Zünüzü Ingilis Dilində Necə Təsvir Etmək Olar
9. Gərginliyi özünüzdən uzaqlaşdırmağa çalışın. Rahat şəkildə qurulan münasibət daha aydın olur. Unutmayın ki, əsas mükəmməl olmağa çalışmaq, hər sözü düzgün demək vacib deyil. Əsas olan qarşıdakı şəxsə öz fikirlərinizi çatdıra bilməkdir. Bunun üçün də ünsiyyət zamanı danışığınızın mükəmməlliyinə, edilən səhvlərin həmin anda düzəldilməsinə deyil, nəzərinizdə olan fikirləri həmin şəxsə çatdırmağa daha çox diqqət yetirin. Lakin, etdiyiniz səhvləri kənara atmağa deyil növbəti dəfə hansı şəkildə, daha düzgün deyə biləcəyiniz haqqında düşünməyə çalışın.
İngiliscə danışığı öyrənməyin 10 yolu
Dünyada qlobal dil kimi ən çox tanınan dillərdən biri də ingilis dilidir. İngilis dili öyrənmək ilk başlarda çətin ola bilər. Müxtəlif insanlar bu dili müxtəlif məqsədlər üçün öyrənir. Lakin, hər bir səbəbin sonunda ünsiyyət əsas vasitə kimi gəlir. İngilis dilini öyrənmək ilk başda çətin görünsə də, hər kəs öz öyrənmə metodunu taparaq buna asanlıqla nail ola bilər. Aşağıda belə yolların bir neçəsi haqqında nümunələr sizə öz öyrənmə yolunuzu tapmaqda kömək olacaqdır. Dil öyrənməyin çox sayda yolu var. Lakin, ingilis dilini öyrənməyin ən məhşur 10 yolu aşağıda göstərilib.
1. İngilis dilini olduğu kimi qəbul etməyə çalışın. İngilis dilində danışığı öyrəndiyiniz zaman ağlınızda bir çox suallar yarana bilər. Məsələn: niyə flour və flower fərqli sözlər olsada eyni cür tələffüz olunurlar. Bu və digər fərqli suallarla qarşılaşmaq tez-tez baş verə bilər lakin, bunların hər birinin səbəbini axtarmaqla ingilis dilini öyrənmək sizə daha da çətin gələcəkdir. İngilis dili bəzən qəribə və anlaşılmayan bir dil kimi görünə bilər lakin, bunu olduğu kimi qəbul etməklə bu dili öyrənmək sizə üstünlüklər verəcəkdir.
2. İngilis dilinin dərinliklərinə daxil olmağa çalışın. Gün ərzində bir neçə saat, həftədə bir neçə gün ingilis dili ilə məşğul olmaqla özünüzü inkişaf etdirmək çoxda müsbət nəticə vermir. Ən tez şəkildə dil öyrənməyin yollarından biri, həmin dili gündəlik həyatımızda işlədilməsidir. Bütün gün olmasa da, hər gün müəyyən müddət ərzində ingilis dilində olan səsləri dinləmək, mətnləri oxumaq və sizə çətin görünən sözləri tələffüz etməklə qısa müddətdə irəliləyişlərə nail ola bilərsiniz.
3. Bu dildə sözləri tərcümə etməyə deyil ingilis dilində düşünməyə çalışın. Bunun mümkünsüz və mənasız olduğunu düşünə bilərsiniz lakin, ingilis dilində danışmağa çalışarkən hər sözü beyninizdə tərcümə edərək danışmaq sizi sözlərinizə daha diqqət yetirməyə yalnış sözlər deməmək üçün çoxlu vaxt işlətməyə məcbur edir. Buna görə də gündə 5 dəqiqə vaxt ayırmaqla sadəcə ingilis dilində düşünməyə çalışın. Yalnışlarınız olsa da bunun sizi dayandırmasına icazə verməyin.
4. Unutmayın ki, cavablar sualların içərisindədir. Kimsə sizə sual verərkən onlara diqqətlə qulaq asın. İngilis dilində suallar və cavablar sanki güzgüyə bənzəyir. Məsələn,
does he….? \ yes, he does can he….? \ yes, he can
Buna görə də sizə verilən suala cavab tapmaqda çətinlik çəksəniz, verilən sualdakı sözləri xatırlamağa çalışın.
