Press "Enter" to skip to content

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/Ön söz (Ocaqnejad)

Xülasə, bu dünyada hər bir qəhrəman və şücaət sahibinin igidliyi Əli şücaətindən bir damcıdır və dünyanın şərqində və qərbində şücaət ilə vəhdətdə səslənən ancaq Əlinin adıdır.

“Nəhcül-bəlağə” kitabına yazılmış şərhlərin əsas özəllikləri hansılardır?

Həzrət Əlinin (ə) xütbələrindən, məktublarından və hikmətli kəlamlarından ibarət olan “Nəhcül-bəlağə” kitabını məşhur ədib Seyyid Rəzi tərtib etmişdir. Keçən min il ərzində bu kitaba çoxlu şərhlər yazılmışdır. İbn Meysəm, Qütb Ravəndi, Mirzə Həbibullah Xoyi və sair müəlliflər tərəfindən yazılmış şərhlər məşhurdur. “Nəhcül-bəlağə”yə yalnız şiə deyil, əhli-sünnə alimləri də şərh yazmışlar. Məsələn, şafii məzhəbli İbn Əbil-hədidin, Misir alimi Mühəmməd Abduhun şərhləri diqqətə layiqdir. Son dövrlərdə böyük filosof və arif Mühəmməd Təqi Cəfəri də bu ölməz əsəri ətraflı şərh etmişdir. Şərhlərin hər biri müəyyən özəlliyə malikdir. Belə ki, İbn Meysəmin şərhi daha çox əqli xarakter daşıyır, burada hədis və rəvayətlərdən az istifadə edilib. İbn Əbil-hədidin şərhində tarixi məqamlara çox yer ayrılıb. Mühəmməd Təqi Cəfərinin şərhi isə ədəbi və irfani incəlikləri ilə seçilir.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/Ön söz (Ocaqnejad)

Varlıq aləminin bənzərsiz, qadir və uca yaradanı yaratdıqları içərisində Özü üçün insan cinsindən canişin təyin etmək istəyəndə adları öyrətmək, əşyaların sirlərini əta etmək və uca məqamlara qaldırmaqla onu elə əziz və hörmətli tutdu ki, belə bir varlıq yaratdığı üçün fəxr etdi və özünü «əhsənül-xaliqin» adlandırdı, hətta mələklərə ona səcdə etmələrini əmr etdi və onu mələklərin səcdə¬sinə layiq bildi. Bəşəriyyətin atası Adəm əleyhis-salam yer üzünə gəlməklə Allahın həmin xəlifəsinin ən kamil və tam nümunəsi kimi peyğəmbərlər və övliyalar silsiləsinin başlanğıcı oldu. Ondan sonra Şis, İdris, Nuh, İbrahim və bəşər tarixinin digər müqəddəs simaları bu nurani sil¬siləni davam etdirdilər. Nəhayət, bütün varlıqlar, xüsu¬silə insan cinsi peyğəmbərlər və övliyaların zühurlarının və ilahi maarifin nazil olmasının tədrici və müqəddimə mərhələsini arxada qoyduqdan sonra ən kamil hökmlər və ilahi maariflə birgə peyğəmbərlərin ən üstünü və övliyaların başçısı Məhəmməd Mustafanın (səllallahu əley¬hi və alih) zühurunun şahidi olmaq ləyaqəti tapdı. Həmin zaman bəşəriyyətin istedadı peyğəmbərlərin ən kamilinin və ilahi elçilərin ən üstününün nurundan bəhrələnməyi, əbədi möcüzə və kamil ilahi səhifəni əldə etməyi tələb etdiyi kimi, canişin və övliyaların da ən kamil və üstü¬nünün məhzərindən, eləcə də onun tək olan Allahın kəlamının cilvəsi olan nurani kəlamından bəhrələnməyi tələb edirdi.

Mündəricat

  • 1 Əli – parlaq sima
  • 2 Əsl örnək
  • 3 Fəzilətlər toplusu
  • 4 İlahi tovhid elminin mənbəyi
  • 5 Fəqihlər ustadı
  • 6 Təfsir alimlərinin müəllimi
  • 7 İrfan mənbəyi
  • 8 Ərəb dili elmlərinin banisi
  • 9 Qiraət elminin müəllimi
  • 10 Şücaətli qəhrəman
  • 11 İlahi güc
  • 12 Səxavət mədəni
  • 13 Səbr və həlimlik dəryası
  • 14 Mücahidlər ağası
  • 15 Fəsahət qəhrəmanı
  • 16 Xoş xasiyyətlilik mücəssiməsi
  • 17 Kamil zahidlik
  • 18 Abidlər abidi
  • 19 İmam və bütün dünyanın könül alanı
  • 20 Əli əleyhis-salamın kəlamı
  • 21 «Nəhcül-Bəlağə» nədir?
  • 22 Seyyid Rəzi kimdir?
  • 23 Əlinizdə olan tərcümə haqqında
  • 24 Qeydlər

Əli – parlaq sima [ redaktə ]

İslam elmləri tədqiqatçılarına və ilahi dinlərin maarifindən xəbərdar olanlara, hətta bəşər tarixinin ilahiyyat mənbələri və mətnlərinə maddi çərçivədən baxan hər bir şəxsə Əmirəl-möminin imam Əli ibn Əbu Talib əleyhis-salamın özünəməxsus şəxsiyyətə malik olması məlumdur. Belə ki, İslam peyğəmbəri Həzrət Məhəmməd ibn Abdullahdan (səllallahu əleyhi və alih) sonra övliyalar və ilahi şəxsiyyətlərdən heç kəs vücudunun əzəmət və genişliyi baxımından ona çatmaz. İlahi dinlərin mənbələ¬rindən məlum olur ki, onun zühuru və son peyğəmbərin canişini olması məsələsi əvvəlcədən xəbər və müjdə verilmiş məsələlərdəndir. İmam Əli əleyhis-salam maddi aləmə qədəm qoyduqdan sonra, dünyaya gəlməsinin ilk vaxtlarından hamının diqqət mərkəzində olub və daha sonralar özünün parlaq həyatı boyu elə heyrətləndirici cazibə və əzəmətə malik olub ki, bütün qəlb və nəzərləri özünə cəlb edib, bəşəriyyəti öz vurğunu edib. Bəli, insan və insanlıq o Həzrətin dünyəvi həyatından min neçə yüz il keçməsinə baxmayaraq, hələ də təəccüb və heyrətlə onun vücudunun əzəmət və kamilliklərinə vurğunluqla tamaşa edir. Bəşər tarixinin müxtəlif dövrlərində, bir çox alim və tədqiqatçılar özlərinin imam Əliyə olan hədsiz sevgiləri nəticəsində onun vücudunun məhəbbət doğuran minlərlə sirlərindən birini açmaq üçün qollarını çırmayıblar, eşq və sevgi ilə onu tanımaq və dərk etmək yoluna qədəm qoyublar. Lakin sonda əvvəlkindən daha artıq heyranlıqla ağıl və eşqi onu tanımağın uca zirvəsinə çatmaqda aciz görüblər və ancaq aşiqanə şəkildə onu vəsf etməyə başlayıblar. Bəzən də həmin şəxslər o Həzrətin dünya həyatının heç olmasa bir anını görmək arzusunu ürəklərinə salıblar. Həqiqətən də imam Əli əleyhis-salamm şəxsiyyəti heç vaxt bəşəriyyətin seçilmiş və dahi şəxsiyyətləri ilə müqayisə edilməməlidir. Bu parlaq sima və nurlu günəş ancaq bəşər tarixinin müqəddəsləri, peyğəmbərləri və övliyaları ilə müqayisə edilməlidir ki, onun peyğəmbərlərin sonuncusu Məhəmməd ibn Abdullahdan (səllallahu əleyhi və alih) başqa hamıdan üstün olması dərk edilsin. Hərçənd ki, o, peyğəmbər olmayıb və peyğəmbərlərin sonuncusundan sonra heç bir peyğəmbər göndərilməyəcək.

Əsl örnək [ redaktə ]

İnsanın tərbiyə və təşəkkülündə örnəklərin rolu tamamilə aşkar məsələlərdəndir və bu gün insanın tərbiyəsi ilə məşğul olan elmlərdə və onun müxtəlif qollarında örnəyin təsir və zəruriliyi tamamilə sübuta yetirilib. Peyğəmbərlər və övliyalar bəşər tarixində həmişə kamil örnək kimi öndə olublar. Peyğəmbərlərdən hər biri ilk növbədə öz ümmətləri, sonrakı mərhələdə isə özlərindən sonrakı bütün gələcək nəsillər üçün kamil örnək və hərtərəfli nümunədirlər. Qur’ani-Kərim bu məqsədlə peyğəmbərlərin və övliyaların əhvalatlarından müxtəlif dastanlar nəql edir və Həzrət İbrahim əleyhis-salamı tam aşkar şəkildə örnək və nümunə kimi təqdim edir. Pey-ğəmbərlərin sonuncusu Həzrət Məhəmməd (səllallahu əleyhi və alih) ən kamil sifətlərə malik olduğu və kamil insanın vücudunda varlığı mümkün olan bütün fəzilət və üstünlükləri bir yerə topladığı üçün xüsusi imtiyaza malikdir və Allah-təala Əhzab surəsinin 21 ci ayəsində onu gözəl nümunə və kamil örnək adlandırmışdır. «Həqiqət ən Allahın “əmbərində (onun həyatında) sizin üçün gözəl nümunə və örnək vardır.» ) Əqlə və nəql edilmiş rəvayətlərə, eləcə də vücudunun nişanələrinə əsasən Əli əleyhis-salam Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) kamil tərbiyə etdiyi yeganə varlıqdır. O, Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə bir kökdəndir. İmam Əli əleyhis-salam dünyaya gəldikdən sonra uşaqlıq dövründən Peyğəmbərin qucağında böyüyüb, o Həzrətin əlindən yemək alıb yeyib və onun həyatının son anlarına kimi yanında olub. O, Həzrət Peyğəmbərin (Ali İmran surəsinin 61-ci ayəsində deyildiyi kimi: «gəlin biz də öz oğullarımızı siz də öz oğullarınızı, biz də öz qadınlarımızı siz də öz qadınlarınızı, biz də öz canlarımızı siz də öz canlarınızı çağıraq») canı kimi həmişə yanında olub (və bütün müsəlmanların yekdil nəzərinə əsasən həmin ayədə oğul, qadın və canlar sözlərinin mənası Həsən, Hüseyn, Fatimə və Əli əleyhimus- salamlardır). Və Həzrət Peyğəmbərin vəfatından sonra Əli əleyhis-salamm bütün rəftar, danışıq və əzəməti onu ilk növbədə İslam və müsəlmanlara, sonra isə bütün bəşəriyyət üçün Allahın Peyğəmbərinin əvəzsiz nümunəsi etmişdir.

Fəzilətlər toplusu [ redaktə ]

İmam Əli əleyhis-salamm fəzilətləri barəsində danışmaq son dərəcə çətindir. Bütün İslam fırqələrindən olan alimlərin, tədqiqatçıların və hədis rəvayətçilərinin, hətta qeyri-İslami müəlliflərin o Həzrət əleyhis-salam barəsində müxtəlif kitablar yazmalarına baxmayaraq, onların hər biri öz növbəsində İmamın lazımınca tanınması və vəsf edilməsində aciz qaldıqlarını bildirmiş və öz naqisliklərini etiraf etmişlər. Lakin bu müqəddimədə o Həzrətin fəzilət və əzəməti barəsində bəzi nöqtələrə işarə etmək zəruri olduğu üçün məşhur «bütövlükdə əldə edilə bilinməyən şey bütövlükdə tərk edilməməlidir» [1] məsəlinə əsasən «Nəhcül-Bəlağə»nin məşhur şərhçisi, yeddinci əsrdə yaşamış böyük İslam alimi, İbn Əbil Hədid Mö’təzili adı ilə tanınmış və 656 h.q. ilində vəfat etmiş İzzəddin Əbu Hamid Hibətullahın sözlərinin bir hissəsini ixtisarla nəql edirik. Bəzi yerlərdə isə bu İslam aliminin sözlərini təsdiq etmək üçün mötərizədə İmam Əli əleyhis- salamın kəlamlarından və ya başqalarından sitatlar gətirəcəyik. O, «Nəhcül-Bəlağə»nin şərhinin müqəddiməsində deyir:

Əli əleyhis-salamm fəzilətləri elə çox, məşhur və əzə-mətlidir və hər yerdə elə yayılıb ki, onları sadalamaq və onları müfəssəl şəkildə izah etmək mümkün deyil. Qısası, o Həzrətin vəsfi və fəzilətlərinin bəyan edilməsi kiminsə gündüz çağı hamıya məlum olan günün işıqlılığmdan və ya aylı gecədə aym işıq saçmasından danışmaq istəməsinə bənzəyir. Mən yəqinlik əldə etdim ki, o Həzrətin mədhi barəsində söz danışmaq hər nə qədər kamil olsa belə, yenə də mənim söz danışmaqdakı acizliyimi və sözlərimin son həddən aşağı olmasını göstərir. (Necə ki, Əli əleyhis-salam özü «Nəhcül-Bəlağə»nirı üçüncü xütbəsinin əvvəlində buyurur: «sellər (elm və maarif selləri) məndən axır və heç bir quşun mənim kamillik zirvələrimə uçmaq qüdrəti yoxdur.») Buna görə də çıxış yolunu bunda gördüm ki, o Həzrəti mədh etmək və tərifləməkdənsə, ona dua etməyə üz tutum və fəzilətlərini nəql etmək əvəzinə bunu ümumi camaatın onun barəsində bildiklərinə həvalə edim.

İndi mən hətta düşmənləri belə fəzilətlərini etiraf etdikləri bir şəxs barəsində nə deyim? Düşmənləri onun fəzilətlərini inkar və ört-basdır edə bilmədilər, halbuki bildiyiniz kimi Bəni Üməyyə dünyanın şərq və qərbində şahlıq edib və var gücü ilə və bütün hiylə və kələyi ilə Əli əleyhis-salamm fəzilətlərinin çırağını söndürməyə çalışıb. Onlar camaatı o Həzrətə qarşı qıcıqlandırırdılar və özlərindən onun barəsində müxtəlif nöqsanlar və çirkin iftiralar uydururdular, bütün minbərlərdə ona lənət oxuyurdular, onu tərifləyənləri nəinki hədələyir, hətta zindana salır, bir dəstəni isə öldürürdülər. O Həzrətin fəziləti barəsində olan və ya zehinlərdə onun xatirəsini canlandıran hər hansı bir rəvayətin nəql edilməsinin qarşısını alırdılar. Hətta o yerə kimi ki, uşaqlara Əli adının qoyulmasına mane olurdular. Bütün bunlara baxmayaraq, onun ad və xatirəsi nəinki unudulmadı, bəlkə əksinə, məqamının ucalıq və aliliyini daha da artırdı, üstünü örtsələr də gözəl ətri hər yeri bürüyən və ürəyə yatan iyi hər tərəfə dağılan müşk-ənbər kimi oldu, əl və pəncələrin gizlədə bilmədiyi günəş və saysız gözlərin görməsinə baxmayaraq, korun görə bilmədiyi gündüz kimi oldu Əli! Mən bütün fəzilətlərin mənbəyi, bütün fırqələrin dayaq nöqtəsi olan və hər bir tayfanın özünü nisbət verdiyi şəxs barəsində nə deyim? O bütün fəzilətlərin başı, mənbəyi, fəzilətlər meydanının yeganə adamı və qabaqcılıdır. Bütün fəzilətlərin meyarı odur. Ondan sonra kim bir nur tapıbsa ondan işıq alıb, ona tabe olub və onun yoluna qədəm basıb.

