Press "Enter" to skip to content

Niftali qocayev molekulyar fizika

Sistemin istilik tutumu. Dövri proseslər. İstiliyin işə çevrilməsi. Karno tsikli və onun effektivliyi. Termodinamik sistemlərdə entropiya anlayışı. Entropiya və ehtimal. Real qaz və mayelər. Mayelərdə səth effektləri. Səthi gərilmə əmsalı. Kristal və amorf hallar. Maye kristallar haqqında anlayış.

Niftali qocayev molekulyar fizika

Novruz bayramına start verilib

Mehriban Əliyeva: “Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!”

Trampın “Dərin dövlət”lə Baydenə meydan oxuması başına bəla oldu: “Məni həbs edəcəklər”

Ağdamda traktor minaya düşdü, sürücü yaralandı – DİN açıqlama yaydı

Bakıda əməliyyat: “Salamat Ramil” saxlanıldı

AK Partiyanın seçki düsturu : spiker dəyişir, Akar isə.

Ərdoğan finlandiyalı jurnalistə ayaqqabı hədiyyə edib

Türkiyə Finlandiyanın NATO üzvlüyünə “hə” dedi: “İsveçə gəldikdə isə. “

Deputatdan yeni məmurlara etiraz: “”Sən keçmiş nazirlə, yaxud icra başçısı ilə işləmisən” bəhanəsi ilə kimisə vəzifədən çıxarmayın”

Prezident İlham Əliyev fərman imzaladı – Dəyişiklik

İlham Əliyev Rəhim Məmmədova orden verdi – Sərəncam

Müsavat Partiyasının parçalanma planı: kimdir günahkar? – Müsavatçıdan açıqlamalar

Ceyhun Bayramov BDU-nun bu əməkdaşlarına medal verdi – TAM SİYAHI

Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin əməkdaşlarının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.

Mia.az xəbər verir ki, əmrlə elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiklərinə görə Bakı Dövlət Universitetin əməkdaşları “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif ediliblər.

Identification

1. Qocayev Niftalı Mehralı oğlu. Ümumi fizika kursu. I cild (mexanika), II cild (molekulyar fizika), IV cild (optika). [Mətn] : [ali məktəblər üçün dərslik]. Rəyçilər. F.r.e.d., prof., Mirzəli Murquzov, prof., Bəhram Əsgərov, Prof. Eldar Məsimov. Azərb. Resp. Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti.- Bakı: Bakı Universiteti, 2011.540 s.

2.Əhmədov Faiq Abduləvvəl oğlu. Ümumi fizika kursu. Rəyçilər. F.r.e.d., prof., A.H.Kazımzadə, f.r.e.d., prof., N.M. Mehdiyev. Ali məktəblət üçün dərs vəsaiti. Bakı, 2006, 348 s.

3. B.D. Əliyev, Q.T.Həsənov. Ümumi fizika kursu. Rəyçilər. F.r.e.d., prof., E.M. Qocayev, f.r.e.d., prof., N.M. Mehdiyev. Ali məktəblət üçün dərs vəsaiti. Bakı, 2004, 660 s.

4.Əliyev Bayram Zeynal oğlu. Ümumi fizika kursu. Rəyçilər. F.r.e.d., prof., S.A. Hacıyev, f.r.e.n., dos., Q.İ. Qəribibov. Ali məktəblət üçün dərs vəsaiti. Bakı, Elm, 2010, 294 s.

  • Klasssik mexanikanın qanunauyğunluqlarını tələbələrə aşlamaqdır.
  • Tədris boyunca tələbələri əyani vəsaitlərlə tanış etmək
  • Sinif üçün hazırlıq
  • Effektivlik (keçid /uğursuzluq)
  • Yalan/ plagiat

Tələbələr sinif saatları ərzində professional olaraq əlverişli akademik ətraf mühiti yaratmaq üçün davranacaqlar. Kursa aid olmayan müzakirələr və qeyri-etik davranış ciddi qadağan edilir.

Maddi nöqtənin kinematikası. Zaman və məkan. Maddi nöqtənin dinamikası. Saxlama qanunları. Qeyri-inersial hesablama sistemləri. Nisbilik nəzəriyyəsinin əsasları.

