Nigar ələkbərova siyasi elmin müasir problemləri
Ələkbərov İbtidai riyaziyyat kursunun tədrisinə dair didaktik vəsait ; 20140718 ; AF ; dərs vəsaiti ; Rəvan Məmmədov
Nigar ələkbərova siyasi elmin müasir problemləri
Dövlət mükafatına təqdim olunmuş dəyərli innovativ əsər
� Son illər ölkəmizdə siyasi elmin ayrı-ayrı məsələlərini işıqlandıran bir sıra monoqrafiya , dərslik və dərs vəsaitləri çap edilib . Lakin bütövlükdə siyasi elmin müasir problemlərini ardıcıllıqla izah edən, həmin problemlər haqqında dolğun təsəvvür yaradan , son 50-60 ildə inkişaf xüsusiyyətlərini təfərrüatı ilə açıb göstərən, bilavasitə bu sahədəki mənzərəni canlandıran monoqrafiya və dərslik işıq üzü görməmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının � Politologiya və siyasi idarəetmə kafedrası�nın müdiri , fəlsəfə elmləri doktoru , professor Nigar İbrahim qızı Ələkbərovanın � Siyasi elmin müasir problemləri� monoqrafiyası � (Təhsil Nazirliyi tərəfindən ali m ə ktəblərin magistratura pilləsi üçün yeni tipli dərslik kimi təsdiq edilmişdir ) təqdirəlayiqdir.
� Dərsliyə daxil edilmiş bütün aktual müasir politoloji problemlər, o cümlədən siyasi komparativistika , siyasi � fəlsəfə, analitik siyasi nəzəriyyə, empirik siyasi nəzəriyyə, qlobalistika və sosiosiyasi qloballaşma , beynəlxalq münasibətlərin nəzəriyyəsi və siyasi təhlili, siyasi institutlar , siyasi davranış, sosial siyasət və idarəetmə, mədəniyyət siyasəti və idarəetmə problemləri ətraflı şəkildə izah olunur , oxunaqlı, sadə dillə oxucuların diqqətinə çatdırılır. Mövzuların şərhi kifayət qədər aydın, ardıcıl, sistemli və məntiqidir.
Dərslik 10 bölmədən ibarətdir. Hər bölmənin məzmununu politoloji müdrikliyin cövhəri sayılan subfənn səviyyəsindəki problem təşkil edir . Xüsusi vurğulanmalıdır ki , mövzuların seçimi , onların təhlili prinsipi , mahiyyətinin işıqlandırılması xüsusiyyətləri Siyasi Elmin Beynəlxalq Assosiasiyasının (İPSA), Siyasi Elmin Avropa Assosiasiyasının (EPSA), Politologiya Müəllimlərinin Avropa Assosiasiyasının ( epsNET ), Siyasi Tədqiqatlar üzrə Avropa Konsorsiumu (ECRP) və dig ər mötəbər politoloji qurumların, eynilə dünyanın aparıcı təhsil ocaqlarının elmi-tədqiqi təsnifatına, hazırki tələblərinə, metodoloji və tədris-metodiki əsaslarına söykənir. Zənnimcə, �Beynəlxalq münasibətlərin nəzəriyyəsi və siyasi təhlili� bölməsi xüsusi maraq doğurur . Bu bölmədə beynəlxalq münasibətlər nəzəriyyəsinin (BMN) özünəxas xüsusiyyətləri açıqlanır. Müasir BMN-nin metodologiyası və metodları təhlil edilir , təşəkkülü və inkişafı ardıcıllıqla izlənilir. BMN-in əsas paradiqmləri olan siyasi realizm , liberalizm və radikalizm , onların başlıca müddəaları və növləri, o cümlədən klassik , qeyri-klassik və postklassik növləri, hər paradiqma daxilində dərin iz qoymuş alimlər və yazdıqları məşhur əsərlər haqqında yetərli bilgilər çatdır ılır. BMN-in inkişafında üç � böyük mübahisə�, yeni cərəyanlar və nəzəriyyələr barədə tutarlı məlumatlar verilir .