5. Özünüzə çox yüklənməyin. Əvvəl deyilənlərin əksi kimi səslənsədə özünüzü çox yormaqla əldə edilən nəaliyyətlər tez bir zamanda unudulur. Xarici dil öyrənmək üçün vaxtınızı bölməyi sizin özünüzdən yaxşı heç kəs edə bilməz. Gün ərzində saatlarla oxumaqla dil öyrənməyə çalışmaq, sonda əldə olunan zəif nəticə sizi daha da ruhdan sala bilər. Vaxtınızı yaxşı bölməyi və arada fasilələr verməyi unutmayın.
6. Məcbur öyrənməyə deyil, əylənərək öyrənməyə çalışın. Hər kəsin xarici dili öyrənəməkdə öz səbəbləri var. Kimi bunu iş məqsədiylə, kimi xaricdə oxumaq məqsədiylə və s. səbəblərdən öyrənirlər. Səbəblər müxtəlif olsa da ingilis dilini əyləncəli məşğuliyyət kimi öyrənməklə onun sizə nə cür təsir edəcəyini görəcəksiniz. Danışıq zamanı əldə etdiyiniz irəliləyişləri dəyərləndirin və bunu daha da irəliləmək məqsədilə stimul kimi işlədin.
7. Bacardığınız qədər sizə verilən fürsətlərdən istifadə edin. Ətrafda sizin kimi digər xarici dili öyrənən və ya bilən şəxslər ilə ünsiyyətdə olmağa çalışın. Əgər belə bir fürsətiniz yoxdursa öz səsinizi qeyd edib onu dinləyin. Düzgün yoxlayacağınıza əmin deyilsinizsə, işlətdiyiniz sözlərin tələffüzünü ayrılıqda internet vasitəsi ilə yoxlaya bilərsiniz.
8. İngilis dilində danışmağın ən yaxşı yolu çoxlu danışmaqdır deyə düşünürsəniz bu haqda yalnış deyilsiniz. Lakin çoxlu oxumaq, dinləmək vasitəsilə də danışıq səviyyənizi artıra bilərsiniz. İngilis dilində əsas tələffüz qaydalarını bildiyiniz müddətdə, qarşınıza çıxan bir çox sözlərin tələffüzünü asanlıqla müəyyən edə bilərsiniz. Burada sizə tələffüz qaydalarının əsasını öyrənmək kömək olacaqdır. Danışıq zamanı öyrəndiyiniz məlumatlardan istifadə edərək qarşıdakı şəxsə öz fikrinizi asanlıqla çatdıra bilərsiniz.
9. Gərginliyi özünüzdən uzaqlaşdırmağa çalışın. Rahat şəkildə qurulan münasibət daha aydın olur. Unutmayın ki, əsas mükəmməl olmağa çalışmaq, hər sözü düzgün demək vacib deyil. Əsas olan qarşıdakı şəxsə öz fikirlərinizi çatdıra bilməkdir. Bunun üçün də ünsiyyət zamanı danışığınızın mükəmməlliyinə, edilən səhvlərin həmin anda düzəldilməsinə deyil, nəzərinizdə olan fikirləri həmin şəxsə çatdırmağa daha çox diqqət yetirin. Lakin, etdiyiniz səhvləri kənara atmağa deyil növbəti dəfə hansı şəkildə, daha düzgün deyə biləcəyiniz haqqında düşünməyə çalışın.
10. Pozitiv düşünməyi unutmayın. Bir çoxları uğursuzluğa baş vurduqdan sonra bunun mümkünsüz olduğunu və nəticənin dəyişməyəcəyini düşünərək təslim olurlar. Lakin, ingilis dilini mükəmməl bilən hər bir şəxs onu sıfırdan, səhvlər edərək öyrənir. Gündəlik əldə etdiyiniz uğurları dəyərləndirin və özünüzü mükafatlandırmağı da unutmayın. Xırda və ya dəyərsiz deyə düşündüyünüz şeylər belə sizə hər an lazımlı gələ bilər.
Ingilis dilində danışığı öyrənməyin bir çox yolu vardır. Lakin, hər bir şəxsin özünün daha yaxşı öyrəndiyi ona məxsus yolu vardır. Bu yolu tapmaq isə məhz həmin şəxsin vasitəsi ilə aparıla bilər. Bunun üçün verilən üsullardan istifadə edərək və daima müxtəlif yollar axtararaq, seçim imkanlarını genişləndirə bilərsiniz.
- İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
- IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
- Rus dili öyrənməyin 6 qısa yolu
- Sözləri şəkillər vasitəsilə öyrənin
- Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
- İngilis dilində mətnlər
- Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
- Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
- İngiliscə lüğəti genişləndirmək
- İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
- İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
- IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
- İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
- Rus dilini öyrənmək üçün sözlər və ifadələr
- İngilis dilini niyə öyrənə bilmirik?
- Rus dilində frazeoloji birləşmələr
- İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
- 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
- TOEFL nədir?
- GMAT və GRE nədir?
- Liderlik haqqında sitatlar (RUS-AZE)
- SAT nədir?
- İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
- İngilis dilini evdə öyrən
- Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
- 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
- İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
- İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
- CV hazırlamaq
- İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
- HR Nədir?
- İmtahana hazırlaşmağın 4 effektiv yolu
- HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
- Tələbə Krediti
- IELTS nədir və nə üçün lazımdır?
- Esse nümunələri İngilis dilində necə Esse yazmaq lazımdır?
- Ən Yaxşı Təqaüd Veb saytları
- ACCA nədir?
- Yerli Təqaüd Proqramları
- Yös nədir?
- İngilis Dili Səviyyələri
- Rus Dilində Mətnlər
- İngilis dilinin tarixi
Özünüzü Ingilis Dilində Necə Təsvir Etmək Olar
Video: Özünüzü Ingilis Dilində Necə Təsvir Etmək Olar
Video: İngilis dilində özünü təqdim etmək 2023, Bilər
2023 Müəllif: Gloria Harrison | [email protected] . Son dəyişdirildi: 2023-05-24 12:20
Ən sadə sxem belə görünür: “Mənim adım (…). Mən (…) danam. Mən (…)”. Ancaq maraqlı bir özünü təqdim etmək üçün beş suala cavab verməlisiniz. Özünüzü ingilis dilində necə təsvir etmək olar
Təlimat
Addım 1
Mən kiməm? Hər şeydən əvvəl, bu rəsmi bir statusdur. Mən tələbəyəm. Daha ətraflı təsvir üçün mükafatlar, dərəcələr və adlar vacibdir. Qrafika Dizaynı üzrə bakalavr dərəcəm var. Həyat tərzinizi təsvir edə bilərsiniz. Kompüterdə əlimdə cib telefonu və başımda yarışan mətnlər dəsti ilə işləyirəm.
Addım 2
Bənzəyirəm? Boyunuzu, göz rənginizi, saç rənginizi təsvir edin. İngilis dilini bilmə səviyyəsindən asılı olaraq mətn az-çox çətin olacaq. Mən mavi gözlü, hündürboylu bir qızam. Müqayisələrdən və metaforalardan istifadə edin. Tülkü kimi qırmızıyam. Və ya fəlsəfi ümumiləşdirmələr. Bu saç rəngi ilə diqqət çəkməmək çətindir.
Addım 3
Dostlarım mənim haqqımda nə düşünür? Başqaları vasitəsilə özünüzü tərifləmək nəzakətlidir. Dostlarım ağıl balanslı və pedantik bir insan olduğumu söyləyirlər. Və ya başqaları ilə münasibətləriniz vasitəsilə özünüzü təsvir edin. Digər insanlara kömək etməyi sevirəm. Və ya dostlarınızın təsviri vasitəsilə özünüz haqqında danışın. Bütün dostlarım proqramçıdır və kompüter proqramlarını tez-tez müzakirə edirik.
Addım 4
Nə xəyal edirəm? Bu, daxili aləminizi, düşüncə tərzinizi, ümidlərinizi və mənəvi-əxlaqi xüsusiyyətlərinizi açıq və əyani şəkildə göstərmək üçün yaxşı bir fürsətdir. Mən əbədi yaşamağı xəyal edirəm. Bu blokda nüfuzlu fikirlərə istinad etmək faydalı olacaqdır. Leo Tolstoy oxunur … Həyata keçirilmiş və yerinə yetirilməyən xəyallara münasibətinizi bildirin. Atam Şaxta baba yoxdur dedikdə, bütün həftə ağladım.
Addım 5
Nəyə nail olmaq istəyirəm? Bu blok güclü iradəli, “döyüşən” keyfiyyətləri, məqsədyönlülüyü təsvir edir. Risklərin və fürsətlərin ayıq qiymətləndirilməsi barədə fikir verir. Şəhərimdə bir universitet olmadığını başa düşürəm, amma yenə də proqramçı olacağam. Dostlarımla kompüter proqramlaşdırmağı öyrənəcəyəm.
