Kcp ig-fcghycß
(Bu kitablar Qum şəhəri müdərris cəmiyyətinin nəzdindəki İslam nəşriyyatı tərəfindən çap edilmişdir.)
Nəhcül bəlağə
İmam Əlinin (əleyhis-salam) səmanın və yerin yaradılışının, Adəmin xilqətinin başlanğıcının xatırlandığı xütbələrindəndir.
Bütün danışanların mədh etməkdə və öyməkdə aciz qaldığı Allaha həmd olsun!(Онун затына лајиг олан тәриф вә мәдһ етмәк ҝүҹүндә дејилләр. Буна ҝө¬рә дә Һәзрәти Сејјид-ул-мүрсәлин бујурмушдур: لا أُحْصِى ثَنَاءً عَلَيْكَ *** أَنْتَ كَمَا أَثْنَيْتَ عَلى نَفْسِكَ «Мән Сәни мәдһ етмәк гүдрәтиндә дејиләм. Ҝәрәк Сән Өзүн мүгәддәс затыны мәдһ едәсән». ) Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər.(Һагг-тәаланын әта етдији немәтләр сајсыз-һесабсыздыр вә онларын сонуну тәсәввүр етмәк мүмкүн дејил. Гур’ани-Кәримин Ибраһим сурәсинин 34-ҹү ајәсиндә бујурулур: وَاِنْ تَعُدُّوا نِعْمَتَ اللهِ لا تُحْصُوها «Аллаһын немәтләрини сајмаг истәсәниз буна гүдрәтиниз чатмаз.» Елә исә Јараданын немәтләрини саја билмәјән кимсә, Онун һаггыны неҹә өдәјә вә Она неҹә шүкр едә биләр? ) Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər.(Белә исә, шүкүр етмәјин ән јүксәк дәрәҹәси бәндәнин Онун немәтләринин һаггыны өдәмәкдә аҹиз олдуғуну етираф етмәсидир. Мәһдудлашма вә еһтива олунма вүҹуду мүмкүн оланлара хасдыр. Вүҹуду ваҹиб олан Аллаһ-тәала бундан мүнәззәһдир. ) O, elə bir məbuddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər. (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?) O, elə bir məbuddur ki, sifətlərini əhatə edə bilən hüdud yoxdur. (Onun heç bir sifəti zatına əlavə deyil ki, məhdud olsun.) Nə də Onun mövcud və sabit (Onda məhdudlaşan, özəlləşən və Onun bütün sifətlərini əhatə edən) sifəti vardır.(Онун барәсиндә «хејли вахт өнҹәдән мөвҹуд олдуғу» сөјләнилә билмәз. Чүнки О, заманын јарадыҹысыдыр вә заманын ичиндә олмаға еһтијаҹы јохдур ки, заман ону әһатә едә билсин. ) Onun üçün müəyyən edilmiş zaman da yoxdur.(Онунла тамамлансын. Јәни, Онун мүддәти јохдур, әзәли вә әбәди олан Одур. Заманы јохдур ки, сону вә мүддәти олсун. Белә ки, заман һәрәкәтин өлчүсүдүр. Һәрәкәт исә маддәнин хассәләриндәндир. О исә материјадан узагдыр. Демәли, Онун заман ичиндә олмасы гејри-мүмкүндүр. ) Nə də Onun üçün uzun müddət vardır.(Гур’ани-Кәримин Исра сурәсинин 51-ҹи ајәсиндә бујурулур: «فَسَيَقُولُونَ مَنْ يُّعِيدُنا قُلِ الَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ» Дејәрләр бизи өлүмдән сонра ким гајтарыб дирилдәҹәкдир? Еј Пејғәмбәр, онларын ҹавабында де ки, сизләри илк дәфә јарадан јенидән дирилдәҹәк. ) Məxluqatı Öz qüdrəti ilə yaratdı.(Гур’ани-Кәримин Ә’раф сурәсинин 57-ҹи ајәсиндә бујрулдуғу кими: َوهُوَ الَّذِى يُرْسِلُ الرِّياَحَ بُشْراً بَيْنَ يَدَىْ رَحْمَتِهِ «Рәһмәти олан јағышы јерә јағдырмаздан өнҹә күләкләри мүждә кими ҝөндәрән Одур. ) Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi.(Сизин раһат јашаманыз үчүн тәрпәниб силкәләнмәсин. Гур’ани-Кәримин Нәһл сурәсинин 15-ҹи ајәсиндә бујурулдуғу кими: وَأَلْقَى فِي الْأَرْض رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ «Бөјүк Аллаһ јери, тәрпәниб сизи бир тәрәфдән башга тәрәфә атмамасы үчүн нәһәнҝ дағларла мөһкәмләндирди. ) Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi.(Чүнки товһид ихласдан башга бир јолла камилләшә билмәз. Јәни, Аллаһы таныјанын һәр бир сөзү, һәр бир әмәли Она хатир олмалыдыр, һеч бир дүнјәви мәгсәдләрә гарышмамалыдыр. )
Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid və Onu tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir.(Мәсәлән, «Һагг-тәаланын елми Онун затына артырылмыш, өзүндән хариҹ бир сифәтдир» дејилмәсин. Белә дүшүнҹә тәкаллаһлылыға вә товһидә зиддир. Бөлүнүб-парчалана билән һәр бир шеј исә тәркибдән тәшкил олунуб вә һәр тәркиб дә һиссәләрдән ибарәтдир. ) İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir.(«Һарада дејил», «нәјин үстүндәдир» дејәрсә Ону материја вә тәркибдән ибарәт санмыш олар. Бундан исә белә чыхар ки, О сонрадан әмәлә ҝәлмиш, јени јаранмышдыр. ) Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir. Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. (Buna görə də) Allahı vəsf edən (Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə) Onun üçün hər hansı bir bənzər və tay bilmiş, («vacib-ül-vücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar). Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar(Бу ҹүмләдә О Һәзрәт мүәјјән заманда јаранышы Һагг-тәаладан истисна едир. ) Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır. Onu tanımayan Ona doğru işarə edər. Ona işarə edən Onu məhdudlaşdıraraq çevrələyər. (Onun üçün hədd və nəhayət yaradar.) Onu məhdud hesab edən Onu sayar. (Onu özündən xaricdə say vahidinə çevirər.) «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər. (Onun üçün yer və məkan seçər.) «Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.(Онун варлығы затән сонрадан јарадылмыш дејил. Бу ҹүмләдә дә Онун затынын јохдан вар олмасы истисна олунур. )
Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil.(Белә ки, һәр һансы бир шејдән кәнара чәкилсә, ондан бир шеј галмаз. Чүнки һәр шеји сахлајан Одур.) Yoxdan var olmayan bir varlıq və mövcuddur.(Чүнки һәрәкәт материјанын хассәсидир. О исә, материјадан узагдыр. ) Hər şeylə yanaşı olmadan onlarladır. (Beləliklə, O, hər bir şeylədir. Yəni, hər bir şey Onunla dirçəlib, mövcud olub.) Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil.(Чүнки һәр бир ишдә дүшүнмәк, олмамыш бир ишин баш тутмасы үчүндүр. Белә ки, һәр шеј зат мәгамында Аллаһ-тәала үчүн әзәли вә әбәди олараг сабитдир. ) İş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət(Чүнки тәҹрүбә сынаг васитәсилә елм әлдә етмәк истәјәнләрә аиддир, елми заты илә ејни олан Аллаһ-тәала үчүн дејил. ) və nə də alət mənasında deyil. (Əgər alət vasitəsilə iş görərsə, demək Onun Özündən başqasına ehtiyacı var. Ehtiyac isə nöqsandır. Vücudu vacib olanın nöqsanlı olması qeyri-mümkündür. Buna görə də zatən gözü olmadan) görəndir.