İlahi tovhid elminin mənbəyi [ redaktə ]

Çox yaxşı bilirsiniz ki, elmlərin ən şərəflisi Allah barəsində olan elmdir. Çünki hər bir elmin şərəfi onun mövzusunun nədən ibarət olmasından asılıdır. Allah barəsində olan elm bütün elmlərdən şərəflidir. Ona görə ki, Allah bütün varlıqlardan şərəflidir. Allah barəsində olan elm Əli əleyhis-salamın sözlərindən iqtibas olunub və ondan nəql edilib. Allah barəsində olan elm və maarifin bütün yollarının başlanğıcı ondandır və onunla da sona çatıb. (Məsələn, «Nəhcül-Bəlağə»nin birinci xütbəsində tovhid və Allah barəsində elm haqqında o qədər böyük və heyranedici mətləblər var ki, böyük filosof və ariflər deyiblər ki, əgər bütün filosoflar, mütəfəkkirlər, ariflər və tədqiqatçılar bir yerə toplaşsalar, İmam əleyhis-salamın həmin xütbədəki təkcə «Hər şeylə birlikdədir, amma yanaşı olmadan; hər şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil» cümləsinin dərinliyini dərk edə bilməzlər.) Tovhid və ədi əhli olan, bu iki məsələdə nəzər sahibi olan və başqalarının bu iki məsələni onlardan öyrənmiş olduğu mö’tə- zilə hamılıqla o Həzrətin şagird və səhabələrindəndir.

Amma əş’ərilər də özlərini imam Əli əleyhis-salama nisbət verirlər. İmamiyyə şiələri və zeydilərin də o Həzrətə mənsub olmaları tamamilə aşkar və aydındır.

Fəqihlər ustadı [ redaktə ]

İlahi elmlərdən digəri də fiqh elmidir ki, Əli əleyhis-salam onun əsas və təməlidir. İslamda hər bir fiqh alimi onun tikəsini yeyir və onun fiqhindən bəhrələnir. Əhli- sünnənin dörd fəqih və imamının hamısı Əbu Hənifənin şagirdidirlər və onun özü İmam Cə’fər ibn Məhəmməd Sadiq əleyhis-salamm şagirdidir. İmam Sadiq əleyhis- salam atası imam Baqir əleyhis-salamm, o da atası imam Səccad əleyhis-salamm, o, atası İmam Hüseyn ibn Əli əleyhis-salamın və İmam Hüseyn əleyhis-salam İmam Əli ibn Əbu Talib əleyhis-salamm şagirdidir və bu silsilə İmam Əli əleyhis-salama gəlib çatır. Şiə fiqhinin mənşəyinin İmam Əli əleyhis-salam olması aşkar bir məsələdir və bu barədə dəlil-sübut gətirməyə ehtiyac yoxdur. Hamıya məlumdur ki, səhabələrin fiqh elminə ən yaxşı bələd olanı İbn Abbasdır. O da Əli əleyhis-salamm xüsusi şagirdlərindəndir.

Bütün firqələr Peyğəmbərdən belə bir kəlam nəql ediblər ki: «Sizin aranızda qəzavət elminə ən yaxşı bələd olan Əlidir. [2] Qəzavət elə həmin fiqh elmidir. Bu hədisə əsasən Əli əleyhis-salam Peyğəmbərin səhabələrinin fiqh elminə ən yaxşı bələd olanıdır. Hamı rəvayət edir ki, Peyğəmbər Əli əleyhis-salamı qəzavət etmək üçün Yəmənə göndərəndə belə buyurmuşdur: «Pərvərdigara, onun qəlbini hidayət və dilini sabit et.» Əli əleyhis-salam da deyərmiş ki: «Ondan sonra heç vaxt iki nəfər arasında qəzavət edən zaman şəkk və tərəddüd etmədim.» Bəli, o Əli idi ki, minbərdə olanda bir qadının irs payı barəsində ondan sual soruşan şəxsin cavabında dərhal «irsin səkkizdə biri doqquzda birə çevrilir» buyurdu. (Məsələ belə idi ki: bir kişinin atası, anası, iki qızı və arvadı ondan irs aparırdı. Həzrət qadının irsinin miqdarı barəsində sual soruşanın cavabında arvadın səkkizdə bir olan payının bu təqdirdə doqquzda birə çevrilməsini buyurur. Bəzi fiqh alimləri bunu «عول» [3] «aul»un nümunələrindən sayıblar. Yəni onlar məcburdurlar ki, irsin hamısını iyirmi yeddi yerə bölsünlər. Onun on altı payını iki qıza, səkkiz payını ata ilə anaya və iyirmi yeddi payın doqquzda biri olan üç payını arvada versinlər.) Bu elə bir məsələdir ki, irs və onun bölüşdürülməsində mütəxəssis olan şəxs, haqqında uzun müddət düşündükdən sonra onun doğruluğunu dərk edə bilər. İndi sən onun barəsində fikirləşmədən dərhal cavab verən şəxs haqqında nə düşünürsən?!

Təfsir alimlərinin müəllimi [ redaktə ]

Elmlərin digər biri də təfsir elmidir. Bu elmdə hər nə varsa Əli əleyhis-salamdandır. Əgər təfsir kitablarına müraciət olunsa bu sözün doğruluğu təsdiqlənər və məlum olar ki, təfsirin ən əsas kökləri o Həzrətdən və Abdullah ibn Abbasdan nəql edilib. Hamı bilir ki, Abdullah ibn Abbas həmişə Əli əleyhis-salam ilə birgə olub və onun şagirdlərindəndir. İbn Abbasa «sənin elminin miqdarı əmin oğlu Əli əleyhis-salamın elmi ilə müqayisədə nə qədərdir?» deyiləndə cavab verib ki: sahilsiz dənizə düşən yağışın bir damcısı qədər.

İrfan mənbəyi [ redaktə ]

İlahi elmlərindən digər biri də məslək, həqiqət və hal elmi olan irfan və sufilikdir. Çox yaxşı məlumdur ki, bütün İslami torpaqlarda bu elmin əhli öz silsilələrini o Həzrətə nisbət verirlər. Bu elmin Şebli, Cüneyd, Səri Səqti, Əbu Yezid Bəstami, Əbu Məhfuz Mə’ruf Kərxi və digər böyük şəxsiyyətləri hamılıqla bu elmin mənbəyinin o Həzrət olmasını bildiriblər. Sufilər və irfan əhlinin bu günə kimi ən mühüm əlamətləri olan cod bez paltar geyinmək bu barədə tutarlı dəlildir. Çünki onlar bu məsələni Əli əleyhis-salama nisbət verirlər.

Ərəb dili elmlərinin banisi [ redaktə ]

Himlərdən digər biri ərəb dilinin kökləri və sintaksisidir və hamı bilir ki, onu Əli əleyhis-salam ixtira edib, qaydalarını açıqlayıb və Əbul Əsvəd Duvəliyə diktə edib. O cümlədən İmam əleyhis-salam bu elmin əsasları barəsində əvvəldə belə buyurmuşdur: kəlmə üç növdür – isim, fel və şəkilçi. Kəlmə ya məlum olur ya da məchul. Əlamətlər dörddür: zəmmə, fəthə, kəsrə və sükun. Bu cür bölgü aparmaq və tərif demək möcüzəyə yaxın bir şeydir. Çünki insanın qüvvəsi adi yolla bu cür dəqiq bölgülər aparmağa qadir deyil və belə nəticələr əldə edə bilməz.

Qiraət elminin müəllimi [ redaktə ]

Əli əleyhis-salamm Qur’anı qiraət etməsi və bu müqəddəs kitabla məşğul olması barəsində hamı yekdildir və bütün İslam fırqələri Əli əleyhis-salamm Peyğəmbərin (səlləllahu əleyhi və alih) zamanında Qur’anı hamıdan əvvəl əzbərləməsi və o Həzrətdən başqa heç kəsin Qur’ani əzbər bilməməsi barəsində vahid fikirdədirlər.

Əgər qiraət kitablarına müraciət olunsa məlum olar ki, qiraət elminin başçılarının hamısı ona söykənir. Məsələn, qiraət elminin başçılarından olmuş Əbu Əmr ibn Əla və Asim ibn Əbi Nəcud və başqalarının qiraəti Əbu Əbdürrəhman Süləmi Qaridən götürülüb və o, Əli əleyhis-salamm şagirdi olub, Qur’anı ondan öyrənib. Bu elm də əvvəldə qeyd etdiyimiz bir çox digər elmlər kimi o Həzrətə söykənir.

Əgər Əli əleyhis-salamın əxlaqi xislətlərinə ruhi və dini fəzilətlərinə nəzər salsan onu çox nurani, parlaq və şərafət zirvəsində görəcəksən.

Şücaətli qəhrəman [ redaktə ]

İmam Əlinin şücaəti elə həddədir ki, o özündən qabaqkı bütün qəhrəmanların adını camaatın zehnindən silib və ondan sonrakı qəhrəmanların hamısı onun müqabilində adlarının çəkilməsinə layiq deyildirlər. Onun müharibələrdəki şücaət və müqaviməti elə məşhurdur ki, qiyamətə kimi bu barədə ondan məsəl kimi istifadə ediləcəkdir. O elə bir pəhləvandır ki, düşmən qarşısından heç vaxt qaçmayıb və heç bir qoşundan qorxusu olmayıb. (Necə ki, «Nəhcül-Bəlağə»nin 45-ci məktubunda buyurur: Allaha and olsun ki, əgər bütün ərəblər mənə qarşı müharibə etməyə birləşsələr onların qabağından qaçmaram.») Həmçinin vuruş-duğu hər bir kəsi öldürüb və heç vaxt ikinci zərbəyə ehtiyacı olan bir zərbə vurmayıb. Hədisdə deyilir: «Onun zərbələri həmişə tək və bir olub.» Əli əleyhis-salam Müaviyəni camaatın onlardan birinin öldürülməsi ilə müharibədən can qurtarması üçün təkbətək döyüşə dəvət edəndə, Əmr ibn As Müaviyəyə dedi: Əli insaflı söz danışıb. Əmr ibn Asm məqsədi budur ki, Əli ilə təkbətək vuruşmağı qəbul et. Müaviyə dedi: indiyə kimi mənə nə qədər məsləhət vermisənsə, bircə bu gündən başqa heç vaxt mənə xəyanət etməmisən. Mənə Əbulhəsən ilə təkbətək döyüşə getmək göstərişi verirsən, halbuki bilirsən ki, o başı bədəndən ayıran bir qəhrəmandır. Deyəsən sən məndən sonra Şama başçı olmağa göz dikmisən və buna görə məni ölümün ağzına göndərirsən. Ərəb döyüşdə onunla üz-üzə gələrək tab gətirə bilməsi ilə öyünür, onun əli ilə öldürülmüş şəxslərin qohum-əqrəbaları həmin şəxsin Əlinin tərəfindən öldürülməsi ilə fəxr edirlər. Bu barədə fəxr edərək öyünənlər az deyil. Ərəbin məşhur pəhləvanı Əmr ibn Əbdəvud Əhzab mühari-bəsində Əlinin əli ilə öldürüldükdən sonra, onun bacısı qardaşı üçün oxuduğu mərsiyədə belə deyib: «Əgər Əmri Əlidən başqası öldürmüş olsaydı həmişə nə qədər ki, sağam ona ağlayardım. Bəli, onu bənzəri olmayan və atası Məkkənin şərəfi olan bir şəxs öldürüb.»

Xülasə, bu dünyada hər bir qəhrəman və şücaət sahibinin igidliyi Əli şücaətindən bir damcıdır və dünyanın şərqində və qərbində şücaət ilə vəhdətdə səslənən ancaq Əlinin adıdır.

İlahi güc [ redaktə ]

Onun qol və bilənginin gücü də dillərdə dastandır. İbn Quteybə «Əl-Məarif» kitabında deyir: O əlbəyaxa olduğu hər bir kəsin kürəyini yerə vurub. Xeybər qapısın: yerindən Əli çıxara bildi və qapı yerindən qopardıldıqdan sonra bir dəstə adam gəlib onu arxaya çevirmə?, istədi, lakin bacarmadı. Bütün böyüklük və ağırlığın . baxmayaraq, Hubəl adlı bütü Kə’bənin üstündə yerində – qopararaq atan Əli idi. O, Əli idi ki, xilafəti dövrünü – bütün qoşunun yerindən qoparmaqda aciz qaldığı da> təkcə öz əli ilə yerindən çıxartdı və həmin daşın altından su çıxaraq axmağa başladı.

Səxavət mədəni [ redaktə ]

Əli əleyhis-salamm səxavət və əliaçıqlıqdakı vəziyyəti də məlumdur. O oruc tutar və aclıqdan zəifləməsinə baxmayaraq, yenə də öz azuqə və xörəyini başqasına verərdi necə ki, İnsan surəsinin səkkiz və doqquzuncu ayələri onun barəsində nazil olub və buyurur: «Özlərinin ehtiyacları olduğu halda təamı miskin, yetim və əsirə yedirdərlər. Sizi ancaq A xatirinə yedirdirik və sizdən nə əvəz istəyirik və nə təşəkkür.» Təfsir alimlərinin hamısı nəql ediblər ki, Əli ək; salamın dörd dirhəmdən artıq pulu yox idi. O, həc pulun bir dirhəmini gecə, bir dirhəmini gündü, dirhəmini gizlin və bir dirhəmini aşkar sədəqə verd onun barəsində Bəqərə surəsinin iki yüz yetmiş dördüncü ayəsi nazil oldu. Həmin ayədə deyilir: «öz mallarını gecə və gündüz və gizlin və aşkar sərf edənlər» Əmirəl-möminin Əli əleyhis-salamm öz dilindən nəql edilib ki, o özü quyudan su çəkib Mədinə yəhudilərinin bir dəstəsinin xurma ağaclarını suvararmış. Belə ki, onun əli qabar bağlayarmış və bu işdən aldığı pulu sədəqə verərmiş və acından öz qarnına daş bağlayarmış. Bəni Mərvan dövlətinin hakimiyyəti zamanının bö-yüklərindən olmuş və Şə’bi adı ilə tanınan Amir ibn Şərahil Kufi Əlidən danışanda belə deyir: o hamıdan səxavətli idi. Onun Allahın sevdiyi bir xüsusiyyəti var idi və o, səxavət və əliaçıqlıqdır. O, ehtiyacı olan yoxsula heç vaxt «yox» cavabı vermədi. Hətta onunla qatı düş¬mən olan və ona müxtəlif eyb və nalayiq əməllər nisbət vermək istiqamətində çox çalışan Müaviyə ibn Əbu Süfyan, Muhfən ibn Əbu Muhfən Zəbbi Əlidən ayrıla¬raq Müaviyəyə qoşulan zaman Əli barəsində «insanlarm ən xəsisinin yanından gəlmişəm» deyəndə Müaviyə dedi: Vay olsun sənə! Əlini insanların ən xəsisi necə adlan-dırırsan, halbuki əgər onun bir qızıldan və bir dənə də samandan evi olmuş olsa, qızıl evi saman evdən əvvəl bağışlayar və Allah yolunda sərf edər. Bəli, o Əli idi ki, evinin bütün var-yoxunu Allah yolunda paylayır və evi süpürüb orada namaz qılırdı. O, Əli idi ki, deyirdi: ey dünyanın qızıl-gümüşü! Məndən ayrısını aldadın. Əli idi ki, özündən sonra bir miras qoymadı, halbuki İslam dünyasının Şamın az bir hissəsi istisna olmaqla hamısı onun əlində idi.