İngilis Dilində Özünü Təqdim Etmə
Ümumiyyətlə, hər hansı bir dildə danışmağı öyrənərkən (ana dilimiz üçün də keçərlidir) ilk öncə özümüzü təqdim etməklə öyrənməyə başlayırıq. Çünki, insanlarla kommunikasiya halında olarkən bir söhbəti başlatmaq üçün mütləq ki, özümüzü qarşı tərəfə tanıtmalıyıq. Qarşı tərəf 1 şəxs də ola bilər, 1-dən çox da ola bilər. Təqdim etdiyimiz məqam dost mühiti də ola bilər, rəsmi məqam da ola bilər. Əlbəttə ki, yerinə görə də təqdim etmə tərzimiz də dəyişməlidir. Yeni dostlara özümüzü təqdim etdiyimiz kimi bir iclasda iş sahibi şəxslərə özümüzü təqdim edə bilmərik. Hər bir məqamın özünə görə xitab şəkli və təqdim edərkən tanıdılması gərəkən ünsurları vardır. Bu günki bloq yazımızda isə özünüzü necə təqdim edəcəyinizi, təqdim edərkən nələrə diqqət etməyinizi, özünüz haqqında nələri söyləməniz gərəkdiyiniz və hər məqama görə xitab şəklini sizlərə həm izahları, həm də nümunələri ilə təqdim edəcəyik.
Özümü Necə Təqdim Etməliyəm?
Özünüzü təqdim edərkən, əlbəttə ki, ilk nöqtəyi nəzəri olacağımız ünsur adınız və soyadınızdır. Dost mühitində sadəcə adınızla, lazım gələrsə, ad və soyadla özünüzü təqdim etməyə başlaya bilərsiniz. Rəsmi məqamda isə istisnasız bir şəkildə özünüzü adınız və soyadınızla tanıtmalısınız. Yaş, doğulduğunuz və hal-hazırda yaşadığınız yer, təhsil aldığınız yer, işlədiyiniz yer, və s. ümum-keçərli məlumatlar hər məqamlarda özünüzü qarşı tərəfə tanıtmaq üçün deyilməsi gərəkən ünsurlardır. Çünki, bu sadalananlar sizin birinci dərəcəli məlumatlarınız sayılır.
Özünüzü təqdim edərkən hobbilərdən, ailədən də bəhs olunur. Bu isə olduğunuz məqama görə dəyişə bilər. Rəsmi məqamlarda da, dost mühitində də hər ikisi də soruşula bilər. Bunlar, sizin ikinci dərəcəli məlumatlarınız sayılır və lazım gəldiyində qarşı tərəfə təqdim edilir. Sadalananlardan savayı, hədəfləriniz, bacarıqlarınız, ailə xarici sosial münasibətləriniz və s. kimi ünsurlar da məqamdan aslı bir şəkildə təqdim olunması istənilə bilər. Hansı ki, bu məlumatlar ən son, üçüncü dərəcəli məlumatlarınızdır. (İş görüşməsində hədəflər və bacarıqlar ən çox soruşulan və təqdim edilməsi istənilən məlumatlardır.) İndi isə, gəlin, hər bir məqama görə və verilən məlumatlara görə İngilis dilində özünüzü necə təqdim edəcəyinizlə bağlı metod və nümunələr verək.
Sadə Təqdim Etmə Növü (Ad, Soyad, Yaş)
- Hello, I’m Aynur. I live in Baku with my family. I’m 16 (sixteen) years old and I study at BDU. I’m studying very hard because I’m going to take the university exam next year.
Tərcüməsi: Salam, mən Aynur. Bakıda ailəmlə yaşayıram. 16 (on altı) yaşım var və BDU-da oxuyuram. Gələn il universitet imtahanı verəcəyim üçün çox çalışıram.
- My name is Ali. I am (I’m) 11 years old. I am a student. I am from Baku. I like reading books.
Tərcüməsi: Salam. Adım Əli. Mənim 11 yaşım var. Mən tələbəyəm. Mən Bakıdanam. Kitab oxumağı xoşlayıram.
- My name is Gular. I’m from Gandja and I live in Baku. I’m 9 years old. I go to elementary school. After school I do my homework. I watch television with my parents. My best friends are Aysel and Orkhan.