Təqdim olunan monoqrafiyada (dərslikdə) Azərbaycan siyasi elmində bu günə qədər araşdırılmamış bir sahə olan siyasi davranış və siyasi iştirak problemlərinin yer alması da işin üstünlüklərindən birini təşkil edir . Burada həmin fenomenlərin bu sahədəki müasir nəzəriyyələrin – rasional seçim , motivasiya , sosial faktorlar nəzəriyyələrinin müddəalarının ətraflı təhlilinə əsaslanaraq öyrənilməsi, eləcə də bu kontekstdə elektoral davranış problemləri, onların müasir modellərinin, formalaşması amillərinin müəyy ən edilməsi üçün tətbiq olunan siyasi təhlil metodologiyası da elmi yeniliyi ilə diqqəti cəlb edir . � Məlum olduğu kimi , müasir siyasi elmdə geniş tədqiq olunan obyektlərdən birini sosial siyasət təşkil edir ki , bu da , ilk növbədə, onun cəmiyyətin həyatında getdikcə artan əhəmiyyəti ilə bağlıdır. Dərslikdə sosial siyasət və idarəetmə məsələlərinə ayrıca bölmə həsr edən müəllif sosial siyasətin inkişaf tarixi və bu sahədəki tədqiqatların əsaslandığı intellektual imperativlər problemlərini Ç.Merriamın, H.Lassvelin , E.Saymonun və başqa müəlliflərin əsərlərində irəli sürülən müddəaları nəzərdən keçirməklə məntiqi ardıcıllıqla təhlil edir , sosial idarəetmənin strukturunu müəyyən edən bütövlük , hökumət fəaliyyətinin nəticələri, biliklərin faydalılığı, demokratiyanın önəmliliyi kimi intellektual imperativlərin ətrafl ı şərhini verir . Qeyd etmək lazımdır ki , bütün bunlarla bağlı müəllifin irəli sürdüyü müddəalar və apardığı ümumiləşdirmələr yaradıcı xarakteri ilə fərqlənməklə, nəzəri və praktik baxımdan da elmi maraq doğurur . Bu mənada sosial idarəetmə sahəsində, xüsusilə də, yeni menecerizmin tətbiq olunduğu əksər inkişaf etmiş ölkələrdə siyasi elm üçün aktual olan müasir problemlərin konkret şəkildə müəyyən edilməsi də işin müsbət tərəflərindəndir. � Bütövlükdə, metodiki , elmi və didaktiv baxımdan yüksək səviyyədə yazılan və düzgün tərtib edilən monoqrafiya siyasi elmin ən əhəmiyyətli müasir problemlərini tam əhatə edir . Olduqca önəmlidir ki , Nigar xanım təhsilimiz üçün son dərəcə vacib olan müasir siyasi elm problemlərinə dair ilkin mənbələrdən, klassik və yeni materiallardan , ingilis , alman , fransız və rus dillərində yazılmış elmi və elmi-metodiki əsərlərdən lazımınca istifadə etmişdir .
Tədqiqat işinin ümumi mənzərəsi belə qənaətə gəlməyə əsas verir ki , professor Nigar Ələkbərova dərsliyin hazırlanması prosesində qarşısında geniş vəzifələr qoymuş və onların yerinə yetirilməsinə yüksək peşəkarlıq və bacarıqla nail olmuşdur .
Hesab edirəm ki , ölkəmizin təhsil sisteminin modernləşdirilməsi, onun dünya təhsil məkanına inteqrasiyası nöqteyi-nəzərindən diqqəti cəlb edən, müasir beynəlxalq tədris standartlarına cavab verən bu samballı monoqrafiya � (dərslik) magistrantlar , bakalavr , doktorant və politoloq-müəllimlər, eyni zamanda , dövlət idarəçiliyi sahəsində təhsil alanlar və öz peşə səviyyəsini artırmağa səy göstərən idarəetmə kadrları, siyasi elm problemləri ilə maraqlananlar üçün çox faydalı olacaq .
