Nəhcul Bəlağa – Бесплатно скачать Mp3
Анна Снокстра Единственная Дочь
Dini Kitabxana
Kim diqqət və düşüncə ilə «Nəhcül-Bəlağə»ni mütaliə etsə, əbədi səadətə yol tapar. Kim ona əməl etsə, Allah və Peyğəmbərin razılığını əldə edər və onun nəticəsində dünya həyatında başı uca və qəlbi diri, qəbr və qiyamətdə rahat, Cənnətdə isə kam alan olar…
No Comments
Leave a Reply Cancel reply
PocketBook Reader istənilən elektron məzmunu (kitablar, jurnallar, dərsliklər, komikslər və s.) oxumaq və audiokitabları dinləmək üçün pulsuz proqramdır! Tətbiq mobi, epub, fb2, cbz, cbr daxil olmaqla 26 kitab və audio formatını dəstəkləyir. Reklamsız və tam rahatlıqla oxuyun!
Yüklədiyiniz kitabları görmək üçün bu proqramı quraşdırın. Bu proqram Android telefonları üçündür.
Axtarış
Categories
Archives
- February 2023 (3)
- January 2023 (6)
- December 2022 (2)
- September 2022 (5)
- July 2022 (3)
- June 2022 (7)
- March 2022 (4)
- February 2022 (1)
- January 2022 (2)
- December 2021 (2)
- November 2021 (17)
- October 2021 (5)
- June 2021 (2)
- May 2021 (10)
- April 2021 (4)
- March 2021 (4)
- February 2021 (3)
- January 2021 (5)
- December 2020 (6)
- November 2020 (3)
- September 2020 (1)
- August 2020 (1)
- July 2020 (1)
- June 2020 (2)
- May 2020 (16)
- April 2020 (5)
- March 2020 (2)
- February 2020 (1)
- January 2020 (3)
- December 2019 (1)
- November 2019 (4)
- October 2019 (6)
- September 2019 (6)
- August 2019 (10)
- July 2019 (4)
- June 2019 (8)
- May 2019 (11)
- April 2019 (5)
- March 2019 (6)
- February 2019 (5)
- January 2019 (10)
- December 2018 (5)
- November 2018 (6)
- October 2018 (7)
- September 2018 (4)
- August 2018 (4)
- July 2018 (4)
- June 2018 (6)
- May 2018 (7)
- April 2018 (9)
- March 2018 (6)
- February 2018 (6)
- January 2018 (14)
- December 2017 (12)
- November 2017 (7)
- October 2017 (11)
Nəhcul Bəlağa – Бесплатно скачать Mp3
Здесь Вы можете прослушать и скачать песни по запросу Nəhcul Bəlağa в высоком качестве. Для того чтобы прослушать песню нажмите на кнопку «Слушать», если Вы хотите скачать песню или посмотреть клип нажмите на кнопку «Скачать» и Вы попадете на страницу с возможностью скачать песню, прослушать ее и посмотреть клип. Рекомендуем прослушать первую композицию Nəhcül Bəlağə Kəlamlar длительностью 142.00 MB, размер файла 1 ч, 47 мин и 54 сек.
Все песни были найдены в свободном доступе сети интернет, а файлы с произведениями не хранятся и не загружаются на наш сервер. Если Вы являетесь правообладателем или лицом, представляющим правообладателя, и не хотите чтобы страница с произведением, нарушающие Ваши права, присутствовала на сайте, воспользуйтесь данной формой DMCA.
