Deputat: Nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara giriş əxlaqsızlığa yol açır
Z. Məmmədov onu da qeyd etdi ki, cütlüklərdən nikah haqda şəhadətnamə tələb etmədikləri vaxtdan etibarən hər hansı neqativ halla qarşılaşmayıblar.
Nikah şəhadətnaməsini tələb edən hotellər – SİYAHI
Azərbaycan qanunlarına görə turistlər hotel və istirahət mərkəzlərinə yerləşəndə nikah kağızı təqdim etməyə borclu deyillər.
Bu barədə Oxu.Az Fins.az-a istinadən xəbər verir.
Bununla yanaşı, ölkədəki bəzi hotel və istirahət mərkəzləri müştərilərdən evliliyi sübut edən sənədlər tələb edirlər. Belələri hotellərinin əxlaqsızlıq məqsədilə istifadə olunacağından və reputasiyasının korlanacağından narazıdırlar.
Bu fikri dolayısı yolla mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də dəstəkləyib. O bildirib ki, hotellərə belə tələb qoyulmasa da onların öz reputasiyaları üçün narahatlığı başa düşüləndir.
Nəticədə bu məsələdə son söz yenə də hotel və istirahət mərkəzlərinindir. Müşahidələr göstərir ki, ölkədəki bəzi turizm obyektləri buraya istirahətə gələnlərdən nikah kağızı tələb edir, digərləri isə bu məsələni, ümumiyyətlə yada salmırlar.
Ölkə ictimaiyyətinin diqqət mərkəzində olduğunu və turizm mövsümü zamanı ölkə daxilində istirahət edənlərin sayının böyük olduğunu nəzərə alaraq fins.az Bakıda və regionlarda nikah kağızı tələb edən və etməyən otellərin siyahısını müəyyənləşdirib.
Nikah şəhadətnaməsini tələb edən hotellər:
“Ramada Hotel” (Bakı)
“Alp İnn” hoteli (Bakı)
“Arena” hoteli (Bakı)
“Bosfor” hoteli (Bakı)
“Ariva” hoteli (Bakı)
“ Excelsior Hotel ” (Bakı)
“Atropat” hoteli (Bakı)
“Araz Hotel” (Bakı)
“Şafran” hoteli (Bakı)
“Qafqaz Park” hoteli (Bakı)
“Admiral” hoteli (Bakı)
“Qız Qalası” hoteli (Bakı)
“Passage Hotel” (Bakı)
“Qubek Hotel” (Balakən)
“Deluxe Hotel” (Gəncə)
“Sakit Göl” (Şamaxı)
“ Naftalan Hotel by Rixos” (Naftalan)
Nikah şəhadətnaməsi tələb etməyən hotellər:
“Modern Hotel” (Bakı)
“Çıraq Plaza” (Bakı)
“Fairmont Hotel” (Bakı)
“Four Seasons Hotel Baku” (Bakı)
“Caspian Business Hotel” (Bakı)
“Park Hyatt” hoteli (Bakı)
“Panorama Villa Lux” hoteli (Bakı)
“Askar” hoteli (Bakı)
“Azcot” hoteli (Bakı)
“Kempinski Hotel” (Bakı)
“Austin Butik” hoteli (Bakı)
“Emerald Hotel” (Bakı)
“The Landmark Hotel” hoteli (Bakı)
“Central Park” hoteli (Bakı)
“Egoist” hoteli (Bakı)
“Atlant İstirahət Mərkəzi (Nabran)
“Şəki Saray” hoteli (Şəki)
“Şəki Palace” hoteli (Şəki)
“Rixos Quba Azerbaijan” hoteli (Quba)
“Excelsior Hotel Şəmkir” (Şəmkir)
“Duyma Hotel” (Qəbələ)
“Relax” Lerik İstirahət Mərkəzi (Lerik)
“Palıdlı Sahil” İstirahət Mərkəzi (Lənkəran)
“Vego” hoteli ( Gəncə)
“Narınqala” hoteli (Şəki)
“İSSAM Hotel” (Şəki)
“Şəki Park Hotel” (Şəki)
“Şəki Palace Hotel” (Şəki)
“ Gəncə” hoteli (Gəncə)
“Masallı” hoteli (Masallı)
“Cənnət bağı” (Quba)
“River Side Hotel” (Mingəçevir)
Deputat: “Nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara giriş əxlaqsızlığa yol açır”
“Əxlaq polisinin və mənəviyyat komissiyasının yaradılması ilə bağlı təklifimdən 30 il ötür. Həmin dövrdə özəl televiziyalarda filmlər, reklamlar nümayiş etdirilirdi. Təklifimiz həyata keçməsə də, biabırçılıqlar aradan qaldırıldı. Bu, millətin psixologiyasında dərin zədə qoydu. İndi məni narahat edən məsələ mehmanxanalara qadın və kişilərin nikah şəhadətnaməsi tələb edilmədən buraxılmalarıdır. Sizin pul qazanmaq istəyiniz millətin taleyindən bu qədərmi üstündür?! Balalarımız, nəvələrimiz var, onlar bizim gələcəyimizdir. Bilirsiniz ki, nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara giriş əxlaqsızlığa yol açır”.
