Press "Enter" to skip to content

Türk xalqları

Əhalinin cins tərkibindəki oxşarlıq azərbaycanlılar, tatarlar və çuvaşlar istisna olmaqla bütün türk xalqlarında eynidir(kişilər çoxdur). Türk dünyası əhalisi arasında 16–65 yaş həddində olanlar üstünlük təşkil edir. 65 yaşdan yuxarı olanlar yalnız 10–15% təşkil edir.

Türk xalqlarının orta əsrlərdə mədəniyyəti

Maarif. Məktəb və mədrəsələr. Yazı. Erkən orta əsrlərdə türk xalqları müxtəlif yazı növlərindən istifadə etmişlər. Bu isə türklərdə məktəb və mədrəsələrin olduğunu göstərir. Məscid yanında təşkil edilmiş məktəblər, mədrəsələrdən fərqli olaraq ib­tidai təhsil verirdi. Mərkəzi Asiyadakı Səmərqənd, Buxara, Xarəzm, Mərv şəhərlərində mədrəsələr var idi.
Orxon-Yenisey abidələri türk xalqlarına məxsus yazdı mənbədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Əlaəddin Ata Məlikin «Cüveyni-tarixi-cahangüşə» əsərində çəkilir. Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. 0,13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi.
Bundan sonra bu abidələrə Rusiya və Danimarkada maraq yaranmışdı. Danimarka alimi Vilhelm Tomson 1893-cü ildə Orxon-Yenisey abidələrinin türklərə məxsus olduğunu sübut etmişdi. Rus alimi V.Radlov bu abidə haqqında çoxcildli kitab yazmışdır.
Orxon-Yenisey abidələri V-VIII əsrlərə aiddir, Göytürklərə məxsusdur. Əlifba 38 hərfdən ibarətdir. Onun 34-dü samit, 4-dü saitdir. Yuxarıdan aşağıya doğru yazdır. Bu abidələrin bir hissəsi Şimali Monqolustanda Orxon çay vadisində tapılmış və” Orxon abidələri” adlanır. 725-735-ci illərdə tikilən Orxon abidələrinin sayı 13 ədəddir. Onların ən məşhuru Göytürk xaqanı Bilgə xaqan, onun qardaşı Gül Tigin və baş vəzir Tonyukuk üçün qoyulmuşdur.

Elm. Erkən orta əsrlərdə türk xalqlarının əsas elmi mərkəzləri Mərkəzi Asiyada Ürgənc, Mərv, Buxara, Səmərqənd, Xarəzm şəhərləri idi. Qəznəli sultan Mahmudun sarayında 400 alim və şair çalışırdı. Mərvdə 10 kitabxana var idi. Bu şəhərlərdə İbn Sina, Fərabi, Biruni, Yusif Balasaqunlu, Mahmud Qaşqari və b. alimlər çalışmışlar.
Əbu Əli İbn Sina (980-1037) görkəmli alim, həkim, şair idi. O Mərkəzi Asiya və İranda yaşamış, 5 cilddən ibarət «Tibb ensiklopediyası» və «Tibb elminin qanunu» əsərlərini yazmışdı. Onun kitabları başqa dillərə tərcümə olunmuşdur. Avropada «Avitsenna» kimi tanınır. Azərbaycan filosofu Bəhmənyarın müəllimi olmuşdur.
Görkəmli alim Fərabi (870-950) Aristoteldən sonra ikinci müəllim fəxri adına layiq görülmüşdür. Aristoteldən sonra elmlərin təsnifatını vermiş ikinci alimdir.
Əbu Reyhan əl Biruni (973-1048) müxtəlif elm sahələri ilə məşğul olmuşdur. O, kəndlərin, şəhərlərin və digər coğrafi obyektlərin yerini dəqiq müəyyən etmək üçün diametri təqribən 5 metrə yaxın olan ilk qlobus düzəltmişdi. Biruni türk xalqlarının yaşadığı ərazilər, onların adət-ənənə və mərasimləri haqqında maraqlı məlumatlar vermişdir. O, Hind dənizi ilə Qərb dənizi, yəni Hind okeanı ilə Atlantik okeanının Afrikadan cənubda dar bir boğaz vasitəsilə birləşdiyini söyləmişdi. «Hindistan» adlı əsərində ilk dəfə yerin günəş ətrafında fırlanması ideyasını irəli sürmüş,hind astronomu Brahmaquptanın «Yer hərəkətdə, göylər isə sükunətdədir» fikrini əsaslandırmışdır. Onun «Astronomiya və ulduzlara dair Məsud cədvəli» əsərində riyaziyyat, astronomiya, coğrafiyaya dair dərin elmi biliklər öz əksini tapmışdır. Biruni Azərbaycanın Bakı, Dərbənd, Təbriz, Ərdəbil və digər şəhərlərinin olduğu yerin en və uzunluq dairələri barədə məlumat vermişdir.
Həmçinin oxu: Müsəlman ailəmləri və tibb

