Press "Enter" to skip to content

Nisbet Mehdiyeva – Wikipedia

Türk xalqlarının çar Rusiyasının və SSRİ-nin tərkibində olduğu dönəm tarixi;

Tarix və onun problemləri, №4 2014 17 ƏSMƏd muxtarova

“Türk və Qafqaz xalqları tarixi” (2012-ci ildən “Türk xalqları tarixi”) kafedrası yaradıldı.

Hazırda həmin kafedranın müdiri türk xalqlarının qədim dövr – orta əsrlər tarixi və dövlətçilik

tarixi problemləri üzrə araşdırmaçı, tarix elmləri doktoru, professor Əsməd Muxtarovadır.

Kafedranın 8 nəfərlik professor-müəllim heyəti tərəfindən türk xalqları tarixi dövrlər və

müxtəlif problemlər üzrə tədris edilir (4).

“Türk xalqları tarixi” fənni Tarix fakültəsində – “tarix”, “tarix müəllimi”,

“Qafqazşünaslıq”, “Amerikaşünaslıq” ixtisaslarında; Beynəlxalq Münasibətlər və İqtisadiyyat

fakültəsində “Beynəlxalq münasibətlər” ixtisasında; Kitabxanaçılıq və İnformatika

fakültəsində “Kitabxanaşünaslıq” ixtisasında tədris olunur.

Fənn çərçivəsində hazırda müstəqil olan türk dövlətləri (müstəqil fənn kimi tədris

olunan “Azərbaycan tarixi” istisna olmaqla) ilə bərabər, digər dövlətlərin türk subyektləri,

həmçinin dövlət qurumu olmayan türk xalqlarının tarixi, başqa sözlə desək, bütünlükdə türk

dünyasının tarixi tədris edilir. Aşağıdakı məsələlərə xüsusi önəm verilir:

Müasir türk dünyası anlayışı – müstəqil türk dövlətləri (6+1: Türkiyə, Azərbaycan,

Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti);

Rusiya Federasiyası (Volqaboyu, Şimali Qafqaz və Sibirdə) və Çin Xalq Respublikasının

(Sintzyan Uyğur Muxtar Vilayəti) türk subyektləri; digər dövlətlərin tərkibində yaşayan

türk xalqları; türk diasporası. Türk dünyasının problemləri (krım tatarları, ahısxa

türkləri, uyğurların problemləri; mövcud münaqişələr, təhlükəsizlik problemləri və s.)

Türk xalqlarının dünya tarixində yeri və rolu – türk xalqlarının dünya tarixinə, elminə,

mədəniyyətinə verdiyi töhfələr; tarixi abidələri; tarixdə və günümüzdə tanınmış, gör-

kəmli insanların, elm xadimlərinin türklər haqda fikirləri, onlara verdikləri dəyər və s.

Tarix və onun problemləri, № 4 2014

Tarix elmində türk xalqlarının anayurdu ilə bağlı nəzəriyyələr; türk xalqlarının tarixini

saxtalaşdırmaq cəhdləri və onların ifşası; türk xalqlarının tarixi üzrə mənbələr;

Türk xalqlarının dövlətçilik tarixi; tarixdə mövcud olmuş türk dövlətləri; onlar arasında

əlaqələr, problemlər; türk dövlətlərinin qonşu dövlətlərlə münasibətləri;

Türk xalqlarının islamaqədərki dini inancları; İslamın türk xalqlarının ictimai-siyasi

həyatında yeri və rolu məsələləri;

Türk xalqlarının çar Rusiyasının və SSRİ-nin tərkibində olduğu dönəm tarixi;

Türk xalqlarının hərb tarixi; dünya müharibələrində iştirakları məsələləri;

Türk xalqlarında ictimai-siyasi fikrin inkişafı, milli mətbuat, milli ideologiyanın

formalaşması; milli hərəkat tarixi;

Türk xalqlarının mədəniyyət tarixi;

Türk xalqlarının postsovet dönəm durumu. Türk dünyasının müasir beynəlxalq

münasibətlər sistemində yeri, ümumdünya proseslərdə iştirakı və s.

Mövcud olduğu 22 il ərzində kafedra əməkdaşları tərəfindən Azərbaycanda türk

xalqları tarixinin tədqiqi, təbliği və tədrisi istiqamətində bir sıra mühüm işlər görülmüş, bu

işlər nəticəsində kafedra sözün həqiqi mənasında Respublikada türk tarixinin tədqiqi və

tədrisinin mühüm mərkəzinə çevrilmişdir. Bunlardan əhəmiyyətinə görə xüsusi seçilən bir

neçəsini qeyd etməyi məqsədəuyğun hesab edirik.