Sonxeber.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, bu cür hallarla mübarizə aparmaq lazımdır:
“Gələcəyimizi məhv etmək olmaz. Cənubi Koreya ateist dövlətdir. Orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər. Bu metodun Azərbaycanda tətbiq edilməsini təklif etsəm, qəbul etməyəcəksiniz. Bəs biz necə müsəlman ölkəsiyik? Ərəblərin hərəkətləri yadımızdan çıxmır. Formula-1 yarışı zamanı hotelin eyvanından baxan kişinin alt paltarı çiynindən aşırılmışdı. Bizim milli dəyərlərimiz var. Koreya müsəlman dövləti deyil, amma milli dəyərlərini qoruyur. Nə üçün biz müsəlman olduğumuz halda milli dəyərlərimizi qorumuruq? Bəzən deyirlər, filan məsələ qalıb kənarda, başqa məsələdən danışırsınız. Biz hər məsələdən danışırıq, danışacağıq. Azərbaycan millətinin taleyinə nə ziyandırsa, qarşısını almağa çalışacağıq. Geri çəkilməyəcəyik”.
Sosial Baxılıb: 930 Tarix: 23 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
Saç tökülməsinə ÇARƏ TAPILDI!
Məhsul haqda ətraflı. Sifariş:055 239 54 49. Hörmətli dostlar nəzərinizə türkiyə istehsalı olan BLACK SERUM saç losyonunu təqdim etmək istərdim:. ⚜️Saç tökülməsinin qarşısını alır. ⚜️Yeni tüklər əmələ gətirir. ⚜️Saçlar daha tez uzanır. ⚜️Saçda kəpəyin qarşısını alır. ⚜️Saç yağlığını arada
İtən mobil telefonu necə tapmaq olar? – EKSPERT TÖVSİYƏLƏRİ
Bir mobil telefonun itməsi həmişə yeni bir mobil cihaz almaq üçün bir səbəb deyil. Axı itkin telefonu tapmaq olar. -a istinadla verdiyi xəbərə görə, bəzən bunun üçün evdən çıxmağınıza ehtiyac yoxdur. İş burasındadır ki, bəzi cihazlarda itirilmiş və ya oğurlanmış cihazları tapmaq üçün proqramlar var
Zəngilanın Nəcəflər kəndindən görüntülər – VİDEO
Müdafiə Nazirliyi Zəngilan rayonunun Nəcəflər kəndindən video yayıb. Həmin görüntüləri təqdim edirik:
YAP-dan Hüseynbala Mirələmovla bağlı YENİ AÇIQLAMA
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bugünki iclasının keçiriləcəyi saat məlum olub. Partiyanın mətbuat katibi Hüseyn Paşayev -a bildirib ki, iclas bu gün saat 15:00-da baş tutacaq. Qeyd edək ki, YAP-ın bu günə olan iclasında əsas məsələlərdən biri kimi sabiq deputat Hüseynbala Mirələmovun yo
Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada 145 344 801 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə -ın onlayn statistikasında qeyd olunur. Virusdan 3 085 284 xəstə ölüb, 123 344 649 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (32 669 121 nəfər), Hindistan (16 263 695 nəfər), Braziliya (14 172 139 nəfər), Frans
Azərbaycanda karantinin yumşalacağı ilə bağlı AÇIQLAMA