Müsbət haldır ki , monoqrafiya bir çox ali məktəblərdə istifadə olunması ilə yanaşı, ölkəmizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında gerçəkləşdirilən distant təhsildə tətbiq olunaraq , uğurlu aprobasiyadan keçmiş və fundamental innovativ əsər kimi dinl əyicilər və tələbələr tərəfindən böyük maraq və � razılıqla qəbul edilmişdir .
Monoqrafiyanın müəllifi Nigar İbrahim qızı Ələkbərova – görkəmli Azərbaycan alimi və � istedadlı pedaqoqdur . O, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, mədəniyyət məsələləri daimi komissiyasının sədr müavini olmuşdur .
Elm sahəsində Respublika Komsomolu (1988), � Xan qızı Natəvan� (1995) və �Qızıl qələm� (2007) mükafatlarının laureatıdır. 2002-ci ildən Mədəniyyət siyasəti məsələləri üzrə Avropa Şurasının milli eksperti , Avropa Şurasının STEYC layihəsi çərçivəsində hazırlanm ış �Azərbaycanın Mədəniyyət siyasəti üzrə Milli Məruzəsi�nin həmmüəllifidir.
60-dan artıq Beynəlxalq forumda , o cümlədən Birləşmiş Krallıq, Avstriya , İtaliya , ABŞ, Niderland , Almaniya , Türkiyə, İran , Rusiya , İsveç , İsveçrə, Finlandiya , İspaniya , Sloveniya , Fransa və digər olkələrdə keçirilən konfrans , simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edib . 2008-ci ildə Rusiya Pedaqoji və Sosial Elml ər Akademiyasının həqiqi üzvü seçilib .
Professor � N.İ.Ələkbərova dövlət idarəçiliyi, fəlsəfə, estetika , ali təhsil, musiqi yaradıcılığı, mədəniyyətşünaslıq, mədəniyyət siyasəti, politologiya , siyasi elmin tarixi , metodologiyası və müasir problemləri məsələlərinə həsr olunmuş 100-dən artıq mühüm nəz əri və praktik əhəmiyyətə malik elmi və elmi-publisistik əsərin, o cümlədən 6 kitabın, müxtəlif məqalələrin, çoxsaylı tədris proqramları və tədris-metodiki vəsaitlərin müəllifidir.
Təsadüfi deyil ki , professor Nigar Ələkbərovanın � Siyasi elmin müasir problemləri� monoqrafiyası elmin , təhsilin inkişafına mühüm töhfə kimi qiymətləndirilərək, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun nominasiyası üzrə Azərbaycan Respublikasının elm , mədəniyyət və ədəbiyyat üzr ə Dövlət mükafatına təqdim olunmuşdur .
Şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti , cənab İlham Əliyev tərəfindən başlıca strateji resurs və güclü dövlətin əsas şərtlərindən biri kimi qiymətləndirilən insan kapitalının inkişafı vəzifəsinə uyğun olaraq hazırlanmış bu ilk fundamental innovativ monoqrafiyaya (dərsliyə) gör ə onun müəllifi, fəlsəfə elmləri doktoru , professor Nigar İbrahim qızı Ələkbərova Azərbaycan Respublikasının elm üzrə Dövlət mükafatına layiqdir .
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru ,
politoloq
Xalq qəzeti.- 2014.- 18 may.- S. 5.
