Press "Enter" to skip to content

Neptun-dan qəbul qərarını necə yükləyə bilərəm?

İmtahanlara ödənişsiz hazırlaşa bilərsiniz-Abituriyentlərin nəzərinə

İcbari tibbi sığorta nədir və vətəndaş ondan necə yararlanacaq?

Respublikanın 4 rayonunda 3 ildir ki, icbari tibbi sığorta pilot layihə kimi icra olunur. İlk olaraq Mingəçevirdə fəaliyyətə başlayan pilot layihənin 1 yanvar 2020-ci ildən bütün ölkə boyu tətbiqinə qərar verilib.

Qaynarinfo icbari tibbi sığortanın tətbiq incəlikləri, yeniliklər, güzəştlər və digər məsələləri araşdırmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərdiyi sorğunun cavablarını təqdim edir.

İcbari tibbi sığorta nədir?

– İcbari tibbi sığorta (İTS) dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir.

– Bu sistemin bütün ölkə üzrə tətbiqi necə tənzimlənəcək?

– 1 yanvar 2020-ci ildən etibarən İTS-nin bütün ölkə üzrə tətbiqinə başlanılacaq. Bu məqsədlə 2018-ci ilin sonlarında İTS-in ölkə üzrə tətbiqinə şərait yaradan “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunda dəyişiklik edilməsi barədə qanun qəbul edildi, mühüm fərmanlar imzalandı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci il 20 dekabr tarixli 418 №-li “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalandı. Fərmana əsasən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanması, İTS-in tətbiqi üçün lazım olan normativ hüquqi aktların, tibbi protokolların və digər sənədlərin tətbiqi, dövlət tibb müəssisələrinin elektronlaşdırılması, İTS-in məlumat bazasının yaradılması və xəstəxanaların həmin məlumat bazasına inteqrasiyası, tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatının hazırlanması və Fərmandan irəli gələn digər məsələlərin həlli İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sözügedən fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradıldı və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edildi. 2020-ci ildən fəaliyyətə başlayacaq olan TƏBİB-in əsas vəzifəsi İTS-in tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini həyata keçirməkdir. TƏBİB tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin edəcək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görəcək. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini İTS sisteminin tələblərinə uyğunlaşdıracaq. Həmçinin tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək. Bununla yanaşı, qanunun tətbiqini təmin etmək məqsədilə ölkə başçısı 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərman imzaladı. Sözügedən fərmanların icrası məqsədilə Agentlik tərəfindən 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı hazırlandı.

– İcbari tibbi sığorta çərçivəsində hansı yeni xidmət növləri əlavə olunacaq?

– Agentlik tərəfindən görülən ilk işlərdən biri “Tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsinə dair təkliflər” sənədinin hazırlanması oldu. Təkliflərə əsasən, tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 2020-ci ildən etibarən tibb müəssisələrində 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədi ilə ilkin mərhələdə 16 indikatorun tətbiqi planlaşdırılıb. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək. Tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, İTS-nin məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. Bu günədək 120 tibb müəssisəsi 2300 ədədə yaxın kompüter avadanlığı ilə təchiz olunub. İnternetə çıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 72 tibb müəssisəsində kabelləşmə işləri artıq icra olunub. İKT sahəsi üzrə görülən işlər tibb müəssisələrinin personalı üçün müvafiq təlimlərin keçirilməsini də zəruri etdi. Bu məqsədlə iyul ayından etibarən Agentliyin əməkdaşları tərəfindən xəstəxanaların tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlərin keçirilməsinə başlanıldı. Bu günədək ölkə üzrə 200-dən çox tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib. Hazırlanmış işçi plana uyğun olaraq, tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.

Ölkədə İTS-nin tətbiqini təmin edəcək vacib tədbirlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır. Sözügedən zərfin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər isə artıq yekunlaşmaq üzrədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Həmçinin, qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir.

– Bu sistemin tətbiqi həkimlərin əməkhaqlarına nəcə təsir edəcək?

– İTS-in ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib artacaq və bu, sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi qaydaları müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Tədbirlər planına əsasən, ölkə əhalisini İTS barədə məlumatlandırmaq məqsədilə respublikanın bir sıra regionlarında (Quba, Qusar, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ) maarifləndirici tədbirlər təşkil olunub. İlin sonuna qədər digər regionlarda və paytaxt Bakının bütün rayonlarında, eləcə də ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

İTS barədə çap materiallarının, videoçarxların hazırlanması, məlumatlandırıcı postların hazırlanaraq Agentliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılması istiqamətində də bir sıra işlər həyata keçirilir.

