Press "Enter" to skip to content

Nitq etiketləri

Ədəbi dilin müəyyən inkişaf mərhaləsində norma ilə yanaşı, nitq istisnaları — qeyri — normativ hallar da olur. Nitq istisnaları iki halda ortaya çıxrr:

Nitq mədəniyyəti

Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir.
Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda — qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli (praktik)şəkildə həyata keçirilir.Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.

Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsi kimi

Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:

  1. Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imkanının olması.
  2. Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.

Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dil- özünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədəbiyyatı nümunələri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.

Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütövlükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmusdur.

Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi

Nitq mədəniyyətinin əsas şərtləri bunlardır: nitqin düzgünlüyü, nitqin dəqiqliyi və nitqin ifadəliliyi.

  1. Nitqin düzgünlüyü dedikdə dilin fonetik, leksik və qrammatik qayda-qanunlarına əməl etmək nəzərdə tutulur. Məsələn, “öyə getmək” düzgün deyil. Burada dilin fonetik (orfoepik) qaydası pozulmuşdur. Bu ifadəni «evə getmək» kimi dedikdə nitq düzgündür.
  2. Nitqin dəqiqliyi dedikdə fikrin ifadəsi üçün birbaşa tələb olunan söz və ya ifadənin seçilməsi nəzərdə tutulur. Məsələn: «Uşaq dərsdən gəlir» — cümləsi düzgündür, ancaq dəqiq deyil. «Uşaq məktəbdən gəlir» — cümləsi isə həm düzgündür, həm də dəqiqdir.
  3. Nitqin ifadəliliyi isə üslub baxımından ən uğurlu və bədii dil vahidinin işlədilməsi deməkdir. Məsələn: «O, klassik ədəbiyyatı çox sevir» cümləsi düzgün və dəqiqdir, lakin ifadəli deyil. «O, klassik ədəbiyyatın vurğunudur» cümləsi isə düzgün və dəqiq olmaqla yanaşı, həm də ifadəlidir.

Nitqin düzgünlüyünə və dəqiqliyinə hamı əməl etməlidir. Nitqin ifadəliliyi isə daha çox şair və yazıçılara məxsusdur.

Dil, nitq və nitq fəaliyyəti

Dil ünsiyyət vasitəsidir. Dilin özünəməxsus qrammatik quruluşu və ifadə imkanları vardır.
Nitq ünsiyyət prosesidir. Nitq dilin ifadə imkanları əsasında hər hansı bir məlumatın verilməsi şəklində ortaya çıxır. Dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən az dəyişkən, nitq isə ona nisbətən çox dəyişkəndir. Məsələn, bizim keçən əsrdəki dilimiz indikindən az fərqlənib, ancaq həmin yüzülikdə yasayan şəxslərin nitqi indıkindən çox fərqli olubdur.
Nitq fəaliyyəti isə nitqin ortaya çıxması üçün lazım olan ictimai, psixoloji və fizioloji proseslərin toplusudur.

Ədəbi dil. Nitq normaları

Ədəbi dil — milli dilin müəyyən qayda — qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır. Başqa sözlə desək, ədəbi dil milli dilin müəyyən normalar sisteminə malik olan ən yüksək formasıdır.
Ədəbi dilin tabe olduğu qayda — qanunlar sisteminə nitq normaları deyilir.Norma sözün fonetik (səs) tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan şəkildə fəaliyyətinə deyilir.
Ədəbi dil iki şəkildə özünü göstərir: şifahi ədəbi dil, yazılı ədəbi dil.

  • Şifahi ədəbi dil səslənən ədəbi dildir. Ədəbi dilin bu forması orfoepik normalara tabe olur. Nitq, çıxış və məruzələr şifahi ədəbi dil normalarına aiddir.
  • Yazılı ədəbi dil yazılan dildir, orfoqrafık normalara tabe olur.

Müasir Azərbaycan ədəbi dilinin normaları üç şəkildə özünü göstərir: fonetik norma, leksik (leksik — semantik) norma, qrammatik norma. Orfoqrafık və orfoepik normalarfonetik və qrammatik normalar əsasında yaradılıb.

Fonetik norma

Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma adlanır.
Hər hansı bir söz danışıq dilində və ya şivələrdə müxtəlif şəkildə dəyilsə də, ədəbi dildə bir cür, yəni orfoepik normaya uyğun formada tələffüz olunur.

Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma adlanır.
Hər iki norma dilin fonetik quruluşu, xüsusilə də ahəng qanunu ilə müəyyən edilir. Dilimizin orfoepik və orfoqrafik normaları xüsusi lüğətlərdə (orfoqrafiya və orfoepiyalüğətlərində) əks olunmuşdur.

