Press "Enter" to skip to content

Nəqliyyat hüququ

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

Neqliyyat huququ derslik

Nəqliyyat mühəndisi insanlardan əlavə, yük və xidmətlərin başlanğıc nöqtəsindən bitiş nöqtəsinə çatdırılması üçün lazım olan bütün işləri həyata keçirən şəxsdir. Logistika sahəsi ilə birlikdə çalışan nəqliyyat mühəndisliyinin əsas vəzifəsi insanların və yüklərin bir yerdən başqa bir yerə ən uyğun maliyyə xərci ilə, sürətli və təhlükəsiz şəraitdə çatdırılmasını təmin etməkdir. Layihələndirmə, dizayn, baxım və bərpa kimi müxtəlif kateqoriyalı işlərdən məsul ola bilərlər.

İxtisasın tarixi

Hələ qədim dövrlərdən insan sivilizasiyalarının yaranması mal mübadiləsinin, ticarətin, insanlar arasında əlaqənin yaranmasını zəruri edirdi və nəqliyyat da elə məhz bu zərurət səbəbilə yaranmışdır. İnsanlıq tarixi boyunca nəqliyyatın inkişafı hər dəfə yeni bir ixtiranın edilməsi ilə inkişaf etmiş, hər dəfə daha yaxşı nəqliyyat sistemlərinin və vasitələrinin yaranması özündən öncəkinin meydandan çıxmasına və nəqliyyat srukturunun dəyişməsinə gətirib çıxarmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  • ➝ Nəqliyyat sistemlərinin tikintisi və yenidən qurulması üçün lazım olan layihələrinin hazırlanması;
  • ➝ Layihənin təhlükəsizlik standartlarına uyğun olmasına nəzarət etmək;
  • ➝ Yolların tikintisi üçün lazımi materiallar və texnologiyalar seçmək;
  • ➝ Obyektin texniki vəziyyətini yoxlanılması üçün vacib tədbirləri həyata keçirmək;
  • ➝ Obyektlərin montaj və yenidən qurulmasını həyata keçirmək;
  • ➝ Etibarlılıq, sürətlilik və ekonomiklik kimi amillərdən əlavə yaradılmış nəqliyyatın ətraf mühitə uyğun olmasını yoxlamaq.

Harada bu ixtisasa sahiblənmək olar?

  • → Azərbaycan Texniki Universiteti
  • → Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • → Azərbaycan Texnologiya Universiteti ( Gəncə şəhəri )
  • → Naxçıvan Dövlət Universiteti
  • → Mingəçevir Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • ➝ Azərbaycan Dövlət Dəmiryolları ASC.
  • ➝ Yerli icra hakimiyyəti orqanları
  • ➝ Özəl tikinti şirkətləri və s. yerlərdə çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İxtisas bilikləri;
  • ➝ Detallara qarşı diqqətli olmaq;
  • ➝ Rəsmxət bacarıqları;
  • ➝ GPS proqramları bilikləri;
  • ➝ AutoCad bilikləri;
  • ➝ Riyazi biliklər və s.

İxtisasın gələcəyi

Nəqliyyat sahəsi günümzüdə ayrıca mühəndislik sənayesi halına gəlməkdədir.Bu səbəblə nəqliyyat sektorunda müşahidə olunan bu irəliləyişlər eyni zamanda əmək bazarında nəqliyyat mühəndislərinə olan tələbatı daha da artırmaqdadır və bu artımın önümüzdəki illərdə də davam etməsi gözlənilir.

Əmək haqqı

İxtisas üzrə maaşlar mütəxəssislərin bilik-bacarıqlarından, təcrübəsindən və işlədiyi müəssisədən asılı olaraq 550-2500 AZN arasında dyişməkdədir.