Nigar ələkbərova siyasi elmin müasir problemləri
Ələkbərov İbtidai riyaziyyat kursunun tədrisinə dair didaktik vəsait ; 20140718 ; AF ; dərs vəsaiti ; Rəvan Məmmədov
nüsxə: 26543
şöbə: 377(075.32):511
nişan : Ə 47
qrinti: 27
Ələkbərov Riyaziyyat ; 20140718 ; AF ; dərs vəsait ; Həsənov ; 150
nüsxə: 26600
şöbə: 51
nişan : Ə 47
qrinti: 27
Ələkbərova Siyasi elmin müasir problemləri ; 20140730 ; AF ; dərslik ; Hicran Hüseynova ; 2000
nüsxə: 26886
şöbə: 32(075.8)
nişan : Ə 47
qrinti: 11
Ələkbərova Siyasi elmin tarixi və metodologiyası ; 20140730 ; AF ; dərslik ; Vəli Həbiboğlu ; 500
nüsxə: 26877
şöbə: 378(075.8):32
nişan : Ə 47
qrinti: 11
Ələsgərova Bazar iqtisadiyyatı şəraitində tələb və təklifin rolu və bazarın tarazlığına onun təsəri. ; 20151130 ; AF ; dərs vəsaiti ; Təranə Ələsgərova ; 20
nüsxə: 27837
şöbə: 339.1
nişan : Ə 48
qrinti: 06
Əmək ; 20130426 ; AF ; Zəkiyyə Qiyasbəyli ; 10000
nüsxə: 720
şöbə: 316.6
nişan : C 72
qrinti: 13
Əmək ; 20130426 ; AF ; Zəkiyyə Qiyasbəyli ; 10000
nüsxə:
şöbə:
nişan : C 72
qrinti:
Əmək istehsalat iqtisadiyyatının əsasları ; 20151020 ; df ; M.Tağızadə ; 16000
nüsxə:
şöbə:
nişan : Ə=68
qrinti: dərs vəsaiti
Əmək istehsalat iqtisadiyyatının əsasları ; 20151020 ; df ; dərs vəsaiti ; M.Tağızadə ; 16000
nüsxə: 5874
şöbə: 331.1
nişan : Ə=68
qrinti: 06
Əmək hüququ ; 20140704 ; AF ; dərs vəsaiti ; Mahir Əhmədov ; 300
nüsxə: 26751
şöbə: 349.2(075.8)
nişan : Ə 67
qrinti: 10
Əmək Mübahisələri ; 20150914 ; af ; Metodiki Vəsait
nüsxə: 27655
şöbə: 331.1
nişan : Ə 67
qrinti: 04
Əmək Mübahisələri ; 20150914 ; af
nüsxə:
şöbə:
nişan : Ə 67
qrinti: Metodiki Vəsait
Əmək və intizam ; 20151020 ; df ; G.S.Səmədov ; 1050
nüsxə:
şöbə:
nişan : Ə85
qrinti:
Əmək və intizam ; 20151020 ; df ; G.S.Səmədov ; 1050
nüsxə: 7232
şöbə: 331
nişan : Ə85
qrinti: 04
Əməkdaşlığın Genişlənməsinə Mühüm Töhfə ; 20160301 ; df ; ümumi siyasi ədəbiyyat ; 1000
nüsxə: 28123
şöbə: 82-(479.24 ) (44 )
nişan : A40
qrinti: 11
Əməkdaşlığın Genişlənməsinə Mühüm Töhfə ; 20160301 ; df ; 1000
nüsxə:
şöbə:
nişan : A40
qrinti: ümumi siyasi ədəbiyyat
Əməli Yazılar və İmla Mətinləri ; 20150217 ; af ; dərslik ; Qəzənfər Kazımov
nüsxə: 27323
şöbə: 811.512.162
nişan : S 68
qrinti: 16
Əməli Yazılar və İmla Mətinləri ; 20150217 ; af ; Qəzənfər Kazımov
nüsxə:
şöbə:
nişan : S 68
qrinti: dərslik
Əməyə kommunist münasibəti ; 20151022 ; S.R.A ; Mustafa Bayramov ; 2150
nüsxə: 4816
şöbə: 331
nişan : B11
qrinti: 00
Ən yeni tarix 11 ; 20150206 ; DF ; dərslik ; Seyfəddin Qəndilov ; 94000
nüsxə: 514
şöbə: 373:94
nişan : Ə 74
qrinti: 14
HAQQIMZDA
Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) Azərbaycan KP MK-nın və Azərbaycan Respublikası Nazirlər Sovetinin “Azərbaycan SSR-də xalq maarifinin inkişaf etdirilməsi haqqında ” 24 iyun 1982-ci il tarixi 335 №-li birgə qərarına əsasən 1983-cü ildə 4 şöbədən ibarət, 39 ştat vahidi ilə yaradılmışdır.