Türk xalqlarının ədəbiyyat və incəsənəti. Türk xalqları ədəbiyyatının 5 min ildən çox tarixi var. Bu xalqların tarix və ədəbiyyatını əks etdirən mənbələr yaddaşla ağızdan-ağıza keçən xalq yaradıcılığı ilə bağlıdır. Bu mənbələr türklərin əsrlərdən bəri yaratdığını qoruyub saxlamışdı. Hun türklərinin «Oğuz xaqan», göytürklərin «Boz qurd», uyğur türklərinin «Köç» dastanları islama qədər yayılmışdır. Islamdan sonra Qaraxanlı türkləri «Satuq Buğra xan», Azərbaycan türkləri «Kitabi Dədə Qorqud», qırğızlar «Manas» dastanlarını yaratmışlar.
IX əsrdə yaşamış Aprincur Tikin adlı uyğur şairinin iki şeri bizə gəlib çatmışdır. Qaraxanlı dövlətinin görkəmli mütəfəkkiri Yusif Balasaqunlu «Kutadqu bilik» («Xoşbəxtlik bəxş edən elm») əsərini 1069-cu ildə yazmışdır. Əsər Qaraxanlı hökmdarı Buğra Qara xana həsr edilmişdir. Şairə görə, elm işıq, alim isə məşəldir. Öz dövrünün müdrik şairi Əhməd Yasəvi «Həqiqətlər heybəsi» adlı əsərində biliyə, humanizmə geniş yer vermişdir.
Türk xalqlarında memarlıq da inkişaf etmişdir. Türküstan ərazisində zəngin, müdafiə divarlarının hündürlüyü 20 metr olan şəhərlər var idi. Türk dövlətlərinin sərhədlərində müdafiə qalaları, keşikçi qüllələri tikilirdi. Göytürklər öz xaqanlarının şərəfinə bəngüdaşlar adlandırılan heykəllər qoyurdular. Bunlardan ən möhtəşəmi Bilqə xaqana, Gül Tikinə, Tonyukuka qoyulan bəngudaşlardır. Ulu Bazar məscidi, ikinci Mahmud türbəsi Hindistana yürüş zamanı əldə edilmiş qənimət hesabına tikilmiş zəfər abidələri Qəznəvilərin memarlığa qayğısını göstərir. Bu Qəznəvilərin memarlığa qayğısını göstərir. İslamdan əvvəl türklərdə rəssamlıq və. heykəltəraşlıq da inkişaf etmişdir. Türk xalqlarında yazı olmadığı bir vaxtda «ozan», «akın», «Baksı», «Saman» adlanan musiqiçilər sazın müşayiəti ilə dastanlar söyləyirdilər. Dastanlarda türklərin ilk musiqi aləti qopuzdan daha çox danışılır.VIII əsrlərdə yaşamış Yulluq Tikinin qoşduğu və Orxon abidələri vasitəsi ilə bizə çatmış mahnısı türk musiqisinin inkişafını göstərir.