Yaratdıqlarından heç biri olmayarkən də görən idi. Onunla üns tutmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da tək və vahid idi. (İndi ki, Onu tanıdın, qısacası bil ki, Odur tam qüdrət sahibi olan Allah ki,) fikir və düşüncədən istifadə etmədən,(Онун јаратмасы һәрәкәтә әсасланмыр. Чүнки һәрәкәт дәјишиклик демәкдир. Дәјишиклик исә, имкан аләминин хассәләриндәндир) heç bir təcrübə və sınaqdan faydalanmadan,(Ҝөрдүјү ишин дүзҝүн олуб-олмамасы барәдә нараһатлыг кечирмәдән. Белә ки, изтираб вә нараһатлыг ишләрин сонуну билмәмәкдән ирәли ҝәлир. Наданлыг вә ҹәһаләт исә, заты илә елми ејни олана рәва дејил. )Özündə heç bir hərəkət yaratmadan(Белә ки, онларын арасында ајрылыг мүмкүн дејил; Шүҹаәт иҝид инсанын ајрылмаз хүсусијјәти, сәхавәт кәрамәтли инсанын ајрылмаз сифәти олдуғу кими бир сөзлә мәхлугаты јаратды,) və iztirablı, narahat nəfsin səyləri olmadan məxluqatı yaratdı.(Ики ганады илә баҹардығы гәдәр һавада уча билән гуш тәк, Илаһи маарифин сонсуз аләмләриндә сејр едә биләҹәк һәддә өз елм вә мәрифәтләринә гәрг олублар. ) Hər bir şeyi yoxdan və heçlikdən öz vaxtında varlığa çevirdi (məsləhət olan anda onlara varlıq libası geydirdi) və onların müxtəliflikləri arasında uyğunluq yaratdı və təbiətlərini sabitləşdirdi. (Hər bir tələbat və təbiəti öz istedadı qədərincə olan yerdə yerləşdirdi) və O, təbiətləri həmin əşyaların ayrılmaz hissəsinə çevirdi(О пәрдәнин архасына пејғәмбәрләр, онларын василәси вә Аллаһын хүсуси бәндәләриндән башга һеч кәсин елми јолу јохдур. ) halbuki onları yaratmamışdan öncə, onlardan agah idi. O, şeylərin hüdudlarını, ətrafını və sonlarını əhatə edirdi. O, əşya, onun hissə və kənarlarına bağlı olan şeylərlə də tanış idi (bütün məxluqatı ümumiliklərinə və xüsusiliklərinə qədər bilirdi).
(Allah-təalanı tanıdıqdan və aləmlərin yaranma tərzi barədə ümumi anlayışın olduqdan) Sonra (deyilənlərin ardı olaraq, indi müfəssəl şəkildə bil ki, Allah-təala öz güc və qüdrətiylə) ucsuz-bucaqsız səmaları yardı, onun ətraf və kənarlarını açdı, fəzanın yuxarısında hava və boşluq yaratdı. Daha sonra isə arasıkəsilməyən təlatümlü dalğaları olan və çoxluqdan bir-birinin üzərinə sıx yığılan suyu axdırdı. O, suyu möhkəm uğultu ilə əsən şiddətli və bərk küləyin belinə yüklədi, sonra isə küləyə o suyu (bir-birindən ayrılıb qopmaması üçün hər tərəfdən) qaytarmağı və möhkəm saxlamağı əmr etdi, küləyi suyun sərhədlərində saxladı və o suyun məkanında yerləşdirdi. Hava geniş və açıq küləyin altında, axan su isə yuxarısında (hərəkətdə idi). Bu zaman başqa bir külək yaratdı və onun əhatəsini məhdud etdi (O, küləyi başqa bir şey üçün deyil, yalnız su dalğası üçün yaratdı). Onu daima suyu hərəkət etdirməsi üçün yaratdı, onu möhkəm əsdirdi, onun yaranma mənşəyini (əsmə yeri öyrənilə bilinməyən hissəsini) əlçatmaz etdi. Sonra isə ona bol olan suyu hərəkətə gətirib bir-birinə qarışdırmaq və dənizlərin dalğasını təlatümləndirib qaldırmaq əmri verdi (dənizin özündən olan suyun hər bir hissəsini dalğalandırmağı əmr etdi). Sonra külək də suyu nehrə kimi çalxalayıb qarışdırdı, külək boş və geniş ərazidə əsirmiş kimi şiddətlə ona (doğru) əsdi. (O suyu elə çalxaladı ki,) suyun əvvəlini axırına qaytardı və hərəkətsizini, böyük su kütləsini yuxarı qalxıb, bir-birinin üzərinə sıx yığılmış su hissəsini köpükləndirəcəyi həddə qədər hərəkətə gətirdi. Sonra Allah-təala o köpükləri boş və geniş yerdə, açıq fəzada yuxarı qaldırdı, yeddi səmanı (O köpüklərdən heç bir əyrilik olmadan yaratdı). O, səmaların altında axıb tökülməsin deyə dalğa yaratdı, onların üstündə isə saxlayıcı sütunları olmadan, onları nizamlayan mıx (və ya kəndir) olmadan qorunan tavan yaratdı. Bu zaman O, səmaları ulduzlar və nur ələyənlərin işığı ilə zinətləndirdi. Onda günəşin nursaçan çırağını və parlaq ayı, dövr edən üfüqdə, seyr edən tavanda və hərəkətli lövhədə yerləşdiyi halda (ulduzların, günəşin və ayın hər birini) hərəkətə gətirdi.
Bu zaman isə səmaların arasını açdı, Özünün müxtəlif növ mələkləri ilə doldurdu (Onların birinci dəstəsi elə mələklərdilər ki,) onlardan bəziləri səcdə halındadırlar, ruku etmirlər, bəziləri isə ruku halındadırlar, ayağa qalxmırlar, bir dəstəsi isə cərgə ilə dayanıblar, öz yerlərindən kənara çıxmırlar və bəziləri də yorulmadan təsbih edəndirlər. (Mələklərin heç bir növü maddi olmadığına görə) onların gözlərinə yuxu, ağıllarına səhv gəlməz, onlarda nə süstlük, nə də unutqanlıq baş verər.
Onların başqa bir dəstəsi (ikinci dəstə mələklər) Allah vəhyinin əminləridir. Onun peyğəmbərləri uçün danışıq vasitəsi və tərcumanlarıdır, Onun hökm və fərmanlarını yetirmək üçün get-gəl edirlər. Onların bir dəstəsi isə (üçüncü hissəsi) Onun bəndələrinin mühafizəçiləri, behiştlərinin keşikçiləridirlər. Onların başqa bir hissəsinin (mələklərin dördüncü dəstəsinin) ayaqları yerin ən alt təbəqələrində sabitdir, boyunları ən yüksək səmaları ötüb, əzaları cahanın hüdudlarından kənara çıxıb, onların çiyinləri ərşin dayaqlarıyla bərabərdir. (İlahi nurun əzəmət və heybətindən) ərşin müqabilində nəzərləri yerə dikilib və onun altında özlərini qanadlarına bürüyüblər.(Чүнки мәләкләр елмли вә Аллаһы таныјандырлар. Аллаһы бир шәкилдә тәсәввүр едән, мәхлугатын сифәтләрини Она аид едән, Ону мәһдудлашдыран вә Она тәрәф ишарә едән надандыр; бундан әввәл Аллаһы таныма вә мәрифәт фәслиндә бәјан олундуғу кими. ) O mələklər və onlardan daha aşağıdakılar arasında izzət hicabları və qüdrət pərdələri çəkilib.(Сүмүјүнүн ағлығы, ганынын гырмызылығы вә түкүнүн гаралығы кими, әзасынын һәр бир үзвү һикмәтә ујғун олараг бир рәнҝдә олду. ) (O mələklərin Allahı tanımağı və mərifəti elə bir səviyyədədir ki,) Allahı xəyallarında canlandırmaz, məxluqatın sifətlərini Ona aid etməzlər, Onu məkanla məhdudlaşdırmazlar, bənzər və misli olanlarla Ona işarə etməzlər.(Гур’ани-Кәримин Сад сурәсинин 71-ҹи вә 72-ҹи ајәләриндә бујурулдуғу кими: إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ «Сәнин Аллаһынын мәләкләрлә «Мән Адәми торпагдан хәлг едәҹәјәм, јарадыб руһ верилдикдә онун мүгабилиндә әјиләрәк сәҹдә гыларсыныз» дедији ҝүнү јада сал. Јәни, она тәзим един вә ја ону өз гибләнизә чевирин». )
Åkcp
“Nəhcül–bəlağə”də bütün bəşəri biliklər və dünya baxımı üsulları özünə məxsus yer tutur. Dini siyasətdən ayıranlar yaxşı olardı ki, “Nəhcül bəlağə”ni mütaliə edib yanlış və kor təsəvvürləri özlərindən uzaqlaşdırsınlar.
