətlərinin quraşdırılması və sökülməsi qaydaları; qazıma qurğularının quraşdırılması, sökülməsi və nəql edilməsi üsulları.
12. VIŞKA QURAŞDIRAN-ELEKTRİK MONTYORU
İşin xüsusiyyəti . Gücü 100 KVt-dan yuxarı sabit və dəyişən cərəyan elektrik avadanlığının quraşdırılması, yığılması tənzimlənməsi və təhvil verilməsi. Qazıma qurğusunda yüksək gərginlikli paylayıcı qurğular komplektinin qurulması; bucurğadı hərəkətə gətirən asinxron mühərriklərin və nasosları işlədən sinxron mühərriklərinin quraşdırılması, sökülməsi və tənzimlənməsi. Dizel elektrik aqreqatlarının paylayıcı lövhələrində üç zolaqlı avtomatların, köməkçi bucurğadın elektrik mühərrikini idarə etmək yumruqla kontrollerlərin, elektrik dövrələrində cərəyanın kommutasiyası üçün komandoaparatların qoyulması və tənzimlənməsi; elektrik kabellərində damarların markalanması və nəzarət kabellərinin çəkilməsi; nəzarət kabellərinin damarlarını birləşdirmək üçün toplama sıxaclarının qoyulması. Kabelin novlara və bloklara qoyulması, açılması, canlanması və xətti sonuncu mufta və sıxac uclarının quraşdırılması. Hərarət, cərəyan və vaxt relesinin tənzimlənməsi. Dönən kranların elektrik avadanlığının, rele-kontaktorla idarəetmənin ikinci kommutasiya sxeminin quraşdırılması və endirilməsi üçün mexanizilərin quraşdırılması, sökülməsi .və nəql edilməsi.
Bilməlidir. G ucü 100 KVt-dan yuxarı quraşdırılan elektrik avadanlığının quru luşu, təyinatı və texniki xarakteristikaları; elektrik avadanlığının elektrik xəttinə qoşulması sxemi; elektrik avadanlığının, nəzarət-ölçü və işəsalma-tənzimləmə cihazlarının quraşdırma ardıcıllığı; elektrik avadanlığının kommutasiyası; elektrik sxemlərinin qoşulmasının düzgünlüyünün yoxlanılması üsulları; qazıma qurğusunun quraşdırılması, sökülməsi və nəql edilməsi üsulları və qaydaları.
13. VIŞKA QURAŞDIRAN-ELEKTRİK MONTYORU
İşin xüsusiyyəti. Yüksək gərginlikli avadanlığın quraşdırılması, sökülməsi, sınanması və yığılması. Qazıma prosesinə nəzarət stansiyalarında ikinci kommutasiya və rele qoruyucularının elektrik dövrələrinin, balta veriminin tənzimləyəcisinin, qaldırma-endirmə əməliyyatı avtomatlarının sökülməsi və yığılması. Bucurğadın baş intiq alının tormoz sisteminin; son ayırıcıların və maqnit işəsalıcılarının elektrik dövrələrində işəsalma-tənzimləmə cihazlarının qurulması. Asinxron və sinxron elektrik mühərriklərinin, güc və nəzarət kabellərinin verilmiş sxem üzrə dövrəyə qoşulması, rele-kontaktorlu və tiristorlu idarəetmənin ikinci kommutasiya sxemlərinin quraşdırılması. Məsafədən idarəetmə sxeminin quraşdırılması və sınanması. Güc transformatorlarının, endirmə-qaldırma əməliyyatı aparan avtomatların, asinxron və sinxron elektrik mühərriklərinin. quraşdırılması. Quraşdırma işləri zamanı elektrik avadanlığının elektrik sxemlərində zədələnmə və defektlərin aşkar edilməsi, Elektrik avadanlığının işlədilib yoxlanılması və istismara verilməsi. Qazıma prosesinin idarəetmə lövhəsinin (pultunun) quraşdırılması və sökülməsi. avadanlığın konservasiyadan işə buraxılması və sınanması.
Bilməlidir. Mürəkkəb qoşulma sxemi olan yüksək gərginlikli daimi və dəyişən cərəyan avadanlıqlarının, aparat və cihazların dövrəyə qoşulması sxemi; qazıma qurğularının elektrik avadanlığının texniki xarakteristikaları; avadanlığın yerləşdirilməsi zamanı elektrik çertyojlarının oxunması; müqavimət və izolyasiyanın ölçülməsi üsulları; qazıma qurğusunun içində və ondan kənarda ayrıca qoyulmuş avadanlığın torpaqlanması kontorunun hesablanması; yüksək gərginlikli kabellərin calanması və mufta qoyulması; qazıma avadanlığının və qazıma qurğularının konstruksiyası.
14. QAZIMAYA XİDMƏT EDƏN ÇİLİNGƏR
İşin xüsusiyyəti. Qazma alətinin aromatik endirilməsi və qaldırılması mexanizmləri kompleksi ilə pnevmoidarə və onun qazıma bucurğadının bloklama qurğusu ilə vurma manifoldu ilə tullantılara qarşı avadanlıqla və onu idarəetmə sistemi ilə avtomatik qazıma açarları ilə baltanın verimini tənzimləyicisi intiqalı ilə nəzarət-ölçü cihazları, deqazatorlar, məlulu mexaniki quraşdırıcılarla, məhlul hazırlama qurğuları ilə köməkçi bucurğad və yükqaldırıcı kranlarla təmin olunmayan qazıma qurğularına xidmət və avadanlığın cari təmiri. Qoruyucu kəmərlərin buraxılmasında, quyuağzının təchiz edilməsində, fontan armaturasının quraşdırılması və qoyulmasında, qazıma qurğularının quraşdırılmasında və sökülməsində iştirak etmək.
Bilməlidir. Neftə, qaza , termal və yad-brom sularına və başqa faydalı qazıntılara quyular qazılmasının texnoloji prosesi haqqında ümumi məlumat, qazıma avadanlığının endirilib qaldırılması üçün mexanizmlər kompleksinin, pnevmoidarə sistemi və onun bloklanmasının, qazıma bucurğadı intiqalı vurucu manifold kardan örtülməsi tullantıya qarşı avadanlığının və onun idarə edilmə qurğuları, baltanın verilməsinin tənzimləyicisi, nəzarət-ölçü cihazları və buruqlarda qoyulan avadanlıqlarının təyinatı, quruluşu və texniki xarakteristikası, sürtgülərin növü.
Alətin avtomatik endirilməsi və qaldırılması üçün mexanizm kompleksi ilə təmin olunmuş qazıma qurğuları ilə quyular qazılmasında – 5-ci dərəcə.
15. QAZILMAYA XİDMƏT EDƏN ELEKTRİK MONTYORU
İşin xüsusiyyəti. Qazıma qurğularının elektrik avadanlıqlarına, 6 kv gərginliyinə qədər paylayıcı qurğulara, gərginliyi idarə stansiyalarına, nasoslara, bucurğada və başqa avadanlığın ötürücü intiqalına, balta vermənin tənzimləyən idarə stansiyalarına, endirmə-qaldırma əməliyyatları avtomatının elektrotozlu tormozuna xidmət edilməsi: ikinci kommutasiya və rele qoruyucusu sxeminə xidmət edilməsi: cərəyan, differensial və s. 6 kv qədər gərginlikdə işləyən aftomatik tənzimlənən elektrik avadanlığına və inteqallara xidmət edilməsi. Qazıma quğularının bütün elektrik avadanlığına və intiqallara xidmət edilməsi. Qazıma qurğularının bütün elektirik avadanlığının və torpağa birləşdirilən qurğularının quraşdırmadan sonra qəbul edilməsi mühəndis-texniki personalın nəzarəti altında elektrik mühərriklərinin sınağa buraxılması. Elektrotexniki avadanlığın mürəkkəb sxemlərinin və qurğularının yoxlanılması və nasazlıqların aradan götürülməsi. Kontaktsız elementlərlə icra olunmuş elektrik mühərriklərinin mürəkkəb idarəetmə sxemlərinin (tiristorlu sxemlərdə) yoxlanılması nasazlıqların aradan qaldırılması. Cərəyan və gərginliyə görə əks əlaqəli elektrik-maşın idarə sistemi ilə idarə edilən aqreqatların elektrik avadanlığına xidmət edilməsi. Elektrik qazanlarına xidmət və onların təmir edilməsi. Müxtəlif rejimlərdə və yüklərdə güc əmsalının yaxşılaşdırılması üçün tədbirlərin işlənib hazırlanması. Qazıma prosesində elektrik avadanlığının paylayıcı qurğularının təmiri və onun fasiləsiz işinin təmin edilməsi.
Bilməlidir : Neftə, qaza, termal sulara və başqa faydalı: qazıntılara quyular qazılmasının texnoloji prosesi haqqında ümumi məlumat, elektrotexnikanın, telemexanikanın və elektronikanın əsasları; müxtəlif elektrik maşınlarının, aparatların, ölçü, avtomatik tənzimləmə və telemexanika cihazlarının quruluşu və elektrik sxemləri; elektrik avadanlığının, kabel və hava şəbəkəsinin sınaqdan keçirilməsi üsulları, xidmət edilən sahənin və hər bir buruq sahəsini tam elektrik sxemi; mürəkkəb elektrik cihazlarının sazlanma və təmir qaydaları; ölçücü, qaynaqedici və güc transformatorları, düzləndiricilər, avtomatik tənzimləmə cihazları, nasos mühərriklərinin, bucurğadın, rotorun, balta verimi avtomatının idarə olunması üçüm tiristor sxemləri, dəyişdiricilərin və müxtəlif tipli generatorların iş prinsipi; buruq şəraitində elektrik maşınlarının və aparatların hissələrinin dəyişdirilməsi üsulları; güc əmsalının artırıLması uçun statik kondensatorlara olan tələbatın hesablanması; nəzarət-ölçü cihazlarının sazlanma-tənzimlənmə qaydaları. Əsas aqreqatları hərəkətə gətirmək uçun gücü 32- kVt-a qədər asinxron elektrik mühərrikləri işlədilək quyuların qazılmasında (320 kVt daxil olmaqla) – 4-cü dərəcə.
Əsas aqreqatları hərəkətə gətirmək üçün yüksək gərginlikli. sinxron elektrik mühərrikləri, yaxud gücü 320. kVt-dan yuxarı sinxron və asinxron elektrik mühərrikləri işlədilən quyuların qazılmasında – 5-ci dərəcə.
16. QAZIMA QURĞUSUNUN MOTORÇUSU
İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı motorçunun rəhbərliyi altında ümumi gücü 1000 kVt-a qədər olan qazıma qurğusunun mühərriklərinə, güc və dizel-elektrik aqreqatlarına, yanacaq-yağ qurğularına, kompressorlarına, pnevmatik sisteminə, transmissiyasına və elektrik avadanlığına xidmət edilməsi və təmiri. Mühərriklərin yağlanması, yanacaqla, yağla, soyuducu maye ilə təmin edilməsi. Qazıma avadanlığının və mühərriklərin quraşdırılması, sökülməsi və nəql edilməsində iştirak.
Bilməlidir : qazıma avadanlığının, mühərriklərin, güc aqreqatlarının və ötürücü qurğuların iş prinsipi; qazıma avadanlığının, köməkçi sistemin, nəzarət-ölçülən cihazları və avtomatikanın təyinatı; yanacaq sürtgü materiallarının markaları və növləri; elektrotexnika üzrə elementar məlumatı.
17. QAZIMA QURĞUSUNUN MOTORÇUSU
İşin xüsusiyyəti. Daha yüksək: ixtisaslı motorçunun rəhbərliyi altında ümumi gücü 1000 kVt-a qədər olan qazıma qurğusunun mühərriklərinə, güc və dizel-elektrik aqreqatlarına, yanacaq-yağ qurğularına, kompressorlarına, pnevmatik sisteminə, transmissiyasına və elektrik avadanlığına, həm də gücü 1000 kVt və ondan yüksək olan mühərriklərə və qazoturbin mühərriklərinə xidmət və onların təmiri. Güc aqreqatlarının soyutma, yağlanma, yanacaq verilmə və qazpaylayıcı sisteminin tənzimlənməsi və sazlanması. Mühərriklərin və güc aqreqatlarının nəzərdən keçirilməsi, nasazlıqların aradan qaldırılması və qəza baş verməsinin qarşısının alınması tədbirlərinik görülməsi. Turbotransformatorların və turbomuftların sökülməsi, təmiri, yığılması və onlara xidmət edilməsi. Qazıma şəraitindən və ilin fəsillərindən asılı olaraq mühərriklərik lazımi iş rejiminin təmin edilməsi. Təzə və əsaslı təmirdən çıxmış mühərriklərin işə salınması və sınaqdan keçirilməsi. Növbə jurnalının yazılması və yanacaq-sürtgü materiallarının sərf edilməsinin uçotu.
Bilməlidir : Qazımanın texnoloji prosesi haqqında ümumi məlumatı, qazıma avadanlığının quruluşu, mühərriklər, güc aqreqatları və ötürücü vasitələrin texniki xarakteristikası və quruluşu; qazıma avadanlığının və köməkçi sistemlərin istismar şəraiti; pnevmatik idarəetmə sisteminin istismar qaydaları; mühərrik və aqreqatlara xidmət qaydaları; mühərriklərin işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması; nəzarət-ölçü cihazlarının və avtomatikanın işləmə prinsipi; elektrotexnikanın əsasları.
Ümumi gücü 1000 kVt və ondan artıq olan mühərriklərə və qazoturbin mühərriklərinə xidmət edildikdə – 5-ci dərəcə.
18. QAZIMA QIFILLARININ QURUCUSU
İşin xüsusiyyəti. Qazıma borularına qıfıl hissələrinin isti halda, yüngül xəlitələrdən olan borulara isə soyuq halda bağlanması. Boruların yiv, qıfıl, mufta elementlərinin yoxlanılması və kalibrlə yoxlanılıb seçilməsi. Qıfıl detallarının boruya bərkidilməsi gərginliyinə görə selektiv seçilməsi. Bütün sistemlərdən olan kalibrlərlə yivlərin ölçülməsi. Kalibrlərin, nəzarət-ölçü cihazlarının və alətlərin vəziyyətinə nəzarət etmək, Müxtəlif peçlərdə qıfıl detallarının qızdırılması. Qıfıl detallarının qızdırılma temperaturuna və onların bərkidilməsinin keyfiyyətinə nəzarət.
Bilməlidir : Boruların, qıfılların, muftların, işlədilən kalibrlərin, ölçü alətlərinin təyinatı, tipləri və ölçüləri; yivlərin quruluşu və onlara qoyulmuş müsaidələri, borularda damğaların olmasının əhəmiyyəti; isti halda qıfıl detallarının bərkidilməsi anlarının hüdudları və qaydaları. qızdırıcı peçlərin konstruksiyası, qıfıl hissələrinin qızdırılma temperaturunu müəyyən etmək üçün pastanın təyinatı və tərkibi; mexaniki açarın quruluşu və onu idarəetmə qaydaları.
19. QAZIMA MƏHLULUNUN HAZIRLAYICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Xeyli yüksək məhlul hazırlayanın rəhbərliyi altında qazıma məhlulunun hazırlanması, ağırlaşdırılması və kimyəvi işlənməsi, Gil qarışdırıcının və yaxud hidravlik qarışdırıcının gil, su, ağırlaşdırıcı və kimyəvi reagentlərlə yüklənməsi, gil qarışdırıcının və yaxud hidravlik qarışdırıcının işə salınması və saxlanılması, siyirtmələrin açılması və hazır məhlulun ehtiyat anbarlarına vurulması. Məhlul daşıyan maşınların qazıma məhlulu ilə doldurulub buruqlara göndərilməsi. Gil qarışdırıcının və yaxud hidravlik qarışdırıcının işinə nəzarət etmək. Axıdıcı ştambların və gil qarışdırıcının çöküntüdən təmizlənməsi. Kimyəvi reagentlərin və ağırlaşdırıcıların boşaldılması və nəql edilməsi.
Bilməlidir : Killərin, ağırlaşdırıcıları, kimyəvi reagentlərin fiziki-kimyəvi xüsusiyyətləri haqqında qısa məlumat; qazıma məhlulunun, ağırlaşdırıcıların və kimyəvi reagentlərin təyinatı; qazıma məhlulunun parametrlərini müəyyən etmək üçün nəzarət-ölçü cihazlarının təyinatı və istifadə edilmə qaydaları; kimyəvi reagentlərlə rəftar edilməsi qaydaları; qazıma məhlulunun yüklənməsi, hazırlanması və üçün avadanlıq və qurğular.
20. QAZIMA MƏHLULUNUN HAZIRLAYICISI
İşin xüsusiyyəti . Qazıma məhlullarının hazırlanması, ağırlaşdırılması və kimyəvi işlənməsi. Məhlulların ambarlara və məhlul daşıyan maşınlara vurulması, Məhlul hazırlandıqda və vurulduqda nasosların iş rejiminin seçilməsi. Nasosların və yüksək təzyiqli xətlərin kipliyə yoxlanılmasında, nasosların, gil zavodunda və buruğda qoyulmuş digər avadanlığın profilaktik və cari təmirində iştirak etmək.
Bilməlidir : Gillərin ağırlaşdırıcıların və kimyəvi reagentlərin fiziki-kimyəvi xüsusiyyətləri haqqında ümumi məlumat; gil məhlulu zavodlarının mexaniki və hidravliki gil qarışdırıcılarının, hərəkətə gətirilən mexanizmlərinik və başqa avadanlıqlarının texniki xarakteristikaları, iş prinsipləri və istismar qaydaları; çilingər işi.
21. QUYULARIN SINANMASI ÜZRƏ
QALDIRICININ MAŞİNİSTİ
İşin xüsusiyyəti . Quyuların dərinliyi 1500 metrə qədər (1500 metr də daxil edilməklə) quyularda sınaq işləri apardıqda qaldırıcının, aqreqatın idarə edilməsi. Qaldırıcını, aqreqatı işə hazırlamaq, hazırlıq-tamamlama işlərində, qaldırıcının, aqreqatın quraşdırılıb sökülməsində, tal sisteminin qurulmasında, quyu ağzının yoxlanılması və avadanlıqla təchiz edilməsində iştirak etmək, bütün endirmə-qaldırma əməliyyatlarında bucurğadı və qaldırıcıda qoyulmuş güc elektrik generatorunun idarə edilməsi. Qaldırıcının, aqreqatın mexanizmlərinin, qeyd edicinin saz işləməsinə nəzarət. Qaldırıcının, aqreqatın işləməsinin qeyydiyyat jurnalının yazılması. Avtomaşın və traktorun idarə edilməsi və yanacaqla doldurulması. Qaldırıcının, aqreqatın, avtomobilin, traktorun mexanizmlərinin profilaktik və cari təmirinik aparılması. 100 kVt küçə qədər səyyar elektrik stansiyalarında xidmət edilməsi.
