Fridrix Nitsşe Zərdüşt belə deyirdi
” “Otuz yaşın tamamında Zərdüşt vətənini və vətənin gölünü tərk edib dağlara çəkildi. Düz on il ruhu və tənhalığından həzz alıb bundan usanmadı. Axır ki, qəlbində dönüş oldu – bir sabah şəfəqlə birgə oyandı, üzünü günəşə tutub belə dedi:
Fridrix Nitsşe “Zərdüşt belə deyirdi” PDF
Bu əsər dünya fəlsəfi fikrinin zehinlərdə dərin iz buraxan on kitabından biri sayılır. Dahi mütəfəkkir Fridrix Nitsşenin qədim şərq müdriki Zərdüştün həyatına və düşüncələrinə həsr olunmuş əsəri həyat və qüdrətli zəka qəhrəmanları haqqında ən kədərli epopeyalardan biridir.
Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.
Əsər fövqəlinsan və əbədi təkrarlanma anlayışları üzərində qurulub.
Əsərin dili şeir ilə adi yazı arasındadır. Ümumilikdə şeir xüsusiyyəti üstünlük təşkil edir. Nitsşe bu əsərdə alman dilinə uymayan fərqli bir danışıq tərzi seçmiş, öz tərzini yaratmışdır. Əsərlərindəki dilin qeyri-müəyyənliyi Nitsşenin fikirlərinin yanlış şərhinə gətirib çıxarmış, onun tərəfdarı olmadığı, hətta qarşı çıxdığı fikirlərə yol açmışdır. Buna görə də, Nitsşe özünü vaxtından əvvəl gəlmiş filosof hesab edir, insanların onu 1 əsr sonra anlayacağını demişdir. Bu yazı tərzi onun fəlsəfəsi ilə əlaqədardır. Nitsşe üçün fəlsəfə ilə yaşayış iç-içədir. Nitsşenin filosofu bir fərd olaraq, bir yaradıcı olaraq, dəyişməyən hər dəyərə qarşı bir döyüşçü olaraq bütlərin qarşısındadır.Filosof bu günə qədər dəyişmədən qalan hər şeyi dəyişdirən, doğru olduğuna inanılanların yanlışlığını, yanlış olduğuna inanılanların doğruluğunu göstərən, dəyərlərin yazılı olduğu lövhələri qıran insandır.
Nitsşe “inanmağa” qarşı çıxır. Hətta öz düşüncələrini belə imtahan edən Nitsşeyə görə, inanmaq araşdırmadan qəbul etməkdir.
“Zərdüşt belə deyirdi” əsərində Nitsşe özünə təmsilçi olaraq Zətdüştü seçir. O, bu adı, qədim İran peyğəmbəri olan Zərdüştün şərəfinə seçmişdir. Lakin Nitsşenin Zərdüştü tarixi Zərdüştün tam əksidir. O, peyğəmbər kimi dini yaymır, əskinə, ona qarşı çıxır. Əsərdəki Zərdüştə görə, insan heyvanla fövqəlinsan arasındakı ipdir. İnsanların hədəfi fövqəlinsana çevrilmək olmalıdır və bunun üçün bütün keçmiş dəyərləri, adətləri məhv etməlidir. Zərdüştün fikrincə, insanların nə tanrıya, nə Zərdüştün özünə ehtiyacı yoxdur. Onlar qanunları özləri yaratmalı və özləri-özlərini mühakimə etməlidirlər.
Əsərdən parça:
” “Otuz yaşın tamamında Zərdüşt vətənini və vətənin gölünü tərk edib dağlara çəkildi. Düz on il ruhu və tənhalığından həzz alıb bundan usanmadı. Axır ki, qəlbində dönüş oldu – bir sabah şəfəqlə birgə oyandı, üzünü günəşə tutub belə dedi:
“Ulu ulduz! əgər işıqlandırdığın kəslər olmasaydı, sənin xoşbəxtliyin nəyə dönərdi?! Düz on il sərasər mənim mağaramın üzərinə qalxdın: Mən olmasaydım, mənim qartalım, ilanım olmasaydı, sən işığından doyar, təngə gələr və bu yol səni bezdirərdi.
Amma biz hər səhər səni gözləyir, sənin artığını qəbul edir və sənə xeyir-dua verirdik. Bir bax! Mən həddən artıq bal toplamış arı kimi öz müdrikliyimdən təngə gəlmişəm; mənə əllər lazımdır, mənə sarı uzadılmış əllər.”
Fridrix Nitsşe
Zərdüşt belə deyirdi
Fridrix Nitsşe Zərdüşt belə deyirdi
Bu əsər dünya fəlsəfi fikrinin zehinlərdə dərin iz buraxan on kitabından biri sayılır. Dahi mütəfəkkir Fridrix Nitsşenin qədim şərq müdriki Zərdüştün həyatına və düşüncələrinə həsr olunmuş əsəri həyat və qüdrətli zəka qəhrəmanları haqqında ən kədərli epopeyalardan biridir.
Burada poetik əzəmət, dərin fikir, mənalı rəmz, hər cür tiranlıq və saxtakarlığın amansız ifşası çox qəribə şəkildə bir-biri ilə çulğalanmışdır.Nitsşe özü bu əsər barədə belə yazır: “Bu ya poeziya, ya beşinci İncil, ya da nəsə hələ adı olmayan bir şeydir; bu, mənim əsərlərimin ən ciddisi, ən uğurlusudur”.