Qeyd etmək yerinə düşərdi ki, bu təriflərin ən yaxşısı və ürəyə yatımı “Nəhcül-bəlağə”-Əxul-Quran” (Quranın qardaşı) adlığıdır. İslamda Qurandan sonra heç bir kitab öz əzəmət və dəyərində “Nəhcül-bəlağə” kimi qiymətli hesab olunmamışdır. Ədiblərə ədəbi örnək, siyasətçilər üçün siyasi, əxlaq sahibləri üçün əxlaqi, etiqadi, fəlsəfi və irfani mühəqqiq arif və nicat axtaranlar eləcədə ictimai məzhəbi və s. insanlar üçün Quranın bətni və beyni sayılan “Nəhcül-bəlağə” sanki Allah tərəfindən nazil olan asimani bir vəhydir ki, Həzrət Cəbrayıl onu kəlmə-kəlmə Əmirəl-Möminin Əli (əleyhissalam)-a çatdırmışdır. Sanki bu vəhylər nübüvvət ağacı və insani dəyərlər məxzənindən faydalanan Həzrət Əli əleyhissalam üçün göndərilibdir.
“Nəhcül-bəlağə” Qurandan sonra ən böyük kəşf mənbəyi sayılaraq insana kamilliyin ən uca, əlçatmaz və ün yetməz zirvələrinə yiyələnmək üsulunu öyrədir. Bu kitab Quranın güzgüsüdür və öz nurunu Qurandan əxz edibdir.
Həzrət Əli əleyhissalam bu barədə belə buyurubdu:
“Elm və mərifət seli vücudumdan caridir, fikir səmasının ən yüksək zirvəsinə uçan quşlar belə mənim böyük və yüksək məqamıma çata bilməzlər.” 1
Körkəmli və məhşur sünni alimlərindən biri olan İbni Əbil Hədid “Nəhcül-bəlağə”nin şərhi barədə (ən yaxşı şəhrlərdəndir və 20 cilddə çap olunub) yazır:
“Elm çöllərdə aşıb–daşdı, lakin axıra çatmadı, elə çöl torpaqlarındaca qurudu.” 2
Yəni “Nəhcül-bəlağə”yə yazdığı bu şərhinin coşğun və gurultulu olmasına baxmayaraq bu geniş elm biyabanında itib-batır.
Bir şəxs Əli əleyhissalamdan soruşdu: Sizdə vəhydən bir şey varmı?
İmam buyurdu: “Xeyr, and olsun toxumu yarıb insanı yaradan Allaha ki, bizim vəhyimiz Quranı öyrənib dərk etməkdən savayı bir şey deyildir.”
Böyük şiə alimi Əllamə Təbatəbai bu hədisi qeyd etdikdən sonra buyurur: “Bu rəvayət” hədislərin qururundandır. Və bu hədisdə dəlalət edici bir şey varsa oda budur ki, Həzrət Əli əleyhissalamın buyurduğu fikir və ağılları heyran qoyan maarif möcüzələrinin Qurani kərimdən olması iddiasıdır.
2-”Nəhcül bəlağə”nin toplayanı: İmam Əli (əleyhissalam)-ın sözlərini “Nəhcül-bəlağə” şəklində toplayıb yığan əsrin böyük alimlərindən biri olan Seyyid Rəzi Seyyid Mürtəzanın qardaşı olmuşdur, hər iki qardaş şiə alimi sayılaraq böyük istedad sahibi olmuşlar. Hər iki alim tarix səmasının parlaq ulduzlarındandırlar.
Mühəmməd ibni Hüseyn ibni Musa ibni Mühəmməd ibin Musa ibni İbrahim ibni Musa ibni Cəfər Seyyid Rəzi adı ilə tanınan yeddinci İmamın beşinci nəvəsi Həzrəti Musa ibni Cəfərdir ki, 359-cu hicri qəməri ilində Bağdadda dünyaya gələrək məhərrəm ayının 6-da hicri qəməri tarixilə 406-cı ildə 47 yaşında ikən Bağdadda da dünyadan köçmüşdü. Onu Kazimeyndə İmam Kazim (əleyhissalam)-ın qəbri kənarında əmanət kimi dəfn edir və bir müddətdən sonra öz vəsiyyətinə əsasən pak cəsədini eləcə, də qardaşı Seyyid Mürtəzanın cəsədini oradan çıxarıb götürür və müqəddəs Kərbəla torpağında dəfn edirlər.
3-”Nəhcül bəlağə”nin təcziyə və təhlili!
Qeyd olunduğu kimi “Nəhcül-bəlağə” əqidə və əməl kitabıdır. Aydındır ki, bu kitabla ətraflı surətdə tanışlıq əqidə və əməl yolunun müqəddiməsi hesab olunur. Bu kitabın təcziyə və təhlilinin mövzusu onun gözəl surətdə tanımaqdan ibarətdir ki, bu yolda alimlər böyük tədqiqatlar apararaq geniş addımlar artmış, eləcə də bu barədə bir çox kitablar yazmışlar. “Xəvaric “Nəhcül-bəlağədə, “Beytül-mal “Nəhcül-bəlağədə “Beytlər (şerlər) Nəcül-Bəlağə”-də, Quranın “Nəhcül-bəlağə ilə olan əlaqəsi”, “Əlmöcəmül-fehres li əlfazi Nəhcül bəlağə,” “Nəhcül-bəlağə”-nin elamı. Əməli və nəzəri həkəmiyyət “Nəhcül-bəlağə”-də, “Nəhcül-bəlağə”də şəhadət” və s. Əlinizdəki kitabın naşiri bu barədə aşağıdakı üç mövzunun təcziyə və təhlilinə dair kitab yazmış və çap etmişdir.
1-Quran ayələri “Nəhcül-bəlağə”də.
2-Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin sözləri “Nəhcül bəlağə”də
(Bu kitablar Qum şəhəri müdərris cəmiyyətinin nəzdindəki İslam nəşriyyatı tərəfindən çap edilmişdir.)
3-”Nəhcül-bəlağə”, Quran vəsfləri.
Bu kitab da İranda çıxan qəzetlərin birində nəşr olunmuşdur.
Bu barədə yazılan kitablardan biri də əlinizdəki 140 hekayəti əhatə edən “Nəhcül-bəlağə” hekayətləri kitabıdır ki, əziz oxuculara “Nəhcül-bəlağə”ni daha yaxşı oxuyub dərk etmələrindən ötrü təqdim olunur. Bu kitab gözəllik və çirkinliklərin aynası və sınanmışıdır.
“Nəhcül-bəlağə” hekayətləri” sadə və ümumi dildə yazılmış bir əsərdir ki, buradakı müxtəlif dastanların çoxu Həzrət Əli (əleyhissalam)-ın xilafəti hakimiyyəti dövründə baş verib. Kitabdakı dastanlar siyasi-iqtisadi, əxlaqi-ictimai və dini sahələri özündə əhatə etmişdir. Kitabdakı dastanların yazılış qaydaları ilə maraqlananlar üçün aşağıdakı beş mühüm şeyi qeyd etmək daha yerinə düşərdi:
Kitabın ərsəyə gəlişində meyarımız “Nəhcül-bəlağə”dən hekayət seçməkdir. Belə ki, yarısından çoxu dastana bənzəyən mətləblər dastan başlığı altında dərc olunubdur. Əgər xütbə ya danışıqda yalnız bir cümlə ilə dastana işarə olunmuşdursa dastan burada qeyd olunmayıbdır.