Səbr və həlimlik dəryası [ redaktə ]

Əli səbr, həlimlik və günahdan keçmək baxımından da insanların ən çox güzəşt edəni, təqsirdən ən çox keçəni olub. Həmçinin onun barəsində pislik etmiş şəxsləri ən çox bağışlayan o olub. Misal üçün, Cəməl müharibəsində o Həzrətə qarşı ən çox ədavət bəsləyən və kinli olan Mər- van ibn Həkəmə qalib gəldikdən sonra Mərvanı bağışlayaraq günahından keçməsini göstərmək olar. Abdullah ibn Zübeyr aşkar şəkildə və hamının hüzurunda Əli əleyhis-salamı söyürdü və Cəməl müharibəsində də çıxış edərək ona qarşı çox ədəbsizliklər etdi və dilinə nalayiq, çirkin sözlər gətirdi. Elə həmin müharibədə Əli Abdullaha qalib gəldi və onu əsir götürdü. Sonra onu bağışlayaraq dedi: get, bundan sonra səni görməyim. O Abdullaha bundan artıq bir şey demədi. Cəməl müharibəsindən sonra düşmənlərindən olan Səid ibn Ası ələ keçirdi və ondan üz döndərərək Səidə heç bir söz demədi.

Bəsrə əhalisi Əli ilə müharibə etdi və ona və övladlarına qarşı qılınc çəkdi. Onlar Əli əleyhis-salamı söydülər və ona nifrin etdilər. Amma Əli onlara qalib gəldikdən sonra onları bağışladı və göstəriş verdi ki, qoşunun carçıları qaçanın təqib edilməməsini, heç bir xəstə və yaralının başının kəsilməməsini, əsir almanın öldürülmə- məsini, öz silahını yerə qoyanın və həmçinin İmamın qoşununa qoşulanın amanda olacağını elan etsinlər. Əli əleyhis-salam bəsrəlilərin ona qarşı bütün düşmənçiliklərinə baxmayaraq, onların ev və mallarını əllərindən almadı, arvad-uşaqlarını əsir götürmədi, var-dövlətlərin- dən heç nəyi qənimət kimi əlinə keçirmədi. Halbuki əgər istəsəydi bütün bunları edə bilərdi. Amma o əfv edərək bağışlamaqdan başqa bir iş görmədi və Peyğəmbərin (səl-lallahu əleyhi və alih) Məkkənin fəthində etdiyi sünnəyə tabe oldu. O bağışladı, amma (ona qarşı olan) kinlər sönmədi və pisliklər unudulmadı.

Siffeyn müharibəsində Müaviyənin qoşunu Fərat çayına İmamın qoşunundan tez çatmışdı. Onlar suyu ələ keçirdilər və oranı mühasirəyə aldılar. Şam qoşununun başçıları Müaviyəyə dedilər ki, Əlinin qoşununa su vermə və elə onları susuzluqla öldür. Əli əleyhis-salam və onun tərəfdarları Şam qoşunundan su götürmək üçün icazə istədilər. Şamlılar dedilər: Allaha and olsun ki, sizə bir damcı da olsun su verməyəcəyik ki, elə susuzluqdan öləsiniz. Əli əleyhis-salam susuzluğun onları əldən salacağını görəndə ətrafmdakılarla irəli çıxaraq Müaviyənin qoşununa güclü hücum etdi və onlarla amansız vuruşduqdan sonra Müaviyənin qoşununu öz mövqeyindən arxaya qovaraq Fərat çayını ələ keçirdi. Müaviyənin qoşunu arxaya, səhraya çəkildi, elə yerə çatdı ki, yanlarında qətiyyən su yox idi. Əli əleyhis-salamm şiə və tərəfdarları o Həzrətə dedilər: onlar sənə su vermədikləri kimi sən də onlara su vermə. Onlara bir damcı da su vermə və onları susuzluq qılıncı ilə öldür ki, sonda məcbur olub sənə bey’ət etsinlər və sənin, bir də müharibə etməyə ehtiyacın olmasın. Əli buyurdu: Yox, Allaha and olsun ki, mən onları öz əməlləri ilə cəzalandırmayacağam. Çayın bir hissəsini onlar üçün açm və oradan kənara çəkilin. Qılınc (mərdcəsinə döyüş) ola-ola bizim bu işə ehtiyacımız yoxdur. İndi əgər Əli əleyhis-salamm bu rəftarının mənşəyi səbrlilik və güzəştdirsə necə də gözəldir və əgər dindarlıq, təqva və pəhrizkarlıqdırsa Əlidən başqa belə bir iş gömüş şəxs tapmaq olarmı?

Mücahidlər ağası [ redaktə ]

Allah yolunda cihada gəldikdə isə həm dost və həm düşmən yanında Əli əleyhis-salamm Allah yolunda cihad edən mücahidlərin ağası və başçısı olması məlum və aşkar bir məsələdir. Əlinin müqabilində ondan başqasını mücahid adlandıraraq cihadı başqasına nisbət vermək olarmı?! Peyğəmbərin ən böyük müharibəsi və müşrikləri ən çox alçaldan və sındıran müharibə əzəmətli Bədr müharibəsi olub. Həmin müharibədə müşriklərdən yetmiş nəfər öldürülüb və onların yarısını Əli əleyhis-salam öldürüb. Yerdə qalan yarını isə digər müsəlmanlar qeybdən gələn yardım ilə öldürüblər. Əgər Məhəmməd ibn Ömər Vaqidinin «Məğazi», Yəhya ibn Cabir Bəlazurinin «Tarixul-Əşraf» əsərlərinə və həmçinin digər tarix və hədis kitablarına müraciət etsən, deyilənlərin tamamilə doğru olmasını özün görərsən. O Həzrətin Ühüd, Xəndək və digər müharibələrdə şəxsən göstərdiyi qəhrəmanlıqları və kafir, müşrik və qəhrəmanlardan nə qədər öldürməsi də öz yerində qalmaqdadır və onları burada sadalamağa ehtiyac yoxdur.

Çünki Əli əleyhis-salamm bu fəziləti, barəsində çox danış-mağın mənasız olduğu bir fəzilətdir. Ona görə ki, bu məsələ zəruri məlumatlar, yəni, məsələn, Məkkə, Misir və bu kimi yerlərin mövcudluğu barəsində danışmaq və onların mövcud olmalarını sübut etmək istəmək kimidir (yəni tamamilə qəti və bəlli olan məsələlər qismindəndir).

Fəsahət qəhrəmanı [ redaktə ]

O Həzrət fəsahət və bəlağət sahiblərinin də ağası və başçısıdır. Onun sözü barəsində belə deyilib: Əlinin kəlamı yaradanın kəlamından aşağı, yaradılmışın kəlamından üstündür. Camaat natiqlik və qələmə alma qaydalarını ondan Öyrənib. (Öz zəmanəsinin ən fəsahətli şəxslərindən və Mərvani xəlifələrinin katibi olmuş) Əbdülhəmid ibn Yəhya deyir: Əlinin xütbələrindən yetmişini öyrəndim və bu xütbələr mənim üçün dayanmadan qaynayan fəsahət və bəlağət çeşmələri oldu. (Dördüncü əsrin çox məşhur yazıçı və xətiblərindən olmuş) İbn Nəbatə deyir: Əlinin xütbələrindən elə bir xəzinə əzbərlədim ki, ondan hər nə qədər xərcləyir və işlədirəmsə fəsahət və bəlağətimin artmasına səbəb olur. Mən Əli ibn Əbu Talibin moizə və öyüd-nəsihətlərindən yüz xütbə əzbərləmişəm.

Muhfən ibn Əbi Muhfən Əli əleyhis-salama kömək et-məkdən əl götürüb Müaviyənin yanma gedəndə Müaviyəyə dedi: İnsanların söz danışmaqda ən acizinin yanından, sənin yanma gəlmişəm. Müaviyə dedi: vay olsun sənə! O, insanların söz danışmaqda necə ən acizidir?! Halbuki and olsun Allaha, Qüreyşə fəsahət qaydalarını ondan başqası öyrətməyib və həmin qaydaları onların arasında bir qanun şəklinə yalnız o salıb. Onun kəlamının cazibədarlığı və gözəlliyi barəsində yazılanların onda biri, bəlkə hətta iyirmidə biri fəsahət və bəlağət sahiblərinin heç biri haqqında yazılmayıb.

Xoş xasiyyətlilik mücəssiməsi [ redaktə ]

Əli əleyhis-salam həqiqətən xoş xasiyyətlilik, gülərüzlülük, gözəl sözlər danışmaq, dodaqları həmişə təbəssümlü olmaq kimi bəyənilən fəzilətlər baxımından da dillər əzbəridir. Əli əleyhis-salamm şiə və tərəfdarlarından olan Sə’sə’ə ibn Sauhan və başqaları deyiblər ki: Əli bizim aramızda bizlərdən biri kimi idi. O çox təvazökar, mülayim, xoş xasiyyətli və xoş davranışlı idi. Amma bununla belə, o elə bir heybət və əzəmətə malik idi ki, onun yanında bizim dilimiz tutulurdu və onun yanında özümüzü tam ədəblə aparırdıq.

Qeys ibn Sə’d deyərmiş: Əli öz səhabələri ilə çox gülərüz və zarafatcıl idi, necə ki, Allahın Peyğəmbəri də öz səhabələri ilə zarafat edir və onlara təbəssüm edirdi. Lakin Allaha and olsun ki, bütün gülərüzlülük və zarafatcıllığına baxmayaraq, şirdən də heybətli idi və həmin heybət Əlinin təqva və pəhrizkarlığınm heybəti idi. Əli əleyhis-salamın bu xüsusiyyət və xisləti indiyə kimi irsi olaraq onun dost və davamçılarına da keçib və insan-ların xasiyyət və xarakterləri ilə azacıq tanış olanlar onun şiə və davamçılarında belə bir xüsusiyyətin olmasını görürlər.

Kamil zahidlik [ redaktə ]

Zahidlik və dünyaya rəğbətsizlik barəsində də demək lazımdır ki, Əli bütün zahid və pəhrizkarların başçısı və bütün övliyaların cilvəsidir. Bütün zahidlər ondan örnək götürür və onun zahidliyi müqabilində diz çökürlər. O heç vaxt doyunca yemədi və yemək və geyim baxımından hamıdan təvazökar idi. Onun paltarları bəzən yamanmış dəridən, bəzən də xurma ağacının qabığından və ayaqqabısı xurma ağacının qabığından olardı. Həmişə cod bez geyinərdi. Çörək ilə nəsə bir yavanlıq yemək istəyəndə ona bir az duz və ya sirkə əlavə edərdi. Bəzən də göyərtidən istifadə edərdi və əgər ondan da yaxşı yemək istəsəydi bir az dəvə südü ilə kifayətlənərdi. Az bir miqdar istisna olmaqla ət yeməzdi (necə ki, «Nəhcül-Bəlağə»nin 45-ci məktubunda Osman ibn Hüneyf Ənsarinin cavabında buyurur: bil ki, sizin imamınız öz dünyasından iki köhnə paltarla, yeməklərdən isə iki tikə çörəklə kifayətlənib. Allaha and olsun ki, sizin dünyanızdan qızıl topla-mamışam, onun qənimətlərindən çoxlu mal yığmamışam və əynimdəki köhnə paltardan başqa digər bir köhnə paltar hazırlamamışam. Əgər istəsəm yolumu bu balın saf və təmizinə, buğda çörəyinin xalisinə və bu ipək paltarın toxunulmuşu istiqamətinə sala bilərəm. Amma Hicazda, yaxud Yəmamədə kiminsə bir tikə çörəyə ümidsiz olması və tox yatdığı vaxtı yadından çıxarması ehtimalı ola-ola nəfsi istəklərin mənə qalib gəlməsi və hərisliyin çoxluğunun məni yemək seçməyə vadar etməsi, məndən necə də uzaqdır!! Həmçinin ətrafımda ac qarın və isti ciyərlər ola-ola tox qarınla yatmaq məndən çox-çox uzaqdır.) Həmçinin buyurardı: qarınlarınızı heyvan qəbristanlığma döndərməyin. Bütün bunlarla yanaşı o hamıdan güclü və qüvvətli idi. Aclıq onun gücünü azaltmır, az yemək onun qüvvəsini zəiflətmirdi. O, Əli əleyhis-salam idi ki, dünyanın talağım vermişdi və Şamdan başqa bütün İslam torpaqlarının mallarının ona göndərilməsinə baxmayaraq, onların hamısını paylayar, öz yerində sərf edər və sonra bu şe’ri oxuyardı:

Bu mənim seçdiyim yol və üsuldur və bu, yol və üsulların ən yaxşısıdır. Çünki hər bir meyvə yığan meyvəni ÖZ ağzma qoyur. (Mənası budur ki, hər bir əməlin nəticəsi onu yerinə yetirənə qayıdır. «Nəhcül-Bəlağə»nin üçüncü xütbəsinin axırında deyir: Bilirsiniz ki, sizin dünyanız mənim üçün dişi keçinin burun suyundan da dəyərsizdir. Digər bir yerdə buyurur: sizin dünyanız mənim gözümdə yabanı şabalıt ağacının acı dənəsindən də dəyərsizdir.» )

Abidlər abidi [ redaktə ]

Əli ibadətdə də camaatın ən abidi idi və namaz, oruc kimi ibadətləri yerinə yetirməyə hamıdan çox çalışardı. Camaat namaz qılmağı, gecə namazı, nafilə namazlar, dua, münacat və zikrlərin necəliyini ondan öyrənib. Hətta «Hərir» gecəsində (Siffeyn müharibəsində döyüşlərin səhərə kimi şiddətli şəkildə davam etdiyi gecədə) belə, diqqəti namazda olan və döyüş meydanında yerə bir parça dəri saldırıb hər tərəfdən – sağdan, soldan, qarşıdan və arxadan keçərək ayağının altına düşən ox yağışı altında namaz qılan və həmin vəziyyətdə heç bir qorxu və vahimə keçirməyən şəxs barəsində nə demək olar?! Səcdənin çoxluğundan alnı dəvənin dizi kimi qabar bağlamış şəxs barəsində nə demək olar?!