Bilməlidir : Neft, qaz və başqa faydalı qazıntılar istehsalının texnoloji prosesi haqqında ümumi məlumat; quyuların konstruksiyası; quyuların sınanması üzrə texnoloji prosesi və işlərin növləri; qaldırıcının, səyyar aqreqatın, quyu avadanlığı mexanizmləri və qurğularının texniki xarakteristikası, təyinatı və istismar qaydaları; mühərrikin, transmissiyanın, hərəkət hissələrinin, qaldırıcı bucurğadın təmir üsulları; yanacaq və sürtgü yağlarının markaları və növləri; görülən iş həcmində elektrotexnikanın əsasları və çilingər işləri.
Dərinliyi 1500 metrdən artıq olan quyularda, həm də dərinlikdən asılı olmayaraq mail yönəldilmiş quyularda və mürəkkəb geoloji şəraitdə qazılan quyularda işlədikdə – 6-cı dərəcə.
22. QUYULARIN YOXLANMASI (SINANMASI) ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında quyuların yoxlanması (sınanması) prosesinin aparılması. Hər əməliyyatdan sonra lay sınayıcının yuyulub sökülməsi. Yiv birləşmələrinin qarşılıqlı işləyən hissələrinin və kip-gəclərin vəziyyətinin yoxlanılması. Detalların təmiri və dəyişdirilməsi və kipgəclərin bərpa olunması. Lay sınayıcıların yığışası və kipliyə yoxlanılması. Pakerlərin yoxlanılması, pakerləmənin germetikliyinin yoxlanılması. Sınama alətinin komplektinin yığılması, qazıma borularının seçilməsi. Oturdulma intervallarını keçdikcə lay sınayıcının endirilmə və qaldırılmasına nəzarət. Maye nümunəsinin götürülməsi. Quyunun ağzında tullanışa qarşı avadanlığın quraşdırılmasında iştirak etmək.
Bilməlidir : Yatağın geologiyası, neft, qaz və başqa faydalı qazıntılara quyular qazılmasının texnoloji prosesi və quyuların sınaqdan keçirilməsi (sınanması); lay sınayıcılarının və nümunə götürənlərin təyinatı, quruluşu və texniki xarakteristikaları; onların yığılması və sökülməsi qaydaların; quyuların ağzında tullanışa qarşı avadanlığın quraşdırılması sxemi, qazıma və nasos-kompressor borularının tipləri və ölçüləri; pakerlərin tipləri və ölçüləri; neft, qaz, su təzahürlərinin səbəbləri; çilingər işi,
23. QUYUL ARIN YOXLANMASI (SINANMASI) ÜZRƏ O PERATOR
İşin xüsusiyyəti . Layların yoxlanılması (sınanması) prosesinin aparılması. Vurma xəttinin vəziyyətinin yoxlanılması. Buruqda laysınayıcılara işləmək üçün alətlərin hazırlanması; kolonun ayrı-ayrı hissələrinin kipliyə yoxlanılması, sement körpülərinin qoyulması və onların kipliyə yoxlanılmasında iştirak etmək; laysınayıcılar və nümunə götürənlər ilə baş vermiş qəzaların ləğv edilməsində iştirak etmək; avadanlığın, alətlərin və nəzarət-ölçü cihazlarının vəziyyətinə nəzarət etmək.
Bilməlidir : yatağın geologiyası, neftə, qaza və başqa digər faydalı qazıntılara quyular qazılması barədə məlumat; quyuların yoxlanması (sınanması) üsulları və texnologiyası; quyuların pakerlənməsi üçün lazım olan sıxıcı qüvvələrin miqdarı; laysınayıcılar üçün buraxıla bilən dartıcı qüvvələrin miqdarı; quyuların sınanmaya hazırlanması işləri; laysınayıcı və nümunəgötürücü ilə işlədikdə əmələ gələn çətinliklərin səbəbləri və onların ləğv edilməsi yolları.
24. QUYULARIN SEMENTLƏNMƏSİ ÜZRƏ MAŞİNİST
İşin xüsusiyyəti . 15 MPa (150 kq q/kv.sm ) qədər (15 MPa daxil olmaqla) sementləmə aqreqatlarının texnoloji avadanlığına xidmət, Sementləmə və hidravlik yarılma işləri aparmaq üçün aqreqatın buruqlara getməyə hazırlanması. Sementləmə aqreqatlarının yerləşdirilməsi, yüksək və alçaq təzyiqli xətlərin yığılması, sökülməsi quraşdırılması və kipliyə yoxlanılması. Sementləmə, layların hidravlik yarılması, yuyulması, izotop vurulması, hidravlik qumşırnaqlı perforasiya və quyuların fontan vurmadan. saxlanılması işlərinin icra edilməsi. Qoruyucu kəmərlərin, qazıma borularının fontan armaturası manifoldunun kipliyə yoxlanılması: Duz turşusu və neft vannası üçün olan quyularda neft və turşu vurulması işinin icrası, təzyiq altında temponaj işlərinin aparılması. Sementləmə aqreqatı işlədiyi zaman əmələ gələn nasazlıqların aradan qaldırılması. Sementləmənin başa çatdırılmasının təyin edilməsi. Aqreqatın texnoloji avadanlığının profilaktik və cari təmirinin icra edilməsi. Quyuya vurulan mayeni sərfi üzərində nəzarət. Görülən işlər sənədlərin yazılması.
Bilməlidir : Qazıma texnoloji prosesi və neft, qaz və digər faydalı qazıntıların istehsalı haqqında ümumi məlumat, quyuların konstruksiyası sementləmə aqreqatlarının texniki xarakteristikası və təyinatı onların istismarı və qulluq edilmə qaydaları; aqreqatın birləşmələrinin quruluşu və qarşılıqlı işləməsi; yüksək təzyiqli borularda yivlərin növləri; quyularda iş apardıqda sementləmə avadanlıqlarının qoşulması sxemləri; sement məhlullarının fiziki-kimyəvi xassələri və hazırlanma üsulları; konsistenliyin təmizlənməsi qaydaları; sementin bərkiməsinin sonunun təyin edilməsi; quyuların sementlənməsinin texnoloji prosesi və layların qumşırnağı ilə perforasiya edilməsi; aqreqatların təmir növləri; görülən iş çərçivəsində çilingər işi.
Orta ixtisas təhsili tələb olunur,
15 MPa (150 kq q/kv.sm) təzyiqdən yüksək təzyiqlərdə işlədikdə -6-cı dərəcə
25. QUYULARIN SEMENTLƏNMƏSİ ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti. Sementin sementqarışdıran maşına yüklənməsi, kisələrin yığılması və çeşidlənməsi. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında şnekin qurulması və yığışdırılması. Tamponaj qarışığının hazırlanması. Sementin nəqliyyat vasitələrindən boşaldılması, yüklənib buruqlara və anbarlara nəql edilməsi. Sementin ələklənməsi və kisələrə doldurulması, buruqların yanındakı meydançada sıra ilə qalaqlanması.
Bilməlidir : tamponaj sementlərinin fiziki-kimyəvi xüsusiyyətləri haqqında elementar məlumat; sementqarışdıran maşınların iş prinsipi; sementin ələklənməsi, qablaşdırılması, saxlanılması və buruğun yanında və nəql edildiyi-zaman qalanması qaydaları.
26. QUYULARIN SEMENTLƏNMƏSİ ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Sement məhlulu hazırlandıqda və sementləmə zamanı sementqarışdıran maşına xidmət və onun işinin tənzim edilməsi. Şneklərin qurulması və sökülməsi. Sementin çeşidlənməsi və buruğa göndərilməsi işlərinin təşkili.
Bilməlidir : tamponaj sementlərinin fiziki-kimyəvi xüsusiyyətləri haqqında ümumi məlumat; sementqarışdıran-maşınların quruluşu və texniki xarakteristikası; sementqarışdıran maşınların köməkliyi ilə sement məhlulunun hazırlanması texnologiyası; sementin keyfiyyətinin müəyyən edilməsi üsulları; tamponaj sementlərinə olan tələblər; mürəkkəbləşmələrlə mübarizə üçün işlədilən sement əsaslı məhlullar.
27, QUYULARIN SEMENTLƏNMƏSİ ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Dərinliyi 4000 metrə qədər və 4000 metr olan quyularda se mentləmə texnoloji prosesinin və layın hidravlik yarılmasının aparılmasında iştirak etmək, Vurma xətlərinin aqreqatlara və quyu ağzı armatura ilə quraşdırılması, yığılması və sökülməsi. Alçaq və yüksək təzyiqli xətlərin kipliyə yoxlanması. Sementləmə başlığının və manometrlərin qoyulması. Qeydedici cihazların işinə və göstəricilərinə nəzarət edilməsi. Sementləmə başlığına sementləmə tıxacının qoyulması. Sementləmə başlığında kranların açılıb bağlanması və aqreqatla suyun və basqı mayesinin veriminin tənzim edilməsi. Sementin bərkimə vaxtını gecikdirən və yaxud sürətləndirən aşqarla su məhlulunun hazırlanması. Sement verən şneklərin ipinə verilən qarışığın qatılığına nəzarət edilməsi. Yüksək təzyiqli başlıqların təmiri və yığılması. Sementqarışdıran maşınım profilaktik və cari təmirində iştirak etmək.
Bilməlidir : Sementləmə texnoloji prosesi və layın hidravlik yarılması haqqında ümumi məlumat; sementqarışdıran və sementləmə aqreqatlarının texniki xarakteristikası və vəzifələri, sement məhlulunun hazırlanması üsulları; məhlulun qatılığının tənzim edilməsi üsulları, işlədilən sementin markasından, quyunun temperaturundan və dərinliyindən asılı olaraq sementləmənin müddəti. Sementləmə və layın hidravlik yarılmasının uğursuzluğunun səbəbləri və onların qarşısının alınması və aradan qaldırılması tədbirlərinin görülməsi; çilingər işi.
Dərinliyi 4000 m–dən artıq quyularda işlədikdə – 5-ci dərəcə.
28. ELEKTROBUR VASİTƏSİLƏ İSTİSMAR VƏ KƏŞFİYYAT QUYULARININ QAZILMASINDA QAZIMAÇI KÖMƏKÇİSİ
İşin xüsusiyyəti . Neftə, qaza, termal və yod-brom sularına və başqa faydalı qazıntılara quyular qazılmasında elektrik avadanlığına, seksiyalı kabel ötürücülərinə, telemetrik sistemlə təmin olunmuş elektrik qazıma mühərrikinə, qazımaya telenəzarət sisteminə və sair elektrik avadanlığına, elektrik qazıma mühərrikinə, cərəyan qəbuledicilərə, cərəyan ötürücülərə xidmət edilməsi. Elektrik qazıma mühərrikinin, cərəyan qəbuledicilərinin, cərəyan ötürücülərin yoxlanması və nasazlıqların aradan qaldırılması. Baltanın quyu dibinə verilməsi üçün avtomatik tənzimləyicinin sazlanması və elektrik qazıma mühərrikimin idarəetmə stansiyasının tənzimlənməsi. Qazıma borularında, ağırlaşdırılmış borularda, işçi ştanqda, dalma elektromaqnit kontaktorunda, qoruyucu işçi çeviricidə kabel seksiyalarının dəyişdirilməsi, cərəyan vermənin, telemetrik sistem tətbiq olunan elektrik qazıma mühərrikinin, cərəyan qəbuledicinin, mikrosxemlər və digər yerüstü elektrik avadanlığı ilə təchiz edilmiş elektrik qazıma mühərrikinin artıq yüklənmədən qoruyan qurğunun düzgün texniki istismarına nəzarət edilməsi. Elektrik qazıma mühərrikinin izolyasiyasının kəmiyyətinin ölçülməsi, yağın təzyiqinə nəzarət edilməsi. Elektrik qazıma mühərrikinə yağ doldurulması. Qazıma aləti quyuya buraxıldıqda kontakt birləşmələrinin təmizlənməsi və cərəyanvericinin izolyasiyasının ölçülməsi, dərinlikdən asılı olaraq gərginlik transformatorunun köməkliyi ilə işləyən dib elektrik qazıma mühərrikinin tənzimlənməsi. Elektrik qazıma mühərriki ilə mütəmadi işlədikdə xüsusi materialların sərfinin uçotu və növbə jurnalında lazımi qeydlərin aparılması, Elektrik qazıma mühərrikinin, izolyasiya nəzarəti qurğusunun, üzükvari cərəyan qəbuledicinin dəyişdirilməsinə, buruqda elektrik avadanlığının təmiri, quraşdırılması, sökülməsi, elektrik qazımasında istifadə olunan telemetrik və telenəzarət sisteminin işinə xidmət edən elektrik montyorlarının işinə rəhbərlik edilməsi.
Bilməlidir : Neftə. qaza, termal və yod-brom sularına və başqa faydalı qazıntılara quyular qazılmasının texnoloji prosesi haqqında əsas məlumatlar; elektrotexnikanın əsasları; sabit və dəyişən cərəyan mühərriklərinin, transformatorların, bütün tipli elektrik qazıma mühərriklərinin, cərəyanvericinin və bütün xüsusi elektrik avadanlıqlarının quruluşu; xidmət edilən mexanizm və qurğuların elektrik sxemi və texniki xarakteristikaları; elektrik qazıma mühərrikinin idarə edilməsi və baltanın avtomatik verilməsinin sxemi; burğunun elektrik cərəyanı ilə təmin edilməsinin və işıqlandırılmasının sxemi; elektrik qazıma mühərrikinin və cərəyanvericinin istismar edilməsi qaydaları; mail quyular qazımaq üçün qazıma alətinin içinə oturdulmuş səmtləyici cihazın konstruksiyası və iş prinsipi, həmin cihaza xidmət və istismar qaydaları; elektrik qazıma avadanlığının hava və kabel xətlərinin quraşdırılması, təmiri, yoxlanılması və istismarının texniki qaydaları; torpaqlamanın quruluşu və onun təyinatı; güc əmsalının yüksəldilməsi üsulları və elektrik enerjisindən səmərəli istifadə edilməsinin təmin edilməsi.
Dəyişdirici 1500 metrə qədər (1500 m də daxil edilməklə) quyular qazıldıqda – 4-cü dərəcə
Dərinliyi 1500 metrdən artıq quyular qazıldıqda – 5-ci dərəcə.
29. LABORANT-KOLLEKTOR
İşin xüsusiyyəti . Buruqda qazıma və sement məhlullarının kimyəvi işlənməsi, parametrləri ölçülməsi və onların növbə jurnalında qeyd olunması. Kimyəvi reagentlərin hazırlanmasına nəzarət edilməsi. Sementləmə işləri prosesində sement məhlullarından nümunələrin götürülməsi. Süxur nümunələrinin götürülməsi, onların qablaşdırılması və göndərilməsi. İlkin geoloji sənədləşmənin aparılması.
Bilməlidir : yatağın geologiyası, neftə, qaza və digər faydalı qazıntılara quyuları qazılmasının texnoloji prosesi haqqında elementar məlumat; məhlulların, tampotaj sementinin ağırlaşdırıcıların kimyəvi reagentlərin əsas fiziki-kimyəvi xassələri; qazıma məhlullarının, kimyəvi reagentlərin hazırlanması üsulları; qazıma və sement məhlulunun parametrlərinin müəyyən edilməsi, nəzarət-ölçü cihazlarının təyinatı və onlardan istifadə etmə qaydaları.
30. LABORANT KOLLEKTOR
İşin xüsusiyyəti . Gil və sement məhlullarının işlənməsi rəseptlərinin hazırlanması. Buruqda udulma və mübarizə zamanı tez bərkiyən qarışıqlar hazırlanma» sına, süxur nümunələrinin düzgün təsvir olunması və yığılmasına nəzarət. Məhlulların işlənilməsi üçün istifadə edilən reagentlərin keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədar tədqiqat işlərinin aparılması. Cihazların göstəricilərinin nəzarət yoxlanışı. Məhlulların parametrlərini ölçən cihazlara profilaktik baxış və təmir edilməsi.
Bilməlidir : Yatağın geologiyası, neftə, qaza və digər faydalı qazıntılar tapmaq üçün quyuların qazılması, bu texnoloji proses barədə məlumat; məhlulların, tampotaj sementlərinin, ağırlaşdırıcıların və kimyəvi reagentlərin fiziki-kimyəvi xassələri; qazıma və sement məhlullarının parametrlərini müəyyən etmək üçün nəzarət-ölçü cihazlarının quruluşu; geoloji-texniki tapşırığın tərkibi; qazıma prosesində çətinliklərin ləğv edilmə üsulları; süxur nümunəsinin götürülməsi və təsvir edilməsi üsulları; qazıma məhlulunun hazırlanması və işlənməsi üçün avadanlıq və vasitələri.
31. NEFT VƏ QAZ ÜZRƏ QAZIMA QURĞUSUNUN MAŞİNİSTİ
İşin xüsusiyyəti . Dərin qazıma üçün qurğularında ümumi gücü 1000 kVt-a qədər və 1000 kVt olan mühərriklərə, güc aqreqatlarına, transmissiyalar və pnevmatik sistemə xidmət edilməsi. Güc qazıma avadanlığı və avtomatika cihazlarının sökülməsi, yığılması, mərkəzləşdirilməsi, nasazlıqların aradan qaldırılması və tənzimlənməsi. Mühərriklərin və güc aqreqatlarının cari və mürəkkəb təmirlərinin aparılması, dizellərin tənzimlənməsi. Güc və qazıma avadanlıqlarının işində nasazlıqların qarşısının alınması tədbirlərinin həyata keçirilməsi. Soyutma, yağlama və yanacaq vermə sistemlərinin, turbotransformatorların, turbomuftaların, güc aqreqatlarının avtomatik qoruyucu sistemlərinin tənzim edilməsi və saz hala salınması. Mühərriklərin və güc aqreqatlarının işinin uçotunun aparılması. Güc aqreqatlarının işə buraxılması, yeni və əsaslı təmirdən çıxmış aqreqatların sınanılması zamanı onlar üçün müəyyən edilmiş istismar və iş rejimlərinə riayət edilməsinə nəzarət. Güc aqreqatlarının, dizel generatorların və başqa stansiyaların işində əmələ gələ bilən nasazlıqların qarşısının alınmasını təmin edən tədbirlərin hazırlanıb həyatı keçirilməsi. Qazıma və güc avadanlığına xidmət edən fəhlələrə rəhbərlik edilməsi.