Bəzən bir dastanın bir neçə xütbə ya məktubda eləcə də bir xütbə ya bir məktubda və ya daha artıq gəldiyini müşahidə edirik ki, müəllif onların hamısını sətirlərin sonunda iqtisabla varağı axırında sənədi ilə birgə qeyd edibdir.
Dastanın təbii duyumluğu adətən hadisələri daha yaxşı büruzə verməkdən ötrü qeyd olunubdur. Belə ki, bu zəminədə müxtəlif tarix kitablarından, eləcə də “Nəhcül-bəlağə” şərhlərindən bəhrələnmişdir. Kitabdakı dastanların mehvəri “Nəhcül-bəlağə”nin öz mətni olaraq elə onun hədəfləri çərçivəsində düzəlmişdir.
Hər bir dastanın rəvan və axıcı bir dillə, eləcə də naməlum əlavə və qondarmalardan uzaq tənzim olunması nəzərdə tutulmuşdur.
Dastanlar nömrələnərək Sübhü Salehin yazdığı “Nəhcül-bəlağə” şəklində tərtib olunmuşdur.
İmam Əli (əleyhissalam) öz xütbələrinin birində buyurur: “Ey Allahın bəndələri, ruzigar keçmiş zamanlarda keçmişdəkilər üçün nə cür idisə, sizlər üçün də o cür keçir.” 3
Gəlin biz də “Nəhcül-bəlağə” dastanları güzgüsündə səadət yolunu tapıb ona qovuşaq və İmam Əli (əleyhissalam)-ın təlimləri əsasında öz mənəvi inkişafımızı daha da yüksəklərə ucaldaq.
Qum elmiyyə hövzəsi Məhəmməd İştihardi.
1366-cı şəmsi ili Payız.
Nəhcül bəlağə
“Nəhcül-bəlağə” haqqında ümumi məlumatı müxtəsər şəkildə nəzərinizə çatdırırıq.
“Nəhcül-bəlağə”nin lüğət mənası bəlağət yolu, yaxud açıq və gözəl danışmaq yolu deməkdir. Bu kitabın məzmunu isə həzrət Əlinin (ə) söylədiyi xütbə, yazdığı məktub və hikmətli kəlamlarından ibarətdir.
Böyük alim Seyid Rəzi Məhəmməd ibn Əhməd (təvəllüdü h.q. ilə 359, vəfatı 405) hicri qəməri tarixi ilə 400-cü ildə (1000-ci il) həzrət Əlinin (ə) xütbə, kəlam və məktublarını toplayıb adını “Nəhcül-bəlağə” qoymuşdur.
O, bu kitabı Nəhcül-bəlağə adlandırmasının səbəbini belə açıqlayır;
“Yaxşı olar, ki, mən bu kitaba “Nəhcül-bəlağə” adını verim, çünki, bu qiymətli, gövhər kəlamlar, bəlağətin yolunu oxucuların üzünə açır və bu məharəti, hünəri axtaranları özünə yaxınlaşdırır, habelə müəllim, şagird və zahidlərin istək və arzularını yerinə yetirir”.
Seyid Rəzi, bu kəlamları toplayarkən həzrətin bəzi kəlamlarını və hətta gətirdiyi xütbə məktub və kəlamlarında sənəd və mənbələri qeyd etməmişdir. Amma digər alimlərin səyi nəticəsində bu çatışmazlıq aradan götürülmüşdür. O cümlədən Hadi Kaşiful-Ğita “Müstədrəkün-Nəhcül-bəlağə” və Rza Ustadi ”Mədarike-Nəhcül-bəlağə” əsərlərində bu kitabın sənədlərini yazmışlar. Buna misal olaraq, bir nümunəni nəzərinizə çatdırırıq. Nəhcül-bəlağənin 3-cü xütbəsi- “Şiqşiqiyyə” xütbəsini Seyid Rəzi öz kitabında gətirmiş, amma haradan nəql etdiyini qeyd etməmişdir. Necə ki, başqa mənbələrə əsasən, Seyid Rəzidən qabaq yaşayan, Şeyx Səduqun “İləlüş-şəraye” və “Əlcəməl” adlı əsərlərində bu xütbə vardır.
Bunu da qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) mübarək kəlamlarını hələ Seyid Rəzidən öncə həzrətin öz səhabə və silahdaşı olan Zeyn ibn Vəhab (37 h. q. t.-i ilə Süffeyn döyüşündə şəhid olmuşdur) cəmləmişdir. Habelə Əbu Süleyman Zeyd ibn Vəhab (vəfatı h. q. t. ilə 96-cı ildə), İsmayıl ibn Mehran Səkuni (h.q. t. ilə 3, miladi ilə 9-cu əsr), Əbül Qasim Əbdul Əzim Həsəni (təvəllüdü h. q. t.-i ilə 173-cü il, vəfatı 252-ci il,) Həzrət Əlinin (ə) bir çox xütbələrini toplayaraq, hər üçü “Xütəbu-Əmiril-Möminin” adlı kitab yazmışlar.
Nəhcül-bəlağənin məzmun və mətni üç hissədən ibarətdir:
1-ci hissə 241-242 xütbədən ibarətdir. Xütbələr, həzrət Əlinin (ə) müxtəlif hadisə və şəraitilə bağlı etdiyi söhbətlərdən ibarətdir. O cümlədən, birinci xütbə yer, göy, mələklər və Adəmin (ə) xilqəti, 184-cü xütbə “Müttə-qin” yaxud “Həmmam” xütbəsi ilə məşhur olub, mö-minlərin xüsusiyyətlərindən bəhs edir.
2-ci hissə 78-79 Məktubdan ibarətdir. Həzrət Əli (ə) bu məktubları, müxtəlif şəxslərə yazmış və onlara düzgün yolu, əmanətə xəyanət etməməyi və gözəl işləri tövsiyə etmişdir. O cümlədən, Azərbaycanın hakimi Əşəs ibn Qeysə (5-ci mək.), Bəsrənin Hakimi Osman ibn Hüneyfə (4-45-ci mək.), Bəhreyn hakimi Ömər ibn Əbu Sənəməyə (42-ci mək.) və Şamın qanunsuz hakimi Müaviyəyə (6-cı mək.) də məktub yazmışdır.
3-cü hissə 480-489 hikmətamiz sözdən ibarətdir. Burada həzrətin (ə) müxtəlif yerlərdə söylədiyi əxlaqi, elmi, siyasi-ictimai, tarixi, psixoloji və digər hədislər yığılmışdır.
Nəhcül-bəlağə həzrət Əmirəl-möminin Əlinin (ə) qiymətli bir kitabı olaraq, bizi müxtəlif elmlərdən agah edir. Bu kitabda üsulid-din, firuid-din, Quran, sünnə, şəri hökmlər, kainat və məxluqatın sirləri, fəlsəfə, astronomiya, coğrafiya, siyasət, peyğəmbərlər, İslam tarixi, əxlaq, adət və ənənələr və başqa mövzular haqqında danışılır.
Nümunə olaraq bu kitabdan bir neçə cümləni nəzərinizə çatdırırıq:
Həzrət Əli (ə) tarix fəlsəfəsini belə açıqlayır:
Xütbə 182: “Həqiqətən keçmiş tarixlərdə və ötən əsrlərdə yaşayan insanların həyatında böyük bir ibrət vardır. Haradadır Əmaliqə və onların övladları? Hardadır Fironlar və onların sülaləsi?”