Tərcüməsi: Adım Gülərdir. Mən Gəncədənəm və Bakıda yaşayıram. 9 yaşım var. Mən ibtidai sinfə gedirəm. Məktəbdən sonra ev tapşırıqlarımı edirəm. Valideynlərimlə televizora baxıram. Ən yaxşı dostlarım Aysel və Orxandır.
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.
- My name is Sabina. I am from Baku and I live there. I was born in Icharishahar. I am 24 years old. I study at university for getting my master’s degree. I study international relations. I live with my mom and dad. My best friends are Malak and Zeyneb.
Tərcüməsi: Adım Səbinədir. Mən Bakıdanam və burada yaşayıram. Mən İçərişəhərdə anadan olmuşam. 24 yaşım var. Magistr dərəcəmi almaq üçün universitetdə oxuyuram. Beynəlxalq münasibətləri oxuyuram. Anam və atamla yaşayıram. Ən yaxşı dostlarım Mələk və Zeynəbdir.
- My name is Adil. I was born in Guba but I live in Baku. I’m a 7th grade student. I take guitar lessons and when I play guitar I feel like I can be myself. I feed a female cat named Masi. You should see how sweet it is. It has gray fur and blue eyes. But sometimes it scratches the stuff and that makes my mother very angry.
Tərcüməsi: Adım Adildir. Mən Qubada anadan olmuşam, amma Bakıda yaşayıram. Mən 7-ci sinif şagirdiyəm. Gitara dərsləri alıram və gitara çalanda özümü tam mənasında hiss edə bilirəm. Məsi adlı bir dişi pişiyi bəsləyirəm. Nə qədər şirin olduğunu görməlisən. Boz xəz və mavi gözləri var. Ancaq, bəzən əşyaları cızır və bu da anamı çox əsəbiləşdirir.
Ailə Təqdim Etmə
- My name is Mariam, my surname is Orucova. I was born on 23 rd of April. I am 17 years old. I study at science high school. I am tall and I play basketball. I have blue eyes. Let me introduce my family: My sister’s name is Aybaniz. She is short and a bit fat. She has curly hair and hazel coloured eyes. My mom’s name is Chimnaz. She is tan and tall. I love her very much. She is my confident. My dad’s name is Ali. He is medium-sized and has grey straight hair and hazel coloured eyes. He is public servant.
Tərcüməsi: Adım Məryəm, soyadım Orucova. 23 apreldə anadan olmuşam. 17 yaşım var. Orta məktəbdə oxuyuram. Hündür boyam və basketbol oynayıram. Mavi gözlərim var. Ailəmi tanıdım: Bacımın adı Aybənizdir. Qısa və bir az kökdür. Buruq saçları və fındıq rəngli gözləri var. Anamın adı Çimnazdır. Əsmər dərili və hündür boydur. Mən onu çox sevirəm. O mənim inamımdır. Atamın adı Əlidir. Orta boylu və boz düz saçlıdır və fındıq rəngli gözləri var. Dövlət qulluqçusudur.
- My name is Nazrin. I’m 24 years old. I live in a small village called Mardakan with my extended family: my mother, my daughter and my grand-mother. My mother’s name is Fatima. She is 45 years old. She is a housewife. My sister’s name is Gulnara. She is good looking and friendly. She works in the big hotel in the centre of the village. My grand-mother name is Elnara. She is 75 years old. I love her because she is very nice and funny. I’m studying in math class. I would like to be math teacher. I like to watch TV and reading a book. Sometimes I go to cinema with my best friends Aydaniz and Leyla.
Tərcüməsi: Adım Nəzrindir. Mənim 24 yaşım var. Mən Mərdəkan adlı kiçik bir kənddə geniş ailəmlə yaşayıram: anam, qızım və nənəm. Anamın adı Fatimədir. 45 yaşı var. Evdar qadındır. Bacımın adı Gülnarədir. Gözəl görünüşlü və mehribandır. Kəndin mərkəzindəki böyük oteldə işləyir. Böyük nənəmin adı Elnarə. 75 yaşı var. Mən çox sevirəm və gülməli olduğu üçün onu sevirəm. Riyaziyyat təməlli sinifdə oxuyuram. Riyaziyyat müəllimi olmaq istərdim. Televiziya seyr etməyi və kitab oxumağı xoşlayıram. Bəzən ən yaxşı dostlarım Aydəniz və Leyla ilə kinoya gedirəm.