Əgər o Həzrətin dua və münacatlarına diqqət yetirilsə, onlarda Allahın əzəmət və cəlal sahibi kimi mədh edilmə¬sinə nəzər salınsa və onlarda Allahın izzət və heybəti müqabilində nə həddə təvazökarlıq, kiçiklik hissi, təslimçilik olmasına baxılsa o Həzrətin ixlasının nə dərəcədə olması, həmin sirlərin hansı qəlbdən nəş’ət etməsi və hansı dilə cari olması məlum olar. İbadətdə son həddə çatmış və məhz bu səbəbdən «səcdə edənlər və abidlərin ağası» adı verilmiş İmam Əli ibn Hüseyn əleyhis-salama deyirlər: babanın ibadəti müqabilində sənin ibadətin nə dərəcədədir? Buyurur: mənim ibadətim onun ibadəti müqabilində onun ibadəti Peyğəmbərin (səllallahu əleyhi və alih) ibadəti müqabilində olan kimidir. İlahi qanunların gözətçisi Əli ilahi qanunların qorunması, ilahi hökmlərin ciddi tutulması və onlardan kənara çıxanların cəzalandırılması məsələsində də misilsizdir. (O, «Nəhcül-Bəlağə»nin 215-ci xüt-bəsində ilahi hökmlərin qorunması və onlardan kənara çıxmamaq barəsində buyurur: Allaha and olsun, əgər yeddi iqlimi onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizilk edim, etmərəm.») Allah yolunda çox möhkəm idi və Allahdan başqa heç nəyi nəzərə almırdı. Belə ki, əmisi oğluna verdiyi hakimiyyətdə heç nəyi nəzərə almadı. Həmçinin qardaşı Əqilin ondan olan istəyini və beytül-maldan artıq mal istəməsini nəzərə almadı. (Onun allahlığına etiqad bəsləyən) bir dəstənin cəzalandırılması barədə göstəriş verdi. Əlinin haqq çərçivəsi və Allahın hökmlərinin icrası yolunda müqavimət göstərməsi, möhkəm dayanması və barışmazlığını sübut etmək üçün onun xilafəti zamanında Cəməl, Siffeyn və Nəhrəvan mühari¬bələrində baş vermiş hadisə və səhnələrə diqqət etmək kifayətdir ki, dünyada heç bir siyasətçinin onun və səha¬bələrinin qəhrəmanlıq və şücaətinə malik olmaması və onun və səhabələrinin gördüklərini görə bilməməsi qənaətinə gələk.

Saydıqlarımız bəyənilən bəşəri sifətlər, xislətlər və məziyyətlərdir və beləliklə, aydın oldu ki, Əli əleyhis-salam onların hamısında rəftar və davranışına tabe olunmalı imam və arxasınca gedilməli başçıdır.

İmam və bütün dünyanın könül alanı [ redaktə ]

İbn Əbil Hədid Mö’təzili sonra İmam Əli əleyhis- salama qarşı vurğunluq və sevgisini bildirərək belə deyir: Mən Zİmmə əhlinin (kitab əhli olan yəhudi və xristianların) Peyğəmbərin (səllallahu əleyhi və alih) nübüvvətini inkar etmələrinə baxmayaraq, sevdikləri, filosofların şəriət əhli ilə qalmaqalda olmalarına baxmayaraq, təzim etdikləri, Rum şahlarının qılıncı çiynindən asaraq döyüşmək üçün ətəyini çırmalamış halda şəklini kilsə və ibadətgahlarmda həkk etdirdikləri və Türk və Deyləm padşahlarının şəklini qılınclarına oydurduqları şəxs barəsində nə deyim? Əzududdövlə ibn Buyə, Ruknuddövlə və həmçinin Alp Arslanın və onun oğlu Məlikşahm qılınclarında Əlinin şəkli işlənmişdi. Sanki onlar o Həzrətin şəklini zəfər və qələbə üçün yaxşı fal kimi özləri ilə gəzdirirdilər.

Mən hamının sevdiyi və özünü ona nisbət verməklə öz yaxşılıq və gözəlliyini daha da artırmağa çalışdığı şəxs barəsində nə deyim? Hətta bütün mərdlik və igidlik sahibləri özlərini ona nisbət verirlər. Bu barədə bir kitab yazılıb və onda dəlillərlə sübut olunub ki, mərdlik və igidlik Əlidən başlayıb və igidlik kamalı ona məxsusdur. Ona mərd və igidlərin başçısı ləqəbi veriblər. Həmin şəxslər öz yollarını Ühüd müharibəsi günü eşidilmiş və səma carçısının qeybdən fəryad qopardığı «Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur» şüarı əsasında möhkəmləndiriblər.

Mən atası Bəthanm ağası, Qüreyşin şeyxi və Məkkənin böyüyü olmuş şəxs barəsində nə deyim? Deyirlər ki, yoxsul bir şəxsin başçı və ağa olması çox nadir hadisədir. Əbu Talib yoxsul olmasına baxmayaraq, ağa və başçı oldu və Qüreyş onu «şeyx» adlandırırdı. Əfıf Kendinin nəql etdiyi hədisdə deyilir ki, Həzrət Peyğəmbərin (səllallahu əleyhi və alih) dəvətinin əvvəlində onu bir gənc və bir qadın ilə birlikdə namaz qılan görüb. Kendi deyir ki, Abbasdan soruşdum: bu nə məsələdir? Abbas dedi: Bu kişi mənim qardaşım oğludur və camaat üçün Allahın peyğəmbəri olmasını güman edir. Qardaşım oğlu olan bu gəncdən və peyğəmbərlik iddiası edənin arvadı olan bu qadından başqa heç kəs bu əqidəsində ona tabe olmur. Əfıf deyir: Abbasa dedim: Bu barədə sizin nəzəriniz nədir? Dedi: Şeyxin nə deməsini gözləyirik. Onun şeyxdən məqsədi Əbu Talib idi. Əbu Talib uşaqlıqdan Pey-ğəmbəri öz himayəsinə götürmüşdü və böyüyəndən sonra da onu himayə edir, Qüreyş müşriklərinin şərindən qoruyurdu. Əbu Talib Peyğəmbərə görə çoxlu məzəmmət və əzab-əziyyətə qatlaşmalı olub və o Həzrətə yardım göstərməkdə çoxlu səbr edərək müqavimət göstərib. Rəvayətdə deyilir ki, Əbu Talibin ölümündən sonra Peyğəmbərə vəhy olundu ki, sənin köməkçi və yardımçın dünyadan köçdüyü üçün Məkkədən xaric ol.

Əli əleyhis-salam belə bir atası olmaq şərafətinə malik olmaqdan əlavə, ona əmisi oğlu Məhəmmədin (səllallahu əleyhi və alih) bütün keçmiş və gələcək nəsillərin başçısı olması və Cə’fər Təyyar kimi qardaşının olması şərəfi də nəsib olub. O Cə’fər ki, Peyğəmbər ona buyurub: Ey Cə’fər, sən əxlaq və xasiyyət baxımından mənə oxşayırsan. Cə’fər Peyğəmbərin bu sözündən çox sevindi və güldü. Əlinin həyat yoldaşı hər iki dünya qadınlarının xanımı, iki oğlu Həsənlə Hüseyn əleyhimus-salam Cənnət cavanlarının başçılarıdır. Onun ata və ana tərəfdən olan bütün baba və əcdadları Peyğəmbərin babalarıdır. O, Peyğəmbərin əti və qanı ilə yoğrulub. Allah Adəmi yaradan zamandan onlar bir-birlərindən ayrı olmayıblar və nəhayət, Əbdülmüttəlibdən iki qardaşa yəni Abdullah ilə Əbu Talibə keçiblər. Abdullah ilə Əbu Talibin anaları da birdir və o iki qardaşdan bəşəriyyətin iki rəhbər və başçısı yaranıb-biri birinci və digəri ikinci, biri qorxudan və digəri hidayət edən və yol göstərən.

Hidayət tapmaqda bütün insanlardan qabağa düşmüş və hamının daşa ibadət edərək Allahı inkar etdiyi bir zamanda tək olan Allaha iman gətirərək ibadət etmiş şəxs barəsində nə deyim? Tovhid və təkallahlılığa imanda bütün xeyirlərdə hamını ötmüş şəxsdən – Allahın elçisi Məhəmməd Mustafadan (səllallahu əleyhi və alih) başqa heç kəs onu ötmədi və ondan qabağa düşmədi.

Hədis əhlinin əqidəsinə görə Əli Peyğəmbərə (səlləllahu əleyhi və alih) ilk tabe olmuş şəxs olub. Əlinin özü bu barədə belə buyurmuşdur: Mən böyük doğruçu və ilk ayıranam. Hamıdan qabaq İslama üz tutdum və müsəlman oldum və onların hamısından qabaq namaz qıldım.

İbn Əbil Hədid Mö’təzili Əli əleyhis-salam barəsində bu şövqlü mətləbləri bəyan etdikdən sonra deyir:

Bu, Əli əleyhis-salamm fəzilətlərinin çox az bir hissəsi idi ki, mən qısa və az da olsa onları deməyi özümə lazım və vacib bildim. Əslində isə Əli əleyhis-salamm fəzilətlərini bəyan etmək üçün böyük kitablar yazmağa ehtiyac vardır.

Bu böyük İslam alimi və mövla Əli əleyhis-salamm kəlamının şərhçisi öz şərhinin altıncı cildində 376-cı səhifədə o Həzrətin 86-cı xütbədəki «Peyğəmbərin əhli-beytini Qur’anı qoyduğunuz ən yaxşı yerlərə endirin, yerləşdirin» kəlamının şərhində deyir:

Əlinin bu kəlamında böyük bir sirr vardır. Həmin sirr budur ki, o, müsəlmanlara Peyğəmbərin əhli-beytini əzəmət və ehtiram baxımından Qur’an kimi bilmələri və onlara tabe olmağı Qur’ana tebe olmaq kimi dəyərləndirmələri göstərişini verir.

İbn Əbil Hədid daha sonra deyir:

Əgər irad tutub desəniz ki, «bu mətləb peyğəmbərin əhli-beytinin də Qur’an kimi səhv və xətadan mə’sum və uzaq olmasına dəlalət edir və belədirsə, əhli-sünnədən olan mö’təzilə alimlərinin bu barədə nəzəri nədir?» cavab verərəm ki: (böyük mö’təzilə alimlərindən olmuş) Əbu Məhəmməd ibn Məttəvih rəhiməhullah «Ə1-Kifayə» kitabında tam aşkar şəkildə Əlinin mə’sum olması məsələsini açıqlayır. Hərçənd ki, (həmin alimin fikrincə) imamət üçün mə’sumluq şərt deyil. Lakin müxtəlif hədis və rəvayətlər Əlinin mə’sum olmasına dəlalət edir. Biz dəlillər əsasında bu mətləbin gizlin və aşkar cəhətləri barəsində tam yəqinliyə malikik. Bu mə’sumluq elə bir şeydir ki, Peyğəmbərin səhabələri arasında yalnız Əliyə məxsusdur və başqaları ondan məhrumdurlar.

Hər halda Əli əleyhis-salamın fəzilətləri və ilahi məqamı barəsində danışmaq çox çətin, bəlkə də qeyri- mümkündür. Müxtəlif əsrlərdə müxtəlif din və məzhəblərdə olan müxtəlif sahələrin alimlərinin onun barəsində dedikləri də onların şəxsi çıxarışlarıdır ki, hər biri özünün dərki və məlumatlarının çərçivəsi miqdarında bəyan ediblər. Yoxsa məgər okeanı üskük ilə ölçmək olar?! Buna görə də o Həzrətin fəzilət və üstünlüklərinin bəyanı barəsində bu qədər ilə kifayətlənirik və bu barədə, xüsusilə o Həzrətin ədaləti barəsində araşdırma aparmağı oxucuların öz ixtiyarına buraxırıq. Əli əleyhis-salam həqiqətən də canlı ədalət simvolu olub və bəşər tarixi üçün ədalətin gerçək mənasına çevrilib. Böyük xristian alimi Corc Cordaq doğrudan da gözəl deyib: «Əli ibadət mehrabında ədalətinin çoxluğu səbəbindən öldürüldü.»

Əli əleyhis-salamın kəlamı [ redaktə ]

Kəlam elmində deyildiyi kimi peyğəmbərlərin vücudlarının nişanələri nübüvvət və risaləti isbat edən dəlillərdən biridir. Nübüvvət və peyğəmbərlik iddiasında olan şəxsin danışıq, davranış, rəftar və digər cəhətləri onun peyğəmbərliyini isbat edən ən böyük dəlildir. Bu məsələ eyni ilə imamət barəsində də mövcuddur. İmam və peyğəmbərin canişini danışıq, davranış, elm, əxlaq və vücudunun bütün digər cəhətlərində peyğəmbər kimi olmalıdır. Əmirəl-möminin Əli əleyhis-salamın kəlam və sözləri o Həzrətin imam və peyğəmbərin canişini olmasına qəti və tutarlı dəlildir. Çünki onun kəlamları onları deyənin hədsiz əzəmət və böyüklüyünü göstərir ki, heç bir mütəfəkkirin düşüncələrinin onun möhkəm və uca zirvə lərinə qalxmaq qüdrəti yoxdur. O, ilahi elm və maarif sellərinin töküldüyü uca bir qüllədir. Bu söz və məsəl bütün İslam alimləri və tədqiqatçıları arasında məşhur və hamı tərəfindən qəbul olunandır ki:

Yəni: Əlinin kəlamı sözlərin ən üstünüdür və Mürtəzanın dedikləri bəyəniləndir.

O Həzrətin sözlərinə vurğunluq onun öz zamanından başlanıb və hətta düşmənləri, bu məsələni etiraf ediblər. Müaviyə ibn Əbu Süfyan dəfələrlə belə deyib ki: “And olsun Allaha ki, fəsahəti Qüreyşə Əlidən başqası gətirməyib, gözəlləşdirməyib və uca zirvəyə çatdırmayıb.» Halbuki məlum olduğu kimi Qüreyş ərəbin ən fəsahətli qəbilələrindəndir və həm keçmişdə və həm də indi bu qəbilədən çoxlu xətib və şairlər çıxıb.

Əli əleyhis-salamın həyatından sonra da bu heyranlıq davam edib və İslamın ilkin əsrlərindən xətiblər, yazıçılar və şairlər o Həzrəti xütbə söyləmək və natiqlikdə özlərinə örnək və nümunə seçiblər, onun kəlamının heyranediciliyi və gözəlliyini açıqlayıblar.

Öz zəmanəsinin ən məşhur və böyük yazıçı və natiqlərindən olmuş, 132 h.q. ilində öldürülmüş, son Mərvani xəlifəsi Mərvan ibn Məhəmmədin katibi olmuş və barəsində «yazı yazmaq sənəti Əbdülhəmid ilə başladı» deyilən Əbdülhəmid ibn Yəhya Amiri deyir: Əlinin xütbələrindən yetmişini əzbərlədim və həmin xütbələr mənim zehnimdə dayanmadan qaynayırdı.