Maye və qazların mexanikası (4 saat)

Hidro- və aerostatikanın əsasları. Paskal qanunu. Bernulli tənliyi. Mayelərin özlülüyü. Dalğalar. Eninə və uzununa dalğalar. Dalğaların əks olunması və sınması. Dalğaların interferensiyası. Akustika elementləri. Ultrasəs.

Əhmədov F.A. Ümumu fizika kursu. Səh. 87 – 96, 120 -139

Sistemin istilik tarazlığı. Tarazlıq şərti. İdeal qaz. Temperatur anlayışı. Sürət baxımından qaz molekullarının səpilməsi. Broun hərəkəti. Molekulyar hadisələrin şərhində termodinamik yanaşma. Termodinamik parametrlər.

B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 156- 178.

Sistemin istilik tutumu. Dövri proseslər. İstiliyin işə çevrilməsi. Karno tsikli və onun effektivliyi. Termodinamik sistemlərdə entropiya anlayışı. Entropiya və ehtimal. Real qaz və mayelər. Mayelərdə səth effektləri. Səthi gərilmə əmsalı. Kristal və amorf hallar. Maye kristallar haqqında anlayış.

Əhmədov F.A. Ümumu fizika kursu. Səh. 178-234

Elektrostatika. Elektrik sahə gərginliyi vektoru. Naqillər elektrostatik sahədə. Kristalların elektrik xassələri. Pyezoelektriklər. Sabit elektrik cərəyanı.

Elektromaqnetizm. Maqnit sahəsinin induksiya vektoru. Amper qanunu. Molekulyar cərəyanlar haqqında anlayış. Domen strukturu. Elektromaqnit induksiyası. Faradeyin elektromaqnit induksiya qanunu. Fuko cərəyanı.

Rəqs konturu. Konturda məxsusi rəqslər. Harmonik rəqslər tənliyi. Dəyişən sinusodial cərəyan.

B.D. Əliyev, Q.T. Həsənov. Ümumi fizika kursu. Səh. 435-441

Yarımkeçiricilər. Yarımkeçiricilərin keçiriciliyi. p və n tip yarımkeçiricilər. P-n keçid. Yarımkeçiricilərin tətbiqi: yarımkeçirici diodlar, tranzistorlar, fotodiodlar, fotorezistorlar. Kontakt hadisələri. Termoelektriklik. Termocüt. İfrat keçiricilik.

B.Z.Əliyev.Ümumi fizika kursu. Səh. 341 – 347

Faradey qanunu. Qazlarda cərəyan. Vakuumda elektrik cərəyanı. Termoelektron emissiya. Elektrik və maqnit sahələrində yüklü hissəciklərin hərəkəti. Elektromaqnit dalğaları. Maksvel tənliyi. Dalğa tənliyi.

B.Z.Əliyev.Ümumi fizika kursu. Səh. 347 -350.

Dualizm. Işığın elektromaqnit nəzəriyyəsinin əsasları. Həndəsi optika. Həndəsi optikanın əsas anlayışları. İşıq şüası. İşıq şüasının yayılması. Ferma prinsipi. İşığın sınma və əks olma qanunları.

Monoxromatik dalğaların interferensiyası. Kvazimonoxromatik işığın interfernsiyası. İşığın difraksiyası. İşığın maddə ilə qarşılıqlı təsiri. İşığın dispersiyası. Qeyri-xətti optik hadisələr.

Dalğa və kvantlar. Atomun Tomson modeli. Atomun planetar modeli və onun dayanıqlıq problemi. Hissəcik və dalğalar. Kvant mexanikasının əsasları. Stasionar və qeyri-stasionar hallar. Xarici qüvvələrin sahəsi altında atom. Molekul.

B.Z.Əliyev.Ümumi fizika kursu. Səh. 535 – 551.

Atom nüvəsi və hissəciklər fizikası (4 saat)

Atom nüvəsinin xassələri. Radioaktivlik. Radiaktiv parçalanma qanunu. Nuklon-nuklon əlaqəsi və nüvə qüvvələrinin xassələri. İki nuklonlu sistemlər.