Otuz yaşın tamamında Zərdüşt vətənini və vətənin gölünü tərk edib dağlara çəkildi. Düz on il ruhu vətənhalığından həzz alıb bundan usanmadı. Axır ki, qəlbində dönüş oldu – bir sabah şəfəqlə birgə oyandı,üzünü günəşə tutub belə dedi:“Ulu ulduz! Əgər işıqlandırdığın kəslər olmasaydı, sənin xoşbəxtliyin nəyə dönərdi?! Düz on il sərasərmənim mağaramın üzərinə qalxdın: Mən olmasaydım, mənim qartalım, ilanım olmasaydı, sən işığındandoyar, təngə gələr və bu yol səni bezdirərdi. Amma biz hər səhər səni gözləyir, sənin artığını qəbul edir və sənə xeyir-dua verirdik.Bir bax! Mən həddən artıq bal toplamış arı kimi öz müdrikliyimdən təngə gəlmişəm; mənə əllər lazımdır,mənə sarı uzadılmış əllər.Ağıllı insanlar ağılsızlıqları, kasıblar isə zənginlikləri ilə yenidən fərəhlənənədək bölüşmək və pay verməkistəyirəm
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Zərdüşt belə dedi (Fridrix Nitşe)
Bir gün Zərdüşt əncir ağacının altında yatmışdı, isti idi, o, əlini üzünə qoymuşdu. Bu vaxt bir ilan gəlib boynundan sancdı ki, Zərdüşt ağrıdan qışqırdı. O, əlini üzündən çəkdi və ilana baxdı; onda ilan Zərdüştü tanıdı, yendəmsiz halda dönüb getmək istədi. “Dayan görək, – Zərdüşt dilləndi, –əvvəl təşəkkürümü qəbul et! Məni vaxtında oyatdın, yolum yaman uzaqdır”. İlan dərdli-dərdli: “Yox, yolun çox qısadır, –dedi, – mənim zəhərim tez öldürür”. Zərdüşt gülümsündü. “Nə vaxtdan bəri əjdaha ilan zəhərindən ölür? – dedi.
Amma hər halda gəl zəhərini geri götür. O qədər varlı deyilsən ki, mənə belə hədiyyə verəsən”.Onda ilan yenidən onun boynuna sarılıb yarasını yalamağa başladı.
Zərdüşt bunu öz əshabələrinə danışanda onlar soruşdular: – “Zərdüşt, bu əhvalatda nə ibrətamiz, əxlaqi cəhət var”? Zərdüşt buna belə cavab verdi:
- Xeyirxahlar və ədalətlilər mənə əxlaqı dağıdan deyir: danışdığım əhvalatın da əxlaqı yoxdur.
- Düşməniniz varsa, heç vaxt onun pisliyinə yaxşılıqla cavab verməyin: çünki bununla onu utandırırsınız. Əksinə, sübut edin ki, sizin üçün yaxşı bir iş görüb.
- Ona qəzəblənin, amma onu utandırmayın! Sizi lənətləyirlərsə, alqış etməyiniz mənim xoşuma gəlmir. Siz də onlara qoşulub bir azca lənətləsəniz, yaxşı olar!
- Sizə qarşı böyük bir haqsızlıq ediblərsə, siz də tez beş xırda-para haqsızlıq edin! Haqsızlığın yalnız bir adamı necə əzdiyini görmək dəhşətdir.
- Bunu bilmirdiniz mi? Başqaları ilə haqsızlığı bölüşmək haqqın yarısıdır. Haqsızlığı o kəs öz üstünə götürməlidir ki, bunu daşımağa gücü çatsın!
- Kiçik də olsa bir qisas almaq heç almamaqdan daha insani bir şeydir. Əgər verilən cəza qayda pozanın haqqı deyilsə və ona şərəf gətirmir, onda bələ cəza nəyə lazımdır?
- Haqlı ola-ola özünü haqsız hesab etmək, haqlı olduğunu sübut etməkdən daha alicənab bir işdir. Amma insan bunun üçün gərək kifayət qədər zəngin olsun.
- Sizin soyuq ədalətinizi sevmirəm; sizin hakimlərin gözlərində həmişə cəllad və onun bıçağını görürəm.
- Deyin, hanı elə bir ədalət ki, mayası gözüaçıq sevgidən yoğrulsun?
- Mənə elə bir sevgi göstərin ki, yalnız cəza verən deyil, günahıda öz üstünə götürəndir.
- Mənə elə bir ədalət göstərin ki, məhkum edəndən savayı hamıya bəraət qazandırsın!
- Bunu da dinləmək istəyirsinizmi? Tam ədalətli olmaq istəyən kəsin gözündə yalan da xeyriyyəçiliyə çevrilir.
- Tam ədalətli olmağı necə də istərdim! Onda mən hər kəsə əməlinə görə verərdim! İndilik təsəllim odur ki, hamıya özümdən nəsə verirəm.
- Və sonda, qardaşlar, nəbadə tərki-dünyalara qarşı haqsızlıq edəsiniz! Tərki-dünya adam unutmağı bacarmır! O əvəz çıxmağı da bacarmır.
- Tərki-dünya adam dərin quyu kimidir. Ora daş atmağa nə var, amma elə ki, daş quyunun dibinə düşdü, onu dartıb çıxartmaq istəyən olacaq mi?
- Tərki-dünya adamın qəlbinə dəyməkdən qorxun! İşdir, onu incitdinizsə, onda onu öldürsəniz yaxşıdır!
Zərdüşt belə dedi. (Fridrix Nitşe- Friedrich Nietzsche)
Comments are closed, but trackbacks and pingbacks are open.