Türklərdə din. İslama qədər türklər Göy tanrı dininə inanırdılar. Türklərin ikinci inancı ululara sitayiş idi. Türklər ululara böyük məzarlar tikir, abidələr qoyurdular.
Erkən orta əsrlərdə türk mədəniyyəti həmin dövr Azərbaycan mədəniyyəti ilə bağlı idi. 1989- cu ildə Azərbaycanda göytürk əlifbası ilə yazılmış qəbirüstü abidə aşkar edilmişdir. Göytürklərin məzarlarından, o cümlədən Gül Tikin abidəsindən qoçbaşı heykəllər tapılmışdır. Belə heykəllər Qərbi Azərbaycan (indiki Ermənistan) və Gürcüstanda aşkar edilmişdir. Beləliklə, bütün bunlar göstərir ki, qədim türk mədəniyyəti türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin ortaq mədəniyyətidir. Qırğız türklərinin «Manas» dastanının 1000 illiyi 1995-ci ilin avqustunda, «Kitabi Dədə-Qorqud» dastanının 1300 illiyi 2000-ci ilin aprelində türk xalqlarının bayramı kimi qeyd edildi.

Türk xalqları

Türk xalqları — Avroasiya ərazisində yaşayan, Türk dillərinə mənsub olan dillərdə danışan xalqlar. Dünyada türk xalqlarının sayı 167.109 milyondan çoxdur .[1] “Türk” sözünə ilk dəfə Bizans mənbələrində və VII əsrin “Orhon-Yenisey” abidələrində rast gəlinir.

Dil ümumiliyi, el sənətləri, tarixi coğrafi məkan, şifahi xalq ədəbiyyatı (“Dədə Qorqud”, “Oğuz Xaqan”, “Koroğlu”, “Manas”), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə – Şimali-Şərqi Asiya, Ural dağları və Qərb tərəfə köç etmişlər. Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə “Tyuku” (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.

Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qola bölünürlər:
Oğuz – Anadolu və Azərbaycan türkləri, qaqauzlar, türkmənlər, ahıska türkləri, krım tatarları,
Uyğur – özbəklər, həzaralar , salarlar, uyğurlar, tuvalılar, şorlar, komasin-tobollar, baraba tatarları, çulm tatarları və sairə)
Qıpçaq – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar)
Bulqar – tatarlar, başqırdlar, qaraçaylar, karaimlər.

Türk xalqlarının inanclarında tanrı əsas yer tutar. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini).

Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini zəbt etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar.

Tarixi türk xalqları və tayfaları :

Atropatenlilər
Utilər
Qafqaz albanları
Madaylar
Hunlar
Saklar
Sarmatlar
Sabirlər

Türk xalqları :

Axısqa türkləri – 500 min
Sarı uyğurlar – 13,719 nəfərdən çox.
Urum-Qıpçaqlar – 106,768 nəfərdən çox.
Altaylılar – 67,239 nəfərdən çox.
Azərbaycan türkləri – 50 milyon
Xorasan türkləri – 830 min
Balkarlar – 108,426 nəfərdən çox.
Başqırdlar – 1.705.053 nəfərdən çox.
Çulumlar – 1 min
Çuvaşlar – 1.8 milyon
Krım tatarları – 500 min
Dolqanlar – 10 min
Qaqauzlar – 300 min
Qazaxlar – 13,289,363 nəfərdən çox.
Qırğızlar – 4.123 milyon
Qaraçaylılar – 300 min
Qəraimlər – 50 min
Qaraqalpaqlar – 550 min
Xakaslar – 90 min
Krımçaqlar – 1.5 min
Qumuqlar – 500 min
Noqaylar – 110 min
Qaşqaylar – 1.757 milyon
Salar – 125 min
Tatarlar
Naqaybaklar
Sibir Tatarları
Tofalar
Türkmənlər
Türkiyə türkləri – 70-80 milyon
Kipr türkləri
Tuvinlər
Uyğurlar
Həzaralar
Özbəklər
Yakutlar
Çelqanlar
Kumandılar
Telengitlər
Teleutlar

Turk Xalqlari – Wikipedia

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Türk xalqları [1] — Etnolinqvistik qrup; [2] Avrasiya ərazisində yaşayan xalq. Dünyada türk xalqlarının sayı 150 milyondan çoxdur. [3] “Türk” sözünə ilk dəfə VII əsrin “Orxon-Yenisey” abidələrində rast gəlinir.