Xütbə 192: “İbrət götürün keçmiş zaman-larda yaşayan zülmkar və təkəbbürlü ümmət-lərdən ki, necə Allahın əzabına düçar oldular!”
Məktub 31: Həzrət Əli oğlu İmam Həsənə (ə) belə buyurur: “Oğlum! Doğrudur ki, mən keçmişdəkilər kimi uzun ömür sürməmişəm, amma onların etdiyi əməlləri nəzərdən keçirib, baş verən hadisələr haqqında fikirləşib, onların qoyduğu izləri seyr edib, sanki onlardan biri olmuşam”.
Nəhcül-bəlağə öz gözəllik və ecazkarlığı ilə bütün böyük dahiləri heyran qoymuşdur. Belə ki, bir çox şəxsiyyətlər bu qiymətli əsərə çoxlu şərh və tərcümələr yazmış, müxtəlif dillərə tərcümə etmişlər.
O cümlədən, ilk dəfə Nəhcül-bəlağəyə şərh yazan Seyyid Fəzlullah Ravəndi və onu birinci dəfə fars dilinə tərcümə edən Hüseyn Ərdəbili (h.q. t. ilə 10-cu əsrdə ) olmuşdur.
Nəhcül-bəlağəyə ən böyük şərhi 27 cilddə fars dilində Məhəmmədtəqi Cəfəri (o, yalnız 185 xütbəyə şərh yazmışdır), ərəb dilində isə sünni alimi olan İbn Əbil-Hədid Mötəzili (20 cilddə) yazmışdır. Habelə məsihi alim Corc Cordaq “Rəvayiu Nəhcül-bəlağə” adlı kitabında həzrətin heyrətamiz və qəribə kəlamlarını toplamışdır.
Nəhcül-bəlağənin ən qədim nüsxəsi h. q. t. ilə 421-ci ilə (10 əsr əvvələ) aid olaraq, Qum şəhərində Ayətullah Həsənzadə Amulinin şəxsi kitabxanasında saxlanılır.
Allah bizə öz milli-dini irsimizə sahib çıxmaqda, onu dəqiq öyrənib, düzgün şəkildə yaşatmaqda yardım etsin!
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (“əl-Ənam”, 162)
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ
Fəsahət və bəlağətdə həqiqətən də bərabəri olmayan, mövzu baxımından İslam dininin əsaslarına, o əsasların vacib saydığı hökmlərə, hökmlərin təşrihi səbəblərinə toxunan, bunları islam Peyğəmbərindən (s.ə.v.v.) əxz etdiyi hududsuz elm qudrətilə açıqlayan, içtimai və iqtisadi məsələlərə, İslam dininin insani göruşunə aydınlaşdırıçı işıqlar tutan «Nəhcul-bəlağə» Əmir-əl-möminin Əli ibni Əbu Talibin (ə) xütbələrinin, sözlərınin, öyudlərinin, vəsiyyətlərinin, məktublarının və hikmətli sözlərinin toplanmasından meydana gəlmişdir. Bunları Şərif Rəzi Məhəmməd ibni Hüseyn toplayıb kitab halına salmış və üç bölumə ayırmışdır. Birinci bölumə xütbələri, ikinci bölumə əsasən məktubları, üçüncu bölumə isə hikmətli sözləri daxil edilmişdir.
Şərif Rəzi adı ilə tanınan Əbulhəsən Məhəmməd ibni Əbu Əhmədil-Hüseyn Əli ibni Əbu Talibin (ə) nəslindən olub, imam Museyi-Kazimin oğlu İbrahimin nəticəsi Əhməd Hüseynin oğludur. Ana tərəfdən də Fatimə vasitəsilə imam Hüseynə (ə) qohumluğu çatır və ata tərəfdən siyadət şərəfinə sahibdir («Ümdətüt-talib fi ənsabi Əli ibn Əbu Talib», Nəcəful-əşrəf, h. 1337, M.1918, səh. 193-200; Məhəmməd Əbduh: «Şərhi-Nəhcül-bəlağə», Beyrut, Muəssisətul-aləmi nəşri, M.Əbduhun ön sözü, səh.6). Şərif Rəzi hicri 359-cu ildə (969-970) anadan olmuş, usul və ədəbiyyatda çox yuksək mövqe qazanmış, 383-cu ildə (993) Bağdadda seyyidlərin hakimiyyət xidmətini öz uzərinə göturmuşdur. «Kitabul-mutəşahib fil-Quran», «Məcazatul-asareyni-nəbəviyyə», «Təlxisul-bəyan ən məcazatil-Quran» «Kitabul-Həsaıs» «Əxbari-quzati-Bağdad» adlı əsərləri, atası haqqında bir kitabı, uç cild risaləsi, Əbu Əddullah Huseyn ibni Əhməd ibni Həccacın (h.391, m.1000-ci ildə vəfat etmişdir) şerlərindən seçmələri və divanı vardır.
Rəzinin ən məşhur əsəri Həzrət Əlinin (ə) xutbə, məktub və sözlərini topladığı «Nəhcul-bəlağə»dir. («Ümdatul-Talib», səh. 196-197). Hicrətin 406-cı ilinin məhərrəm ayının 6-da (aprel, 1015) Bağdadda vəfat etmiş, Kərhdəki evində dəfn edilmişdir (Hacı Şeyx Əbdullahil-Məmakani: «Tənqiyhul-məqal fi əhvalir-rical» Nəcəf, Murtəzaviyyə mətbəəsi, h.1352, III cild, səh.107). Seyyid Rəzi bu xutbə, məktub və hikmətli sözləri toplayarkən bir xeyli qaynağa sahib idi. Əbu Cəfər Məhəmməd ibni Həsən ibni Əli ət-Tusinin (h.460/1067) rəvayətindən aydınlaşır ki, Həzrət Əmirin (ə) oxuduğu xütbələri ilk dəfə kufəli Zeyd ibni Vəhəbul-Cuyheyni qələmə almışdır. O, Əmir-əl-möminin (ə)-ın əshablarından idi. Nəhrivana gedərkən Həzrət Əmir Zeydi də özu ilə göturmuşdu. (Yenə həmin mənbə, I cild, səh. 471-472). Tusi bu kitabı Əbu Mehnəf Lut ibni Yəhyadan, o, Əbu Mənsur Cuheynidən, o da Zeyd ibni Vəhəbdən rəvayət etmişdir. Zeyd isə rəvayət etdiyi xütbələri şəxsən Əmir-əl-möminin əleyhissəlamın özundən eşitmişdir. İbni Hacər Zeyd ibni Vəhəbin, cahiliyyə dövrunu və əsri-səadəti (peyğəmbər zamanı) görduyunu, lakin Həzrət Rəsuli-Əkrəmlə (s.ə.v.v.) göruşmədiyini, Kufədə yaşadığını, hicrətin 96-cı ilində (m.714) vəfat etdiyini göstərir. Zeydin Peyğəmbərin (s.ə.v.v.) besətindən əvvəli görməsi onun yüz ildən artıq yaşadığını göstərir.
Həzrət Əmirin (ə) xütbələrini yazanlardan biri də İbrahim ibni Həkəm ibni Zuheyril-Fəzaridir. Həkəm ibni Zuheyr hicrətin 127-ci ilində (m.741) vəfat edən İsmail ibni Əbdurrəhmanus-Suddəinin təfsirini rəvayət etmişdir. Elə bir təfsir yoxdur ki, onun təfsirindən rəvayət etməsin. Tirmızi də «Səhih» əsərində ondan faydalanmışdır. Həkəm ibni Zuheyr hicrətin 180-cı ilində (m.796) vəfat etmişdir. Oğlu İbrahimin isə Həzrət Əmirin (ə) xütbələrini əhatə edən bir kitabı vardır («Tənqiyh. », I cild, səh. 15).