Kafedranın professoru Əsməd Muxtarova 1999-cu ildə postsovet məkanda ilk olaraq

ümumiləşmiş “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)” dərsliyini hazırlayaraq nəşr

etdirmişdir (5). Sonrakı illərdə dərslik düzəliş, əlavə və dəyişikliklərlə təkrar nəşr edilmişdir.

Müəllif dərsliyin nəşrinə görə “Sara Xatun” mükafatına layiq görlmüşdür.

Tarix və onun problemləri, № 4 2014

2003-cü ildə kafedranın digər professoru Nisbət Mehdiyeva “Türk xalqlarının

tarixi.Yeni dövr (XIX – XX əsrin əvvəlləri)” dərsliyini hazırlayaraq nəşr etdirmişdir (6).

Professor N.Mehdiyevanın həmçinin Türkmənistan və Özbəkistanda türkmən, özbək,

rus və ingilis dillərində məqalələri nəşr olunmuşdur:

1.Достлук гатнашыклары. Совет эдебияты. Туркменистан Языжылар Союзынын

органы, 1988, №4, с.173-175 (türkmən dilində)

2.ХХ асрнинг 60-80-йилларида Озарбайджан-узбек маданий алокалари.

MOZİDAN SADO (Эхо истории). Daşkənd, 2010, №2-3, s.74-75 (özbək, rus, ingilis

Prof.N.Mehdiyeva 2011-ci ildə Bakıda “Türk dünyası: dünəni və bu günü”

mövzusunda keçirilən beynəlxalq konfransda “XIX əsrin birinci yarısında qazax xalqının

milli-azadlıq hərəkatı” adlı məruzə ilə iştirak edib:

XIX əsrin birinci yarısında qazax xalqının milli-azadlıq hərəkatı. “Türk dünyası:

dünəni və bu günü”. 23-24 may 2011-ci il. Beynəlxalq elmi konfransın materialları. I c. B.,

VİKTORİ, 2012, s.105-110.

Ümumilikdə, 1992-ci ildən bu günə qədər kafedra əməkdaşları tərəfindən türk xalqları

tarixinin müxtəlif istiqamətləri üzrə 13 proqram (7), 7 metodik vəsait (8), 3 dərs vəsaiti (9), 2

dərslik, 2 monoqrafiya (10) hazırlanaraq nəşr etdirilmişdir. (Diqqətə çatdıraq ki, qeyd

edilənlər kafedra əməkdaşlarının birbaşa türk xalqları tarixinə aid olan işləridir. Bunlardan

əlavə, kafedra əməkdaşları tərəfindən Azərbaycan tarixi ilə bağlı çoxsaylı məqalələr, dərslikvə

monoqrafiyalar hazırlanır – müəl. (11)).

Tədris, elmi-tədqiqat işləri ilə bərabər Türk xalqları tarixi kafedrasında gənc

mütəxəssislərin hazırlanması istiqamətində də mühüm işlər görülür. Magistratura təhsil

pilləsində “Türk dünyası tarixi” və “Regionşünas: Türkiyəşünaslıq” istiqamətləri üzrə magistr

hazırlığı həyata keçirilir; fəlsəfə üzrə elmlər doktoru hazırlanması məqsədilə doktorantura və

dissertantura mərhələlərində iş davam etdirilir. Həmçinin tarix elmləri doktoru elmi dərəcəsi

almaq məqsədilə elmi tədqiqatlar davam etdirilir.

1992-ci ildən bu günə qədər kafedrada yerinə yetirilərək müdafiə edilmiş bir neçə

namizədlik və doktorluq dissertasiyalarının adlarını qeyd etmək istərdik:

1.“Müstəqil Azərbaycan dövlətinin formalaşmasında və möhkəmlənməsində Heydər

Əliyevin rolu” – İ.M.Hüseynova (2004, doktorluq dissertasiyası)

2.“XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı” –

Q.Ə.Əliyev (2003, doktorluq dissertasiyası)

3.“Orta Asiyada müstəqil türk dövlətlərinin yaranması və Türkiyə ilə qarşılıqlı əlaqələr

(XX əsrin 90-cı illəri)” – N.A.Məmmədli (2005, namizədlik dissertasiyası)

4.“Skif problemi rus və sovet tarixşünaslığında (tarixi-arxeoloji tədqiqat)” –

A.Q.Hüseynova (2005, namizədlik dissertasiyası)

5.“Azərbaycanın müstəqil türk dövlətləri ilə siyasi münasibətləri (XX əsrin 90-cı

illəri)” – S.F.Ruintən (2007, namizədlik dissertasiyası)