KEÇİDLƏR
Copyright by 2016-2017 © All right reserved.
Nigar ələkbərova siyasi elmin müasir problemləri
Liberalizm əsasən məntiq və praktik cəhətdən bir-birinə bağlı dörd prinsipdən- fərdiyyətçilik, azadlıq, təbii nizam-kortəbii nizam və məhdud-liberal dövlətdən ibarətdir ki, onlar da bir sıra ortaq və ümumi cəhətlərə malikdirlər.
Renesans dövründə kilsənin kütləvilik meyllərinə cavab olaraq yaradılmış fərdiyyətçilik prinsipi – fərdin hüququnu cəmiyyətin hüququndan üstün hesab olunmasıdır. Liberalizm fərdin siyasi azadlığını müdafiə edir və onu hər şeydən üstün görür. Fərd əsasdır, o cəmiyyətin bütün sinif və qurumlarından irəlidədir. Liberalizmə görə fərdin maraqları cəmiyyətin maraqlarından öndə gəlir və yalnız fərd xöşbəxt olduğu halda cəmiyyətin xöşbəxtliyindən söhbət gedə bilər.
Bir sözlə fərd hər hansı cəmiyyətin, toplumun, qurumun məqsədlərinin həyata keçirilməsi üçün vasitə ola bilməz. Fərd özü məqsəddir, vasitə yox. Liberalizm “cəmiyyətin yaxşılığı”, “toplumun mənfəəti” kimi fikirləri rədd edir, çünki fərdi toplumun mənfəəti üçün istifadə onu vasitə kimi görmək anlamına gəlir.
Azadlıq – liberalizmin ən əsas, təməl prinsipi olub dözümlülük, tolerantlıq, şəxsi həyat kimi dəyərlərin qaynağıdır. Fərd davranışlarına müdaxilə edilmədiyi müddətdə azaddır və müdaxiləsiz sahə nə qədər genişdirsə azadlığın sərhədləri də bir o qədər əhatəlidir.
Sosial və siyasi mənada azadlıq fərdin heç bir təsir altında qalmadan istədiyini etməsidir. İnsan azadlığı fərdin azadlığının, fəaliyyətinin əsassız olaraq məhdudlaşdırılmaması, inanc azadlığı fərdin istədiyi dini düşüncəyə sahib olması və heç bir dini görüşə məcbur edilməməsi, sərbəst düşüncə fikirlərini sərbəst ifadə etmə və yayma azadlığıdır.
Liberalizm insanın sadəcə ağıl və həqiqət tərəfindən idarə edildiyini qəbul edir. Azadlıq həqiqətə gedən bütün yolların açarı, ağıl isə azadlığın mahiyyətidir. Beləlikə, liberalizmə görə insan ağlını təsir altda qoyan hər şey istibdaddır. Dövlətin məqsədi isə insan azadlığını təmin etməkdir və ancaq bunu təmin etdiyi müddətcə qəbul edilə bilər.
Təbii nizam – yazılı qanunların müdaxilə etməməli olduğu ümumi qanunlar sistemidir. Bu insanların harmoniya içində öz azadlıqlarını yaşamasıdır və dövlətin əsas vəzifəsi bu mühiti qorumaqdır. Təbii nizam özü isə daim inkişafdadır.