Cahiz ləqəbi ilə tanınan, 255 h.q. ilində vəfat etmiş, ərəb ədəbiyyatının atası sayılan və Məs’udinin keçmiş yazıçıların ən fəsahətlisi adlandırdığı Əbu Osman Əmr ibn Bəhr İmam Əli əleyhis-salamın «Hər bir insanın qiyməti onun sevdiyi şey miqdarındadır» kəlamını nəql etdikdən sonra belə yazır: Əgər Əlinin kəlamlarından əlimizdə bundan başqa heç nə olmasaydı, təkcə o, dərdimizə çarə üçün bəs edər və ehtiyaclarımızı ödəyərdi. Bu kəlam həddindən artıq gözəl, yetərli və kamilliyin son zirvəsindədir. Çünki ən gözəl söz azı səni çox təmin edən və mənası yetərli olandır.

Ərəbin məşhur yazıçı və xətiblərindən olmuş, Hələbdə Seyfüddövlənin vaxtında xütbə oxumaq məqamına malik olmuş və 374 h.q. ilində vəfat etmiş İbn Nəbatə Əbdür-rəhim ibn Məhəmməd ibn İsmayıl deyir: Əlinin xütbələrindən elə bir xəzinə əzbərlədim ki, ondan hər nə qədər xərcləyir və işlədirəmsə fəsahət və bəlağətimin artmasına səbəb olur. Mən Əli ibn Əbu Talibin moizə və öyüd-nəsihətlərindən yüz xütbə əzbərləmişəm.

Nəhayət, dediyimiz kimi, İslam alimləri arasında Nəhcül-Bəlağə»nin ən böyük şərhçilərindən olmuş və 656 h.q ilində vəfat etmiş İbn Əbil Hədid Mö’təzili bu Kitabın 216-cı xütbəsini şərh edərkən İmam Əli əleyhis-salamın kəlamlarının gözəlliyi və fövqəladə təsiri barəsində bəzi mətləblər bəyan etdikdən sonra deyir:

Həqiqətən mən bu şəxsə təəccüb edirəm ki, müharibədə şir kimi cəsarətlə xütbə oxuyur. Elə həmin vaxt əgər moizə etmək istəsə elə moizə edir ki, elə bil tam guşənişinlikdə olub və heç vaxt ət (isti yemək) yeməyən və qan tökməyən rahib və zahidlərdəndir. O Həzrət bəzən ərəbin məşhur qəhrəman və cəsurları kimidir, bəzən böyük yunan filosof və alimi Sokrat kimi və bəzən də Bəni İsrail abidləri Yuhənna və Məsih ibn Məryəm kimi, ilahi şəxsiyyətlər kimi!

Bütün ümmətlərin and içdiyi Allaha and içirəm ki, mən əlli il bundan əvvəldən indiyə kimi bu xütbəni min dəfədən çox oxumuşam və onu nə vaxt oxumuşamsa hər dəfə canımda vahimə və moizə qəbul etmək hissi yaranıb, qəlbimə qorxu və bədənimə titrəmə salıb. Ona nə vaxt baxmışamsa qohum, yaxın və dostlardan dünyasını dəyişənləri yadıma salmışam və belə zənn etmişəm ki, Əlinin bu xütbədə halını vəsf etdiyi şəxs mən özüməm. Bu barədə çox xətiblər, moizə edənlər və fəsahət sahibləri sözlər deyiblər, çoxlarının sözlərini dəfələrlə eşitmiş və oxumuşam. Onların heç birinin mənə bu cür təsir etməsini görməmişəm.

Bu mövzuda son söz İslam alimlərinin bu sözüdür ki: «Əlinin kəlamı insan kəlamından üstün, Allah kəlamından aşağıdır.»

«Nəhcül-Bəlağə» nədir? [ redaktə ]

«Nəhc» yol və üslub, «bəlağə» isə sözü çatdırmaq mənasındadır. Ədəbiyyat terminolagiyasmda «bəlağət fəsahətli sözün şəraitə uyğun olması» deməkdir. Yəni «dinləyicinin və ya oxucunun vəziyyətini onun idrak və məlumatının səviyyəsi baxımından nəzərə almaq və həmçinin söz və ya yazının dinləyici və ya oxucuya istənilən təsiri göstərməsi üçün zaman, məkan və digər xüsusiyyətlərə riayət etməkdir.»

«Nəhcül-Bəlağə» imam Əmirəl-möminin Əli əleyhis- salamm xütbə, moizə, məktub, hikmətli kəlamlar və öyüd-nəsihətləri toplusuna onları toplamış böyük İslam alimi Seyyid Rəzi tərəfindən verilmiş addır. Bundan əvvəl dediyimiz müqəddimədən məlum olduğu kimi «Nəhcül-Bəlağə»nin içindəkilər Əli əleyhis-salamm kəlam və sözləridir ki, sözlərin ən üstünüdür və Qur’ani- Kərim və Həzrət Peyğəmbərin (səllallahu əleyhi və alih) kəlamından sonra müqəddəs İslam dini maarifi və əqidəsinin ikinci mənbə və sənədidir.

«Nəhcül-Bəlağə» İslam mədəniyyətinin ensiklopediyasıdır ki, onda Allahı tanımaq, mələklər aləmi, dünyanın yaradılışı, insanın təbiəti, ümmətlərin sərgüzəştləri, saleh və ya zalım hökumətlər, dünyanın mahiyyəti, dünya- tələblik, dünyatələbliyin aqibəti, Allah övliyalarının mənəvi hərəkət yolu, yaxşı əməl sahiblərinin davranış üsulu, zahidlik, iman və yüzlərlə digər mövzular barəsində söhbətlər edilib. Daha mühümü isə budur ki, həmin mövzular haqq, həqiqət, yəqinlik və inamın son həddinin dayaq nöqtəsi olan bir kəsin dilindən bəyan edilir. Buna görə də onun bəyan, nəzər və düşüncəsi həqiqət axtarışında olan sərgərdan şəxs üçün arxalanmalı yerdir. Amma əsas nöqtə budur ki, İmam əleyhis-salamm bütün bu sözlərdən məqsədi təbiətşünaslıq, zoologiya elmlərini tədris etmək və ya fəlsəfi, tarixi və digər məsələləri başa salmaq deyil. Əli əleyhis-salamm kəlamları bu cür məsələləri irəli sürməkdə Qur’ani-Kərim kimidir ki, dinləyicinin gözü önündə hiss olunan və ya ağıl ilə dərk edilən şeylərdən bir nümunə qoyur və sonra yavaş-yavaş onu çatmalı olduğu mənzil başına, yəni Allah dərgahına və tək olan Rəbbin hüzuruna aparır.

«Nəhcül-Bəlağə»nin mövzusu barəsində məsələnin qısa şəkildə bəyan edilməsi üçün bu müqəddəs kitabın müasir şərhçilərindən olan böyük əhli-sünnə alimlərindən biri, Misirin keçmiş müftisi Şeyx Məhəmməd Əbduhun sözlərinin bir hisəssini nəql etməklə kifayətlənirik. Şeyx öz müqəddiməsində deyir: Mən «Nəhcül-Bəlağə»ni oxuyanda, bir ibarədən digər bir ibarəyə keçəndə düşüncə cövlangahı və bəsirət baxışının dəyişməsini görürdüm. Bəzən özümü nurani və heyrətləndirici kəlmələrə bükülmüş halda pak ruhların ziyarətinə gələn və çirkinliklərdən təmizlənmiş qəlblərdə yurd salan çox yüksək mənalar aləmində görürdüm. Cümlə və ibarələr bəzən də belə olurdu ki, sanki qaşqabaqlı üzlər, bir-birinə qıcanmış dişlər və hücum etməyə hazırlanmış qəzəbli qartalllarla üz-üzəyəm. Bəzən də öz cismani qəlibi ilə heç bir oxşarlığı olmayan nurani bir ağılı görürdüm ki, ilahi karvandan ayrılaraq insan ruhuna qoşulub və onu çirkinlik və vəsvəsələrdən təmizlədikdən sonra ona təbiət aləmindən gözəllik verib və daha sonra onu özü ilə uca mələklər aləminə aparıb, ilahi nurun saçdığı məkana kimi çatdırıb və Rəbbin müqəddəs dərgahında məskunlaşdırıb. Bəzən də ümmətin valilərinə xitab edərək uca səslə onlara təlim verən, doğru və səhv yolu onlara göstərən, ölkə idarəçiliyinin incəliklərini onlara öyrədən və azğınlıq uçurumuna gedib çıxan yol ilə getməkdən çəkindirən bir xətib görürdüm.»

Seyyid Rəzi kimdir? [ redaktə ]

Seyyid Rəzi və ya Şərif Rəzi ləqəbi ilə tanınan Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd alim, fəzilət sahibi və şair şəxslərdən, İraq Seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən olub. O on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Qur’anı əzbərləyib. O çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. O, bütün elm və yaxşılıqlardan paya malik olub. Seyyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərindən olmuş Şeyx Müfıdin tərbiyəsi altında olublar. Şeyx Müfıdin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nö’man bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidində oturub və birdən Həzrət Peyğəmbərin (səllallahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: ey Şeyx, bunlara fiqh öyrət! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyyid Rəzi ilə Mürtəzanm anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: Ey Şeyx bu iki oğlumu sənin yanma gətirmişəm ki, onlara fiqh öyrədəsən. Şeyx ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır. Bundan sonra Şeyx Müfid həmin iki uşağın tərbiyəsini öhdəsinə götürür.

Seyyid Rəzi 359 h.q. ilində Bağdadda dünyaya gəlib və 404 və ya 406 h.q. ilinin məhərrəm ayının altısı, bazar günü səhər tezdən dünyadan köçüb. Onun məzarı Bağdadın Kərx mələlləsində yerləşir və hamı tərəfindən ziyarət edilir. Seyyid Rəzinin «Nəhcül-Bəlağə»dən başqa əldə on üç kitabı var ki, «Təlxisul bəyan ən məcazatil-Qur’an» da onlardan biridir.

Əlinizdə olan tərcümə haqqında [ redaktə ]

Bir tərəfdən «Nəhcül-Bəlağə»nin müqəddəs İslam dini maarifinin ən mühüm mənbələrindən biri kimi əhəmiyyətli olması, digər tərəfdən Azərbaycan Respublikası əhalisinin – İslamın Ərəb yarımadasından yayılmasının ilkin çağlarından bu pak dinə iman gətirmiş, xüsusilə etiqad və imanı Əmirəl-möminin Əli əleyhis-salam və o Həzrətin əhli-beyti əleyhimus-salamm məhəbbəti ilə . ğrulmuş millətin xalis və həqiqi İslam təliminə bağlılıq və şövqü, İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin Dini Şöbəsini bu fikrə saldı ki, müsəlman Azərbaycan xalqına mədəni və dini xidmət göstərmək istiqamətində məsuliyyət hissi ilə «Nəhcül-Bəlağə»nin Azərbaycan dilinə tərcüməsinə başlasın. Xüsusilə, İran və kzərbaycan xalqları arasında olan dil mədəniyyət, tarix və din kimi çoxsaylı müştərək cəhətlər bu məsuliyyəti bir daha da artırırdı. Məlumdur ki, digər elmi və mədəni işlər kimi bu işin də bir sıra çətinlikləri var idi. Amma çətinlikləri, başqa sözlə desək işin zəriflik və incəliyini daha da artıran bir ‘ira digər nöqtələr də var idi ki, bunlar aşağıdakılardan ibarətdir:

1- «Nəhcül-Bəlağə» kitabının əhəmiyyət və müqəddəsliyi və onun yüksək məqamlı sahibi İmam Əli əleyhis-salama ehtirama riayət etmək məsələyə daha çox diqqət yetirilməsini tələb edirdi.
2- Tərcümə özü özlüyündə çox incə, dəqiqlik tələb edən və çətin bir iş olduğu üçün gərək tərcüməçi tərcümə etdiyi və tərcümə edilən dillərin hər ikisini mükəmməl bilsin ki, məna və məqsədi tərcümə edilən dildən tərcümə olunan dilə ötürə bilsin. Bu məsələ «Allah kəlamından aşağı, insan kəlamından isə yuxarı olan bir kəlam»ın tərcümə edilməsində həddən artıq incəlik tələb edir.
3- «Nəhcül-Bəlağə» hərtərəfli ədəbi bir kitabdır və hər bir ədəbi kitabın təşbih, məcaz, kinayə, təmsil, misal, mütənasiblik, qafiyə və sair kimi malik olmalı olduğu bütün zəriflik və incəliklər bu əsərdə çox yüksək səviyyədə mövcuddur. Buna görə də məlumdur ki, zəriflik və incəlik dəryasına baş vurmaq və onun dürr və mirvari mənalarını əldə etmək, qavramaq hər dalğıcın işi deyil. Bu sonsuz dəryanın üzgüçüsü gərək daha çox ustalıq və məharətə malik olsun və ədibcəsinə deyilmiş kəlamın bütün incəliklərini dərindən bilsin.
4- «Nəhcül-Bəlağə» elə bir kitabdır ki, onda bir çox müxtəlif elmlərin əsaslarından və şöbələrindən bəhs olunur. Onda irfan, fəlsəfə, kəlam, əxlaq, ictimaiyyət, siyasət, idarəetmə, iqtisadiyyat, fiqh, təfsir, tarix, təbiətşünaslıq və digər elmlərin bir çox ali və dəqiq məsələlərinin irəli sürülməsi onu tərcümə edən şəxsin həmin elmlərin dəqiqlik və incəliklərindən xəbərdar olmasını tələb edir.
5- İmam əleyhis-salam öz kəlamlarını müxtəlif zaman-larda müxtəlif adamlara – bəzilərini öz zəmanəsində yaşayanlara, bəzilərini isə gələcək nəsillərə xitab olaraq buyurmuşdur və buna görə də «Nəhcül-Bəlağə»nin tərcü-məsində diqqət edilməsi lazım olan mühüm məsələlərdən biri xitab olunanların kimliyinə bələd olmaq, başqa sözlə desək, imamın kəlamının buyurulma səbəbini bilməkdir.
6- İmam əleyhis-salam öz kəlamlarında bir çox şəxs və məkanların adlarını çəkib və çoxlu atalar sözlərindən istifadə edib ki, onların hər biri bu kitabın oxucusu üçün aydın olmalı və onlar barəsində lazımı izahlar verilməlidir.
7- İmam əleyhis-salamın kəlamları içərisində Qur’an ayələri kimi möhkəm (mənası tam aydın olan) və mütəşabih
(mənası hamıya məlum olmayan), qeydsiz-şərtsiz və asılı, ümumi və xüsusi kəlamlar vardır. Buna görə də onların hər birini digərindən seçmək üçün tərcüməçidən xüsusi məharət tələb olunur.

Bu məsələlər və söhbətin uzanmaması üçün deyil- məsinə lüzum görmədiyimiz digər cəhətlərə görə belə qərara gəldik ki, «Nəhcül-Bəlağə»nin Azərbaycan dilinə tərcüməsi üçün vasitə rolunu oynayan bir dildən istifadə edək. Xüsusilə ona görə ki, indiyədək «Nəhcül-Bəla- ğə»nin Azərbaycan dilinə kamil tərcüməsi yox idi. Məlumdur ki, mövcud çoxlu və əvəzolunmaz qarşılıqlı əlaqələr səbəbindən fars dili bu işdə Azərbaycan türkcəsi üçün ən yaxın vasitə ola bilərdi. Çünki əsrlər boyu bu diyarın alim, şair və digər böyük şəxsiyyətləri ondan tam istifadə ediblər, həm Azərbaycan, həm də fars dilində kitablar yazıblar və özlərinin şerlərini və ədəbiyyat və mədəniyyətə dair digər əsərlərini yadigar qoyublar.