Bilməlidir : Quyuların qazılması texnoloji prosesi haqqında ümumi Məlumat, qazma avadanlığının quruluşu, mühərriklərin, güc aqreqatlarının və ötürücü qurğuların texniki xarakteristikası, buruqyanı tikililərin və kommunikasiyanın təyinatı; güc və qazma avadanlıqlarının, avtomatların işində gözlənilən nasazlıqlar, onların qarşısının alınması və aradan qaldırılması üsulları; qazıma və güc avadanlıqlarının tənzimləmə üsulları və yağlanma qaydaları, mühərriklərik temperatur reji mi, avtomatların konstruksiyası, məsafədən idarəetmə sistemlərinin iş sxemi; güc və qazıma avadanlığının işinin, yanacaq və yağ materiallarının sərfinin uçot və hesabatı sistemi.
Mühərriklərin ümumi gücü 1000 kVt-dan artıq olduqda – 6-cı dərəcə.
32. NEFT VƏ QAZ ÜZRƏ İSTİSMAR VƏ KƏŞFİYYAT QUYULARININ QAZILMASINDA QAZIMAÇI
İşin xüsusi yyəti. Geoloji-texniki tapşırığa, texnoloji rejim xəritəsinə və texnoloji reqlamentlərə əsasən dərin qazıma qurğuları ilə neft, qaz, termal, yod-brom sularına və başqa faydalı qazıntılara dərinliyi 1500 metrə qədər quyular qazılması üzrə texnoloji prosesin aparılması və bununla əlaqədar bütün işlərin görülməsi, həm də daha yüksək ixtisaslı qazmaçının rəhbərliyi altında dərinliyi 1500 m-dən 4000 m-ə qədər quyuların qazılması. Nəzarət-ölçü cihazlarının, avtomatların və qoruyucu qurğuların işinin yoxlanılması, Qazıma alətinin quraşdırılması və yığılması, Avtomatik mexanizmlərin tətbiqi ilə qaldırma-endirmə əməliyyatının aparılması. Mail yönəldilmiş qazıma zamanı qazıma alətinin istiqamətləndirilərək endirilməsi işlərinin icra edilməsi. Qazıma zamanı qazıma məhlulunun parametrlərinin saxlanmasına riayət edilməsinə nəzarət, Quyu ağzının tullantıya qarşı avadanlıqla təchiz edilməsində iştirak edilməsi, qəza vəziyyəti yarandıqda tullantıya qarşı avadanlığın buraxılması. Tullantıya qarşı avadanlığın vəziyyətinin yoxlanılması. Quyuların geofiziki tədqiqata hazırlanması və onların icrasında iştirak etmək. Quyuların və avadanlığın qoruyucu kəmər buraxılması üçün hazırlanması, qoruyucu boruların şablonlaşdırılıb yığılması və quyuya buraxılması işlərinə rəhbərlik etmək. Qoruyucu kəmərlərin sementlənməsi, sement körpülərin qoyulması, kəmərlərin kipliyə yoxlanılması işlərində iştirak etmək. İstismar quyularının mənimsənilməsi, kəşfiyyat quyularının sınanması və quyularda son işlərin aparılması. Quyuların lay sınayıcıları buraxmaq üçün hazırlanması və layların sınanması işində iştirak edilməsi. Bütün tərzdə olan süxur götürücü alətlərlə verilmiş rejimlərdə süxur götürülməsi. Quyuların qazılması zamanı mürəkkəbləşmə və qəzaların aradan qaldırılması. Avadanlığın nəql olunmaq üçün hazırlanması. Qazıma avadanlığının profilaktik təmirində, sökülməsində, nəql edilməsində, qazıma məhlulunun hazırlanmasında, ağırlaşdırılmasında və kimyəvi işlənməsində iştirak, növbədə olan briqadanın işinə rəhbərlik edilməsi. Qazıma rejimi və qazıma məhlulunun parametrləri üzrə ilkin sənədləşmənin aparılması.
Bilməlidir: Qazıma işlərinin aparılmasının vahid texniki qaydaları; istehsalatın təşkili, texnika və texnologiyası üzrə olan qayda və təlimatlar; yataqların geologiyası və neft, qaz, termal, yod-brom suları və qeyri-faydalı qazıntılar istehsalının texnologiyası, geoloji-texniki tapşırıq və rejim-texnoloji xəritəsi; qazılan sahənin geoloji kəsilişi; quyuların konstruksiyası haqqında məlumat, qazıma və güc avadanlığının, tullantıya qarşı avadanlığın, avtomatik mexanizmlərin, maşın açarlarının, qoruyucu qurğuların vəzifələri, quruluşu və texniki xarakteristikaları; elektrobur və turboburların quruluşu; turboburun, elektroburun və cərəyan verilməsinin mümkün nasazlıqları və onların aradan qaldırılması üsulları; quyuların mail yönəldilmiş qazılmasında istifadə edilən alət və qurğular, boruların, elektroburların və turboburların buraxılıb yönəldici vasitəsilə səmtləndirilməsi üsulları, bütün işlədilən kiçik mexanizasiya qurğularının və nəzarət-ölçü cihazlarının quruluşu; qazıma məhlulunun təmizlənməsi üçün istifadə edilən sistemlər; qazıma məhlulunun hazırlanması və işlənməsi üçün istifadə edilən qazıma məhlulunun və kimyəvi reagentlərin fiziki və kimyəvi xassələri; qazıma məhlullarının hazır lanması, bərpa olunması və təkrar istifadə edilməsi yolları, parametrlərə nəzarət edilməsi üsulları və ağırlaşdırıcıların və kimyəvi reagentlərin sərfinin azaldılması yolları; istifadə olunan baltaların rasionla işləməsi prinsipləri; qəza və mürəkkəbləşmələrin səbəbləri, onların xəbərdarlıq edilməsi və ləğv edilməsi tədbirləri; avadanlığa verilə bilən yüklər; tutucu alətlərin konstruksiyaları, vəzifələri və onlardan istifadə edilməsi; qoruyucu kəmərlərin, qazıma borularının, nasos-kompressor borularının tipləri, ölçüləri, yivlərin quruluşu, möhkəmlik xarakteristikası, quyuların qoruyucu kəmərlə buraxılması və sementlənməsi üçün hazırlanmasına olan tələbat; quyuların sementlənməsi prosesi və sementləmənin keyfiyyətli və qoruyucu kəmərlərin germetik olmasını təmin edən şərtlər; material sərfinin normaları; müxtəlif konstruksiyaların və pakerlərin lay sınayıcılarının təyinatı və quruluşu, boru lay sınayıcılarının buraxılması üçün quyuların hazırlanmasına texniki tələbləri və geofiziki tədqiqatların aparılması; istismar quyularının mənimsənilməsi və kəşfiyyat quyularının sınanması, texnologiyası və işlərin aparılması üsulları, quyu ağızının germetikləşdirilməsinin sxemi və germetikləşdirici qurğuların konstruksiyaları; fontan və nasos quyularının yerüstü avadanlığı.
Orta ixtisas təhsil tələb olunur.
Daha yüksək ixtisaslı qazımaçının rəhbərliyi altında – dərinliyi 1500 m-ə qədər (1500 m-də daxil olmaqla) quyuların qazılması zamanı – 4-cü dərəcə
Nisbətən yüksək ixtisaslı qazımaçının rəhbərliyi altında -1500 m-dən 4000 m-ə qədər (4000 m-də daxil olmaqla), həm də dərinlikdən asılı olmayaraq maili quyular qazıl dıqda, mürəkkəb geoloji şəraitdə və 4000 m-don artıq dərinlikdə quyular qazıldıqda -6-cı dərəcə
4000 m-dən artıq dərinlikdə quyu qazıldıqda dərədən kənar.
QEYD. Mürəkkəbləşmiş geoloji şəraitdə qazılan quyulara, qazıma zamanı qazıma məhlulunun udulmasına, süxurların uçulması, quyu xəttinin daralmasına qarşı tədbirlər aparılan, həm də xüsusi çəkisi 1,6 q/kub.sm və ondan artıq olan məhlul tətbiq olunan quyular aid edilirlər.
33. NEFT VƏ QAZ ÜZRƏ İSTİSMAR VƏ KƏŞFİYYAT QUYULARININ QAZILMASINDA QAZIMAÇI KÖMƏKÇİSİ(BİRİNCİ )
İşin xüsusiyyəti . Qazımaçının rəhbərliyi altında dərin qazıma qurğusu ilə dərinliyi 1500 metro qədər neft, qaz, termal və yod-brom suları və başqa faydalı qazın tılar almaq üçün quYuların qazılması texnoloji prosesinki ayrı-ayrı növlərinin aparılması. Qazıma qurğusunun işə salınmağa hazırlanması və endirmə-qaldırma əmə liyyat zamanı yuxarıdakı işlərin aparılması. Qazıma borularının quraşdırılmasında və kipliyə yoxlanılmasında iştirak edilməsi. Qaldırma-endirmə əməliyyat av tomatının işinin idarə edilməsi. Buruğun, tal sisteminin, yürüş pilləkənlərinin vəziyyətinin yoxlanılması. Maşın açarı ilə işləmə, qazıma məhlulunun hazırlanması və işlənməsi. Ehtiyat tutumların məhlul ilə doldurulması. Nasosların qəbulunda səviyyənin dəyişilməsinə nəzarət. Qazıma nasoslarının işində nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması. Qazıma nasoslarının köhnəlmiş hissələrinin dəyişdirilməsi. Çətinliklərin və qozaların ləğv edilməsi işlərinin aparılması, quyuda qoruyucu kəmərlərin sementlənməsi, sement körpülərinin qoyulması və qazılması, quyu ağzının avadanlıqla təchiz olunması, istismar quyularının mənimsənilməsi və kəşfiyyat quyularının sınanması, qazıma borularının və qoruyucu kəmər borularının qapanması, qazıma borularının quraşdırılması və kipliyə yoxlanılması, quyuda son işlərin aparılması, qazıma avadanlığının profilaktik təmiri, qazıma avadanlığının quraşdırılması, sökülməsi və nəql edilməsi.
Bilməlidir : Qazıma işləri aparılmasının vahid texniki qaydaları; yatağın geo logiyası və neft, qaz, termal sular, yod-brom suları və başqa faydalı qazıntılar almaq üçün quyu qazılmasının texnoloji prosesi; istismar quyularının mənimsənilməsi və kəşfiyyat quyularının sınanması, texnoloji prosesi və görüləcək işlər; istifadə edilən avadanlığın, mexanizmlərin, alətlərin təyinatı, quruluşu və texniki xarakte ristikası və onların istismar qaydaları. Tal sisteminin quraşdırılması üsulları; yürüş pilləkənlərinin, şamları yığmaq üçün taxtın və kranblok meydançasının qurulu şu; qazıma avadanlığının yağlanma qaydaları və yağlanma xəritəsi; maili quyuların qa zılması üçün alət və qurğular; qazıma boruları və qoruyucu kəmər borularının tipləri. və ölçüləri; qoruyucu kəmər borularının quyuya buraxılmaq üçün hazırlanması qaydala rı; qazıma məhlullarının parametrlərini müəyyən etmək üçün cihazlar; məhlul hazır- lama blokunun konstruksiyası; məhlulun dövrü sisteminin və yüksək təzyiq xətlərinin qu raşdırılması sxemi; qazıma məhlulunun hazırlanması, təmizlənməsi və regenerasi yası (bərpa olunması); qazıma məhlullarının və kimyəvi reagentlərin fiziki-kimyəvi xassələri; atqıya qarşı qurğunun qurulması sxemi; tətbiq edilən kiçik mexanizasiya qurğularının və nəzarət-ölçü cihazlarının təyinatı.
Dərinliyi 1500 metrdən artıq quyular qazıldıqda – 5-ci dərəcə
34. NEFT VƏ QAZ ÜZRƏ İSTİSMAR VƏ KƏŞFİYYAT
QUYULARININ QAZILMASINDA QAZIMAÇI
KÖMƏKÇİSİ (İKİNCİ)
İşin xüsusiyyəti . Dərin qazıma qurğusu ilə dərinliyi 1500 metrə qədər (1500 m-də daxil olmaqla) neft, qaz, termal və yod-brom suları və başqa faydalı qazıntılar tap-maq üçün quyuların qazılmasının texnoloji prosesində iştirak edilməsi. Qazımaçının rəhbərliyi altında qazıma qurğusunun işə salınması. Qazıma məhlulunun hazırlanması, ağırlaşdırılması və kimyəvi işlənməsi. Qazıma avadanlığının, alətlərin təmizlənməsi, yağlanması və məhlulum dövr etməsinə nəzarət. Nov sisteminin, əsən ələklərin qazınmış süxurlardan təmizlənməsi. Örtüklərin, döşəmələrin və qəbul körpüsünün çəpərlərinin, buruğun döşəməsinin, məhlulun dövretmə sisteminin, başqa tikililərin xırda təmirinin aparılması. Atqıya qarşı avadanlığa xidmət edilməsi. Qoruyucu kəmər borularının ölçülməsi, şablonla yoxlanılması, istismar quyularının mənimsənilməsi və kəşfiyyat quyularının sınanması, müxtəlif məhsulların hazırlanmasında, çətinliklərin və qəzaların ləğv edilməsində, quyu ağzının germetikləşdirici qurğularla təchiz edilməsi, qoruyucu kəmər borularının körpülərə yığılması, qoruyucu kəmərlərin sementlənməsi, sement körpülərinin qoyulması və qazılması, qazıma qurğusunun quraşdırılması, sökülməsi və nəql edilməsində iştirak. Son işlərin yerinə yetirilməsi və qazıma avadanlığının profilaktik təmirinin aparılması.
Bilməlidir: Qazıma işləri aparılmasının vahid texniki qaydaları; qazıma qurğularının iş prinsipi; qazıma avadanlığının yağlanması qaydaları, üsulları və müddətləri; istifadə olunan kiçik mexanizasiya qurğularının və nəzarət-ölçü cihazlarının təyinatı; qazıma məhlulunun təyinatı və onun hazırlanma üsulları; qazıma məhlulunu hazırlama və təmizləmə sisteminin və bu proseslə əlaqədar avadanlığın təyinatı.
Dərinliyi 1500 metrdən artıq quyular qazıldıqda – 4-cü dərəcə
35. SEMENTLƏYİCİ AQREQATIN MOTORÇUSU
İşin xüsusiyyəti . Quyuların sementlənməsi, layların hidravlik yarılması və quyuların kimyəvi işlənməsi aparıldıqda 15 MPa təzyiqə qədər (150 kq q/kv.sm) və 15 MPa daxil olmaqla sementləmə aqreqatlarının güc avadanlığına və gediş (hərəkət edən) hissəsinə xidmət edilməsi. Aqreqatın obyektdə işləməsi üçün hazırlanması. Yüksək və aşağı təzyiq xətlərinin quraşdırılması, sökülməsi, calaşdırılması və kipliyə yoxlanılması. Quyuların sementlənməsi, layların hidravlik yarılması, kimyəvi işlənməsi, quyuların fontandan dayandırılması və yuyulması prosesində, qazıma borularının, qoruyucu kəmərlərin və manifoldların kipliyə yoxlanılmasında iştirak edilməsi. Aqreqatın mühərriklərinin normal işləməsinin təmin edilməsi. Maşının idarə olunması və yanacaqla doldurulması. Aqreqatın və avtomobilin profilaktik və cari təmirinin aparılması. Aparılan işlərin sənədləşdirilməsi.
Bilməlidir: Quyuların qazılması texnoloji prosesi, neft, qaz və başqa faydalı qazıntılar haqqında ümumi məlumat; aqreqatın, avtomaşının texniki xarakteristikası, təyinatı, konstruksiyası, istismar qaydaları, aqreqatın bütün birləşmələrinin quruluşu, qarşılıqlı işləməsi və iş prinsipi, quyuların sementlənməsi, layların hidravlik yarılması, kimyəvi işlənməsi, quyuların yuyulması və fontandan dayandırılması; aqreqatları təmirinin növləri; çilingər işi.
Sementləyici aqreqatlarda 15 MPa (150 kq q/kv.sm) təzyiqdən yuxarı təzyiqlərdə işlədikdə -6-cı dərəcə.
36. SEMENT-QUMQARIŞDIRAN AQREQATIN MOTORÇUSU
İşin xüsusiyyəti . Quyuların sementlənməsi, layların hidravlik yığılması, qumşırnağı ilə quyuların perforasiya edilməsi və neft hasilatının inten sivləşdirilməsi işlərini apardıqda sementqarışdıran və yaxud qumqarışdıran aqreqata xidmət edilməsi. Sementqarışdıran və yaxud qumqarışdıran aqreqatın işə hazırlanması. Aqreqatın bunkerinin sementlə, qumla və başqa tamponlayıcı qarışıqlarla yüklənməsi. Quyuların sementlənməsi, layların hidravlik yarılması, qumşırnağı ilə perforasiya, neft hasilatının intensivləşdirilməsi, məhlulların hazırlanması və onların ağırlaşdırılması. Aqreqatın mühərriklərinin normal işinin təmin edilməsi. Avtomaşının idarə edilməsi, yanacaqla doldurulması. Görülən işlər üzrə sənədlərin yazılması. Aqreqatın profilaktik və cari təmirinin aparılması. Sementdaşıyan maşınların avadanlığına xidmət edilməsi.
Bilməlidir: quyuların sementlənməsi, layların hidravlik yarılması, qumşırnağı ipə perforasiya, neft hasilatının intensivləşdirilməsi, texnoloji prosesləri: təyinatı və bu texnoloji proseslər haqqında ümumi məlumat; sementqarışdıran, yaxud qumqarışdıran aqreqatların təyinatı, konstruksiyaları, texniki xarakteristikaları və istismar qaydaları; aqreqatın bütün birləşmələrinin quruluşu, qarşılıqlı hərəkəti və iş prinsipi; aqreqatın mümkün nasazlıqları, onların qarşısının alınması və aradan qaldırılması tədbirləri; sementdaşıyan maşınların quruluşu; çilingər işi.