- My name is Nazila. I am 17 years old. My big family: I live in İzmir with my mom, my sister and my grandma. My mom’s name is Zeynep and she is a housewife. My sister’s name is Deniz and she is very friendly. She works at the big hospital in the city centre. My grandma’s name is Farida. She is 75 years old. I love her because she is cute and funny. I study at science high school. I desire to become a successful scientist by studying mathematics. I like walking and reading. Sometimes, I go to cinema with my family and my friends.
Tərcüməsi: Adim Nazilədir. 17 yaşım var. Böyük ailəm: İzmirdə anam, bacım və nənəmlə yaşayıram. Anamın adı Zeynəbdir və evdar qadındır. Bacımın adı Dənizdir və çox mehribandır. Şəhərin mərkəzindəki böyük xəstəxanada işləyir. Nənəmin adı Fəridə. 75 yaşı var. Sevimli və gülməli olduğu üçün onu sevirəm. Orta məktəbdə oxuyuram. Riyaziyyatı öyrənməklə uğurlu alim olmaq arzusundayam. Gəzməyi və oxumağı xoşlayıram. Bəzən ailəm və dostlarımla kinoya gedirəm.
- My family has a 4 members: Dad, mom, my little brother and my. We live in Mexico, My mom is is of medium height and and is very responsible, She is a nurse. My dad is tall and hard working, his job is systems technician. My brother is younger than me, and right now he is in the process of going to primary school.
Tərcüməsi: Ailəmin 4 üzvü var: atam, anam, kiçik qardaşım və mənim. Biz Meksikada yaşayırıq, anam orta boyludur və çox məsuliyyətlidir, tibb bacısıdır. Atam hündür və zəhmətkeşdir, işi sistemlər üzrə mütəxəssisdir. Qardaşım məndən daha gəncdir və hazırda ibtidai məktəbə getmək ərəfəsindədir.
- Hi! Let me tell you about my family. I live with my dad and my mum. I don’t have a sister and a brother. I am the first child and last child in my family. My mum’s Italian. She has big eyes, brown eyes, and short hair. The color of her hair is black. She is tall. She is a kind person. My dad’s Turkish. He has black eyes, short hair, and a slim body. He is a very funny person, in my view. I love them very much. I think I can’t live without them. They’re always my happiness.
Tərcüməsi: Salam! İcazə verin, ailəm barədə danışım. Atam və anamla yaşayıram. Bacım və qardaşım yoxdur. Mən ailəmdə ilk uşaq və son uşağam. Anam İtalyandır. Böyük, qəhvəyi gözləri və qısa saçları var. Saçları qara rəngdədir. O, hündürdür. Xeyirxah bir insandır. Atamın Türkdür. Mavi gözləri, qısa saçları və incə bədəni var. Mənim fikrimcə çox gülməli bir insandır. Onları çox sevirəm. Düşünürəm ki, onlarsız yaşaya bilmərəm. Onlar, həmişə mənim xoşbəxtliyimdir.
İngilis dilində ailə və ailə fərdləri ilə bağlı daha geniş məlumat almaq istəyirsinizsə, İngilis Dilində Ailə Fərfləri və Qohumluq Əlaqələri linkinə klikləyə bilərsiniz.
Rəsmi Məqamda (İş Yerində) Özünü Təqdim Etmə
- Hello, my name is Murad. My surname is Shahmarli. I am 24 (twenty-four) years old. I have just finished my degree in civil engineering. I participated many big projects at university time and successfully completed. I am looking for a job that I could improve myself in static design. I attended many professional training and conferences about this job line. I want to improve myself on working a job that makes big projects like your company.
Tərcüməsi: Salam mənim adım Muraddır. Soyadım Şahmarlıdır. 24 (iyirmi dörd) yaşım var. İnşaat mühəndisliyi ixtisasını bitirmişəm. Universitet vaxtı bir çox böyük layihələrdə iştirak etdim və uğurla başa vurdum. Statik dizaynda özümü inkişaf etdirə biləcəyim bir iş axtarıram. Bu iş xətti ilə bağlı bir çox peşəkar təlim və konfranslarda iştirak etdim. Şirkətiniz kimi böyük layihələr hazırlayan bir iş üzərində özümü inkişaf etdirmək istəyirəm.
- Pleased to meet you. May I introduce myself? My name is Alirza. My last name is Aliyev. I’m 35 (thirty-five). I have been working as a production manager at a pharmaceutical company for 5 years. My responsible is organizing all production activities. I am also good at providing positive discipline among employees with my strong communication skills. I know English well. I believe that my experience will be beneficial for your factory in Canada.