– Vətəndaş sığorta haqlarını hansı qaydada ödəyəcək?

– Qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Azərbaycan Respublikasının vətəndaşları, habelə ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu xidmətlər üzrə illik 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir. Xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir.

Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.

İki və ya daha çox yerdə əmək müqaviləsi əsasında işləyən şəxslər hər iş yeri üzrə ödənilən aylıq əməkhaqqının 2%-i miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.

Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:

1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki

3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).

– Tibbi sığortadan istifadə edənlər üçün hansı güzəştlər olacaq və kimlərə veriləcək?

– Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddır:

18 yaşınadək şəxslər

23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər

Sosial müavinət almaq hüququna malik olan şəxslər

Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri

Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.

Neptun-dan qəbul qərarını necə yükləyə bilərəm?

2020-01-04 17:30:00

Qəbul imtahanlarında ballar necə hesablanır?-CAVAB

Abituriyentləri ən çox narahat edən məsələlərdən biri də qəbul imtahanlarında balların hesablanması qaydasıdır. AzEdu.az I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində balların hesablanması qaydasını təqdim edir. Məlum olduğu kimi abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar 0, 1 və ya 2 balla, digər açıq və qapalı tipli tapşırıqlar isə 0 və ya 1 balla qiymətləndirilirlər. Abituriyentin qəbul imtahanı üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir. Fənlərin çəki əmsalları qruplar üzrə dəyişir. Məsələn, I qrupda riyaziyyat, fizika 1.5 bal, kimya 1; II qrup coğrafiya, riyaziyyat 1.5, tarix 1 bal; III qrup Azərbaycan dili, tarix 1.5, ədəbiyyat 1 bal; IV qrupda biologiya, kimya 1.5, fizika fənni isə 1 bal çəki əmsalında hesablanır. Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır: NB=NB(a)+ NB(q) Burada NB – fənn üzrə nisbi bal; NB(q)– qapalı tipli test tapşırıqları üzrə nisbi bal; NB(a) – açıq tipli test tapşırıqları üzrə nisbi baldır. NB(q)= (D(q)-1/4*Y(q))*100/33 D(q) – qapalı tipli test tapşırıqları üzrə doğru cavabların sayı, Y(q) – qapalı tipli test tapşırıqları üzrə yanlış cavabların sayıdır. Qeyd edək ki, hesablamanın nəticəsi mənfi alınarsa, NB(q)=0 götürülür. NB(a)=( D(a)*100/33) D(a)– açıq tipli test tapşırıqları üzrə balların cəmidir. Açıq tipli test tapşırıqları üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Ayşə MÜSEYİB

Bu bölməyə aid digər xəbərlər

Cəbrayılın uğurlu təhsil göstəricisi – Ötənilki nəticələr

2020-10-05 10:11:00

“Koronavirusdan qəbul imtahanına sualların salınması yolverilməzdir”- Şura sədrindən ETİRAZ

2020-04-23 11:38:00

DİM şagirdlər üçün yeni onlayn imtahanlar planlaşdırır-AÇIQLAMA

2020-04-13 11:45:00

Bu il qəbul imtahanları keçirilməyəcək?-DİM-dən rəsmi cavab

2020-03-31 15:12:00

İmtahanlara ödənişsiz hazırlaşa bilərsiniz-Abituriyentlərin nəzərinə

2020-03-29 13:37:00

“Təxirə salınan imtahanlar bu tarixdə keçirilə bilər”- Ekspert RƏYİ

2020-03-23 14:34:00

IV qrup üzrə bütün ixtisasların keçid balları-BURADAN ÖYRƏNİN

2020-02-21 10:31:00

Yeni test topluları nə zaman nəşr olunacaq?-Rəsmi CAVAB

2020-01-14 12:10:00

Qəbul imtahanlarında ballar necə hesablanır?-CAVAB

2020-01-04 17:30:00

Sınaq imtahanları nə üçün az sayda keçirilir? – DİM

Comments are closed, but trackbacks and pingbacks are open.