XXI əsrin əvvəllərində türk xalqlarının yaşadıqları ərazilər

Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (Azərbaycan türkləri) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.

Müstəqil türk dövlətlərindən başqa, Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Saxa (Yakutiya), Tıva, Xakasiya, Altay Respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində Sintzyan-Uyğur Muxtar Rayonu, Moldovanın tərkibində Qaqauziya Muxtar Respublikası vardır.

Mündəricat

  • 1 Yeraltı sərvətlər
  • 2 Türk mədəniyyəti
  • 3 Türk dilləri
  • 4 Türklərdə din anlayışı
  • 5 Assimilyasiya
  • 6 Əhali
    • 6.1 Müstəqil dövlət qurumuna malik olanlar
    • 6.2 Dövlət qurumuna malik olmayanlar
    • 6.3 Əhali sıxlığı
    • 6.4 Cins və yaş tərkibi
    • 8.1 Sənaye

    Yeraltı sərvətlər

    Geoloji baxımdan türk xalqları Alp qırışıqlığı zonasında (Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Türkmənistanın bir hissəsi, Şimali Qafqaz, türk qurumları), Mərkəzi Asiya və Cənubi Sibirin fəal seysmik zonasında (Özbəkistan, Qırğızıstan, Qazaxıstanın bir hissəsi, Xakasiya, Altay, Tıva), Şərqi Asiya mezozoy qırışıqlığı zonasında (Saxa-Yakutiya), Şərqi Avropa (Tatarıstan, Başqırdıstan, Çuvaşıstan), Turan (Özbəkistan, Qazaxıstan, Türkmənistan), Sibir və Çin platformalarında yerləşir.

    Neft-qaz yataqlarına görə Azərbaycan, Özbəkistan (Fərqanə-qaz, Qazlı və Mübarəkqaz), Qazaxıstan (Tengiz və Turqay-neft), Türkmənistan, Tatarıstan (Elxon) və Başqırdıstan seçilir. Türk dünyasının əsas daş kömür yataqları Türkiyədə (Zonquldak-Ereğli), Özbəkistanda (boz kömür-Anqren və Sarqun), Qazaxıstanda (Qaraqanda, Ekibastuz), Tıvada (Ulufim), Sincan-Uyğurda (Bay kömür) və Saxadadır (Lena). Dəmir filizi Türkiyədə, Qazaxıstanda (Kustunay), Saxada, Altayda, Azərbaycanda (Daşkəsən) və Xakasiyadadır.

    Mis filizi Qazaxıstanda (Balxaş, Cezqazan), sink Qazaxıstan (Ust Kamenqorsk), Özbəkistanda, Azərbaycanda, xrom yataqları isə Türkiyədədir. Polimetal filizləri Qazaxıstanda, Azərbaycanda, Özbəkistanda, Türkiyədə, Altayda, qızıl yataqları Özbəkistanda (Muruntau), Qazaxıstanda, Azərbaycanda, Altayda və Saxadadır. Almaz Saxada çıxarılır.

    Türk mədəniyyəti

    Dil ümumiliyi, el sənətləri, tarixi–coğrafi məkan, şifahi xalq ədəbiyyatı (“Kitabi Dədə Qorqud”, “Koroğlu dastanı”, “Alpamış”, “Manas”), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə — Şimali-Şərqi Asiya,Ural dağları və Qərb tərəfə köç etmişlər.

    Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə “Tyuku” (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.