Tərcüməsi: Sizi görməyimə şadam. Özümü tanıda bilərəmmi? Mənim adım Əlirza. Soyadım Əliyev. 35 (otuz beş) yaşım var. 5 ildir bir dərman şirkətində istehsal meneceri olaraq çalışıram. Mənim məsuliyyətim bütün istehsal fəaliyyətlərini təşkil etməkdir. Güclü ünsiyyət bacarıqlarımla işçilər arasında müsbət nizam-intizam təmin etməyi də bacarıram. İngilis dilini yaxşı bilirəm. İnanıram ki, təcrübəm Kanadadakı fabrikiniz üçün faydalı olacaqdır.
- Let me introduce myself. First of all, my name is Oruc and my surname is Pashayev. I’m a graphic designer with over five years of experience specializing in creating beautiful, unique website experiences that make users’ time with a brand more enjoyable. I’m looking forward to growing my management skills to hopefully develop and inspire a team of my own.
Tərcüməsi: Salam. İcazə verin özümü təqdim edim. Əvvəla, mənim adım Oruc və soyadım Paşayevdir. Beş ildən çox təcrübəsi olan bir qrafik dizayneriyəm, marka ilə istifadəçilərin vaxtını daha xoş keçirən gözəl, bənzərsiz bir veb sayt təcrübəsi yaratmaqda ixtisaslaşmışam. Öz komandamı inkişaf etdirmək və ruhlandırmaq üçün idarəetmə bacarıqlarımı artırmağı səbirsizliklə gözləyirəm.
- Firstly, let me begin to introduce with my name and my lastname. I am Nazli Cabbarzade. I have done my schooling from Baku. For my graduation, I chose Xyz program at Abc University. It was a very enriching experience at the University as not only we were actively involved in practical projects, but also got opportunities to participate in a number of sports and other extra-curricular activities such as plays and skits.
Tərcüməsi: Salam. Əvvəlcə, icazə verin, adım və soyadımı təqdim etməklə başlayım.. Mən Nazlı Cabbarzadəyəm. Məktəbimi Bakıdan etmişəm. Məzun olduğum üçün Abc Universitetində Xyz proqramını seçdim. Universitetdə çox zənginləşdirən bir təcrübə idi, çünki biz nəinki praktik layihələrdə fəal iştirak edirdik, həm də bir sıra idman və digər dərsdənkənar tədbirlərdə, məsələn, pyes və skitlərdə iştirak etmək imkanları əldə etdik.
- I want to introduce myself with my name and my last name. I am Gunel Sadiqova. I have a thorough understanding of Sales planning and business development. I have been mostly involved in establishing effective client relationships. I have also developed a superior understanding of customer service and customer relationship with the span of time. To give you an example, I would like to talk about a relatively difficult and unique project that helped me increase the profitability and annual sales volume of the company.
Tərcüməsi: Özümü ad və soyadımı təqdim etməklə başlamaq istəyirəm. Mən Günel Sadiqovam. Satış planlaşdırması və biznesin inkişafı barədə hərtərəfli məlumatım var. Mən əsasən səmərəli müştəri münasibətlərinin qurulmasında iştirak etmişəm. Müştəri xidməti və zamanla müştəri münasibətləri ilə bağlı üstün bir anlayış da inkişaf etdirdim. Bir nümunə vermək üçün, şirkətin mənfəətliliyini və illik satış həcmini artırmağa kömək edən nisbətən çətin və bənzərsiz bir layihə haqqında danışmaq istərdim.
İngilis dilində peşələrin necə yazıldığını və hansı peşələrin hansı mənaya gəldiyini daha ətraflı öyrənmək istəyirsinizsə, İngilis Dilində Peşələrin Mənaları bloq yazımıza müraciət edə bilərsiniz.
Hobbilərlə Özünü Təqdim Etmə
- Hi! I am the first daughter of a family of four. My name is Samra and I am 13 years old. I live in Istanbul. I study at 8th grade. Some of my hobbies are swimming and listening to music. My favorites: my favorite color is dark blue and my favorite animal is bird. The thing which I hate the most in this life is resting in a closed area. Strictly speaking, I have an absurd and annoying life. For this reason, I do not have any moment full of adventure. My favorite lesson is science.