6.“XX əsrin sonu – XXI əsrin əvvəllərində Cənubi Qafqazda separatizm” –

R.Ş.Hüseynov (2009, namizədlik dissertasiyası)

7.“Türkiyə – ABŞ münasidətləri (1991-2007-ci illər)”- G.S.Əliyeva-Məmmədova

(2009, namizədlik dissertasiyası)

8.“Azərbaycan – Türkiyə idman-turizm əlaqələri (1991-2008-ci illər)” – E.C.İsmayılova

(2014, namizədlik dissertasiyası)

Tarix və onun problemləri, № 4 2014

Kafedra əməkdaşları tərəfindən həmçinin tələbələrin elmi-tədqiqat işlərinə cəlb

olunması istiqamətində mühüm işlər görülür. Tələbələr elmi-təqiqat işlərinə cəlb edilir,

məqalələr yazır, məruzələrlə Universitet, Respublika və beynəlxalq səviyyəli konfranslarda

çıxış edirlər. Kafedrada magistrantlarin açıq elmi seminarlari keçirilir. Eyni zamanda kafedra

əməkdaşlarının tələbələrlə birlikdə tarixi yerlərə ekskursiyaları təşkil olunur.

Kafedra əməkdaşları müxtəlif səviyyəli beynəlxalq konfrans, simpozium, seminar,

proqram və layihələrdə iştirak edirlər. Dosent A.R.Göyüşov müxtəlif proqram və layihələrdə

fəal iştirak edir: 2001-2004-cü illərdə Boxum Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən

həyata keçirilən «SSRİ və MDB-də İslam maarifçiliyi tarixi» adlı proqramın Azərbaycan üzrə

tədqiqat qrupunun rəhbəri, 2005-2007-ci illərdə Fransız Anadolu Araşdırmalar Mərkəzinin

Azərbaycan üzrə tədqiqatçısı olmuşdur. Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və

Fransa Xarici İşlər Nazirliyinin Parisdə ingilis dilində nəşr etdirdiyi “Mərkəzi Avrasiya

Xrestomatiyası” adlı tənqidi biblioqrafiya və epistomologiya jurnalının Redaksiya

Komitəsinin üzvüdür. Jurnalın baş redaktoru məşhur fransız alimi Stefan Dudoignondur.

2008-2011-ci illərdə Kaliforniya ştatının Los-Anceles Universitetinin (UCLA) dəvəti ilə ABŞ-

a ezam olunmuşdur və burada “Qonaq Professor” vəzifəsində çalışaraq “Azərbaycan dili,

ədəbiyyatı, tarixi” və həmçinin “Türk xalqlarının müasir dövr tarixi” fənlərindən mühazirələr

Kafedranın digər dosenti S.Ruintən 2012/2013-cü tədris ilində Türkiyənin Uludağ

Universitetində (Bursa) stajkeçmədə olub. Həmin vaxt ərzində Uludağ Universitetinin İqtisadi

və İdari Bilimlər Fakültəsi Beynəlxalq münasibətlər bölümünun “Siyasi tarix” kafedrası ilə

Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrası arasında əməkdaşlığa başlanmışdır.

Uludağ Universitetinin “Siyasi tarix” kafedrasının müdiri dosent Barış Özdal2013/2014-cü

tədris ilində Türk xalqları tarixi kafedrasının dəvəti ilə Bakı Dövlət Universitetində olmuş,

Tarix fakültəsinin bakalavr və magistratura təhsil pilləsinin tələbələri üçün mühazirələr

oxumuşdur. Hazırda kafedralar arasında əməkdaşlıq davam etdirilir.

Nisbet Mehdiyeva – Wikipedia

Mehdiyeva Nisbət Canməmməd qızı — tarixçi, tarix elmləri doktoru (1991), professor (1994).

Nisbət Mehdiyeva
Nisbət Canməmməd qızı Mehdiyeva
Doğum tarixi 1 yanvar 1937 (86 yaş)
Doğum yeri Göylər, Şamaxı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ →
Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Mükafatları