Dilin fonetik norması həm orfoepik normanı, həm də orfoqrafik normanı özündə bildəşdirir. Fonetik norma iki şəkildə özünü göstərir: sözlərin düzgün tələffüz şəkli (orfoepiya) və düzgün yazı şəkli (orfoqrafiya). Sözlər ədəbi düdə düzgün tələffuz edilmədikdə və ya düzgün yazılmadıqda fonetik norma pozulur. Məsələn: «məktəb» sözünün [məx’təb]şəklində deyil, yazıldığı kimi deyilməsi, eləcə də [maraxlı] şəklində tələffüz olunan sözün bu cür də yazılmast fonetik normamn pozulması dəraokdir.

Leksik norma

Ədəbi dilin bu norması yazıh dildə və ya şifahi nitqdə hər bir sözün mənasına yaxşı bələd olmağı, onu düzgün və yerində işlətməyitələb edir. Leksik normamn əsas şərti sözlərin dəqiq seçilməsi, ifadəli şəkildə və məna incəlikləri nəzərə ahnmaqla işlədilməsidir. Yazıda və ya nitqdə hər hansı bir söz düzgün və yerində işlədilmədikdə ədəbi dilin leksik norması pozulur. Məsələn, avtobusda yazılmış «Xahiş edirik, qapını yavaş bağlayın» cümləsindəki sonuncu söz yerində işlədilməmişdir. Bu sözün əvəzinə “örtün “ sözünün işlədilməsi düzgündür.

Qrammatik norma

Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin istər şifahi, istərsə də yazdı nitqdə düzgün qurulmasını tələb edir. Bu əlaqələr düzgün qurulmadıqda qrammatik səhvlərə yol verilir.

Ədəbi dilin bu normaları müəyyən bir tarixi dövrdə bütövlükdə bir sistem şəklində fəaliyyət göstərir. Ədəbi dilin normaları uzun müddət dəyişməz, sabit qalır. Lakin leksik normada zaman keçdikcə müəyyən dəyişiklik baş verir. Fonetik və qrammatik normalarda isə dəyişmə nisbətən gec olur.

Ədəbi dilin müəyyən inkişaf mərhaləsində norma ilə yanaşı, nitq istisnaları — qeyri — normativ hallar da olur. Nitq istisnaları iki halda ortaya çıxrr:

  1. Ədəbi dildə işlənməyən, öz dövrünü keçirmiş nitq vahidləri bu və ya digər üzlubda özünü göstərir.
  2. Yeni yaranmış nitq vahidləri norma halına düşmür — normativləşə bilmir.

Natiqlik sənəti

Natiqlik — nitq sahəsində müəyyən peşəkarlıq tələb edən sənətdir. Nitqi ədəbi normalara uyğun, dəqiq və gözəl (ifadəli) olan adamlar natiq adlanırlar. Natiqlik sənətinin əsas tələbləri bunlardır:

  • Düzgün, dəqiq və gözəl (ifadəli) danışıq;
  • Dinləyicilərin səviyyəsini nəzərə almaq, onlar üçün anlaşıqlı bir dildə danışmaq;
  • Nitqin intonasiyasına fıkir vermək və ona uyğun əl-qol, bədən hərəkətləri etmək;
  • Mövzu haqqında yığcam danışmaq, mətləbdən kənara çıxmamaq;
  • Nitqə əvvəlcədən hazırlaşmaq və müəyyən nəticələr çıxarmaq.

Natiqlik elminə ritorika da deyilir. Bu sənətin bir neçə sahəsi var: bədii natiqlik, akademik natiqlik, siyasi natiqlik, inzibati -idarə natiqliyi, işgüzar natiqlik. Sinifdə, auditoriyada müəllimin söhbəti və ya mühəzirəsi akadəmik natiqlik sayılır.

Natiqlik sənətinin mühüm şərtlərindən biri jestlərdir. Jest nitq zamanı ona uyğun edilən əl — qol hərəkətləridir. Jestlər nitqin təsir gücünü, emosionallanğını artırır. Bununla belə, hər bir jest ölçülüb — biçilməli və ondan yerində istifadə edilməlidir. Hər bir görkəmli natiqin özünəməxsus jest üslubu olur.
Nitq prosesində mimikadan da istifadə olunur. Mimika nitq prosesində üz əzələlərinin mənalı hərəkətinə (təəccüb, narazılıq, sevinc və s. hissləri ifadə edən üz hərəkətinə) deyilir.Mimika da jest kimi, şifahi nitqin emosionallığını artırır.