    Türk dilləri

    Əsas məqalə: Türk dilləri

    Türk xalqları türk dillərində danışırlar. Çağdaş türk dillərinin isveçli türkoloq Lars Johansonun təqdim etdiyi sxemə əsasən təsnifatı: [4] [5] [6] [7]

    • Ana türk dili
      • Ortaq Türk qolu (Şaz)
        • Oğuz – Azərbaycan dili, Anadolu-türk dili, Xorasan-türk dili, qaşqay, əfşar, sonqur, çaharmahal, aynallu, qaqauz, türkmən, salar dili
        • Qarluq – özbək, uyğur, ayni (əynu), ili-türk dili
        • Qıpçaq – qazax, qaraqalpaq, qumuq, qırğız, başqırd, tatar, Krım-tatar, Sibir-tatar, baraba-tatar, noğay, kəraim, qırımçaq, qaraçay-balkar, urum dili
        • Sibir – şimali Altay, cənubi Altay, tıva, xakas, şor, saxa, dolğan, çulım, tofa, sarı yuğur, fuyuy-qırğız dili.
        • Arğu – xələc dili
        • çuvaş dili

        Türklərdə din anlayışı

        Türk xalqlarının inanclarında tanrı əsas yer tutur. VII əsrdən etibarən Türk xalqları İslam dinini qəbul etməyə başladılar. Hal-hazırda onlar arasında İslama etiqad edənlər təxminən 80%-ə yaxındır. Müasir dövrdə müsəlman olmayan türk xalqları şamanist və ya ortodoks xristian olan saxalar, ortodoks xristian çuvaş və qaqauzlar, İudaizmə inanan kəraim və qırımçaqlardır.

        Assimilyasiya

        Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini fəth etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar. Bunlardan başqa aşağıdakı xalqları da əlavə edərsək vəziyyətin nə cür olduğu açıq şəkildə görünür.

        Rusiya Federasiyasında, Sibirdə yaşayan və ruslaşmış türklər:

        • Ob (qədim adı Ümer) tatarları (tağabitlər, kalmaklar, şağarlar, oroslar, çaldonlar, kulundinlər, kumuçlar, tuğullar, itiberlər və s)
        • Tur tatarları (kurlaklar, qumruqlar və s.)
        • Verxoyon tatarları (çuvanlar, anadurlar və s.)

        Rusiyanın Şərqi Avropa düzənliyində ruslaşmış Türk xalqları (sayanlar, çukanlar, kara muşlar, və s.) Başqa ruslaşdırılmış Türk xalqlarının siyahısı. Yonqalar Talaqay Yaqun Mamon Qaqar Puşkar Burlat Samarlar Samaklar Kurak Şuval Kaçkar Kuluqur Kerjaklar Saray Qamay Çukan Tağabit Şakun Kalmak Çaldon Oros Şağar Kamas Kulundin Kanqalas İtiber Temen Yonqa Talaqay Yaqun Qaqar Mamon Puşkar Burlat Samar Kuluqur Samak Kurak Kaçkar Şuval Taldon Temerçin İndigirşik Çukurdak Kerjak Dolğanday Kolımçan Kaçap Tıver Tumak

        Türklərin ümumi sayı müstəqil türk dövlətlərində 170 milyondan çoxdur. 50 milyon nəfərə yaxını isə Rusiya və Çin ərazisində yaşayır.80 milyondan çox türk isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışdır. Türk dünyasında təbii artımın orta göstəricisi 2%-ə yaxındır.