Nüvə şüalanmasının maddə ilə qarşılıqlı əlaqəsi. Hissəciklər və qarşılıqlı əlaqələr. Fundamental qarşılıqlı əlaqələrin 4 növü. Sürətləndiricilər. Elektromaqnit qarşılıqlı əlaqəsi. Güclü və zəif qarşılıqlı əlaqəsi.

B.Z.Əliyev.Ümumi fizika kursu. Səh.557 – 562.

aliyesalimova

Qocayev Niftalı Mehralı oğlu 1936-cı il oktyabrın 18-də Qərbi Azərbaycanın Qazax qəzasının Dilican nahiyyəsinin Salah kəndində doğulmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Yalnız əla qiymətlərlə oxuduğuna nümunəvi davranışına görə 3-5 kurslarda Özəl Təqaudə layiq görülmüş, 1958-ci ildə fizika fakültəsinin nəzəri fizika ixtisasını fərqlənmə(qırmızı) diplomu ilə bitirmişdir. Universiteti fərqlənmə diplomu ilə bitirməsi və tələbəlik dövründə elmi-tədqiqat işləri sahəsindəki fəaliyyəti (tələbə ikən Kiev Dövlət Universitetində kəçirilən Bəynəlxalq elmi konfransda məruzə ilə çıxıs edərək tərifnaməyə layiq görülmüşdür) nəzərə alınaraq N.M.Qocayev BDU-da saxlanılmışdır. Bir il laborant vəzifəsində işlədikdən sonra Sankt-Peterburq şəhərində o zamanki Sovətlər Ittifaqı Elmlər Akademiyasının aspiranturasına qəbul olunaraq akademik M.V.Volkenşteynin elmi rəhbərliyi ilə o zamanlar üçün nadir olan molekulyar biofizika sahasində elmi fəaliyyətini davam etdirmişdir. 1962-cı ildə mövzusu üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almış və məzunu olduğu Bakı Dövlət Universitetinə qayıdaraq bu günə qədər həmin universitetdə öz hərtərəfli fəaliyyətini (1962-müəllim, 1963-1964 baş müəllim, 1964-1979 dosent, 1979-dan professor) etdirir. 1967-cı ildə N.M.Qocayevin bilavasitə fəaliyyəti nəticəsində Bakı Dövlət Universiteti nəzdində yaradılmış və N.M.Qocayev həmin fakultənin ilk dekanı vəzifəsinə təyin olunmuşdur. 1968-ci ildə müsabiqə yolu ilə BDU-nun müdir vəzifəsinə seçilmiş və bununla əlaqədar 1969-cu ildə öz xahişi ilə dekan vəzifəsindən azad edilmişdir. Prof.N.M.Qocayev 16 il (1968-1984-cu illərdə) rəhbərlik edərək elmi pedaqoji kadrlar hazırlanması işində dərslik və monoqrafiyalar yazmaq və tədris sahələrində önəmli müvəffəqiyyətlər qazanmışdır. O, ilk dəfə 1977-ci və 1980-ci illərdə olmuş və müvafiq medallarla təltif olunmuşdur. Prof.N.M.Qocayev məzun olduğu ildən indiyədək fasiləsiz işlədiyi Bakı Dövlət Universitetidə hələ 1959-cu ildən tədqiqata başladığı sahəsində məktəb yaratmış. Həmin məktəbin daha səmərəli elmi fəaliyyət göstərməsi üçün 1980-ci keçmiş SSRI Ali Təhsil Nazirliyinin tövsiyyəsi və SSKI Nazirlər Sovəti yanında Elm və Təhsil Komitəsinin xüsusi qərarı ilə laboratoriyanın açılmasına nail olmuş və o vaxtdan bu günə qədər həmin laboratoriyanın müdiri vəzifəsində çalışır. Prof.N.M.Qocayev 4 istiqamətdə səmərəli elmi-pedaqoji fəaliyyət göstərmişdir: elmi-tədqiqat işləri və yüksək ixtisaslı elmi kadrların(magistr və elm namizədi) hazırlanması, dərsliklər və monoqrafiyaların yazılması , dərsliklərin və elmi ədəbiyyatın xarici dillərdən Azərbaycan və Türk dillərinə tərcüməsi , pedaqoji fəaliyyət. Sadalanan bütün sahələrdə prof.N.M.Qocayevin xüsusi xidməti olmuşdur . O, məzunu