“Azərbaycanda gündəlik orta hesabla 12-14 min insan test olunur. Bizim peyvənd sayımız test sayımızdan 4-5 dəfə çox olsa, gündəlik 50-60 min peyvənd vura bilsək, insanlarımız randevularını götürüb daha çox peyvənd olunsalar, virusun öhdəsindən daha tez gələcəyik”. xəbər verir ki, bu sözlər
Növbəti buraxılış imtahanları KEÇİRİLİR
Bu gün Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir. Bu barədə Dövlət İmtaha
İcra başçısı birinci müavin və baş memarı işdən çıxardı
Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov və Baş memar Rüstəm Mehdiyev vəzifədən azad ediliblər. “Qafqazinfo” xəbər verir ki, bu barədə icra başçısı Məhərrəm Quliyev əmr imzalayıb. Hər iki vəzifəyə hələlik təyinat yoxdur. Qeyd edək ki, C.Həsənov karyerası ərzind
Bu duyğunun azalması ölüm riskini artırır – ŞOK ARAŞDIRMA
Qoxu duyğusunun azalması 65 və bundan yuxarı yaşda olanlarda ölüm riskini artırır. Bununla bağlı ABŞ-ın Kolumbiya Universitetində araşdırma aparılıb. Bildirilir ki, 65 və bu yaşdan yuxarı 1169 adama təxminən 40 fərqli maddə iylədiblər. Qoxunun nə olduğunu çox variantlı siyahıda işarə etmələrini istəyiblər
Mehmanxanalarda cütlüklərdən nikah haqda şəhadətnaməni kim tələb edir? – ARAŞDIRMA
BAKU.WS xəbər verir ki, bunu APA-ya Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici turizm şəbəkə sisteminə daxil olan mehmanxanalarda dünya standartına uyğun olaraq, cütlüklərdən nikah haqqında şəhadətnamə tələb olunmur:
“Lakin mehmanxanada gecələmək üçün şəxslər mütləq halda anket doldurulmalı və onlar haqda məlumatlar həmin anketdə öz əksini tapmalıdır. Bir daha bildirirəm ki, Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların vətəndaşlardan nikah haqda şəhadətnamə tələb etməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur. Qanunvericilikdə belə bir müddəa yoxdursa, bunu tələbə etməyə heç bir lüzum da yoxdur. Mehmanxanalarda müştərilərdən nikah haqqında şəhadətnamənin tələb olunması müəyyən mənada turizmin inkişafına maneə yaradan amillərdən birinə çevrilə bilər”.
AzTA sədrinin müşaviri qeyd edib ki, bu məsələ ilə bağlı turizm şirkətləri və mehmanxana sahibləri arasında bəzən fikir ayrılıqları yaranır:
“Artıq məhkəmənin hökmü olmadan heç kim mehmanxananın nömrəsinə daxil olub, axtarış apara bilməz. Əvvəllər bəzi hallarda hüquq-mühafizə orqanları insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində mehmanxanalarda axtarış aparırdı. İndi isə bunun üçün məhkəmə qərarı olmalıdır. Qanunda vətəndaşlardan mehmanxanada gecələmək üçün nikah haqqında şəhadətnamə tələbi yoxdursa, bunu necə tələb edə bilərlər? Hər halda Mədəniyyət və Turizm Nazirliyi, eyni zamanda turizm şirkətləri, mehmanxana sahibləri, menecerlər və hüquqşünaslar bu haqda fikirlərini bildirməlidir. Ümumiyyətlə, bu məsələyə birdəfəlik nöqtə qoymağın vaxtı çatıb”.
Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev mətbuata açıqlamasında bildirib ki, rəhbəri olduğu idarə heç bir hotel və mehmanxanaya nəzarət etmir:
“Bu, bizim səlahiyyətimizdə olan bir məsələ deyil. Otelçilik fəaliyyəti ilə məşğul olanlar birmənalı şəkildə bilməlidirlər ki, otelə gələn insanlardan nikah haqqında şəhadətnamə tələb edilmir, anket kağızının doldurulması kifayətdir”.
Hüquqşünas Müzəffər Baxışov APA-ya deyib ki, qanunvericilikdə vətəndaşlardan mehmanxanalarda gecələmək üçün nikah haqqında şəhadətnamənin tələb olunması ilə bağlı hər hansı bir müddəa yoxdur:
“Adətən, Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda əxlaqsızlığın qarşısını almaq üçün şəhadətnamə tələb olunur. Digər tərəfdən elə mehmanxanalar da var ki, orada belə bir tələb qoyulmayıb”.
M.Baxışov bildirib ki, ümumilikdə Azərbaycanda mehmanxanaların fəaliyyətini tənzimləyən hər hansı hüquqi-normativ akt yoxdur:
“Nə Nazirlər Kabinetinin, nə də digər qanunverici orqanların mehmanxanaların fəaliyyətini tənzimləyən bir hüquqi-normativ aktı var. Yeganə olaraq, Mülki Məcəllədə mehmanxanalarda əmlakın saxlanılması, qəbul edilməsi, əmlaka dəymiş ziyanla bağlı münasibətlər tənzimlənir. Digər məsələlərin tənzimlənməsi ilə bağlı isə normativ-hüquqi akt yoxdur. Deyilənə görə, “Turizm haqqında” yeni qanun qəbul olunmalıdır. Bu məsələlərin də orada öz əksini tapacağı bildirilir”.
Paytaxt və regionlarda fəaliyyət göstərən bəzi mehmanxanalarla müştəri kimi əlaqə saxlayıb, real vəziyyəti öyrənməyə çalışdıq.
Şəhadətnamə olmasa, cütlüklərə ayrı-ayrı nömrələr təklif olunur
Zaqatalada yerləşən “Qrata hotel”dən bildirdilər ki, cütlüklərin mehmanxanada gecələməsi üçün nikah haqqında şəhadətnamənin olması şərtdir. Nikah haqqında şəhadətnamə olmasa, cütlüklərə ayrı-ayrı nömrələr təqdim olunur. Xanımın yerli və ya əcnəbi olması da onlar üçün elə bir əhəmiyyət kəsb etmir:
– Xanım yerli və ya əcnəbi olsun, nikah haqqında şəhadətnamə olmasa, bizim oteldə ayrı-ayrı nömrələrdə qalmağa məcbursunuz.
Şəkidə fəaliyyət göstərən “Karvansaray” mehmanxanasından isə sualımıza cavab olaraq bildirdilər ki, təxminən 1 ay əvvələ qədər cütlüklərdən nikah haqqında şəhadətnamə tələbi mütləq şəkildə olub. Lakin Mədəniyyət və Turizm Nazirliyinin xəbərdarlığından sonra bu şərt aradan götürülüb və hazırda müştərilərdən yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.
Müştərilərindən mütləq şəkildə nikah haqqında şəhadətnamə tələb edən Sumqayıtdakı “Diana” mehmanxanasının əməkdaşından bunu hansı səbəblə etdiyini xəbər almaq istədikdə orijinal cavab eşitdik:
– Burada ailə var, qadın var, uşaq var. Camaat ailəsini, uşağını gətirir bura. Bizi başa düşün. Sizə burada gecələmək üçün yer verə bilmərik.
Gəncədəki “Kəpəz hotel”dən isə bildirdilər ki, hər halda nikah haqqında şəhadətnaməni aparsaq, yaxşı olar.
Bakıdakı “Xudafərin otel”də də cütlüklərdən nikah haqqında şəhadətnamə tələb edilir. Səbəbə gəlincə, nikah haqda şəhadətnamə təqdim etməyən cütlüklər mehmanxanada gecələsə, bu, evli olan, nikah haqda şəhadətnamə təqdim edən cütlüklərin rahatlığının pozulmasına gətirib çıxara bilər.