Sementqarışdıran və qumqarışdıran aqreqatlardan daima qum qarışdırmaq üçün istifadə edildikdə – 5-ci dərəcə;
Layların hidravlik yarılmasında sementqarışdıran və qum qarışdıran aqreqatlardan eyni zamanda məhlulu qarışdırmaqla qum vurmaq işlərində – 6-cı dərəcə.
37. SEMENTLƏMƏ NƏZARƏT STANSİYASININ MOTORÇU-OPERATORU
İşin xüsusiyyəti . Sementləməyə nəzarət stansiyasına xidmət edilməsi. Anbardan mənbəənin alınması və onun sementləməyə nəzarət cihazına qurulması. Flans birləşmələrinin, sərf ölçən vericilərinin, sıxlıq ölçənin və təzyiq vericisinin etibarlı birləşdirilməsinin yoxlanılması. Sementləmə aqreqatları və sementqarışdıran maşınların stansiya ilə əlaqə kabellərinin birləşdirilməsində iştirak edilməsi və kənara çıxarılan blokun sementləmə operatorunun iş yerinə qoyulması, Ştepsel ayırıcılarının etibarlı olmasının yoxlanılması. Kabelin sementləməyə nəzarət cihazlarının, məlumat vericilərinin qutusu ilə birləşdirilməsi. Avtomaşının idarə edilməsi, yanacaqla doldurulması. Stansiyanın və avtomaşının profilaktik və cari təmirinin aparılması.
Bilməlidir: Quyuların sementlənməsi texnoloji prosesi, layların hidravlik yarılması, quyuların kimyəvi işlənməsi haqqında ümumi məlumat, sementləməyə nəzarət stansiyasının təyinatı, texniki xarakteristikası və idarəetmə qaydaları; sementləmə və sementqarışdıran maşınların uzaqlaşdırılan blokların və cihazların birləşdirilmə sxemləri; radioaktiv maddələrlə və şüalanma mənbəələri ilə işlədikdə sanitar qaydaları; yanacaqların və yağların növləri; stansiyanın və avtomaşının işində nasazlıqların qarşısının alınması və aradan qaldırılması üsulları; stansiyaya xidmət edilməsi qaydaları.
NEFT VƏ QAZ HASİLATI
TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ
1. Buxar səyyar deparafinləşdirmə qurğusunun maşinisti
İşin xüsusiyyəti . İşçi təzyiqi 10 MPa (100 kq q/kv.sm) qədər (10 MPa daxil olmaqla) avtomobil şassisi üzərində quraşdırılmış səyyar deparafinləşdirmə qurğusuna xidmət edilməsi. Qurğunun obyektdə işləməyə hazırlanması. Neft quyularının atqı xətlərinin, neft yığım qurğularının parafinsizləşdirilməsi texnoloji prosesinin aparılması, su xətlərinin və başqa mədən texnoloji obyektlərinin buxarla qızdırılması, Aqreqatların quyularla və mədən texnoloji qurğuları ilə birləşdirilməsi. Bu-xarla parafinsizləşdirmək və qızdırmaq üçün xətlərin çəkilməsi. Aqreqatın, qurğunun qazanın və yaxud neft qızdırıcısının, mühərrikinin, nəzarət-ölçü cihazlarının bütün köməkçi mexnizmlərinin işləmə parametrlərinə nəzarət edilməsi. Qurğu avadanlığının, aparatlarının və nəzarət-ölçü cihazlarının quraşdırılması və sökülməsi. Avadanlığın profilaktik və cari təmirinin aparılması. Avtomaşının idarə edilməsi. Qurğunun işləməsi üzrə uçot jurnalının aparılması.
Bilməlidir: Neft və qaz çıxarılması texnoloji prosesi; neftin, buxarın və parafinin fiziki-kimyəvi xüsusiyyətləri; neft quyularının istismarı üsulları; quyu ağzının əlaqələndirilməsi sxemləri; qurğunun, aqreqatın, əsas və köməkçi avadanlığı; aparatların nəzarət-ölçü cihazlarının, avtomobilin quruluşu və istismar qaydaları; neft quyularının, atqı xətlərinin və neft yığım qurğularının buxarla və yaxud isti neftlə parafinsizləşdirilməsi üzrə iş prosesi və texnoloji rejimi; çilingər işi. Yüksək dərəcəli maşinistin rəhbərliyi altında işlədikdə – 3-cü dərəcə İşçi təzyiqi 10 kq q/kv.sm (100 kq q/gv.sm) təzyiqdən yüksək olan səyyar parafinsizləşdirmə qurğusunda işlədikdə.- 6-cı dərəcə
2. QAZIN YIĞILMASI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında separatorlara, qaz kəmərlərinə, qaz bölüşdürücü qurğulara və qaz təsərrüfatının başqa obyektlərinə xidmət edilməsi. Onların vəziyyətinin yoxlanması və avadanlığın işində olan nöqsanların ləğv edilməsi. Separatorların və qaz kəmərlərinin üfürülüb təmizlənməsi. Separatorlarda maye səviyyəsinə nəzarət edilməsi; avadanlıq və aqreqatların cari təmirində iştirak edilməsi, nasaz siyirtmələrin dəyişdirilməsi, aqreqatların dəyişdirilməsi və kipgəclərin doldurulması. Qaz quyularınıq texniki sazlığının təyin edilməsi. Sadə çilingər işlərinin yerinə yetirilməsi.
Bilməlidir: Neft, qaz və kondensatın çıxarılması, yığılması və nəql edilməsi, texnologiyasının əsasları; qarışıqların əsas partlayıcı xüsusiyyətləri, onların zəhərləmə qabiliyyəti; separatorların, basqılı qaz kəmərlərinin, qazpaylayıcı qurğuların, bağlayıcı qurğuların, bağlayıcı qurğuların, əks və tənzimləyici qapaqların, təzyiq və səviyyə tənzimləyicilərin və başqa istifadə olunan nəzarət-ölçü cihazlarının təyinatı, quruluşu və xidmət qaydaları.
3. QAZIN YIĞILMASI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Separatorlara, qaz kəmərlərinə, qazpaylayıcı qurğulara və qaz təsərrüfatı başqa obyektlərinə xidmət edilməsi. Neftin qaz yığma şəbəkəsinə qarşısının alınması, qaz kəmərlərində hidrat və maye tıxacların əmələ gəlməsinə qaz kəmərlərinin sahələrində təzyiqin enib-düşməsinin artmasına qarşı, qazın texnoloji itkilərinin azaldılması üçük profilaktik tədbirlərin həyata keçi rilməsi; qaz axınlarının başqa texnoloji xəttə keçirilməsi. Tərkibində kükürd qazının olmasını müəyyən etmək üçün qaz nümunəsi götürülməsi. Aparatların və qaz kəmərlərinin divarının qalınlığının və izolyasiyasının keyfiyyətinin müəyyən edilməsi, Telemexanika sisteminin hava və kabel xətlərinin işə yararlı vəziyyətdə saxlanılması. Metalın korroziyası ilə mübarizə işlərinin aparılması . Qaz kəmərlərimin şurflarla tədqiqi. Xidmət edilən avadanlıq və aparatların mari təmirinin aparılması. Avadanlıq və qaz kəmərlərinin işləməsi, qazın istehsalı və istifadə edilməsi, qazın texnoloji itkilərinin uçotu üzrə qeydiyyat jurnalının aparılması.
Bilməlidir: Neft və qaz çıxarılmasının texnoloji prosesi, neftin qazdan ayrılması; qaz yığım qovşağının kommunikasiyalarının sxemi; qazların və işlədilən ingibitorların xassələri, kükürd tərkibli qazın yığılması və nəql edilməsinin xüsusiyyətləri; qaz faktorunun və qazın texnoloji itkilərinin müəyyən edilməsi üsulları; qaz yığım şəbəkələrində və basqılı qaz kəmərlərində hidrat əmələ gəlməsinin səbəbləri və onunla mübarizə üsulları; qaz obyektlərinin avadanlığın və aparatların texniki xarakteristikası, xidmət edilməsi qaydaları və normal iş rejiminin saxlanılması; nəzarət-ölçü cihazları, avtomatika və telemexanika vasitələrinin. texnika xa rakteristikaları və quruluşu.
4. QAZIN YIĞILMASI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti. Qrup qurğularına, əlavə sıxıcı nasos stansiyalarına, separasiyanın son pillələrinə, yığım məntəqələrinə və əmtəə parklarına xidmət edilməsi; avtomatlaşdırılmış avadanlığın qoyulmuş texnoloji prosesin iş rejiminə salınması. Əsas avtomatika vasitələrinin tənzimlənməsi və iş rejiminə nəzarət edilməsi; yerüstü və yeraltı avadanlığın, kommunikasiyanın, bağlayıcı, ayırıcı, qoruyucu və tənzimləyici armaturanın təmirinin təşkili və bu işdə şəxsən iştirak edilməsi. Qaz və kondensat itkilərinin azaldılması üzrə texniki və texnoloji tədbirlərin həyata keçirilməsi, qazın yığılması, hazırlanması və nəql edilməsi texnoloji prosesinin təkmilləşdirilməsi. Qaz analizatorları tətbiq etməklə hava nümunəsi götürülməsi və onun qazlılığının müəyyən edilməsi. Briqadanın işinə rəhbərlik etmək.
Bilməlidir: İşlənilən yatağın xarakteristikası; yerüstü avadanlığını, quyuların, neft və qazın separasiya punktlarının təyinatı və quruluşu; qazın və kondensatın yığılması və nəql edilməsinin texnoloji sxemi; qaz amilinin müəyyən edilməsi üsulları, təzyiq və səviyyə tənzimləyicilərinin işi, neft ayırıcıları, nəzarət-ölçü cihazları, qaz kəmərlərinin izolyasiyasına nəzarət edilməsi; qaz kəmərlərinin izolyasiyasında işlədilən materiallar; separasiya məntəqələrində və qaz kəmərlərində od və qaz təhlükəli işlərin aparılması qaydaları, mərkəzdənqaçma və vintvari nasoslarım iş prinsipi; yüksək kükürdlü neftlərin qazının yığılması və işlədilməsinin xüsusiyyətləri; metanolun, ingibitorların və qazların xüsusiyyətləri.
5. QALDIRICININ MAŞİNİSTİ
İşin xüsusiyyəti . Quyuların əsaslı və cari təmiri prosesində qaldırıcıya, aqre qata xidmət edilməsi. Qaldırıcının (aqreqatın) işə hazırlanması Qaldırıcının qu raşdırılması, sökülməsi, quyunun təmirə hazırlanması və təmirin başa çatdırıl ması işlərində iştirak edilməsi. Tal sisteminin qurulmasında iştirak etmək. Bütün endirmə-qaldırma əməliyaytlarında bucurğadın idarə edilməsi. Qaldırıcıda qoyul muş güc elektrik generatorunun idarə edilməsi, Quyuların əsaslı və yeraltı təmiri işlərində, quyu ağzının avadanlıqla təchiz edilməsində iştirak etmək. Qaldırıcı nın işinin uçotu jurnalının aparılması. Avtomaşını və yaxud traktoru idarə etmək, yanacaqla doldurmaq. Qaldırıcının , avtomobilin, traktorun mexanizmlərinin cari təmirinin aparılması.
Bilməlidir. Neft, qaz və başqa faydalı qazıntıların çıxarılmasının texnoloji prosesi, traktor qaldırıcının, səyyar aqreqatın, mexanizmlərin, alətlərin, tal sisteminin texniki xarakteristikası və istismar qaydaları; texnoloji prosesi və quyuların əsaslı və cari yeraltı təmirinin növləri; yanacaq və sürtkü materiallarının markaları və çeşidləri; elektrotexnikanın əsasları və çilingər işi.
Mürəkkəbliyi I kateqoriya olan quyularda yeraltı və əsaslı təmir işləri apardıqda -5-ci dərəcə
Mürəkkəbliyi II kateqoriya olan quyularda yeraltı və əsaslı təmir işləri apardıqda – 6-cı dərəcə
6. QUYU DEBİTİNİ ÖLÇƏN
İşin xüsusiyyəti . Traplarda. separatorlarda, ölçü çənlərində neftin və suyun ölçülməsi. Tutumlardan və quyuların atqı xətlərindən maye nümunəsinin göturülməsi. Debit ölçüldükdən sonra neftin ölçü çənlərindən (tutumlarından) boşaldılması.
Bilməlidir. Neft çıxarılmasının elementar əsasları və neft quyularının istismar üsulları; mədəndə neft və qaz yığılmasının sxemi, fərdi və qrup qurğularının, trapların, debiti ölçən cihazların və sadə nəzarət-ölçü cihazlarının texniki xarakteristikası və quruluşu, mayelərin fiziki xüsusiyyətləri haqqında elementar məlumat.
7. QUYU DEBİTİNİ ÖLÇƏN
İşin xüsusiyyəti . Hasil edilən qazın ölçülməsi, qaz faktorunun müəyyən edilməsi. Avtomatlaşdırılmış qrup ölçü qurğularında quyu debitinin yoxlama ölçülərinin aparılması. Ölçülər aparılan zaman qrup qurğularının işinə nəzarət etmək. Qrup qurğularının məsafədən idarə edilməsinin əl ilə idarəyə keçirilməsi. Quyuların qrup ölçü qurğusunun qəbuluna keçirilməsi.
Qrup ölçü qurğularından nümunə götürülməsi. Ölçülər jurnalının aparılması.
Bilməlidir. Neft və qaz quyularının istismar üsulları; qrup ölçü qurğularının quruluşu və texniki xarakteristikası; mədəndə neft və qaz yığılmasının sxemi; neftdə suyun miqdarının və neftin xüsusi çəkisinin müəyyən edilməsi üsulları; debit ölçənin avtomatika vasitələri və nəzarət-ölçü cihazlarının quruluşu və iş prinsipi.
3 . QUYULARIN ƏSASLI TƏMİRİ ÜZRƏ QAZIMAÇI
İşin xüsusiyyəti . Traktor və avtomaşın şassisi üzərində qurulmuş aqreqat və qaldırıcılarla quyuların əsaslı təmiri texnoloji prosesinin aparılması. Qaldırıcı aqreqatın, avadanlığın, qurğuların, alətlərin texniki vəziyyətinin yoxlanılması və onların işə hazırlanması. Maçtın qaldırılması və mərkəzləşdirilməsi, lövbərlərin yoxlanılması. Tal sistemində kanatın qurulması və yığışdırılması və quyunun təmiri prosesində avadanlığın dəyişdirilməsi. Müxtəlif istismar üsulları ilə işləyən quyuların üzərindəki avadanlığın sökülməsi və yığılması, qoruyucu kəmərlərin, qazıma və nasos-kompressor borularının quyuya endirilməsi və qaldırılması. Qazıma və tutma alətlərinin yığılması və sökülməsi. Quyuların yastı. və konus möhürlə və yaxud şablonla yoxlanılması. Sement körpülərinin qoyulması və qazılması. Neft, qaz quyularında və vurucu quyularda hazırlıq və son işlərin, mürəkkəb izolyasiya və tutma işlərinin aparılması. Qum tıxaclarının yuyulması və qazılması. Endirmə-qaldırma əməliyyatları zamanı quyuda maye səviyyəsinə nəzarət edilməsi. Quyuda qəza və çətinliklərin qarşısının almaq üçün tədbirlərin görülməsi. Quyunun istismar kəmərində pəncərə açılması və yeni quyu xəttinin qazılıb kəmər buraxılması, maili qazıma aparıl ması və yeni quyu xəttinin genişləndirilməsi, istismar kəmərinin buraxılması dibinin turşu və yaxud termiki üsulla işlənməsi, pakerlərin və söykənən lövbərlər n oturdulması və azad edilib qaldırılması, müxtəlif səbəblərdən quyuda qalmış əşyaların frezerlə qazılması və quyudan qaldırılıb çıxarılması, gil və sem ent məhlullarının hazırlanması və lazımi parametrlərin saxlanılması, quyuda hazırlıq və sementləmə işlərinin aparılması, kəmərin atqı və vurucu xətlərinin kipliyə yoxlanılması üçün quyunun hazırlanması, neft, qaz və vurucu quyuların sınanmaya hazırlanması. Atqıya qarşı kiçik ölçülü avadanlığın (preventorun), fırlanğıcın (vertluqun), işçi boruların, yuma nasoslarının quraşdırılması və sökülməsi. Avadanlıq və alətlərin cari təmirinin bilavasitə quyuda aparılması, işıqlandırıcı cihazların və mexanizmlərin dövrəyə qoşulması və açılması, boruların bağlanması və açılması. Layların hidravlik yarılması, hidravlik qum şırnaqlı perforasiya aparılması işlərində müxtəlif istismar üsulları ilə quyuların tədqiq edilməsində, kanat üsulu ilə quyuların təmirində iştirak edilməsi.
Bilməlidir. Quyuların konstruksiyası, quyularda aparılan təmir işlərinin xarakteri və xüsusiyyətləri, onların icra edilməsinin texnoloji qaydaları; quyuların əsaslı təmir işlərinin texnologiyası, quyuların qazılması və mənimsənilməsi, neft və qaz hasilatı, neft hasilatının intensivləşdirilməsi texnologiyasının əsasları; izolyasiya və tutma işlərinin aparılması qaydaları; iş yerinin təşkilinin tipik layihələri, qabaqcıl və təhlükəsiz əmək üsullarının xəritələri; qaldırıcı qurğuların və mexanizmlərin konstruksiyaları, quruluşları, iş prinsipləri, texniki xarakteristikaları və istismar qaydaları; əsas və köməkçi qazıma avadanlığının, nəzarət-ölçü cihazlarının, kiçik mexanizasiya elementlərinin, tullantıya qarşı avadanlığın (preventorun) tipləri; quyularda neft, qaz tullantıları 80 çətinliklərlə mübarizə üsulları, gil məhlulu, tamponlayıcı qarışıqlar və kimyəvi reagentlər hazırlanması, quyularda qum tıxaclarının təmizlənməsi və qazılması üsulları; quyularda maili yeni quyu xəttinin kəsilib qazılması, qazıma alətinin və əyici alətlərin istiqamətlənmiş buraxılması texnologiyası; qazıma alətinin və əyici alətlərin quyu dibinə oturmasının müəyyən edilməsi üsulları, quyu dibinin turşularla və termiki üsullarla işlənməsi; işlədilən yiv birləşmələrinin standartları; quyuda olan kəmərin və başqa əşyaların vəziyyətinin möhürün üzərindəki izinə əsasən müəyyən edilmə üsulları; quyuların mənimsənilməsi üsulları, avadanlığın birləşdirilməsinin sxemi.