Tərcüməsi: Salam! Mən dörd ailənin ilk qızıyam. Adım Səmra, 13 yaşım var. İstanbulda yaşayıram. 8-ci sinifdə oxuyuram. Bəzi hobbilərim üzgüçülük edir və musiqi dinləməkdir. Ən çox sevdiyim rəng: tünd mavi, ən sevdiyim heyvan isə quşdur. Bu həyatda ən çox nifrət etdiyim şey qapalı yerdə dincəlməkdir. Düzünü desəm, məndə absurd və əsəbi bir həyat var. Bu səbəbdən macəra ilə dolu bir anım yoxdur. Ən çox sevdiyim dərs elmdir.
- My name is Jale, but I’m called ‘Jalya’ by my friends. I live in a small village near London. I’m a nurse and I like my job very much. I have got one dog. I really love dogs. They are my favorite type of animal. His name is Bulud, Bulud eat meat, special dog food and bread. He is a good friend and he always protects me. He always waiting for me in house. Bulud very friendly but he barks at people he doesn’t know.
Tərcüməsi: Adım Jalədir, amma dostlarım ‘Jalya’ deyir. Londonun yaxınlığında kiçik bir kənddə yaşayıram. Mən tibb bacısıyam və işimi çox sevirəm. Bir itim var. Mən itləri çox sevirəm. Ən çox sevdiyim heyvan növüdür. Adı Buluddur, Bulud ət, xüsusi it yeməyi və çörək yeyir. Yaxşı dostdur və həmişə məni qoruyur. Məni həmişə evdə gözləyir. Bulud çox mehribandır, amma tanımadığı insanlara qarşı zərbələr endirir.
- My name is Aydan and I am 19 years old. I absolutely love cooking. I can merrily state that my kitchen is my playground in every sense! My mother has always been a wonderful cook, and I feel she is my inspiration. I have seen her prepare scrumptious meals for hundreds of guests in a few hours! Honestly, I find cooking very therapeutic and look forward to planning my meals every day. Besides, my family and friends have always been very patient and supportive.
Tərcüməsi: Adım Aydan, 19 yaşım var. Mən bişirməyi tamamilə sevirəm. Mən mətbəximin hər mənada mənim oyun meydançam olduğunu deyə bilərəm! Anam həmişə gözəl bir aşpaz olub və mən ondan ilhamlandığımı hiss edirəm. Bir neçə saat ərzində yüzlərlə qonaq üçün çeşidli yemək hazırladığını görürəm! Düzünü deyim ki, çox dadlı yemək bişirirəm və yeməklərimi hər gün planlaşdırmağı səbirsizliklə gözləyirəm. Bundan əlavə, ailəm və dostlarım həmişə çox səbirli və köməkçi olublar.
- My name is Taleh. I am student at BDU. My hobbies are playing board games and solving all kinds of puzzles. Of the two, I spend most of my free time bent over a puzzle, like a jigsaw, general trivia, logic, cryptic, or even a Sudoku or crossword puzzle.
Tərcüməsi: Adım Taleh. Mən BDU-nun tələbəsiyəm. Hobbim taxta oyunları oynamaqdır və hər cür tapmacalar həll etməkdir. Boş vaxtımın çox hissəsini jingsaw, ümumi trivia, məntiq, sirli və ya hətta Sudoku və ya krossvord kimi məşğuliyyətlərə ayırıram.
- I am Narmin. My hobby is acting. I have always been very interested in dramatics. Early on, I had the benefit of good counsel to understand the difference between hobbies and career. Hobbies are what we do away from work, they are the keys to the doors of rejuvenation. Currently, I am a part of a theater group and perform in skits and sketches. Acting helps me forget myself and take on different characters and understand things from varied angles.
Tərcüməsi: Mən Nərminəm. Hobbim aktrisalıqdır. Mən həmişə dramaturgiyaya çox maraq göstərmişəm. Hobbi və karyera arasındakı fərqi anlamaq üçün əvvəlcədən yaxşı məsləhətlər almağın faydası var. Hobbi işdən uzaqlaşdırdığımız şeydir, onlar cavanlaşma qapılarını açarlarıdır. Hal-hazırda bir teatr qrupunun hissəsindəyəm və eskizlərdə çıxış edirəm. Aktyorluq özümü unutmağımda və fərqli personajlara bürünməyimdə və müxtəlif rakurslardan müxtəlif şeyləri başa düşməyimdə kömək edir.
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.
Comments are closed, but trackbacks and pingbacks are open.