Сейчас слушают песни
Toxic Complete Map
Все Скримеры Радужных Друзей
Песни Для Ресторанов И Кафе
Battotai Japanese March Drip Remix Extended 1 Час
Музыка Март 2023
Иешуа Ха Машиах
Анна Снокстра Единственная Дочь
Вой Вой Мадина Давлатова Ва Азизбек Чураев
Гоар Гаспарян Соловей
Temporex Numbers Speed Up
Дерл Сплю Со Своей Тенью
Nəhcül bəlağə 2
أَلْحَمْدُ لِلّهِ الَّذِي كَلَّتِ الْأَلْسُنُ عَنْ غايَةِ صِفَتِهِ وَ الْعُقُولُ عَنْ كُنْهِ مَعْرِفَتِهِ وَ تَواضَعَتِ الْجَبابِرَةُ لِهَيْبَتِهِ وَ عَنَتِ الْوُجُوهُ لِخَشْيَتِهِ وَ انْقادَ كُلُّ عَظيمٍ لِعَظَمَتِهِ وَ صَلاتُهُ وَ سَلامُهُ عَلى سَيِّدِنا أَشْرَفِ الْمُرْسَلِينَ وَ خاتِمِ النَّبِيِّنَ مُحَمَّدٍ وَ الِهِ الْأَئِمَّةِ الْهادِينَ شُهَداءِ اللهِ عَلى خَلْقِهِ. اللّهُمَّ والِ مَنْ والاهُمْ وَ عادِ مَنْ عاداهُمْ وَ انْصُرْ مَنْ نَصَرَهُمْ وَاخْذُلْ مَنْ خَذَلَهُمْ وَالْعَنْ مَنْ ظَلَمَهُمْ يا سَمِيعَ الدُّعاءِ
«Nəhcül-Bəlağə» müqəddəs İslam dininin və şərafətli Cəfəri məzhəbinin bütün həqiqətlərini ehtiva edən, bəşəriyyəti əbədi səadət və ağalığa yönəldən bir kitabdır. Bu, hədər yerə deyilmiş söz deyil və iki əsasa (əql və elmə) söykənir. Alimlər və insaf sahibləri onu mütaliə edib dərindən düşündükdən sonra bunu təsdiqləyəcəklər.
Bəndəniz bir neçə il bu yolda addımlayaraq şərafətli Seyyid Rəzinin (rizvanullah əleyh) mövla Əmirəl-mömininin (əleyhis-salam) sözlərindən toplayıb tərtib etdiyi, düzgün hərəkələnmiş səhih nüsxəsini hamının faydalana biləcəyi tərcümə və şərhlə birgə əziz dindaşlarıma, soydaşlarıma hədiyyə etmək istəmişdir. İndi bu ilahi uğur mənə də qismət olmuşdur. (Lüğətə, şərhlərə, əlyazma və çap nüsxələrinə müraciət etmək, alimlər və fəzilət sahiblərilə müzakirə aparmaqla) kitabı heç bir səhvsiz, heç bir müdaxiləsiz (çünki İmam əleyhis-salamın sözünün müqabilində heç kimin müdaxilə və söz demək haqqı yoxdur) və düzgün hərəkələnmiş şəkildə hazırladım. Bu kitabı Onun razı olduğu bir tərzdə tamamlamaq üçün Allah-təaladan uğur diləyirəm.
يا رَبِّ أَعْطِنِى جَمِيعَ ما سَأَلْتُكَ وَ زِدْنِى مِنْ فَضْلِكَ لا أَرْجُو غَيْرَكَ
وَلا أَثِقُ إِلّا بِكَ يا أَرْحَمَ الرّاحِمِينَ
Fani bəndə:
Əliyyənnəqi Feyzul-İslam İsfahani Ali-Məhəmməd əd-Dibac.
101-ci xütbə
İmam Əli əleyhis-salamın bu barədə deyilmiş xütbələrindəndir. (Əvvəlki xütbədə olduğu kimi ağır hadisələrdən xəbər verir, başlanğıcda qiyamət gününün çətinliklərini xatırladır.)
Qiyamət günü elə bir gündür ki, Allah-təala həmin gün hesabları çürütmək və əməllərin cəzasını vermək üçün keçmişdəki və gələcəkdəki bütün yaradılmışları toplayar. Onlar xarlıq və təvazökarlıqla ayaq üstə dayandıqları halda və (izdihamın çoxluğundan və istiliyin şiddətindən) tər cilov kimi ağızlarının ətrafını bürüyər və yerin zəlzələsi onları titrədər. Onlardan ən yaxşısı və ən çox sevinəni (dünyadakı bəyənilən əməllərinə görə) addımını sabit saxlamağa bir yer hazırlamış və öz asayişi üçün (oradakı çətinliklərdən və həmin günün iztirablarından, narahatlığından qurtulmaq üçün) geniş bir yer əldə etmiş kimsədir.