Orta ixtisas təhsili tələb olunur.
Mürəkkəbliyi I kateqoriya olan quyularda işlədikdə – 5-ci dərəcə;
Mürəkkəbliyi II kateqoriya olan quyularda işlədikdə – 6-cı dərəcə
Qeyd: Quyuların əsaslı təmirinin mürəkkəblik dərəcəsinə görə kateqoriyalarının tipik göstəriciləri sorğu kitabçasının axırında verilmişdir.
9. QUYULARIN ƏSASLI VƏ YERALTI TƏMİRLƏRƏ HAZIRLANMASI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Quyuların təmirə hazırlanması. Tal sisteminin asılması, yığışdırılması işlərinin görülməsi, tal blokunun, qarmağın asılması və çıxarılması. Dartıcı diyircəklərin, kranblok roliklərinin və dartıcıların dəyişdirilməsi. Boruların parafindən və çirklənmədən yuyulub təmizlənməsi, quyu dibi ətrafının işlənməsi prosesini aparmaq üçün hazırlıq işlərinin görülməsi. Döşəmənin, körpülərin və pilləkənlərin təmiri. Boru və ştanqların çeşidlənməsi, muftların, üzüklərin və nipellərin açılıb bağlanması. Boru və ştanqların üst-üstə yığılması. Lazımi reagentlərin, mayelərin və məhlulların hazırlanmasında iştirak edilməsi. Quyula rın təmirə hazırlanmasında takelaj, dülgər, çilingər və torpaq işlərinin görəlməsi. Səyyar qaldırıcı qurğuların (vışka, dirək) və aqreqatların aparılıb quyuda qurul masında iştirak edilməsi, quyuda yoxlanılması və mərkəzləşdirilməsi, yeraltı və əsaslı təmirdən əvvəl quyunun saxlanılması.
Bilməlidir. Quyuların yeraltı və əsaslı təmiri zamanı işlədilən avadanlığın, aqreqatların, materialların, alətlərin və reagentlərin təyinatı və növləri, tal sisteminin qurulmasının növləri; qapdırıcı qurğular (vışka dirək) və onların bərkidilmə qaydaları; çilingər, dülgər və takelaj işlərinin əsas növləri; yükləmə-boşaltma işlərində istifadə edilən əsas alətlər quyuların əsaslı və yeraltı təmirinin növləri.
Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında işlədikdə – 2-ci dərəcə.
10. QUYULARIN ƏSASLI VƏ YERALTI TƏMİRLƏRƏ HAZIRLANMASI ÜZRƏ OPERATOR
4-cü dərəcə
İşin xüsusiyyəti . Səyyar qaldırıcı qurğuların (vışka, dirək) və aqreqatların qurulması, yoxlanılması və mərkəzləşdirilməsi. Ştanqların asılması və boruların barmaq arxasına qoyulması üçün avadanlığın qurulması və yoxlanılması, pərsəng başlığının yana çevrilməsi üçün qurğunun yoxlanılması və nasazlıqların aradan qaldırılması. Quyuların saxlanılması üçün müxtəlif məhlulların hazırlanması. Təmirdən əvvəl quyuların dayandırılması və boşaldılması prosesində iştirak etmək. Təmirdən sonra son işlərin görülməsi.
Bilməlidir.
Quyuların yeraltı və əsaslı təmiri zamanı işlədilən avadanlığın, aqreqatların, materialların, alətlərin və reagentlərin təyinatı və növləri, tal sisteminin qurulmasının növləri; qaldırıcı qurğular (vışka, dirək) və onların bərkidilmə qaydaları; çilingər, dülgər və takelaj işlərinin əsas növləri; yükləmə-boşaltma işlərində istifadə edilən əsas alətlər; quyuların əsaslı və yeraltı təmirinin növləri.
11. QUYULARIN ƏSASLI VƏ YERALTI TƏMİRLƏRƏ HAZIRLANMASI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Səyyar qaldırıcı qurğuların (vışka, dirək) və aqreqatların yerinin dəyişdirilməsi və quyuda qurulması və mərkəzləşdirilməsinə nəzarət edilməsi. Yeraltı və əsaslı təmirdən əvvəl quyunun saxlanılıb təzyiqinin atmosfer təzyiqinə qədər aşağı salınması (boşaldılması) və təmirdən sonra quyunun yuyulması. Güc və külək dartıcılarının yerinin müəyyən edilməsi və qurulması. Verilmiş texnoloji Prosesə uyğun olaraq səyyar qaldırıcı qurğunun və aqreqat avadanlığının yerləşdirilməsi və qurulması, Aşağı ixtisaslı operatorların işinə rəhbərlik,
Bilməlidir. Qaldırıcı qurğuların yerinin dəyişdirilməsi qaydaları; vışkanın hissələrində və birləşmələrində yerdəyişmələrin aradan qaldırılması qaydaları; müxtəlif məhlullarla quyuların saxlanılması üsulları və qaydaları; aldırıcı qurğunun (vışka, dirək) yerinin dəyişdirilmə marşrutunun sxemi: müxtəlif məhlulların hazırlanması və onlardan istifadə olunması üsulları.
12. QUYULARIN ƏSASLI TƏMİRİNDƏ QAZMAÇI KÖMƏKÇİSİ
İşin xüsusiyyəti . Quyuların əsaslı təmiri texnoloji prosesinin aparılmasında, quyularda əsaslı təmirin aparılması uçun hazırlıq işlərində iştirak edilməsi. Nasos-kompressor qazıma borularının barmaq arxasına yığılmasında hündürlük işlərin görülməsi. Yuyucu nasosların parametrlərinə nəzarət edilməsi; maşın açarlarının asılması və avtomat açarların qurulması, məhlulun dövretmə sisteminə nəzarət edilməsi onun qazılmış süxurlardan (şlamdan) təmizlənməsi; avadanlıq və alətlərin yollanmasında və yağlanmasında, tal sisteminin yığılmasında və ləvazimatın dəyişdirilməsində iştirak edilməsi. Endir-qaldırma zamanı qazıma və nasos-kompressor borularının körpünün üstünə və yaxud barmaq arxasına yığılması işlərinin aparılması. Boruların ölçülməsində iştirak edilməsi. Tal sisteminin sazlığına nəzarət edilməsi, Endir-qaldırma əməliyyatında boru və ştanqların bağlanıb-açılması üçün açarların, elevatorların və avtomatların hazırlanması. Yürüş pilləkənlərinin və körpülərin sazlığına nəzarət edilməsi. Sementləyici qarışıqların və kimyəvi qarışıqların hazırlanmasında, quyuların turşularla və hidrometrik işlənməsində, tutma, tədqiqat və perforasiya işlərinin aparılmasında, quyuların mənimsənilməsində, kanat üsulu ilə quyuların təmir edilməsində, turboburların və dərinlik mühərriklərinin yığılması, sökülməsi və sınanmasında iştirak edilməsi. Bilavasitə quyularda avadanlığın və alətlərin cari təmirinin aparılması. Rotorun, rotor ötürməsinin, basqı mayelərinin parametrlərini, tamponlayıcı qarışıqların və kimyəvi reagentlə rin saz vəziyyətdə olmasına lazımi nəzarət edilməsi. Quyuda elektrik avadanlığı və işıqlandırıcı cihazların xəttə qoşulması və açılması.
Bilməlidir . Quyuların əsaslı təmirinin texnologiyasının əsasları; quyuların əsaslı təmirində işlədilən avadanlıqların, mexanizmlərin və nəzarət-ölçü cihazlarının təyinatı və istismar qaydaları; yuyucu nasosların işəsalınma qaydası, onla rın konstruksiyaları, təmirin texnologiyası; işlədilən kiplik yaradıcı qarışıqlar, kimyəvi reagentlər, gil məhlulları və onların hazırlanması üsulları haqqında məlumat, turşular və qələvilərlə işləmə qaydaları; quyuların mənimsənilməsi qaydaları; avadanlığın əlaqələndirmə sxemi; elevatorların və qaldırıcı qarmaqların, tal bloklarının, kranblokların, fırlanğıcların və kanatların növləri və ölçüləri; istifadə olunan nəzarət-ölçü cihazlarının iş prinsipi; qaldırıcı tikililərin və mexanizmlərin quruluşu; endirmə-qaldırma zamanı və alətin əlavə edildikdə əməliyyat ardıcıllığı; istifadə olunan alətlər və onlardan istifadə edilməsi qaydaları; pillə kənlərin və keçidlərin kranblok meydançalarının və şamların qoyulması üçün barmaqların quruluşu, tullantıya qarşı avadanlığın (preventorun) idarə olunması; iş yerinin təşkilinin tipik layihələri və qabaqcıl və təhlükəsiz iş üsullarının xəritələri. Mürəkkəbliyi I kateqoriya olan quyularda işlədikdə – IV dərəcə;
Mürəkkəbliyi I kateqoriya olan quyularda işlədikdə – V dərəcə.
13. QUYULARIN YERALTI TƏMİRİ ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Quyuların yeraltı təmir işlərinin aparılması. Birsıralı ilə ikisıralı liftlərin, parafinli boruların, dərinlik nasoslarının, bir quyu vasitəsilə bir neçə layın birlikdə istismarının, qazlift klapanlarının dəyişdiril məsi. Dərinlik nasoslarının batırılma dərinliyinin dəyişdirilməsi, ştanqların qırılması və açılmasının qarşısının alınması. Dərinlik nasosunun aşağı klapa nının yuyulması və plunjerin pərçimlənmədən azad edilməsi. Qaz və qum lövbərləri nin sökülməsi və təmizlənməsi. Quyuların qum tıxaclarından və gil məhlulundan yuyulub təmizlənməsi. Quyuların isti neftlə və başqa kimyəvi reagentlərlə yuyulması. Quyu xət lərində hidrat tıxaclarının ləğv edilməsi, istismar kəmərinin parafindən, duz çöküntüsündən və qatrandan təmizlənməsi. Quyuların bir istismar üsulundan başqa istis mar üsuluna keçirilməsi. Quyuların perforasiya və geofizik tədqiqat işləri aparıl masına hazırlanması. Müxtəlif istismar üsullarında quyuüstü avadanlığın sökülməsi və yığılması. Avadanlıq və alətlər üzərində profilaktik işin aparılması. Yeraltı təmirlə əlaqədar yükləmə-boşaltma işində iştirak etmək. Vurucu quyuların qəbul etmə qabiliyyətinin bərpa edilməsi və artırılması tədbirlərinin həyata keçirilməsi. Səy yar aqreqatların və quyuların quraşdırılması və bərkidilməsi. Quyuların təmirə hazırlayan briqadalar olmayan mədənlərdə qaldırıcıların qurulması və quyuların təmirə hazırlanması ilə əlaqədar bütün işlərin görülməsi. Ştepsel ayırıcısı olan quyularda elektrik avadanlığının xəttə qoşulması və xətdən açılması.
Bilməlidir . Quyuların istismar üsulları; neft, qaz və vurucu quyuların konstruk siyaları; yeraltı təmirlərin aparılması texnologiyası və quyuların mənimsənilməsi; qaldırıcı qurğuların, tal sisteminin və onun elementlərinin, dərinlik nasoslarının, quyuların yeraltı təmirində işlədilən qazlift klapanlarının təyinatı, quruluş və istismar qaydaları; nasos-kompressor borularının və ştanqların mexanikləşdirilmiş açılıb bağlanması üçün avtomatların, kabelsarıyanın və çəki indikatorunun quruluş və iş prinsipi; endirmə-qaldırma əməliyyatlarının mexanikləşdirmə və avtomatlaşdırma vasitələri; hidro və pnevmosistemlər və onların quruluşu haqqında əsas məlumatları; qaldırılan yükdən asılı olaraq təchid etmə üsulları və tal sisteminin təchizatının hesablanması; tullantıya qarşı avadanlığın (kiçik qabaritli preventorların) quruluş və onun qurulması qaydaları; qaz-qum lövbərlərin və onların tətbiq edilməsi; quyuların yeraltı təmirində işlədilən alətlərin növləri və onlar-dan istifadə edilməsi qaydaları; müxtəlif avadanlıq və müxtəlif quyu daxili avadanlıqda boruların və ştanqların buraxılıb qaldırılmasına icazə verilən sürətlərin; qum tıxacının yuyulması prosesinin hesabı; əməyin səmərəli təşkilinin qüvvədə olan instruktiv katraları; mancanaq dəzgahının və işıqlandırma aparatlarının qoşulma qaydaları. Orta ixtisas təhsili tələb olunur.
Mürəkkəbliyi I kateqoriya olan quyularda daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında yeraltı təmir işi apardıqda – IV dərəcə;
Mürəkkəbliyi I kateqoriya və yaxud mürəkkəbliyi II kateqoriya olan quyularda daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında yeraltı təmir işi apardıqda – V dərəcə;
Mürəkkəbliyi İ kateqoriya olan quyularda yeraltı təmir işi apardıqda – VI dərəcə.
14. QUYULARIN KİMYƏVİ EMALI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Kimyəvi reagentlərin və avadanlığın hazırlanması. Yuxarı və aşağı təzyiqli metal boru xətlərinin quraşdırılması və sökülməsi. Vurulan məhlulun miqdarının ölçülməsi. Duz turşusunun qatılığının müəyyən edilməsi və kimyəvi reagentlərin dozalarla verilməsi. İstiliklə quyuların işlənməsində iştirak edilməsi. Avadanlığın xırda təmirinin aparılması.
Bilməlidir . Neft və qaz çıxarılması texnologiyasının əsasları; neft və qaz yataqları və neft çıxarılmasının intensivləşdirilməsi üsulları haqqında əsas anlayışlar; quyuların termiki və kimyəvi işlənməsinin təyinatı; işlədilən avadanlığın quruluş və iş prinsipi; kimyəvi reagentlərin hazırlanması və onların saxlanması qaydaları, kimyəvi reagentlərin yüklənməsi və boşaldılması qaydaları.
Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altımda işlədikdə – II dərəcə.
15. QUYULARIN KİMYƏVİ EMALI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Quyuların kimyəvi işlənməsi üzrə texnoloji proseslərin aparılması. Kartoqrama qoyulması və qeydedici nəzarət-ölçü cihazlarının göstəricilərinə nəzarət edilməsi. Kimyəvi reagentlərin dozalarla verilməsinə rəhbərlik edilməsi. Vurucu xətlərin quraşdırılması, sökülməsi, kimyəvi reagentlərin 100 atm-ə qədər təzyiq altında vurulması. Termiki işləmə prosesinə nəzarət edilməsi. Parametrlərin qeyd edilməsi.
Bilməlidir . Quyuların termiki və kimyəvi işlənməsi texnologiyası; xidmət edilən avadanlığın, turşunun konsentrasiyasını müəyyən edilən cihazların, quyuların termiki və kimyəvi işlənməsinin və nəzarət-ölçü cihazlarının texniki xarakteristikası, təyinatı və iş prinsipi.
16. QUYULARIN KİMYƏVİ EMALI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Quyuların kimyəvi işlənməsi üzrə texnoloji proseslərin aparılması və işlərin əlaqələndirilməsi. Vurulan mayenin parametrlərinin hesablanması. Xətlərin kipliyinin sınanması, quyuların qəbuletmə qabiliyyətinin yoxlanması. Kimyəvi reagentlərin 100 atm təzyiqdən yuxarı təzyiqlərdə vurulması. Aqreqatların nasoslarına maye verilməsinin tənzimlənməsi. Quyu ağzında cihazların qurulması, quyu ağzı armatura ilə birləşdirilməsi. Quyularda dərinlik nasoslarının işini dinamo-metrlə öyrənilməsi. Avtomatika və telemexanika vasitələrinin təmirində iştirak edilməsi, ilkin elementlərin sazlanması, Növbə sənədlərinin aparılması. Növbənin qəbul edilib təhvil verilməsi.
Bilməlidir . Neft və qaz çıxarılması texnologiyası; quyuların kimyəvi işlənməsi texnologiyası; xidmət edilən avadanlığın, kimyəvi reagentlərin konsentrasiyasını müəyyən edən cihazların, quyuların kimyəvi işlənməsini və nəzarət-ölçü cihazlarının texniki xarakteristikası, konstruksiyası və istismar qaydaları; məhlullar hazırlanmasının resepturası və texnologiyası; kimyəvi reagentlərin hazırlanması, daşınması və saxlanması üsulları; xidmət edilən aparatların, avtomatika və telemexanikanın, dispetçerləşdirmənin sxemi; aşağı gərginlikli və elektromexaniki qurğularda işləmə qaydaları.
17. QUYULARIN TƏDQİQİ ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Dərinlik bucurğadı vasitəsilə quyunun dərinliyinin ölçülməsi, mayenin səviyyəsi və su-neft ayırıcı səviyyəsinin ölçülməsi, quyunun istismar kəmərinin şablonla yoxlanılması və dibinin dərinliyinin müəyyən edilməsi, Quyuda hasilatın ölçülməsi. Quyularda neft və qazın hasilatının ölçülməsi, dinamometrlə nasosun işinin tədqiq edilməsi, dərinlik cihazları ilə tədqiqat işlərinin aparılması, tədqiqat cihazlarının və dərinlik bucurğadının profilaktik yoxlanılması, hazırlıq və son əməliyyatın aparılması.
Bilməlidir . Neft və qaz yatağı və onun istismar rejimi haqqında əsas məlumatlar, quyuların istismar üsulları və onların tədqiq edilmə qaydaları; quyuağzı avadanlığın, bucurğadın, dinamoqrafın, məsafədən qeydedici cihazların təyinatı, quruluşu və istismarı qaydaları; ölçü cihazlarının güc və işıq xətlərinə qoşulması qaydaları.
18. QUYULARIN TƏDQİQİ ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . İstismar və vurucu quyularda dib və lay təzyiqinin ölçülməsi. Exolot və dalğaölçən vasitəsilə quyuda mayenin səviyyəsinin ölçülməsi, səviyyənin bərpa olunmasının (düşməsinin) izlənməsi, neft və qazın ölçülməsi və qaz faktorunun müəyyən edilməsi. Məsafədən ölçən cihazlarla (hasilat ölçən, sərf ölçən, termometr, nəmlik ölçən, manometr, qaz analizatoru) tədqiqatlar aparılmasında iştirak etmək. Tədqiqat işlərinin nəticələrinin müəyyən edilməsi. Avtomaşın və yaxud traktorun idarə olunması. Avadanlıq və cihazların cari təmirinin aparılması.