olduğu Bakı Dövlət Universitetinin fizika , biologiya, kimya fakultələrində ümumi fizikanın müxtəlif bölmələri və ixtisas kursları üzrə yüksək səviyyəli mühazirələr oxumuş, tələbələrin kurs və diplom işlərinə rəhbərlik etmişdir . Əsasən Avropa , Amerika və Rusiyada nəşr olunan mötəbər elmi jurnallarda dərc olunmuş 255 elmi məqalənin , 8 monoqrafiyanin , 9 dərslik və dərs vəsaitinin müəllifidir . Bunlar içərisində keçmiş SSRI -nin Ali Təhsil Nazirliyi tərəfindən Ittifaq Universitetləri üçün dərs vəsaiti olaraq təsdiq olunaraq Moskva şəhərində nəşriyyatı tərəfindən çap olunmuş kitabını və Sankt -Peterburq şəhərində bir qrup alimlərlə , akademik M.Volkenşteyn və başqaları ilə birlikdə ingilis dilində nəşr etdirdiyi monoqrafiyanı xüsusi qeyd etmək lazımdır . Prof.N.M.Qocayevin qardaş Türkiyə universitetləri üçün yazaraq Ərzurumda nəşr etdirdiyi 2 dərslik və 2 monoqrafiya Türkiyəli tələbələr tərəfindən sevilərək oxunan kitablardır . Prof.N.M.Qocayevin elmi rəhbərliyi ilə 20 aspirant və dissertant namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi adına layiq görülmuüşdür. Onların içərisində Misir və Iraq vətəndaşları da var. Prof.N.M.Qocayevin təşəbbüsü ilə 1997 -ci ildə yaradılmıs Azərbaycan Biofizika Cəmiyyəti özünün ilk konfransında onu Cəmiyyətin Prezidenti seçmişdir və bu günədək həmin vəzifədə müvəffəqiyyətlə çalışır . Qocayev 2001-ci ildən etibarən əvəzçilik yolu ilə Qafqaz universitetində Elmi işlər və xarici əlaqələr üzrə prorektor vəzifəsində işləyir. Prof.N.M.Qocayev 1980-1984-cü illərdə Azərbaycan Rəspulikasi Ali Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi-Metodik Şuranı Fizika və Astronomiya Seksiyasının sədri ,1967-1994 -cu illərdə Azərbaycan Rəspublikasi cəmiyyətinin Fizika Seksiyasının üzvü olmuş , 1989-1993 -cu illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri vəzifəsində işləmişdir .1993-1998 -ci illərdə Türkiyədə -Ərzurum Atatürk və İstanbul universitetlərində profəssor vəzifəsində çalişaraq mühüm elmi-pedaqoji fəaliyyət göstərmişdir . Həmin dövrdə yerli alimlərlə yaxın əməkdaşlıq edərək maraqlı elmi-tədqiqat işləri aparmış , dissertasiya işlərinin müdafiə şuralarının sədri və üzvü olmuşdur . Birgə elmi işlər Türkiyə Dövlət Planlama Təşkilatı tərəfindən mühüm elmi -tədqiqat işi olaraq qəbul olunduğundan həmin təşkilatın maliyyə dəstəyi ilə yerinə yetirilmiş , alınan nəticələr Journ Moləkular Structurə kimi moötəbər elmi jurnalda və digər jurnallarda çap olunmuşdur . Prof.N.M.Qocayev Türkiyə universitetlərinin tələbələri üçün 4 dərslik (molekulyar fizika, optika, molekulun quruluşu1-ci və 2-ci cild) yazmış , molekulyar fizika və optikanı ilk dəfə olaraq Ərzurum və Atatürk Universitetində tədris etməklə yanaşı özündən sonra bu fənnlərin tədrisi üçün kadrlar hazırlığına da əmək sərf etmişdir. Hazırda Istanbul Universitetinin kafedrası ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında elmi -tədqiqat işlərini davam etdirir. Prof.N.M.Qocayev 255 məqalənin müəllifidir.

Comments are closed, but trackbacks and pingbacks are open.