Lazımı araşdırmalardan sonra belə nəticəyə gəldik ki, 1406 h.q. ilində vəfat etmiş mərhum ayətullah Seyyid Əliyyənnəqi Feyzul-İslamın «Nəhcül-Bəlağə» tərcüməsi və şərhi müasir ehtiyacları təmin edən bir əsərdir. O, son əsrin məşhur İslam alimlərindən və İslamın müxtəlif elm sahələrinə tam bələd olan bir şəxs olub. Alim öz mübarək ömrünün on ildən çoxunu «Nəhcül-Bəlağə»nin şərh və tərcümələrinə, eləcə də onun barəsində yazılmış kitabların mütaliəsinə sərf edib və sonda «Nəhcül-Bəlağə»ni tam aydın və gözəl şəkildə qısa, amma eyni zamanda çox faydalı, yetərli, tutarlı və mötəbər şərhlərlə altı cilddə [4] tərcümə və şərh edib.

Bu tərcümə və şərh izahlı şəkildədir. Belə ki, izahına ehtiyac hiss olunan kəlmə və cümlələrin qarşısında mötərizədə və ya haşiyədə ölçüsü hədisin yazıldığı şriftlərin ölçüsündən fərqli şriftlərlə lazımı izahat və məlumatlar verilib. Feyzul-İslam bu işin öhdəsindən doğrudan da çox məharətlə gəlib. Onun bu tərcümə və şərhi həmişə geniş diqqət mərkəzində olub və az bir zaman ərzində həm alimlər, həm də geniş oxucu kütləsi arasında böyük nüfuz qazanmışdır. Dini mədrəsə və universitetlərdə ensiklopedik kitablardan birinə çevrilən bu əsər indiyə kimi milyonlarla tirajla çap olunaraq müsəlmanların ixtiyarına verilmişdir. Bu tərcümə və şərhin mühüm üstün xüsusiyyətlərindən biri ondadır ki, tərcüməçinin bütün İslam fırqələrinin mənbələrindən istifadə etməsidir. Çünki mərhum Şeyx Ağa Bozorq Tehraninin öz dəyərli «əz-Zəriə ila təsanifış-şiə» kitabında dediklərinə əsasən, indiyə kimi «Nəhcül-Bəlağə»yə müxtəlif fırqə və məzhəb alimləri tərəfindən səksəndən artıq şərh yazılmışdır.

İşin genişliyi və əhəmiyyəti nəzərə alınaraq «Nəhcül- Bəlağə»nin tərcüməsinə iki tərəfdən başlandı. «Nəhcül- Bəlağə»nin əvvəlindən yüz altmışıncı xütbəyə kimi Feyzul-İslamın altı cildlik tərcümə və şərhinin üçüncü cildinin təqribən yarısmə qədər – İslam elm və maarifi ilə gözəl tanışlığı olan çox möhtərəm alim Dürdanə xanım Cəfərli və onun həyat yoldaşı Etibar Quliyev tərəfindən tərcümə edilib. Yerdə qalan cildləri isə İslam elm və maarifi sahəsində ali təhsili olan Ağabala Mehdiyev tərcümə etmişdir. Hər üç mütərcim bu işə böyük səy, diqqət, həssaslıq və incəliklə başladılar və onu uğurla sona çatdırdılar. Eyni zamanda diqqətin kamilliyi və mənanın Azərbaycan dilində tam əksini tapmasını təmin etmək məqsədi ilə tərcümə qrupu Mədəniyyət Mərkəzinin yüksək mütəxəssisi və mahir islam- şünas, yaxşı ədəbiyyatçı, ərəb, fars və Azərbaycan dillə rınin gözəl bilicisi və tərcümə işinin incəliklərinə dərindən bələd olan höccətül-İslam vəl-müslimin Hacı >eyx Adil Mövlayinin rəhbərliyi altında tərcümə olunmuş hissələri əsas mətn ilə məna baxımından tutuşdurublar. Tərcümə tam başa çatdıqdan sonra bir daha kinci dəfə) «Nəhcül-Bəlağə»nin əsas mətni ilə tutuşdurulub və beləliklə, mənanın dəqiqliyinə lazımı diqqət yetirilib. Azərbaycan dili qrammatikasının qaydalarına riayət olunmasını yoxlamaq üçün də ən yaxşı üsul və şəxsdən istifadə olunub. Bu səbəbdən tərcümə olunmuş mətnin redaktəsi üçün Azərbaycan Respublikasının möhtərəm alim və məşhur ədəbiyyatşünası, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Elmi-dini şurasının üzvü, akademik Hacı Bəkir Nəbiyev cənabları dəvət edildi. Çox alicənab şəxsiyyət olan Bəkir müəllim, öz pak təbiətindən doğan ürəyiaçıqlıq və məhəbbətlə bu işi qəbul etdi və dörd ay ərzində tərcümənin redaktəsilə məşğul olaraq onu gözəl şəkildə sona çatdırdı. Düzəlişlər aparıldıqdan sonra bu tərcümənin məna dəqiqliyi və ifadənin gözəlliyi baxımından Azərbaycan dili qrammatikasının qaydaları səviyyəsində olması üçün çox səylər göstərildi. Hərçənd ki, bəzi yerlərdə mənanın qorunması və onun tam çatdırılması üçün ifadələrin gözəlliyinə xələl gələ bilər. Lakin bu, bizim tərcümə zamanı qarşılaşdığımız müəyyən naçarlıqdan irəli gəlir və bu naçarlıq və məhdudiyyət bütün tərcümələrdə mövcuddur.

Budur, bir ildən artıq göstərilən fasiləsiz səy və təlaşdan sonra bu arzu gerçəkləşdi və ümid öz bəhrəsini verdi. İndi biz Əmirəl-möminin Əli ibn Əbu Talib əleyhis- salamın müqəddəs «Nəhcül-Bəlağə» kitabının şirin Azərbaycan dilinə tərcümə və şərhinin şahidiyik və bu çox dəyərli əsəri Azərbaycan Respublikası müsəlmanlarına təqdim edirik.

Mən İran İslam Respublikasının Azərbaycan Res-publikasındakı Mədəniyyət Mərkəzinin sədri kimi, bu qiymətli əsərin hazırlanıb çap edilməsində əməyi olmuş bütün şəxslərə – tərcüməçilərə, redaktora, çap edən nəşriyyatın rəhbərliyinə səmimi təşəkkürlərimi bildirir və bizə belə bir dəyərli xidmət nəsib etdiyi üçün Allah dərgahına həmd və şükr səcdəsi edirəm. Bu, bizim bacarıq və imkanımız daxilində olan bir tərcümədir. Ümidvaram ki, gələcəkdə bundan daha kamil bir tərcümə edilsin. Oxuculardan xahiş edirəm ki, hər hansı bir qüsurla rastlaşsalar (yəqin ki, bunsuz deyil) növbəti çaplarda onların təkrar olunmaması üçün bizə xəbər versinlər. Mövlamız Əmirəl-möminin Əli ibn Əbu Talibdən də acizanə şəkildə bizim elə də böyük olmayan bu işimizi qəbul etməsini və onu qiymətləndirməsini istəyirəm. Çünki «hədiyyə onu bağışlayanın özünə layiq miqdarda olur».

Seyyid Əli Əkbər Ocaqnejad İran İslam Respublikasının
Azərbaycan Respublikasındakı
Mədəniyyət Mərkəzinin sədri

Qeydlər [ redaktə ]

  1. ↑ Bu atalar misalının mənası budur ki, əgər bir şeyi bütövlükdə əldə edə bilmirsənsə, bütövlükdə kənara qoymalısan, yəni məsələn, əgər dənizin suyunu tamamilə çəkmək mümkün deyilsə, bu o demək deyil ki, ondan mümkün olan qədər çəkməyi də tərk etmək lazımdır. (tərc.)
  2. ↑ Suyuti; Camius-Səğir; cild. 1, səh. 58
  3. ↑ «Aul» fiqh elminin mühüm qaydalarından biridir ki, müxtəlif məsələlərin həllində ondan istifadə edilir.
  4. ↑ Qeyd etmək lazımdır ki, Feyzul-lslanıın altı cildə böldüyü bu əsər əlinizdə olan çapda iki cilddə, yəni hər cilddə əsərin orijinalının üç cildinin yerləşdirilməsi şəklində nəşr edilmişdir və əsərin orijinalındakı bölgü üsulunun saxlanılması üçün həmin cildlər burada «hissə» adı altında verilmişdir.

Nəhcül bəlağə əsəri

“Nəhcül-bəlağə” haqqında ümumi məlumatı müxtəsər şəkildə nəzərinizə çatdırırıq.

“Nəhcül-bəlağə”nin lüğət mənası bəlağət yolu, yaxud açıq və gözəl danışmaq yolu deməkdir. Bu kitabın məzmunu isə həzrət Əlinin (ə) söylədiyi xütbə, yazdığı məktub və hikmətli kəlamlarından ibarətdir.

Böyük alim Seyid Rəzi Məhəmməd ibn Əhməd (təvəllüdü h.q. ilə 359, vəfatı 405) hicri qəməri tarixi ilə 400-cü ildə (1000-ci il) həzrət Əlinin (ə) xütbə, kəlam və məktublarını toplayıb adını “Nəhcül-bəlağə” qoymuşdur.

O, bu kitabı Nəhcül-bəlağə adlandırmasının səbəbini belə açıqlayır;
“Yaxşı olar, ki, mən bu kitaba “Nəhcül-bəlağə” adını verim, çünki, bu qiymətli, gövhər kəlamlar, bəlağətin yolunu oxucuların üzünə açır və bu məharəti, hünəri axtaranları özünə yaxınlaşdırır, habelə müəllim, şagird və zahidlərin istək və arzularını yerinə yetirir”.

Seyid Rəzi, bu kəlamları toplayarkən həzrətin bəzi kəlamlarını və hətta gətirdiyi xütbə məktub və kəlamlarında sənəd və mənbələri qeyd etməmişdir. Amma digər alimlərin səyi nəticəsində bu çatışmazlıq aradan götürülmüşdür. O cümlədən Hadi Kaşiful-Ğita “Müstədrəkün-Nəhcül-bəlağə” və Rza Ustadi ”Mədarike-Nəhcül-bəlağə” əsərlərində bu kitabın sənədlərini yazmışlar. Buna misal olaraq, bir nümunəni nəzərinizə çatdırırıq. Nəhcül-bəlağənin 3-cü xütbəsi- “Şiqşiqiyyə” xütbəsini Seyid Rəzi öz kitabında gətirmiş, amma haradan nəql etdiyini qeyd etməmişdir. Necə ki, başqa mənbələrə əsasən, Seyid Rəzidən qabaq yaşayan, Şeyx Səduqun “İləlüş-şəraye” və “Əlcəməl” adlı əsərlərində bu xütbə vardır.

Bunu da qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) mübarək kəlamlarını hələ Seyid Rəzidən öncə həzrətin öz səhabə və silahdaşı olan Zeyn ibn Vəhab (37 h. q. t.-i ilə Süffeyn döyüşündə şəhid olmuşdur) cəmləmişdir. Habelə Əbu Süleyman Zeyd ibn Vəhab (vəfatı h. q. t. ilə 96-cı ildə), İsmayıl ibn Mehran Səkuni (h.q. t. ilə 3, miladi ilə 9-cu əsr), Əbül Qasim Əbdul Əzim Həsəni (təvəllüdü h. q. t.-i ilə 173-cü il, vəfatı 252-ci il,) Həzrət Əlinin (ə) bir çox xütbələrini toplayaraq, hər üçü “Xütəbu-Əmiril-Möminin” adlı kitab yazmışlar.

Nəhcül-bəlağənin məzmun və mətni üç hissədən ibarətdir:

1-ci hissə 241-242 xütbədən ibarətdir. Xütbələr, həzrət Əlinin (ə) müxtəlif hadisə və şəraitilə bağlı etdiyi söhbətlərdən ibarətdir. O cümlədən, birinci xütbə yer, göy, mələklər və Adəmin (ə) xilqəti, 184-cü xütbə “Müttə-qin” yaxud “Həmmam” xütbəsi ilə məşhur olub, mö-minlərin xüsusiyyətlərindən bəhs edir.

2-ci hissə 78-79 Məktubdan ibarətdir. Həzrət Əli (ə) bu məktubları, müxtəlif şəxslərə yazmış və onlara düzgün yolu, əmanətə xəyanət etməməyi və gözəl işləri tövsiyə etmişdir. O cümlədən, Azərbaycanın hakimi Əşəs ibn Qeysə (5-ci mək.), Bəsrənin Hakimi Osman ibn Hüneyfə (4-45-ci mək.), Bəhreyn hakimi Ömər ibn Əbu Sənəməyə (42-ci mək.) və Şamın qanunsuz hakimi Müaviyəyə (6-cı mək.) də məktub yazmışdır.

3-cü hissə 480-489 hikmətamiz sözdən ibarətdir. Burada həzrətin (ə) müxtəlif yerlərdə söylədiyi əxlaqi, elmi, siyasi-ictimai, tarixi, psixoloji və digər hədislər yığılmışdır.

Nəhcül-bəlağə həzrət Əmirəl-möminin Əlinin (ə) qiymətli bir kitabı olaraq, bizi müxtəlif elmlərdən agah edir. Bu kitabda üsulid-din, firuid-din, Quran, sünnə, şəri hökmlər, kainat və məxluqatın sirləri, fəlsəfə, astronomiya, coğrafiya, siyasət, peyğəmbərlər, İslam tarixi, əxlaq, adət və ənənələr və başqa mövzular haqqında danışılır.

Nümunə olaraq bu kitabdan bir neçə cümləni nəzərinizə çatdırırıq:
Həzrət Əli (ə) tarix fəlsəfəsini belə açıqlayır:

Xütbə 182: “Həqiqətən keçmiş tarixlərdə və ötən əsrlərdə yaşayan insanların həyatında böyük bir ibrət vardır. Haradadır Əmaliqə və onların övladları? Hardadır Fironlar və onların sülaləsi?”
Xütbə 192: “İbrət götürün keçmiş zaman-larda yaşayan zülmkar və təkəbbürlü ümmət-lərdən ki, necə Allahın əzabına düçar oldular!”

Məktub 31: Həzrət Əli oğlu İmam Həsənə (ə) belə buyurur: “Oğlum! Doğrudur ki, mən keçmişdəkilər kimi uzun ömür sürməmişəm, amma onların etdiyi əməlləri nəzərdən keçirib, baş verən hadisələr haqqında fikirləşib, onların qoyduğu izləri seyr edib, sanki onlardan biri olmuşam”.

Nəhcül-bəlağə öz gözəllik və ecazkarlığı ilə bütün böyük dahiləri heyran qoymuşdur. Belə ki, bir çox şəxsiyyətlər bu qiymətli əsərə çoxlu şərh və tərcümələr yazmış, müxtəlif dillərə tərcümə etmişlər.