Bilməlidir . Neft və qaz çıxarılmasının texnoloji prosesi, quyuların tədqiq edilmə üsulları; yerüstü avadanlığın və nəzarət-ölçü cihazlarının texniki xarakteristikası və təyinatı; dərinlik cihazlarının, neft və qaz hasilatının ölçülməsi üçün cihazların istismar qaydaları və qaz faktorunun müəyyən edilməsi; ölçü cihazlarının güc və işıq xətlərinə qoşulması qaydaları.
19. QUYULARIN TƏDQİQİ ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Dərinlik cihazları, məsafədən ölçən və yazıçı cihazlarla müxtəlif növlü tədqiqatların aparılması. İndikator əyrilərinin və təzyiqin bərpa olunması əyrilərinin çıxarılması. Əyri xətli quyularda dibin və maye səviyyəsinin təyin edilməsi. Xüsusi pubrikatordan istifadə etməklə fontan və yüksək təzyiqli kompressor quyularının tədqiq edilməsi. Layların hidravlik dinlənilməsi üsulu ilə tədqiqat işlərinin aparılması. Nümunə götürənin vasitəsi ilə neft və suyun dərinlik nümunələrinin götürülməsi. Tədqiqat materiallarına əsasən ilk rəyin hazırlanması. Quyuların tədqiqat materiallarının işlənməsi. Avtomaşın və yaxud traktorun idarə olunması. Tədqiqat aparatlarının, cihazların və dərinlik bucurğadının profilaktik və cari təmirinin aparılması.
Bilməlidir . Lay fizikası haqqında əsas məlumat; neftin, suyun və qazın fiziki-kimyəvi xüsusiyyətləri; lay təzyiqinin saxlanılması üsulları; neft və qaz yatağının xarakteristikası; quyuların yeraltı və yerüstü avadanlığının, tədqiqat cihazlarının təyinatı və texniki xarakteristikası; tədqiqat materiallarının işlənməsi metodikası; əyrilər və qrafiklər qurulması texnikası; quyuların məhsuldarlıq əmsalının müəyyən edilməsi uçotu.
Orta ixtisas təhsili tələb olunur.
20. DƏNİZ BURUQ ÖZÜLLƏRİ VƏ ESTAKADALARIN QURAŞDIRILMASI VƏ TƏMİRİ ÜZRƏ ÇİLİNGƏR
İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çilingərini rəhbərliyi altında dəniz neft-mədən qurğularının ayrı-ayrı birləşmələrinin sökülməsi, quraşdırılması və dülgər işlərinin yerinə yetirilməsi. Təmir işləri aparmaq üçün iş yerinin hazırlanması. Dəniz estakadalarında dar dəmir yollarının, səkilərin, çarxvurucu tirlərin və çəpərlərin cari təmiri. Estakadanın və dəniz özüllərinin işçi və qoruyucu döşəməsinin qismən sökülüb quraşdırılması. Svay vurucu aqreqatın yığılması, sökülməsi və işə hazırlanmasında iştirak etmək. Dəniz qurğularında təmir işləri aparılmasında elektrik qaynaqçısına köməklik göstərmək.
Bilməlidir . Dəniz neft-mədən tikililərinin təmiri zamanı texnoloji ardıcıllığı; sadə dülgər və çilingər işləri; istifadə edilən dülgər və çilingər alətləri; svayvurma işlərində əsas iş üsulları; konstruksiyaların və yüklərin qaldırılma və aparılma qaydaları.
21. DƏNİZ BURUQ ÖZÜLLƏRİ VƏ ESTAKADALARININ
QURAŞDIRILMASI VƏ TƏMİRİ ÜZRƏ ÇİLİNGƏR
İşin xüsusiyyəti . Dəniz neft-mədən qurğularının təmiri ilə əlaqədar orta mürəkkəblikdə quraşdırma, sökülmə, svayvurma, sementləmə və dülgər işlərinin yerinə yetirilməsi. Dəniz buruqlarının və estakadaların özüllərinin taxta konstruksiyalarının təmiri. Sədə dəniz düyünlərinin bağlanması. Metal konstruksiyaların qaldırılması və endirilməsi üçün stroplardan istifadə edilməsi, dənizin dərinliyinin və svayların uzunluğunun ölçülməsi. Dizel-çəkici qurulması və işə salınması ilə əlaqədar işlərin yerinə yetirilməsi. Svay vuran və qazıma aqreqatının yığılması, sökülməsi, təchiz edilməsi və işə hazırlanmasında iştirak etmək. Panton-asqı meydançalarının və başqa alətlərin yığılıb-suya buraxılması, estakada üzərində dar dəmiryolunun quraşdırılması işlərinin yerinə yetirilməsi. Dəniz buruqlarının və estakada arım metal konstruksiyalarının sualtı hissələrinin korroziyadan katod və protektor mühafizəsi, anod qurğusunun qurulması və təmiri. Qazla kəsmə işlərinin yerinə yetirilməsi.
Bilməlidir . Dəniz buruqlarının və estakadalarının yığılması, sökülməsi və təmirində texnoloji ardıcıllıq; dəniz dibində şurflar qazılması, svay vurulması və təmir olunan birləşmələrin və taxta konstruksiyaların bərkidilməsi; dəniz burularının və estakadaların özüllərinin quraşdırılması, təmiri və sökülməsində işlədilən alətlər, qazıyıb svay vuran mexanizmlərin quruluşu; svayvurma, sementləmə, və estakadaların təmirində işlədilən yük və materialların stropla qaldırılıb aparılması qaydaları.
22. DƏNİZ BURUQ ÖZÜLLƏRİ VƏ ESTAKADALARIN QURAŞDIRILMASI VƏ TƏMİRİ ÜZRƏ ÇİLİNGƏR
İşin xüsusiyyəti. Dəniz neft mədənləri qurğularının təmiri ilə əlaqədar mürəkkəb quraşdırma, sökülmə, svayvurma, sementləmə və dülgər işlərinin yerinə yetirilməsi. Seksiyaların bloklarının, minik meydançalarının, piyadalar üçün körpülərin mərkəzləşdirilib qoyulması. Yerüstü və yeraltı boru şəbəkələrinin və sərtlik künclərinin nişanlanması və yerinə görə hazırlanması. Döşəmənin döşənməsi və təmir işlərinin aparılması. Qaynaq aqreqatına xidmət edilməsi. Qazla kəsmə işlərinin yerinə yetirilməsi.
Bilməlidir . Özüllərin konstruksiyaları, blokların, seksiyaların, suüstü və su-altı əlaqələrin tipləri, ölçüləri və onların texniki xarakteristikaları; svayvurma və bur sementləmə aqreqatının quruluşu və texniki xarakteristikaları; svayvurma və bur sementləmə proseslərinin mahiyyəti; borularım növləri; polad və kətan trosların və burazların tipləri və xarakteristikaları; sadə çilingər dülgər işlərinin yerinə yetirilməsində əsas iş üsulu; sement məhlulu hazırlamaq üçün suyun və sementindəki və həcm nisbətləri; bur sementləmə və svayvurma işlərində yuxarıda iş aparılması; qaynaq aqreqatlarının iş prinsipi və istismar qaydaları. Sementləmə, çilingər və estakadaların təmirində işlədilən yük və materialların stropla qaldırılıb aparılması qaydaları.
23. DƏNİZ BURUQ ÖZÜLLƏRİ VƏ ESTAKADALARIN QURAŞDIRILMASI VƏ TƏMİRİ ÜZRƏ ÇİLİNGƏR
İşin xüsusiyyəti. Dəniz azıma özüllərinin və estakadaların təmirində briqadanın işinin yerinə yetirilməsi və əlaqələndirilməsi. Svayların hazırlanması və vurulmasında, dəniz dibində şurf qazılması, qazıma alətinin endirilib qaldırılmasında, sementləmə borularının, boru armaturasının, şurfun sement məhlulu ilə sementlənməsində iştirak edilməsi. Şablon üzrə kəsmək üçün nişanlar vurulması; şöbələrin, fermaların, minik meydançalarının, keçid körpülərinin mərkəzləşdirilməsi, suüstü və sualtı əlaqələrin qurulması və bərkidilməsi, dəniz qazıma özüllərinin və estakadaların bloklarının və seksiyalarının, fermalarının və riqellərin qurulması və bərkidilməsi. Brusların və döşəmə örtüyünün döşənməsində, genişləndirilməsində və bərkidilməsində iştirak edilməsi. Mürəkkəb şablonların hazırlanması. İşin uçotunun aparılması.
Bilməlidir. Təmir işlərində istifadə olunan tikinti mexanizmlərinin və avadanlıqlarının konstruksiyası və texniki xarakteristikası, onların istismar qaydaları, işdə ola biləcək nasazlıqlar və onların aradan qaldırılması üsulları; fundament tirlərinin və s. bərkidilməsi üçün boru əlaqələrinin yerləşmə sxemi.
24. DƏNİZDƏ ÜZƏN QAZIMA AQREQATININ QAZIMAÇISI
İşin xüsusiyyəti . Dəniz quyuları özüllərinin ayaqları üçün svayların geydiriləcəyi şurfların qazılması. Qazıma alətinin, sementlənəcək boruların və armaturun endirilib qaldırılması. Şurfların və svayların sement məhlulu ilə sementlənməsi. Qazıma alətinin yoxlanılması və baltaların işlənmə dərəcəsinin müəyyən edilməsi. Baltanın işləməsinə əsasən qazılan süxurların xüsusiyyətlərinin təyin edilməsi.
Dəniz dibi süxurlarının xüsusiyyətindən asılı olaraq qazımanın səmərəli rejiminin seçilməsi. Tutma işlərinin görülməsi. Sement məhlulunun hazırlanması. Qazıma aqreqatı avadanlığının və qazıma alətinin xırda təmiri. Qazıma növbəsinin (briqada-sının) işinə rəhbərlik edilməsi və görülən işlərin uçotunun aparılması.
Bilməlidir. Dənizdə rotor üsulu ilə vertikal şurfların qazılması texnoloji prosesi və qaydaları; üzən səyyar qazma aqreqatının konstruksiyası və texniki xarakteristikası; dəniz buruqları üçün böyük bloklu özüllər; süxurların geoloji xarakteristikasından asılı olaraq səmərəli qazma rejiminin seçilməsi; verilmiş istiqamətdə və parametrlərə əsasən qazıma nöqtəsinin tapılması qaydaları; armatur hazırlanması üçün işlədilən boruların növləri; işlədilən polad trosların, kətan burazların tipləri və onların istismar qaydaları; avadanlığın, alətlərin və konstuksiyaların təhlükəsiz ilişdirilib qaldırılması qaydaları və s.
25. DƏNİZDƏ ÜZƏN QAZIMA AQREQATININ
QAZIMAÇI KÖMƏKÇİSİ
İşin xüsusiyyəti. Üzən qazma aqreqatının dənizdə qazma nöqtəsində qurulmasında; aqreqatın işə Hazırlanması, qazıma alətinin endirilməsi və qaldırılmasında iştirak edilməsi, alətin, bucurğadın və nasosun yoxlanılması və hazırlanması; ayrı-ayrı birləşmələrin yağlanması və bərkidilməsi.
Bilməlidir. Dənizdə vertikal şurfların qazılması texnoloji prosesi; şurflar qazılmasının texnologiyası və ardıcıllığı, alətin və armaturanın endirilməsi və qaldırılması, şurfların və svayların sement məhlulu ilə sementlənməsi; istifadə edilən alətləri, sadə dəniz düyünlərinin bağlanması.
26. DƏNİZDƏ ÜZƏN QAZIMA AQREQATININ
QAZIMAÇI KÖMƏKÇİSİ
İşin xüsusiyyəti. Daha yüksək qazımaçının rəhbərliyi altında dənizdə qazıma prosesinin aparılması. Bütün tipli dayaqlar, taxtalar və hissələr qurulması və bərkidilməsi. Nasos aqreqatının işinə nəzarət və onun idarə edilməsi. Sement məhlulunun hazırlanması. Şurfların və svayların sementlənməsi. İşlədilən alətin sazlığına nəzarət edilməsi.
Bilməlidir. Dənizdə qazıma prosesinin texnologiyası; qəzaların səbəbləri, onların qarşısının alınması və ləğv edilməsi üsulları; qazıma avadanlığının və alətin quruluşu və iş prinsipi; dəniz buruqları özüllərinin, bloklarının, taxtalarının və hissələrinin tipləri və ölçüləri; tal sisteminin, kran-blokun, qapmağın və fırlanğıcın konstruksiyası və təyinatı, işlədilən polad və kətan trosların, burazların növləri; üzən qazma aqreqatında qoyulmuş nəzarət-ölçü cihazlarının təyinatı və onlardan istifadə edilməsi qaydaları.
27. DƏNİZDƏ ÜZƏN QAZIMA AQREQATININ
İşin xüsusiyyəti. Dənizdə üzən səyyar qazıma aqreqatı mühərrikinin işinin idarə və ona xidmət edilməsi. Mühərrikin işində nasazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması. Akkumlyatorların doldurulması. Dəniz buruqlarının özüllərinin və estakadaların təmiri ilə əlaqədar işlərin icra edilməsi. Mühərrikin işi üzrə jurnalda qeydlər aparılması, yanacaq və yağ materiallarının sərf edilməsinin uçotu. Mühərrikin texniki vəziyyətinin nəzərdən keçirilməsi və təmiri.
Bilməlidir . Dənizdə vertikal şurfların qazılması prosesi; üzən səyyar qazıma aqreqatlarında qoyulmuş daxili yanacaq mühərriklərinin yanacaqla təmin olunma sistemi; onların yağlanması, işə salınması, saxlanması və soyudulması qaydaları; intiqalın və avadanlığın qoşma və keçirilmə mexanizminin quruluşu; akkumlyatorlarının; quruluşu və onların doldurulması qaydaları; daxili yanacaq mühərrikləri üçün işlədilən yanacaq və yağların tərkibi və xassələri; mühərriklərə xidmət edilməsi və onların təmiri zamanı lazım olan cihazlar və alətlər və onlardan istifadə edilməsi qaydaları; görülən iş həcmində çilingər işi.
28. YUYUCU AQREQATIN MAŞİNİSTİ
İşin xüsusiyyəti . Avtomobil və yaxud traktor şassisi üzərində qurulmuş yuyucu və turşu vurucu aqreqatlara xidmət edilməsi. Aqreqatın obyektdə işləmək üçün hazırlanması. Texnoloji sxem üzrə aqreqatın quyu ağzı ilə birləşdirilməsi. Yüksək və alçaq təzyiqli xətlərin quraşdırılması, sökülməsi, birləşdirilməsi və kipliyə yoxlanılması. Quyu dibinin drenaj edilməsi, yuyulması və kipliyə yoxlanılması. Quyuların işlənməsi üçün kimyəvi reagentlərin, turşu və qələvilərin vurulması. Quyuların quyu dibi ətrafının kimyəvi işlənməsi texnoloji prosesində və sementləmə işlərinin aparılmasında iştirak edilməsi. Qazıma məhlulunun və kimyəvi reagentlərin sərfinə və aqreqatın mexanizmlərinin işinə nəzarət edilməsi Avtomobilin və yaxud traktorun yanacaqla doldurulması. Aqreqatın, avtomobilin, yaxud traktorun mexanizmlərinin cari təmirinin aparılması.
Bilməlidir . Avtomobilin, yaxud traktorun, yuyucu nasosun, quyuların armaturasının və avadanlığının quruluşu və istismar qaydaları: quyuların yuyulması texnoloji prosesi, kipliyə yoxlanılması, kimyəvi reagentlər, turşular və qələvilər vurulması; qazıma məhlulunun kimyəvi reagentlərin, turşuların, qələvilərin fiziki-kimyəvi xüsusiyyətləri, onlarla rəftar etmə qaydaları; görülək işlər həcmində çilingər işi.
İşçi təzyiqi 10 MPa (100 kq q/ke sm) qədər (10 MPa daxil olmaqla> olan yuyucu və turşu aqreqatlarında işlədikdə 4-cü dərəcə
İşçi təzyiqi 10 MPa-dan 15MPa (100-150 kq q/kv sm) qədər (15 MPa daxil olmaqla) olan yuyucu və turşu aqreqatlarında işlədikdə 5-ci dərəcə
İşçi təziyqi 15 MPa (150 kq q/kv sm)-dan artıq yuyucu və turşu aqreqatlarında işlədikdə 6-cı dərəcə
29. LAYA İŞÇİ AGENTİN VURULMASI ÜZRƏ
NASOS STANSİYASININ MAŞİNİSTİ
İşin xüsusiyyəti . Birləşmiş nasos stansiyalarının, blokda birləşmiş nasos stansiYalarının, duzsuz (şirin) və yüksək minerallaşmış çirkab suların vurulması üçün elektrik mərkəzdənqaçma dalma qurğularının avadanlıqlarına, supaylayıcı qurğulara, suyun yığılması və hazırlanması qurğularına, yağ sisteminin hava ilə soyudulan aparatlarına, ventilyasiya qurğularının, avtomatik işləmə sistemlərinə xidmət edil-məsi. Nasosların və elektrik mühərriklərinin fasiləsiz işləməsinə nəzarət edilməsi və nasazlıqların ləğv edilməsi üçün tədbirlər görülməsi. Hər bir quyu üzrə laya su vurulması rejiminin saxlanılması. Avadanlığın quraşdırılması və sökülməsində iştirak etmək. Texnoloji mayenin korroziya aktivliyini azaltmaq və yaxud neftyuma və nefti sıxışdırma xüsusiyyətlərini yüksəltmək üçün reagentlərlə işlənməsi, Nəzarət-ölçü cihazlarının fasiləsiz işinin təmin edilməsi. Xidmət edilən avadanlığın cari təmirinin aparılması. Quyulara su vurulması, avadanlığın işi və elektrik enerjisi sərfi üzrə qeydiyyat jurnallarının aparılması.