        Müstəqil dövlət qurumuna malik olanlar

        Bayraq Ölkə Quruluş Əhali Ərazi Paytaxt Rəsmi dil Pul vahidi Türklərin faiz göstəricisi Yaşayan türklər(mln)
        Azərbaycan Azərbaycan 1918 10.100.000 86.600 Bakı Azərbaycan dili Azərbaycan manatı 92.3% 9.3
        Qazaxıstan Qazaxıstan 1991 18.014.200 2.274.900 Astana Qazax dili Qazaxıstan tengəsi 73.8% 13.1
        Qırğızıstan Qırğızıstan 1991 6.586.600 199.900 Bişkek Qırğız dili Qırğızıstan somu 80.6% 4.4
        ŞKTR Şimali Kipr türk respublikası 1983 286.257 3.355 Lefkoşa Türk dili Türk lirəsi 99% 0.3
        Özbəkistan Özbəkistan 1991 33.570.609 447.400 Daşkənd Özbək dili Özbəkistan sumu 87% 25.7
        Türkiyə Türkiyə 1923 83,154,997 783.562 Ankara Türk dili Türk lirəsi 89.5% 67.5
        Türkmənistan Türkmənistan 1991 5.450.000 491.210 Aşqabad Türkmən dili Türkmənistan manatı 90% 4.9

        Dövlət qurumuna malik olmayanlar

        • Axısqa türkləri – 500 min
        • Sarı uyğurlar – 20,719 nəfərdən çox.
        • Urum-Qıpçaqlar – 106,768 nəfərdən çox.
        • Altaylılar – 67,239 nəfərdən çox.
        • Xorasan türkləri – 830 min
        • Balkarlar – 108,426 nəfərdən çox.
        • Başqırdlar – 1.705.053 nəfərdən çox.
        • Çulumlar – 1 min
        • Çuvaşlar – 1.8 milyon
        • Krım tatarları – 500 min
        • Dolqanlar – 10 min
        • Qaqauzlar – 300 min
        • Qaraçaylılar – 300 min
        • Qəraimlər – 50 min
        • Qaraqalpaqlar – 550 min
        • Xakaslar – 90 min
        • Krımçaqlar – 1.5 min
        • Qumuqlar – 500 min
        • Noqaylar – 110 min
        • Qaşqaylar – 1.757 milyon
        • Salar – 125 min
        • Tatarlar – 6.755.000
        • Naqaybaklar – 9.600
        • Sibir Tatarları – 9.611[8]
        • Türkmanlar – 3 milyon
        • Kipr türkləri – 750.000-1.000.000
        • Qərbi Frakiya türkləri – 150.000
        • Tuvinlər – 264,400[9]
        • Uyğurlar – 11 000 000
        • Çelqanlar – 1,700
        • Kumandılar – 2900
        • Telengitlər – 3,712[10]
        • Teleutlar – 3 000
        • Güney Azərbaycan türkləri – 35-40 milyon[11]

        Əhali sıxlığı

        Əhalisinin orta sıxlığına görə dövlət və qurumlar bir-birindən fərqlənir.Azərbaycan və Türkiyədə orta sıxlıq hər km 2 -da 85-105 nəfər, Şimali Kipr və Özbəkistanda 55–60 nəfər, Çuvaş, Kabarda-Balkariya və Tatarıstan respublikalarında 60–70 nəfərdir.Digər dövlət və qurumlarda isə əhalinin sıxlığı hər km 2 -da 30 nəfərdən azdır.

        Cins və yaş tərkibi

        Əhalinin cins tərkibindəki oxşarlıq azərbaycanlılar, tatarlar və çuvaşlar istisna olmaqla bütün türk xalqlarında eynidir(kişilər çoxdur). Türk dünyası əhalisi arasında 16–65 yaş həddində olanlar üstünlük təşkil edir. 65 yaşdan yuxarı olanlar yalnız 10–15% təşkil edir.

        Urbanizasiya

        Türk dövlətləri içində urbanizasiyanın səviyyəsinə görə Türkiyə birincidir.

        İqtisadiyyat

        Urbanizasiya səviyyəsinə görə Azərbaycan, Qazaxıstan, Türkiyə seçilir. Muxtar qurumlardam isə demək olar ki, hamısında (Altay və Tıva istisna olmaqla) şəhər əhalisi çoxluq təşkil edir. Türkiyə, Azərbaycan, Qazaxıstan, Tatarıstan və Başqırdıstan kimi respublikalarda milli gəlirin yarıdan çoxunu çoxsahəli inkişaf etmiş sənaye verir. Bir çox respublikalarda – Özbəkistan, Türkmənistan, Qırğızıstan, Saxa, Altay kimi respublikalarda sənaye ilə yanaşı, kənd təsərrüfatı da iqtisadiyyatın əsasını təşkil edir. Bütövlükdə türk dünyası ölkələrində sənayenin ən başlıca sahələri olan energetika, maşınqayırma, metallurgiya, kimya sənayesi xeyli inkişaf edib.