Xütbələri toplayanlardan biri də İsmail ibni Mehranis-Səkunidir. O, imam Cəfər Sadiqin (H.148, m.765) imam Əliyyur-Rizanın (h.202, m.817) zamanlarında yaşamış, onlarla muşərrəf olmuş, bir sıra kitablar yazmış və Həzrət Əmirin (ə) xütbələrini toplamışdır.
Həzrət Əmirin (ə) əshabından nufuz sahibi kimi tanınan və imam Həsən (ə) zamanında da ömur surmuş Əsbəq ibni Nubatə Həzrətin Malik-ul-Əştəri Misirə vali təyin edərkən ona yazdığı «Əhdnamə»ni və Məhəmməd-ul-Hənəfiyyəyə vəsiyyətlərini rəvayət etmişdir. Malik-ul-Əştərlə göndərilən və misirlilərə xitabən yazılan məktublarını isə Cəməl cihadında Həzrət Əlinin (ə) yanında olan Səsəə ibni Suhan rəvayət etmişdir.
İmam Əlıyyən-Nəqinin (ə) zamanında yaşayan (h.254, m.868) Saleh ibni Əbu Həmmad Əbul-Xeyri Razi də xütbələri ehtiva edən bir kitab tərtib etmişdir.
Bunlardan başqa 238-ci ildə (m.896) vəfat edən və Muxtar ibni Əbu Übeydətus-Səqəfinin əmisı Sədin nəslindən olan İbrahim ibni Muhəmməd ibni Səidi Səqəfi, 330-cu ildən (m.844) sonra vəfat etmiş, iki yuzə qədər kıtabın muəllifi olan Əbduləziz ibni Yəhyail-Cəludiyyil-Bisri, 260-ci ildə (m.873) vəfat edən və atası imam Sadiqin (ə) dövrunu görmuş Hişam ibni Muhəmməd ibni Səid də xütbələri toplayanlardandır. Hişamın tarix və ənsaba dair bir sıra kitabları vardır. İmam Əliyyən-Nəqinin (ə) zamanında yaşayan və «Kitabi-Məhasin» sahibi Əhmədin babası olan Məhəmməd ibni İsa ibni Əbdullah ibni Səidul-Əşərinin, fıqhə dair bir sıra əsərlərın muəllifi Məhəmməd ibni Əhmədil-Cufinin də Həzrət Əmirin (ə) xütbələrindən ibarət kitabları vardır. Bunlardan əlavə şiəliklə əlaqəsi olmayan, məşhur muvərrix Əbulhəsən Əli ibn Muhəmmədi Mədaini də (h.225, m.839) Əmir-əl-möminin Əlinin (ə) xütbələrini və amillərinə yazdığı məktubları bir kitab halında toplamışdır (İbnun-Nədim, «Əl-fehrest», Misir, Rəhmaniyyə mətbəəsi, 1345, səh.149).
Görunduyu kimi, Seyyid Rəzi Həzrət Əlinin (ə) xütbələrini, məktublarını, hikmətli sözlərini toplayarkən dövrundən əvvəlki bir çox qaynaqlarla tanış idi. Şərif Rəzinin qardaşı Ələmul-huda Seyyid Murtəzanın (h.436, m.1044) kitabxanasında səgsən min cild kitab vardı. «Möçuzətul-Buldan» bu kitabxananın dunyada misilsiz olduğunu, kitabların hamısının elmi biliklərlə zənginliyini göstərməkdədir (Misir, 2. 1323, II cild, Bey-nəs-sureyn mətbəəsi, səh. 343). Doğrudan da, Seyyid Rəzinin bu sahədəki xidmətləri əvəzsizdir. Çunki o, «Nəhcul-bəlağə»ni tərtib etməsəydi, bəlkə də bu xütbələrin, məktubların və hikmətli sözlərin çoxu bizə gəlib çatmazdı. «Nəhcul-bəlağə»də rast gəlmədiyimiz bəzi xütbələr də Həzrət Əmirə (ə) aid edilir ki, «Əl-lölö», «Əl-iftixar», «Əl-vəsilə» bunlardandır. İbni Şəhraşub (h.588, m.1192) da öz «Mənaqib» əsərində adını çəkdiyimiz xütbələrdən bəhs açır.
Şubhə yox ki, Həzrət Əlinin (ə) «Nəhcul-bəlağə»yə duşməmiş xutbə və məktubları da vardır. Məlumdur ki, Amidinin «Qurərul-hikəm» indəki qısa və hikmətli sözlərin sayı 11.050-yə çatır. Ancaq «Xütbətül-bəyan» kimi bəzi xütbələrdə quluvvə qaçanların etiqadlarını əks etdirən sözlərin olması, bu xütbələrin Həzrət Əliyə (ə) aidliyinə haqlı şubhələr yaradır (Bax: Bozorgi Tehrani Məhəmməd Möhsin, «Əz-zəriə», VII cild, səh. 187-193).
«Nəhcul-bəlağə»yə çox ətraflı bir şərh yazan və bu baxımdan da dəyərli bir tarixi əsər meydana gətirən İbni Əbilhədid Əbdulhəmid (h.655, m.1275) «Nəhcul-bəlağə»dəki sözlərin Həzrət Əliyə (ə) aidlıyində şübhə olmadığını, çoxunun təvatürlə sabitliyini, uslub eyniliyni qeyd edir.
«Nəhcul-bəlağə»nin Seyyid Rəzi tərəfindən meydana gətirildiyini, yəni ki, bu kitabdakı xütbələrin, sözlərin Seyyid Rəziyə aid olduğu haqqındakı şubhə barəsində nəhv, luğət, şer, təfsir, hədis, fiqh, ənsab, qiraət, hətta hesab, həndəsə və hikmətdə zamanəsinin körkəmli elm sahibı olan İbni Həşşab Əbdullahdan (h. 567, m 1172) soruşularkən, o, demişdi: «Seyyid Rəzi, yaxud bir başqası bu xütbələrə necə sahıb ola bilər? Biz Seyyid Rəzinın risalələrini görmuşuk, mənsur sözlərindəki uslubunu da bilirik». İbni Həşşabın «Xütbeyi-Şikşikiyyə»ni Seyyid Rəzinin anadan olmasından hələ iki yüz ıl əvvəlki kitablarda gördüyünü İbnı Əbılhədid ustadı Müsəddiq ibni Şəbibdən rəvayət edir. («Reyhanətul-ədəb», V cild, səh. 216-218).
Bəziləri heç bir dəlilə əsaslanmadan bu sözlərın sonradan uydurulduğunu, hətta bu qədər xütbələrin əzbərlənib yazılmasına, dörd yuz ilə yaxın bir muddət sonra isə Seyyid Rəziyə çatmasına şübhə ılə yanaşsalar da, onların ərəblərin xususiyyətlərini bilməməsi göz qabağındadır. Ərəb müvərrixlərindən Həccac, Səhban, Vail və b. Cahiliyyə və islam dövrü xətiblərinin sözlərini, Xalid ibni Əbdullah, Mötəsim və Ziyad xəlifə və əmirlərin xütbələrini nəql etmişlər ki, bunlar tarix kitablarında mövcuddur.
Bundan əlavə ərəblər fəsahət və bəlağətə aşiqdir. Fəsahət və bəlağətdə örnək olan şerləri, sözləri əzbərləmək ərəblərdə bir ənənə idi. Hətta hicrətin 132-ci ilində (m.570) son Əməvi xəlifəsi Mərvan tərəfindən öldurulən məşhur Əbdulhəmidi Katibdən bu bəlağəti necə əldə etmisən, – deyə soruşulduqda o, cavab vermişdi ki, başının ön hissəsində saç olmayanın (Həzrət Əlınin) xütbələrindən yetmiş xutbə əzbərlədim və onların köməyi ilə bu bəlağəti əldə etdim. Əbdulhəmid haqqında: «Yazı onunla başlamış, İbnıl-Amidlə tamamlanmışdır», – sözlərı məşhurdur.