Bilməlidir . Nasosların, hava ilə soyutma aparatlarının və avtomatik ventilyasiya qurğularının, elektrik mühərriklərinin, stansiya avadanlıqlarının, nəzarət-ölçü cihazlarının və avtomatika vasitələrinin təyinatı, istismar və xidmət qaydaları; ayrı-ayrı quyular üzrə işçi agentin qurulmasının texnoloji rejimi; təzyiq altında işləyən boru xətlərinə quyuların qoşulması sxemi; xidmət edilən stansiyanın və boru xətlərinin birləşmə sxemi; işlədilən reagentlərin və duzsuz (şirin), yüksək minerallaşmış çirkab suların əsas kimyəvi xüsusiyyətləri; çirkab suların yığılması və hazırlanmasına xidmət edilməsində işin təhlükəsiz aparılması qaydaları; fərdi mühafizə vasitələrinin quruluşu və onlardan istifadə edilməsi qaydaları.
Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi altında işlədikdə – 2-ci dərəcə
4 ədəddən az işləyən aqreqatı olan və yaxud vurulan suyun həcmi 2,7 mik kub. m/gün qədər olan (7,2 kub. m/gün daxil olmaqla) nasos stansiyalarına xidmət edildikdə – 3-cü dərəcə
4 ədəddən 6 ədədə qədər (6 ədəd daxil olmaqla) işləyən aqreqatı olan və yaxud vurulan suyun həcmi 2,71 min kub. m/gündən 7,2 min kub.m/gün qədər olan (7,2 min kub. m/gün daxil olmaqla) nasos stansiyalarına xidmət edildikdə – 4-cü dərəcə,
6 ədəddən artıq işləyən aqreqatı olan yaxud vurulan suyun həcmi 7,2 min kub.m/gündən artıq olduqda – 5-ci dərəcə.
30. LAY TƏZYİQİNİN SAXLANMASI ÜZRƏ
İşin xüsusiyyəti . 10 MPa (100 kq q/kv sm) qədər təzyiqdə və vurulan suyun miqdarı 3600 kub m/gün qədər olan vurucu quyuların avadanlığına xidmət edilməsi. Kondensatın nəmlik ayırıcılardan xaric edilməsi, vurucu quyuların yerüstü avadanlığının, nəmlik ayırıcılarının sazlığına nəzarət edilməsi və onların təmirində iştirak edilməsi. Paylayıcı budkalarda batereya birləşmələrinin saz vəziyyətdə olmasına nəzarət edilməsi. Magistral və işçi boru xətlərinin vurucu quyularının sistematik nəzarətdən keçirilməsi, onların saz vəziyyətdə olmasına nəzarət edilməsi. Quyuların qəbul etmə qabiliyyətinin artırılması işlərində iştirak etmək. Yazan cihazların göstəricilərinə nəzarət edilməsi və göstəricilərin uçotunun aparılması. Boru xətlərinin quraşdırılması və sökülməsi işlərində iştirak edilməsi. Vurucu quyulardan, su xətlərindən nümunə götürülməsi. Laya işçi agentin vurulması üzrə növbə jurnalının aparılması.
Bilməlidir. Neft yatağı və onun istismar üsulları barədə əsas anlayışlar. Lay təzyiqinin saxlanması üsulları; vurucu quyuların magistral su xətlərinin avadanlığının təyinatı və istismar qaydaları; laya vurulacaq suyun, qazın və havanın keyfiyyətinə olan tələbat. Boru xətlərinin qoşulma sxemi; paylayıcı batereyaların quruluşu, nəzarət-ölçü cihazlarının (sərf ölçənlər, su ölçənlər, manometrlər və s.) quruluşu və təyinatı haqqında əsas anlayışlar.
31. LAY TƏZYİQİNİN SAXLANMASI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . İşçi təzyiqi 10 MPa-dan 12,5 MPa qədər (100-125 kq q/kv sm) və vurulan suyun miqdarı 3600 kub m/gündən 7200 kub m/günə qədər olan vurucu quyuların avadanlığına xidmət edilməsi. Vurucu quyuların qəbul etmə qabiliyyətinin bərpa edilməsi və saxlanılmasını təmin edən bütün işlərin görülməsində iştirak edilməsi. Quyulara işçi agentinin verilməsinin tənzimlənməsi. Vurucu quyuların yerüstü avadanlığının qurulması, sökülməsi və cari təmirində, vurucu quyuların və paylayıcı qurğuların rejimlərinin qorunmasında iştirak edilməsi. Paylayıcı yerlərdə qoruyucu avtomatların və nəzarət ölçü cihazlarının xırda nasazlıqlarının aradan qaldırılması.
Bilməlidir. Neft, qaz və qaz kondensatının çıxarılması, texnoloji prosesi; vurucu quyuların tədqiq edilməsinin əsas üsulları; boru xətlərinin qoşulmasının dəqiq sxemi; vurucu quyuların avadanlığının və istifadə olunan nəzarət ölçü cihazlarının quruluşu, təyinatı və xidmət edilməsi qaydaları.
31. LAY TƏZYİQİNİN SAXLANMASI ÜZRƏ
İşin xüsusiyyəti İşçi təzyiqi 12,5 MPa (125 kq q/kv sm) və ondan artıq və vurulan suyun miqdarı 7200. kub m/gündən artıq olan vurucu quyulara, paylayıcı qurğulara və su kəmərlərinə xidmət edilməsi. Vurucu quyuların qəbul etmə qabiliyyətinin bərpa edilməsi və saxlanılması üçün bütün lazımi işlərin aparılması. Vurmanın uçotu aparılan məntəqələrdə nəzarət ölçü və nizamlama işlərinin aparılması. Quyu avadanlıqlarının və boru xətlərinin korroziyadan qoruma vasitələrinin işinə nəzarət. Vurucu quyuların əsaslı və cari təmir hazırlanmasında iştirak edilməsi. Vurucu quyuların təmirdən qəbul edilməsi, mənimsənilməsi və istismara buraxılması. Avtomatika, telemexanika vasitələrinin nəzarət ölçü cihazlarının işinə nəzarət edilməsi. Növbə jurnalının aparılması və vurulan işçi agentin uçotu üzrə ilkin sənədləşməmin aparılmasına nəzarət edilməsi. Növbənin işinə rəhbərlik.
Bilməlidir İşlədilən yatağın xarakteristikası, neft yatağına təsiretmə sistemi, yeraltı və yerüstü avadanlığın quruluşu və təyinatı. Nasos stansiyasının laylayıcı qurğularının birləşdirilməsi sxemi. Vurucu quyuların əsaslı və yeraltı təmirinin növləri, quyuların qəbul etməsinin yüksəldilməsi üsulları; vurucu quyuların mənimsənilməsi və tədqiq edilməsi; avtomatika, telemexanika, proqram qurğuları sistemlərinin təyinatı; quruluşu, istismar qaydaları.
33. LAYLARIM HİDRAVLİK YARILMASI ÜZRƏ
İşin xüsusiyyəti . Özündən yüksək ixtisaslı operatorum rəhbərliyi altında layların hidravlik yarılması və hidravlik qum şırnağı ilə quyularda perforasiya prosesinin aparılması, avadanlığın hidravlik yarılma prosesi aparmağa hazırlanması; yüksək təzyiqli xətlərin quraşdırılması və sökülməsi. Vurulan mayenin miqdarının ölçülməsi. Aqreqat nasosunun qəbuluna mayenin və qumun verilməsinin tənzimlənməsi. Quyunun ağzında cihazların qurulması, onların quyuüstü armatura ilə birləşdirilməsi, hidravlik yarılma prosesində onların işinə nəzarət edilməsi. Avadanlıq və cihazların profilaktik təmirinin aparılması və onlara xidmət edilməsi. Avadanlığın hidravlik qum şırnağı ilə perforasiyaya hazırlanması.
Bilməlidir . Yüksək təzyiqdə işləyən quyuların quyu ağzı avadanlığının, istifadə edilən mexanizmlərin, alətlərin və nəzarət ölçü cihazlarının quruluşu və konstruksiyası, quyuların konstruksiyası; layların hidravlik yarılmasının texnoloji prosesi, layın fiziki xüsusiyyətlərinin; neft və qazın quyu dibinə axması haqqında əsas məlumatlar; neft və qaz yataqlarının rejimləri; laya təsir etmə üsulları, quyu ağzının bağlanması; hidravlik yarılma üçün mayelərin hazırlanması.
34. LAYLARIN HİDRAVLİK YARILMASI ÜZRƏ
İşin xüsusiyyəti . Layların hidravlik yarılması və hidravlik qum şırnağı ilə perforasiya prosesinin aparılması. Kartoqrammanın qoyulması və yazan elektron sərf ölçənin və manometrin göstəricilərinə nəzarət edilməsi. Quyu ağzını birləşdirən armaturların təmiri və ona xidmət edilməsi.
Bilməlidir Hidravlik yarılma və hidravlik qum şırnağı ilə perforasiya aparılmasının müxtəlif texnoloji sxemlərində avadanlığın və quyu ağzının bağlanması sxemi; vurulacaq mayelərin və qum daşıyıcıların tərkibləri və hazırlanma üsulları; lazım olacaq mayenin və qumun hesablanması; hidravlik yarılmada istifadə olunan avadanlığın və nəzarət-ölçü cihazlarının texniki xarakteristikaları.
35. NEFT VƏ QAZ HASİLATI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Quyuların işinə nəzarət edilməsi. Quyuların müəyyən edilmiş rejimdə işləməsinin təmin edilməsi. Quyuların hasilatını ölçən qurğuların, qazyığıcı qurğuların, kompressor stansiyalarının və s. neft və qaz çıxarma texnologiyası ilə əlaqədar olan müxtəlif istismar üsulları ilə işləyən quyuların iş rejiminin təmin edilməsində iştirak etmək.
Neft-mədən avadanlığına, boru kəmərlərinə xidmət edilməsində və əsaslı təmirində iştirak etmək. Nəzarət-ölçü cihazlarından göstəricilərin, analiz üçün neft və qaz nümunələrinin götürülməsi.
Bilməlidir. Neft və qaz quyularının konstruksiyaları haqqında elementar məlumat. Nəzarət-ölçü cihazlarının, qurğuların, alətlərinin təyinatı, iş prinsipi, yerüstü avadanlığa xidmət edilməsinin elementar qaydaları.
36. NEFT VƏ QAZ HASİLATI ÜZRƏ OPERATOR
3-cü dərəcə
İşin xüsusiyyəti . Bütün hasilat üsulları üzrə texnoloji prosesin aparılması nisbətən yüksək ixtisaslı operatorun rəhbərliyi altında avadanlıq və mexanizmlərə, xidmət göstərilməsi, onların sökülüb-yığılması.
Quyularda nasos-kompressor borularının parafindən mexaniki və kimyəvi üsullarla təmizlənməsi, yüksək təzyiqli buxarla quyuların yerüstü və yeraltı avadanlığımın tənzimlənməsi. Avtomatlaşdırılmış ölçü qurğularında quyuların hasilatının edilməsi.
Nəzarət və avtomatika cihazlarının göstəricilərinin açıqlanması. İşə rəhbərlik edən operatorun quyuların və başqa neft-mədən avadanlığının işində nəzərə çarpan nasazlıqlar barədə məlumatların verilməsi.
Bilməlidir. Neft və qaz yatağı barədə əsas məlumat; quyuların yerüstü avadanlığının istismarı və onlara xidmət qaydaları, işlədilən alətərin, nəzarət-ölçü cihazlarının iş prinsipi, neftin və qazın çıxarılması, yığılması, hazırlanması və nəqlinin texnoloji prosesi. Xidmət etdiyi sahədə neft və qazın yığılması və nəqli sxemi, xidmət etdiyi nəzarət-ölçü cihazlarının, aparatura, avtomatika və telemexanika vasitələrinin quruluşu.
37. NEFT VƏ QAZ HASİLATI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti . Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, qazın tutulması, quyuların aramsız işinin təmin edilməsi, qazın hazırlanması və nəqli, qrup ölçü qurğularının, yüksək sıxıcı və kompressor stansiyalarının və s. neft-mədən avadanlığının fasiləsiz işinin təmin edilməsi.
Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında boru kəmərlərinin, texnoloji avadanlığının kipliyə yoxlanması, quyuların sınanmasında və qoyulmuş rejimə çıxarılmasında iştirak etmək.
Qurğuların, maxanizmlərin, kommunikasiyaların və yerüstü mədən avadanlığının qurulması sökülməsi, texniki təminatı və təmiri üzrə.
Mədən kommunikasiyalarda hidrat birləşmələrinə, parafin, qatran, duz çökməsinə qarşı profilaktik tədbirlərin aparılması və bu tədbirləri aparmaq üçün lazım olan kimyəvi. reagentlərin hesablanıb müəyyən edilməsi.
Nəzarət-ölçü cihazlarının köməyi ilə cürbəcür texnoloji parametrlərin ölçülməsi. Quyuların işinin parametrlərinin çıxarılması və verilməsi, avtomatika və telemexanika vasitələrinin işinə nəzarət edilməsi. Quyuların tədqiqində iştirak edilməsi.
Bilməlidir. Neft və qaz yatağının əsas göstəriciləri, yataqların rejimləri, neftin və qazın fiziki-kimyəvi xüsusiyyətləri; xidmət olunan quyuların texnoloji rejimləri, qrup ölçü qurğuları, neft və qazyığma sistemi, xidmət edilən nəzarət-ölçü cihazlarının, aparatların, avtomatika və telemexanika vasitələrinin quruluşu və iş prinsipləri. Cihazların, boru kəmərlərinin, qurğuların, yerüstü mədən avadanlıqlarının istismar qaydaları, neft və qaz hasilatının intensivləşdirilməsi metodları haqqında ümumi anlayış; quyuların tədqiqi, neft və qaz yataqlarının işlənməsi, quyuların yeraltı və əsaslı təmiri, neft və qaz quyularının qazılması üzrə texnika və texnologiyanın əsasları; mədən elektrik avadanlıqlarının istismarı və elektrotexniki qurğularda işləmə qaydaları.
38. NEFT VƏ QAZ HASİLATI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti. Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, quyuların iş rejiminin saxlanılması və yaxşılaşdırılması üçün geoloji-texniki tədbirlərin həyata keçirilməsi. Yüksək məhsuldarlıqlı elektrik dalma nasos qurğularının mənimsənilməsi və iş rejiminə qoyulması.
Sadə və orta mürəkkəblikdə olan neft-mədən avadanlıqlarının, qurğuların, mexanizmlərin, nəzarət-ölçü cihazlarının və kommunikasiyaların quraşdırılması və sökülməsi işinə rəhbərlik. Quyuların yeraltı və əsaslı təmirdən sonra qəbul edilməsində iştirak etmək. Quyuların tədqiqata hazırlanması, nəzarət-ölçü cihazlarının köməyi ilə avtomatika və telemexanika vasitələrinin yerüstü və yeraltı avadanlıqların nasazlıqlarının müəyyən edilməsi.
Yerli avtomatikanın nasaz bloklarının dəyişdirilməsi və xırda təmir işlərinin aparılması. Güc və işıq elektrik xətlərində xırda nasazlıqların müəyyən edilməsi və mürəkkəb olmayan nasazlıqların aradan qaldırılması.
Bilməlidir. Neft və qazçıxarma texnologiyası, yeraltı və yerüstü avadanlığın texniki xarakteristikası, yeraltı və əsaslı təmirlərim növləri; quyuların tədqiq edilməsi üsulları, neft və qaz hasilatının intensivləşdirilməsi; təzyiq altında işləyən qabların quruluşu və istismar qaydaları; xidmət edilən avtomatika və telemexanika aparatlarının yığılma və prinsipial sxemi. Radiotexnika, elektrotexnika, avtomatika və telemexanikanın əsasları.
Orta ixtisas təhsili tələb olunur.
39. NEFT VƏ QAZ HASİLATI ÜZRƏ OPERATOR
İşin xüsusiyyəti. Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, quyuların aramsız işləməsinə nəzarət edilməsi, qrup ölçən qurğularının nasos stansiyalarının, kompressor stansiyalarının işinə və quyuların iş rejiminin saxlanılması və yaxşılaşdırılması üçün geoloji-texniki tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi,
Neft və qaz quyularının verilmiş istismar əmsalının təmin edilməsi.
Elektrik dalma nasoslarının işə buraxılması və qoyulmuş rejimə salınmasının təmin edilməsi, metanol nasoslarının işinin tənzimlənməsi. Lay təzyiqinin saxlanılması üçün su vurucu quyuların işinə nəzarət. Quyuların kimyəvi üsullarla işlənilməsinin hesabatının aparılması və preslərə rəhbərlik. Mədəndə aparılan mürəkkəb quraşdırma və sökmə işlərinə, elektrik dalma nasosları qurğularında, avtomatik qrup ölçü qurğularında aparılan işlərdə iştirak və bu işlərə bilavasitə rəhbərlik. Quyuların yeraltı və əsaslı təmirə hazırlanmasında, onların təmirdən sonra işə buraxılmasında və rejimə sapınmasında iştirak etmək. İşə salma elektrik avadanlığının yığılmasında, idarəetmə stansiyalarının, avtomatika və telemexanika bloklarının quraşdırılmasında və sazlanmasında iştirak etmək. Neftqazçıxarma sahəsinə edilən xidmətin sənədləşdirilməsi. Aşağı dərəcəli operatorların işinə rəhbərlik.
BİLMƏLİDİR. İşlənilən yatağın xarakteristikası, yeraltı və yerüstü avadanlığın texniki xarakteristikası və quruluşu; quyuların yeraltı və əsaslı təmirinin növləri; quyuların mənimsənilməsi və tədqiqi, neft və qaz hasilatının intensivləşdirilməsi; avtomatika və telemexanika sisteminin və proqram-qurğularının quruluşu və onlardan istifadə qaydaları, avtomatika və telemexanikanın əsasları.
Orta ixtisas təhsili tələb olunur.