Liberalizmin yaradıcısı hesab olunan Con Lokkun təbii nizam haqqında nəzəriyyəsində kortəbii nizam və bazar iqtisadiyyatı haqqında təməl fikirlər öz əksini tapmışdır. O hesab edirdi ki, dövlət və fərd heç bir halda digər fərdin şəxsi sahəsinə, həyatına müdaxilə etməyə ixtiyarı yoxdur.
Kortəbii nizam – müxtəlif, hətta bir birinə zidd məqsədlərin ümumi mənfəət üçün uzlaşdırılmasıdır. İqtisadi azadlığın olmadığı yerdə isə azadlıqdan söz belə gedə bilməz. Bazar iqtisadiyyatının yaratdığı rəqabət işçiyə istədiyi yerdə işləməyə, sahibkara məhsulunu istədiyi yerdə satmağa imkan verir. İnsanların bir-birindən qorxmadığı və heç nə ummadığı şəraitdə isə azadlıq özünü tam formada göstərir. Hər kəs öz məqsədlərinə uyğun davranır, lakin eyni zamanda digərlərinə də xidmət edir. Bazar iqtisadiyyatının ən özəl cəhəti isə bu sistem iştirakçılarının könüllü olmasıdır. Hər kəs istədiyi insanla öz mənfəətinə, çıxarına uyğun əməkdaşlıq edə bilər.
Liberal– sərhədli dövlət fərdiyyətçidir. Onun dayağı, məqsədi fərddir. Fərd dövlət və cəmiyyətdən irəlidədir.
Azadlıq və təbii haqlar fərdin doğuşdan sahib olduğu hüquqlardır. Fərdin öz ağlı və iradəsi ilə öz yolunu seçmək, öz dünyasını yaratmaq haqqı var və burda liberal dövlətin əsas vəzifəsi fərdin kiçik dünyasını müdaxilə etmədən qorumaqdır.
Liberalizm üçün ən ideal şərait azadlıq və könüllü əməkdaşlıq fonunda azad müzakirə şəraitinin olmasıdır. Eləcə də hər kəsin çoxluğa boyun əymədən öz fikrini ifadə etmək azadlığı olmalıdır. Lakin fikir mübadiləsi zamanı yaranacaq fikir ayrılıqlarını həll etmək üçün qanunlar bəs etmir və hakimə ehtiyac duyulur. Burda hakim rolunu isə dövlət oynayır, deyə Freidman bildirir.
İnsanların təməl hüquqlarını təhlükə altına qoyacaq iki səbəb mövcuddur. Onlardan biri digərinin şəxsi həyatına müdaxilə edən, güc işlədən fərd, digər daha təhlükəlisi isə qeyri məhdud dövlətdir.
Beləliklə, qeyri məhdud qanunlarla bağlanmamış dövlət insan hüquqları üçün ən böyük təhlükədir. Liberalizmdə dövlətin məhdudlaşdırılması adətən hüquqi dövlət, qanun dövləti anlayışları ilə göstərilir. Təbii hüquq dövlətdən öncə də mövcud idi və fərdlər arasında münasibət öz-özünə tənzimlənirdi. Ona görə bu münasibətləri qaydasına salmaq üçün dövlətin güc işlətməsinə ehtiyac yoxdur.
Liberalizm nümayəndələrinin fikrinə görə dövlətin, həmçinin iqtisadi sahəyə müdaxiləsi də yolverilməzdir. Dövlətin bazar iqtisadiyyatına güvənməyib iqtisadiyyatı tam idarə etməsi fərdin hüquq, mənfəət və həyatına ən böyük müdaxilədir. Eləcə də iqtisadi sahəyə müdaxiləsi artan dövlətlərdə azadlıq yoxa çıxır və təbii olaraq diktaturalar doğulur.