«Nəhcul-bəlağə»dəki xütbələrdə «əzəl, əzəliyyət, məlul» kimi dövrundə istifadə olunmayan, daha çox fəlsəfi duşuncədən doğmuş olan sözlərın mövcudluğuna əsaslanıb xütbələrin Həzrəti Əliyə (ə) aid olmadığını söyləyənlər də olmuşdur. Belə ki, «əzəl» sözu «Sihah», «Əsasul-luğa», «Lisanül-ərəb» müəlliflərinin və dıgərlərinin yazdıqları kimi, «ləmyəzəl»dən törəmiş, vaxtilə «ləm»siz, sadəcə olaraq, «əzəl» şəklində işlədilmişdir. Fəlsəfi termınlərə gəldikdə bilmək lazımdır ki, Həzrət Əlinin (ə) elmi xaceyi-kainatdandır (s); Əli onun elm qapısıdır. O isə «Şədidul-quva»dan təəllüm etmişdir (Qurani-Kərim, «Ən-nəcm» surəsi, 5-ci ayə).
Bu baxımdan o, həm tövhidin, həm xilqətin, həm də dunyəvi işlərin dərinliyinə varmış, səbəblərini, nəticələrini təhlil və izah etmiş bir murəbbiyi-aləm, bir xaceyi-külldür. Mövlananın:
Rahi-istidlaliyan çupin bovəd,
Rahi-çupin səxt bitəmkin bovəd.*
dediyi kimi, onun elmi dəlılə yox, yəqinə əsaslanır.
*Dəlillərlə hərəkət edənin yolu taxtadandır. Taxta yol isə çox etibarsızdır.
Onu, onun elmini bilmək uçun yenə Mövlanaya müraciət edək:
Əz Əli amuz ixlasi-əməl,
Şiri-həqra dan münəzzeh əz dəğəl.
Çon to babi an mədini-elmra,
Çon şoayi afitabi-helmra.
Baz baş, ey babi-rəhmət ta əbəd,
Barqahi-ma ləhu küfvən əhəd.
Dər şocaət şiri-Rəbbanisti,
Dər morovvət xod ki danəd kisti?*
*İxlası da, əməli də Əlidən öyrən; Haqqın şirini hiylədən münəzzəh bil. Sən, ya Əli, elm şəhərinin qapısısan: Sən helm günəşinin nurusan. Ey rəhmət qapısı, ey bərabəri olmayan Allah barikahı, bağlanma, əbədi olaraq açıq qal. İgidlikdə Allahın şirisən, ərlikdə isə kimliyini kim bilər?
Bu daxımdan da o filosoflara deyil, filosoflar ona möhtacdır.
«Nəcul-bəlağə»nin bəzi nusxələrində ola bilsin ki, xütbələrdən ixtisar olunanı vardır. Tərtibçilər öz zövqlərinə, ehtiyac və luzuma görə bəzi cumlələri bəlkə də çıxarmışlar. Buna görə də bir kitabın bir neçə nusxəsində bu cur naqislik və artırmalara həmişə rast gəlmək olur. Bu, artıq cumlələrin sonradan əlavə edildiyinə deyil, bəzi sözlərin tərtibçi tərəfindən yazılmadığına dəlalət edir. Bir də əzbərlənən sözlərdə, əzbərləyənlərin mənanı deyil, lakin bəzi kəlmələri dəyişdirməsi, katiblərin bəzi sözləri zamana uyğunlaşdırması və eyni mənanı verən digər sözlərlə əvəz etmələri mümkündür. Hədısləri nəql edənlər belə, «Həzrət Peyğəmbər belə buyurdu, yaxud buna bənzər bir sözlə buyurdu ki,» – deyə rəvayət edirlər. Yalnız Qurani-Məciddə qiraət xüsusiyyətlərı istisna olmaqla belə fərqlər yoxdur və bütün musəlmanlar tam əmindirlər ki, bir sözu, ifadəsi belə dəyişdirilməyən yeganə kitab Qurandır, Allahın kitabıdır.
«Nəhcül-bəlağə»dəki bəzi xütbələrin, vəsiyyətlərin, qısa sözlərin bir qismi ayrıca şərh edilmişdir. Təkcə «Xütbətüş-şikşikiyyə»nin on altı tərcümə və şərhi vardır (Əz-zəriə ilə təsanifiş-şıə, IV cild, Tehran, 1320-1322, səh. 99-100. )
İmam Həsənə (ə) vəsiyyətləri orijinalı ilə və digər iki vəsiyyətlə 1329-cu ildə İstanbulda fars dilində nəşr olunmuşdur. Həmin nəşr «Hədiyyətül-üməm» adı ilə 1381-ci ildə Nəcəfül-əşrəfdə, 1961-ci ildə «Mənşurul-ədəbiye-ilahi və düstürül-əməliye və karqahi», «Kitabul-əxlaqeyn nəfisə fi şərhi xütbətül-vəsiyyə» və «Nazimül-vəsiyyə» adları ilə İranda təkrar nəşr edılmişdir. Bu vəsıyyətin turkcəsindən başqa altı şərhi vardır. Əbu Çəfər Mühəmməd ibini Yəqubi Küleyni də bu vəsiyyəti rəvayət etmişdir.
Həzrətin Malik Əştərə yazdığı Əhdnamə, «Adabul-müluk», «Töhfeyi-Süleymani», «Düsturi-hikmət», «Ünvanur-riyasə, ər-rayi vər-raiyyə», «Şərhül-əhd», «Nəsayihül-müluk», «Nəzmül-əhd», «Hidayətül-hüsam fi əcaibil hidayəti vəl hükkam», «Töhfətul-vəli», «Tərcümətül-əhd», «Şərhi-əhdnamə», «Əsasüs-siyasə fi təsisir-riyasə», «Dirasatün nəhc», «Rümuzül-imarə» kimi adlarla şərh edilmişdir. Onların sayı 20-dən artıqdır.
«Həmmam xutbəsi» kimi tanınan xütbələrin on beş şərhi vardır.
Bunlardan başqa Həzrət Əlinin (ə) hikmətli və qısa sözlərini məşhur Cahiz (h. 225, m. 869) «Miə kəlimə» (yüz söz) adı ilə toplamışdır ki, bu əsəri Səfəviyyə dövru şairlərindən Adil və həmin dövrün adamlarından Məhəmməd ibni Əbu Talibi Astrabadi farscaya çevirmişlər. Adilin əsəri Tehranda 1304-cu ildə nəşr olunmuşdur.
Əbu Əliyyi Təbərsi, yaxud Əliyyibni Seyyid Fəzlullahi Ravəndi (h.573, m.1178) «Yüz kəlmə»ni əlifba sırası ılə otuz fəslə ayırmış və adını da «Nəsrul-Ləali» qoymuşdur. Bu kitab h. 1312-ci ildə nəşr olunmuşdur. Rəşidəddin Məhəmməd ibini Məhəmmədil-Vətvat (h.552, m.1157) «Töhfətus-siddiq», «Fəslül-xitab», Ünsul-ləhfan» adları ilə ilk üc xəlifənin sözlərini topladığı kimi «Mətlubu külli talib» adı ilə Həzrət Əlinin (ə) də yüz sözunu toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir. Bunlardan və Seyyid Rəzinin «Nəhcül-bəlağə» kitabının sonuna daxil etdiyi qısa sözlərdən başqa Həzrətin daha on mənzum, mənsur, ərəbcə və farsca, hətta fransızca qısa və hikmətli sözlərinin şərh və tərcümələri vardır. Həzrət Əlinin (ə) qısa sözlərini, xususilə «Qurərül-hikəm və dürərül-kəlim» adıyla toplayan Nasihuddin Əbdülvahid ibni Məhəmmədi Təmimiyyi Amididir. Hicri 588-ci ildən on gün əvvəl vəfat edən (m.1192) İbni Şəhraşubun rəvayətinə görə, Amidi onun ustadı olmuşdur. Amidi «Qurərul-hikəm»də Əmir-əl-möminin əleyhissəlamın 11.050 sözünü toplamışdır.