Bu xütbənin (o böyük şəxsiyyətdən sonra baş verəcək fitnə-fəsad, qan tökülməsi və çətinliklər barədə olan) bir hissəsidir
(Məndən sonra) Qaranlıq gecənin (xilas yolu olmayan) saatları kimi fitnələr baş verəcək, onun qarşısını almaq üçün kimsə qiyam etməyəcək. (Heç kimin bu fitnələrin alovunu söndürməyə və fitnəkarlarla döyüşməyə qüdrəti olmayacaq) və heç bir bayraq (qoşun) onları rədd etməyəcək (aradan götürüb fitnəkarları məğlub edə bilməyəcək). Bu fitnələr cilovlanmış, üzərinə palan qoyulmuş, sarbanın dartdığı, ona minmiş şəxsin çapdığı dəvə kimi sizə üz tutacaq (xülasə, sizi bədbəxt və çarəsiz etməyə hazır olacaq), fitnəkarlar elə bir dəstə olacaq ki, verdikləri əzab-əziyyət qarətlərindən daha çox olacaq (fitnə-fəsad salmaqda məqsədləri qənimət qazanmaq deyil, daha çox insanları məhv etməkdir. Nəhayət) Boyun əyməyənlərin onları zəlil və xar saydıqları, yer üzündə qədirləri və məqamları bilinməyən, səmalarda isə məşhur olan bir dəstə (xudpəsəndlərin həqarət gözü ilə baxdıqları, ilahi dərgahına yaxın və canından keçmiş Allahpərəst insanlar) Allah rizasına görə həmin fitnəkarlarla cihad edəcək. Bu fitnələrin baş verdiyi vaxt Allah-təalanın qəzəbi nəticəsində yaranan və izi, tozu, səs-sorağı olmayan (qəflətən peyda olan) qoşunun əlindən vay sənin halına, ey Bəsrə! (Onların gəlişi ilə) az sonra sakinlərin qırmızı ölümə (öldürülməyə) və toz-torpaq içində aclığa (çöhrələri bozardan və qaraldan qəhətçiliyə) düçar olarlar.
102-ci xütbə
İmam Əli əleyhis-salamın (dünyanın vəfasızlığı barədə) xütbələrindəndir.
Dünyaya ondan üz döndərib uzaq duranların nəzərlərilə baxın (məsum İmamların və ardıcıllarının yolundan nümunə götürün və dünyapərəstlərin ardınca getməyin). Çünki Allaha and olsun, dünya tezliklə sakinlərini özündən uzaqlaşdırar və nemət, dövlət, asayiş sahiblərini müsibətə, kədər və hüznə salar. Ötənlər və arxa çevirənlər (gənclik, sağlamlıq, güc və qüvvət) geri qayıtmaz. Sonra gələnlər isə (nemət və ya əzab, yaxşı və ya pis olacağı) məlum olmaz ki, onun (yaxşını əldə etmək) üçün gözləyəsən (çalışın ki, onun pislərindən uzaqlaşasınız). Onun sevinci kədərlə qarışıb (çünki onda şad olan sevdiyi şeylərin həmişəlik qalmayacağına görə kədərlidir) və insanlarının gücü, qüdrəti, gəncliyi zəifliyə, gücsüzlüyə və qocalığa gəlib çıxır. Dünyada xoşunuza gələn şeylərin (vəzifə, mal-dövlət, alicənablıq, qadın, zinət və bu kimi şeylərin) çoxluğu sizi aldatmasın, çünki dünyada əliniz çatan şeylərdən sizin nəsibiniz (qiyamət günündə onun hesabının əzabı və çətinliyi ilə müqayisədə çox) azdır.
Allah rəhmət etsin o kişiyə ki, (dünyanın işləri, öz əvvəli və axırı barədə) düşünür, (dünyanın müvəqqətiliyindən) ibrət götürür və gözləri açılır. (İnanır) ki, dünyada qalan tezliklə məhv olacaq. (Onda olanı yox kimi sanır.) Axirətdə mövcud olan isə sarsılmaz və əbədidir. (Onda olmayanı da olmuş sanır.) Hesaba gələnlərin (ömrün saatlarının) sonu çatar, gözlədiyiniz hər şey (ölüm və qiyamət) gələndir və bu gələcək də yaxındadır.