Nisbət Mehdiyeva 1937-ci il yanvarın 1-də Azərbaycanda Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Burada kənd məktəbini bitirdikdən sonra Azərbaycan Döviət Universitetinin tarix fakültəsində təhsil almışdır (1955—1960). Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, elmi işçi, ADU-da aspirant (1963—1967), Azərbaycan Dövlət Tibb İnstitutunun Sov.İKP tarixi kafedrasında müəllim və baş müəllim (1967—1973), BDU-nun SSRİ tarixi kafedrasında dosent (1973—1991), BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi (1991—1994) vəzifələrində olmuşdur. Hazırda kafedranın professorudur (1994-cü ildən). “Azərbaycan Həmkarlar İttifaqının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921—1925-ci illər)” mövzusunda namizədlik dissertasiyası (1968), “Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafı sahəsində fəaliyyəti (1960—1980-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Bu, keçmiş SSRİ-də yaradıcılıq ittifaqlarının tarixinə həsr olunmuş ilk doktorluq dissertasiyasıdır. Dövri mətbuatda 50-yə yaxın elmi məqaləsi, o cümlədən dərs proqramı, elmi-metodik tövsiyələri dərc olunmuşdur. Ümumtəhsil məktəblərinin 9—10-cu sinif şagirdləri içün “Yeni tarix” kitabının şərikli müəllifı, “Türk xalqlarının tarixi (yeni dövr)” dərsliyinin müəllifidir.

  1. Azərbaycan yaradıcılıq ittifaqlarının kütləvi təbliğat sahəsində fəaliyyəti (1960—1980-ci illər) (dərs vəsaiti). Bakı: BDU nəşriyyatı, 1990, 163 səh.
  2. Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafında rolu (ixtisas kursu proqramı). Bakı: BDU nəşriyyatı, 1990, 13 səh.
  3. Azərbaycan yaradıcılıq ittifaqlarının mədəni əlaqələri. Bakı: Azərnəşr, 1991, 200 səh.
  4. Rusiya imperiyası tərkibində türk xalqlarının tarixi (1800—1917-ci illər) (proqram). Bakı: BDU nəşriyyatı, 1993, 14 səh.
  5. Türk xalqlarının tarixinə dair. Bakı: BDU nəşriyyatı, 1994, 75 səh.

Xarici keçidlər

Nisbet mehdiyeva turk xalqlari tarixi

(1.1.1937 – Şamaxı r-nunun, Göylər k.) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1991), professor (1994). 1960 ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1994 ildən BDU-nun Türk və Qafqaz xalqları, 2012 ildən isə Türk xalqları tarixi kafedrasının professorudur. Tədqiqat sahəsi ictimai təşkilatlar, yaradıcılıq ittifaqları və cəmiyyətlərinin fəaliyyəti, neft sənayesi, mədəniyyət məsələləri və türk xalqlarının tarixinə aid problemlərdir. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 80-dən artıq elmi işin – 2 monoqrafiya, 5 dərslik, 1 kitab, 1 dərs vəsaiti, 9 proqram, 1 metodik göstəriş, 14 elmi konfransda etdiyi məruzənin çap olunmuş tezis və məqalələri, 48 elmi məqalənin və s.-nin müəllifidir. Elmi kadrların hazırlanmasında xidmətləri var.
Məlumat N.Mehdiyevadan alınmışdır.

Bənzər mövzular

VƏLİYEV Əzizağa Muradxan oğlu

EYVAZOVA (Qəhrəmanova) Kəmalə Əhliman qızı

ƏSGƏROV Firudin Həsən oğlu

ƏFƏNDİYEV Fərhad Rəşid oğlu

Kateqoriyalar

  • Azərbaycan Respublikası
  • Ümummilli Liderimiz Şamaxıda
  • Dövlət başçımız Şamaxıda
  • Görkəmli şəxsiyyətlər
    • Dövlət xadimləri
    • Mütəfəkkirlər
    • Elm və sənət adamları
    • Müharibə qəhrəmanları
    • Şəhidlər
    • Şamaxı şəhərinin tarixi
    • Şamaxının mənəvi mədəniyyəti
    • Şamaxı qalaları
    • Şamaxı elm və təhsildə
    • Şamaxı iqtisadiyyatda
    • Şamaxı mədəniyyətdə
    • Şamaxı rayonunun yaşayış məntəqələri
    • Şamaxı soyqırımı
    • Şamaxı ədəbiyyatda
    • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
    • Şamaxı zəlzələləri
    • Şamaxıda pul zərbi

    Digər Materiallar

    KƏLƏXANA TÜRBƏLƏRİ

    17 əsrə aid Azərbaycan memarlıq kompleksi. Şamaxı r-nunun Kələxana kəndindədir. 9.

    ÇUDU (Şirvan qutabı)

    Ət və xəmirdən hazırlanan xörək. Yağlı qoyun və ya mal əti.

    ƏHMƏDOV Şirzad Soltan oğlu

    (20.12.1950, Şamaxı r-nunun. Göylər k. – 28.03.2018) – tarixçi, arxeoloq.

    AXUNDOVA-BAĞIRBƏYOVA Sona Əbdul qızı

    (23.8.1896, Şamaxı – 27.1.1982, Bakı) – Azərbaycan oftalmoloqu, tibb e.d. (1952).

    Şamaxı Ensiklopediyası © 2023 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.