Hicri 738-ci ildə (1337) vəfat edən Savcızadə «Nəsrül-ləsali»ni «Budrətül-məali fi tərcümətül-ləali» adı ilə və hər sözu «məfailun, məfailun, fəulun» vəznində farsca bir beytlə tərcumə etmişdir. Supahizadə Əli Qalib farsca beytləri bir-bir turkcəyə tərcumə etmişdir ki, bu kitab Naxçıvanizadə Məhəmmədin yazısı ilə daşbasması olaraq 1315-ci ildə Osmaniyyə mətbəəsində nəşr olunmuşdur. Naxçıvanizadənin Savcızadə olmasını ehtimal edə bilmədik. 953-cü ildə (1546) yazdığı «Təzkirə»sində Əbdullətif Lətifi də (h.990, m.1582) «Nəsrül-ləali»ni «Nəzmül-cəvahir» adı ilə nəzmlə turk dilinə cevirmişdir. 1940-ci ildə Həzrət Əlinin (ə) anadan olmasından şəhadətinə qədərki dövru əhatə edən tərcumeyi-halı ilə birgə 54 xutbə və xitabələrini, imam Həsənə (ə) vəsiyyətini, Malik Əştərə «Əhdnamə»sini, 17 məktubunu, əmr və vəsiyyətlərini, 44 hikmət və nəsihətini, «Divan»ından 48 şeri tərcümə edilmişdir. Ankarada Əmək Basım Yayınevi tərəfindən «İmam Əli buyruğu» adı ilə nəşr olunmuşdur.
İndi də oxuculara təqdim olunan bu əsər haqqında: Qeyd olunduğu kimi, Seyyid Rəzi «Nəhcül-bəlağə»ni iki qismə və üç bölümə ayırmış, ilk bölumə əsasən xütbələrini, ikinci qismin birinci bölumünə məktublarını, ikinci bölumunə ısə hikmətli sözlərini daxil etmişdir. Burada da buna eyni ilə riayət olunub. Ancaq bu bölümlər içində mümkün ola biləcəyi qədər mövzu xüsüsiyyətinə və xronoloji tərtibə riayət gözlənilib. Tərcümədə Şeyx Məhəmməd Əbduhun «Nəhcül-bəlağə» şərhinin son nəşri olan və Beyrutda yayınlanan nəşri əsas götürülüb. Bu nəşr dörd qismə ayrılmışdır. Birinci və ikinci qisimdə xütbələr, muxtəlif hadisələrlə bağlı söylənən sözlər, ücüncü qisimdə məktublar, dördüncü qisimdə isə hikmətli sözlər və nəsihətlər var.
Tərcümə uç qismə ayrılıb. Birinci qisimdə xütbə və xitabələri, ikinci qisimdə məktubları, ücünçü qisimdə isə hikmət və nəsihətləri verilib. Birinci qisim beş bölumə ayrılır: 1-ci bölumdə «Allah, Həzrət Mühəmməd (s.ə.v.v.), iman, İslam və Qurani-Məcid», 2-ci bölümdə «Özü və Əhli-beyt», 3-cü bölümdə «Dünya-axirət», 4-cü bölümdə «İctimai-iqtisadi xütbələri 5-ci bölümdə «İlk üç xəlifə və özünün zamanına aid xütbələr» və tarixlə baqlı olan xütbə və xitabələrini dərc etdik. Bu qisimdəki xütbə və xitabələrin sayı 192-dir.
II qismə məktublarını, əmrnamə və vəsiyyətlərini daxil etdik. Bu qisimdə də xronoloji ardıcıllığı gözlədik və onu dörd bölumə təqsim elədik: 1-ci bölumü Cəməl cihadından əvvəlki və sonrakı dövrlərə aid xütbələrinə, 2-ci bölumu Müaviyəyə göndərdiyi məktublara, 3-cü bölümü cihad zamanı söylədiyi xütbələrə və vəsiyyətlərə, 4-cu bölümü idari məktublarına, əmrnamə və əhdnamələrinə verdik. Buradakı xitabə, məktub, əmrnamə və vəsiyyətlərin ümumi sayı 63-dür.
Üçüncü qisimdə qısa sözləri, hikmət və nəsihətləri yerləşdirilib. Bu qisimdə də mövzuya dair bir təsnif aparmağa çalışdıq. 1-ci bölumə «Din, iman, mömin, müslim, Quran və ibadət», 2-ci bölümə «Həzrət Mühəmməd (s.ə.v.v.) özü və Əhli-beyt», 3-cü bölümə «Dünya-axirət», 4-cü bölümə «Ağıl-elm», 5-ci bölümə müxtəlif mövzulara aıd hikmətlər, 6-ci bölümə tarixlə bağlı sözlər, 7-ci bölumə isə «Həqiqət, ədalət, güzəran, insanlıq və cihad» haqqındakı sözlərini daxil etdik. Bu qismin hər bölümünün sonuna «Nəhcül-bəlağə»də olmayan, lakin «Qürərül-hikəm»də yer almış sözlərindən də qatdıq və 325 söz seçdik. Beləliklə, xütbələr 192, Məktub, əmrnamə və vəsiyyətlər 63, hikmətli sözlər 325 olmaqla, 580-ə çatdı.
Bunu da qeyd edək ki, bu bölgü sözlərdəki üstün xarakterə görədir. Yoxsa məsələn, iman və Qurandan bəhs edilən bir xütbədə dünyadan, axirətdən, dünya və axirətdən bəhs edilən digər bir xütbədə Həzrət Mühəmməddən (s.ə.v.v.), Əhli-beytdən, ictimai-iqtisadi bölumə aid bir xütbədə tarixi bir hadisədən, yaxud İslamdan bəhs edilmişdir. Yəni xütbələrdə, hətta məktublarda və hikmətli sözlərdə olan təsnif, üstün xarakterə görədir. Xütbələrdə, xitabələrdə, məktublarda, əmr və vəsiyyətlərdə, hətta hikmətli sözlərdə bir ayəyə, hədisə, hadisəyə işarə edilmişsə, yaxud birisinə xitabsa, birisindən bəhs varsa, o xütbə və xitabənin, o sözün axırına qoyulmuş nömrələrlə o ayə, o hədis, o hadisənin izahı yazılmış, qaynağı göstərilmişdir ki, bu da olduqca ətraflı bir şərh mahiyyəti daşıyır.
Seyyid Rəzinin topladığı xütbə və xitabələrin sayı 233-ə qədərdir. Bunların bir qismi müxtəlif rəvayətlərdən meydana gəlmişdir. Bir qismi isə Həzrətin dualarını, bir ayəni və ya surəni oxuduqdan sonrakı sözünü, yağmur dualarını, əshabını məkarimi-əxlaqa, ibadət və itaətə təşviqini əhatə edir və çoxu da bir-birini tamamlayır. Bir xütbədə zikr edilənlər başqa bir xutbədə, lakin digər bir tərzdə təkrarlanır. Həzrət Əlinin (ə) xütbələrinin özünü 192 xütbədə bulunduğu üçün onları tərcümə etmək məsləhət oldu.
S. Rəzinin 2-ci bölümündə 76 məktub, vəsiyyət və söz vardır. Bunların bir qismi ayrı rəvayətlərlə gəlmişdir. Bu tərcümədə ikinci qisimdəki son vəsiyyətləri birinci qismə daxil edilmişdir. Bu qisimdə 72 xitabə, məktub, əmrnamə və vəsiyyət var ki, demək olar hamısı yerindədir.
Üçüncü qisimdəki sözlər və vəcizələr isə «Qurərul-hikəm»dən seçilməklə, deyə bilərik ki, mənada təkrar olmamaq baxımından tamdır.
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (“əl-Ənam”, 162)
Comments are closed, but trackbacks and pingbacks are open.