Ümumiyyətlə, liberalizmin özünə məxsus tarixi və fəlsəfəsi vardır. O bir adamın nəzəriyyələri əsasında deyil, bir çox mütəfəkkirlərin fikir və düşüncələri ilə daim dəyişmiş və özünü inkişaf etdirmişdir. Ona görə də liberalizm hər hansı dəyər bağlarına ilişib qalmamış, dəyərləri özünə qanun kimi qəbul etmədən azad olmuşdur. Onun üçün ən böyük dəyər azadlıq və fərdiyyətçilikdir. Bu dəyərlərdən kənar heç nə liberalizmə yaxın ola bilməz. Liberalizm olmadan demokatiya, demokratiya olmadan isə liberalizmi təsəvvür etmək mümkünsüzdür.
Onu da xüsusi vurğulamaq yeinə düşər ki, liberalizm, siyasi ədəbiyyatda istifadə etdiyimiz digər terminlərə nisbətən olduqca yenidir. Avropa qaynaqlı, İspan dilindən törənmiş bir söz olmaqla yanaşı, əsli latıncadır. İspan dilindən ingiliscəyə keçmiş və ilk dəfə XIX əsrin əvvəllərində siyasi ədəbiyyata daxil olmuşdur. Bu söz əvvəllər milli olmayan siyasəti ifadə etmək məqsədi ilə pisləyici – ittihamedici bir mənada ifadə edilmişdir. Maraqlı şəkildə, daha sonrakı illərdə ispanlar “liberal” sifətini ingilis mənşəli siyasəti ifadə etmək məqsədi ilə istifadə etməyə başlamış və Lokçu Konstitusiyalı monarxiya və parlament sisteminin əsaslarını müdafiə edən millət vəkillərini “liberales” olaraq adlandırmışlar. Başqa bir fikrə görə, Adam Smit “Xalqların Sərvətin”dəki “Liberal ixracat və idxalat sistemi” ifadəsi ilə liberal qavramını ilk istifadə edən yazıçı olmuşdur. Vaxt keçdikcə istifadəsi yayılan qavram, əsrin ortalarına və sonlarına doğru siyasət lüğətinə yerləşərək, “laissez faire”, “laissez passer” (buraxın etsinlər, buraxın keçsinlər) ifadəsinin yerini almış və fikir azadlığını, ifadə azadlığını və sərbəst ticarəti müdafiə edənlərin adlandırılmasında istifadə olunan etiket halına gəlmişdir. Ancaq daha sonra liberalizm bir qavram olaraq getdikcə elastikləşmişdir. Gündəlik dildə, liberalizm özündən bəhs etdirən, amma doğru bir tərifi verilmədən üstəlik mənası və önəmi yetəri qədər vurğulanmadan istifadə olunan bir qavram xüsusiyyətini almışdır. Etimoloji olaraq, “liberalizm” və “liberty (azadlıq)” sözləri arasında əlaqə və birləşmə vardır.
Bütün bu və buna bənzər fikirlər əsas götürülərək aşağıdakı nəticələrə gəlmək mümkündür: klassik liberalizmdə fərdçilik, azadlıq, öz-özünə yaranan nizam və bazar iqtisadiyyatı, hüququn aliliyi və məhdud səlahiyyətli dövlət təməl ünsürlərdir.
Modern liberalizmdən danışılırsa, o zaman sual yaranır: Adam Smitin klassik liberalizminə nə oldu? Şotland iqtisadçı Adam Smit “millətlərin həqiqi zənginliyi yığdıqları qızıl və gümüş miqdarında deyil, onların istehsal etdiyi malların və xidmətlərin miqdarındadır” deyirdi. Dövlət müdaxiləsinin iqtisadi böyüməni azaltdığını düşünürdü. Amerikanın qurulmasının başlanğıc illərində ABŞ-ın 3-cü prezidenti olmuş Tomas Cefferson Smitin fikirlərindən yararlandı. Bu baxışa görə, dövlət dinə, mətbuata, fikir azadlığına qarışmamalı idi. Klassik liberalizmin bu ünsürlərinin amerikalılar tərəfindən mühafizəkarlıq adlandırıldığı məfhumdur.