Nəqliyyat hüququ

Dərslikdə müasir dövrdə nəqliyyat hüququnun anlayışı, onun predmeti, mənbələri, subinstitutlan və hüquq sistemində tutduğu yer, habelə nəqliyyat müqavilələrinin ümumi hüqüqu xarakteristikası və sistemi, daşıma müqavilələri üzrə mülki-hüquqi məsuliyyət elmi cəhətdən araşdırılaraq ətraflı şəkildə şərh edilmişdir.

Əsər nəqliyyat daşıma münasibətləri sahəsində ən yeni normativ hüquqi sənədlər və Azərbaycan Respublikasının beynelxalq-hüquqi təcrübəsi nəzərə alınmaqla çoxsaylı elmi mənbələr əsasında hazırlanmışdır. Nəqliyyat-hüquq münasibətləri sahəsində Azərbaycanın müasir hüquq elmində mövcud olan boşluqların doldurulmasında bu kitab önəmli yer tutur.

Dərslik ali məktəb tələbələri, hüquqşünaslar, nəqliyyat hüquq elmi sahəsində çalışan mütəxəssislər və praktiki işçilər üçün nəzərdə tutulmuşdur.

Ölkənin iqtisadi infrastrukturunda nəqliyyat sektoru xüsusi yer tutur. Nəqliyyat ölkənin müxtəlif iqtisadi sahələri olan sənaye və kənd təsərrüfatı arasındakı əlaqəni təmin edərək ölkə iqtisadiyyatını vahid kompleks halında birləşdirən bağlayıcı halqadır. Məhz sənayenin, ticarətin və digər xidmət sahələrinin ahəngdar işi yüklərin, sərnişinlərin vaxtında daşınmasından, nəqliyyat müəssisələrinin müntəzəm fəaliyyət göstərməsindən funksional şəkildə asılıdır.

Bu baxımdan nəqliyyat daşıma münasibətlərinin hüquqi tənzimlənməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. Bu münasibətlər isə mülki hüququn əsas institutlarından biri olan nəqliyyat hüquq ilə tənzimlənir.

Elm və təhsilimizin müstəqillik dövrünə nəzər salsaq görərik ki, ümummilli liderimiz Heydər Əliyev bu sahəyə xüsusi həssaslıqla yanaşmış, elmdə və təhsildə aparılan islahatların banisi kimi onları daim diqqət mərkəzində saxlamışdır. Ulu öndərin «Elmdə, təhsildə aparılan istahatlar, kadrların hazırlanmasında dəyişikliklər gərək yeni Azərbaycanın yaranmasına xidmət etsin» şüarı dünya təcrübəsinə əsaslanan təhsilimizin inteqrasiyasına əlverişli şərait yaratmışdır. Bazar iqtisadiyyatına keçid və dünyada baş verən qloballaşma dövründə həmin siyasət ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Belə bir şəraitdə Azərbaycanın hüquq məkanında yeni formalaşmaqda olan nəqliyyat hüququ elminin inkişafı üçün onun nəzəri və təcrübi problemlərinin tədqiq edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu istiqəmtdə ayrı-ayrı məsələlərin tədqiq edilməsi isə nəinki nəqliyyat hüquq sahəsini nəzəri baxımdan zənginləşdirir, həm də daim təkmilləşməkdə olan nəqliyyat qanunvericiliyinin daha da inkişaf etməsi və yeniləşdirilməsi işinə xidmət edir.

Oxucu auditoriyasına təqdim edilən bu kitab məhz nəqliyyat hüquq elminə həsr olunmuşdur. Dərslikdə nəqliyyat hüququnun əsas anlayışları, subinstitutları və nəqliyyat daşıma münasibətlərində mülki-hüquqi məsuliyyət məsələləri anlaşıqlı şəkildə şərh olunmuşdur. Müasir Azərbaycan Respublikası nəqliyyat qanunvericiliyinin müvafiq müddəalarının şərhinə xüsusi təşəbbüs göstərilir. Hər bir fəsil üzrə əlavə oxu üçün müvafiq ədəbiyyat siyahısı göstərilmişdir.

Neqliyyat huququ derslik

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Beynəlxalq nəqliyyat hüququ

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.