Nitq etiketləri

Ünsiyyət zamanı müraciət, görüşmə, ayrılma, təbrik və s. formalarına (ifadələrinə) nitq etiketləri deyilir. Nitq etiketləri xalqın milli mədəniyyətinə uyğun olur və nitq mədəniyyətinin mühüm bir göstəricisi sayılır. Nitq etiketlərinin aşağıdakı növləri var:

  • Müraciət etiketləri: Bağışlayın, buyurun, xahiş edirəm, zəhmət olmasa, lütfən və s. Qardaş, bacı, əmi, dayı, əzizim, eloğlu, ay oğlan və s. kimi müraciət formaları da vardır. Müraciət etiketləri rəsmi və qeyri-rəsmi olur. Məsələn: Cənab nazir, cənab rəis (rəsmi), Oğlum, əzizim, xanım (qeyri-rəsmi) və s.
  • Görüşmə etiketləri: Salam! Salam — əleyküm! Əleyküm -salam! Xoş gördük! Sabahımz xeyir! Xoş galmişsiniz! və s.
  • Ayrüma etiketləri : Xudahəfız! Əlvida! Salamat qalın! Sağ olun! Allah amanında! Gürüşənədək! Yaxşı yol! Uğur olsun! və s.
  • Təbrik etiketləri : Təbrik edirəm! Gözünüz aydın olsun! Mübarəkdir! Mübarək olsun! Sağlığınıza qismət olsun! və s.

Nitq etiketləri

Təşəkkür

Kimsə bizə kömək edəndə, hədiyyə verəndə, təbrik edəndə, tərifləyəndə ona öz minnətdarlığımızı bildiririk. Bunun üçün aşağıdakı etiketlərdən istifadə olunur: “Təşəkkür edirəm”, “Çox sağ olun”, “Minnətdaram”.

Arzu

Arzu ifadə edən etiketlər hər hansı səbəblə bağlı olur. Məsələn, səyahətə yola düşən adama “Yaxşı yol” və ya “Yolun açıq olsun”, yarışa gedən dostunuza “Uğur olsun”, yeni mənzil almış qohumunuza “Sağlığınıza qismət olsun” və ya “Mübarək olsun” deyə bilərsiniz.

  1. Rəfiqə xala Nərminəni ad günü münasibətilə təbrik edib dedi: “Bəh-bəh, bu gün sənin nə gözəl saç düzümün var!” Nərminə cavabında nə deməlidir?
    1. Xoş sözləriniz üçün təşəkkür edirəm.
    2. Anam məni ən bahalı gözəllik salonuna aparmışdı.
    3. Mənim saç düzümüm hər gün gözəldir.

    Nitq etiketləri

    Hər bir xalqın öz milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq, müraciət, görüşmə, ayrılma, təbrik və s. formaları, ifadələri olur ki, onlara nitqetiketləri, yaxud nitqyarlıqları deyilir.

    1) Müraciət etiketləri

    Xanım! Cənab! Müəllim! Oğlum! Qızım! Əmi! Dayı! A bala! Qardaşoğlu! Bacıoğlu! Qardaş! Əzizim! Qadası! Dərdin alım! Başına dönüm!

    Müsahib yaşca böyük olduqda, yaxud ortada tanışlıq olmadıqda ona “siz” deyə müraciət olunur.

    Müraciət etiketləri iki yerə ayrılır:

    • rəsmi müraciət: Cənab prezident! Vətəndaş hakim!
    • qeyri-rəsmi müraciət: Oğlum! Qadan alım!

    2) Görüşmə etiketləri

    Salam! Salam-əleyküm! Əleyküm-salam! Xoş gördük! Gün aydın! Sabahınız xeyir! Axşamınız xeyir! Xoş gəlmişsiniz!

    3) Ayrılma etiketləri

    Xudahafiz! Əlvida! Salamat qalın! Sağ olun! Allah amanında! Gecəniz xeyrə qalsın! Xeyrə qənşər (qabaq, doğru) gedin! Uğur olsun! Yaxşı yol! Görüşənə qədər!

    4) Təbrik etiketləri

    Təbrik edirəm! Gözünüz aydın! Mübarəkdir!

    Mübarək olsun! (hamısının cavabında: Sağ olun!)

    5) Alqışlar

    Allah sizə kömək olsun! Yastığınız yüngül olsun! Allah rəhmət eləsin! Görüm neylim, necə eliyim deməyəsiniz.

    6) Qarğışlar

    Allah öldürsün! Allah evini yıxsın! Gözün tökülsün.

    7) Söyüşlər

    Səni yerə soxum! Üzünə tüpürüm.

    QEYD: Son illərə qədər fəal işlənən Yoldaş! Vətəndaş! müraciət formaları artıq qeyri-fəaldır. Halbuki son illərə qədər, demək olar ki, işlənməyən cənab sözü artıq geniş miqyasda yayılmışdır.

    Müəllif: KAMRAN ƏLİYEV
    Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Comments are closed, but trackbacks and pingbacks are open.