Klassik liberalizm dövləti bazardan qovdu, modern liberalizm isə onu geri qaytardı: bu dəfə insanları ədalətli olmayan iqtisadi sistemdən qorumaq üçün. Bu gün modern dünyada saf klassik liberal ideologiyaya əsaslanan dövlət yoxdur. Amerikadakı libertarian düşüncə modern klassik liberalizm də adlandırıla bilər. Ancaq bəzi yeni anlayışlar da əlavə edilmişdir. Klassik liberalizmin makro səviyyədə, yəni dünya səviyyəsində ideyadan real həqiqətə, rifah dövlətlərinin də “minimal dövlətə” çevrilməsinin qarşısında iki ciddi maneə vardır. Birincisi, ölkənin müdafiə ehtiyaclarının hələ də dövlətə bu və buna bənzər vacib funksiyalar yükləməsi, ikincisi liberal olanlarla liberal olmayan ölkələr arasında iqtisadi inkişaf səviyyəsinin ciddi fərqlənməsi liberal ölkələri iqtisadi əsaslandırmalarla insanların sərbəst səyahətini məhdudlaşdırmaq kimi liberal olmayan siyasi qərarlar almağa məcbur etməsidir. Bu maneələr aradan qaldırılmadığı müddətdə dünyanın heç bir yerində klassik liberalizm ideyasının real həyata tətbiq edilməsi mümkün olmayacaqdır.
Ədəbiyyat siyahısı:
1. Morgentau H. Y. Dövlətlər arasında siyasət: güc və sülh uğrunda mübarizə. Bakı 2017,səh. 871.
2. Ələkbərova N. Siyasi elmin müasir problemləri. Bakı 2013,səh.347.
3. Cumming, R. D., 1971, Human Nature and History, a Study of the Development of Liberal Thought, Chicago, p. 298.
4. https://bakuresearchinstitute.org
5. Vincent, John, 1966, The Formation of the Liberal Party 18571868, London, p. 285.
6. Selinger, M., 1968, The Liberal Politics of John Locke, London, p. 164.
7. Адамшин А. На пути к мировому правительству. Москва, 2002,cтp184.
8. Vincent, John, 1966, The Formation of the Liberal Party 18571868, London, p. 285.
9. Cəfərоv M.F. Fəlsəfənin əsаslаrı. Bаkı Mааrif, 1996,səh. 357.
10. İsmayılov D. Liberalizm. Bakı 2013. səh.246.
Açar sözlər: liberalizm, demokratiya, sülh, severen, klassik, anarxiya, fərdiyyətçilik, azadlıq, təbii nizam, məhdud liberal dövlət.
Характеристика либерализма в современных международных отношениях
РЕЗЮМЕ
В статье рассматриваются индивидуализм, свобода, естественный порядок и ограниченное либеральное государство, которые являются отличительными признаками либерализма в нашем современном мире. Понятия и их общие черты, а также тот факт, что либерализм как политическая идеология является продуктом просвещения, либерализм сначала появился как реакция на просвещение, но позже действовал как его логическое продолжение, особенно в течение более двух столетий. Несмотря на то, что он претерпел изменения, вопросы сохранения его основной идеи до наших дней широко освещались.
Ключевые слова: либерализм, демократия, мир, суверенный, классика, анархия, индивидуализм, свобода, естественный порядок, ограниченное либеральное государство.
Characteristics of liberalism in modern
international relations
SUMMARY
The article discusses individualism, freedom, natural order and limited liberal state, which are the hallmarks of liberalism in our modern world, concepts and their commonalities, as well as the fact that liberalism as a political ideology is a product of enlightenment, liberalism first appeared as a reaction to enlightenment, but later acted as a logical continuation of it, especially for more than two centuries. Although it has undergone changes, the issues of preserving its main idea to this day have been widely covered.
Keywords: liberalism, democracy, peace, sovereign, classical, anarchy, individualism, freedom, natural order, limited liberal state.
Geostrategiya
2020
№2 (56)
Comments are closed, but trackbacks and pingbacks are open.