Bu xütbənin (bilikli və gözüaçığın nadan və azğından üstünlüyü barədə) bir hissəsidir
Bilikli o kəsdir ki, öz qədrini bilir (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edir). İnsanın cahilliyi, nadanlığı üçünsə özünü tanımaması kifayət edər (azğınlıq yoluna qədəm qoyar və şeytanın təhrikinə, nəfsi-əmmarəyə uyaraq xoşbəxtlik sərmayəsini bada verər). Allah yanında ən düşmən bəndələr o bəndələrdir ki, Allah-təala onları öz başlarına buraxıb (səadətə çatmaq xoşbəxtliyini onlardan alıb). Belə ki, (onlar din və dünya işlərində) doğru yoldan çıxaraq yol göstərənsiz hərəkət edər (nadanlığın ucsuz-bucaqsız çöllərində çaşqın və sərgərdan qalaraq nə edəcəyini bilməzlər). Dünyanın əkin və zəmisinə (dünyəvi xeyri olan işlərə) dəvət edildikdə iş görər, axirətin əkin və zəmisinə (xalqa xidmət və Xaliqə ibadətə) çağırıldıqda isə tənbəllik edərlər. Sanki (dünya işlərində) gördükləri onlar üçün vacibdir (hər bir işi, hətta haram olsa belə, görməyə elə hazırdırlar ki, sanki vacib bir işi yerinə yetirir və onu tərk etməyin əzabından qorxurlar) və (axirət işlərində) təxirə saldıqları (məsuliyyət) isə boyunlarından düşmüş kimidir. (İlahinin əmr və qadağalarına elə göz yumurlar ki, elə bil bu barədə onlara göstəriş verilməmişdir.)
Bu xütbənin (fitnə-fəsadın qələbəsi və iman əhlindən qeyriləri üçün qurtuluşun olmaması barədə) bir hissəsidir
Bir zaman gələcək ki, (məclislərdə) iştirak etdikdə heç kəsin tanımadığı və olmayanda da kimsənin axtarmaq fikrinə düşmədiyi adsız-sansız Allahpərəst mömindən başqa heç kəs ondan (zamanın fitnə-fəsadından) xilas olmayacaq. Belə insanlar (möminlər) qaranlıq gecədə hərəkət edənlər üçün yol göstərən çıraqlar və aydın nişanələrdir. Camaat arasında fitnə-fəsad və söz-söhbət yaymır, xalqın eyblərini və pisliklərini aşkar etmirlər. (Onlar) səfeh və boş söz danışan deyillər. Allah-təala rəhmət qapılarını onlar üçün açır və əzabının çətinliklərini onlardan kənar edir.
Ey camaat! Tezliklə elə zaman gələcək ki, qab çevrildikdə içindəkilər töküldüyü kimi İslam alt-üst olacaq.(İslam addan, Qur’an dərsdən və iman adətdən başqa bir şey olmayacaq. Allah-təala belə zamanda bəndələrini imtahan edəcək. )Ey camaat! Allah sizləri zülm və sitəmdən amanda saxlayıb, imtahana çəkməkdən isə sizə pənah verməyib.(Deməli, fitnə-fəsada giriftar olsanız, sizə zülm etməyib, həqiqi möminlə zahiri möminin və bəlalara səbr edənlərlə digərlərinin bir-birindən seçilməsi üçün sizləri imtahana çəkmək istəyir. )Bütün kəlam sahiblərindən daha əzəmətli və böyük olan Allah (Qurani-Kərimin Muminun surəsinin 30-cu ayəsində) buyurmuşdur: إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ «Şübhəsiz ki, (Nuhun tufanı və qövmünün qırılması) hadisəsində (başqalarına ibrət üçün) nişanələr vardır. Biz (bəndələrin yaxşısını pisini) imtahana çəkirik!» (Seyyid Rəzi buyurur)
İmam Əli əleyhis-salamın كُلَّ مُؤْمِنٍ نُوَمَةٍ kəlamı şər və fəsadı az olan adsız-sansız şəxsdir. مَسَايِيحُ sözü مِسْياحِ sözünün cəmidir və fitnə-fəsad məqsədilə camaat arasına çıxıb, söz-söhbət yayanlar barədə işlənir. مَذَايِيعُ sözü مِذْياع başqasının eybini və pisliyini eşidib faş edənlərə və hər yerdə söyləyənlərə deyilir. بُذُرُ – بَذُور sözünün cəmidir, çox səfeh və sözləri boş, mənasız olan kəs barədə işlədilir.