Qadın əcnəbidirsə, nikah haqda şəhadətnaməyə ehtiyac yoxdur!
Ən maraqlı mənzərə ilə Bakıda fəaliyyət göstərən “Kiçik Qala” mehmanxanasının əməkdaşı ilə söhbət zamanı qarşılaşdıq. Mehmanxana əməkdaşı dedi ki, xanım yerlidirsə, onun üçün nikah haqqında şəhadətnamə mütləq olmalıdır. Əcnəbidirsə, şəhadətnaməyə ehtiyac yoxdur. “Hansı səbəblə belə edirsiniz?” sualına cavab aqressiv oldu:
– Səbəbini Turizm Nazirliyindən soruşun!
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi təxminən 2 ay əvvəl mehmanxana rəhbərlərinə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən mehmanxanada qeydiyyatdan keçərkən tələb olunan müvafiq sənədlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə şikayətlər daxil olub:
“Məlum olduğu kimi, mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi beynəlxalq qaydalarına və təcrübəsinə əsasən, hər bir vətəndaş xüsusi forma – gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini: soyadı, ad, doğum tarixi, daimi yaşayış yerinin ünvanı və s. qeyd edir.
Həmin vərəqədə eyni zamanda mehmanxanada qalma qaydaları və rejimi də öz əksini tapır. Sənədə atılan imza onu təsdiq edir ki, mehmanxanada gecələyən turist, xidmət qaydaları və qiymətləri ilə tanış olub. Daha sonra vərəqədəki göstəricilər mehmanxananın qeydiyyat bankına daxil edilir və şəxsiyyəti təsdiq edən sənəd dərhal müştəriyə geri qaytarılır. Əlavə olaraq bildiririk ki, mövcud qanunvericilikdə mehmanxanada qeydiyyatdan keçən zaman nikah haqqında şəhadətnamə tələb olunmur”.
Bakıda yerləşən “Anatolia” mehmanxanasının meneceri Zaur Məmmədov bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin məlum müraciətindən əvvəl onlar da cütlüklərdən nikah haqda şəhadətnamə tələb ediblər: “Lakin hazırda cütlüklərdən yalnız şəxsiyyət vəsiqəsi tələb edirik. Bəzən bizə belə sualla müraciət edirlər ki, cütlükləri nikah haqda şəhadətnamə olmadan mehmanxanaya buraxmaqla əxlaqsızlıq yuvasına şərait yaratmırıq? Bu cür sual verənlərə Mədəniyyət və Turizm Nazirliyinin müraciətini təqdim edirik. Düşünürəm ki, şəxsiyyət vəsiqəsini və təqdim olunan formanı doldurmaq kifayət edir”.
Z. Məmmədov onu da qeyd etdi ki, cütlüklərdən nikah haqda şəhadətnamə tələb etmədikləri vaxtdan etibarən hər hansı neqativ halla qarşılaşmayıblar.
1999-cu ildə qəbul olunan “Turizm haqqında” qanun müasir dövrün tələblərinə cavab vermir
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin iclasında qeyd edib ki, “Turizm haqqında” yeni qanun layihəsinin ilkin variantı müzakirə edilib: “”Turizm haqqında” qanun 1999-cu ildə qəbul olunub. Bu qanun artıq müasir dövrün tələblərinə cavab vermir. Buna görə də “Turizm haqqında” yeni qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılıb. Biz başqa ölkələrin təcrübələrini öyrənmişik. Milli Məclisin spikerinin dəstəyi ilə materiallar işçi qrupu tərəfindən işlənib hazırlanıb”.
H. Rəcəbli onu da qeyd edib ki, layihənin Milli Məclisin yaz sessiyası dövründə tam hazır olması və plenar iclasa tövsiyə olunması nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə isə Ümumdünya Turizm Təşkilatının ekspertlərinin tövsiyəsi ilə hazırlanan yeni qanun layihəsinə turizm sahəsi üzrə bir çox vacib məsələ daxil edilib ki, bütün bunlar da turizmin inkişafına şərait yaradacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.