40. NEFT VƏ QAZ HASİLATINDA İDARƏETMƏ
İşin xüsusiyyəti. Mədəndə neft, qaz, qaz kondensatının istehsalı texnoloji prosesinin aparılması, avtomatika və telemexanika vasitələrinin köməkliyi ilə neft, qaz, qaz kondensatı hasilatının ölçülməsi texnoloji prosesinin məsafədən idarə olunması. Qurğu və mexanizmlərin işə buraxılması və saxlanması. Quyulardan və qrup ölçü qurğularından məlumatın yığılması, işlənməsi və verilməsi. İdarəetmə pultundan quyuların işlək fonduna nəzarət edilməsi. İşlərin icrası haqqında və qəza hallarında, mədənə və mərkəzi texnoloji xidmət şöbəsinə məlumatın hazırlanması və verilməsi. Lazımi xüsusi texnikaya və nəqliyyata sifarişin mərkəzi mühəndis texnoloji xidmət şöbəsinə təqdim edilməsi. Quyuların işləməsi, məhsulun təhvil verilməsi, quyuların veraltı və və əsaslı təmiri briqadalarının hərəkəti haqqında məlumatın toplanması. Mədənin mühəndis-texnoloji xidmətinin rəhbərliyi altında işin icra edilməsi neftqazçıxarma idarəsinin mərkəzi mühəndis-texnoloji xidmətindən operativ göstərişlərin alınması. Quyuların iş rejimlərinin dəyişilməsi və neft mədəninin obyektlərində aparılan işlər barədənövbə sənədlərinin aparılması. Quyularım işə buraxılması və saxlanılması üzrə neft və qazçıxarma operatorlarının işinə rəhbərlik edilməsi.
Bilməlidir. Neft və qaz yatağı və onun rejimi haqqında əsas məlumatlar; neft, qaz və qaz kondensatı çıxarılmasının texnoloji prosesi; quyuların mənimsənilməsi üsulları; neft və qaz çıxarılmasının intensivləşdirilməsi; yeraltı və yerüstü avadanlığın təyinatı və xarakteristikası; quyuların yeraltı və əsaslı təmirinin növləri və quyuların tədqiqi üsulları; neftin, qazın, qaz kondensatının yığılması, nəqli, uçotu və hazırlanması; xidmət edilən aparatların, avtomatika və telemexanika vasitələrinin prinsipial və quraşdırılma sxemi; telenəzarət və teleidarəetmə, telemexanika və proqram qurğularının əsasları; istifadə edilən nəzarət-elmi cihazları;
41. NEFT-QAZ MƏDƏN AVADANLIQLARINA XİDMƏT ÜZRƏ AQREQATLARIN MAŞİNİSTİ
İşin xüsusiyyəti. Yükqaldırma qabiliyyəti 5 tona qədər və 5 ton olan avtomobilin şassisi üzərində qurulmuş aqreqata xidmət edilməsi. Aqreqatın obyektdə işləməyə hazırlanması. Aqreqatın üzərində qurulmuş bütün mexanizm və avadanlıqlara texniki xidmət edilməsi və yerüstü neft-mədən avadanlığının təmiri. Vurucu və doldurucu xətlərin, yüksək təzyiqli pistoletin və keçiricilərin quraşdırılması və sökülməsi, onların solidol yağı vuran nasosun atqı xəttinə birləşdirilməsi. Mufta birləşmələrinin etibarlı birləşdirilməsinin yoxlanması. Aqreqatın elektrik avadnlığının mədən elektrik xəttinə qoşulması və açılması. Aqreqatın elektrik avadanlığının kontaktlarının və torpaqlanmasının etibarlı olmasının yoxlanılması. Mexanikləşdirilmiş üsulla reduktordan işlənmiş yağı boşaldan avadanlığa xidmət edilməsi, reduktorun karterinin yuyulması, reduktorun təzə maşın yağı ilə və yastıqların sürtgü yağı ilə doldurulması. Kompressor qurğusunun və solidol yağı vuran nasosun işinə nəzarət edilməsi. Aqreqatın bütün birləşmələrinin və mexanizmlərinin işə yararlı vəziyyətdə saxlanılması. Avtomaşının idarə edilməsi. Avtomobilin və aqreqatın mexanizmlərinin cari təmirinin aparılması.
Bilməlidir. Avtomobilin, yükqaldırıcı mexanizmləri, maye və sürtgü yağını vurmaq üçün mexanikləşdirilmiş avadanlığın, elektrik avadanlığının, qazla kəsmək və qaynaq üçün avadanlığın konstruksiyası və istismar qaydaları; yuma texnoloji prosesi; işlədilən yağlama materialları; avtomobillərin texniki istismar qaydaları; avtomobilin və onun üzərində qoyulmuş xüsusi avadanlıq və mexanizmlərin nasazlıq əlamətləri; səbəbləri; onların müəyyən edilməsi üsulları və nasazlıqların aradan qaldırılması; işlərin təhlükəsiz aparılması qaydaları; görülən iş həcmində çilingər işi.
Yükqaldırma qabiliyyəti 5 tondan yuxarı olan maşınların şassisi üzrəində qurulmuş aqreqatlarla işlədikdə – 6-cı dərəcə.
42. NEFTLİ LAYLARA BUXARIN VURULMASI ÜZRƏ BUXAR-GENERATOR QURĞUSUNUN MAŞİNİSTİ
İşin xüsusiyyəti. Buxar hazırlanması üzrə texnoloji prosesin aparılması, nəzarət-ölçü cihazlarına, həm də avtomatik tənzimləmə və mühafizə cahazlarının işinə nəzarət etməklə laya buxar vurulması üzrə buxar hazırlayan qurğulara xidmət edilməsi, qurğunun stasionar vəziyyətindən səyyar vəziyyətə keçirilməsi və quyulara buxar xətlərinin çəkilməsi işlərinə, quyuağzı armaturun və quyu daxilindəki avadanlığın quraşdırılması işinə rəhbərlik edilməsi. Neft kəmərinin yanacaq sisteminə və qidalandırıcı boru xəttinin kimyəvi su ilə təmizləmə blokuna düzgün birləşdirilməsinin yoxlanılması. Kimyəvi su ilə təmizləyən, suyu deaeratora verən buster və əsas qidalandırıcı nasosların yanacaq sisteminə qoşulması; yanacağın yanmasının tənzimlənməsi və ona nəzarət edilməsi; kimyəvi su təmizlənməsinin və içməli suyun termiki deaerasiya edilməsinin tənzimlənməsi və işinə nəzarət edilməsi; qurğunun profilaktik təmirinin aparılması, avadanlığın orta təmirində iştirak edilməsi. Qurğunun iş jurnalınının doldurulması.
Bilməlidir. Buxar hazırlayan qurğunun istilik sxemi, bütün avadanlığın avtomatik tənzimləmə və mühafizə sistemi; buxar hazırlayan qurğunun, deaeratorun yanacaq sisteminin, buster və qidalandırıcı nasosların, kimyəvi su təmizləmənin və qurğunun başqa hissələrinin konstruksiyası; buxar hazırlayan qurğunun işə buraxılması, istismarı və saxlanması; quyuağzı armaturun və quyuiçərisi avadanlığın konstruksiyası; onun qurulması və istismarı qaydaları; neft laylarına istilik təsiri ilə texnoloji proseslər aparıldıqda avadanlığın texniki istismarı və təhlükəsizlik texnikası qaydaları; görülən işlər həcmində çilingər işi; neft yatağı haqqında əsas məlumat və onun istismar üsulları; neftin fiziki xassələri, neftçıxarmanın ikinci üsulu; neft quyularının məhsuldarlığının artırılması üsulları; quyuların yeraltı təmiri; mədən təsərrüfatı; mədənlərdə neft və qazın nəql edilməsi üsulları. Yüksək ixtisaslı maşinistin rəhbərliyi altında işlədikdə – 4-cü dərəcə.
43. SƏYYAR KOMPRESSORUN MAŞİNİSTİ
İşin xüsusiyyəti. Kompressor qurğusuna xidmət edilməsi. Kompressorun, dizelin işə salınması və saxlanması. Kommunikasiyanın qurulması, onun kompressorla və quyu ağzı ilə birləşdirilməsi. Quyu dibində depressiya yaratmaqla quyudan maye gəlməsi işinin aparılması, maye (neft) gəlməsinə nəzarət edilməsi. Quyudibi ətrafının termiki işləmə zamanı havanın verilməsinin tənzimlənməsi. Qazvari işçi agentlərdən istifadə edilməklə məhsuldar layların açılmasında və qazımada çətinlikləri ləğv etmək üçün aparılan işlərdə iştirak etmək. Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən kompressor qurğusunun və dizelin iş rejiminin tənzimlənməsi. Quyuların qazılması və sınanması (mənimsənilməsi) texnoloji reqlamentlərinə uyğun olaraq qurğunun parametrlərinin qurulması, səyyar kompressor qurğusunun bütün mexanizm və sistemlərinin işinə nəzarət edilməsi. Kompressor qurğusunun, qəza qoruyucu sistemi də daxil edilməklə, bütün sistemlərin cari təmirinin aparılması, dizelin və kompressorun işində olan nasazlıqların (defektlərin) aşkar edilməsi və aradan qaldırılması. Avtomaşının idarə edilməsi. İşin icrası üzrə sənədlərin yazılması və qurğunun işinin uçotu jurnalında lazımi qeydlərin aparılması.
Bilməlidir. Neft, qaz və vurucu quyuların istismar üsulları; müxtəlif sistemli kompressorların, güc avadanlığının, avtomaşının, nəzarət-ölçü cihazlarının və avtomatik qoruyucunun təyinatı, quruluşu və istismar qaydaları; yanacağın, yağların və soyuducu mayelərin növləri; səyyar kompressor qurğusunda nasazlıqların müəyyən edilməsi, aradan qaldırılması üsulları; kompressor qurğusundan quyuya gedən kommunikasiyanın birləşdirilməsi sxemi; sıxılmış hava hazırlamaq üçün istismar materiallarının sərfi normaları; istilik texnikası, elektrotexnika, qazıma və istismar avadanlığı, qazıma texnologiyası, neft və qaz quyularının sınanması (mənimsənilməsi) və əsaslı təmiri, çilingər işi. İşçi təzyiqi 10 MPa (100 kq q/kv sm) təzyiqə qədər və 10MPa(100 kq q/kv sm) olan qoşqulu səyyar kompressor qurğularında işlədikdə – 4-cü dərəcə;
İşçi təzyiqi 10 MPa-dan 20 MPa-a qədər (100-200 kq q/kv sm) və 20 MPa da daxil edilməklə olan qoşqulu səyyar kompressor qurğusunda və yaxud özü hərəkət edən səyyar kompressor qurğusunda 10 MPa (100 kq q/kv sm) təzyiqə qədər və yaxud 10 MPa (100 kq q/kv sm) təzyiqdə işlədikdə – 5-ci dərəcə;
İşçi təzyiqi 20 MPa (200 kq q/kv sm) təzyiqdə (20 MPa da daxil olmaqla) qoşqulu səyyar kompressor qurğusunda və yaxud işçi təzyiqi 10 MPa-dan (100 kq q/kv sm) yuxaorı özü hərəkət edək kompressorlarla işlədikdə – 6-cı dərəcə;
Müstəsna hallarda (sərbəst kükürd qazı verən quyularda, quyuağzı təzyiqi yüksək olan quyularda və s.) qoşqulu və yaxud özü hərəkət edən səyyar kompressorlarda daha yüksək ixtisaslı maşinistin rəhbərliyi altında işlədikdə – 3-cü dərəcə.
44. SUSUZLAŞDIRMA VƏ DUZSUZLAŞDIRMA QURĞUNUN OPERATORU
İşin xüsusiyyəti. Qurğuların texnoloji reqlamentinə uyğun olaraq neftin susuzlaşdırılması; duzsuzlaşdırılması və yüngül karbohidrogenlərin geniş fraksiyasını arayıb götürməklə onun sabitləşdirilməsi texnoloji prosesinin aparılması. Texnoloji aparatlarda temperatur, təzyiq, sərf, fəzalararası səviyyələrin texnoloji parametrlərinin tənzim edilməsi və nəzarəti. Deemulqator və qələvi məhlullarının hazırlanması, duzsuz (şirin) suyun ölçü ilə verilməsi. Qeyri-sabit benzinin qələviləşdirilməsi. Qeyri-sabit benzinin istehlakçıya verilməsi. Hazırlanmamış neftin, qeyri-sabit benzinin və kimyəvi reagentlərin miqdarının uçotunun aparılması. Nasoslara və texnoloji avadanlığa xidmət edilməsi, qoruyucu qurğuların işinin yoxlanması, neft qı zdırıcı ocaqlara xidmət edilməsi. Aparatların təmirə hazırlanması, təmirdə iştirak və aparatların təmirdən qəbul edilməsi.
Bilməlidir. Neftin, qazın, kimyəvi reagentlərin, benzinin fiziki-kimyəvi xassələrini; qurğunun, apartarların, avadanlıqların və işlədilən nəzarət-ölçü cihazlarının təyinat, texniki xarakteristikası və istismar qaydaları; suların və duzların neftin gələcək emalına təsiri; laboratoriya nəzarəti üsulları; emulsiyaları parçalamanın əsas üsulları, təzyiq altında işləyən qabların istismar edilməsi qaydaları; qurğuda baş verən bilək qəzaların ləğv edilmə qaydaları, çilingər işi. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında susuzlaşdırma və duzsuzlaşdırma qurğularında işlədikdə – 3-cü dərəcə;
Özündən yüksək ixtisaslı operatorun rəhbərliyi altında susuzlaşdırma və duzsuzlaşdırma, yaxud elektrik duzsuzlaşdırma və stabilləşdirmə qurğularında işlədikdə – 4-cü dərəcə;
Elektrik duzsuzlaşdırma və stabilləşdirmə qurğularında işlədikdə – 5-ci dərəcə.
Mürəkkəblik kateqoriyasına aidə etmək üçün quyuların təmirinin tipik
GÖSTƏRİCİLƏRİ
Quyuların yeraltı təmiri
I KATEQORİYA
Boruların əsaslı dərinliyi 1300 metrədək olan quyuda boruların mayesiz qaldırılması ilə dərinlik nasosunun dəyişdirilməsi; boruların qaldırılmaması şərtilə dərinlik nasosunun dəyişdirilməsi, yaxud nasosun plunjerinin təmiri; nasosun asqı dərinliyi 700 metrədək olan quyuda boruları maye ilə qaldırmaqla nasosun asqı dərinliyinin dəyişdirilməsi; 400 metrədək dərinlikdə ştanqların açılmasının və yaxud qırılmasının ləğv edilməsi; 1400 metrədək nasosun sorma klapanının tutulub qaldırılması, vəziyyətinin yoxlanılması və təmiri; dərinlik nasosunun yuyulması, cilalanmış ştokun qırılmasının ləğv edilməsi, quyu dibindən suyun və çirkabın tartay üsulu ilə təmizlənməsi; bircərgəli və ikicərgəli qaldırıcı boruların dəyişdirilməsi parafinli boruların dəyişdirilməsi. 1600 metrədək dərinlikdə bütün istismar üsulları ilə işləyən quyularda bircərgəli qaldırıcı liftin boruların batırılma dərinliyinin dəyişdirilməsi.
İkicərgəli liftin kompressor borularının dəyişdirilməsi, yaxud xarici boruların dərinliyi 1000 metrədək olduqda onların asqı dərinliyinin dəyişdirilməsi; dərinliyi 1200 metrədək olan quyularda qum tıxacının və yaxud gil məhlulunun yuyulması, quyuların isti neftlə yuyulması;
Statik təzyiqi maye sütununun quyu ağzından hidrat tıxacına qədər olan təzyiqindən az olan quyuların xəttində hidrat tıxaclarının ləğv edilməsi; 1300 metrədək dərinlikdə tədricən boru buraxmaqla quyunun su ilə çöküntülərinin yuyulub təmizlənməsi; boruların dərinliyi 1200 metrədək olan quyuların bir istismar üsulundan başqa istismar üsuluna keçirilməsi;
Dərinliyi 1300 metrədək olan quyuda nasos-kompressor borularının körpü üzərində buxarla təmizlənməsi və nasosun dəyişdirilməsi.
II KATEQORİYA
Nasosun asqı dərinliyi 1300 metrdən artıq olan quyularda boruların mayesiz qaldırmaqla dərinlik nasosunun dəyişdirilməsi; boruların qaldırmadan dərinlik nasosunun dəyişdirilməsi, yaxud nasosun plunjerinin təmiri; nasosun asqı dərinliyi 1500 Metrdən artıq olduqda onun batırılma dərinliyinin dəyişdirilməsi; nasosun asqı dərinliyi 700 metrdən artıq olduqda boruları maye ilə qaldırmaqla dərinlik nasosunun dəyişdirilməsi; 1400 metrdən artıq dərinlikdə ştanqların açılmasının və yaxud qırılmasının ləğv edilməsi; 1400 metrdən artıq dərinlikdə plunjerin çıxarılması və sorma klapanının tutulması, vəziyyətinin öyrənilməsi və təmir edilməsi; bircərgəli və ikicərgəli liftlərin qaldırıcı borularının dəyişdirilməsi, parafinli boruların dəyişdirilməsi. 1600 metrdən artıq dərinlikdə bircərgəli liftdə bütün istismar üsullarında boruların batırılma dərinliyinin dəyişdirilməsi, yaxud xarici boruların asqı dərinliyi 1000 metrdən artıq olduqda onların 1200 metrdən artıq olan quyuların qum tıxacından, gil məhlulundan yuyulması, təmizlənməsi; istismar kəmərinin parafindən təmizlənməsi; müxtəlif markalı elektrik dalma nasosları ilə hidroporşenli nasoslarla, əvəzləmə lifti ilə, hidrocüt üsulu ilə iki və daha artıq layın eyni vaxtda ayrıldıqda istismarı, borusuz nasos qurğuları ilə istismar olunan quyularda nasos-kompressor borularının endirilib-qaldırılması; statik təzyiqi maye sütununun quyu ağzından hidrat tıxacına qədər olan təzyiqindən az olan quyuların xətlərində hidrat tıxaclarının ləğv edilməsi; 1300 metrdən artıq dərinlikdə tədricən boru buraxmaqla quyunun su ilə çöküntülərdən yuyulub təmizlənməsi; 1200 metrdən artıq dərinlikdə quyunun isti neftlə yuyulması; nasos-kompressor borularının yaxud ştanqların qırılması və yaxud açılmasının nasos-kompressor borularının maye ilə qaldırılması ilə ləğv edilməsi; 1200 metr asqı dərinliyində quyuların bir istismar üsulundan başqa istismar üsuluna keçirilməsi; nasosun asqı dərinliyindən asılı olmayaraq quyu dibinin termoqazkimyəvi üsulla işlənməsi; asqı dərinliyin-dön asılı olmayaraq müxtəlif markalı dərinlik verən kəsici pakkerlərin endirilib-qapdırılması; məhsuldar layların açılması.
QUYULARIN ƏSASLI TƏMİRİ
Comments are closed, but trackbacks and pingbacks are open.