103-cü xütbə
İmam Əli əleyhis-salamın («Cəməl» döyüşünə gedərkən Bəsrə camaatının Təlhə və Zübeyrlə birgə Aişəni dəvəyə mindirərək onun ətrafında toplaşıb Əmirəl-mömininlə döyüşmək istədiyi vaxt buyurduğu) xütbələrindəndir. (Burada məqsəd o böyük şəxsin «Cəməl» səhabələrilə haqqı dirçəltmək və batili məhv etmək üçün döyüşdüyünü camaata çatdırmaq olmuşdur.)
Allaha həmd və şükrlər etdikdən, Xatəmün-nəbiyyinə salamdan sonra: (Agah olun!) Böyük Allah heç birisinin haqqın bir kitabını oxumadığı, peyğəmbərlik və vəhy iddiasında olmadığı halda (ki, o Həzrət barədə şəkkə düşərək ona iftira atsınlar) ərəblərin arasından Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. Beləlikə, (o, haqqı izhar və İslamı sübut etmək üçün) ardıcılları ilə birgə əleyhdarlarına qarşı döyüşüb onları nicat yerlərinə yönəltdi (haqq, səadət və xoşbəxtlik yoluna dəvət etdi). Ölüm kafir və azğınlıq vaxtlarında yaxalamasın deyə onları cəhalət və nadanlıqdan xilas etmək üçün (fitnə-fəsad və azğınlıq yükünün ağırlığından) aciz, əlacsız və çarəsiz (ağır yüklü) dəvə kimi sınana qədər çalışdı (ki, əbədi əzaba düçar olmasınlar). O Həzrət yalnız heç vaxt heç bir xeyir və yaxşılığı olmayan həlak olmuşdan başqa(Fitrətinin pisliyindən nicat qabiliyyəti olmayan və heç vəchlə doğru yola gəlməyən Əbu-Cəhl kimiləri nəzərdə tutulur.) onları mənzillərinə (səadət və xoşbəxtliyə) çatdırana, azğınlıqdan xilas və qurtuluş yolunu onlara göstərənə və onları öz yerlərinə yerləşdirənə qədər yollarının üstündə dayandı (hökmlərin təbliğində səhlənkarlıq etmədi, onları fitrətləri olan İslam dininə etiqada vadar etdi). Sonra dəyirmanları fırlanmağa başladı (həyatları, işləri nizamlandı) və nizələri düzəldi (güclənərək azğınların azğınlıqlarına, zalımların zülm və sitəmlərinə boyun əymədilər). Allaha and olsun, mən İslam qoşununun önündə idim və küfr qoşununu hamılıqla arxa çevirib (öz dinlərindən əl çəkib) toplaşıb ram olana (itaət edənə) qədər qovdum. (Heç vaxt) zəif və gücsüz olub qorxmadım, xəyanət və süstlük etmədim. And olsun Allaha, (indi bu döyüşdə də) haqqı böyründən çıxarmaq üçün batili yarıram.(Fitnəkarların fitnə-fəsaddan əl çəkmələri və haqqın aşkar olması üçün onlarla döyüşərəm, öldürməkdən və öldürülməkdən qorxum yoxdur. ) (Seyyid Rəzi buyurur:).
Bu xütbə daha öncə (otuz üçüncü xütbədə) bəyan olunsa da hazırkı rəvayətin həcminin az və çoxluğu baxımından fərqli olduğuna görə yenidən qələmə alınması lazım gəldi.
Comments are closed, but trackbacks and pingbacks are open.