O cümlədən, ilk dəfə Nəhcül-bəlağəyə şərh yazan Seyyid Fəzlullah Ravəndi və onu birinci dəfə fars dilinə tərcümə edən Hüseyn Ərdəbili (h.q. t. ilə 10-cu əsrdə ) olmuşdur.

Nəhcül-bəlağəyə ən böyük şərhi 27 cilddə fars dilində Məhəmmədtəqi Cəfəri (o, yalnız 185 xütbəyə şərh yazmışdır), ərəb dilində isə sünni alimi olan İbn Əbil-Hədid Mötəzili (20 cilddə) yazmışdır. Habelə məsihi alim Corc Cordaq “Rəvayiu Nəhcül-bəlağə” adlı kitabında həzrətin heyrətamiz və qəribə kəlamlarını toplamışdır.
Nəhcül-bəlağənin ən qədim nüsxəsi h. q. t. ilə 421-ci ilə (10 əsr əvvələ) aid olaraq, Qum şəhərində Ayətullah Həsənzadə Amulinin şəxsi kitabxanasında saxlanılır.

Allah bizə öz milli-dini irsimizə sahib çıxmaqda, onu dəqiq öyrənib, düzgün şəkildə yaşatmaqda yardım etsin!

De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (“əl-Ənam”, 162)

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ

Fəsahət və bəlağətdə həqiqətən də bərabəri olmayan, mövzu baxımından İslam dininin əsaslarına, o əsasların vacib saydığı hökmlərə, hökmlərin təşrihi səbəblərinə toxunan, bunları islam Peyğəmbərindən (s.ə.v.v.) əxz etdiyi hududsuz elm qudrətilə açıqlayan, içtimai və iqtisadi məsələlərə, İslam dininin insani göruşunə aydınlaşdırıçı işıqlar tutan «Nəhcul-bəlağə» Əmir-əl-möminin Əli ibni Əbu Talibin (ə) xütbələrinin, sözlərınin, öyudlərinin, vəsiyyətlərinin, məktublarının və hikmətli sözlərinin toplanmasından meydana gəlmişdir. Bunları Şərif Rəzi Məhəmməd ibni Hüseyn toplayıb kitab halına salmış və üç bölumə ayırmışdır. Birinci bölumə xütbələri, ikinci bölumə əsasən məktubları, üçüncu bölumə isə hikmətli sözləri daxil edilmişdir.

Şərif Rəzi adı ilə tanınan Əbulhəsən Məhəmməd ibni Əbu Əhmədil-Hüseyn Əli ibni Əbu Talibin (ə) nəslindən olub, imam Museyi-Kazimin oğlu İbrahimin nəticəsi Əhməd Hüseynin oğludur. Ana tərəfdən də Fatimə vasitəsilə imam Hüseynə (ə) qohumluğu çatır və ata tərəfdən siyadət şərəfinə sahibdir («Ümdətüt-talib fi ənsabi Əli ibn Əbu Talib», Nəcəful-əşrəf, h. 1337, M.1918, səh. 193-200; Məhəmməd Əbduh: «Şərhi-Nəhcül-bəlağə», Beyrut, Muəssisətul-aləmi nəşri, M.Əbduhun ön sözü, səh.6). Şərif Rəzi hicri 359-cu ildə (969-970) anadan olmuş, usul və ədəbiyyatda çox yuksək mövqe qazanmış, 383-cu ildə (993) Bağdadda seyyidlərin hakimiyyət xidmətini öz uzərinə göturmuşdur. «Kitabul-mutəşahib fil-Quran», «Məcazatul-asareyni-nəbəviyyə», «Təlxisul-bəyan ən məcazatil-Quran» «Kitabul-Həsaıs» «Əxbari-quzati-Bağdad» adlı əsərləri, atası haqqında bir kitabı, uç cild risaləsi, Əbu Əddullah Huseyn ibni Əhməd ibni Həccacın (h.391, m.1000-ci ildə vəfat etmişdir) şerlərindən seçmələri və divanı vardır.

Rəzinin ən məşhur əsəri Həzrət Əlinin (ə) xutbə, məktub və sözlərini topladığı «Nəhcul-bəlağə»dir. («Ümdatul-Talib», səh. 196-197). Hicrətin 406-cı ilinin məhərrəm ayının 6-da (aprel, 1015) Bağdadda vəfat etmiş, Kərhdəki evində dəfn edilmişdir (Hacı Şeyx Əbdullahil-Məmakani: «Tənqiyhul-məqal fi əhvalir-rical» Nəcəf, Murtəzaviyyə mətbəəsi, h.1352, III cild, səh.107). Seyyid Rəzi bu xutbə, məktub və hikmətli sözləri toplayarkən bir xeyli qaynağa sahib idi. Əbu Cəfər Məhəmməd ibni Həsən ibni Əli ət-Tusinin (h.460/1067) rəvayətindən aydınlaşır ki, Həzrət Əmirin (ə) oxuduğu xütbələri ilk dəfə kufəli Zeyd ibni Vəhəbul-Cuyheyni qələmə almışdır. O, Əmir-əl-möminin (ə)-ın əshablarından idi. Nəhrivana gedərkən Həzrət Əmir Zeydi də özu ilə göturmuşdu. (Yenə həmin mənbə, I cild, səh. 471-472). Tusi bu kitabı Əbu Mehnəf Lut ibni Yəhyadan, o, Əbu Mənsur Cuheynidən, o da Zeyd ibni Vəhəbdən rəvayət etmişdir. Zeyd isə rəvayət etdiyi xütbələri şəxsən Əmir-əl-möminin əleyhissəlamın özundən eşitmişdir. İbni Hacər Zeyd ibni Vəhəbin, cahiliyyə dövrunu və əsri-səadəti (peyğəmbər zamanı) görduyunu, lakin Həzrət Rəsuli-Əkrəmlə (s.ə.v.v.) göruşmədiyini, Kufədə yaşadığını, hicrətin 96-cı ilində (m.714) vəfat etdiyini göstərir. Zeydin Peyğəmbərin (s.ə.v.v.) besətindən əvvəli görməsi onun yüz ildən artıq yaşadığını göstərir.

Həzrət Əmirin (ə) xütbələrini yazanlardan biri də İbrahim ibni Həkəm ibni Zuheyril-Fəzaridir. Həkəm ibni Zuheyr hicrətin 127-ci ilində (m.741) vəfat edən İsmail ibni Əbdurrəhmanus-Suddəinin təfsirini rəvayət etmişdir. Elə bir təfsir yoxdur ki, onun təfsirindən rəvayət etməsin. Tirmızi də «Səhih» əsərində ondan faydalanmışdır. Həkəm ibni Zuheyr hicrətin 180-cı ilində (m.796) vəfat etmişdir. Oğlu İbrahimin isə Həzrət Əmirin (ə) xütbələrini əhatə edən bir kitabı vardır («Tənqiyh. », I cild, səh. 15).

Xütbələri toplayanlardan biri də İsmail ibni Mehranis-Səkunidir. O, imam Cəfər Sadiqin (H.148, m.765) imam Əliyyur-Rizanın (h.202, m.817) zamanlarında yaşamış, onlarla muşərrəf olmuş, bir sıra kitablar yazmış və Həzrət Əmirin (ə) xütbələrini toplamışdır.

Həzrət Əmirin (ə) əshabından nufuz sahibi kimi tanınan və imam Həsən (ə) zamanında da ömur surmuş Əsbəq ibni Nubatə Həzrətin Malik-ul-Əştəri Misirə vali təyin edərkən ona yazdığı «Əhdnamə»ni və Məhəmməd-ul-Hənəfiyyəyə vəsiyyətlərini rəvayət etmişdir. Malik-ul-Əştərlə göndərilən və misirlilərə xitabən yazılan məktublarını isə Cəməl cihadında Həzrət Əlinin (ə) yanında olan Səsəə ibni Suhan rəvayət etmişdir.

İmam Əlıyyən-Nəqinin (ə) zamanında yaşayan (h.254, m.868) Saleh ibni Əbu Həmmad Əbul-Xeyri Razi də xütbələri ehtiva edən bir kitab tərtib etmişdir.

Bunlardan başqa 238-ci ildə (m.896) vəfat edən və Muxtar ibni Əbu Übeydətus-Səqəfinin əmisı Sədin nəslindən olan İbrahim ibni Muhəmməd ibni Səidi Səqəfi, 330-cu ildən (m.844) sonra vəfat etmiş, iki yuzə qədər kıtabın muəllifi olan Əbduləziz ibni Yəhyail-Cəludiyyil-Bisri, 260-ci ildə (m.873) vəfat edən və atası imam Sadiqin (ə) dövrunu görmuş Hişam ibni Muhəmməd ibni Səid də xütbələri toplayanlardandır. Hişamın tarix və ənsaba dair bir sıra kitabları vardır. İmam Əliyyən-Nəqinin (ə) zamanında yaşayan və «Kitabi-Məhasin» sahibi Əhmədin babası olan Məhəmməd ibni İsa ibni Əbdullah ibni Səidul-Əşərinin, fıqhə dair bir sıra əsərlərın muəllifi Məhəmməd ibni Əhmədil-Cufinin də Həzrət Əmirin (ə) xütbələrindən ibarət kitabları vardır. Bunlardan əlavə şiəliklə əlaqəsi olmayan, məşhur muvərrix Əbulhəsən Əli ibn Muhəmmədi Mədaini də (h.225, m.839) Əmir-əl-möminin Əlinin (ə) xütbələrini və amillərinə yazdığı məktubları bir kitab halında toplamışdır (İbnun-Nədim, «Əl-fehrest», Misir, Rəhmaniyyə mətbəəsi, 1345, səh.149).

Görunduyu kimi, Seyyid Rəzi Həzrət Əlinin (ə) xütbələrini, məktublarını, hikmətli sözlərini toplayarkən dövrundən əvvəlki bir çox qaynaqlarla tanış idi. Şərif Rəzinin qardaşı Ələmul-huda Seyyid Murtəzanın (h.436, m.1044) kitabxanasında səgsən min cild kitab vardı. «Möçuzətul-Buldan» bu kitabxananın dunyada misilsiz olduğunu, kitabların hamısının elmi biliklərlə zənginliyini göstərməkdədir (Misir, 2. 1323, II cild, Bey-nəs-sureyn mətbəəsi, səh. 343). Doğrudan da, Seyyid Rəzinin bu sahədəki xidmətləri əvəzsizdir. Çunki o, «Nəhcul-bəlağə»ni tərtib etməsəydi, bəlkə də bu xütbələrin, məktubların və hikmətli sözlərin çoxu bizə gəlib çatmazdı. «Nəhcul-bəlağə»də rast gəlmədiyimiz bəzi xütbələr də Həzrət Əmirə (ə) aid edilir ki, «Əl-lölö», «Əl-iftixar», «Əl-vəsilə» bunlardandır. İbni Şəhraşub (h.588, m.1192) da öz «Mənaqib» əsərində adını çəkdiyimiz xütbələrdən bəhs açır.

Şubhə yox ki, Həzrət Əlinin (ə) «Nəhcul-bəlağə»yə duşməmiş xutbə və məktubları da vardır. Məlumdur ki, Amidinin «Qurərul-hikəm» indəki qısa və hikmətli sözlərin sayı 11.050-yə çatır. Ancaq «Xütbətül-bəyan» kimi bəzi xütbələrdə quluvvə qaçanların etiqadlarını əks etdirən sözlərin olması, bu xütbələrin Həzrət Əliyə (ə) aidliyinə haqlı şubhələr yaradır (Bax: Bozorgi Tehrani Məhəmməd Möhsin, «Əz-zəriə», VII cild, səh. 187-193).

«Nəhcul-bəlağə»yə çox ətraflı bir şərh yazan və bu baxımdan da dəyərli bir tarixi əsər meydana gətirən İbni Əbilhədid Əbdulhəmid (h.655, m.1275) «Nəhcul-bəlağə»dəki sözlərin Həzrət Əliyə (ə) aidlıyində şübhə olmadığını, çoxunun təvatürlə sabitliyini, uslub eyniliyni qeyd edir.

«Nəhcul-bəlağə»nin Seyyid Rəzi tərəfindən meydana gətirildiyini, yəni ki, bu kitabdakı xütbələrin, sözlərin Seyyid Rəziyə aid olduğu haqqındakı şubhə barəsində nəhv, luğət, şer, təfsir, hədis, fiqh, ənsab, qiraət, hətta hesab, həndəsə və hikmətdə zamanəsinin körkəmli elm sahibı olan İbni Həşşab Əbdullahdan (h. 567, m 1172) soruşularkən, o, demişdi: «Seyyid Rəzi, yaxud bir başqası bu xütbələrə necə sahıb ola bilər? Biz Seyyid Rəzinın risalələrini görmuşuk, mənsur sözlərindəki uslubunu da bilirik». İbni Həşşabın «Xütbeyi-Şikşikiyyə»ni Seyyid Rəzinin anadan olmasından hələ iki yüz ıl əvvəlki kitablarda gördüyünü İbnı Əbılhədid ustadı Müsəddiq ibni Şəbibdən rəvayət edir. («Reyhanətul-ədəb», V cild, səh. 216-218).

Bəziləri heç bir dəlilə əsaslanmadan bu sözlərın sonradan uydurulduğunu, hətta bu qədər xütbələrin əzbərlənib yazılmasına, dörd yuz ilə yaxın bir muddət sonra isə Seyyid Rəziyə çatmasına şübhə ılə yanaşsalar da, onların ərəblərin xususiyyətlərini bilməməsi göz qabağındadır. Ərəb müvərrixlərindən Həccac, Səhban, Vail və b. Cahiliyyə və islam dövrü xətiblərinin sözlərini, Xalid ibni Əbdullah, Mötəsim və Ziyad xəlifə və əmirlərin xütbələrini nəql etmişlər ki, bunlar tarix kitablarında mövcuddur.

Bundan əlavə ərəblər fəsahət və bəlağətə aşiqdir. Fəsahət və bəlağətdə örnək olan şerləri, sözləri əzbərləmək ərəblərdə bir ənənə idi. Hətta hicrətin 132-ci ilində (m.570) son Əməvi xəlifəsi Mərvan tərəfindən öldurulən məşhur Əbdulhəmidi Katibdən bu bəlağəti necə əldə etmisən, – deyə soruşulduqda o, cavab vermişdi ki, başının ön hissəsində saç olmayanın (Həzrət Əlınin) xütbələrindən yetmiş xutbə əzbərlədim və onların köməyi ilə bu bəlağəti əldə etdim. Əbdulhəmid haqqında: «Yazı onunla başlamış, İbnıl-Amidlə tamamlanmışdır», – sözlərı məşhurdur.