        Sənaye

        Neft-qaz hasilatına görə Azərbaycan, Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan; daş kömür çıxarılmasında isə Türkiyə, Qazaxıstan, Altay, Saxa dünyada məşhurdur. Bu ölkələrdə enerjiyə tələbat demək olar ki, tam ödənilir. Ümumiyyətlə, türk dövlətləri içərisində enerji qıtlığı çəkən ölkə yoxdur. Metallurgiya sənayesində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Özbəkistan fərqlənir. Türk dünyasında maşınqayırma sahəsi birinci növbədə kənd təsərrüfatı, neft və qaz, dağ-mədən və yüngül sənaye sahələrinin ehtiyacını ödəməyə yönəldilmişdir. Türkiyə, Qazaxıstan və Özbəkistanda kənd təsərrüfatı maşınları – traktorlar, kombaynlar və becərmə alətləri istehsalı daha çox inkişaf etmişdir. Türkiyə, Tatarıstan, Qırğızıstan və Qazaxıstanda avtomobillər, Özbəkistanda və Tatarıstanda təyyarə istehsal olunur. Dəzgahqayırma və cihazqayırma, o cümlədən energetika maşınqayırması Türkiyə, Azərbaycan və Qazaxıstanda inkişaf etdirilir.

        Xarici keçidlər

        • Ethnologue: Languages of the World : Altaic, Turkic
        • алтайское языкознание
        • Orientaal’s links to Turkic languages
        • İran’daki Türklər – Video
        • Aydın Mədətoğlu Qasımlı. Türklər (tarixi oçerklər). Bakı, 2012.

        İstinadlar

        1. Qurbanov, Ramin.Türk xalqlarının tarixi II hissə (PDF) . Bakı: İqtisad Universiteti. 2011. 2022-03-03 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2018-02-26 .
        2. B. Golden, Peter. An Introduction to the History of the Turkic Peoples: Ethnogenesis and State-formation in Medieval and Early Modern Eurasia and the Middle East. Wiesbaden: Otto Harrassowitz. 1992.
        3. ↑”Affinity Bloc — Turkic Peoples :: Joshua Project“. 2022-02-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-08-19 .
        4. ↑ Johanson, Lars & Csató, Éva Ágnes, (eds.) (1998). The Turkic Languages. London: Routledge
        5. ↑ Lars Johanson, “The classification of the Turkic languages”Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine, in Martine Robbeets and Alexander Savelyev (eds.), The Oxford Guide to the Transeurasian Languages, 2020, Oxford University Press, pp. 105–114
        6. ↑”turcologica”. 2011-04-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-10 .
        7. ↑”Britannica:Turkic languages”. 2015-09-02 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-10 .
        8. ↑”Rusiya Federativ Respublikası Statistika Komitəsi : 2002 – ci il siyahıya alması”. 2006-03-03 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2006-03-03 .
        9. ↑”Ethnologue: Languages of the World : Tuva”. 2010-10-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2017-12-05 .
        10. ↑Russian Census 2010: Population by ethnicityArxivləşdirilib 2013-12-04 at the Wayback Machine (rus.)
        11. ↑ [ Оценки численности иранских азербайджанцев, приводимые в тех или иных источниках, могут различаться на порядок — от 15 до 30 млн. См., например: [1], Looklex Encyclopaedia, Iranian.com, «Ethnologue» Report for Azerbaijani Language, UNPO information on Southern Azerbaijan, Jamestown Foundation]

Comments are closed, but trackbacks and pingbacks are open.