«Nəhcul-bəlağə»dəki xütbələrdə «əzəl, əzəliyyət, məlul» kimi dövrundə istifadə olunmayan, daha çox fəlsəfi duşuncədən doğmuş olan sözlərın mövcudluğuna əsaslanıb xütbələrin Həzrəti Əliyə (ə) aid olmadığını söyləyənlər də olmuşdur. Belə ki, «əzəl» sözu «Sihah», «Əsasul-luğa», «Lisanül-ərəb» müəlliflərinin və dıgərlərinin yazdıqları kimi, «ləmyəzəl»dən törəmiş, vaxtilə «ləm»siz, sadəcə olaraq, «əzəl» şəklində işlədilmişdir. Fəlsəfi termınlərə gəldikdə bilmək lazımdır ki, Həzrət Əlinin (ə) elmi xaceyi-kainatdandır (s); Əli onun elm qapısıdır. O isə «Şədidul-quva»dan təəllüm etmişdir (Qurani-Kərim, «Ən-nəcm» surəsi, 5-ci ayə).

Bu baxımdan o, həm tövhidin, həm xilqətin, həm də dunyəvi işlərin dərinliyinə varmış, səbəblərini, nəticələrini təhlil və izah etmiş bir murəbbiyi-aləm, bir xaceyi-külldür. Mövlananın:

Rahi-istidlaliyan çupin bovəd,

Rahi-çupin səxt bitəmkin bovəd.*

dediyi kimi, onun elmi dəlılə yox, yəqinə əsaslanır.

*Dəlillərlə hərəkət edənin yolu taxtadandır. Taxta yol isə çox etibarsızdır.

Onu, onun elmini bilmək uçun yenə Mövlanaya müraciət edək:

Əz Əli amuz ixlasi-əməl,

Şiri-həqra dan münəzzeh əz dəğəl.

Çon to babi an mədini-elmra,

Çon şoayi afitabi-helmra.

Baz baş, ey babi-rəhmət ta əbəd,

Barqahi-ma ləhu küfvən əhəd.

Dər şocaət şiri-Rəbbanisti,

Dər morovvət xod ki danəd kisti?*

*İxlası da, əməli də Əlidən öyrən; Haqqın şirini hiylədən münəzzəh bil. Sən, ya Əli, elm şəhərinin qapısısan: Sən helm günəşinin nurusan. Ey rəhmət qapısı, ey bərabəri olmayan Allah barikahı, bağlanma, əbədi olaraq açıq qal. İgidlikdə Allahın şirisən, ərlikdə isə kimliyini kim bilər?

Bu daxımdan da o filosoflara deyil, filosoflar ona möhtacdır.

«Nəcul-bəlağə»nin bəzi nusxələrində ola bilsin ki, xütbələrdən ixtisar olunanı vardır. Tərtibçilər öz zövqlərinə, ehtiyac və luzuma görə bəzi cumlələri bəlkə də çıxarmışlar. Buna görə də bir kitabın bir neçə nusxəsində bu cur naqislik və artırmalara həmişə rast gəlmək olur. Bu, artıq cumlələrin sonradan əlavə edildiyinə deyil, bəzi sözlərin tərtibçi tərəfindən yazılmadığına dəlalət edir. Bir də əzbərlənən sözlərdə, əzbərləyənlərin mənanı deyil, lakin bəzi kəlmələri dəyişdirməsi, katiblərin bəzi sözləri zamana uyğunlaşdırması və eyni mənanı verən digər sözlərlə əvəz etmələri mümkündür. Hədısləri nəql edənlər belə, «Həzrət Peyğəmbər belə buyurdu, yaxud buna bənzər bir sözlə buyurdu ki,» – deyə rəvayət edirlər. Yalnız Qurani-Məciddə qiraət xüsusiyyətlərı istisna olmaqla belə fərqlər yoxdur və bütün musəlmanlar tam əmindirlər ki, bir sözu, ifadəsi belə dəyişdirilməyən yeganə kitab Qurandır, Allahın kitabıdır.

«Nəhcül-bəlağə»dəki bəzi xütbələrin, vəsiyyətlərin, qısa sözlərin bir qismi ayrıca şərh edilmişdir. Təkcə «Xütbətüş-şikşikiyyə»nin on altı tərcümə və şərhi vardır (Əz-zəriə ilə təsanifiş-şıə, IV cild, Tehran, 1320-1322, səh. 99-100. )

İmam Həsənə (ə) vəsiyyətləri orijinalı ilə və digər iki vəsiyyətlə 1329-cu ildə İstanbulda fars dilində nəşr olunmuşdur. Həmin nəşr «Hədiyyətül-üməm» adı ilə 1381-ci ildə Nəcəfül-əşrəfdə, 1961-ci ildə «Mənşurul-ədəbiye-ilahi və düstürül-əməliye və karqahi», «Kitabul-əxlaqeyn nəfisə fi şərhi xütbətül-vəsiyyə» və «Nazimül-vəsiyyə» adları ilə İranda təkrar nəşr edılmişdir. Bu vəsıyyətin turkcəsindən başqa altı şərhi vardır. Əbu Çəfər Mühəmməd ibini Yəqubi Küleyni də bu vəsiyyəti rəvayət etmişdir.

Həzrətin Malik Əştərə yazdığı Əhdnamə, «Adabul-müluk», «Töhfeyi-Süleymani», «Düsturi-hikmət», «Ünvanur-riyasə, ər-rayi vər-raiyyə», «Şərhül-əhd», «Nəsayihül-müluk», «Nəzmül-əhd», «Hidayətül-hüsam fi əcaibil hidayəti vəl hükkam», «Töhfətul-vəli», «Tərcümətül-əhd», «Şərhi-əhdnamə», «Əsasüs-siyasə fi təsisir-riyasə», «Dirasatün nəhc», «Rümuzül-imarə» kimi adlarla şərh edilmişdir. Onların sayı 20-dən artıqdır.

«Həmmam xutbəsi» kimi tanınan xütbələrin on beş şərhi vardır.

Bunlardan başqa Həzrət Əlinin (ə) hikmətli və qısa sözlərini məşhur Cahiz (h. 225, m. 869) «Miə kəlimə» (yüz söz) adı ilə toplamışdır ki, bu əsəri Səfəviyyə dövru şairlərindən Adil və həmin dövrün adamlarından Məhəmməd ibni Əbu Talibi Astrabadi farscaya çevirmişlər. Adilin əsəri Tehranda 1304-cu ildə nəşr olunmuşdur.

Əbu Əliyyi Təbərsi, yaxud Əliyyibni Seyyid Fəzlullahi Ravəndi (h.573, m.1178) «Yüz kəlmə»ni əlifba sırası ılə otuz fəslə ayırmış və adını da «Nəsrul-Ləali» qoymuşdur. Bu kitab h. 1312-ci ildə nəşr olunmuşdur. Rəşidəddin Məhəmməd ibini Məhəmmədil-Vətvat (h.552, m.1157) «Töhfətus-siddiq», «Fəslül-xitab», Ünsul-ləhfan» adları ilə ilk üc xəlifənin sözlərini topladığı kimi «Mətlubu külli talib» adı ilə Həzrət Əlinin (ə) də yüz sözunu toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir. Bunlardan və Seyyid Rəzinin «Nəhcül-bəlağə» kitabının sonuna daxil etdiyi qısa sözlərdən başqa Həzrətin daha on mənzum, mənsur, ərəbcə və farsca, hətta fransızca qısa və hikmətli sözlərinin şərh və tərcümələri vardır. Həzrət Əlinin (ə) qısa sözlərini, xususilə «Qurərül-hikəm və dürərül-kəlim» adıyla toplayan Nasihuddin Əbdülvahid ibni Məhəmmədi Təmimiyyi Amididir. Hicri 588-ci ildən on gün əvvəl vəfat edən (m.1192) İbni Şəhraşubun rəvayətinə görə, Amidi onun ustadı olmuşdur. Amidi «Qurərul-hikəm»də Əmir-əl-möminin əleyhissəlamın 11.050 sözünü toplamışdır.

Hicri 738-ci ildə (1337) vəfat edən Savcızadə «Nəsrül-ləsali»ni «Budrətül-məali fi tərcümətül-ləali» adı ilə və hər sözu «məfailun, məfailun, fəulun» vəznində farsca bir beytlə tərcumə etmişdir. Supahizadə Əli Qalib farsca beytləri bir-bir turkcəyə tərcumə etmişdir ki, bu kitab Naxçıvanizadə Məhəmmədin yazısı ilə daşbasması olaraq 1315-ci ildə Osmaniyyə mətbəəsində nəşr olunmuşdur. Naxçıvanizadənin Savcızadə olmasını ehtimal edə bilmədik. 953-cü ildə (1546) yazdığı «Təzkirə»sində Əbdullətif Lətifi də (h.990, m.1582) «Nəsrül-ləali»ni «Nəzmül-cəvahir» adı ilə nəzmlə turk dilinə cevirmişdir. 1940-ci ildə Həzrət Əlinin (ə) anadan olmasından şəhadətinə qədərki dövru əhatə edən tərcumeyi-halı ilə birgə 54 xutbə və xitabələrini, imam Həsənə (ə) vəsiyyətini, Malik Əştərə «Əhdnamə»sini, 17 məktubunu, əmr və vəsiyyətlərini, 44 hikmət və nəsihətini, «Divan»ından 48 şeri tərcümə edilmişdir. Ankarada Əmək Basım Yayınevi tərəfindən «İmam Əli buyruğu» adı ilə nəşr olunmuşdur.

İndi də oxuculara təqdim olunan bu əsər haqqında: Qeyd olunduğu kimi, Seyyid Rəzi «Nəhcül-bəlağə»ni iki qismə və üç bölümə ayırmış, ilk bölumə əsasən xütbələrini, ikinci qismin birinci bölumünə məktublarını, ikinci bölumunə ısə hikmətli sözlərini daxil etmişdir. Burada da buna eyni ilə riayət olunub. Ancaq bu bölümlər içində mümkün ola biləcəyi qədər mövzu xüsüsiyyətinə və xronoloji tərtibə riayət gözlənilib. Tərcümədə Şeyx Məhəmməd Əbduhun «Nəhcül-bəlağə» şərhinin son nəşri olan və Beyrutda yayınlanan nəşri əsas götürülüb. Bu nəşr dörd qismə ayrılmışdır. Birinci və ikinci qisimdə xütbələr, muxtəlif hadisələrlə bağlı söylənən sözlər, ücüncü qisimdə məktublar, dördüncü qisimdə isə hikmətli sözlər və nəsihətlər var.

Tərcümə uç qismə ayrılıb. Birinci qisimdə xütbə və xitabələri, ikinci qisimdə məktubları, ücünçü qisimdə isə hikmət və nəsihətləri verilib. Birinci qisim beş bölumə ayrılır: 1-ci bölumdə «Allah, Həzrət Mühəmməd (s.ə.v.v.), iman, İslam və Qurani-Məcid», 2-ci bölümdə «Özü və Əhli-beyt», 3-cü bölümdə «Dünya-axirət», 4-cü bölümdə «İctimai-iqtisadi xütbələri 5-ci bölümdə «İlk üç xəlifə və özünün zamanına aid xütbələr» və tarixlə baqlı olan xütbə və xitabələrini dərc etdik. Bu qisimdəki xütbə və xitabələrin sayı 192-dir.

II qismə məktublarını, əmrnamə və vəsiyyətlərini daxil etdik. Bu qisimdə də xronoloji ardıcıllığı gözlədik və onu dörd bölumə təqsim elədik: 1-ci bölumü Cəməl cihadından əvvəlki və sonrakı dövrlərə aid xütbələrinə, 2-ci bölumu Müaviyəyə göndərdiyi məktublara, 3-cü bölümü cihad zamanı söylədiyi xütbələrə və vəsiyyətlərə, 4-cu bölümü idari məktublarına, əmrnamə və əhdnamələrinə verdik. Buradakı xitabə, məktub, əmrnamə və vəsiyyətlərin ümumi sayı 63-dür.

Üçüncü qisimdə qısa sözləri, hikmət və nəsihətləri yerləşdirilib. Bu qisimdə də mövzuya dair bir təsnif aparmağa çalışdıq. 1-ci bölumə «Din, iman, mömin, müslim, Quran və ibadət», 2-ci bölümə «Həzrət Mühəmməd (s.ə.v.v.) özü və Əhli-beyt», 3-cü bölümə «Dünya-axirət», 4-cü bölümə «Ağıl-elm», 5-ci bölümə müxtəlif mövzulara aıd hikmətlər, 6-ci bölümə tarixlə bağlı sözlər, 7-ci bölumə isə «Həqiqət, ədalət, güzəran, insanlıq və cihad» haqqındakı sözlərini daxil etdik. Bu qismin hər bölümünün sonuna «Nəhcül-bəlağə»də olmayan, lakin «Qürərül-hikəm»də yer almış sözlərindən də qatdıq və 325 söz seçdik. Beləliklə, xütbələr 192, Məktub, əmrnamə və vəsiyyətlər 63, hikmətli sözlər 325 olmaqla, 580-ə çatdı.

Bunu da qeyd edək ki, bu bölgü sözlərdəki üstün xarakterə görədir. Yoxsa məsələn, iman və Qurandan bəhs edilən bir xütbədə dünyadan, axirətdən, dünya və axirətdən bəhs edilən digər bir xütbədə Həzrət Mühəmməddən (s.ə.v.v.), Əhli-beytdən, ictimai-iqtisadi bölumə aid bir xütbədə tarixi bir hadisədən, yaxud İslamdan bəhs edilmişdir. Yəni xütbələrdə, hətta məktublarda və hikmətli sözlərdə olan təsnif, üstün xarakterə görədir. Xütbələrdə, xitabələrdə, məktublarda, əmr və vəsiyyətlərdə, hətta hikmətli sözlərdə bir ayəyə, hədisə, hadisəyə işarə edilmişsə, yaxud birisinə xitabsa, birisindən bəhs varsa, o xütbə və xitabənin, o sözün axırına qoyulmuş nömrələrlə o ayə, o hədis, o hadisənin izahı yazılmış, qaynağı göstərilmişdir ki, bu da olduqca ətraflı bir şərh mahiyyəti daşıyır.

Seyyid Rəzinin topladığı xütbə və xitabələrin sayı 233-ə qədərdir. Bunların bir qismi müxtəlif rəvayətlərdən meydana gəlmişdir. Bir qismi isə Həzrətin dualarını, bir ayəni və ya surəni oxuduqdan sonrakı sözünü, yağmur dualarını, əshabını məkarimi-əxlaqa, ibadət və itaətə təşviqini əhatə edir və çoxu da bir-birini tamamlayır. Bir xütbədə zikr edilənlər başqa bir xutbədə, lakin digər bir tərzdə təkrarlanır. Həzrət Əlinin (ə) xütbələrinin özünü 192 xütbədə bulunduğu üçün onları tərcümə etmək məsləhət oldu.

S. Rəzinin 2-ci bölümündə 76 məktub, vəsiyyət və söz vardır. Bunların bir qismi ayrı rəvayətlərlə gəlmişdir. Bu tərcümədə ikinci qisimdəki son vəsiyyətləri birinci qismə daxil edilmişdir. Bu qisimdə 72 xitabə, məktub, əmrnamə və vəsiyyət var ki, demək olar hamısı yerindədir.

Üçüncü qisimdəki sözlər və vəcizələr isə «Qurərul-hikəm»dən seçilməklə, deyə bilərik ki, mənada təkrar olmamaq baxımından tamdır.

De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (“əl-Ənam”, 162)

Comments are closed, but trackbacks and pingbacks are open.